Ə d ə b i y y a t
Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycan Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Məcidov Zakir Nüsrət oğlu-baş leytenant-xidməti borcunu yerinə yetirərkən şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, 14 sentyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№ 17.-S.33.-
(Ölümündən sonra)
Əsgərov, V. Məcidov Zakir Nüsrət oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.-Bakı, 2010.- S.185.
Məcidov Zakir Nüsrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.-
S.131.
Seyidzadə, M. Məcidov Zakir Nüsrət oğlu /M. Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.156.
İ n t e r n e t d ə
www..anl.az; www.az.wikipedia.org; www.infocenter.gov.az; www.milliqahraman.az
26
Milli Qəhrəman
204
Milli Qəhrəmanlar
60
illiyi
Yavər Əliyev
1956-1992
İYUN
Y
avər Yaqub oğlu Əliyev 1956-cı il
iyun ayının 27-də Bakı şəhərində anadan
olmuşdur. Pirallahı adasında yerləşən
235 saylı orta məktəbi bitirdikdən sonra
Kremençuq Aviasiya Məktəbinə daxil
olmuşdur. Zabrat hava limanında işə
düzələn Y.Əliyev ilk gündən bacarığı
və peşəkarlığı ilə diqqəti cəlb etmişdir.
Tükənməz səyi nəticəsində müxtəlif tipli
vertolyotların idarə olunmasını dərindən
öyrənmiş, qısa zaman kəsiyində əvvəlcə
Mİ-4, Mİ-2 vertolyotlarına pilot, sonra
Mİ-8 vertolyotuna ikinci pilot və daha
sonra isə komandir təyin edilmişdir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin
yaranmasında onun böyük xidmətləri
olmuşdur. 1992-ci il fevral ayının 14-də
MDB hərbi hissələrindən Azərbaycana
bir neçə vertolyotun göndərilməsində
Yavər Əliyevin xüsusi əmək sərf etmiş-
dir. Dəfələrlə Qarabağa Mİ-24 vertol-
yotunda uçuşlar etmiş, həmçinin aşağı
yüksəklikdə uçaraq düşmən mövqelərinə
ağır zərbələr endirmişdir.
1992-ci ilin yanvar ayının 22-də
yoldaşlarının idarə etdiyi Mİ-8 vertol-
yotunun düşmən tərəfindən vurulduğu
zaman Şuşaya gələrək düşmən atəşi al-
tında qalan Azərbaycanın igid oğulları-
nın cəsədlərini götürə bilmişdir.
1992-ci il fevral ayının 26-da, Xocalı
faciəsi baş verən zaman dərhal Xocalıya
gedərək şəhid olmuş həmyerlilərimizin
cəsədlərini Ağdama gətirmişdir.
1992-ci il fevral ayının 29-da dö-
yüş manevrlərini təkrarlamaq üçün
təlim uçuşları keçən Sergey Senyuşkin
və Yavər Əliyevin idarə etdiyi Mİ-24
vertolyotunun məşqi zamanı qəzaya
uğramış və hər iki qəhrəman həlak ol-
muşdur. Bakı şəhərinin Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 14 sentyabr 1992-ci il tarixli 204
saylı Fərmanı ilə Əliyev Yavər Yaqub
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Yavər Əliyevin adı 843-cü vertolyot
alayının siyahısına düşmüş, Hərbi Hava
Qüvvələrinin birinci xüsusi vertolyot es-
kadrilyasına, Milli Aviasiya Akademiya-
sına və vaxtilə təhsil aldığı Artyom ada-
sındakı 235 saylı orta məktəbə onun adı
verilmişdir. Bakıxanov qəsəbəsindəki
orta məktəbdə Yavər Əliyevin adını da-
şıyan muzey də fəaliyət göstərir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Hərbi Hava qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Əliyev Yavər Yaqub oğlu-kapitan-xidməti borcunu yerinə yetirərkən şəxsi igidlik və şücaət göstərdiyinə görə]:Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 14 sentyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№17.-S.33.- (Ölümündən sonra)
Əsgərov, V. Əliyev Yavər Yaqub oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.91.
Seyidzadə, M. Əliyev Yavər Yaqub oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.61.
Əliyev Yavər Yaqub oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- Bakı, 2008.-
S.64.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
27
Milli Qəhrəman
205
Milli Qəhrəmanlar
40
illiyi
Elşən Hüseynov
1976-1995
İYUN
Elşən İbrahim oğlu Hüseynov
1976-cı il iyun ayının 30-da Saatlı
rayonunun Qıraqlı kəndində anadan
olmuşdur.
1993-cü ildə Qıraqlı kənd orta
məktəbi bitirmiş, 1994-cü ildə Saatlı
rayon Hərbi Komissarlığı tərəfindən
Milli Orduya çağırılmışdır. Hərbi
hissədə xidmətdə olan Elşən Hüsey-
nov tez bir zaman ərzində hamının
hörmətinin qazanmışdır.
1995-ci ildə mart hadisələri zama-
nı Elşən Hüseynov öz vətəndaşlıq
borcunu yerinə yetirərək Milli Ordu
sıralarına qoşulmuş, qəhrəmanlıq
nümayiş etdirmişdir. 1995-ci il mart
ayının 17-də qeyri-qanuni silahlan-
mış, dövlət çevrilişinə cəhd edən
bir qrup qiyamçı ilə qarşıdurmada
qəhrəmancasına həlak olmuşdur.
Saatlı rayon Qıraqlı kəndində dəfn
edilmişdir.
Azərbaycan Respublikası Pre-
zidentinin 4 aprel 1995-ci il tarix-
li 307 saylı Fərmanı ilə Hüseynov
Elşən İbrahim oğlu ölümündən son-
ra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Saatlı rayon Mərkəzi Xəstəxanası
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Hüseynov Elşən İbrahim oğlu-Müdafiə Nazirliyi, sıravi- Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]:Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən
sonra)
Əsgərov, V. Hüseynov Elşən İbrahim oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşr.-Bakı, 2010.- S.122.
Hüseynov Elşən İbrahim oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- Bakı,
2008.- S.88.
Seyidzadə, M. Hüseynov Elşən İbrahim oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.94.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
30
Milli Qəhrəman
206
Siyasət.Hüquq.Hərbi iş
90
illiyi
Arif Heydərov
1926-1978
İYUN
Arif Nəzər oğlu Heydərov 1926-cı
il iyun ayının 28-də Ağdaş rayonunda
anadan olmuşdur. Əmək fəaliyyətinə
1942-ci ildə başlamış, M.Əzizbəyov
adına neft trestində çilingər şagir-
di işləmişdir. 1943-1944-cü illərdə
keçmiş SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinin (DTK) Moskvada
yerləşən xüsusi məktəbində təhsil al-
mışdır.
1944-1945-ci illərdə İkinci Dün-
ya müharibəsinə yollanmış, Berlinə
hücum əməliyyatında iştirak et-
mişdir. Müharibədən sonra 1945-
1947-ci illərdə Polşa və Almaniyada
müttəfiqlərin qoşunlarının heyətində
xidmətdə olmuş, keçirilən əməliyyat
qruplarının tərkibində işləmişdir.
1947-ci ildə Azərbaycana qayıt-
dıqdan sonra Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsində (indiki
MTN) Mühafizə şöbəsində əməliyyat
işçisi kimi fəaliyyətə başlamışdır.
1949-1970-ci illərdə DTK-nın
Kəşfiyyat şöbəsində işləmiş, operativ
tapşırıqlarla əlaqədar dəfələrlə xarici
ölkələrdə səfərdə olmuşdur.
1957-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix
fakültəsini bitirmişdir. Rus, alman,
türk və fars dillərini mükəmməl bil-
diyi üçün diplomat qismində bir sıra
xarici ölkələrə göndərilmişdir.
1967-1970-ci illərdə SSRİ-nin
Türkiyədəki konsulu vəzifəsində ça-
lışan Arif Heydərov bacarıqlı diplo-
mat kimi şöhrət qazanmış, iki dövlət
arasında münasibətlərin inkişafında
mühüm rol oynamışdır.
Ümummilli lider Heydər Əliyevin
1969-cu ildə respublikaya rəhbər
təyin olunması milyonlarla insan
kimi, onun da taleyində də yeni bir
mərhələnin başlanğıcına çevril-
mişdir. Heydər Əliyevin təklifi ilə
1970-1978-ci illərdə A.Heydərov
Azərbaycan SSRİ-nin Daxili İşlər
naziri vəzifəsinə təyin olunmuşdur.
1967-ci ildə Dövlət Təhlükəsizliyi
Orqanlarının fəxri əməkdaşı, 1970-
ci ildə SSRİ Daxili İşlər Nazirliyinin
Əməkdar işçisi, “Qırmızı Bayraq”,
“Şərəf nişanı” ordenləri, həmçinin
SSRİ və xarici ölkə medalları ilə
təltif edilmişdir. Azərbaycan SSR Ali
Sovetinin (8-9 çağırış) deputatı ol-
muşdur.
1971-ci ildə general-leytenant
rütbəsini almışdır.
Arif Heydərov 1978-ci il iyun ayı-
nın 29-da xidməti vəzifəsini yerinə
yetirərkən faciəli şəkildə həlak ol-
muşdur.
1996-cı ildə general-leytenantın
anadan olmasının 70 illiyinə həsr
olunmuş təntənəli yubiley gecəsi
keçirilmişdir. Bakının küçələrindən
və Xəzər Gəmiçiliyi İdarəsinin
gəmilərindən birinə onun adı veril-
mişdir.
Ə d ə b i y y a t
Heydərov Arif general
/Naşir: E. Şahmar;
Ön söz: A. Şərif, C.
Əlibəyov.- Bakı: Əbilov,
Zeynalov və oğulları,
2006.- S. 230.
Heydərov Arif Nəzər
oğlu //Azərbaycan
Sovet Ensklopediyası:
10 cilddə.-Bakı, 1987.-
C.10.- S.161-162.
Heydərov Arif Nəzər oğlu
//Fəxri xiyaban: [soraq
kitabı] /Heydər Əliyev
Fondu.- Bakı, 2007.-S.85.
Аббасова, P. Уроки
жизни /Р.Аббасова
//Yol.-2014.- C.79-86.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
28
General-leytenant
207
70
illiyi
Aybəniz Əliyeva-Kəngərli
1946
İYUN
Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli
1946-cı il iyun ayının 6-da Naxçıvan Mux-
tar Respublikasının Şərur rayonunda ana-
dan olmuşdur. 1968-ci ildə Azərbaycan
Dövlət Universitetinin Kitabxanaçılıq
fakültəsini (indiki BDU, Kitabxanaçılıq-
informasiya fakültəsi) bitirmişdir. 1968-
2002-ci illərdə Nizami Gəncəvi adına
Azərbaycan Ədəbiyyatı Muzeyində kitab-
xana müdiri vəzifəsində çalışmış, 1992-ci
ildə “Azərbaycan nağıllarında qadın obra-
zı” mövzusunda namizədlik dissertasiyası-
nı müdafiə etmişdir. 1996-cı ildə “Elmlər
Akademiyaları Beynəlxalq Assosiasiyası-
nın nəzdində yaradılmış elmi kitabxanalar
və informasiya mərkəzlərinin direktorlar
şurası”nın üzvü seçilmişdir.
2002-2014-cü illərdə AMEA Mərkəzi
Elmi Kitabxanasının direktoru vəzifəsində
çalışmış, 2003-2014-cü illərdə AMEA
Mərkəzi Elmi Kitabxanasının “Elmi
əsərləri” məcmuəsinin baş redaktoru ol-
muşdur. 2014-cü il noyabr ayından AMEA
M.Füzuli adına Əlyazmalar İnstitutunun
elmi işlər üzrə direktor müavini vəzifəsini
icra edir.
2003-cü ildə V.İ.Vernadski adına Uk-
rayna Milli Kitabxanasının nəşri olan
“Milli Elmlər Akademiyaları kitabxanala-
rı: fəaliyyət problemləri, inkişaf meyilləri”
elmi-nəzəri məcmuənin beynəlxalq redak-
siya heyətinin üzvü, 2008-ci ildən Yeni
Azərbaycan Partiyasının üzvü, 2008-ci
ildə Azərbaycan qadınlarının Milli Konfe-
derasiyasının AMEA üzrə İdarə Heyətinin
sədri, 2008-ci ildə “Kitabxanaların
modernləşdirilməsi və davamlı inkişafı
Konsepsiya və Dövlət Proqramlarının ha-
zırlanması üzrə Milli İdarələrarası Koor-
dinasiya Şurası”nın üzvü, 2009-2014-cü
illərdə Azərbaycanda “Kitabxanaşünas-
lıq, kitabşünaslıq və biblioqrafiya” üzrə
Problem Şurasının sədri, 2009-cu ildə
“Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-
nəzəri, metodik və təcrübi jurnal”ının,
“Kitabxanaşünaslıq və informasiya: elmi-
nəzəri jurnalı”n redaksiya heyətlərinin
(BDU) və “Beynəlxalq Elmi Araşdırılma-
lar Jurnalı”nın redaksiya heyətinin üzvü,
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyi-
nin üzvü seçilmişdir.
2010-cu ildə “Azərbaycan folklor kitabı:
qaynaqları, təşəkkülü və inkişaf mərhələləri”
adlı doktorluq dissertasiyasını müdafiə et-
mişdir. Kitabxanaşünaslıq, biblioqrafiyaşü-
naslıq, kitabşünaslıq və ədəbiyyatşünaslıq
elminin aktual məsələlərinə həsr olun-
muş “Məhəmməd Füzuli-500” (1996),
“Bəşəriyyət qadınla yüksələcək” (2001),
“Müasir Azərbaycanda elmin informa-
siya təminatı və kitabxanalar” (2007),
“Azərbaycan folkloru və kitab mədəniyyəti”
adlı monoqrafiya (2008), “Heydər Əliyev
və Azərbaycan elmi” biblioqrafik göstərici
(2010), “Azərbaycan folkloru” biblioqrafik
göstəricisi (2010), “Mənəvi dəyərlərimiz:
yaradanlar və yaşadanlar” (2011) “Heydər
Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcild-
liyinin elmi biblioqrafik göstəricisi (2013)
kimi 15 kitab və monoqrafiyanın, 170-dən
çox elmi məqalənin müəllifi, 120-ə yaxın
biblioqrafik göstəricinin tərtibçi-müəllifi,
elmi redaktorudur. 8 doktorant, 15 disser-
tantın elmi rəhbəridir.
2006-cı və 2010-cu illərdə kitabxanaşü-
naslıq elminin inkişafındakı xidmətlərinə
görə AMEA-nın Fəxri fərmanı ilə təltif
olunmuşdur. 2011-ci ildə D.S.Lixaçev mü-
kafatı uğrunda müsabiqənin nəticələrinə
əsasən “Milli kitab mədəniyyəti kontek-
stində Azərbaycan folklor kitabının öyrənil-
məsinə bəxş etdiyi qiymətli xəzinəyə görə”
diplomuna layiq görülmüşdür. 2012-ci il də
KİV-in Həmkarlar Birliyinin “Xalqın nü-
fuzlu ziyalısı” diplomu ilə təltif olunmuş-
dur.
Ə d ə b i y y a t
Arif Mir Cəlal oğlu
Paşayev: biblioq-
rafiya /tərt. müəl.
A.Əliyeva-Kəngərli,
Ə.Həzərxanov;
red.: F.Hüseynova,
İ.Səfərov; AMEA,
Mərkəzi Elmi Kitabxa-
na.- Bakı: Şərq-Qərb,
2011.- 239 s.
Nailə Məmmədəli qızı
Vəlixanlı: biblioq-
rafiya /Azərb. Milli
EA, Mərkəzi Elmi
Kitabxana ; tərt.-müəl.
A.Əliyev-Kəngərli;
red. N.Seyidəliyev,
İ.Səfərov.- Bakı: Elm,
2012.- 237, [3] s.
Səlahəddin Sədrəddin
oğlu Xəlilov: biblioq-
rafiya /tərt. müəl. A.K.
Əliyeva, E. Yüzbaşov;
AMEA, Mərkəzi Elmi
Kitabxana.- Bakı: Elm,
2013.- S 340.
Milli və elmi irsimizin
yaddaşı /A.Əliyeva-
Kəngərli //Respublika.-
2014.- 8 iyun.- S.3
Ценный научно-
исторический
источник /А.Алиева-
Кенгерли //Бакинский
рабочий.-2011.- 3
июня. - С.4
www.anl.az
www.az.wikipedia.org
6
Alim
Mədəniyyət.Maarif.Təhsil
208
Mədəniyyət.Maarif.Təhsil
130
illiyi
Qəribsoltan Məlikova
1886-1967
İYUN
Qəribsoltan Həsən bəy qızı Məlikova
1886-cı il (bəzi mənbələrdə 1896) iyun
ayının 11-də Göyçay qəzasının Zərdab
kəndində (indiki Zərdab şəhərində),
maarifpərvər
ziyalı,
Azərbaycan
mətbuatının banisi Həsən bəy Məlikov-
Zərdabinin ailəsində anadan olmuşdur.
Qəribsoltan Məlikova orta məktəbi
bitirdikdən sonra Tiflisdə rus qızlar
gimnaziyasında təhsil almışdır. Atası
Həsən bəy Zərdabinin vəfatından 3 il
sonra onun arzusu ilə Bakıya köçməyə
məcbur olmuş və 1910-cu ildə pedaqoji
fəaliyyətə başlamışdır.
1915-1918-ci illərdə Bakıdakı rus-
tatar (Rus-Azərbaycan) qız məktəbində
dərs demiş, 1918-1920-ci illərdə bir sıra
çətinliklərə sinə gərərək Bakıdakı Üçün-
cü rus qız gimnaziyasında, sonra isə ikin-
ci rus-qız gimnaziyasında Azərbaycan
dilindən dərs demiş, həm də pedaqoji
kursda öz təhsilini artırmışdır. Hətta bəzi
tarixi mənbələrdə Qəribsoltan xanımın
İmperator üçüncü Aleksandr adına Bi-
rinci Bakı kişi gimnaziyasının Pedaqo-
ji Şurasında bütün sınaqlardan keçərək
“Xalq məktəblərinin müəllimi” adına la-
yiq görüldüyü də göstərilir. Bu nailiyyət
nəinki Qəribsoltan xanımın, eləcə də bü-
tün Azərbaycanlı qadınlarının irəliləyişi,
onların oxumaq imkanlarının təsdiqi idi.
Ailə üzvlərinin represiyası səbəbindən
Gəncəyə köçərək bir müddət burada
sakit həyat yaşamaq istəmişdir. İkinci
Dünya müharibəsi illərində görkəmli
bəstəkar Rauf Hacıyevin anası Nanə
xanımla (Nanə xanım Zərdablı olduğu
üçün) Zərdaba getmiş və hər ikisi orta
məktəblərdə müəllim kimi çalışmışlar.
Bu cəfakeş xanım ailə həyatı qurma-
mış, ömrü boyu ədəbi irsi təqib olun-
muş, yasaq edilmiş atasının, repressiya
qurbanı olan qardaşının, Fransada ya-
şamağa məcbur olan bacı və qardaşı-
nın, yeznəsi Əlimərdan bəy Topçuba-
şovun, bu üzüntülərə dözə bilməyən
anası Hənifə xanımın dərdi ilə yaşa-
mışdir. Həsən bəyin ailəsindən tək ya-
digar qalmış Qəribsoltan xanımı qarda-
şı Midhətin faciəli həyatı, anası Hənifə
xanımın vaxtsız ölümü, Bibiheybət
məscidinin yanından atası Həsən bəyin
məzarı yerləşən qəbiristanlığın dağı-
dılması xəbəri çox sarsıtmışdır. Çox
çətinliklə də olsa cənazənin qalıqlarını
Həsən bəyin ömür-gün yoldaşı Hənifə
xanım Məlikova-Abayevanın yanında
basdırmışdır.
Bütün bu çətinliklərə baxmayaraq
vətənpərvər müəllimə Azərbaycanda So-
vet hakimiyyəti qurulan ilk illərdə yeni
yaradılan məktəblərin, savad kurslarının
təşkilində yaxından iştirak etmiş, qabaq-
cıl bir pedaqoq kimi respublikada maa-
rifin inkişafında əlindən gələn köməyi
əsirgəməmişdir.
1956-cı ilədək Bakının bir sıra orta
məktəblərində yorulmaq bilmədən çalış-
mış, neçə-neçə nəslin yetişməsində bö-
yük rol oynamışdır.
Azərbaycan elm və mədəniyyətinin
inkişafındakı əvəzsiz xidmətlərinə
görə Qəribsoltan Məlikovaya 1948-
ci ildə “Azərbaycan SSR-in Əməkdar
müəllimi” adı verilmiş, Lenin ordeni ilə
təltif edilmişdir.
Maarifpərvər ziyalı Qəribsoltan
Məlikova 1967-ci il mart ayının 9-da
Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Məlikova Qəribsoltan
Həsən bəy qızı
//Azərbaycan qadını
ensiklopediyası /red.
hey. R.Mehdiyev [və
b.]; baş red. İ.Vəliyev;
[müəl. X. Abbasov [və
b.]].- Bakı, 2002.-
S.270.
Məlikova Qəribsoltan
Həsən bəy qızı
//Azərbaycan Sovet
Ensklopediyası: 10
cilddə.- Bakı, 1982.-
C.6.- S.490.
Məmmədov, S. Bu xalq
sənsizdir /S.Məmmədov
//Nurlu ömrümün
dastanı.- Bakı, 1975.-
S.43-49.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.zerdab.com
11
Pedaqoq
209
Riyaziyyat.Fizika.Astronomiya
60
illiyi
Arif Səlimov
1956
İYUN
Arif Ağacan oğlu Səlimov 1956-cı ildə
Ağsu rayonunda anadan olmuşdur. 1973-
cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bi-
tirmiş və 1973-1978-ci illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
mexanika-riyaziyyat fakültəsində təhsil
almışdır.
1978-1980-ci illərdə Azərbaycan EA-
nın (indiki AMEA) Kibernetika İnstitu-
tunda mühəndis-riyaziyyatçı kimi çalış-
mış, 1980-1983-cü illərdə isə Rusiyanın
Kazan Dövlət Universitetinin aspiran-
turasında həndəsə və topologiya ixtisası
üzrə təhsil almışdır.
1984-cü ilin yanvar ayında Kazan
şəhərində məşhur sovet həndəsə alimi
V.Vişnevskinin elmi rəhbərliyi altında
namizədlik dissertasiyasını müdafiə et-
mişdir. 1984-1995-ci illərdə ADU-nun
Həndəsə kafedrasında assistent və dosent
vəzifələrində çalışmışdır.
1998-ci ilin sentyabr ayında isə Kazan
Dövlət Universitetində həndəsə və topo-
logiya ixtisası üzrə doktorluq dissertasi-
yasını müdafiə etmişdir.
Norden (anti-Hermit) strukturaları
və tenzor operatorları nəzəriyyələrində
aldığı fundamental nəticələr və lift
nəzəriyyəsində yaratdığı yeni metod ilə
diferensial həndəsə sahəsində dünyada
tanınmış bir alimdir.
Arif Səlimovun 163-dən çox elmi
əsəri var. Bu əsərlərdən 150-si xaricdə
çap olunmuş, 25 əsəri “Springer”, “Birk-
hauser Verlag”, “Elsevier“, “World Sci-
entific” kimi məşhur nəşriyyatlarda işıq
üzü görmüşdür. Əsərləri ABŞ, Yaponiya,
Cənubi Koreya, Çin, Hindistan, Sinqa-
pur, Meksika, Rusiya, İngiltərə, İtaliya,
Fransa, Hollandiya, Polşa, Türkiyə və s.
ölkələrin nüfuzlu elmi jurnallarında nəşr
olunmuşdur.
“American Mathematical Society”
və “European Mathematical Society”
tərəfindən təftiş edilən “International
Electronic Journal of Geometry” və
“TWMS Jour. of Pure Appl. Math.” adlı
beynəlxalq jurnalların redaksiya heyətinin
üzvüdür.
Kazan Dövlət Universitetində həndəsə
üzrə keçirilən Lobaçevski konfranslarında
4 dəfə baş məruzəçilərdən biri olmuşdur.
Arif Səlimov 2006-cı ildə 4-ci Beynəlxalq
Həndəsə konfransında və 2011-ci ildə isə
Türkiyə Riyaziyyatçılar Cəmiyyətinin
24-cü illik konfransında baş məruzəçi ol-
muşdur.
Dostları ilə paylaş: |