Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə35/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

90 

illiyi

Həbib Bayramov

1926-1994

İYUN

Həbib  (Həbibulla)  Əbdülhüseyn 

oğlu  Bayramov  1926-cı  il  iyun  ayı-

nın  14-də  Bakı  şəhərində  anadan  ol-

muşdur.  Kiçik  yaşlarından  musiqiyə 

olan  böyük  həvəs  Həbib  Bayramo-

vun  sənətə  gəlməsinə  səbəb  olmuş, 

13 yaşında musiqi məktəbinə getmiş, 

Əhməd  Bakıxanovun  sinfində  təhsil 

almışdır.

Həbib  Bayramov  1941-ci  ildən 

Əhməd Bakıxanovun rəhbərlik etdiyi 

Xalq  Çalğı  Alətləri  ansamblında  ça-

lışmışdır.  1943-cü  ildə Asəf  Zeynallı 

adına Orta İxtisas Musiqi Məktəbində 

müəllim  çatışmadığı  üçün,  həm  mu-

ğam sinfində dərs demiş, həm də əlaçı 

tələbə kimi təhsil almışdır. 

1949-cu ildən M.Maqomayev adına 

Azərbaycan Dövlət Filarmoniyasının, 

Azərbaycan  Qastrol-konsert  Birliyi 

təşkil olunandan sonra isə bu birliyin 

solisti olmuşdur.

İstedadlı  tarzənin  xaricə  ilk  səfəri 

1951-ci  ildə  olmuşdur.  Berlində 

keçirilən tələbələrin 3-cü Ümumdün-

ya  festivalında  iştirak  etmiş,  festi-

valın  laureatı  adına  layiq  görülmüş-

dür.  Sonralar  Polşa,  Kanada,  İraq, 

Suriya,  Yəmən,  Küveyt,  İordaniya, 

Əfqanıstan,  Türkiyə,  Danimarka, 

Avstriya,  İngiltərə,  Hindistan,  Nepal, 

İtaliya,  İspaniya  və  Fransaya  qastrol 

səfərləri etmiş, Azərbaycan musiqisi-

ni, Azərbaycan tarını həmin ölkələrdə 

təbliğ  etmiş,  sevdirmiş,  gözəl  ifaları 

ilə yadda qalmışdır.

Sənət  aləmində  əsasən  “Xaric-

Segah”la  tanınan  görkəmli  tarzən 

həmçinin “Rast”, “Şur”, “Çahargah”, 

“Segah”,  “Orta  mahur”  və  digər 

Azərbaycan  muğamlarını  da  böyük 

ustalıqla ifa etmişdir. 

Həbib  Bayramov  eyni  zamanda 

gözəl saz ifaçısı olmuşdur. Onun saz-

da  ifa  etdiyi  “Segah”,  “Humayun”, 

“Bayatı-Qacar”  muğamları  radionun 

qızıl fondunda saxlanılmaqdadır. 

1973-cü ildən ömrünün sonunadək 

Azərbaycan Dövlət Televiziya və Ra-

dio  Verilişləri  Komitəsinin  Əhməd 

Bakıxanov  adına  Xalq  Çalğı Alətləri 

ansamblının  bədii  rəhbəri  olmuşdur. 

Uzun illər ərzində Bülbül, Xan Şuşins-

ki, Zülfü Adıgözəlov, Yavər Kələntərli, 

Həqiqət  Rzayeva,  Tükəzban  İsma-

yılova,  Şövkət  Ələkbərova,  Əbülfət 

Əliyev,  Rübabə  Muradova,  Zeynəb 

Xanlarova,  Sara  Qədimova  kimi 

sənətkarları tarda müşayiət etmişdir.

Həbib 

Bayramov 



sənəti 

yüksək  ifaçılıq  mədəniyyəti  ilə 

daim  fərqlənmişdir.  Azərbaycan 

incəsənətinin  və  mədəniyyətinin  in-

kişafında  göstərdiyi  xidmətlərə  görə 

1983-cü  ildə  “Azərbaycan  SSR-in 

Xalq  artisti”  fəxri  adına  layiq  görül-

müşdür.


Görkəmli tarzən Həbib Bayramov 

1994-cü  il  avqust  ayının  15-də  Bakı 

şəhərində vəfat etmiş, II Fəxri Xiya-

banda dəfn olunmuşdur.



Ə d ə b i y y a t

Bayramov Həbib                

//Azərbaycan musiqi 

dünyası: ensiklopedik 

albom-kataloq /layih. 

rəhb. F.Ramazanov; 

baş red. S.Firudinli; 

red. Ş.Qabulov; tərc. 

G.Pənahi.- Bakı, 2001.- 

S.79.

Bayramov Həbib 

Əbdülhüseyn oğlu //Mu-

ğam ensiklopediyası.-Bakı, 

2009.- S.39.

Bayramov Həbib 

Əbdülhüseyn oğlu //Üzeyir 

Hacıbəyli ensiklopediyası.- 

Bakı, 2008.- S.33.

Tarı dünyaya sevdirən 

sənətkar: Həbib Bayramov 

//Mədəniyyət.-2011.- 15 

iyun.- S. 12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

14

Tarzən

Musiqi.Opera.Balet

İYUN

2

199

İYUN

2

95 

illiyi

Cahangir Cahangirov

1921-1992

İYUN

Cahangir  Şirgəşt  oğlu  Cahangirov 

1921-ci  il  iyun  ayının  20-də  Bakının 

Balaxanı kəndində, neftçi ailəsində ana-

dan olmuşdur. 7 illik musiqi məktəbini 

bitirdikdən sonra 1937-ci ildə Teatr Tex-

nikumunda təhsil almışdır.

Üzeyir  Hacıbəyli  onu  Azərbaycan 

Dövlət  Filarmoniyasında  yaratdığı  xor 

kapellasına  dəvət  etmişdir. Azərbaycan 

Dövlət  Konservatoriyasının  hazır-

lıq  kursunda  oxumuş,  1940-cı  ildə  isə 

(bəzi  mənb.  1941)  Azərbaycan  Dövlət 

Konservatoriyasının  Xalq  musiqisi 

şöbəsinə daxil olmuşdur. Ü.Hacıbəylinin 

rəhbərliyi  ilə Azərbaycan  xalq  musiqi-

sinin  əsaslarını  öyrənmiş,  bəstəkarlıq 

ixtisası  üzrə  B.İ.Zeydmandan  dərs  al-

mışdır.  Müharibə  illərində  təhsilini  ya-

rımçıq  qoymalı  olmuş,  yalnız  1951-ci 

ildə  Azərbaycan  Dövlət  Konservatori-

yasını bitirmişdir.

1940-cı  ildə Azərbaycan  Dövlət  Fi-

larmoniyasında  Mahnı  və  Rəqs  An-

samblının  Xor  qrupuna,  1942-ci  ildə 

“Sazçı qızlar” ansamblına, 1944-1960-cı 

illərdə isə Azərbaycan Radio Verilişləri 

Komitəsi  nəzdindəki  xora  rəhbərlik  et-

mişdir.

1949-cu  ildə  “Arazın  o  tayında” 



vokal-simfonik  poeması,  1956-cı  ildə 

“Dostluq  nəğməsi”  süitası,  1959-cu 

ildə  “Füzuli”,  1973-cü  ildə  “Nəsimi” 

kantataları, 1962-ci ildə “Sabir”, 1984-

cü  ildə  Hüseyn  Cavid  ”59”  və  1985-ci 

ildə  yazdığı  faşizm  üzərində  qələbənin 

40 illiyinə həsr edilmiş “Böyük qələbə” 

oratoriyaları böyük uğur qazanmışdır.

“Almas”  (C.Cabbarlı),  “Xəyyam” 

(H.Cavid),  “Od  içində”  (Ə.Məmməd-

xanlı)  və  s.  teatr  tamaşaları  ilə  yanaşı, 

həmçinin, “Koroğlu” (1960), “Yenilməz 

batalyon”  (1965),  “Dağlarda  döyüş” 

(1967),  “Dəli  Kür”  (1969),  “Qatır 

Məmməd” və s. filmlərinə də musiqilər 

bəstələmişdir.

Onun “Azad” (1957 - M.İbrahimovun 

“Azad  qız”  povestinin  motivləri 

əsasında) və “Xanəndənin taleyi” (1978) 

operaları, “Təzə gəlin” (1976) operettası, 

skripka ilə orkestr üçün konserti (1951), 

Azərbaycan  Xalq  çalğı  alətləri  orkestri 

üçün “Osetin süitası”, “Misir lövhələri”, 

xor  üçün  əsərləri,  “Nazənin”,  “Xəzər”, 

“Dan  ulduzu,  bir  də  mən”,  “Ana”, 

“Zəriflik”, “Necə əl çəkim”, “Zərif gü-

lüşlüm”,  “Ana  yurdum”,  “Bahar  ol-

sun”,  “Bakım”  və  s.  mahnıları  bu  gün 

də Azərbaycanın  misilsiz  sənət  əsərləri 

hesab olunmaqdadır.

Azərbaycan  musiqisinin  inkişafın-

da  göstərdiyi  xidmətlərə  görə  1950-ci 

ildə  SSRİ  Dövlət  mükafatı  laureatı  ol-

muş, 1959-cu ildə “Azərbaycan SSR-in 

Əməkdar  incəsənət  xadimi”,  1963-cü 

ildə isə “Azərbaycan SSR-in Xalq artis-

ti” fəxri adlarına layiq görülmüş, 1978-

ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni 

və bir sıra medallarla təltif edilmişdir.

Cahangir Cahangirov 1992-ci il mart 

ayının 25-də Bakı şəhərində vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir.



Ə d ə b i y y a t

Quliyeva, L. Cahangir 

Cahangirov  /L.Quliyeva; 

AR Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Şərq-

Qərb, 2014.-90 s.

Cahangir Cahangirov 

“Füzuli” kantatasının 

dirijorluq xüsusiyyətləri: 

metodiki vəsait                  

/AR Təhsil Nazirli-

yi, Təhsil Məsələləri 

İn-tu., Ü.Hacıbəyli ad. 

Musiqi Akad.; tərt. ed. 

S.Hacıyeva; elmi red. 

G.İmanova.- Bakı: [s.n.], 

2014.- 27 s.

Cahangir Cahangirov: 

biblioqrafiya /Azərb. 

Resp. Mədəniyyət 

və Turizm Nazirliyi, 

M.F.Axundov ad. Azərb. 

Milli Kitabxanası; tərt. 

ed. T.Məmmədova.- Bakı: 

M.F.Axundov adına 

Azərbaycan Milli Kitab-

xanası, 2011.-169 s.

Məmmədova, Ş.Cahangir 

Cahangirov yaradıcılığın-

da “Bakı” xor miniatürü-

nün yeri /Ş.Məmmədova   

//Mədəni həyat.- 2014.- 

№ 9.- S. 59-61

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.mugamradio.az

20

Bəstəkar

Musiqi.Opera.Balet

200

75 

illiyi

Hamlet Xanızadə

1941-1990

İYUN

Hamlet Bəbir oğlu Xanızadə 1941-ci 

il  iyun  ayının  5-də  Bakıda  anadan  ol-

muşdur.  Orta  məktəbi  bitirdikdən  son-

ra  Teatr  İnstitutunun  (indiki  ADMİU) 

dram  və  kino  aktyorluğu  fakültəsinə 

qəbul olunmuş, 1965-ci ildə oranı bitir-

mişdir.


Hamlet  Xanızadə  hələ  tələbə  ikən 

(1961)  Azərbaycan  Dövlət  Dram  Te-

atrında  işə  başlamış,  teatrda  ilk  obra-

zı  V.Şekspirin  “Antoni  və  Kleopatra” 

pyesində Sezarın sərkərdəsi Qall obrazı 

olmuşdur.

Mehdi  Məmmədov,  Əliağa Ağayev, 

Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, 

Hökumə Qurbanova, İsmayıl Dağıstanlı 

və başqa görkəmli sənət korifeyləri ilə 

birgə işləmiş, onlardan sənətin sirlərini 

mənimsəmişdir.

Dram  Teatrında  işlədiyi  illərdə  bir-

birindən  maraqlı  obrazlar  yaratmışdır. 

“Çandana”  (“Hind  gözəli”),  Kotoviç 

(“Tufanlı  illər”),  “Xəstə”  (“Ölülər”), 

“Bertron” (“Orlean qızı”) və s. tamaşa-

larda irili-xırdalı rollar ifa etmişdir.

1970-ci  ildə  teatrda  “Xəyyam”  ta-

maşası  hazırlanarkən  rejissor  Mehdi 

Məmmədov  ona  Həsən  Səbbah  rolunu 

təklif etmiş və bu rol Hamlet Xanızadəyə 

çox böyük uğur gətirmişdir. Sonlarar o, 

İblis  (İblis  -  H.Cavid),  Qacar  (Vaqif  - 

S.Vurğun), Molla Abbas (Dəli yığıncağı 

-  C.Məmmədquluzadə),  Topal  Teymur 

(Topal Teymur - H.Cavid) kimi maraqlı, 

yaddaqalan obrazlar yaratmışdır.

1984-cü  ildə  Hüseyn  Cavidin  “İb-

lis”  faciəsindəki  İblis  roluna  görə 

Azərbaycan SSR Dövlət mükafatına la-

yiq görülmüşdür. 

İstedadlı  aktyor  Dram  Teatrından 

ayrıldıqdan  sonra  C.Cabbarlı  adına 

Azərbaycanfilm  Kinostudiyasında  kino 

aktyoru  kimi  fəaliyyətə  başlamışdır. 

Hamlet  Xanızadə  filmlərə  daha  çox 

çəkilmiş,  tarixi  və  müasir  qəhrəman 

surətlərini  yaratmışdır.    Məlikov 

(“Əlavə iz” - 1981), Əbu Bəkr (“Niza-

mi” - 1982), Nadir (“Avqust gələndə...” 

- 1984), Hacı (“Qəm pəncərəsi” - 1986), 

Murtuzov (“Araqarışdıran” - 1987), Qi-

yas Zeynallı (“İmtahan” - 1987), Molla 

Cəfər (“Pirverdinin xoruzu” - 1987), Pa-

şayev (“Şeytan göz qabağında” - 1987), 

Zavod  direktoru  (“Yaramaz”  -  1988), 

Şair, Sədi Əfəndi, Xəstə (“Qətl günü” - 

1990) və s. rollar aktyorun kinoda yarat-

dığı fərqli obrazlardır.

Hamlet  Xanızadə  1982-ci  ildə 

Azərbaycan  Respublikasının  Əməkdar 

artisti fəxri adına layiq görülmüşdür. 

1990-cı ilin 20 Yanvar hadisələri onu 

da dəhşətli dərəcədə sarsıtmış, səhhətinə 

ağır zərbə vurmuşdur. Görkəmli aktyor 

Hamlet Xanızadə 1990-cı il fevral ayı-

nın  23-də  Bakıda  vəfat  etmiş,  doğma 

kəndi Şağanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Əhmədalılar, T. Böyük 

aktlar aktyoru: Özgələri 

özündən çox yaşatmış 

Hamlet Xanızadə...           

/T.Əhmədalılar                    

//Mədəniyyət.- 2013.- 6 

fevral.- S. 13.

Əliyeva, İ. Qəhrəmanları 

tarixin, özü isə sənətin 

zirvəsində əbədiləşdi 

/İ.Əliyeva //Azərbaycan.-

2015.-20 yanvar.- S.9.

Hamlet Xanızadə adlı 

bir aktyor vardı... //Üç 

nöqtə.- 2011.- 9 fevral.- 

S.13.

Xəlilzadə, F. Sənət 

tarixində əbədiləşən 

aktyor /F.Xəlilzadə                

//Azərbaycan.- 2011.- 5 

iyun.- S.5.

Rəis, X. Hamlet 

Xanızadə: Yaşasaydı 73 

yaşı olacaqdı /X.Rəis      

//Kaspi.- 2014.- 6 iyun.- 

S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

5

Aktyor

Teatr.Kino


201

Milli Qəhrəmanlar

50 

illiyi

Şakir Salahov

1966-1992

İYUN

Şakir  Şamil  oğlu  Salahov  1966-cı 

il  iyun  ayının  15-də  Xocalı  rayonunun 

Cəmilli  kəndində  anadan  olmuşdur. 

1981-ci  ildə  Cəmilli  kənd  səkkizillik 

məktəbini  bitirdikdən  sonra,  təhsilini 

həmin  kənddəki  orta  məktəbdə  davam 

etdirmişdir. 1984-cü ildə hərbi xidmətə 

çağırılmış,  1986-cı  ildə  xidmətini 

müvəffəqiyyətlə başa vuraraq Xankəndi 

şəhər  Daxili  İşlər  İdarəsinin  Mühafizə 

şöbəsinə işə qəbul edilmişdir.

1991-ci ildə Azərbaycan Dövlət Pe-

daqoji  Universitetinin  Şuşa  şəhər  filia-

lında fizika-riyaziyyat fakültəsinin qiya-

bi şöbəsinə daxil olmuşdur.

1990-cı ildə Yuxarı Qarabağda yaşa-

yan  azərbaycanlıların  təhlükəsizliyini 

təmin  etmək  üçün  Azərbaycan  Daxili 

İşlər  Nazirliyi  Cəmilli  kəndində  polis 

bölməsi yaratmışdır. Bölmə əsasən Ko-

salar  və  Cəmilli  kəndlərini  mühafizə 

edirdi. Bu kəndi Xankəndindən cəmi 3 

kilometr məsafə ayırırdı.

Şakir Salahov elə ilk gündən həmin 

bölmədə fəaliyyətə başlamış, ermənilər 

tərəfindən  olan  hücumların  qarşısının 

alınmasında əsl hünər göstərmişdir.

1991-ci  il  fevral  ayının  26-da 

ermənilər üç tərəfdən - Ballıca, Xənəzək 

və  Xankəndi  istiqamətlərindən  Cəmilli 

kəndinə güclü hücuma keçmiş, döyüşdə 

Şakir Salahov erməni quldurlarını məhv 

etmişdir.

1991-ci il avqust ayının 23-də erməni 

quldurları Kosalar-Cəmilli kəndləri ara-

sındakı “Darlı” adlanan yerdə, içərisində 

21  nəfər  sərnişin  olan  “UAZ”  markalı 

maşını atəşə tutmuş, üç nəfər şəhid ol-

muşdur. Cəmilli kəndi işğal olunduqdan 

sonra  Şakir  1992-ci  il  yanvarın  28-də 

yenidən  Kosalar  kəndinin  müdafiəsinə 

yollanmış  və  Kosalar  kəndi  uğrun-

da  gedən  döyüşlərdə  qəhrəmancasına 

həlak olmuşdur. Milli Qəhrəman Bərdə 

şəhərinin  Şəhidlər  Xiyabanında  dəfn 

edilmişdir.

Azərbaycan Respublikası Prezidenti-

nin 8 oktyabr 1992-ci il tarixli 264 saylı 

Fərmanı ilə Salahov Şakir Şamil oğluna 

ölümündən  sonra  “Azərbaycanın  Milli 

Qəhrəmanı” fəxri adı verilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Salahov Şakir Samir oğlu - polis nəfəri - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 

1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).

Seyidzadə, M. Salahov Şakir Şamil oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.-S.195.

Əsgərov, V. Salahov Şakir Şamil oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.252.

Salahov Şakir Şamil oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.- 

S.182.

İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org

www.milliqahraman.az 

www.zengilan.com

15

Milli Qəhrəman

202

Milli Qəhrəmanlar

55 

illiyi

Vəzir Sədiyev

1961-1993

İYUN

Vəzir  İsa  oğlu  Sədiyev  1961-ci  il 

iyun  ayının  6-da  Gürcüstan  Respub-

likasının  Marneuli  rayonunun  Aşağı 

Qullar  kəndində  anadan  olmuşdur.  İb-

tidai  təhsilini  doğma  kəndlərində,  orta 

təhsilini  isə  Qərbi  Azərbaycanın  Kör-

pülü  kəndində  almışdır.  Orta  məktəbi 

bitirdikdən sonra Tbilisi Ali Hərbi Artil-

leriya Məktəbinə daxil olmuşdur.

Hərbi  məktəbi  müvəffəqiyyətlə 

bitirdikdən sonra onu təyinatla Rusiyanın 

Qorki  şəhərindəki  hərbi  məktəblərdən 

birinə  müəllim  göndərmişlər.  Burada 

üç il müəllimlik etdikdən sonra könüllü 

olaraq Əfqanıstana getmiş, Batalyon ko-

mandiri kimi Əfqanıstan müharibəsində 

2 il 4 ay iştirak etmiş, döyüşlərin birində 

ağır  yaralanaraq  müalicə  almışdır. 

Yenidən  Zabaykal  hərbi  dairəsinə  qa-

yıdaraq, mayor rütbəsi ilə 122 saylı ar-

tilleriya  və  raket  qoşunları  məktəbində 

hərbi hissənin qərargah rəisinin müavini 

vəzifəsinə təyin edilmiş, ikinci dərəcəli 

“Peşəkar  zabit”  döş  nişanına  layiq  gö-

rülmüşdür.

Xocalı  Soyqırımı  xəbərini  eşidən 

Vəzir  İsayev  Azərbaycan  Respublika-

sı  Müdafiə  Nazirliyinə  müraciət  etmiş 

və nazirliyin Artilleriya və Hərbi Hava 

Qüvvələri  İdarəsində  Döyüş  hazırlığı 

şöbəsinin rəis müavini vəzifəsinə təyin 

edilmişdir.

Vəzir Sədiyev Laçın, Qubadlı, Füzuli, 

Ağdərə  rayonlarında  gedən  döyüşlərdə 

iştirak  etmişdir.  Milli  Orduda  artilleri-

yanın yaradılmasında böyük rolu olmuş, 

xüsusilə, Ağdərə uğrunda gedən dəhşətli 

döyüşlərdə əsl hərbçi olduğunu bir daha 

sübut etmişdir.

1993-cü il fevral ayının 19-da cəsur 

komandir Ağdərənin Aterk kəndi uğrun-

da  gedən  döyüşlərdə  qəhrəmancasına 

həlak olmuşdur.

Hərbi xidməti zamanı 2 orden, 3 me-

dal və eləcə də keçmiş SSRİ Ali Soveti-

nin Fəxri fərmanları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti-

nin 15 yanvar 1995-ci il tarixli 262 say-

lı Fərmanı ilə mayor Sədiyev Vəzir İsa 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Bakı  şəhərindəki  Şəhidlər  Xiyaba-

nında dəfn edilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Sədiyev Vəzir İsa oğlu-mayor-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının 

erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs 

əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 15 

yanvar 1995 ci il //Azərbaycan.- 1995.-17 yanvar.- S.1 (Ölümündən sonra)

Əsgərov, V. Sədiyev Vəzir İsa oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.259.

Seyidzadə, M. Sədiyev Vəzir İsa oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.198. 

Sədiyev Vəzir İsa oğlu //Azərbaycanın Milli Qəhrəmanları / M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- Bakı, 2008.- 

S.187.

www.az.wikipedia.org

www.milliqahraman.az   

6

Milli Qəhrəman

203

Milli Qəhrəmanlar

60 

illiyi

Zakir Məcidov

1956-1992

İYUN

Zakir  Nüsrət  oğlu  Məcidov  1956-

cı  il  iyun  ayının  26-da  Neftçala  rayo-

nunun  Həsənabad  qəsəbəsində  anadan 

olmuşdur.  1963-cü  ildə  17  saylı  Bakı 

şəhəri  orta  məktəbinə  getmiş,  təhsilini 

70  saylı  orta  məktəbdə  tamamlamışdır. 

1974-cü  ildə  Ryazan  vilayətinin  Saso-

vo şəhərinə gedərək Ali Hərbi Aviasiya 

məktəbinə daxil olmuşdur. 1977-ci ildə 

leytenant  rütbəsi  ilə  hərbi  məktəbi  bi-

tirmiş  və  Yevlax  aviadəstəsində  AN-2 

təyyarəsinin  ikinci  pilotu  kimi  əmək 

fəaliyyətinə  başlamışdır.  1978-ci  ildə 

isə Bakı aviabölüyündə mexanik, 1979-

cu ildə isə Zabrat aviabölüyündə AN-2 

təyyarəsində  yenidən  yay  uçuşlarında 

işləmişdir.

1980-ci  ildə  (1982)  təyinatla  Zab-

rat  aviadəstəsində  AN-2  təyyarəsinin 

komandiri  təyin  edilmişdir.  7  il  bu 

müəssisədə  çalışmış,  istehsalatdan  ay-

rılmadan  1984-cü  ildə  ixtisasını  ar-

tırmaq  üçün  Ukraynanın  Kremençuq 

Təyyarəçilər  Məktəbində  Mİ-2  vertol-

yotu  üzrə  6  ay  təkmilləşdirmə  kursu 

keçmişdir.

1985-ci  ildə  Mİ-2  vertolyotunda 

heyətin  komandiri  təyin  olunmuş,  az 

müddət  ərzində  Azərbaycan  Respubli-

kası  Müdafiə  Nazirliyinin  təyinatı  ilə 

yüksək səriştə və bacarığına, göstərdiyi 

uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotu-

na baş komandir təyin edilmişdir.

1992-ci  ilin  fevral  ayında  Milli  Or-

dunun  Bakının  Qala  qəsəbəsində  təşkil 

olunan  843  saylı  hərbi  hava  hissəsində 

Mİ-24  vertolyotlarından  birinə  koman-

dir təyin olunmuşdur. Həmin vertolyotla 

Ağdərənin  Aterk  kəndində  ermənilərin 

yerləşdiyi  qərargahı  darmadağın  etmiş, 

düşmənin  xeyli  texnikasını  sıradan  çı-

xarmışdır.

1992-ci  il  avqust  ayının  6-da  eki-

paji  ilə  birgə  üç  dəfə  uçuş  edərək, 

ermənilərin  döyüş  əhəmiyyətli  Kasa-

pet  yüksəkliyindəki  mövqələrini  dar-

madağın etmiş, növbəti, dördüncü dəfə 

uçuş  əmrini  də  böyük  hünər,  igidlik 

göstərərək yerinə yetirmişdir. Bir-birinin 

ardınca ona tuşlanan raket zərbələri ver-

tolyotu  ciddi  zədələmiş,  1992-ci  il  av-

qust  ayının  6-da  Mİ-24  vertolyotunun 

cəsur heyət üzvləri və baş komandir Za-

kir Məcidov 36 yaşında Vətən uğrunda 

gedən döyüşlərdə qəhrəmancasına həlak 

olmuşdur.

Azərbaycan  Respublikası  Preziden-

tinin  14  sentyabr  1992-ci  il  tarixli  204 

saylı Fərmanı ilə Məcidov Zakir Nüsrət 

oğlu  ölümündən  sonra  “Azərbaycan 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. Bakıda Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir. Neftçala rayon Uşaq 

Yaradıcılıq  Mərkəzi  qəhrəmanın  adını 

daşıyır.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin