İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
29
Bəstəkar
Musiqi.Opera.Balet
134
Teatr.Kino
70
illiyi
Ceyhun Mirzəyev
1946-1993
APREL
Ceyhun Cəmil oğlu Mirzəyev
1946-cı il aprel ayının 9-da Ağdamın
Abdal-Gülablı kəndində anadan ol-
muşdur. M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun (indi-
ki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti) rejissorluq
fakültəsini bitirmiş, sonra Moskvada
təhsil almışdır. Tələbə ikən rejissor
H.Seyidzadənin “Yenilməz batalyon”
filmində Teymur və “Dəli Kür” filmində
Osman, rejissor H.Seyidbəylinin
“Cazibə
qüvvəsi”
novellasında
Səməndər, rejissor M.Dadaşovun “Qa-
nun naminə” filmində Absalam və
digər obrazları yaratmışdır.
Onun 47 illik ömrünün 35 ili kino
ilə bağlı olmuşdur. “Görüş” (1955)
filmində Şıxəlinin oğlu obrazını
yaradarkən cəmi doqquz yaşı var idi.
On iki yaşı olanda isə “Ögey ana”
(1958) filminə dəvət almış, İsmayıl
obrazını peşəkar aktyor səviyyəsində
yaratmışdır.
Kinostudiyada müxtəlif peşələrdə
çalışmış 1971-ci ildən filmlərə
çəkilməklə bərabər “Mozalan” kino-
jurnalında əvvəlcə rejissor assistenti
olmuş, sonradan rejissor işləmiş, 100-ə
yaxın oyun və “Keyfiyyət nişanı”,
“Dəyirman bildiyini eyləyir”, “Qlise-
rin qıtlığı”, “Daş hələ də dözür”, “Kəsə
cavab”, “Qunduzdan söhbət açaq”, “İs-
rafçılar”, “Bəxtəvər” və s. adlı sənədli
süjetlər yaratmışdır.
Bütün
rolları
orijinallı-
ğı,
səmimiyyəti,
temperamenti,
özünəməxsus xarakteri ilə fərqlənir.
Bir aktyor kimi müxtəlif filmlərdə
ərköyün, balaca İsmayıldan başlamış,
öz əsgəri borcunu vicdanla yerinə
yetirən zabit İsmayıl, satqınlıq üstündə
atası tərəfindən cəzalandırılan Fortuna-
to, vətənpərvər Manolo, inqilabçılara
kömək etmək istəyən Teymur, xalqın
maariflənməsinə xidmət edən Osman,
Böyük Vətən müharibəsi başlayanda
ön cəbhəyə yollanan əsgər, hər cür fı-
rıldaq yolu ilə pul qazanan İbadulla,
qaçaqlar tərəfindən malı əlindən alın-
mış tacir obrazlarını məharətlə oyna-
mışdır.
“Bəyin oğurlanması” bədii fil-
mi onun böyük ekranda ilk işidir. C.
Mirzəyev bu filmə Vaqif Mustafayevlə
birgə 1985-ci ildə quruluş vermişdir.
Janrına görə əyləncəli kinokomedi-
ya olan filmdə hər şeydən əvvəl insan
səadəti, bu səadət uğrunda aparılan
mübarizədən söhbət açılmışdır.
Ceyhun Mirzəyevin son filmi sse-
nari müəllifi Vaqif Mustafayev olan
“Fəryad” olmuşdur. 1993-cü ildə
çəkilən “Fəryad” bədii filminə görə
baş rolun ifaçısı Ceyhun Mirzəyev
ölümündən sonra “Bakılı” cəmiyyətinin
“Humay” mükafatına, Azərbaycan
filmlərinin III festival-müsabiqəsində
ekranda qəhrəmanlıq mövzusunun
həllində fədakarlığa və yaradıcılıq ax-
tarışlarına görə, ölümündən sonra, dip-
lom və prizə layiq görülmüşdür. Təssüf
ki, özü bu filmini görə bilməmişdi.
Studiyada çəkiliş vaxtı özünü pis
his edən Ceyhun Mirzəyev 1993-cü il
mart ayının 5-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Ceyhun Mirzəyev əfsanəsi //Ədalət.-
2012.- 5 may.- S. 24.
Dadaşov, A. Ceyhun Mirzəyevin son
“Fəryad”ı /A.Dadaşov //Mədəni
həyat.-2014.- № 4.- S. 80-81.
Həsənova, R. Ceyhun Mirzəyev
insanları heyrətə gətirəcək gözəl
rollar oynayıb /R.Həsənova //Üç
nöqtə.- 2014.- 9 aprel.- S. 13.
“Ögey ana”nın “fəryad” edən
oğlu: Ceyhun Mirzəyev //Ekran-
efir.- 2015.- 16 yanvar.- S.9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
9
Aktyor
135
Teatr.Kino
70
illiyi
Ramiz Həsənoğlu
1946
APREL
Ramiz Həsənağa oğlu Mirzəyev
(Ramiz Həsənoğlu) 1946-cı il aprel
ayının 13-də İrəvan şəhərində anadan
olmuşdur. 1948-ci ildə ermənilərin
yenidən azğınlaşması və bölgədə sa-
bitliyin pozulması ilə əlaqədar 2 yaşlı
Ramiz valideynləri ilə birlikdə Gəncə
şəhərinə köçmüş, 1956-cı ildə isə Bakı-
ya gəlmişdir. 1965-ci ildə orta məktəbi
bitirib Azərbaycan Dövlət Teatr İnstitu-
tunun mədəni-maarif fakültəsinin qiya-
bi şöbəsinə qəbul olunmuşdur. 1966-cı
ildən Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində rejissor
köməkçisi işləməyə başlamış, Ağaəli
Dadaşov, Rauf Kazımovski, Arif Ba-
bayev kimi görkəmli sənətkarlardan bu
sənətin sirlərini öyrənmişdir.
Yazıçı Anarın pyesləri əsasında
“Mən, sən, o və telefon”, “Dindirir əsr
bizi”, “Ötən ilin son gecəsi” teletama-
şalarını ekranlaşdırmış, bu dövrdə sənət
uğurları ilə yanaşı, təhsilini də davam
etdirmişdir. 1973-cü ildə müsabiqə yolu
ilə qəbul olunduğu Sankt-Peterburq
Dövlət Teatr Musiqi və Kinematoqra-
fiya Akademiyasını 1978-ci ildə uğurla
başa vurmuşdur.
Hamlet
Xanızadənin,
Həsən
Əblucun, Yaşar Nurinin rol aldıqla-
rı “Qatarda” televiziya tamaşasından
sonra populyarlıq qazanmışdır. Onun
quruluş verdiyi teletamaşalar sırasında
ən uğurlu alınanlardan biri də Hüseyn
Cavidin eyniadlı əsəri əsasında ekran-
laşdırdığı “Topal Teymur”dur. “Günah-
sız Abdulla” və ilk Azərbaycan telemü-
zikli “Ordan-burdan” ona daha geniş
şöhrət gətirmişdir. Məşhur, bənzərsiz
“Ac həriflər” televiziya tamaşası Ramiz
Həsənoğlunun yaradıcılığında mühüm
yer tutmuş, tamaşa “Humay” mükafatı-
na layiq görülmüşdür.
R.Həsənoğlu Musiqili Komediya
Teatrında “Məzəli əhvalat” və Milli
Akademik Dram Teatrında “Brüsseldən
məktublar” tamaşalarına quruluş ver-
miş, 200-dən artıq televiziya verilişi ha-
zırlamışdır.
Rüstəm İbrahimbəyovun ssenari-
si əsasında çəkdiyi “Ailə” bədii filmi
2000-ci ildə Moskvada keçirilən Avrasi-
ya festivalının baş mükafatına layiq gö-
rülmüşdür. 2007-ci ildə Anarın ssenarisi
əsasında “Cavid ömrü”, 2012-ci ildə isə
Mirzə Fətəli Axundzadənin 200 illik yu-
bileyi ilə əlaqədar “Sübhün səfiri” bədii,
tammetrajlı filmini çəkmişdir. 1993-cü
ildən bu günə kimi Azərbaycan televi-
ziyasında “Sabah” eksperimental yara-
dıcılıq emalatxanasına rəhbərlik edir.
Azərbaycan Kinematoqrafçılar Birliyi
İdarə Heyətinin və Azərbaycan Kinore-
jissorlar Gildiyası Bürosunun üzvüdür.
Azərbaycan televiziyası və radio-
sunun inkişafındakı xidmətlərinə görə
Mirzəyev Ramiz Həsənağa oğlu 1989-cu
ildə “Əməkdar incəsənət xadimi”, 4 no-
yabr 2006-cı il tarixində isə Azərbaycan
Respublikasının “Xalq artisti” fəxri ad-
larına layiq görülmüşdür.
Ə d ə b i y y a t
Bu sənət yolunda son bir döyüş
var /R.Həsənoğlu //Ədəbiyyat
qəzeti.- 2014.- 17 oktyabr.-
S.8-9.
Talıbzadə, A. Ustad və Ayna:
ruhun, çinarın, telefonun ekran
estetikası: bədii-publisistik
salnamə /A.Talıbzadə.- Bakı:
Çinar-Çap, 2004.- 289 s.
Əzizbəyli, R. Yubiley ərəfəsində
/R.Əzizbəyli //525-ci qəzet.-
2012.- 16 fevral.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
www.uzeyirbook.musigi-
dunya.az
13
Rejissor
136
Teatr.Kİno
100
illiyi
Nəsibə Zeynalova
1916-2004
APREL
Nəsibə Cahangir qızı Zeynalova
1916-cı il aprel ayının 20-də Azərbaycan
milli realist aktyor məktəbinin banisi
Cahangir Zeynalovun ailəsində Bakıda
anadan olmuşdur.
Bakıda orta məktəbi bitirdikdən son-
ra Bakı Teatr Texnikumuna daxil olmuş,
burada M.Haşımov, A.Gəraybəyli və
A.Tuqanovdan dərs almışdır.
1932-ci ildə Rza Təhmasibin dram
dərnəyinə üzv olmuş, 1934-cü ildə möv-
sümi (aprel ayından oktyabr ayına kimi)
fəaliyyət göstərən səyyar Kolxoz və
Sovxoz Teatrında aktrisa işləməyə baş-
lamışdır. 1941-ci ildə Azərbaycan Mu-
siqili Komediya Teatrına işə qəbul olun-
muşdur. Müharibə dövründə cəbhədə
və hospitallarda əsgərlər qarşısında ta-
maşalarla çıxış etmişdir. S.Rüstəmovun
“Beş manatlıq gəlin” tamaşasında Gül-
naz, A.Məşədibəyovun “Toy kimin-
dir?” tamaşasında Məsmə, F.Əmirovun
“Gözün aydın” tamaşasında Nargilə,
S.Ələsgərovun “Ulduz” tamaşasında
Züleyxa, V.Dolidzenin “Keto və Kote”
tamaşasında Kabato obrazları aktrisanı
tamaşaçılara sevdirmişdir.
XX əsrin 50-ci illərində aktrisanın
ifaçılıq qabiliyyəti daha da püxtələşmiş,
onun bu dövrdə yaratdığı səhnə obrazla-
rı Azərbaycan komediya teatrı tarixinə
iri hərflərlə yazılmışdır. T.Quliyevin
“Qızılaxtaranlar”
tamaşasında
Rəxşəndə, S.Rüstəmovun “Rəisin arva-
dı” tamaşasında Afərin, Ş.Miloravanın
“Tbilisi nəğməsi” tamaşasında Gesi-
ya, A.Rzayevin “Hacı Kərimin Aya
səyahəti” tamaşasında Kəblə Fatma,
S.Ələsgərovun “Həmşəxanım” tama-
şasında Həmşəxanım, “Sevindik qız
axtarır” tamaşasında Xeyransa kimi bir-
birindən maraqlı obrazlar yaratmışdır.
Rəqs, mahnı (yaxud reçitativ) və
hərəkətlərdən eyni epizodda, hətta
eyni məqamda yüksək peşəkarlıqla
istifadə etmiş, xalq yumorunun,
“Qaravəlli” oyun tamaşalarının, lətifə
söyləmələrinin estetik oyun-göstərmə
prinsiplərindən həssaslıqla bəhrələnmiş,
tipik xarakter yaratmağa üstünlük ver-
miş və bu istiqamətdə obrazın məzmun-
forma vəhdətini vacib şərt kimi
dəyərləndirmişdir.
Aktrisa “Ögey ana” (1959), “Bö-
yük dayaq” (1963), “Ulduz” (1964),
“Qanun naminə” (1969), “Bizim Cəbiş
müəllim” (1970) filmlərində müxtəlif
səpkili, yaddaqalan obrazlar yaratmış-
dır. Kinoda yaratdığı ən məşhur obrazı
1979-cu ildə “Qaynana” filmində oyna-
dığı Cənnət xala - qaynana obrazıdır.
Teatr və kino sənətinin inkişafında-
kı xidmətlərinə görə 24 may 1960-cı il
tarixində “Azərbaycan Respublikasının
Əməkdar artisti”, 1967-ci ildə isə “Xalq
artisti” fəxri adlarına layiq görülmüşdür.
“Hicran” tamaşasındakı Qızbacı roluna
görə Azərbaycan Dövlət mükafatı lau-
reatı olmuşdur.
1974-cü ildə haqqında “Aktrisanın
təbəssümü” televiziya filmi çəkilmişdir.
1961-1987-ci illərdə Xalq deputatı se-
çilmişdir.
1997-ci ildə “Şöhrət” ordeni və bir
sıra medallarla təltif edilmişdir. 2000-ci
ildə Moskvada onun adına Gənclər Te-
atrı açılmışdır.
Nəsibə xanım Zeynalova 2004-cü il
mart ayının 10-da Bakıda vəfat etmiş,
Fəxri Xiyabanda dəfn edilmişdir.
2005-ci ildə “Qrand” Müstəqil Mil-
li İctimai mükafata layiq görülmüşdür.
Adını daşıyan tanker mövcuddur.
Ə d ə b i y y a t
İsmayılova, A. Nəsibə Zey-
nalova /A.İsmayılova.- Bakı,
1966.- 79 s.
Rəhmanzadə, F. Nəsibə Zey-
nalova /F.Rəhmanzadə.- Bakı:
İşıq, 1978.- 34.
Əhmədov, S. Nəsibə Zeynalova
/S.Əhmədov //Azərbaycan
tarixindən yüz şəxsiyyət.- Bakı,
2006.- S.256-257.
Rəhimli, İ. Nəsibə Zeynalova
/İ.Rəhimli //Azərbaycan teatr
tarixi.- Bakı, 2005.- S.669-
673.
Süleymanova, A. Milli kome-
diyamızın klassiki: Nəsibə
Zeynalova //Kaspi.-
2014.- 18 aprel.- S. 11.
Zümrüd. Sənət məktəbini
yaradan aktrisa /Zümrüd //
Səs.- 2012.- 10 mart.- S. 12.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
20
Aktrisa
137
Teatr.Kİno
75
illiyi
Yusif Muxtarov
1941-2010
APREL
Yusif Mehdi oğlu Muxtarov 1941-ci
il aprel ayının 23-də (bəzi mənbələrdə
22 iyul) Sabirabad rayonunda ana-
dan olmuşdur. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetini
və Plexanov adına Moskva Dövlət Xalq
Təsərrüfatı Akademiyasını bitirmişdir.
Əmək fəaliyyətinə 1964-cü ildən
Azərbaycan Dövlət Radio və Televi-
ziya Verilişləri şirkətində diktor kimi
başlamışdır. 1994-cü ilə kimi orada
diktor, ictimai-siyasi verilişlər redaksi-
yasının baş redaktoru vəzifəsində çalış-
mışdır. 1992-ci ildən 2010-cu ilə kimi
Bakı Bələdiyyə Teatrının icraçı direk-
toru olmuşdur. Yusif Muxtarovun Bakı
Bələdiyyə Teatrının yaranmasında,
inkişafında və teatrın xarici ölkələrdə
layiqincə təmsil olunmasında əvəzsiz
xidmətləri olmuşdur.
Bir çox filmlərdə, televiziya tama-
şalarında yaddaqalan rollar yaratmış-
dır. Onlardan N.Hikmətin “Qəribə
adam”, M.Y.Lermontovun “İki qar-
daş”, S.Vurğunun “Vaqif”, S.Rəhmanın
“Xoşbəxtlər”, N.Hikmətin “Bayra-
mın ilk günü”, Baycıyevin “Duel”,
Ç.Aytmatovun “Qırmızı yaylıqlı qo-
vağım mənim”, İ.Əfəndiyevin “On iki
manatlıq lüstr”, “Söyüdlü arx” kimi te-
leviziya tamaşalarında və Azərbaycan
kinostudiyasında çəkilən “Baladadaşın
məhəbbəti”, “Qatarda qətl” filmlərində
yaddaqalan obrazları qeyd etmək olar.
Azərbaycan radiosunun qızıl fondun-
da Yusif Muxtarovun səsi olan 350-
dən artıq bədii veriliş saxlanmaqdadır.
Azərbaycan dilində onun səsi ilə mindən
artıq film səsləndirilərək, YUNESKO-
nun iki qızıl diskində qorunur. Klassik
poeziyamızın təbliğatçısı kimi səsində
lentə alınmış Nizaminin, Füzulinin,
Nəsiminin şeirləri, radionun aparıcı dik-
torları ilə birgə yazılmış digər verilişlər
uzun müddət diləyicilərin yaddaşlarına
həkk edilmişdir.
1991-ci ildə “Əməkdar artist” fəxri
adına layiq görülmüş, 1999-cu ildə
Türkiyənin İstanbul Hərbi Hava Aka-
demiyasının qızıl medalı, 2003-cü ildə
isə Tehranda keçirilən Beynəlxalq Teatr
festivalının qızıl medalı ilə təltif edilmiş-
dir. 2002-ci il noyabr ayının 7-də Bakı
Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar
Prezident Heydər Əliyevin Fərmanı ilə
Yusif Muxtarova “Xalq artisti” fəxri
adı verilmişdir. Bakı Bələdiyyə Teatrı-
nın Azərbaycan ordusunun hərbiçiləri
qarşısında müntəzəm və davamlı çıxış-
larının təşkilinə görə 2005-ci ildə Teatr
Xadimləri İttifaqının təsis etdiyi “Qızıl
Dərviş” mükafatına layiq görülmüşdür.
Yusif Mehdi oğlu Muxtarov 2010-cu
il aprel ayının 26-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Kərimov, İ. Onun işıqlı xatirəsi
yaddaşlarda yaşayır: Yusif
Muxtarov-70 /İ.Kərimov
//Mədəniyyət.- 2011.- 22 iyul.-
S. 12.
Qocayeva, Ə. Unudulmaz
sənətkar /Ə.Qocayeva //Respub-
lika.- 2011.- 27 aprel.- S. 7.
Oktay. “Nə xoşbəxt imişəm”!..
/Oktay //Xalq cəbhəsi.- 2012.- 15
mart.- S. 13.
Səməndər, R. Yusif Muxtarov-70
/R.Səməndər //Ayna.- 2011.- 23
iyul.- S. 20.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
23
Aktyor
138
Milli Qəhrəmanlar
70
illiyi
Yelmar Edilov
1946-1994
APREL
Yelmar Şahmar oğlu Edilov 1946-cı
il aprel ayının 10-da Ağdam rayonunda
anadan olmuşdur. 1954-1964-cü illərdə
Əlimədədli kənd orta məktəbində təhsil
almış, sonra isə Ağdam Kənd Təsərrüfatı
Texnikumuna daxil olmuşdur. 1964-
cü ildə Minsk şəhərində hərbi xidmət
keçmiş, hərbi xidmətdən ikinci qrup
əlil kimi tərxis olunaraq texnikumda
yarımçıq qalmış təhsilini davam etdir-
mişdir. 1988-ci ildə Qərbi Azərbaycan
ərazisindən soydaşlarımızın deporta-
siya edilməsi zamanı Yelmar könüllü
özünümüdafiə batalyonlarının yara-
dılmasını təkid etmiş və bu işə yalnız
1990-cı ildən sonra başlanmışdır.
1991-ci ilin əvvəllərindən başlayaraq
Ağdamın bir çox kəndləri erməni işğal-
çıları tərəfindən gecə-gündüz atəşə tutul-
muş, Yelmar Edilovun rəhbərliyi ilə Ko-
lanı kəndində yaradılmış özünümüdafiə
batalyonu Ağdamda dəfələrlə ermənilərə
lazımi cavab vermişdilər. Qazançı,
Sırxavənd, Manikli kəndləri uğrun-
da gedən döyüşlərdə rəşadətlə vuruş-
muş, 1993-cü ilin iyununda Şahbulaq
yüksəkliyi uğrunda döyüşə rəhbərlik et-
miş, yüksəkliyi ələ keçirmiş, lakin əlavə
kömək gəlmədiyinə görə geri çəkilməli
olmuşdur. 1994-cü ilin aprelində “Çərik”
istiqamətində düşmən hücumunun qarşı-
sı alınmış, düşmənin iki tankı və onlarla
canlı qüvvəsi məhv edilmişdir. Həmin
döyüşdə komandir Yelmar Edilov həlak
olmuş, lakin düşmənin irəliləməsinə im-
kan verməmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 16 sentyabr 1994-cü il tarixli 203
saylı Fərmanı ilə Edilov Yelmar Şahmar
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. Bakı şəhərindəki II Şəhidlər
Xiyabanında dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Edilov
Yelmar Şahmar oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaq-
larının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz
müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).
Abbasoğlu, B. Yelmar Şahmar oğlu Edilov haqqında /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.109-126.
Edilov Yelmar Şahmar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana: tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.47-48.
Əsgərov, V. Edilov Yelmar Şahmar oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.63-64.
Seyidzadə, M. Edilov Yelmar Şahmar oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.48.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
10
Milli Qəhrəman
139
Milli Qəhrəmanlar
70
illiyi
Allahverdi Bağırov
1946-1993
APREL
Allahverdi Teymur oğlu Bağırov
1946-cı il aprel ayının 22-də Ağdam
şəhərində anadan olmuşdur. 1965-ci
ildə 1 saylı Ağdam şəhər orta məktəbini
bitirmişdir. Allahverdi uşaqlıqdan id-
mana böyük maraq göstərmiş, yüngül
atletika, voleybol və futbolla məşğul
olmuşdur. Qarabağ hadisələri başlaya-
na qədər o, Ağdamda futbolçu kimi ta-
nınmış, ad-san qazanmış, 1966-cı ildən
1983-cü ilədək Ağdam Uşaq-gənclər
idman məktəbində məşqçi işləməklə
yanaşı, “Qarabağ” futbol komandasında
fəaliyyət göstərmişdir.
1988-ci ildə ermənilərin Qara-
bağa təcavüzünün ilk günlərindən
xalq hərəkatına qoşulmuş və onun
fəallarından olmuşdur. A.Bağırovun ya-
ratdığı könüllülər batalyonu Ağdamın bir
sıra kəndlərinin müdafiəsində mərdliklə
vuruşmuşdur. 1992-ci ildə mühasirədə
olan kəndlərə kömək etmək, ərzaq çat-
dırmaq, dinc əhalinin təhlükəsizliyini
qorumaq və ən əsası var gücü ilə həmin
kəndləri azad etməyə çalışırdı.
1992-ci ilin fevralında Xocalı faciəsi
zamanı onun batalyonu Əsgəran yaxınlı-
ğında yüzlərlə soydaşımızı xilas edə bil-
miş, 1992-ci il iyun ayının 12-də məhz bu
batalyonun səyi nəticəsində Aranzəmin,
Naxçıvanik, Dəhraz, Mirkənd, Pirca-
mal kəndləri düşməndən azad edilmiş-
di. Cəsur komandir gözətçi məntəqəsini
yoxlayıb qərargaha dönərkən sürücü ilə
birlikdə minaya düşərək həlak olmuş,
Ağdam rayonunun Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin 24 fevral 1993-cü il tarixli 476 saylı
Fərmanı ilə Bağırov Allahverdi Teymur
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Dostları ilə paylaş: |