Ə d ə b i y y a t
Behbudova, İ. Azərbaycanın
Xalq rəssamı Altay Hacıyevin
80 illik həyat və yaradıcı-
lığı /İ.Behbudova //Təsviri
və dekorativ-tətbiqi sənət
məsələləri.- 2012.- № 1 (9).-
S.100-106.
Hacızadə, E. Rəng, kompo-
zisiya və plastik dəyərlər:
Altay Hacıyev-80 /E.Hacızadə
//Mədəni-maarif.- 2011.- №2.-
S. 10-11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.uaa.az
2
Rəssam
129
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
105
illiyi
Hüseyn Əliyev
1911-1991
APREL
Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il
aprel ayının 22-də Zəngəzur qəzasının
Comərdli kəndində anadan olmuşdur.
1918-ci ildə ailəsi ilə birlikdə Naxçıvana
köçmüşdür. 1932-ci ildə Bakı Rəssamlıq
Texnikumunu, 1935-ci ildə Leninqrad
Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq
Akademiyasının nəzdində 3 illik xü-
susi kursu müvəffəqiyyətlə bitir-
mişdir. 1922-1931-ci illərdə “Molla
Nəsrəddin” jurnalı ilə əməkdaşlıq et-
miş, onun bir sıra karikaturaları jur-
nalın səhifələrində çap olunmuşdur.
Hələ gənc yaşlarında dahi mütəfəkkir
M.F.Axundzadənin portretinə görə Res-
publika müsabiqəsində birinci yerə la-
yiq görülmüş və mükafat almışdır.
1935-ci il oktyabr ayının 4-dən
təqaüdə çıxanadək “Xalq qəzeti”nin
(keçmiş “Kommunist”) bədii tərtibat
şöbəsində əvvəlcə baş rəssam, son-
ra bədii tərtibat şöbəsinin müdiri
vəzifələrində çalışmışdır.
İkinci Dünya müharibəsi başlayanda
rəssam könüllü surətdə orduya yazılmış,
Daxili İşlər Nazirliyinin tabeliyindəki
48 saylı təşviqat polkunda rəssam kimi
fəaliyyət göstərmişdir. Musiqiçilər
bölməsinin üzvləri ilə birlikdə dəfələrlə
ön cəbhələrdə olmuş, neçə-neçə igid dö-
yüşçünün portretini çəkmiş, müharibə
mövzusunda plakatlar hazırlamışdır.
1944-cü ildə ordudan tərxis olunaraq
redaksiyaya qayıtmış, sevimli peşəsi ilə
məşğul olmağa başlamışdır.
Yaradıcılığında portret və mənzərələr
mühüm yer tutmuş, Comərdli kəndində
çəkdiyi “Yəhər Təpə” və “Mahmud bu-
lağı” tabloları, Hüseyn Cavid, Nizami
Gəncəvinin portretləri özünəməxsus
keyfiyyətləri ilə fərqlənmişdir. Onun
“Göygöl mənzərələri” adlı albomunda
17 mənzərəsi verilmişdir.
1944-cü ildə Göyçay çayının
üzərindən salınan körpünün inşaatçı-
larına həsr etdiyi silsilə rəsm əsərləri,
Zəngəzur mövzusuna həsr etdiyi ak-
varel seriyaları maraqla qarşılanmış-
dır. Görkəmli sənətkarın “Zəngəzur
dağları”, “Urud qalası”, “Meşədə qış”,
Payız”, “Qürub çağı”, “İlanlı dağ” və
s kimi əsərləri dərin müşahidə və incə
zövqün, fitri istedadın məhsulu idi.
Rəssam yaradıcılığında mənzərələr,
tablolar,
portretlər,
natürmortlar-
la bərabər, uzun müddət nəqqaşlıqla
məşğul olmuş, alleqorik əsərlərə
müxtəlif məzmunlu karikaturalar,
təsvirlər çəkmiş, kitablara illüstrasiyalar
işləmişdir.
Birləşmiş Ərəb Əmirliyində sərgisi
təşkil edilmiş, sonralar həmin sərgi
Rəssamlar İttifaqının “Qız qalası” qale-
reyasında nümayiş olunmuşdur.
Görkəmli
rəssam
“Qafqazın
müdafiəsinə görə”, “1941-1945-ci
illərdə arxa cəbhədəki şərəfli əməyinə
görə”, “Böyük Vətən müharibəsinin
30 illiyi” medalları və “Xalqlar dostlu-
ğu” ordeni ilə təltif olunmuş, üç dəfə
Azərbaycan, bir dəfə Ukrayna Ali Sove-
tinin fəxri fərmanlarına layiq görülmüş-
dür. 1940-cı ildən Rəssamlar İttifaqının
üzvü olan Hüseyn Əliyev 1976-cı ildə
“Əməkdar rəssam”, 1982-ci ildə “Xalq
rəssamı” fəxri adına layiq görülmüşdür.
Hüseyn Əlirza oğlu Əliyev 25 may
1991-ci il tarixində vəfat etmişdir.
Ə d ə b i y y a t
Hüseyn Əliyev. 1911-1991
[İzomaterial]: [albom] /lay.
rəhb. Ç.Fərzəliyev; mətnin
müəl. L.Eldarova; ing.dilinə
tərc.: İ.Peart, S.İbrahimova,
Ə.Məlikova; fotolar Ə.Ağasiyev;
baş dizayner İ.Eldarova.- Bakı:
[Şərq-Qərb], 2013.-104 s.
Əliyev, Ə. Hüseyn Əliyev [İzoma-
terial] /Ə.H.Əliyev; [məsləhətçi
Z.Salahova].-Bakı: [s. n.],
2011.-503 s.
Əliyev, Ə. Azərbaycanın
Xalq rəssamı Hüseyn Əliyev
/Ə.H.Əliyev.- Bakı, 2009.- 87 s.
Əliyev Hüseyn Əlirza oğlu
//Naxçıvan ensiklopediyası.-
Bakı.- 2002.- S. 142-143.
Əliyev, T. Xoşbəxt taleli sənətkar:
Hüseyn Əliyev-100 /T.Əliyev //
Xalq qəzeti.- 2011.- 22 aprel.-
S. 5.
Xalq rəssamı Hüseyn Əliyevin
100 illiyi qeyd olunmuşdur
//Azərbaycan.- 2011.- 23 aprel.-
S.7.
Monteneqroda Xalq rəssamı Hü-
seyn Əliyevin fərdi sərgisi açılıb //
Mədəniyyət.- 2011.- 15 iyun.- S. 7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.uaa.az
22
Rəssam
130
APREL
13
75
illiyi
Oqtay Rəcəbov
1941
APREL
Oqtay Məmmədağa oğlu Rəcəbov
1941-ci il aprel ayının 5-də anadan ol-
muşdur.
1963-cü ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun fizika fakültəsini
bitirmiş, həmin ildə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriya-
sının bəstəkarlıq fakültəsinə daxil ol-
muşdur. Görkəmli bəstəkar, professor
Cövdət Hacıyevin sinfində təhsil al-
ması ona qısa zaman da böyük şöhrət
gətirmişdir.
Yaradıcılığa başladığı ilk vaxtlardan
irihəcmli vokal və instrumental əsərlər
qələmə almışdır. 3 uşaq operasının, 2
operettanın, 6 simfoniyanın, müxtəlif
janrlı vokal-instrumental əsərlərin,
17 filmin musiqi müəllifidir. “Anam
Azərbaycanım”, “Nəğmələr”, “Necə
unudum səni?”, “Zəfəran”, “Daha nə
istəyirsən?” və digər qəlb oxşayan
mahnıları bəstəkarın fitri istedadının
parlaq nümunəsidir. Oqtay Rəcəbovun
müxtəlif mövzularda qələmə aldı-
ğı 400-dən çox əsəri (bunların 250-
si uşaqlar üçündür) Azərbaycan
bəstəkarlarının mahnı antologiyasını
zənginləşdirməkdə mühüm rol oyna-
mışdır.
Yaradıcılığının mühüm istiqamət-
lərindən biri də onun pedaqoji fəaliyyəti
ilə bağlıdır. Eksperimental musiqi proq-
ramları müəllifi kimi tanınan bəstəkar-
pedaqoq bu istiqamətdə işlərini bu
gün də davam etdirir. Onun bilavasitə
rəhbərliyi ilə 1996-2010-cu illərdə
ümumtəhsil və musiqi məktəbləri üçün
nəşr olunan 16 adda “Musiqi”, “Musi-
qi ədəbiyyatı” dərsliyi, “Fortepianoda
çalmaq üçün müntəxabat”, “Elementar
musiqi nəzəriyyəsi” tədris vəsaitləri
1,5 milyon tirajla çap olunmuşdur.
1985-ci ildə pedaqoji elmlər
namizədi, 1992-ci ildə pedaqoji elmlər
doktoru, 1995-ci ildə professor elmi
rütbəsini almışdır.
Professorun təşəbbüsü ilə yaradı-
lan və 1978-ci ildən 1992-ci ilədək
Azərbaycan televiziyası ilə yayımla-
nan “Məktəblilərin musiqi klubu” veri-
lişinin hər məşğələsi yadda qalmış, es-
tetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi
məsələlərin həllinə təsir göstərmişdir.
Azərbaycan xalq nağılı əsasında
1992-ci ildə “Göyçək Fatma” ciz-
gi film-opera, 1994-cü ildə Nizami
Gəncəvinin “Xeyir və Şər”, 2012-ci
ildə “Sərçəcik” uşaq operalarını yaz-
mışdır.
2001-ci ildə “Əlin cibində olsun”,
“Şeytanın yubileyi” musiqili tamaşala-
rı səhnəyə qoyulmuşdur.
Böyüməkdə olan nəslin musiqi-
estetik tərbiyəsinin inkişafı naminə
yorulmadan çalışan Oqtay Rəcəbov
“Qabaqcıl maarif xadimi”, “Maarif
əlaçısı” döş nişanlarına, 1982-ci ildə
Azərbaycan Lenin komsomolu mü-
kafatına, 1987-ci ildə isə “Əməkdar
müəllim” fəxri adına layiq görülmüş-
dür. 2006-cı ildə Azərbaycan Respub-
likası Prezidenti cənab İlham Əliyevin
Sərəncamı ilə “Tərəqqi” medalı ilə
təltif edilmişdir. Daim yaradıcılıq ax-
tarışında olan mahir bəstəkar, musiqi
pedaqoqu O.Rəcəbov Rusiya Peda-
qoji və Sosial Elmlər Akademiyasının
həqiqi üzvü kimi də səmərəli fəaliyyət
göstərir.
Ə d ə b i y y a t
Azərbaycan xalq mahnıları
[Notlar] /O.Rəcəbov.-Bakı:
Çıraq, 2006.-C.2.-41, [2] s.
Pedaqoji təmayüllü orta
ixtisas və ali məktəblərdə
musiqi tədrisinin me-
todikası /O.Rəcəbov,
G.Məmmədova.- Bakı:
Şirvannəşr, 2009.- 202 s.
Ulu öndər [Notlar]: solist,
xor və fortepiano ilə oxu-
maq üçün /O.Rəcəbov.-Bakı:
Şirvannəşr, 2008.-62 s.
Ümumtəhsil məktəblərində
musiqi tədrisi və tərbiyəsi
metodikası /O.Rəcəbov,
S.Zamanlı, R.Quliyeva.-
Bakı: Mütərcim, 2010.- 132
s.
İmanov, R. Oqtay Rəcəbov
/R.İmanov.- Bakı: Şərq-
Qərb, 2014.- 32 s.
Oqtay Rəcəbovun yeni ope-
rası təqdim edildi //525-ci
qəzet .-2015.- 15 may.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
5
Bəstəkar
Musiqi.Opera.Balet
131
100
illiyi
Qəmbər Hüseynli
1916-1961
APREL
Qəmbər Muxtar oğlu Hüseynli
1916-cı il aprel ayının 16-da Gəncə
şəhərində anadan olmuşdur. Hələ gənc
yaşlarından xalq musiqisinə sonsuz
məhəbbəti, klassik muğamlarımızın
əsaslarını dərindən öyrənməsi son-
ralar onun bəstəkarlıq fəaliyyətində
mühüm rol oynamışdır. Gəncə Musiqi
Texnikumunu
tar sinfi üzrə fərqlənmə
diplomu ilə bitirən Qəmbər təhsilini
davam etdirmək məqsədilə 1935-ci
ildə Bakıya gəlmiş, Bakı Musiqi Tex-
nikumunda tanınmış musiqi pedaqoqu
A.S.Şvartsın violonçel sinfində iki il
müddətində təhsil almışdır. Lakin mu-
siqi bəstələməyə olan hədsiz marağına
görə orta ixtisas məktəbinin bəstəkarlıq
şöbəsinə keçmişdir. Bu illərdə görkəmli
dramaturq Cəfər Cabbarlının sözlərinə
“Tellər oynadı” romans-mahnısını
bəstələmişdir. 1939-cu ildə Qəmbər
Hüseynli milli musiqimizin beşiyi olan
Şuşanın Musiqi Texnikumuna direk-
tor vəzifəsinə göndərilmişdir. Burada
cəmi bir il çalışmış, sonra yenidən Ba-
kıya qayıtmış, filarmoniyanın nəzdində
fəaliyyət göstərən Azərbaycan Xalq
Çalğı Alətləri Orkestrində dirijor
köməkçisi vəzifəsində çalışmaq-
la yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə
həmin illərdə yaranan Sazçı Qızlar
Ansamblının həm təşkilatçısı, həm
də bədii rəhbəri kimi fəaliyyətə baş-
lamışdır. Aşıq Teymur Hüseynovun
ifasında 55 ənənəvi aşıq havasını nota
köçürmüş, onları Sazçı Qızlar An-
samblı üçün işləmişdir. Gənc bəstəkar
1951-ci ildə yenidən A.Zeynallı adına
Bakı Orta İxtisas Musiqi məktəbinin
bəstəkarlıq şöbəsinə daxil olaraq pro-
fessor B.İ.Zeydmanın sinfində təhsilini
davam etdirmiş, 1954-cü ildə həmin
məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Q.Hüseynli Gəncə Dövlət Dram Te-
atrında tamaşaya qoyulmuş 6 pyesə,
o cümlədən “Şeyx Sənan”, “Qatır
Məmməd”, “Almaz”, “Bəxtsiz cavan”,
“Solğun çiçəklər”, “Namus” dramla-
rına musiqi yazmışdır. Üç yüzə qədər
mahnı və romansın müəllifidir.
Bir sıra uşaq nəğmələrinin müəllifi
kimi şöhrət qazanmış, xüsusilə 100-ə
yaxın dildə oxunan “Cücələrim” mah-
nısı bəstəkara böyük şöhrət gətirmişdir.
Onun “İlk məhəbbət”, “Ay işığında”,
“Tel nazik”, “Tellər oynadı”, “Çeşmə
başında”, “Düşər yadıma”, “Gecələr
uzanaydı”, “Dolanım başına” və digər
mahnıları xalq tərəfindən sevə-sevə
dinlənilir.
Bəstəkar 1961-ci ildə “Azərbaycanın
Əməkdar incəsənət xadimi” fəxri adına
layiq görülmüş, “Şərəf nişanı” ordeni
ilə təltif edilmişdir.
Qəmbər Hüseynli 1961-ci il avqust
ayının 1-də, 45 yaşında vəfat etmişdir.
Ə d ə b i y y a t
Hüseynli, B. Bəstəkar
Qəmbər Hüseynli
/B.Hüseynli, V.Xəlilov.-
Bakı: Gənclik, 1997.- 99 s.
Qurbanəliyeva, S. Qəmbər
Hüseynli yaradıcılığı
milli ənənələr kontekstində
/S.Qurbanəliyeva,
L.Rəfibəyli, N.Seyfullayeva.-
Bakı: Adiloğlu, 2006.- 203
s.
Dünyamızda gözəl səsi
qalan bəstəkar: unudul-
maz mahnılar müəllifi...
//Azadlıq.- 2012.- 17
avqust.- S. 14.
Hüseynli Qəmbər
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı,
1987.- C.10.- S.284.
Zöhrabov, R. Nəğmələrdə
yaşayan ömür /R.Zöhrabov
//Bəstəkarlarımız haqqında
söz.- Bakı, 1995.- Kitab 1.-
S.44-47.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
16
Bəstəkar
Musiqi.Opera.Balet
132
65
illiyi
Ədalət Vəzirov
1951-2002
APREL
Ədalət Səfərəli oğlu Vəzirov 1951-
ci il aprel ayının 27-də Bakı şəhərində
anadan olmuşdur.
1963-cü ildə Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinə Elman
Bədəlovun sinfinə qəbul olunmuş və
1969-cu ildə oranı müvəffəqiyyətlə
bitirmişdir. Sonra Azərbaycan Dövlət
Konservatoriyasına daxil olmuş, 1974-
cü ildə oranı bitirmişdir.
Bakı Musiqi Akademiyasının do-
senti kimi ixtisası sahəsində elmi me-
todiki işlə də geniş məşğul olmuşdur.
Kamança sənətinin tədrisi ilə bağ-
lı dəyərli elmi əhəmiyyətli müxtəlif
metodiki
tövsiyələrin,
rəylərin,
işləmələrin, köçürmələrin müəllifidir.
Bunlardan Zakir Bağırovun, Hacı
Xanməmmədovun kamança ilə sim-
fonik orkestr ücün konsertlərin ifası-
na dair metodiki tövsiyələri, bakalavr
dərəcəsi alanlar üçün ixtisas və muğam
proqramını və başqalarını nümunə
göstərmək olar. Bundan əlavə uşaq
musiqi məktəblərində, musiqi texni-
kumlarında açıq-nümunəvi dərslərin
keçirilməsi, sinif konsertlərinin, solo
çıxışların təşkili kimi əyani metodi-
ki işlər də Ədalət müəllimin pedaqoji
fəaliyyətinin əsas qayəsini təşkil et-
mişdir.
1974-cü ildə Moskvada keçirilən V
Beynəlxalq Musiqi müsabiqəsinin qa-
libi olmuş, 1980-ci ildən Azərbaycan
Dövlət Konservatoriyasında və Sumqa-
yıt Musiqi Texnikumunda (2000-2002-
ci illərdə direktor) müəllim işləmiş, bir
çox adlı-sanlı tələbələr yetişdirmişdir.
Uzun müddət Əməkdar artist Baba
Salahovun rəhbərlik etdiyi xalq çalğı
alətləri ansamblında, SSRİ Xalq artisti
Zeynəb Xanlarovanın rəhbərlik etdiyi
ansamblda çalışmışdır. Bir çox xarici
ölkələrdə - ABŞ, Kanada, İraq, Misir,
Türkiyədə ifaçılıq sənətimizi yüksək
səviyyədə nümayiş etdirmişdir. Ədalət
Vəzirov kamança ifaçılığından əlavə
peşəkar fortepiano və qarmon ifaçısı
idi.
1997-ci
ildə
Özbəkistanın
Səmərqənd şəhərində keçirilən muğam
simpoziumunda yüksək mükafata la-
yiq görülmüş, QRAN PRİ mukafatını
Azərbaycana gətirmişdir. Elə həmin il
“Əməkdar artist” fəxri adina layiq gö-
rülmüşdür.
Ədalət Vəzirov 2002-ci il oktyabr
ayının 5-də, ömrunun 51-ci ilində
Turkiyənin İstanbul şəhərində vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Azəri, L. On ildir, kamanın
gözü yoldadır... /L.Azəri
//Mədəniyyət.- 2012.- 5
oktyabr.- S. 15.
Dağlı, E. Tanınmış kaman
ustası /E.Dağlı //Respubli-
ka.- 2013.- 19 may.- S.8.
Vəzirov Ədalət Səfərəli oğlu
//Muğam Ensiklopediya-
sı.- Bakı: Musiqi dünyası,
2008.- S.200-201.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
27
Kamança ifaçısı
Musiqi.Opera.Balet
133
100
illiyi
Ədilə Hüseynzadə
1916-2005
APREL
Ədilə Hacıağa qızı Hüseynzadə
1916-cı il aprel ayının 29-da Bakıda
anadan olmuşdur. Uşaqlıqdan musiqi
ilə məşğul olmağa başlamış, yeddiillik
musiqi məktəbini bitirmişdir. Dəqiq
elmlərə hədsiz marağı nəticəsində
öncə N.Nərimanov adına Sənaye
Texnikumuna, sonra isə Sənaye İns-
titutuna (indiki Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti) daxil
olmuşdur. Hər iki təhsil ocağını əla
qiymətlərlə başa vuran Ədilə yüksək
səviyyəli mühəndis-texnoloq peşəsinə
yiyələnmişdir. XX əsrin 40-cı illərində
Üzeyir Hacıbəylinin təşəbbüsü ilə
musiqi aləminə gəlmiş, 1942-1948-ci
illərdə Azərbaycan Dövlət Konserva-
toriyasının (indiki Bakı Musiqi Akade-
miyası) xalq musiqisi şöbəsində Üze-
yir bəydən dərs almışdır. 1953-cü ildə
oranı bəstəkarlıq ixtisası üzrə bitirmiş
ilk azərbaycanlı qadındır.
Bir çox janrlarda uğurla çalışa-
raq simfonik poema, simli kvartet,
kantata, xor miniatürləri yaratmış,
lakin bəstəkarın yaradıcılığında ro-
mans janrı üstünlük təşkil etmişdir.
Milli musiqimizdə romans janrının
təşəkkülündə onun özünəməxsus yeri
vardır. Nizaminin sözlərinə yazıl-
mış “Vəslin həvəsi” romansı, habelə
Nəsimi, Füzuli, Natəvan, S.Vurğun,
N.Xəzri,
B.Vahabzadə,
R.Rza,
N.Rəfibəylinin şeirlərinə bəstələnmiş
romansları və böyük nailiyyəti olan
“Duyğular” vokal silsiləsi musiqimi-
zin inciləri hesab edilir. Onun yaradıcı-
lığının əsasını vokal əsərlərinin üstün
olduğu kamera musiqisi təşkil etsə də,
bir sıra irihəcmli əsərlər də yaratmış-
dır.
Pedaqoji fəaliyyətlə də məşğul ol-
muş, uzun illər (1953-1986) Bülbül
adına Orta İxtisas Musiqi Məktəbində
kompozisiyanın əsaslarını tədris etmiş,
gənc istedadların aşkarlanması işində
əlindən gələni əsirgəməmişdir. 1944-
cü ildən Azərbaycan Bəstəkarlar İttifa-
qının üzvü olmuşdur.
Ədilə Hüseynzadə gözəl səsə ma-
lik bir vokal ustası kimi də sənət
tariximizdə iz qoymuşdur. 1945-ci ildə
Ü.Hacıbəylinin ümumdünya şöhrətli
“Arşin mal alan” operettası əsasında
çəkilmiş bədii filmdə Asya rolunun vo-
kal partiyasını səsləndirmişdir.
Onun Səməd Vurğunun sözlərinə
bəstələdiyi xor və simfonik orkestr üçün
“Gözəl vətən”, Tofiq Mütəllibovun
şeirinə yazdığı “Sülhün səsi” kantata-
ları, pambıq ustası Bəsti Bağırovaya
həsr etdiyi simfonik poeması və onlarla
əsəri çox yüksək qiymətləndirilmişdir.
1982-ci ildə “Azərbaycan Respub-
likasının Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüşdür.
Ədilə Hüseynzadə 2005-ci il iyul
ayının 20-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Duyğular: fortepiano ilə
oxumaq üçün romans-
lar /Ə.Hüseynzadə; tərc.
R.Şifrin.-Bakı: İşıq, 1980.-
41 s.
Hüseynzadə Ədilə Haca-
ğa qızı //Üzeyir Hacıbəyli
Ensiklopediyası.- Bakı,
2008.- S.114.
Fərəcov, S. Dahi bəstəkarın
sevimli tələbəsi /S.Fərəcov
//Mədəniyyət.- 2014.- 30
aprel.- S. 15.
O, “Arşın mal alan”da
Asyanın partiyasını oxu-
muşdu...: Azərbaycanda
bəstəkarlıq təhsili almış ilk
qadın //Azadlıq.- 2013.- 7
mart.- S. 14.
Николаева, Р.Р.
Адиля Гусейнзаде
/Р.Р.Николаева.- Баку:
Ишыг, 1985.- 47 с.
Dostları ilə paylaş: |