Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə41/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

İYUL

Şövkət  Əzizağa  qızı  Tağıyeva 

1926-cı  il  iyul  ayının  11-də  Bakı 

şəhərində anadan olmuşdur. 

1948-1958-ci  illərdə  Azərbaycan 

Elmlər Akademiyasının Tarix İnstitu-

tunda elmi işçi, baş elmi işçi, 1958-1976-

cı  illərdə  Şərqşünaslıq  İnstitutunda 

baş elmi işçi, 1976-cı ildən akademi-

yanınYaxın və Orta Şərq Xalqları İns-

titutunda Azərbaycanın  Şərq  ölkələri 

ilə  tarixi  əlaqələri  şöbəsinin,  1981-

1992-ci  illərdə  Cənubi  Azərbaycan 

şöbəsinin  müdiri  olmuşdur.  İranın, 

o  cümlədən  Cənubi  Azərbaycanın 

yeni  və  ən  yeni  tarixi,  milli  azad-

lıq hərəkatı, aqrar münasibətlər və s. 

məsələlərin tədqiqatçılarındandır.        

Elmi  fəaliyyətə  İranda,  o  cümlədən, 

Cənubi  Azərbaycanda  milli  azadlıq 

hərəkatları  tarixi  üzrə  tədqiqatlarla 

başlamışdır.  “1920-ci  il Təbriz  üsya-

nı”  (1990)  monoqrafiyasında  Cəlil 

Məmmədquluzadənın Təbrizə gəlişinə 

xüsusi yer vermişdir. Müəlliflərindən 

biri olduğu “Cənubi Azərbaycan tari-

xinin  oçerki  (1828-1917)”  kitabında 

Cənubi  Azərbcandakı  ədəbi-mədəni 

inkişafa 

C.Məmmədquluzadənin 

və  “Molla  Nəsrəddin”  jurnalının 

təsiri, satirasının ictimai fikrə nüfuzu 

məsələləri öz əksini tapmışdır.

2  monoqrafiyası  və  50-dən  çox 

məqaləsi respublikada dərc olunmuş-

dur. 16 məqaləsi keçmiş Sovetlər Bir-

liyi, Polşa, Türkiyə, Kanada və İranda 

çap  edilmişdir.  Ölkəmizdə  baş  verən 

hadisələrlə  bağlı  respublikada  və 

xaricdə elmi konfrans və seminarlarda 

məruzə və çıxışlar etmişdir.

Elmi 


fəaliyyətində 

aparıcı 


istiqamətlərdən  biri  İranda  aqrar 

münasibətlər barəsində idi. Bu sahədə 

axtarışlarını  1967-ci  ildə  Bakıda 

müdafiə  etdiyi  “XIX  əsrin  sonu  və 

XX  əsrin  əvvəllərində  İranda  aqrar 

münasibətlər”  adlı  doktorluq  disser-

tasiyasında  cəmləmişdir.  Elmi  yığın-

caqlarda  Cənubi  Azərbaycanla  bağlı 

fəaliyyəti aparıcı yer tutmuşdur. Res-

publikada  və  ondan  kənarda  Güney 

azərbaycanşünaslıq  elmi  məktəbinin 

yaradıcısı kimi tanınır.

1976-1991-ci  illərdə   Azərbaycan  

EA-nın  Şərqşünaslıq  İnstitutun-

da  fəaliyyət  göstərmiş,  Cənubi 

Azərbaycan tarixi şöbəsinin yaradıcı-

sı və rəhbəri olmuş, bu sahədə elmlər 

namizədləri yetişdirmişdir. 

2000-ci ildə yetirmələrindən elmlər 

namizədləri Ə.Bije və S.Bayramzadə 

ilə birlikdə “Güney Azərbaycan” en-

siklopedik, elmi sorğu kitabını çap et-

dirmişdir. 

“Güney  Azərbaycan  tarixi”nin  3 

cildini hazırlamış, XIX-XX yüzilliklər 

tarixinə  aid  araşdırmalarının  elmi 

nəticələrini  ali  və  orta  məktəblər 

üçün hazırlanmış “Azərbaycan tarixi” 

dərsliklərinin  Cənubi  Azərbaycana 

aid fəsillərində əks etdirmişdir.

Görkəmli  tarixçi  alim  Şövkət 

Əzizağa qızı Tağıyeva 2015-ci il iyun 

ayının 11-də vəfat etmişdir.

Ə d ə b i y y a t

1920-ci il Təbriz üsyanı 

/Ş.Tağıyeva; red. R.Seyidov; 

AzSSR EA, Şərqşünaslıq 

İnstitutu.-Bakı: Elm, 1990.-

147 s.

XIX əsrin sonu və XX 

əsrin əvvəllərində İran 

kəndlilərinin vəziyyəti 

/Ş.Tağıyeva; red. 

Z.Abdullayev; AzSSR EA, 

Yaxın və Orta Şərq Xalqları 

İn-tu.- Bakı: Elm, 1969.-

197 s.

Bütöv Azərbaycançılıq ide-

yası: Bu ideya həm Güney, 

həm də Quzey Azərbaycanda 

düşüncələrə hakim idi 

/Ş.Tağıyeva //Xalq cəbhəsi.-

2013.- 25 dekabr.- S.14.

Bütöv Azərbaycançılıq 

ideyası: 1941-46-cı illər 

milli-azadlıq hərəkatının 

güneyli-quzeyli bütöv 

xalqımız üçün əhəmiyyəti  

/Ş.Tağıyeva //Xalq cəbhəsi.-

2013.- 26 dekabr.- S.14.

Rəhimli, Ə. Elmə, vətənə 

həsr edilmiş ömür: Şövkət 

Tağıyeva-85 /Ə.Rəhimli        

//Türküstan.-2011.-10-16 

aprel.- S. 13.

Демократические 

республики Юго-

Восточного Кавказа 

(Азадистан и Гилянская 

Советская Республика) 

/Ш. Тагиева; научный 

ред. Э. Исмайлов.-Баку: 

Кавказ, 2005.- 240 с.

11

Tarixçi


234

Tarix

80 

illiyi

Vəli Əliyev 

1936

İYUL

Vəli Hüseyn oğlu Əliyev 1936-cı il 

iyul ayının 20-də Şəki şəhərində anadan 

olmuşdur.  Əslən  naxçıvanlı  olan  ailə 

bir müddət Zəngəzur mahalının Şıxlar 

kəndində yaşamış, sonra Şəki şəhərinə 

köçmüşdür.

1959-cu  ildə  Azərbaycan  Dövlət 

Universitetinin  (indiki  BDU)  tarix 

fakültəsini bitirmişdir. 

“Azərbaycanın  tunc  dövrü  boyalı 

qablar mədəniyyəti“ namizədlik, 1984-

cü ildə “Azərbaycanda orta tunc dövrü“ 

doktorluq  dissertasiyasını  müdafiə  et-

mişdir. 1998-ci ildən professordur.

1990-1997-ci  illərdə  Azərbaycan 

Milli Elmlər Akademiyasının Tarix İns-

titutunda  elmi  və  baş  elmi  işçi,  Tunc 

və  ilk  dəmir  dövrü  şöbəsinin  müdiri 

olmuşdur.  1997-ci  ildən  ADPU-nun 

Ümumi tarix kafedrasının müdiridir.

Cənubi  Qafqazda  və  Ön  Asiyada 

yayılmış  Kür-Araz  erkən  tunc  dövrü 

mədəniyyətinin  Azərbaycanda  eneo-

lit  mədəniyyəti  əsasında  yaranması-

nı  və  Azərbaycanda  e.ə.  II  minillikdə 

erkən şəhərlərin yaranmasını müəyyən 

etmiş,  orta  tunc  dövrü  boyalı  qab-

lar  mədəniyyətinə,  son  tunc  və  ilk 

dəmir  dövrü  mədəniyyətinə,  qədim 

tayfa  ittifaqlarının  təşəkkülünə  və  s. 

problemlərə  dair  tədqiqatlar  aparmış, 

Naxçıvan  Muxtar  Respublikasının 

maddi  mədəniyyət  abidələrinin  əsas 

tədqiqatçısı və Naxçıvan arxeoloji eks-

pedisiyasının rəhbəri olmuş, Naxçıvan 

şəhərinin  4000  ilə  yaxın  tarixə  malik 

olduğunu sübuta yetirmişdir. Gəmiqaya 

petroqliflərini kəşf etmiş, Azərbaycanın 

e.ə. V-I  minilliklərdə  qədim  əhalisinin 

türk mənşəli olduğunu sübuta yetirmiş-

dir. Bu sahədə 40 ilə yaxın elmi iş apa-

ran alim Naxçıvan Muxtar Respublika-

sı  ərazisində  500-dən  çox  tarixi  abidə 

aşkara çıxarmışdır.

Vəli  Əliyev  6  monoqrafiyanın, 

200-ə qədər elmi məqalənin müəllifidir. 

Əsərləri bir sıra ölkələrdə - Rusiya, Uk-

rayna, Gürcüstan, Özbəkistan, Pakistan 

və  s.  dərc  olunmuşdur.  Beynəlxalq  və 

regional elmi konfrans və seminarlarda 

məruzələr  etmişdir.  Tarixçi-arxeoloq 

Azərbaycanşünaslar  Birliyinin,  Pakis-

tan  və  Mərkəzi Asiya  Elmi Assosiasi-

yasının  üzvü,  Azərbaycan  Beynəlxalq 

Diaspora mərkəzinin elmi rəhbəri, “Mi-

ras” mədəni irsin öyrənilməsinə kömək 

ictimai birliyinin üzvüdür.

2003-cü  ildə  AMEA-nın  müxbir 

üzvü seçilmişdir.



Ə d ə b i y y a t

Ağsunun tarixi səhifələri /V.Əliyev, F.Xəlilov; elmi red. F.Osmanov.- Bakı: Adiloğlu, 2001.- 94 s.

Gəmiqaya abidələri /V.Əliyev; red. M.Əsədova; rəssam N.Zavoraçayev.- Bakı: Azərnəşr, 1993.- 80 s.

Qarabağ: qədim dövr /V.Əliyev.- Bakı: Çaşıoğlu, 2010.- 204 s.

Naxçıvan /V.Əliyev; red. İ.Babayev.-Bakı: XXI - Yeni Nəşrlər Evi, 2002.- 320 s.

Naxçıvanın qədim qala şəhərləri /V.Əliyev, R.Bağırov; elmi red. İ.Babayev.- Bakı: Elm, 2012.- 191 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

20

Tarixçi-arxeoloq

235

İYUL

5

Əliqismət Lalayev

1956

Sənətşünas

60 

illiyi

Ə d ə b i y y a t

Azərbaycan-Orta Asiya 

teatr əlaqələri: [monoq-

rafiya] /Ə.Lalayev; elmi 

red. İ.Kərimov; red. 

V.Qafarlı; [ön söz müəl. 

İ.Rəhimli].-Bakı: [Nağıl 

Evi], 2009.- 195 s.

Milli dəyərləri ucaldan 

insan /Ə.Lalayev //Baku 

Post.-2013.- 12 dekabr.- 

S.10.

Sadıq, Q. Əliqismət La-

layev - həyat rejissoru    

/tərt ed. Q.Sadıq; red. 

S.Sədaqətoğlu.- Bakı: 

Qanun, 2010.- 247 s.

Asimqızı, A. “Yaxşıla-

rın yaxşısı” Əliqismət 

Lalayev seçildi 

/A.Asimqızı //Üç nöqtə.- 

2012.- 9 may.- S.13.

Pənahqızı, T. Ümidlə, 

inamla zirvəyə doğru!: 

Əliqismət Lalayevin 

ömür-gün yoluna yazı-

lan arzular /T.Pənahqızı 

//Kaspi.- 2015.- 2 iyul.- 

S.9.

İ n t e r n e t d ə

www.anl.az

https://az.wikipedia.org/

wiki/Əliqismət_Lalayev

www.proline-az.

com/?id=93162

Əliqismət  Hümmət  oğlu  Lala-

yev  1956-cı  il  iyul  ayının  5-də  Sal-

yan  rayonunda  anadan  olmuşdur. 

Azərbaycan  Dövlət  Teatr  İnstitutunun 

(indiki Azərbaycan Dövlət Mədəniyyət 

və  İncəsənət  Universiteti)  rejissorluq 

fakültəsini fərqlənmə diplomu ilə bitir-

mişdir. 

C.Məmmədquluzadə adına Naxçıvan 

Dövlət  Dram Teatrında  səkkiz  il  quru-

luşçu rejissor kimi çalışmışdır. Dahi Hü-

seyn Cavidin həyat və yaradıcılığından 

bəhs  edən  “Mənim  tanrım  gözəllikdir, 

sevgidir”  tamaşasında  baş  rolun  ifaçısı 

olmuşdur. Naxçıvan teatrında H.Cavidin 

“Ana”,  “Uçurum”,  A.Dudarevin  “As-

tana”, 


A.Ostrovskinin 

“Günahsız 

müqəssirlər”,  R.İbrahimbəyovun  “Ul-

timatum”,  H.Orucovun  “Məni  qınama-

yın”, L.Rəşidzadənin “Toya bir gün, bir 

günorta qalmış” dramlarının, S.Rəhman 

və  E.Sabitoğlunun  “Hicran”  musiqili 

komediyasının  quruluşçu  rejissoru  ol-

muşdur. 

1988-ci  ildə  Salyana  qayıdan 

Ə.Lalayev  bir  müddət  yerli  “Qələbə” 

qəzetində  məsul  katib  işləmiş,  son-

ra  rayon  mədəniyyət  şöbəsinin  müdiri 

vəzifəsində çalışmışdır.

1993-cü  ildə  Bakıya  köçmüş,  bura-

da  M.Maqomayev  adına  Azərbaycan 

Dövlət  Filarmoniyasının  direktor  müa-

vini olmuşdur. Azərbaycan Respublikası 

Mədəniyyət Nazirliyinin İncəsənət Baş 

İdarəsinin rəisi kimi çalışmışdır. Nazir-

liyin  strukturundakı  dəyişiklikdən  son-

ra  Mədəniyyət  və  Turizm  Nazirliyinin 

İncəsənət  şöbəsinin  müdiri  olmuşdur. 

Mədəniyyət  və  Turizm  naziri  Əbülfəs 

Qarayevin 2008-ci il 6 may tarixli Əmri 

ilə  Ş.Qurbanov  adına  Dövlət  Musiqili 

Komediya Teatrının direktoru vəzifəsinə 

təyin edilmişdir.

Onun  rəhbərlik  etdiyi  kollektiv  Ru-

siyanın  tanınmış  kollektivləri  -  No-

vosibirsk  və  Yekaterinburq  Musiqili 

Komediya  Teatrları  ilə  sıx  əməkdaşlıq 

etməyə  başlamış,  həmin  kollektivlərin 

aparıcı  sənətkarları  Bakıya  dəvət  edil-

mişdir.  Azərbaycan  teatrları  arasında 

ilk dəfə məhz Musiqili Komediya Teat-

rı beynəlxalq qurumda təmsil olunmaq 

fürsəti qazanmış, 2008-ci ildə Musiqili 

Teatrların  Beynəlxalq  Assosiasiyasına 

üzv qəbul edilmişdir. 

Bu  gün  teatrın  tamaşalarına  dün-

yanın  20-dən  çox  xarici  ölkəsində,  o 

cümlədən,  ABŞ-da,  Türkiyədə,  İranda, 

Rusiyada maraqla tamaşa edirlər. Teatr-

da Ə.Nesinin “Öldür məni, əzizim” əsəri 

əsasında  O.Qurbanovla  S.Fərəcovun 

yazdıqları  “Şəhərdə  manyak  var”, 

M.Məmmədovun  “Matəm  marşı,  ya-

xud  gözünüz  aydın”  tamaşası  uğurla 

oynanılmışdır.  Ə.Lalayevin  rəhbərliyi 

dövründə  ilk  dəfə  olaraq  Avropa-

nın  klassik  operettası  -  S.Prokofyevin 

“Petya və  canavar” adlı simfonik əsəri 

azərbaycanca  səslənmiş,  “Biri  vardı, 

bir yox” adı altında tamaşaya hazırlan-

mışdır.  T.Ağayevanın  “Bankir  adax-

lı”,  M.F.Axundzadənin  “Kimyagər”, 

Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, 

“Ər və arvad” əsərləri tamaşaya qoyul-

muşdur.


Əliqismət Lalayev 1986-cı ildə Nax-

çıvan MR-nın “Əməkdar incəsənət xa-

dimi” fəxri adına layiq görülmüşdür.

Azərbaycan  Jurnalistlər  Birliyinin, 

Azərbaycan Teatr  Xadimləri  İttifaqının 

üzvü, sənətşünaslıq üzrə fəlsəfə dokto-

ru,  Azərbaycan  Dövlət  Mədəniyyət  və 

İncəsənət Universitetinin dosentidir.

Dünya Azərbaycanlıları  Mədəniyyət 

Mərkəzinin  Mədəniyyət  və  İncəsənət 

Departamentinin direktorudur.

Mədəniyyət.Maarif.Təhsil


236

Maarifçi

Mədəniyyət.Maarif.Təhsil

165 

illiyi

Rüşdiyyə Təbrizi

1851-1944

İYUL

Həsən  Mehdi  oğlu  Rüşdiyyə 

(Rüşdiyyə Təbrizi,  Hacı  Mirzə  Həsən 

Mehdi oğlu) 1851-ci il iyul ayının 5-də 

Təbrizdə anadan olmuşdur. İlk təhsilini 

ərəb və fars dillərini mükəmməl bilən, 

dövrünün görkəmli ziyalılarından оlan 

maarifpərvər  atası  Mоlla  Mеhdidən 

almışdır.  Mütərəqqi  təlim-tərbiyə 

üsullarını  öyrənib,  İranda  yaymaq 

məqsədi  ilə  XIX  əsrin  80-ci  illərində 

Qafqaza gəlmiş, 1883-cü ildə İrəvanda 

azərbaycanlılar  üçün  yeni  üsullu 

məktəb açmışdır.

1887-ci  ildə  İrana  qayıdan 

Rüşdiyyənin  1888-ci  ildə  Təbrizdə 

“Dəbistani-Rüşdiyyə”,  “Mədrəseyi- 

Rüşdiyyə”  (sonralar  “Rüşdiyyəyi-

Müzəffəriyyə”  adlandırılmışdır)  və 

1897-ci  ildə  Tehranda  açdığı  yeni 

üsullu  məktəbləri  mürtəce  ruhanilər 

və  mövhumatçılar  dəfələrlə  bağlamış 

və  qarət  etmişlər.  Buna  baxmayaraq, 

Rüşdiyyə məktəbləri İranda yeni tədris 

üsulunun yayılmasında mühüm rol oy-

namışdır. Bu məktəblərin tədris planına 

Azərbaycan,  fars,  fransız  dilləri,  sərf-

nəhv,  ədəbiyyat,  riyaziyyat,  fizika  və 

s.  fənlər  daxil  idi.  Tədris Azərbaycan 

dilində  aparılırdı.  Dövrün  ziyalı 

şəxsləri,  o  cümlədən  Məhəmmədəli 

Tərbiyət,  Əhməd  Müdərris,  Hüsеyn 

Kamal  Təbibzadə  və  başqaları  bu 

məktəbin müəllimləri olmuşlar.

Rüşdiyyənin Uşinski təliminə uyğun 

qabaqcıl təlim üsulu İranda geniş yayıl-

mışdır. Onun 1902-1903-cü illərdə Teh-

randa nəşr etdirdiyi “Məktəb” və “Teh-

ran”  qəzetlərində  metodiki  məqalələri 

ilə  yanaşı,  mütləqiyyət  üsul-idarəsini 

ifşa edən yazıları da dərc edilmişdir.

1894-cü  ildə  M.Rüşdiyyə  özünün 

ilk  “Vətən  dili”  adlı  əsərini  yazmış, 

“Rüşdiyyəyi-Müzəffəriyyə”də  tədris 

olunan ana dili dərsləri məhz bu kitab 

üzrə aparılmışdır. Sadə və aydın dildə 

yazılan  bu  dərslik  onu  qavramaqda 

məktəblilər  üçün  hеç  bir  çətinlik  ya-

ratmır  və  sövti  (səs)  üsulu  ilə  ərəb 

əlifbasının öyrənilməsini xеyli asanlaş-

dırırdı. Bu kitab Cənubi Azərbaycanda 

sövti  üsulu  ilə  yazılmış  ilk  əlifba 

dərsliyi idi.

Mürtəce  mütləqiyyət  rejiminə  qar-

şı çıxdığı üçün həbs edilərək Xorasan 

əyalətinə sürgün edilən Rüşdiyyə 1905-

1911-ci  illərdə  İran  inqilabı  dövründə 

Tehrana  qayıtmış,  ictimai-pedaqoji 

fəaliyyətini  davam  etdirmişdir.  Türk 

(Azərbaycan)  və  fars  dillərində  də 

bir  çox  əsərləri  -  “Bədayətüt-təlim”, 

“Kifayətüt-təlim”, 

“Nеhayətüt-

təlim”, “Təkmеlətüs-sərf”, “Ana dili”, 

“Əlifbayi-Rüşdiyyə”,  “Üsuli-əqaid  və 

ya  ittihadi-bəşər”  İranda  oxunur  və 

bir  çox  məktəblərdə  dərs  vəsaiti  kimi 

istifadə olunurdu.

Rüşdiyyənin 

ən 


böyük 

хidmətlərindən  biri  də  qadın  azadlığı 

və qadın təhsili uğrunda mübarizə apa-

rıb qızlar məktəbi açması, kоrlar üçün 

yеni  охumaq  üsulu  iхtira  еdib,  оnlar 

üçün də məktəb təsis еtməsi olmuşdur.

Cənubi  Azərbaycan  maarifpərvəri, 

pedaqoq,  publisist  Həsən  Mehdi  oğlu 

Rüşdiyyə 1944-cü il dekabr ayının10-

da vəfat etmişdir.



Ə d ə b i y y a t

Məmmədli, P. Həsən 

Rüşdiyyə //Məmmədli P. 

Cənubi Azərbaycan: ədəbi 

şəxsiyyətlər, portretlər: 

[portret oçerklər].- Bakı, 

2015.- Hissə 1.- S.26-32.

Rüşdiyyə Təbrizi, Hacı 

Mirzə Həsən Mehdi oğlu      

//Azərbaycan Sovet Ensiklo-

pediyası: 10 cilddə.- Bakı, 

1984.- C.8- S.238.

  

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

5

237

İctimai xadim

Mədəniyyət.Maarif.Təhsil

165 

illiyi

İsasultan Şahtaxtinski

1851-1894

İYUL

İsasultan  Nəcəfqulu  oğlu  Şah-

taxtinski  1851-ci  il  iyul  ayının  5-də 

İrəvanda  anadan  olmuşdur.  1865-

1867-ci  illərdə  Tiflisdə  D.Kipianinin 

pansionunda  təhsil  almışdır.  1871-ci 

ildə  Tiflisdə  realni  gimnaziyanı  bitir-

miş, rus, fars, ingilis, fransız və alman 

dillərini öyrənmişdir.

Şaxtaxtinski  1872-1875-ci  illərdə 

Peterburq Əkinçilik İnstitutunda təhsil 

almış, Parisdə və Londonda siyasi iq-

tisadi, Sürixdə isə təbiətşünaslığa dair 

mühazirələri dinləmişdir.

1875-ci 

ildə  “Təbiətdə  və 

cəmiyyətin  iqtisadiyyatında  meşənin 

əhəmiyyəti”  mövzusunda  disserta-

siya  müdafiə  etmiş,  kənd  təsərrüfatı 

elmləri  namizədi  diplomu  ilə  Tiflisə 

qayıtmışdır.  Həmin  vaxtdan  Tiflisdə 

jurnalistlik  fəaliyyətinə  başlamış, 

“Tiflisskiy  vestnik”  qəzeti  redaksiya-

sında  siyasi  məsələlər  şöbəsinin  mü-

diri  olmuş,  “Kavkazskiy  almanax”ı 

(1877)  nəşr  etdirmişdir.  İki  nömrəsi 

çıxmış almanaxda müxtəlif təqvimlər, 

bayramlar,  Qafqazın  coğrafiyası,  in-

zibati bölgüsü, astronomiya, metrolo-

giya,  habelə  dövlət  idarələri,  maarif 

xadimləri haqqında məlumat verilmiş-

dir.  Şaxtaxtinskinin  almanaxda  dərc 

olunmuş  irihəcimli  ”Şərqin  böhranı” 

məqaləsində  Şərqın  ictimai-siyasi  və 

iqtisadi həyatına, xüsusilə Türkiyənin 

beynəlxalq  münasibətlərinə  dair  ma-

raqlı mülahizələri irəli sürülmüşdür.

İsasultan Şaxtaxtinski 1878-ci ildən 

ömrünün  sonunadək  Qars  şəhərində 

inzibati  işdə  çalışmış,  xüsusi  tapşı-

rıqlar  üzrə  məmur,  hərbi  qubernator 

dəftərxanasında  müdir  işləmiş,  1883-

cü  ildən  çıxan  “Qars”  həftəlik  rus 

qəzetinin  əsas  əməkdaşlarından  ol-

muşdur.

Zəmanəsinin  yüksək  mədəniyyətli 



və  alicənab  şəxsiyyətlərindən  olan 

Şaxtaxtinski ənənəvi olaraq bir-birinə 

qarşı qoyulan Qərb-Şərq tarixi-mədəni 

regionlarının  yaxınlaşmasına,  qovuş-

masına  çalışan  açıq  fikirli  ziyalı  ol-

muşdur. 


Qürbətdə  əbədiyyətə  qovuşan  

həmyerlimiz  bütün  həyatını  imperiya 

əsarətinə qarşı mübarizəyə həsr etmiş-

dir.


Azərbaycan  jurnalisti,  alim  və  ic-

timai xadim İsasultan Nəcəfqulu oğlu 

Şaxtaxtinski 1894-cü il oktyabr ayının 

18-də Qars şəhərində vəfat etmişdir.

Onun  haqqında  ədəbiyyatşünas 

alim Vilayət Quliyev “İsa Sultan Şax-

taxtinskinin  qəribə  həyatı”  (Bakı, 

1999) adlı monoqrafiya yazmışdır.

2010-cu  ilin  may  ayının  13-də 

Kəngərli rayonunun Şahtaxtı kəndində 

Şahtaxtinskilərin ev-muzeyi istifadəyə 

verilmişdir.



Ə d ə b i y y a t

İsa-Sultan kimdir, onun 

“Azərbaycan ədəbiyyatına 

dair tədqiqlər (XIX-

XX əsrlər) kitabında   

/Ə.Mirəhmədov.- Bakı, 

1983.- 203 s. 

Quliyev, V. İsa Sultan Şax-

taxtinskinin qəribə həyatı     

/Vilayət Quliyev.-Bakı: 

Ozan, 1999.- 88 s.

Şahtaxtinski İsasul-

tan Nəcəfqulu oğlu                     

//Cəlil Məmmədquluzadə 

ensiklopediyası.-Bakı, 

2008.- S.266.

Şahtaxtinski İsasul-

tan Nəcəfqulu oğlu                     

// Azərbaycan Sovet Ensik-

lopediyası: 10 cilddə.- Bakı, 

1987.- C.X.- S.480.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

5

238

Alim

Mədəniyyət.Maarif.Təhsil

90

illiyi

Hüseyn Əhmədov

1926 

İYUL

Hüseyn  Mustafa  oğlu  Əhmədov 

1926-cı  il  iyul  ayının  17-də  Qərbi 

Azərbaycanın qədim Göyçə mahalın-

da  -  Krasnoselo  rayonunun  Toxluca 

kəndində anadan olmuşdur.

1947-1951-ci illərdə H.Zərdabi adı-

na Kirovabad (indiki Gəncə) Pedaqoji 

İnstitutunun  tarix  fakültəsində  təhsil 

almışdır. 1952-ci ildə Azərbaycan Pe-

daqoji İnstitutunun (indiki ADPU) as-

piranturasına daxil olmuş, 1958-ci ildə 

professor  Ə.Y.Seyidovun  rəhbərliyi 

altında  “İbtidai  məktəb  şagirdlərinin 

kommunist 

əxlaqı 


tərbiyəsində 

nümunənin  rolu  və  ondan  istifadə 

etmək  yolları”  mövzusunda  disserta-

siya  müdafiə  edərək  pedaqoji  elmlər 

namizədi alimlik dərəcəsi almışdır.

1957-1958-ci  illərdə  Azərbaycan 

Elmi-Tədqiqat  Pedaqogika  İnstitu-

tunda  (indiki APTPİ)  kiçik  elmi  işçi 

vəzifəsində işləmişdir. 1972-ci ildə aka-

demik Mehdi Mehdizadənin məsləhəti 

ilə “XIX əsrdə Azərbaycanda məktəb 

təhsilinin  inkişaf  tarixi”  mövzusunda 

doktorluq  dissertasiyası  müdafiə  et-

mişdir.


Professor  məktəb  və  təhsil 

problemlərinin tədqiqinə həsr edilmiş 

“XIX əsrin əvvəllərində Azərbaycanda 

xalq maarifi və məktəb” (1967), “XIX 

əsrin  40-cı  illərində  Azərbaycanda 

xalq  maarifi  və  məktəb”  (1968), 

“Azərbaycanda “rus-tatar” məktəbinin 

tarixinə dair” (rus dilində, 1969), “Ana 

dili”  dərsliyi  tərtibində  ilk  mərhələ 

(1930-1980)” (1970), “Azərbaycanda 

kənd  ümumtəhsil  məktəbləri  tarixi” 

(1970),  “Azərbaycanda  orta  təhsil 

müəssisələrinin  meydana  gəlməsi 

tarixinə  dair”  (1970),  “XIX  əsrdə 

Azərbaycan  dilində  dərslik  və  tədris 

vəsaitləri  tərtibi  tarixindən”  (1970), 

“Azərbaycanda  sənət  məktəblərinin 

təşkili  tarixinə  dair”  (1971),  “XIX 

əsrdə Azərbaycanda məktəb təhsilinin 

inkişaf  tarixi”  (1972)  adlı  onlarla  ki-

tab, dərslik və dərs vəsaiti yazmışdır. 

Onun “XIX əsr Azərbaycan məktəbi” 

monoqrafiyası  millətimizin  yüzillik 

təhsil tarixinin salnaməsidir.

Moskvada 

çap 


olunmuş 

“Azərbaycan 

pedaqoji 

fikir 


antologiyası”nın  müəlliflərindən  biri 

olmaqla milli məktəb və pedaqogika-

mızı  doğma Vətənimizin  hüdudların-

dan kənarda  da təbliğ etmişdir. 

500-dən 

artıq 


elmi-pedaqoji 

əsərin  müəllifidir.  Əsərləri  bir  sıra 

xarici  ölkələrdə,  o  cümlədən  Rusi-

ya,  İran,  BƏƏ,  Çexiya,  Gürcüstan, 

Özbəkistanda  çap  edilmişdir.  Onun 

rəhbərliyi və məsləhəti ilə 50-dən ar-

tıq elmlər namizədi və doktoru yetiş-

mişdir.


2005-ci  ildə  Türk  Dünyası  Araş-

dırmaları  Uluslararası  Elmlər Akade-

miyası  tərəfindən  “Türk  Dünyasına 

Hizmet”  qızıl  medalı  ilə  təltif  edil-

miş, 2006-cı ildə Amerika Beynəlxalq 

Ekspert  və  Bioqrafiya  Araşdırmalar 

İnstitutu  tərəfindən  pedaqogika  elmi-

nin  məharətli  bilicisi  elan  edilmiş  və 

ona  ixtisaslaşdırılmış  bilik  sertifikatı 

göndərilmişdir.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin