27
Yazıçı
256
Dünya ədəbiyyatı
245
illiyi
Valter Skott
1771-1832
AVQUST
Skott Valter 1771-ci il avqust ayının
15-də İngiltərənin Şotlandiya vilayətində
anadan olmuşdur. Milliyyətcə şotland-
dır. 1779-1984-cü illərdə Edinburq
məktəbində təhsil almış, 1785-ci ildə
Edinburq kollecinə qəbul olunmuşdur.
Tələbəlik dövründən çox mütaliə etmiş,
antik dövrün ədəbiyyatı və Şotlandiya
poeziyası, alman dili və alman yazıçı-
larının əsərləri ilə maraqlanmış, tələbə
yoldaşları ilə birgə “Poetik cəmiyyət”
dərnəyi təşkil etmişdir. 1792-ci ildə
Edinburq Universitetini hüquqşünas ix-
tisası üzrə bitirmişdir.
Yaradıcılığa XVIII əsrin 90-cı
illərində poeziya ilə başlamış 1800-cü
ildən etibarən bir neçə il ərzində Şot-
landiyanın ucqar yerlərini gəzərək top-
ladığı xalq nəğmələrini 1802-ci ildə
“Şotlandiyanın sərhəd nəğmələri” adı
ilə ikicilddə, nəğmələrin üçüncü cildi-
ni isə 1803-cü ildə çap etdirmişdir. Bu
topluya daxil edilmiş xalq şeirinin əsl
nümunələrində Şotlandiya tarixinə aid
çox zəngin materiallar vardır. Bu top-
ludan sonra yazıçı dalbadal “Sonun-
cu menestrelin mahnısı”, “Marmion”,
“Göl qızı”, “Rokbi” adlı romantik po-
emalarını yazmışdır. Xüsusən, “Sonun-
cu menestrelin mahnısı” (1805) əsəri
müəllifə, qədim Şotlandiyanı çox gözəl
təsvir etdiyinə görə böyük şöhrət qa-
zandırmışdı.
Tarixi roman janrının yaradıcısı ol-
muşdur. Otuzdan çox roman və povestin
müəllifidir. Romanlarını gizli imzalarla
dərc etdirmiş, müəllifliyini yalnız 1829-
cu ildə, əsərlərinin tam külliyatının nəşri
ilə əlaqədar açıq elan etmişdir.
Mühüm sosial-tarixi konfliktlərin
təsiri, xalqın və dövlətin taleyi,
cəmiyyətin inkişafı, sosial ədalətsizlik,
milli və sinfi mübarizə problemləri ilə
bağlılıq Skottun tarixi romanlarının əsas
xüsusiyyətləri idi. “Ueverli” (ilk roma-
nı, 1814, anonim nəşr), “Puritanlar”
(1816), “Rob Roy” (1818), “Edinburq
məhbəsi” (1818),“Ayvenqo”, “Abbat”
(1820), “Kenilvord” (1821), “Vuds-
tok” (1826) və s. romanları İngiltərə,
“Kventin Dorvard” (1823), “Parisli qraf
Robert” (1832) və s. romanları Avropa
ölkələrinin tarixindən bəhs edir.
Yaradıcılığında
romantizmdən
realizmə keçid özünü göstərmiş, 1816-
cu ildə yazdığı “Puritanlar” və “Lam-
mermurlu gəlin” romanlarında tənqidi-
realist meyillər xüsusilə güclü olmuşdur.
“Napoleon Bonapartın həyatı” (1827),
“Şotlandiyanın tarixi” (1829-1830),
“Lord Bayronun ölümü” (1824), “Ro-
mançıların həyatı” (1821-1824) və s.
tarixi-ədəbi əsərləri məşhurdur.
Valter Skottun yaradıcılığı Avropa
və Amerika ədəbiyyatında sosial roman
janrının inkişafına güclü təsir göstərmiş,
Stendal onu “bizim ümumi atamız”
adlandırmış, O.Balzak, A.S.Puşkin,
V.Q.Belinski və başqaları yaradıcılığını
yüksək qiymətləndirmişlər.
Valter Skott 1832-ci il sentyabr ayı-
nın 21-də Abbotsford şəhərində vəfat
etmişdir.
Ə d ə b i y y a t
Ayvənhəu: [roman] /V.
Skott; ing. dil. tərc. ed.
Q. Bayramov; red. İ. Qa-
sımov.- Bakı: Şərq-Qərb,
2013.- 518, [2] s.
Valter Skott. Bir saat
səninlə.Kventin Dorvard.
//İngilis ədəbiyyatı anto-
logiyası: 2 cilddə /tərt.
ed. Z. Ağayev; tərc. ed.
S. Mustafa, Ş. Nağıyeva,
A. Hacıyev [və b.].- Bakı:
Şərq-Qərb, 2007.- C. 1.-
S.171-187 s.
Собрание сочинений: в
10 т. /В. Скотт ; [пер.
с англ. И. Лихачева ;
вступ. ст. Е. Кузнеца;
ред. Ю. Григорьян,
Э. Артемьева-
Скворцова].-Москва:
Терра, Книжный клуб
Книговек, 2015.
Айвенго /Вальтер
Скотт; [пер. с англ. Е.
Г. Бекетовой].-Санкт-
Петербург: Нева,
Москва: 2006.- 608 с.
Эдинбургская темница:
[роман] /В. Скотт;
[пер. с англ. З. Е.
Александровой, С. П.
Мирлиной].-Москва:
АСТ, Транзиткнига,
2004.-525, [3] с.
15
İngilis yazıçısı
257
Dünya ədəbiyyatı
145
illiyi
Teodor Drayzer
1871-1945
AVQUST
Drayzer Herman Albert Teodor
1871-ci il avqust ayının 27-də İndiana
ştatının Teppe-Xot şəhərində anadan
olmuşdur.
1886-1891-ci illərdə Çikaqo-
da çalışmış, 1889-cu ildə İndiana
universitetinə qəbul olsa da maddi
vəziyyəti üzündən təhsilini yarımçıq
qoymuş, 1892-1894-cü illərdə Çika-
qo, Sent-Lui, Pitsburq şəhərlərinin
qəzetlərində jurnalist kimi ədəbi
fəaliyyətə başlamışdır. 1894-cü ildə
Nyu-Yorka köçmüş və burada qarda-
şının təsis etdiyi «Every month» jur-
nalında 1897-ci ilədək redaktor kimi
çalışmışdır. Sonra sifarişlə “Metro-
politen”, “Harpers”, “Kosmopoliten”
əsərlərini yazmışdır.
İlk oçerk və hekayələri 1897-ci
ildə çap olunmuşdur. 1900-cü ildə ilk
irihəcmli əsəri olan “Kerri bacı”, 1911-
ci ildə “Cenni Herhardt” romanlarında
sadə insanların mənəviyyatını pozan
Amerika həyat tərzini tənqid etmişdir.
1912-ci ildə “Arzular trilogiyası” epo-
peyasına daxil olan “Maliyyəçi”, həmin
ildə yazdığı “Dözümlü adam” və 1914-
cü ildə “Titan” romanlarında Amerika
inhisarçı kapitalizmi ifşa olunmuş,
1915-ci ildə yazdığı “Dahi” roma-
nında burjua cəmiyyətində sənətkarın
mənəvi faciəsi göstərilmişdir.
1915-ci ildən sonra Drayzer ictimai
qaydaların adi insanlara göstərdiyi
əzici təsiri əks etdirən hekayə və
esselər yazmağa başlayır. Bu ideya
bir məhkəmə prosesinin protokoluna
əsaslanan, Amerika ədəbiyyatında re-
alizmin zirvəsi və ədibin ən məşhur
əsəri olan “Amerika faciəsi”nin möv-
zusunu təşkil edirdi.
1927-ci ildə dəvətlə SSRİ-yə
gəlmiş, 1928-ci ildə “Drayzer Rusi-
yaya baxır” kitabını yazmışdır. Həmin
vaxtdan fəhlə sinifinin mübarizəsinə
qoşulmuş, 1929-cu ildə “Ernita”
povestində Amerika ədəbiyyatında ilk
kommunist surətini yaratmışdır.
1930-cu ildə ədəbiyyat üzrə Nobel
mükafatı almaq üçün namizədliyi irəli
sürülsə də bu ona qismət olmamışdır.
1932-ci ilin noyabr ayında Drayzer
“Paramount” şirkəti ilə “Cenni Her-
hardt” romanı əsasında film çəkilişi
barədə müqavilə imzalamışdı. 1944-cü
ildə ədəbiyyat və incəsənət sahəsindəki
xidmətlərinə görə Amerika İncəsənət
və Ədəbiyyat Akademiyası yazıçını
fəxri qızıl medalla təltif etmişdir.
Drayzer faşizm əleyhinə mübarizədə
iştirak etmiş, 1945-ci ildə ABŞ Kom-
munist Partiyasına daxil olmuşdur.
Amerika yazıçısı, ictimai xadim,
Amerika ədəbiyyatında realizmin ən
görkəmli nümayəndələrindən biri Te-
odor Drayzer 1945-ci il dekabr ayının
28-də Hollivudda (Kaliforniya ştatı)
vəfat etmişdir.
Ə d ə b i y y a t
Cenni Herhart: roman
/T.Drayzer; tərc. C.Bağır.-
Bakı: [Qanun], [Əli və
Nino], [2014].- 398 s.
Dahi:roman /T.Drayzer;
tərc. ed. C.Bağır.-[Bakı]:
[Qanun], [2014].- 806 s.
Kerri bacı: roman
/T.Drayzer; tərc. C.Bağır.-
[Bakı]: [Qanun], [Əli və
Nino], [2014].- 540 s.
Böyük şəhərlərdə tənhalıq
/T.Drayzer//Ədəbiyyat
qəzeti.- 2015.- 6 fevral.-
S.11.
Американская трагедия:
роман /Т.Драйзер; [пер.
с англ. З.Вершининой,
Н.Галь].- Москва:
Эксмо, 2006.-793 с.
Финансист: роман
/Т.Драйзер; пер. с англ.:
М. Волосова; Серийное
оформление художника:
А.Яковлева.-Москва:
Эксмо, 2006.- 604 с.
Rəcəbli, Ə.Ə. T.Drayzer
və onun “Amerika faciəsi”
romanı /Ə.Ə.Rəcəbli;
elmi red. Z.Ağayev.- Bakı:
Nurlan, 2004.- 152 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
27
Amerika yazıçısı
258
Musiqi.Opera.Balet
85
illiyi
Rəfiqə Axundova
1931
AVQUST
Rəfiqə Hacı qızı Axundova 1931-ci il av-
qust ayının 7-də Bakıda anadan olmuşdur.
1950-ci ildə Bakı Xoreoqrafiya məktəbini
yüksək qiymətlərlə bitirmişdir. Təhsilini
bitirən kimi Moskvada Böyük Teatrda
təkmilləşmə kursu keçmişdir. 1951-ci ildən
ömrünü Azərbaycan Opera və Balet Teat-
rına bağlayan Rəfiqə Axundova 20 il bu-
rada solist kimi çalışmışdır. Uzun müddət
həmin teatrın baletmeysteri olmuş, 1990-cı
ildə isə baş baletmeysterliyə yüksəlmişdir.
l998-2000-ci illərdə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
plastika və baletmeyster sənəti fənlərindən
dərs demişdir. Onun təşəbbüsü və rəhbərliyi
ilə universitetdə “rəqs laboratoriyası” ya-
radılmışdır.
“Qız qalası” (Ə.Bədəlbəyli), “Yeddi
gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev),
“Gülşən” (S.Hacıbəyov), “Məhəbbət
əfsanəsi” (A.Məlikov), “Baxçasaray fon-
tanı” (B.Asafyev), “Jizel” (A.Adan) və s.
baletlərdə əsas partiyaların ifaçısı olmuş-
dur.
M.Məmmədovla birlikdə Azərbaycan
Opera və Balet Teatrında “Xəzər ballada-
sı” (T.Bakıxanov), “Qobustan kölgələri”
(F.Qarayev), “Yallı”, “Azərbaycan süitası”
(R.Hacıyev), “Babək” (A.Əlizadə), “Şel-
kunçik” (P.Çaykovski), hətta 1975-1978-ci
illərdə Qara Qarayevin “İldırımlı yollarla”
və “Yeddi gözəl” baletlərinə quruluş da
vermişdir.
Uzun müddət Əlcəzair, İsveç, Mi-
sir və Belçikada pedaqoq-baletmeyster
işləmiş, Əlcəzairdə “Üç inqilab” adlı bale-
tini (R.Hacıyev, M.Məmmədovla birgə) və
“Muğam” musiqili xoreoqrafiya lövhəsini
tamaşaya qoymaqla adını bu ölkənin
mədəniyyət tarixinə həkk etdirmişdir. XX
əsrin 70-ci illərində Novosibirskdə “İldı-
rımlı yollarla” baletinin quruluşunu vermiş,
Qahirədə “Yeddi gözəl”, Antverpendə “Ka-
leydoskop” baletlərini (M.Məmmədovla
birgə) tamaşaya qoymuşdur.
1969-cu ildə Parisdə keçirilən VII
Beynəlxalq Rəqs Festivalında onun iş-
tirakı ilə “Xəzər balladası”, “Qobustan
kölgələri”, “Azərbaycan süitası” nümayiş
etdirilmişdir. Paris Rəqs Akademiyasının
diplomuna layiq görülən Rəfiqə Axundo-
vanın özünəməxsus sənəti və istedadı haq-
qında Fransa mətbuatı maraqlı rəylər dərc
etdirmişdir.
1994-cü ildə Qara Qarayevin “Yeddi
gözəl” baletini (M.Məmmədovla birgə)
Ankarada tamaşaya qoymuşdur. “Doğma
xalqıma”, “Dədə Qorqud”, “Qərib cinlər
diyarında”, “Qayınana”, “Yeddi gözəl”,
“Bəyin oğurlanması”, “Bir qəlbin iki das-
tanı” və s. filmlərdə Rəfiqə Axundovanın
özünəməxsus, şux milli rəqsləri yaddaşlara
həkk olunmuşdur.
Azərbaycan baletinin inkişafındakı
xidmətlərinə görə Rəfiqə Axundova 26 ap-
rel 1958-ci ildə Azərbaycan Respublikası-
nın “Əməkdar artisti”, 21 may 1970-ci ildə
“Xalq artisti” fəxri adlarına, “Şərəf nişanı”
ordeninə layiq görülmüşdür.
Azərbaycan Dövlət Televiziyası 2001-ci
ildə qüdrətli balet ustaları Rəfiqə Axundo-
vanın və Maqsud Məmmədovun
yaradıcı-
lığına həsr olunmuş “İki qəlbin bir dastanı”
sənədli filmini çəkmişdir.
7
Baletmeyster
Ə d ə b i y y a t
Xəlilzadə, F. Xoreoqra-
fiya sənətinin ulduzu:
Xalq artisti, baletmeys-
ter Rəfiqə Axundovanın
anadan olmasının
80 illiyi münasibətilə
/F.Xəlilzadə
//Azərbaycan.- 2011.- 7
avqust.- S.5.
İradə. “Məhəbbət
əfsanəsi”ndən
məhəbbət dastanınadək
/İradə //Mədəniyyət.-
2011.- 5 avqust.- S.12.
Rəhimli, İ. Maqsud
Məmmədov və Rəfiqə
Axundova //Rəhimli
İ. Azərbaycan teatr
tarixi: dərslik.- Bakı,
2005.- S.298-299.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
259
Musiqi.Opera.Balet
115
illiyi
Хаn Şuşinski
1901-1979
AVQUST
İsfəndiyаr Аslаn оğlu Cаvаnşirоv
(Хаn Şuşinski) 1901-ci il avqust ayının
20-də Şuşа şəhərində аnаdаn оlmuşdur.
Qаrаbаğ хаnəndəlik məktəbinin nаdir
simаlаrındаn biridir. On аltı yаşındа
оlаrkən ustаdı İslаm Аbdullаyеvlə
birgə iştirаk еtdiyi məclisdə “Kürdü-
Şаhnаz” muğаmını hеyrətаmiz bir
tərzdə ifа еtdiyinə görə müəllimi оnа
“Хаn Şuşinski” аdını vеrmişdir. Хаnın
bir хаnəndə kimi yеtişməsində Cаbbаr
Qаryаğdıоğlunun və Sеyid Şuşinskinin
də böyük təsiri оlmuşdur.
1920-ci ildə Bаkıyа gələrək öz ifаçılıq
fəаliyyətini dаhа dа gеnişləndirmişdir.
1934-cü ildə Tiflis şəhərində keçirilən
Zaqafqaziya xalqlarının birinci incəsənət
olimpiadasında birinci mükafata la-
yiq görülmüş və Zaqafqaziya Mərkəzi
İcraiyyə Komitəsinin birinci dərəcəli
Fəxri fərmanı ilə təltif edilmişdir. 1944-
cü ildə Azərbaycanın bir qrup incəsənət
nümayəndələri ilə birlikdə İrana getmiş,
Tehran, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt və
s. şəhərlərdə müvəffəqiyyətlə çıxış et-
mişdir. Xanəndənin səsi 25 yaşında necə
qüdrətli və təravətli idisə, 70-75 yaşla-
rında da eyni əzəmət, eyni nikbinliklə
səslənirdi. Хаn Şuşinski bir sıra mah-
nı (“Şuşanın dağları”, “Məndən gen
gəzmə”, “Ay gözəl” və s.) və təsniflər
bəstələmişdir. Оnun ifаsındа səslənən
“Mirzə Hüsеyn sеgаhı”, “Şаhnаz”,
“Qаrаbаğ şikəstəsi”, “Kürd-şahnaz”,
“Rаst”, “Bayatı-Şiraz”, “Qatar”, “Ca-
hargah”, “Mahur”, “Hеyrаtı”, “Şur”,
“Sеgаh Zаbul” ritmik muğаmlаrı, bir
sıra təsniflər, “Qara qaşın vəsməsi”,
“Süsən-sünbül”, “Alma almaya bənzər”,
“Girdim yarın bağçasına”, “Apardı
sellər Saranı” və s. хаlq mаhnılаrı mu-
siqi fоnоtеkаmızın qızıl fоndunа dахil
оlmuşdur.
Хаn Şuşinski 1939-cu ildən Bakı-
da yaşamış, qırx ilə yaxın Аzərbаycаn
Dövlət Filаrmоniyаsının solisti ol-
muşdur. 1960-cı ildə Аzərbаycаn
Dövlət Filаrmоniyаsının nəzdində
Muğаm studiyаsı yаrаtmış və burаdа
gənc хаnəndələrə muğаmın sirlərini
öyrətmişdir.
Xanəndə,
həmçinin
А.Zеynаllı аdınа Musiqi Məktəbində
də dərs dеmişdir. Əsl yаrаdıcı sənətkаr
kimi Azərbaycan muğamlarını, mil-
li musiqi хəzinəsini yеni mаhnılаrlа
zənginləşdirmiş, bir neçə muğama yeni
xallar, guşə və şöbələr əlavə etmiş-
dir. Bu bахımdаn оnun “Qəmərim”,
“Şuşаnın dаğlаrı” mаhnılаrı dillər əzbəri
оlmuşdur. 1971-ci ildə Azərbaycanın
musiqi ictimaiyyəti Xanın 70 illik yubi-
leyini keçirmişdir.
1943-cü ildə “Xalq artisti” fəxri adı-
na layiq görülmüş, “Şərəf nişanı” ordeni
və bir çox medallarla təltif edilmişdir.
Böyük хаnəndə Хаn Şuşinski 1979-
cu il mаrt ayının 18-də Bаkıdа vəfаt
еtmişdir.
2013-cü il aprel ayının 29-da
Beynəlxalq Muğam Mərkəzində Xan
Şuşinskinin virtual muzeyinin və me-
morial saytının təqdimatı keçirilmişdir.
Adına muğam festivalı keçirilmiş, fond
yaradılmış, haqqında film çəkilmişdir.
Ə d ə b i y y a t
Çəmənli, M. Mu-
ğam dünyasının xanı:
Xatirələr /M.Çəmənli;
red. G.Ələkbərqızı.- Bakı:
Gənclik, 2001.- 272 s.
Şuşinski F. Xan Şuşinski:
[monoqrafiya] /F.Şuşinski;
red. S.İsmayılova; ön
söz. T.Quliyev.-Bakı: İşıq,
1989.-104 s.
Abdullayeva, T. Səsin
və ifanın Xan ucalığı
/T.Abdullayeva //525-ci
qəzet.-2014.- 23 avqust.-
S.16.
Əhmədalılar, T.
Xan! /T.Əhmədalılar
//Mədəniyyət .-2013.- 21
avqust.- S.10.
Xan Şuşinski //Muğаm
еnsiklоpеdiyаsı; Heydər
Əliyev Fondu /rеd. hеy.
sədri, bаş rеdаktоr
Mеhribаn Əliyеvа.- Bakı,
2008.- S.188-189.
Muğamın Xanı... : Böyük
Xan Şuşinskidən 9 əhvalat
//Ekspress.- 2014.- 21
avqust.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
20
Xanəndə
260
AVQUST
1
Musiqi.Opera.Balet
90
illiyi
Nazim Əliverdibəyov
1926-1985
AVQUST
Nazim Ağalar oğlu Əliverdibəyov
1926-cı il avqust ayının 24-də Kislo-
vodsk şəhərində anadan olmuşdur.
İlk musiqi təhsilini 1938-1944-cü
illərdə Bakı Musiqi Texnikumunda,
sonra onillik musiqi məktəbində (in-
diki Bülbül adına Orta-ixtisas Mu-
siqi Məktəbi) V.Anşeleviçin violon-
çel sinfində almışdır. Onillik musiqi
məktəbinin buraxılış imtahanı zamanı
özünün bəstələdiyi ilk pyeslərindən
birini çalmışdır. Daha sonra Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının
bəstəkarlıq
fakültəsində təhsilini davam etdirərək
1952-ci ildə professor Cövdət Hacıye-
vin bəstəkarlıq sinfini bitirmişdir.
Musiqinin müxtəlif janrlarına
müraciət etmiş, uşaqlar üçün “Cırtdan”
nağıl-operasının, “Nazxanım naz edir”
musiqili komediyasının, “Muğan” xo-
reoqrafik lövhələrinin, iki balet süita-
sının, “Mingəçevir” simfonik poema-
sının, xalq çalğı alətləri orkestri üçün
“İçəri şəhər” adlı musiqi lövhələrinin,
A.Puşkinin sözlərinə “Çiçək” romanı-
nın, Hüseyn Cavidin sözlərinə silsilə
romansların, çoxlu sayda kamera-
instrumental və xor əsərlərinin,
kinofilmlərə və teatr tamaşalarına ya-
zılmış musiqilərin müəllifidir. Onun,
xüsusilə “Bayatı-Şiraz” muğamının
akapella xor üçün işləməsi çox oriji-
naldır.
Nazim
Əliverdibəyov
Ü.
Hacıbəylinin “Leyli və Məcnun” və
“Əsli və Kərəm” operalarının klavir
və partiturasının yeni redaktəsini ha-
zırlamışdır. Hazırda bu operalar onun
redaktəsi ilə Azərbaycan Dövlət Opera
və Balet Teatrında tamaşaya qoyulur.
1951-ci ildən Bülbül adına Orta-
ixtisas Musiqi Məktəbində nəzəriyyə
və bəstəkarlıq üzrə müəllimlik etmiş,
1964-1985-ci illərdə - 20 ildən artıq bu
məktəbə rəhbərlik edərək gənc nəslin
musiqi-estetik tərbiyəsi sahəsində
əzmlə çalışmışdır. 1960-cı ildən
Azərbaycan Dövlət Konservatoriya-
sında “Azərbaycan xalq musiqisinin
əsasları” fənnindən dərs demişdir.
Nazim Əliverdibəyov 1956-cı ildə
Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü olmuş, respublikanın musiqi
həyatında fəal iştirak etmişdir.
Simli
kvartet
(1950),
“Qəhrəmanlıq”- Simfonik orkestr üçün
uvertüra (1951), Simfonik orkestr üçün
Balet süitası (1956), Simfonik orkestr
üçün “Rəqs suitası” (1978), violançel
ansamblı və simfonik orkestr üçün
“Skertso” və “Vals” (1978) və başqa
əsərləri məşhurdur.
Görkəmli bəstəkar Nazim Ağalar
oğlu Əliverdibəyov 1985-ci il fevral
ayının 17-də Bakı şəhərində vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Bir hissəli əsərlər
[Notlar] /Ü.
Hacıbəyov; işləyəni N.
Əliverdibəyov.- Bakı:
1985.- 43 s.
İki romans və mah-
nı [Notlar] : səs və
fortepiano üçün /N.
Əliverdibəyov; H. Ca-
vid.- Bakı: 1982.- 13 s.
Mahnılar [Notlar]:
fortepiano ilə oxumaq
və xor üçün /mus. N.
Əliverdibəyov.- Bakı:
İşıq, 1979.- 51, [1] s.
Əliverdibəyov Nazim
Ağalar oğlu //Üzeyir
Hacıbəyli ensiklope-
diyası; Azərbaycan
Mədəniyyətinin Dostları
Fondu.- Bakı, 2008.-
S.47.
Əliverdibəyov Nazim
Ağalar oğu //Muğam
ensiklopediyası; Heydər
Əliyev fondu.- Bakı,
2008.- S.64.
İbrahimova, S. Nazim
Əliverdibəyovun
A-capella xor üçün
işlədiyi “Bayatı-
şiraz”ın ladstruk-
tur xüsusiyyətləri
/S.İbrahimova //
Musiqi dünyası.- 2011.-
№2/47.- S.36-44.
Dostları ilə paylaş: |