Ə d ə b i y y a t
Квази A-голоморфное
сечение гибридного
подрасслоения
/А.Салимов //Тр. геом.
сем., Казанск. Ун-т.-
Вып. 21.- 1991.- 85-93.
Лифты полиаффинор-
ных структур на чистых
сечениях тензорного
расслоения /А.Салимов
//Изв. вузов Матем.,
1996.- №10.- C.55-62.
Новый метод в теории
лифтов тензорных полей
в тензорное расслоение
/А.А. Салимов.-Изв. вузов
Матем.- 1994.- № 3.-C
69-75.
Norden structures of
Hessian type /A.Salimov,
A.Gezer //Turkish J.Math.-
Turkey, 2014.- №. 3(38).-
462-469.
On deformed Riemannian
extensions associated
with twin Norden metrics
/A.Salimov, R.Cakan
//Chin. Ann. Math. Ser.
B.-China, 2015.- №3(36).-
345-354.
Some notes on paracontact
structures /Salimov A.A.,
Cayir H //Acad. Bulgare
Sci..- Bulgaria, 2013.- №.3
(66).- 331-338.
www.anl.az
www.az.wikipedia.org
7
Alim
210
Riyaziyyat.Fizika.Astronomiya
75
illiyi
Şahlar Əsgərov
1941
İYUN
Şahlar Qaçay oğlu Əsgərov 1941-ci
il iyun ayının 15-də Kəlbəcər rayonunda
anadan olmuşdur.
1958-1963-cü illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) fi-
zika fakültəsində təhsil almış, təyinatla
Universitetdə çalışmışdır.
1964-1967-ci illərdə ADU-nun əyani
aspirantı olaraq Leninqrad Sabit Cərəyan
İnstitutunda professor L.A.Senanın
rəhbərliyi altında fiziki-elektronika
sahəsində tədqiqatlar aparmışdır. As-
piranturanı bitirdikdən sonra ömrünü
doğma universitetinə bağlayaraq bu-
rada müəllim, dosent, dekan müavini
və prorektor vəzifələrində çalışmışdır.
1970-ci ildə “Alçaq enerjili ionlarla me-
talların katod tozlanması” mövzusunda
namizədlik, 1992-ci ildə isə Bakı Dövlət
Universitetində “Toxunma sərhədinin
qeyri bircinslilik dərəcəsinin metal-
vakuum və metal-yarımkeçirici struk-
turlarının elektrofiziki xassələrinə təsiri”
mövzusunda doktorluq dissertasiyasını
müdafiə edərək fizika-riyaziyyat elmləri
doktoru elmi dərəcəsi almışdır. 1994-cü
ildən professordur. 1990-cı ildə yaratdığı
“Amorf təbəqələr” elmi-tədqiqat labora-
toriyasının elmi rəhbəridir.
Elmi fəaliyyəti dövründə bir sıra
uğurlara Alçaq enerjili ionlarla toz-
lanmanın öyrənilməsi istiqamətində
əldə etdiyi elmi nəticələr 40 ildir ki,
müntəzəm olaraq böyük elmi-texniki
layihələrin həllində (ion mühərriklərində
və termonüvə reaktorlarında) geniş
tətbiq olunmaqdadır. Xüsusilə ABŞ-
ın kosmik tədqiqatlar üzrə baş idarəsi
NASA və AİAA (Amerika Astronavtika
İnstitutu) əməkdaşları kosmik gəmilər
üçün ion mühərrikləri hazırlanmasında
bu nəticələrdən
geniş istifadə edirlər.
Onun Azərbaycanda əsasını qoyduğu
ikinci elmi istiqamət fiziki elektronika
və mikroelektronikaya aid olan “Metal-
yarımkeçirici kontakt”ının (MYK)
öyrənilməsidir.
1974-cü ildə Danimarkanın Texni-
ki Universitetində birillik stajkeçmədə
olarkən katod tozlanması sahəsində əldə
etdiyi nəticələri metal-yarımkeçirici
kontaktına tətbiq etmiş və kontakt üçün
qeyri-bircins model təklif etmişdi. Bu
istiqamətlərdə onun aldığı nəticələr çox-
saylı elmi məqalələrdə və ixtiralarda əks
olunmuşdur.
Ş.Əsgərov 200-dən çox elmi, 700-
dən artıq publisistik məqalənin, 11 kita-
bın, 3 monoqrafiyanın müəllifidir. Onun
numizmatika, kriminalistika və tətbiqi
incəsənət sahələrində ixtira və patentləri
vardır.
20-yə qədər dissertasiya işinə, 100-
dən çox diplom işinə rəhbərlik etmişdir.
Bir sıra beynəlxalq akademiyaların üz-
vüdür.
Tanınmış alimin fəlsəfi mövzulara
da həsr olunmuş “Keçid dövrünə fəlsəfi
baxış” (1998), “Milli birlik probleminə
fəlsəfi baxış” (2001), “Təhsilimiz dünən,
bu gün və sabah” (2003), “Düşüncə tərzi”
(2008) və digər kitabları özünün yüksək
ideya-məzmunu, analitik səviyyəsi, ak-
tuallığı, problemlərə yanaşma üslubu,
mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə
diqqəti cəlb edir.
1995-2000 və 2000-2005-ci illərdə
millət vəkili, 2000-2005-ci ildə
Parlamentdə Elm və Təhsil məsələləri
Daimi Komissiyasının sədri olmuşdur.
Elmi fəaliyyəti və xidmətləri
dövlətimiz
tərəfindən
layiqincə
qiymətləndirilmiş, 1999-cu ildə “Şöhrət”
ordeni, 2001-ci ildə “Əməkdar elm xadi-
mi” fəxri adıyla təltif edilmişdir. 2011-ci
ildən Prezident təqaüdçüsüdür.
Ə d ə b i y y a t
Hamımızın bir vətəni
var, bu da Azərbaycandır
/Ş.Əsgərov; red.
Y.Əsgərov.- Bakı:
Azərbaycan Universiteti,
2000.-179 s.
Kamilləşən düşüncə
/Ş.Əsgərov; red.
Ə.Cabbarlı.- Bakı: [E.L],
2013.- 230 s.
Təhsilimiz dünən, bu
gün, sabah /Ş.Əsgərov;
red. S.Ağababayeva;
rəs. N.Rzaquliyev.- Bаkı:
Azərbaycan, 2003.-280 s.
“Tolerantlıq Şərqdə,
xüsusən də Azərbaycanda
mədəni dəyərə, əxlaq
normasına çevrilib”:
/Ş.Əsgərov; müsah.
apardı S.Mürvətqızı
//525-ci qəzet.- 2013.- 12
aprel.- S.6.
Yaşam fəlsəfəsi
/Ş.Əsgərov //525-ci
qəzet.-2015.- 6 iyun.-
S.27.
Şahlar Qaçay oğlu
Əsgərov: Bibli-
oqrafik göstərici
/[red.: G.Adıgözəlqızı,
E.Əsgərova, R.Cəfərov;
rəssam. N.Rzaquliyev].-
Bakı: Azərbaycan, 2007.-
144 s.
15
Alim
211
Kitabxanaşünaslıq.Biblioqrafiya
50
illiyi
Azad Qurbanov
1966
İYUN
Azad İsa oğlu Qurbanov 1966-cı
il iyun ayının 26-da Göyçə mаhаlının
Cil kəndində anadan olmuşdur. 1973-
1983-cü illərdə Bakı şəhərindəki 45
saylı orta məktəbdə oxumuş, 1983-
1991-ci illərdə BDU-nun Mexanika-
riyaziyyat fakültəsində, 1992-1995-
ci illərdə isə Azərbaycan Dövlət Neft
Akademiyasında (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti)
aspiranturada təhsil almışdır.
1997-ci ildə “Maye, qaz və plazma
mexanikası” ixtisası üzrə “Mürəkkəb
reoloji mühitin gərginlik-deformasiya
halının mayenin süzülməsinə təsirinin
tədqiqi” mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək fizika-
riyaziyyat elmləri namizədi alimlik
dərəcəsi almışdir. Azərbaycan Res-
publikası Prezidenti yanında Ali At-
testasiya Komissiyasının 06.04.2004-
cü il tarixli qərarı ilə ona dosent elmi
adı verilmişdir.
Əmək fəaliyyətinə hələ tələbə
olarkən başlamış, 1987-1991-ci illərdə
BDU-nun Hesablama mərkəzində
texnik, 1995-1999-cu illərdə “Tətbiqi-
riyaziyyat” Elmi-Tədqiqat İnstitu-
tunda elmi işçi, 1999-2000-ci illərdə
Kompüter mərkəzində şöbə müdiri,
2000-2001-ci illərdə İnformatika ka-
fedrasında müəllim və 2001-2012-ci
illərdə dosent vəzifəsində çalışmışdır.
Hazırda Kitabxanaçılıq-informasiya
fakültəsinin dekanı və Kitabxanaşü-
naslıq kafedrasının dosentidir.
“İnformatika”, “Elmdə və təhsildə
kompüter texnologiyası”, “Kitab-
xanaçılıq informatikası”, “Kitab-
xanalarda informasiya xidməti”
fənlərindən dərs deyir. Kitabxana - in-
formasiya texnologiyaları, verilənlər
bazasının idarəetmə sistemləri, riyazi
modelləşdirmə, ədədi üsullar, hidro-
dinamika sahələri üzrə tədqiqat apa-
rır.
30-dan artıq elmi əsərin, o cümlədən
ali məktəb tələbələri üçün “Kitabxa-
na informatikası” (I-II cild, 2001-
2002; M.Xəlilov və N.Musayeva
ilə birgə), “Kitabxana proseslərinin
kompüterləşdirilməsinin
əsasları”
(2007, A.Xələfov ilə birgə), “Kom-
püter texnikası və proqramlaşdırma”
(2010, E.Məmmədov, A.Hüseynova
ilə birgə), “İnformatika” (2011,
İ.Qurbanov və R.Abdullayeva ilə
birgə),
“Kitabxana-informasiya
fəaliyyətinin menecmenti və marke-
tinq” (2012, M.Məmmədov, P.Kazımi
ilə birgə), “Kitabxana-informasiya
fəaliyyətinin iqtisadiyyatı” (2012,
P.Kazımi, N.İsmayılova ilə birgə) və
s. kimi 13 kitabın, 6 tədris proqramı-
nın müəllifidir.
2002-ci ildə Fransa Respubli-
kasının Nitsa “Sofiya-Antipolis”
Universitetində ixtisasartırma kursu
keçmişdir. Bir sıra respublika və İran,
Almaniya, Türkiyə, İordaniya, Rusi-
ya, Özbəkistan kimi xarici ölkələrdə
keçirilmiş beynəlxalq elmi konfrans-
larda, seminar və simpoziumlarda iş-
tirak etmişdir.
Ə d ə b i y y a t
İnformatika /A. İ. Qur-
banov, İ.Ə. Qurbanov,
R. A. Abdullayeva.-Bakı:
[Ərgünəş], 2012.-420 s.
Kitabxana-informasiya
fəaliyyətinin
iqtisadiyyatı:dərs vəsaiti
/A.İ. Qurbanov, P.Kazımi,
N.İsmayılova.- Bakı:
Mütərcim, 2012.- 306 s.
Kompüter texnikası
və proqramlaşdırma
[Elektron resurs]: dərs
vəsaiti /A. İ. Qurbanov,
E. M. Məmmədov, A. S.
Hüseynova.-Bakı: Təhsil,
2010.- 169 s.
İnformasiya cəmiyyəti
və mərkəzləşdirilmiş
kitabxana sistemləri
/A.Qurbanov//Kitabxana-
şünaslıq və İnformasiya:
Elmi-nəzəri və praktiki
jurnal.-2014.- № 2.(14)-
S.18-22.
Sadıqova S.A. Qur-
banov Azad İsa oğlu
//Kitabxanaçılıq-
informasiya fakültəsi:
biobiblioqrafik lüğət
/S.A. Sadıqova.-Bakı:
Mütərcim, 2012.-219 s.
ww.anl.az
www.az.wikipedia.org
26
Alim
212
Tarixdə bu gün
İYUN
15
15
Milli Qurtuluş Günü
1993
1991-ci
ilin
oktyabrında
Azərbaycan müstəqillik əldə etsə də,
Ermənistanın işğalçılıq niyyəti güdən
təcavüzü respublikada vəziyyəti
gərginləşdirmişdir. 1993-cü il iyunun
4-də Gəncədə polkovnik Surət Hü-
seynovun nəzarəti altında olan hərbi
hissənin hakimiyyətə itaətsizliyi ölkəni
tamamilə xaosa sürükləmişdi. Situasi-
yanı nəzarətə almaq üçün hakimiyyətin
atdığı tələsik addımlar vəziyyəti
düzəltməmiş, əksinə, Gəncəyə yola
düşən dövlət nümayəndələri girov gö-
türülmüşdür. Qiyamçı hərbi hissənin
rəhbərliyi, Baş nazir və Milli Məclis
Sədrinin, sonra isə Prezidentin istefası-
nı tələb etmişdir. Vəziyyət nəzarətdən
çıxmış, ətraf rayonların icra başçıla-
rı zorla dəyişdirilmiş, Surət Hüsey-
novun qiyamı məhdud Gəncə civar-
larından çıxaraq, üzü Bakıya doğru
geniş miqyas almışdır. Belə böhranlı
və ağır vəziyyətdə ölkə vətəndaşları
yeganə çıxış yolunu yenə də müdrik
rəhbərinin hakimiyyət sükanı arxasına
keçməsində görmüşdür. Bu taleyük-
lü sınaq anında xalqın çağırışına səs
verən, dövlətin gələcək taleyinə biganə
qalmayan böyük strateq Heydər Əliyev
Bakıya dönərək respublikada yaranmış
hakimiyyət böhranının aradan qaldırıl-
ması istiqamətində əməli fəaliyyətə
başlamışdır. Ümummilli liderin bir
qrup ziyalı ilə Gəncəyə səfər etməsi
və heç bir riskdən çəkinməyərək si-
lahlanmış qüvvələrlə danışıqlar apar-
ması vətəndaş müharibəsi təhlükəsinin
qarşısının alınmasında mühüm addım
olmuşdur. Bundan bir neçə gün son-
ra - iyun ayının 15-də isə ulu öndər
parlamentdə səslənən təkidli xahişləri,
ən əsası xalqın istəyini nəzərə alaraq o
zamankı Azərbaycan Respublikası Ali
Sovetinin Sədri vəzifəsinə seçilməsinə
razılıq vermişdir. Bu tarixi hadisə res-
publika həyatında xaos və anarxiyadan
qurtuluşa doğru yeni mərhələnin baş-
lanğıcına çevrilmişdir. Beləliklə də, 15
iyun Azərbaycanın tarixinə Milli Qur-
tuluş Günü kimi daxil edilmişdir.
Ulu öndərin Ali Sovetin Sədri
seçilməsi Azərbaycanda eyni za-
manda mütərəqqi parlamentarizm
ənənələrinin formalaşmasını təmin
etmişdir. Heydər Əliyev parlamentin
cəmiyyətdəki nüfuzunun sağlamlaşdı-
rılması tədbirlərinə başlamış, yüksək
idarəçilik keyfiyyətləri sayəsində ali
qanunverici orqanda xoşagəlməz si-
yasi çəkişmələrin, qeyri-etik davra-
nışların qarşısını almışdır. Müzakirə
və diskussiyaların sivil, demokratik
meyarlar çərçivəsində aparılması üçün
şəxsi nümunə göstərmiş, parlament
idarəçiliyinə yeni ruh və müasirlik
gətirmişdir. Milli Məclisin iclasla-
rı, mətbuat konfransları, respublika
əhəmiyyətli müşavirələr birbaşa ya-
yımla televiziya ekranlarına verilmiş-
dir.
Sonralar millət vəkilləri 15 iyun
tarixinin təqvimə Azərbaycanın Qur-
tuluş günü kimi salınması təklifi ilə
çıxış etmişlər və Milli Məclis bu
təklifi bəyənmişdir. O vaxtdan Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı
Milli Qurtuluş günü kimi qeyd edilir.
Ə d ə b i y y a t
Əliyeva, N. Milli Qurtuluş
Günü - millətin özünə ina-
mının bərqərar olduğu gün
/N.Əliyeva //Səs .-2015.- 13
iyun.- S. 11.
Nağıyev,
M.15
İyun
Milli
Qurtuluş
Günü
Müstəqilliyimizin
zəfər
yürüşü /M.Nağıyev //Səs
.-2015.- 10 iyun.- S. 6.
Rəhimzadə, A. 15 İyun-Milli
Qurtuluş Günü ölkəmizə
və xalqımıza dirçəliş, inti-
bah gətirdi /A.Rəhimzadə
//Yeni Azərbaycan 2014.- 14
iyun.- S.6.
Rəhimzadə, V. Milli Qur-
tuluş Günü Azərbaycanın
inkişafının və yüksəlişinin
əsas istinad nöqtəsidir: 15
iyun Milli Qurtuluş Günü-
dür /V.Rəhimzadə //Respub-
lika 2014.- 14 iyun.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
213
Tarixdə bu gün
Ümumdünya Qaçqınlar Günü
2000
İYUN
Hər il iyun ayının 20-də BMT
Ümumdünya Qaçqınlar Gününü qeyd
etməklə bütün dünyanı qaçqınların və
məcburi köçkünlərin vəziyyətinə diqqət
ayırmağa çağırır. Ümumdünya Qaçqın-
lar Günü 2000-ci il 4 dekabr tarixində
BMT Baş Assambleyası tərəfindən
yekdilliklə qəbul olunmuş qətnamə ilə
müəyyən edilmişdir. 20 iyunda qaçqın-
ların və məcburi köçkünlərin cəsurluğu,
mətanət və iradəsi qeyd olunmaqla on-
lara mənəvi dəstək verilir.
Bu gün BMT QAK 6300 nəfər
heyətlə 120 ölkədə fəaliyyət göstərir.
Heyətin 80 faizdən çoxu dünyanın
müxtəlif yerlərindəki sahə ofislərində,
tez-tez isə ailələrindən ayrı, çətin şərtlər
altında çalışır.
BMT-nin açıqlamasına görə dünyada
15.4 milyon qaçqının beşdə dördü ka-
sıb ölkələrin payına düşür. Qaçqınların
ümumi sayının dördə birindən bir qədər
çox isə 3 ölkəyə - Pakistan, İran və Su-
riyaya aiddir. Bu göstəriciyə Şimali Af-
rika və Yaxın Şərqdə baş verən son ix-
tişaşlardan qaçqın düşən insanlar daxil
edilməmişdir. Onların sayı isə artmaqda
davam edir. Dünya qaçqınları sırasın-
da Azərbaycanın da 20 faiz torpaqları
erməni yaraqlıları tərəfindən işğal edi-
lib. Bu işğal nəticəsində 1 milyondan
artıq azərbaycanlı öz yurd-yuvasından
qaçqın düşüb.
Azərbaycanda BMT QAK-ın 20
nəfərlik heyəti qaçqın və sığınacaq
axtaran şəxslərə zəruri maddi yardı-
mın göstərilməsi və mümkün olduq-
ca fəal şəkildə davamlı həll yollarını
təmin etməkdən ibarətdir. Azərbaycan
hökumətinin 250 mindən çox qaçqının
inteqrasiya edilməsi və yarım milyon-
dan artıq məcburi köçkünün yaşayış
şəraitinin yaxşılaşdırılması BMT-nin
Qaçqınlar üzrə Ali Komissarı və BMT
Baş Katibinin məcburi köçkünlərin
hüquqları üzrə xüsusi nümayəndəsi
tərəfindən təqdirəlayiq hal kimi
qiymətləndirilmişdir. Təşkilat məcburi
köçkünlərin hələ də üzləşdikləri huma-
nitar problemlərin aradan qaldırılmasın-
da və onların hüquqlarının, o cümlədən
Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həlli nəticəsində öz doğma
yurdlarına qayıtma hüququnun qorun-
ması sahəsində hökumətin səylərinə
fəal şəkildə qoşulmuş və dəstək vermiş-
dir.
20 iyunda biz dünya qaçqınlarını
yada salır, həyata ruhlandırır, onlara
mənəvi dəstək göstəririk. Bu şərəf və
ləyaqətini ən çətin şəraitdə qorumaq
üçün mücadilə edən didərgin və yurd
yuvasından məhrum olmuş insanların
həmrəyliyi günüdür.
Ümumdünya Qaçqınlar gününün
qeyd edilməsində əsas məqsəd dünya
ictimaiyyətinin diqqətini bu insanların
yaşadıqları ağır şəraitə cəlb etməkdir.
20
Ə d ə b i y y a t
Dünyada hər 4 saniyədə
bir insan qaçqına və ya
məcburi köçkünə cevrilir
//Azərbaycan.- 2013.- 21
iyun.- S.3.
Rəşad, R.Qaçqın və
məcburi köçkünlərin
problemlərinin həlli: 20
iyun - Ümumdünya qaç-
qınlar günüdür /R.Rəşad
//Ekspress .-2015.- 20-22
iyun S. 14.
Zümrüd. 20 İyun - Ümum-
dünya Qaçqınlar Günüdür
/Zümrüd //Səs .-2015.- 20
iyun.- S.11.
İ n t e r n e t d ə
www.azadliq.org
www.refugees-idps-
committee.gov.az
214
Tarixdə bu gün
Beynəlxalq Olimpiya Günü
1967
İYUN
1947-ci ildə Beynəlxalq Olimpi-
ya Komitəsinin (BOK) Stokholmda
keçirilən 41-ci sessiyasında təşkilatın
Çexoslovakiyadan olan üzvü doktor
Qruss Dünya Olimpiya Günü bayra-
mını keçirmək təklifi ilə çıxış etmişdi.
Onun təklif etdiyi layihə bəyənilmiş
və BOK-un 1948-ci ilin yanvarında
Sankt-Moritsdə keçirilmiş 42-ci sessi-
yasında Olimpiya Gününün keçirilməsi
haqqında qərar qəbul olunmuşdur.
Birinci Olimpiya Günü 1948-ci
il iyun ayının 23-də - Beynəlxalq
Olimpiya Komitəsinin yaradılması
günü - dünyanın 9 ölkəsində - Portu-
qaliya, Yunanıstan, Avstriya, Kanada,
İsveçrə, Böyük Britaniya, Uruqvay,
Venesuela və Belçikada qeyd olun-
muşdur. Həmin gün BOK-un prezi-
denti Ziqfrid Edstrom dünyanın bütün
gənclərinə müraciətlə çıxış etmişdir.
Sonralar BOK prezidentinin Olimpi-
ya Günü ərəfəsində bayram iştirakçı-
larına müraciət etməsi ənənə şəklini
almışdır.
Olimpiya Gününü daha təntənəli
şəkildə və bütün Milli Olimpiya
Komitələrinin iştirakı ilə qeyd etmək
məqsədi ilə 1987-ci ildə Olimpi-
ya Qaçış Günü (OQG) təsis edil-
mişdir. Birinci OQG-də qadınlar və
kişilər arasında 10 km məsafəyə qaçış
təşkil olunmuşdur. OQG-ü BOK-un
himayəsi altında, onun Kütləvi İdman
Komissiyasının rəhbərliyi ilə keçirilir.
Azərbaycanda Beynəlxalq Olimpiya
Qaçış Günüilk dəfə 1996-cı ildə keçi-
rilmişdir. Elə həmin ildə Azərbaycan
müstəqil dövlət kimi ilk dəfə Olim-
piya oyunlarına qatılmışdır. Olimpi-
ya Qaçış Günü hər ilin iyun ayında
Bakı və Gəncə şəhərlərində keçirilir.
Proqrama müxtəlif məsafələrə qaçış,
master klass, bədii hissə və s. daxil-
dir. Tədbirdə iştirak edən hər bir işti-
rakçıya üzərində Olimpiya Gününün
loqosu olan maykalar, BOK-un xüsu-
si sertifikatları, qaliblərə sponsorların
hədiyyələri və MOK-un diplomları
verilir. 2012-ci ildə Beynəlxalq Olim-
piya Günü MOK-un 20 illik yubileyinə
həsr olunmuşdu. 7 gün ərzində ilk dəfə
olaraq “Olimpiya Yol Yürüşü” adlı
layihə Azərbaycanın 9 bölgəsində,
daha sonra Bakıda “Olimpiya Qaçış
Günü” keçirilmiş, bu tədbirlərdə id-
man yarışları, əyləncəli proqramlar,
viktorinalar təşkil edilmişdi. Ümumi
hesabla 12000-dən artıq iştirakçı bu
tədbirlərdən faydalanmışdı.
Bu il 2015-ci ildə tarixdə ilk dəfə
olaraq Azərbaycan “Birinci Avropa
Oyunları”na (ing. 2015 European Ga-
mes) ev sahibliyi etdi. Birinci Avropa
Oyunları 12 iyun - 28 iyun 2015-ci il
tarixində Azərbaycanın paytaxtı Bakı-
da və Mingəçevirdə keçirilmişdir. Bir
çox innovativ idman növünü özündə
cəmləşdirən ilk Avropa oyunları Av-
ropanın 50 Milli Olimpiya Komitəsini
birləşdirən Avropa Olmipiya Komitəsi
tərəfindən keçirilmişdir. Oyunlarda 50
ölkədən 20 idman növü üzrə 6000-dən
çox idmançı yarışmışdır.
Aktivində 56 medal olan idmançı-
larımız 21 qızıl, 15 gümüş və 20 bü-
rünc medalla qitənin 2-cisi olmuşdu.
Dostları ilə paylaş: |