23
Ə d ə b i y y a t
Beynəlxalq Olimpiya
Komitəsinin prezidentləri:
1895-2006: Dərs vəsaiti
/A.Əliyev, N.Əsgərova,
J.Ağayeva; rəy.:
A.Qurbanov, E.Acalov;
elmi red. R.Quliyev;
Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akade-
miyası.- Bakı: [AzDBTİA],
2006.- 118 s.
Qoca, F. Bakı-2015:
Birinci Avropa Oyunla-
rına /F.Qoca //Ədəbiyyat
qəzeti.-2015.- 13 iyun.-
S.1
Sarıyeva, İ. Bakı-2015-
in möhtəşəm açılışı
- Azərbaycan folklo-
runun, mədəniyyətinin
təcəssümü... /İ.Sarıyeva
//Bakı xəbər .-2015.- 17
iyun.- S. 10.
Vəlibəyov, R. Bakı-2015:
etimad, məsuliyyət,
özünütəsdiq /R.Vəlibəyov
//Azərbaycan.-2015.- 11
iyun.- S.9
İ n t e r n e t d ə
www.azadliq.org
www.refugees-idps-
committee.gov.az
215
Tarixdə bu gün
İYUN
26
26 iyun tariximizin əlamətdar səhifələrindən
biri - Azərbaycan Milli Ordusunun yarandığı gün-
dür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və
Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul
etmişdir.
Milli Ordunun yaranması Azərbaycan xalqının
milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən
önəmli mərhələlərindən biri idi. Məhz güclü, ni-
zami ordu 1918-ci il may aının 28-də elan edilmiş
istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını
təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şa-
umyanın başçılıq etdiyi Bakı Xalq Komissarla-
rı Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20
minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı sava-
şa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən
Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daş-
naklar buna nail ola bilmədilər.
İyun ayının 26-da ilk hərbi korpusun (diviziya
statusunda) yaradılması barədə qərar qəbul edil-
miş, Azərbaycan Milli Ordusunun təməli qoyul-
muşdur. General Səməd ağa Mehmandarov hərbi
nazir, general Əli ağa Şıxlinski hərbi nazirin müa-
vini, general Süleyman Sulkeviç isə baş qərargah
rəisi təyin olunmuşdu.
1919-cu il milli ordu quruculuğunda həlledici
mərhələ olmuşdu. Ordunun yaradılması prosesi
1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı.
40 min nəfərlik nizami ordunun 30 mini piyada,
10 mini isə süvari qoşun hissələrindən ibarət idi
1920-ci ilin aprel ayında XI Qızıl Ordu
Azərbaycan sərhədlərinə yaxınlaşmış və
A.Mikoyan başda olmaqla Bakı bolşevikləri
rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun
sərhəddəki azsaylı hissələri ruslara müqavimət
göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına
yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını
parlament binasına tuşlamış, Bakıda milli hökumət
süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu
ilə Milli Ordunun mövcudluğuna da son qoyul-
muşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il
mayın 7-də Azərbaycanda ordu və donanmanın
yenidən təşkil edilməsi barədə dekret vermişdi.
Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i
bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin
böyük hissəsi repressiyaya məruz qalmışdı.
İlk dəfə Azərbaycan Respublikası Preziden-
tinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə
təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra Azərbaycan or-
dusunun yaradılması barədə Azərbaycan Ali So-
vetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr,
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü
elan edilmişdir.
Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə
qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu-
na başlanmışdı.
Azərbaycan Respublikası Prezidentinin 22
may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə
Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun
tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi
dövlət bayramı kimi qeyd edilir.
Milli Silahlı Qüvvələr Günü
1992
216
İYUL
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.a
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Azərbaycan Pоlisi Günü
•
(02.07.1998)
“Əkinçi”
•
qəzetinin ilk sayı çapdan çıxmışdır
(22.07.1875)
Milli Mətbuat və Jurnalistika Günü (22.07.)
•
Ağdam rayonunun işğalı günü
•
(23.07.1993)
Nizami Gəncəvinin Xatirə ev-muzeyi
Nizami Gəncəvinin 840 illiyi münasibəti ilə “Nizami” adlı 2 seriyalı
bədii filmin çəkilişi əsasında Nizaminin evi, həyəti maket formasında
tikilmişdir.
1984-cü ildən N.Gəncəvinin Ev Muzeyi həmin binaya köçürülmüşdür.
Bina maket kimi tikildiyi üçün 2003-cü ildən əsaslı təmirə dayandırıl-
mışdır.
Hal-hazırda muzey Qızıl Hacılı məscidinin binasında öz fəaliyyətini
davam etdirir. Qızıl Hacılı Məscidi məhəllə məscidi kimi tikilmiş me-
marlıq abidəsidir.
Nizami Gəncəvinin Xatirə Ev Muzeyinin fondunda 190 eksponat var,
onlardan 147-si ekspozisiyada nümayiş etdirilir.
1 iyul
Gün çıxır 06:14
Gün batır 21:35
31 iyul
Gün çıxır 06:36
Gün batır 21:16
23 iyun
21 iyul
Xərcəng bürcünün
Nişanı sudur. Ayın
himayəsindədir.
Günəşin Xərçəng
bürcündən
keçdiyi dövrdə
doğulanlar daha
çox açıq xasiyyətli,
xəyalpərəst olurlar.
875 il
1141-1209
Nizami Gəncəvi
217
Milli ədəbiyyat
Yazıçı, publisist, geoloq alim Rəhimov Arif Süleyman oğlunun (Şamo Arif)
(09.07.1936-16.06.2012) anadan olmasının 80 illiyi
Dünya ədəbiyyatı
İngilis dramaturqu, Nobel mükafatı laureatı Şou Corc Bernardın (26.07.1856-
02.11.1950) anadan olmasının 160 illiyi
Türk yazıçısı, dövlət xadimi Uşaqlıgil Xalid Ziyanın (31.07.1866-27.03.1945)
anadan olmasının 150 illiyi
Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq
Xalq rəssamı Nərimanbəyov Vidadi Yaqub-Fərman oğlunun (13.07.1926-
13.12.2001) anadan olmasının 90 illiyi
Holland boyakarı və qrafiki Rembrandt Harmens Van Reynin (15.07.1606-
04.10.1669) anadan olmasının 410 illiyi
Xalq rəssamı, qrafik Rəhmanzadə Maral Yusif qızının (23.07.1916-16.03.2008)
anadan olmasının 100 illiyi
Musiqi.Opera.Balet
Bəstəkar Rüstəmov Eldar Səid oğlunun (13.07.1946-23.04.2010) anadan
olmasının 70 illiyi
Xalq artisti, müğənni Kərimova Flora Ələkbər qızının (23.07.1941) anadan
olmasının 75 illiyi
Bəstəkar,Əməkdar müəllim, professor Yusifova Adilə Niyazi qızının
(30.07.1956) anadan olmasının 60 illiyi
Teatr. Kino
Əməkdar incəsənət xadimi, kinooperator İsmayılov Rasim Rza oğlunun
(13.07.1936-03.03.2004) anadan olmasının 80 illiyi
Xalq artisti Mustafayeva Sədayə İsmayıl qızının (15.07.1926-13.08.2004)
anadan olmasının 90 illiyi
İYUL
221
220
223
222
225
2016
227
226
228
229
224
218
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Kərimov Kərim Məhəmməd oğlunun
(02.07.1971-05.05.1992) anadan olmasının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Zülfüqarov Samir Xəlil oğlunun (03.07.1976-
17.03.1995) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Sadıq Dayandur oğlunun (29.07.1961-
13.04.1992) anadan olmasının 55 illiyi
Siyasət.Hüquq.Hərbi iş
Azərbaycan Respublikası Fövqəladə Hallar naziri, general-polkovnik Heydərov
Kəmaləddin Fəttah oğlunun (15.07.1961) anadan olmasının 55 illiyi
Tarix
Tarix elmləri doktoru, professor Tağıyeva Şövkət Əzizağa qızının (11.06.1926-
11.06.2015) anadan olmasının 90 illiyi
AMEA-nın müxbir üzvü, professor Əliyev Vəli Hüseyn oğlunun (20.07.1936)
anadan olmasının 80 illiyi
Fəlsəfə.İqtisadiyyat
Fəlsəfə elmləri doktoru, professor Aslanova Rəbiyyət Nurulla qızının
(04.07.1951) anadan olmasının 65 illiyi
Mədəniyyət.Maarif.Təhsil
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalayev Əliqismət
Hümmət oğlunun (05.07.1956) anadan olmasının 60 illiyi
Əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri Hacı
Mirzə Həsən Rüşdiyyənin (05.07.1851-10.12.1944) anadan olmasının 165 illiyi
Jurnalist, alim və ictimai xadim Şahtaxtinski İsasultan Nəcəfqulu oğlunun
(05.07.1851-18.10.1894) anadan olmasının 165 illiyi
Əməkdar ali məktəb işçisi Əhmədov Hüseyn Mustafa oğlunun (17.07.1926)
anadan olmasının 90 illiyi
Coğrafiya.Geologiya
AMEA-nın müxbir üzvü, professor Cavanşir Rəşid Cəmil oğlunun (17.07.1951)
anadan olmasının 65 illiyi
Rus alimi, səyyah və etnoqraf Mikluxo-Maklayın (17.07.1846-14.04.1888)
anadan olmasının 170 illiyi
Geologiya-mineralogiya elmləri doktoru Salmanov Fərman Qurban oğlunun
(28.07.1931-31.03.2007) anadan olmasının 85 illiyi
Riyaziyyat.Fizika. Astronomiya
Akademik Rəsulov Məcid Lətif oğlunun (06.07.1916-1.02.1993) anadan olmasının
100 illiyi
230
231
232
234
233
239
236
237
235
238
240
241
219
Kimya. Biologiya.Tibb
Tibb elmləri doktoru, Əməkdar elm xadimi, professor Fərəcov Zülfüqar Həsən
oğlunun (07.07.1951) anadan olmasının 65 illiyi
Kimyaçı alim Rəfiyev Mahmud Məmmədtağı oğlunun (20.07.1916-) anadan
olmasının 100 illiyi
Texnika.Mühəndis işi
AMEA-nın müxbir üzvü Məmmədov Firuddin İbrahim oğlunun (01.07.1936)
anadan olmasının 80 illiyi
Texnika elmləri doktoru Sadıqov İsmayıl Rza oğlunun (15.07.1941) anadan
olmasının 75 illiyi
Əməkdar elm xadimi Məmmədov Əliqulu Məmmədqulu oğlunun (09.07.1906-
10.03.1982) anadan olmasının 110 illiyi
İsveçli ixtiraçı, sahibkar, dəzgah konstruktoru Nobel Lüdviqin (27.07.1831-
12.04.1888) anadan olmasının 185 illiyi
Əməkdar elm və texnika xadimi Mustafayev Əbdüləli Cabbar oğlunun
(23.07.1906) anadan olmasının 110 illiyi
Akademik Abbasov Midhət Teymur oğlunun (31.07.1926-23.04.2012) anadan
olmasının 90 illiyi
İdman
Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim, boksçu Ağalarov Abbas
Fərhad oğlunun (15.07.1911-05.03.1969) anadan olmasının 105 illiyi
Tarixdə bu gün
Azərbaycan Pоlisi Günü (02.07.1998)
Beynəlxalq İdman Jurnalistləri Günü (02.07.1995)
RK(b)P Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması
və mərkəzi Şuşa şəhəri olmaqla muxtar vilayətin yaradılması barədə qərar qəbul
edilib (05.07.1921)
Bakı-Sabunçu-Suraxanı xəttində SSRİ-də ilk dəfə olaraq elektrik qatarının
hərəkət etməsinin (06.07.1926) 90 illiyi
Ramazan bayramı (07.07.)
Ağdərə rayonunun işğalı günü (07.07.1993)
Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-
Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib (13.07.2006)
Bakı dənizçilik məktəbi əsasında Azərbaycan Dövlət Dəniz Akademiyası
yaradılmışdır (15.07.1996)
“Torpaq islahatı haqqında” Qanun qəbul edilmişdir (16.07.1996)
C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının (20.07.1971) 45 illiyi
Milli Mətbuat və Jurnalistika Günü (22.07.)
Almaniya SSRİ-yə hücum etmişdir (22.07.1941)
Ağdam rayonunun işğalı günü (23.07.1993)
243
242
244
246
245
220
9
Milli ədəbiyyat
Şamo Arif
1936-2012
Nasir
80
illiyi
Ə d ə b i y y a t
Anamın yuxusuna
girməsin: Mənim pa-
yız çiçəyim /Şamo Arif;
red. M.Ələkbərli.- Bakı:
Gənclik, 1977.- 303 s.
Dədə Süleyman dünya-
sı: xatirələr /tərt. ed. və
ixtisas red. Ş.Arif; red.
Ə.Sadıqov.- Bakı: Mars
Print, 2010.- 500 s.
Qınamayın məni: [roman]
/Ş.Arif; red. Ə.Sadıqov.-
Bakı: Mars-Print, 2010.-
583 s.
Böyük ürəkli - böyük
Azərbaycanım! Ziyalı sözü
/Ş.Arif //Azərbaycan.-
2011.- 24 iyun.- S.6.
Tarixi yaddaşımıza
qayıdaq /Ş.Arif //İki sahil.-
2011.- 20 yanvar.- S. 13.
Əhmədov, T. Şamo Arif
//Əhmədov T.Azərbaycan
yazıçıları XX-XXI
yüzillikdə .- Bakı, 2011.-
S.892.
İ n t e r n e t d ə
www.anl.az
www. adam.az
www.az.wikipedikia.org
www.meneviservetimiz.az
Arif Süleyman oğlu Rəhimov (Şamo
Arif) 1936-cı il iyul ayının 9-da Qubadlı
rayonunda anadan olmuşdur. Böyük qar-
daşı Şamo gənc yaşında vəfat etmiş, bir
müddət sonra ədib onun şərəfinə Şamo
adını özünə təxəllüs götürmuşdür.
Bakıda 7 saylı orta məktəbi bitirdikdən
sonra, Moskva Dövlət Universitetinə
qəbul olunmuş, 1953-cü ildə təhsilini
başa çatdırmışdır. 1954-1959-cu illərdə
Azərbaycan Dövlət Neft və Kimya İns-
titutunun (indiki Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti) geolo-
ji kəşfiyyat fakültəsində təhsil almış-
dır. Azərbaycan Neft Sənayesi Elmi-
Tədqiqat Layihə İnstitutunda çalışan
alim 1959-2003-cü illərdə fəhlə, texnik,
baş texnik, mühəndis, baş mühəndis, ki-
çik elmi işçi, baş elmi işçi, aparıcı elmi
işçi, eyni zamanda “Azərekspertiza”
Birliyinin direktoru vəzifəsində çalış-
mışdır. 1965-ci ildə “Kiçik Qafqazın
şimal-şərq dağətəyinin geotektonik in-
kişafının riyazi üsulla öyrənilməsi və
Mezozoy çöküntülərinin neft-qazlılıq
perspektivliyi” mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. Səthi
dalğaların ikinci və üçüncü qruplarını
kəşf etmiş, Yerin laylı modeli şəraitində
bu dalğalar qrupunun mövcudluğunu
göstərmiş, zəlzələnin episentr azimu-
tunun təyin olunması və Yer qabığın-
da dərinlik qırılmalarının vəziyyətinin
müəyyən edilməsi üçün yeni metod ha-
zırlamışdır.
Ədəbi fəaliyyətə 1957-ci ildə
“Azərbaycan qadını” jurnalında çap
olunan “Qoşa çinar” hekayə-əfsanəsi ilə
başlamış, dövri mətbuatda əsərləri vax-
taşırı dərc edilmişdir. 1964-cü ildə “Göz
dağı” povesti və “Anamın yuxusuna
girməsin” romanını çap etdirmişdir.
1964-cü ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü seçilmişdir. Sonuncu
romanı “Qınamayın məni” olmuşdur.
Bundan başqa tez-tez publisistik və
elmi məqalələr dərc etdirmiş, “Dədə
Süleyman dünyası” adlı xatirələr toplu-
sunu hazırlamışdır. Onun 1961-ci ildə
R.Rəhimovla birgə çap etdirdiyi “Xəzər
və neft” kitabı bu günə gədər öz aktual-
lığını saxlayır. Ədib 1965-ci ildə “Qızıl
qələm” mükafatı laureatı olmuşdur.
Bakıda Qanlı yanvar günlərində
“Azadlıq” radiosu ilə “İnsanlığa bəla
gəlir”, “Qorbaçova açıq məktub” itti-
ham bəyanatlarına və etiraz əlaməti ola-
raq Kommunist Partiyası sıralarını tərk
etdiyinə görə təqib olunmuş, tutduğu
vəzifələrdən kənar edilmişdir. Sonradan
ona qarşı səhvən cinayət işi açılması
rəsmən etiraf edilmiş və nəhayət, 1995-
ci ildə doğma institutuna bərpa olunmuş-
dur. Geologiya-mineralogiya elmləri
namizədi Arif Rəhimov Neft geologiya-
sına dair 50-dək elmi əsərin müəllifidir.
Respublikamızın seysmik rayonlaşdı-
rılması xəritəsinin müəlliflərindəndir.
Mərkəzi “Bakı” seysmologiya stansiya-
sına onun adı verilmişdir.
Şamo Arif 2012-ci il iyun ayının 16-
da vəfat etmiş, Bakıda dəfn olunmuş-
dur.
İYUL
221
Dünya ədəbiyyatı
160
illiyi
Corc Bernard Şou
1856-1950
İYUL
Corc Bernard Şou 1856-cı il iyul ayı-
nın 26-da İrlandiyada Dublin şəhərində
anadan olmuşdur. Mənşəcə irland olan
Şou 1871-ci ildə kolleci bitirmiş, lakin
maddi çətinlik üzündən universitetə
daxil ola bilməmişdir. 1876-cı ildə
Bernard Londona köçmüş, jurnalistlik
fəaliyyəti ilə məşğul olmuşdur. “Ağıl-
sız kəbin” (1880), “Artistin məhəbbəti”
(1881), “Keşel Bayronun sənəti” (1882)
və kəskin sosial mövzulu “Həvəskar
sosialist” (1883) romanları ilə ədəbi
ictimaiyyətin rəğbətini qazanmışdır.
1884-cü ildə ingilis sosialistlərinin “Fa-
bian” cəmiyyətinə üzv olmuş, 27 il bu
cəmiyyətin sıralarında çalışan məşhur
dramaturq sosialist ideyalarını təbliğ
etmişdir.
Bernard Şou 1885-1890-cı illərdə
Londonun “Uorld”, “Star” kimi po-
pulyar qəzetlərinin teatr və mu-
siqi tənqidçisi olmuş, XX əsrin
90-cı illərindən isə dramaturq kimi ta-
nınmışdır. Əsərləri - “Dul kişinin evləri”
(1892), “Arvadbaz” (1893), “Xanım
Uorrenin sənəti” (1894) pyesləri ailə-
məişət məsələlərinə, “Silah və insan”
(1894), “Kandida” (1894), “Taleyin
sevimlisi” (1895), “Yaşayarıq, görərik”
(1895) pyesləri isə aktual sosial-etik
problemlərə həsr edilmişdir. Şounun
bədii metodunun novator mahiyyəti
“Şeytanın şagirdi” (1896-1897), “Sezar
və Kleopatra” (1898), “Kapitan Bras-
baundun müraciəti” (1899) pyeslərində
bariz ifadəsini tapmışdır. “İnsan və
fövqəlbəşər” (1901-1903), “Mayor
Barbara” (1905), “Həkimin dilemması”
(1906), “Piqmalion” (1913), “Ürək sın-
dırılan evdə” (1913-1919), “Alma ara-
bası” (1929), “Əngəl” (1933), “Milyo-
ner arvadı” (1936), “Cenevrə” (1938)
və s. pyeslərində kapitalist cəmiyyətinin
antihumanist mahiyyəti, burjua demok-
ratiyası ifşa olunmuşdur.
1923-cü ildə yeganə faciə əsərini-
Fransa milli qəhrəmanı Janna Dar-
ka həsr olunmuş “Müqəddəs İoanna”
dramını, ömrünün son illərində “Ba-
yantın milyardları” (1948), “Uydurma
təmsillər” (1950) pyeslərini yazmışdır.
1925-ci ildə Bernard Şou “İdealizm
və humanizmlə səciyyələnən yaradıcı-
lığına, əksər hallarda müstəsna poetik
gözəlliklə müşayiət olunan sirayətedici
satirasına görə” Nobel mükafatı lau-
reatı olmuş, pul mükafatını isə İsveç
ədəbiyyatını ingilis dilinə tərcümə
etmək üçün fondun yaradılmasına ayır-
mışdır.
1938-ci ildə “Piqmalion” pyesinin
motivləri əsasında çəkilən filmə görə
Şou həm də Oskar mükafatı almışdır. O,
Uilyam Şekspirdən sonra ingilis teatrı-
nın ən məşhur dramaturqu hesab edilir.
Böyük Oktyabr sosialist inqilabını
alqışlamış, 1931-ci ildə SSRİ-də ol-
muşdur. 1931-ci ildə “Proletariat dik-
taturası” məqaləsində, “Acı da olsa,
həqiqət” pyesində keçmiş Sovet itti-
faqına rəğbətini ifadə etmişdir. Uzun
və məhsuldar həyatı boyu 250 mindən
çox məktub yazmışdır. İngilis dra-
maturqunun “Şeytanın şagirdi” pyesi
Azərbaycan səhnəsində tamaşaya qo-
yulmuşdur.
Corc Bernard Şou 1950-ci il noyabr
ayının 2-də Eyot-Sent-Lorensdə vəfat
etmişdir.
Ə d ə b i y y a t
Serenada /B.Şou //Ədəbi
Nobel antologiyası /
tərt. ed. və nəşrə hazırl.
N.Əbdülrəhmanlı (tərc.);
red. N.Qoşalı; layih. rəhb.
Q.Paşayeva; Avrasiya
Beynəlxalq Araşdırmalar
İnstitutu İB.- Bakı, 2012.-
S.125-132.
Sonetlərin Əsmər ledisi
/B.Şou //İngilis ədəbiyyatı
antologiyası: 2 cilddə /
tərt. ed. Z.Ağayev; tərc.
ed. Z.Ağayev, E.Şıxlı,
V.Musayev [və b.].- Bakı,
2007.- C.2.- S.19-38.
Məmmədova, Ə. İngilis və
Azərbaycan dramaturgi-
yasında sosial problemin
qoyuluşu (Bernard Şou
və Cəfər Cabbarlının
əsərləri əsasında): filol.
е. n. аl. dər. а. üçün təq.
ed. dis-nın avtorefera-
tı: 10.01.03.; 10.01.01
/Ə.Məmmədova.- Bakı,
2008.- 161 s.
Пьесы; Статьи
о театре;
Автобиографические
заметки;
Литературные
портреты; Новеллы
/Д.Б.Шоу; [пер. с англ.
А.Кудрявцева].- М.:
Пушк. б-ка, АСТ, 2004.-
1084 с.
www.adam.az
www.anl.az
Dostları ilə paylaş: |