180
Mədəniyyət.Maarif.Təhsil
130
illiyi
Rəhim bəy Məlikov
1886-1936
MA
Y
Rəhim bəy Mehrəli bəy oğlu Məlikov
1886-cı il may ayının 2-də Göyçay
qəzasının Zərdab kəndində (indiki
Zərdab rayonu) anadan olmuşdur. Atası
Mehrəli bəy ermənilər tərəfindən qətlə
yetirildiyindən yetim qalmış yeddi yaşlı
Rəhim əmisi - görkəmli maarifçi, ziyalı
Həsən bəy Zərdabinin himayəsində bö-
yümüşdür. 1906-cı ildə Bakıda realnı
gimnaziyanı bitirib Kazan Universite-
tinin fizika-riyaziyyat fakültəsinə daxil
olmuşdur.
1912-ci ildə təhsilini başa vuran
Rəhim bəy təyinata uyğun olaraq Şi-
mali Qafqazın bir sıra şəhərlərində
fəal pedaqoji iş aparmış, 1912-1913-
cü illərdə Qroznı, Maykop və Pya-
tiqorsk şəhərlərində ali kurslarda fi-
zika və riyaziyyat, 1920-1923-cü
illərdə isə M.Lermontov adına Xalq
Universitetində fizika fənnini tədris et-
mişdir.
1923-cü ildə Azərbaycan Xalq Ko-
missarları Sovetinin sədri Nəriman
Nərimanovun dəvəti ilə Bakıya
gəlmiş və Ali Pedaqoji İnstitutda fizi-
ka müəllimi kimi fəaliyyətə başlamış-
dır. 1927-ci ildə Ali Pedaqoji İnstitu-
tun (indiki ADPU) Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tərkibinə
qatılması ilə əlaqədar olaraq (1930-cu
ilə qədər) Rəhim bəy fəaliyyətini orada
davam etdirmişdir. 1930-1936-cı illərdə
Pedaqoji İnstitutun fizika kafedrasının
müdiri olmuşdur.
1935-ci ildə institutun elmi şura-
sı alimin elmi və pedaqoji sahədəki
xidmətlərini nəzərə alaraq ona fizika
üzrə professor elmi rütbəsinin verilməsi
barədə qərar çıxarmışdır. Pedaqoji İns-
titutun tarixində Rəhim bəy Məlikov
bu ada layiq görülmüş ilk azərbaycanlı
alim idi.
Onun yaratdığı fizika kabineti
tələbələrin pedaqoji təcrübəsinə xidmət
etmiş, eyni zamanda o, ilk dəfə fizika
terminləri lüğətini də hazırlamışdır.
Görkəmli pedaqoq olmaqla yanaşı,
mətbuat səhifələrində xalqımızın adət-
ənənələrindən, mənəvi dəyərlərindən
bəhs edən maraqlı məqalələr dərc etdir-
miş, demokratik ideyalı tədqiqatçı kimi
məşhurlaşmışdır. Kazan Universitetində
təhsil alarkən “Molla Nəsrəddin” jurna-
lının Kazan regionu üzrə müxbiri kimi
“Bayquş” imzası ilə də çıxış etmişdir.
Nəcəf bəy Vəzirovun “Müsibəti
Fəxrəddin” və “Ailə tərbiyəsi”
əsərlərinin tatar dilinə tərcümə edilib
səhnələşdirilməsi də Rəhim bəyin adı
ilə bağlıdır. Onun ilk teatr resenziyala-
rı 1905-ci ildə “Kaspi” qəzetində dərc
olunmuşdur.
Repressiya Rəhim bəydən də yan
keçməmiş, Zərdabilər ailəsinin digər
üzvləri kimi, o da bu amansız prosesin
qurbanı olmuşdur. Azərbaycanın fizi-
ka elmi üzrə ilk professoru Rəhim bəy
təzyiq və ittihamlara dözə bilməyərək
1936-cı il fevral ayının 23-də vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Aydınoğlu, T.
Azərbaycanın ilk fizi-
ka alimi /T.Aydınoğlu
//Xalq qəzeti.- 2011.-
9 iyul.- S.7.
İlyasoğlu, R.
Azərbaycanın fizika
elminin görkəmli
xadimi /R.İlyasoğlu //
Respublika.- 2011.-
23 iyun.- S.8.
Qurbanov, Ş.
Azərbaycanda ilk
fizika professoru -
Rəhim bəy Məlikov
/Ş.Qurbanov //
Müəllimlər.- Bakı,
2003.- S.75-108.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.
org
2
Alim
181
181
Mədəniyyət.Maarif.Təhsil
160
illiyi
Hənifə Məlikova-Abayeva
1856-1929
MA
Y
Hənifə Aslan bəy qızı Məlikova
(Abayeva) 1856-cı il may ayının 5-də
Şimali Qafqazda, Nalçik şəhərində
anadan olmuşdur. Azərbaycanın ilk
maarifçi qadınlarından biri olan Hənifə
xanım 1872-ci ildə Tiflisdə “Müqəddəs
Nina” qız məktəbini bitirmişdir.
Həyat yoldaşı Həsən bəy Zərdabi
ilə birlikdə Azərbaycanın ilk mətbu
orqanı olan “Əkinçi” qəzetinin forma-
laşması və nəşrində fəal iştirak etmiş-
dir.
1880-ci ildə Həsən bəy Zərdabi ilə
birgə, öz mənzilində Xalq məktəbi aç-
mış, təqib və təzyiqlərə baxmayaraq,
heç bir təmənna ummadan kimsəsiz
uşaqlara sahib çıxaraq, həyat yol-
daşı ilə birlikdə onlara elm, savad
öyrətmişdir. 1904-1908-ci illərdə yaş-
lılara da dərs demişdir.
Hənifə xanım Bakıda “Nicat”
Cəmiyyətinin qadın bölməsinin yara-
dıcılarından biri olmuş, türk qadınla-
rının mədəni səviyyəsini yüksəltmək,
onları təhsilli, ziyalı şəxsiyyət kimi
yetişdirmək üçün çalışmışdır.
Böyük xeyriyyəçi Hacı Zeynalab-
din Tağıyevin köməyi ilə 1901-ci ildə
Bakıda ilk qızlar məktəbi açılmış,
1901-1905-ci illərdə Hənifə xanım
həmin məktəbin müdiri olmuşdur.
1909-cu ildən 1919-cu ilədək Bakı
şəhər Dövlət birinci rus-tatar (rus-
Azərbaycan) qız məktəbinin müdiri
vəzifəsində çalışmışdır.
Hənifə xanım Məlikovanın (Aba-
yeva) maarifçilik fəaliyyəti qısa bir
zamanda bütün Cənubi Qafqazda ge-
niş vüsət almış, 1920-1926-cı illərdə
Azərbaycan Xalq Maarif Komissarlı-
ğında məsul vəzifədə çalışmışdır.
Milli maarif və mədəniyyətimizin
inkişafında misilsiz xidmətləri olmuş
Hənifə xanım Məlikova (Abayeva)
1929-cu ildə Bakıda vəfat etmişdir.
Əvvəlcə şəhər qəbiristanlığında dəfn
edilən Hənifə xanımın cəsədi sonralar
həyat yoldaşı Həsən bəy Zərdabinin
məzarının yanına köçürülmüşdür.
2011-ci ildə Hənifə xanım Məlikova-
Abayeva Zərdabinin anadan olması-
nın 155 illiyi ilə əlaqədar AMEA-nın
M.Füzuli adına Əlyazmalar İnstitutun-
da elmi-nəzəri konfrans keçirilmişdir.
Ə d ə b i y y a t
Məlikova-Abayeva Hənifə
//Dəyişikliklərə cəsarəti
çatan örnək xanımlar=Role
Models: Women daring to
change /M.Vəzir; Rasional
İnkişaf uğrunda Qadınlar
Cəmiyyəti (RİQC).- Bakı,
2008.- S.63.
Məlikova-Abayeva Hənifə
xanım //Azərbaycan qadını
ensiklopediyası /red. hey. R.
Mehdiyev [və b.]; baş red.
İ.Vəliyev; [müəl. X.Abbasov
[və b.]].-Bakı, 2002.- S.272.
Məlikova-Abayeva Hənifə
xanım //Azərbaycan Sovet
Ensiklopediyası: 10 cilddə.-
Bakı, 1982.- C.6.- S.491.
Fərəcov, S. Müqəddəs
əməllərin böyüklüyü
/S.Fərəcov //Mədəniyyət.-
2012.-27 iyul.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
5
Maarifçi
182
Mədəniyyət.Maarif.Təhsil
MA
Y
Mahmud Allahverdiyev
1931-1999
Ə d ə b i y y a t
Azərbaycan teatrı bu
gün /M.Allahverdiyev;
AzSSR “Bilik”
Cəmiyyəti.- Bakı: [Kom-
munist], 1984.- 54 s.
Azərbaycan və
xalq teatr tarixi
/M.Allahverdiyev.-Bakı:
Marif, 1978.- 238 s.
Mirzağa Əliyev:
[monoqrafiya]
/M.Allahverdiyev.-Bakı:
İşıq, 1988.-110 s.
Teatr tənqidi və
müasirlik: İncəsənət
institutunun tələbələri
üçün dərs vəsaiti
/M.Allahverdiyev; rəyçi:
İ.Rəhimli; elmi red.
A.Səfiyev.- Bakı: Maarif,
1990.- 192 s.
Rəis, X. Görkəmli
teatrşünas Mahmud
Allahverdiyev /Xəyalə
Rəis //Kaspi.- 25-27
avqust.- S.22.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Mahmud Qara oğlu Allahverdiyev
1931-ci il may ayının 15-də Gürcüs-
tan Respublikasının Bolnisi rayonunun
Mirhəsənli kəndində anadan olmuşdur.
1952-1956-cı illərdə Azərbaycan
Dövlət Teatr İnstitutunun (indi-
ki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti) aktyor-
luq fakültəsində təhsil almış, sonra
M.Əzizbəyov adına Azərbaycan Dövlət
Dram Teatrına aktyor kimi qəbul edil-
mişdir.
Onun səhnədə ilk rolu 1955-ci
il dekabr ayının 27-də “Tədris” Te-
atrının səhnəsində rejissor Mehdi
Məmmədovun quruluşunda F.Şillerin
“Qaçaqlar” pyesindəki Karl Moor ob-
razı olmuşdur. Həmin vaxtdan Ədil
İsgəndərov bu gənc aktyorda yüksək is-
tedadı duyaraq onun Azərbaycan Dövlət
Dram Teatrında aktyor kimi işləməsinə
razılıq vermişdir.
Lakin elmi işə marağı olduğundan
Azərbaycan Elmlər Akademiyasının
(indiki AMEA) Memarlıq və İncəsənət
İnstitutunun Teatr və kino şöbəsinin as-
piranturasına qəbul olunmuşdur.
1966-cı ildə “Müasir aktyor yaradıcı-
lığı - Ələsgər Ələkbərov” mövzusunda
namizədlik dissertasiyası, 1991-ci ildə
Daşkənddə “Azərbaycan xalq teatrının
kökləri və müasirlik” mövzusunda dok-
torluq dissertasiyası müdafiə etmişdir.
1970-ci ildən Azərbaycan Dövlət
İncəsənət İnstitutu (indiki ADMİU)
Teatr tarixi kafedrasında (indiki Te-
atrşünaslıq) fəaliyyətini davam etdir-
mişdir. 1972-ci ildə ilk elmi əsəri olan
“Ələsgər Ələkbərov” monoqrafiyasını,
1988-ci ildə isə SSRİ Xalq artisti Mir-
zağa Əliyevin həyat və yaradıcılığına
həsr olunmuş monoqrafiyanı nəşr etdir-
mişdir.
1993-cü ildə Teatr tarixi kafedrasının
müdiri, həmçinin universitetin tədris
və elmi işlər üzrə prorektoru (1978-
1993) vəzifələrində işləmişdir. 1993-cü
ildə İstanbul şəhərindəki Memar Sinan
Universitetinə dərs deməyə dəvət al-
mışdır.
Mahmud Allahverdiyev teatr prosesi-
ni izləyən, onu müasir tələblər baxımın-
dan təhlil edən nəzəriyyəçi, tədqiqatçı,
böyük alim idi. İstər müasir teatr,
istərsə də milli teatrımızın qaynaqlarını
araşdıran mütəxəssislər üçün sanballı
mənbələr hesab olunan “Azərbaycan
xalq teatr tarixi” (1978), “Teatr tənqidi
və müasirlik” (1990), “Müasir teatrda
ənənə və novatorluq məsələləri” (1974)
və digər əsərləri ilə milli teatrşünaslığı-
mızı zənginləşdirmişdir.
Kitablarla yanaşı, həmçinin bir sıra
resenziyaların da müəllifidir. Buna mi-
sal olaraq “Şəbehkərdanlıq haqqında
bir neçə söz”, “Gənc kollektivin axta-
rışları”, “İki pyes, iki tamaşa”, “Kiçik
torpağın böyük qəhrəmanları”, “Kim-
dir müqəssir?”, “Şəhərin yay günləri”,
“Mənsiz dünya” və s. adlarını çəkmək
olar.
Görkəmli teatrşünas alim Mahmud
Allahverdiyev 1999-cu il dekabr ayının
2-də Bakı şəhərində vəfat etmişdir.
85
illiyi
15
Teatrşünas
183
Mədəniyyət.Maarif.Təhsil
Ofeliya Sənani
1941
MA
Y
Ofeliya Hacağa qızı Sənani 1941-ci il
may ayının 26-da Bakı şəhərində anadan
olmuşdur. Hələ 10-cu sinifdə oxuyarkən
Respublika Radiosunda təcrübəçi diktor
kimi fəaliyyətə (1959) başlamışdır.
1959-1975-ci illərdə bir sıra radio
tamaşalarında baş rolları səsləndirən
Ofeliya Sənani 1975-ci ildə televiziya-
da diktor kimi fəaliyyətə başlamış və
1978-ci ildə ali dərəcəli diktor adına
layiq görülmüşdür. Eyni zamanda 1960-
1990-cı illərdə “Azərbaycanfilm” kinos-
tudiyasının dublyaj şöbəsində işləmiş,
100-dən artıq filmin baş qəhrəmanını -
“Yeddi oğul istərəm” (1970 - Humay),
“Tütək səsi” (1978 - İsmət), “Qayna-
na” (1978 - Sevda) və b. qəhrəmanları
səsləndirmişdir.
Bir neçə filmdə rol almış - “Dağlarda
döyüş” (1967), “O qızı tapın” (1970),
“Ulduzlar sönmür” (1971) və s. bədii
filmlərində, “Mücrü” (1973), “Bakı
bulvarı” və s. televiziya filmlərində
çəkilmişdir.
Ofeliya Sənani 1975-ci ildə “Əməkdar
artist”, 1991-ci ildə isə “Xalq artisti”
fəxri adlarına layiq görülmüşdür.
Azərbaycan efir məkanında diktor
məktəbinin aparıcı şəxsiyyətlərindən biri
kimi yeni diktor nəslinin yetişməsində
böyük rol oynamışdır.
Kütləvi informasiya vasitələrinin
mühüm qollarından biri olan Milli Te-
leviziyanın inkişafındakı xidmətlərinə
görə Ofeliya Sənani 1994-cü ildə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına əsasən Fərdi təqaüdə layiq
görülmüşdür.
26
Ə d ə b i y y a t
Sənani Ofeliya Hacağa qızı //Azərbaycan qadını ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat –Poliqrafiya birliyi/ Bakı,
2002.- S.357.
Allahverdiyev, E. Bizim ali dərəcəli diktorumuz /E.Allahverdiyev //Ekran.Efir.- 2011.- 30 may-5 iyun.- S.7.
Əhmədli, Z. Ekran və efirin Ofeliyası /Z.Əhmədli //Ədəbiyyat qəzeti.-2013.- 1 noyabr.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
75
illiyi
Diktor
184
Riyaziyyat.Fizika.Astronomiya
65
illiyi
Asəf Hacıyev
1951
MA
Y
Asəf Hacı oğlu Hacıyev 1951-ci il
may ayının 29-da Gəncə şəhərində ana-
dan olmuşdur.
1968-ci ildə Gəncədə 4 saylı orta
məktəbi bitirdikdən sonra M.V. Lomo-
nosov adına Moskva Dövlət Universi-
tetinin mexanika-riyaziyyat fakültəsinə
daxil olmuş, 1973-cü ildə fərqlənmə dip-
lomu ilə bitirmişdir. 1979-cu ildə Mosk-
va Dövlət Universitetinin ixtisaslaşdırıl-
mış şurasında “Cihazları hərəkətdə olan
kütləvi xidmət sistemləri” mövzusunda
namizədlik dissertasiyası, 1992-ci ildə
isə N.Bauman adına Moskva Dövlət
Texniki Universitetinin Elmi Şurasın-
da “Cihazları əlaqəli olan mürəkkəb
kütləvi xidmət sistemlərinin analizi”
mövzusunda doktorluq dissertasiyasını
müdafiə etmişdir.
1996-cı ildən AMEA-nın Kibernetika
İnstitutunda laboratoriya müdiri, 2001-
ci ildən Bakı Dövlət Universitetində ka-
fedra müdiri vəzifələrində çalışır.
130 dan çox elmi əsərin, bir
neçə
monoqrafiyanın
müəllifidir.
Asəf Hacıyev dünyanın aparıcı elmi
mərkəzlərinin dəvəti ilə - 1998-ci il
Lissabon Universitetində, 2002, 2003,
2008-ci illərdə Stokholm Kral Univer-
siteti, 2000, 2001, 2004, 2009-cu illərdə
Cənubi Kaliforniya Universitetində,
mütəmadi olaraq Türkiyə və digər
ölkələrin universitetlərində mühazirələr
oxumuşdur.
Dörd dildə (Azərbaycan-ingilis-rus-
türk) “Ehtimal nəzəriyyəsi və riyazi sta-
tistika üzrə terminlər lüğəti”nin (2002)
həmmüəlliflərindəndir.
Azərbaycan
əlifbası hərflərinin optimal düzülüşü-
nün yaradılması üçün yeni universal
statistika metodu təklif etmiş və bu
istiqamətdə tədqiqatları başa çatdırmaq
üçün ABŞ-ın CRDF fondunun qrantına
layiq görülmüşdür. Görkəmli alim 2000-
ci ildən İsveçrədə yerləşən Ümumdün-
ya İntellektual Mülkiyyətinin qorunma
təşkilatının üzvüdür.
Ehtimal Nəzəriyyəsi və Riyazi Sta-
tistika üzrə Ümumdünya Cəmiyyətinin,
2004-cü ildə isə Nobel Mükafatı Laure-
atı Abdüs Salmanın yaratdığı İnkişafda
olan ölkələrin Elmlər Akademiyasının
Qafqaz və Orta Asiya regionlarından ilk
və hələ yeganə üzvü seçilmişdir.
1980-cı ildə Asəf Hacıyev ehti-
mal nəzəriyyəsi və riyazi statistika
sahəsində əldə etdiyi elmi nəticələrə
görə Azərbaycan Lenin Komsomolunun
mükafatına layiq görülmüşdür.
1995-2005-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
olmuşdur. 2001-ci ildə Qara Dəniz İq-
tisadi Əməkdaşlıq Təşkilatının Parla-
ment Assambleyasının vitse-prezidenti
seçilmişdir. Bu təşkilatdakı səmərəli
fəaliyyətinə görə xüsusi diplomla təltif
edilmişdir.
2001-ci ildə AMEA-nın müxbir üzvü,
2014-cü ildə həqiqi üzvü seçilmişdir.
Ə d ə b i y y a t
Azərbaycanca-Türkcə-
rusca-ingiliscə ehtimal
nəzəriyyəsi və riyazi
statistika terminləri
lüğəti /tərt. ed.:
A.Hacıyev və b.- Bakı:
Gənclik, 2002.- 436 s.
Ehtimal nəzəriyyəsi və
riyazi-statistika ensiklo-
pediyası /A.Hacıyev,
C.Allahverdiyev;
H.Əhmədova (tərt
ed).-Bakı: Elm, 2010.-
1183 s.
Hacıyev Asəf //Ə.
Əli-zadə XX əsr
Gəncənin görkəmli elm,
mədəniyyət, partiya və
dövlət xadimləri.- Bakı,
2008.- S.116-118.
İ n t e r n e t d ə
www.anl.az
cs.bsu.edu.az/az/
content/_hacyev_asf_
hac_olu
www.az.wikipedia.org
adam.az/index.
php?option=com...61
29
Akademik
MA
Y
31
185
MA
Y
31
Kimya.Biologiya.Tibb
115
illiyi
Cahangir Abdullayev
1901-1973
MA
Y
Cahangir Məmməd oğlu Abdulla-
yev 1901-ci il may ayının 1-də Gəncə
şəhərində anadan olmuşdur. Gəncə gim-
naziyasında təhsil almışdır. Azərbaycan
Dövlət Universitetinə (indiki BDU)
qəbul olunmuş, 1925-ci ildə oranı
fərqlənmə diplomu ilə bitirdikdən son-
ra Leninqrad (indiki Sankt-Peterburq)
kardioloji
mərkəzində
məşhur
kardioloq-akademik
K.F.Langenin
rəhbərliyi altında fəaliyyətə başlamış
və ürək-damar xəstəlikləri üzrə 14 elmi
əsər çap etdirmişdir.
1932-ci ildə Bakıya qayıtmış və
Azərbaycan Dövlət Tibb İnstitutun-
da (indiki ADTU) dosent vəzifəsində
çalışmışdır. 1936-cı ildə “Malyariya
xəstəliyi zamanı ürək-damar sistemi-
nin vəziyyəti” mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmiş, 1-ci
Qospital terapiya kafedrasının profes-
soru seçilmiş, 1943-cü ildən ömrünün
sonuna qədər 2-ci Qospital terapiya ka-
fedrasının müdiri vəzifəsində çalışmış-
dır. Eyni zamanda Azərbaycan Elmi
Tədqiqat Klinik və Eksperimental Tibb
İnstitutunun Kardiologiya şöbəsinə
rəhbərlik etmişdir.
Böyük Vətən müharibəsi illərində
Semaşko adına xəstəxananın (indiki
M.Nağıyev ad. 1 saylı Şəhər Klinik
Xəstəxanası) baş həkimi olmuşdur.
Terapevtlərin (1960) və Hemato-
loqların (1963) Beynəlxalq Assosia-
siyalarının, Terapevtlərin (1961) və
Kardioloqların (1965) Ümumittifaq
Elmi Cəmiyyətlərinin üzvü, Respub-
lika Kardioloqlar Cəmiyyətinin sədri
(1966) və “Kardiologiya” jurnalının,
eləcə də “Azərbaycan tibb jurnalı”nın
redaksiya heyətinin üzvü olmuşdur.
RSFSR terapevtlərinin 1958-ci ildə
keçirilən I qurultayında professor Ca-
hangir Abdullayev “Koronor çatız-
mazlığı zamanı strofantin tətbiqinin
bəzi təsirləri” mövzusunda məruzə ilə
çıxış etmişdir. Həmin çıxış tibb elmi
ictimaiyyəti tərəfindən maraqla qarşı-
lanmış və dövri mətbuatda dərc olun-
muşdur.
150-dən artıq elmi işin, o cümlədən
10 monoqrafiya və dərsliklərin müəllifi
olmuş, kardiologiya sahəsində öz
məktəbini yaratmış, 13 tibb elmləri
doktoru, 46 tibb elmləri namizədi ha-
zırlamışdır.
Akademikin Azərbaycan dilində
nəşr etdirdiyi “Daxili xəstəliklər” dərs
vəsaiti bu gün də həkim və tələbələr
üçün əsas dərs vəsaiti hesab olunmaq-
dadır.
“Qırmızı Əmək bayrağı” ordeni
və bir sıra medallarla təltif edilmiş-
dir. 1940-cı ildə “Azərbaycan SSR
Əməkdar elm xadimi”, 1959-cu ildə
Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü, 1968-ci ildə isə həqiqi
üzvü seçilmişdir.
Cahangir Abdullayev 1973-cü il
yanvar ayının 4-də 72 yaşında vəfat
etmiş, Bakıda I Fəxri Xiyabanda dəfn
edilmişdir.
Bakıda Elmi-Tədqiqat Kardiologiya
İnstitutu onun adını daşıyır. Gəncədə
büstü qoyulmuş, küçələrdən birinə
onun adı verilmişdir. 2001-ci ildə
100 illik yubileyi Bakıda və Gəncədə
təntənəli şəkildə qeyd olunmuşdur.
Dostları ilə paylaş: |