Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 2
cilddə /M. İbrahimov;
tərt. ed. və ön sözün
müəl. V. Yusifli.- I Cild
Bakı: Şərq-Qərb, 2005.-
S. 432.
Dilimizin fədakar qoru-
yucusu Mirzə İbrahimov/
Cənubi Azərbaycan:
ədəbi şəxsiyyətlər,
portretlər: [portret
oçerklər] /Pərvanə
Məmmədli; elmi red.
T.Əhmədov. Hissə1 Bakı:
Sabah, 2015.-S.54-66.
Azərbaycanın xalq yazı-
çısı, ictimai-siyasi xadim,
akademik Mirzə İbrahi-
mov: albom-kitab/müəl.,
tərt.ed. çapa haz., ön
söz T.Ə.Əhmədov; red.
R.Əliyev ; lay. rəhbəri
Ə.Qarayev; naşir İ.
Allahverdi; dizayn və tex.
tərt. R.Kərimli ; Azərb.
Resp. Mədəniyyət və
Turizm Nazirliyi.-. Bakı:
Nurlar, 2014.- S. 639.
Mirzə İbrahimov və xalq
yaradıcılığı: monoqrafi-
ya /F. B. Əliyev;elmi red.
P.Əfəndiyev.- Bakı: Elm
və təhsil, 2013.-155
www.anl.az
www.az.wikipedia.org
28
Akademik
303
303
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
95
illiyi
Kamil Əliyev
1921-2005
OKTY
ABR
Kamil Müseyib oğlu Əliyev 1921-
ci il oktyabr ayının 22-də Qərbi
Azərbaycanda, İrəvan şəhərində anadan
olmuşdur. 1936-cı ildə Bakı Rəssamlıq
Məktəbinə (indiki ADRA) daxil olmuş
və görkəmli rəssam Ə.Əzimzadənin
sinfində təhsil almışdır. Burada 3 il de-
korasiya şöbəsində oxu-duqdan sonra
müəllimlərinin məsləhəti ilə təhsilini
davam etdirməklə yanaşı «Azərxalça»
birliyində eksperimental laboratoriyada
köçürücü rəssam kimi işləməyə başla-
mışdır.
Böyük Vətən müharibəsində (1941-
1945) iştirak etmiş, cəbhədən 22 orden
və medalla dönmüşdür.
Müharibədən sonra “Soyuz-Torq
reklam”ın baş direktoru və baş rəssamı
(1954) təyin olunmuş, daha sonra Bədii
Fondun Yaradıcı-İstehsalat Kombina-
tının direktoru (1961), Bakı Zərgərlik
Fabrikinin direktoru (1964-1971), Yer-
li Sənaye Nazirliyi İstehsalat şöbəsinin
müdiri (1971-1993) vəzifələrini icra et-
mişdir.
İlk portret-xalçasını 1958-ci ildə bö-
yük Azərbaycan şairi M.Füzuliyə həsr
etmişdir. Sənətkar xalçanın təravətli,
şux rəngli naxışları ilə Füzuli lirikasını
tamaşaçıya çatdırmışdır. Xalçanın uğuru
rəssamı daha da ruhlandırmış, İ.Nəsimi
və Nizami Gəncəviyə həsr edilmiş xalça-
larını yaratmışdır. Xalça üzərində yarat-
dığı portretlərdən görkəmli türk dövlət
xadimi Atatürkün, Turqut Özalın, Süley-
man Dəmirəlin portretləri toxunmuş xal-
çalar xüsusilə məşhurdur.
Portret təsvirli xalılar, adətən,
“Türkbaf” ilməsi ilə toxunur. Bu da
rəsmin dəqiq, real təsvirini təmin edir.
Rəssamın 1999-cu ildə yaratdığı, yüksək
bədii xüsusiyyətlər kəsb edən, böyük
dövlət xadimi, ümummilli lider Heydər
Əliyevin portreti də belə əsərlərdəndir.
Portret-xalça ictimaiyyət arasında böyük
rəğbətlə qarşılanmışdır. Müəllif həmin
xalça barədə demişdir: «Bu əsər üzərində
uzun illər işlədim və onu Heydər Əliyevin
75 illik yubileyinə tamamladım. Onun
minnətdarlıq dolu, dərin ifadəli baxış-
larını, həmin gün mənə söylədiyi xoş
sözləri heç zaman unutmaram».
Azərbaycanda ilk dəfə xalça mu-
zeyinin açılması da Kamil Əliyevin
adı ilə bağlıdır. Daha çox Abşeron
ornamentlərinə üstünlük verən Kamil
Əliyev ümumilikdə bütün milli naxışlar
üzərində işləyərək onlara yeni bir ruh,
yeni nəfəs verirdi.
Mədəniyyətimizin
ən
qədim
növlərindən olan xalçaçılıq sənətini
XX əsrin sonlarında yüksək zirvəyə
qaldırmış, ömrünün son illərini gənc
xalçaçıların yetişməsinə həsr etmiş Ka-
mil Əliyevin çeşniləri əsasında toxun-
muş xalçalar respublikamız müstəqillik
qazandıqdan sonra dünyanın bir çox
ölkələrində uğurla nümayiş etdirilmişdir.
Azərbaycan xalçasının şöhrətini daha da
artıran bu qədim el sənətinin nümunələri
ən mötəbər muzeylərdə, o cümlədən
Londonun məşhur “Viktoriya və Albert”
muzeyində saxlanılır.
Rəssamın
yaradıcılığı
dövlət
tərəfindən yüksək qiymətləndirilmiş,
“Xalq rəssamı” adına layiq görülmüş-
dür. Dövlət mükafatı laureatı olmuş,
“İstiqlal” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü idi.
Ə d ə b i y y a t
Kamil Əliyev 1921-2005
[İzomaterial]: xalça sənəti
/layih. rəhb. Ç.Fərzəliyev;
mətnin müəl. X.Əsədova;
ing. dilinə tərc.:
İ.Peart, S.İbrahimova,
Ə.Məlikova; foto.
Ə.Ağasiyev; dizay-
ner və komp. yığımı
K.Bayramzadə.- Bakı:
Şərq-Qərb, 2013.- 104 s.
Bir ömrün naxışları:
poema /A.Qurbani;
red V.Əliyev; tərtibat
E.Talışxanov.- Bakı:
Əbilov, Zeynalov və oğul-
ları, 2005.- 79 s.
Fuad, E. Azərbaycan xal-
çaçılıq məktəbinin müdrik
müəllimi: Kamil Əliyev
yaratdığı hər xalçanı
sevirdi, onları övladları
kimi əzizləyirdi /E.Fuad
//Xalq cəbhəsi.- 2014.- 4
mart.- S.14
Xalçalarda ilmələnən
ömür //Mədəni həyat.-
2013.- №12.- S.86-87.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
Rəssam
22
304
Rəssamlıq.Heykəltaraşlıq.Memarlıq
135
illiyi
Pablo Pikasso
1881-1973
OKTY
ABR
Pablo Ruis Pikasso 1881-ci il okt-
yabr ayının 25-də İspaniyanın Malaqa
şəhərində anadan olmuşdur. Pablo Pikasso
rəssamlığı atası X.Ruisdən öyrənmişdir.
Təhsilini artırmaq üçün 1894-1895-ci
illərdə La-Korunya, 1895-ci ildə Bar-
selona, 1897-1898-ci illərdə isə Madrid
şəhərlərində Zərif sənətlər məktəbində
oxumuşdur. 1904-cü ildən Parisdə yaşa-
mışdır.
Yaratdığı əsərlərdə realizmin zəngin və
rəngarəng qaynaqlarına əsaslanan Pikas-
sonun yaradıcılığı mürəkkəb, ziddiyyətli
və eyni zamanda çoxcəhətli olmuşdur.
Müxtəlif dövrlərdə yaratdığı əsərlərdə
ekspressionizm, neoklassizm, kubizm,
sürrealizm və s. cərəyanların yaradıcılıq
prinsiplərinə əsaslanmışdır.
Pikasso yaradıcılığı əsasən iki dövrə-
“mavi” və “çəhrayı” dövrlərə ayrılır.
“Mavi dövr” (1901-1904) tablolarında
rəssam əsasən mavi, göy, yaşıl rəng ça-
larlarından, “Çəhrayı dövr” (1905-1906)
tablolarında isə çəhrayı-qızılı, çəhrayı-boz
koloritdən istifadə etmişdir. Bu əsərlərdə
cəmiyyətin ictimai ziddiyyətləri ilə qarşı-
laşan insanların psixoloji aləmi təsvir olu-
nurdu. “Dilənçi qoca oğlan ilə” (1903),
“Şar üstündə dayanmış qız” (1905) (hər
iki əsər A.S.Puşkin adına Təsviri Sənət
Muzeyi, Moskvada saxlanılır) və s.
əsərlərində zavallı insanların həyatına xas
olan tənhalıq motivləri əsas yer tuturdu.
1910-cu ildən başlayaraq Pikasso ne-
oklassizm və realizm üslubunda yaratdığı
əsərlərdə lirik motivlərə geniş yer verməyə
başladı. “Üç qadın bulaq başında” (1921
- Müasir İncəsənət Muzeyi, Nyu-York),
“Ana və Körpə” (1922 - İncəsənət Mu-
zeyi, Baltimor) və s. əsərləri bu üslubda
işlə-nən əsərlərdir.
Pikasso İkinci Dünya müharibəsi
illərində Fransa Müqavimət hərəkatına
qoşulmuş, müharibədən sonrakı illərdə
isə daim sülh və demokratiya uğrunda
mübarizə aparmışdır. Onun mütərəqqi,
humanist görüşləri əsərlərində də öz
əksini tapmışdır.
“Gernika” (1937-Prado, Madrid), “Sülh
göyərçini” (1947), “Sülh” və “Müharibə”
(1952-Val-loris, Sülh məbədi) əsərləri sülh
uğrunda mübarizə rəmzinə çevrilmişdir.
Pablo Pikasso rəsm əsərləri ilə yana-
şı heykəltəraşlıq (“İnsan quzu ilə” - tunc
heykəl - 1944, Val-loris), keramika və
qrafika əsərləri də yaratmışdır. Bunlarla
yanaşı, həmçinin bir sıra əsərlərə də il-
lüstrasiyalar (P.Elüarın “Sülhün çöhrəsi”
poeması 1950) və silsilə əsərlər (“Bəşəri
ko-mediya” rəsm və litoqrafiya silsiləsi-
1953, “Öküz döyüşü” qrafika silsiləsi-
1959-1960) çəkmişdir.
Mürəkkəb yaradıcılıq yolu keçmiş
rəssam 1950-ci ildə “Beynəlxalq Sülh
mükafatı”, 1962-ci ildə “Xalqlar arasın-
da sülhü möhkəmləndirməyə görə” Lenin
mükafatı laureatı olmuşdur.
Pablo Pikasso 1973-cü il aprel ayının
8-də Fransanın Mujen şəhərində vəfat et-
mişdir. Madriddə Pikassonun abidəsi və
adına meydan vardır.
Ə d ə b i y y a t
Судьбы
художественных
коллекций и
закон:[монография]/А.
Т. Боннер;отв. ред. Э.С.
Ненашева (предисл.).-
Москва: Проспект,
2015.- С. 391-406.
Самые пикантные
истории и фантазии
знаменитостей /Р.
Амиллс; [пер. с исп.
А.Н. Степановой ; отв.
ред. Е.Дудник] ; худож.
оформ. Е. Гузняковой
Ч. 1.- Москва: Эксмо,
2014.- С. 202
Мастера испанской
живописи
[Изоматериал]:
[альбом] /Е. М.
Елисеева; [оформ.
переплета С. Ф.
Щавелева; отв. за
вып. А. Ромушкевич]. -
Москва: ОЛМА Медиа
Групп, 2012.- C 199
Великие мужчины
XX века /В. В. Вульф,
С.П.Чеботарь.-
Москва: Яуза, Эксмо,
2010.- C 703.
25
Rəssam
305
Musiqi.Opera.Balet
90
illiyi
Ramiz Mustafayev
1926-2008
OKTY
ABR
Ramiz Hacı oğlu Mustafa-
yev 1926-cı il oktyabr ayının 16-
da Türkmənistan Respublikasının
Cərcou şəhərində anadan olmuşdur.
Bir il sonra ailəsi Bakıya köçmüşdür.
Uşaq yaşlarından teatra böyük həvəs
göstərən Ramiz Mustafayev 15 yaşı-
na qədər müxtəlif özfəaliyyət dram
dərnəklərində fəal iştirak etmişdir.
1941-ci ildə Bakı teatr texnikumu-
nun aktyorluq şöbəsinə daxil olmuş-
dur. Əvvəl Gənc Tamaşaçılar Teatrın-
da, texnikumu bitirdikdən sonra isə
Azərbaycan Dövlət Akademik Dram
Teatrında aktyorluq etmişdir.
Vokal sənətinə olan həvəsi onu
1948-ci ildə Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriya-
sına gətirmiş, burada professor Bül-
bülün vokal sinifində sənətin sirlərinə
yiyələnmişdir.
O, 1952-1957-ci illərdə konser-
vatoriyanın bəstəkarlıq fakultəsində,
görkəmli pedaqoq, professor Boris
Zeydmanın sinfində təhsilini davam
etdirmiş və konservatoriyanı bəstəkar
kimi bitirmişdir. 50 ildən artıq yara-
dıcılığı dövründə bəstəkar musiqinin
müxtəlif janrlarında dəyərli əsərlər
yaratmışdır. O, 6 opera, 5 musiqili
komediya, 9 oratoriya, 7 kantata, 5
vokal-simfonik poema, 8 simfoniya,
500-ə qədər mahnı və romansların,
200-dən artıq xalq mahnılarının xor
üçün işləmələrinin müəllifi olmuşdur.
Ramiz Mustafayevin vokal sənətinə
olan marağı sayəsində onun yaradıcılı-
ğında vokal musiqi janrları daha geniş
yer tutur. Diplom işi kimi təqdim etdi-
yi bir pərdəli “Şirin” operasından son-
ra onun bir sıra operaları - o cümlədən,
“Vaqif”, “Aydın”, “Polad”, “Xan və
əkinçi”, “Tərs keçi” uşaq operası yara-
nır. Lakin bəstəkarın ən uğurlu səhnə
əsəri Səməd Vurğunun eyniadlı dra-
mı əsasında yazılmış “Vaqif” operası
olmuşdur. Bu operaya görə bəstəkar
1962-ci ildə Gənc Bəstəkarların
Ümumittifaq Müsabiqəsində laureat
adına layiq görülmüşdür. Ramiz Mus-
tafayev bəstəkarlıq və dirijorluqla
yanaşı təcrübəli pedaqoq və tanınmış
ictimai musiqi xadimi kimi xatırlanır.
O, Bakı Musiqi Akademiyasının və
Azərbaycan Dövlət Milli Konserva-
toiyasının professoru kimi çalışaraq
gənc musiqiçi kadrların yetişməsində
əlindən gələni əsirgəməmişdir. Ramiz
Mustafayev 1957-ci ildən Azərbaycan
Bəstəkarlar İttifaqının üzvü, bu
təşkilatın İdarə Heyətinin üzvü, habelə
«Musiqili səhnə əsərləri» bölməsinin
sədri kimi Respublikanın musiqi
həyatında fəal iştirak etmişdir.
Görkəmli
bəstəkarın
yaradı-
cılığı dövlət tərəfindən yüksək
qiymətləndirilmiş, 1973-cü ildə
“Azərbaycanın Əməkdar incəsənət
xadimi”, 1987-ci ildə “Xalq artis-
ti” fəxri adlarına layiq görülmüşdür.
2001-ci ildə “Şöhrət” ordeni ilə təltif
olunmuşdur.
Ramiz Mustafayev 2008-ci il aprel
ayının 10-da Bakı şəhərində vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Azərbaycanın görkəmli
bəstəkarları [İzomaterial]:
[portretlər] /Toplayıb tərtib
edəni: Əli İbrahimbəyli; Az.
Res.-sı Mədəniyyət Nazirli-
yi; Az. Res.-si Bəstəkarlar
İttifaqı; Az.Musiqi
Mədəniyyəti Dövlət Muzeyi
portretlər.-Bakı: Nurlar,
2007.-32 portr.
Ramiz Mustafayev
/R.Zöhrabov.- Bakı: Ergün,
1995.- 23 s.
Abbasova, Ə. Ürəklərdə ya-
şayan bəstəkar /Ə.Abbasova
//Kaspi.-2012.- 21-23 iyul.-
S.8.
Aktyorluqdan bəstəkarlığa
//Bəstəkarlarımız haqqında
söz.- Bakı, 1995.- S.59-62.
Fərəcov, S. Xatirələrdə
yaşayan sənətkar “Mən
yaradıcılıq dövrümdə milli
musiqimizin saflığını daim
qorumağa çalışmışam”
/S.Fərəcov //Mədəniyyət.-
2012.- 17 oktyabr.- S.14.
Mustafayev Ramiz //Üzeyir
Hacıbəyli ensiklopediyası.-
Bakı, 2008.- S.161.
Təhmirazqızı, S. Klassik
irsimizi yaşadan sənətkar
/S.Təhmirazqızı //Respubli-
ka.- 2012- 8 iyul.- S.3
16
Bəstəkar
306
Teatr.Kino
95
illiyi
Nəcibə Məlikova
1921-1992
OKTY
ABR
Nəcibə Haşım qızı Məlikova 25
oktyabr 1921-ci ildə Bakının Buzov-
na kəndində anadan olmuşdur. İlk
təhsilini də burada almışdır.
1940-1943-cü illərdə Bakı Te-
atr Məktəbində Xalq artisti Fatma
Qədrinin sinfini bitirmiş öz istəyi
ilə Gəncə Dövlət Dram Teatrında
işləməyə getmişdir. Burada bir neçə
tamaşada çıxış edərək Bakıya qayıtmış
və təzəcə təşkil olunmuş Azərbaycan
Dövlət Teatr İnstitutuna daxil olmuş,
1951-ci ildə oranı bitirmişdir.
Texnikumda təhsil aldığı illərdə
Milli Dram Teatrının tamaşalarında
epizodik rollar oynayan aktrisa kino-
lara çəkilişlə bağlı kiçik fasilələrdən
sonra 1952-ci ildən yenə teatrda
işləmişdir. Nəcibə Məlikova klassik və
çağdaş Azərbaycan dramaturqlarının,
dünya ədiblərinin dram əsərlərində
və bir qədər də komediyalarda
müxtəlif rollar oynamışdır. H.Cavidin
“Şeyx Sənan” (Xumar), “Səyavuş”
(Firəngiz), Ə. Haqverdiyevin “Pəri
cadu” (Şamama cadu), C.Cabbarlının
“Aydın” (Böyükxanım), “1905-ci
ildə” (Sona), “Sevil” (Edilya), M. İb-
rahimovun “Həyat” (Atlas), “Kəndçi
qızı” (Ayxanım), İ. Əfəndiyevin
“Büllur sarayda” (Qönçə), “Qəribə
oğlan” (Məlahət), N.Xəzrinin “Əks-
səda” (Zərifə), “Mirzə Şəfi Vazeh”
(Zübeydə), S. Vurğunun “Vaqif” (Xu-
raman), M.İbrahimbəyovun “Kərgədan
buynuzu” (Diləfruz), S.Rəhmanın
“Əliqulu
evlənir”
(Yasəmən),
“Küləklər” (Firuzə), Ş.Qurbanovun
“Əcəb işə düşdük” (Məlahət),
M.F.Axundzadənin “Lənkəran xanının
vəziri” (Şölə xanım və Ziba xanım),
“Müsyö Jordan və dərviş Məstəli şah”
(Şəhrəbanı), “Türkiyədə” (Nazir qızı),
K.Haldoninin “Məzəli hadisə” (Ma-
rianna), A.Şirvanzadənin “Namus”
(Süsənbər), F.Şillerin “Orlean qızı”
(Aqnessa), L.Veqanın “Sevilya uldu-
zu” (Estrelya) və s. pyeslərin tamaşa-
larında çıxış etmişdir.
Nəcibə xanım teatrla yanaşı kinoda
da uğurlu rollar yaratmış, onların ara-
sında “Ögey ana”da Dilarə, “Aygün”də
Aygün, “Arşın mal alan”da Cahan
xala, “Əhməd haradadır?”da Nərgiz
xala rollarının ifası aktrisanın yaradı-
cılıq nailiyyətləri kimi dəyərləndirilir.
14 fevral 1956-cı ildə SSRİ-də
Bakı televiziya studiyası fəaliyyət
göstərməyə başlayanda ilk veriliş günü
ekranda sonradan Azərbaycanın tanın-
mış sənətkarına çevriləcək, o dövrdə
isə gənc aktrisa olan Nəcibə Məlikova
görünmüş, çıxışını “Göstərir Bakı!”
kəlməsi ilə açan Nəcibə Məlikova ta-
maşaçıları televiziyanın fəaliyyətə
başlaması münasibətilə təbrik etmişdi.
O, 10 iyun 1959-cu ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 1
iyun 1974-cü ildə Xalq artisti fəxri ad-
larına layiq görülmüşdür.
Görkəmli aktrisa Nəcibə Məlikova
27 iyul 1992-ci ildə Bakıda vəfat et-
miş, II Fəxri Xiyabanda dəfn olun-
muşdur.
Ə d ə b i y y a t
İsmayılova, A. Məlikova
Nəcibə Haşım qızı //
Azərbaycan qadınları
səhnədə /A. İsmayılova.-
Bakı:İşıq, 1977.- S.142-
147.
Rəhimli, İ. Nəcibə
Məlikova //Rəhimli İ.
Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.351-352.
Rəhimli, İ. Nəcibə
xanım Məlikovaya
xitab //Cavabsız su-
allar /İ.Ə.Rəhimli;
red. Ə.Orucəli.- Bakı:
Avrasiya Press, 2014.- S.
286-287.
Abbaslı, T. Gözəl, nəcib
aktrisa : doğmadan-
doğma “ögey ana”,
vəfalı “Aygün” yar,
cəfakeş “Cahan”,
mübariz “Nərgiz xala” -
Nəcibə xanım Məlikova
/T.Abbaslı //Mədəniyyət
.-2015.- 23 oktyabr.- S.
15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.medeniyyet.az
25
Aktrisa
307
Milli Qəhrəmanlar
70
illiyi
Kamil Nəsibov
1946-1992
OKTY
ABR
Kamil Baladə oğlu Nəsibov 1946-cı
il oktyabr ayının 8-də Laçın rayonunun
Bozlu kəndində anadan olmuşdur. 1963-
cü ildə orta məktəbi Minkənd kəndində
bitirib, ordu sıralarına çağırılmışdır.
Üçillik hərbi xidmətdən sonra Vətənə
qayıtmışdır.
Kamil Nəsibov 1973-cü ildə
Azərbaycan Texniki İnstitutuna (indi-
ki ADTU) daxil olmuşdur. Ali təhsilini
başa vurduqdan sonra Minkənddə
yerləşən Tikinti Materialları Bazasına
müdir təyin edilmişdir.
1992-ci ildə Laçın erməni silah-
lı dəstələrinin hücumlarına məruz
qalarkən Kamil könüllü özünümüdafiə
bölüyü yaratmış və bölüyün komandiri
olmuşdur. 30 nəfərdən ibarət bölük Qa-
rabağ uğrunda gedən döyüşlərdə böyük
rəşadət göstərmişdir.
Onun döyüşçülərlə birgə Fərəcan,
Səfiyan, Çağazur, Malıbəy, Cicimli,
Qızdərə kəndlərinin müdafiəsində bö-
yük xidmətləri olmuşdur.
Kamil Nəsibov 1992-ci il iyun ayının
29-da Qonaqgörməz yüksəkliyi uğrun-
da gedən qanlı döyüşlərdə aldığı snay-
per gülləsindən qəhrəmancasına həlak
olmuşdur. Ağcabədi rayonunda dəfn
edilmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 5 fevral 1993-cü il tarixli 457 saylı
Fərmanı ilə Nəsibov Kamil Baladə oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Doğulduğu
Bozlu
kəndindəki
Mədəniyyət evi qəhrəmanın adını daşı-
yır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Nəsibov Kamil Baladə oğlu-baş leytenant-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral
1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1993.- №3.- S.11.(Ölümündən sonra).
Əsgərov,V. Nəsibov Kamil Baladə oğlu /V. Əsgərov // Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.226.
Nəsibov Kamil Baladə oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- Bakı, 2008.-
S.162-163.
Seyidzadə, M. Nəsibov Kamil Baladə oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.172.
Dostları ilə paylaş: |