Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə48/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

23

Ərazisi: 1386 

• 

km² 

Əhalisi: 105 000 

• 

125368 hektar ərazisi işğal olunub

• 

İşğal tarixi: 23.08.1993

• 

273

Tarixdə bu gün

Qubadlı rayonunun 

işğalı günü

1993 

AVQUST

Qubadlı rayonunun 31 avqust 1993-

cü il tarixində ermənilər tərəfindən iş-

ğalından artıq 23 il ötür.

Qubadlı  rayonu  1933-cü  ildə  ya-

radılmışdır.  İnzibati  mərkəzi  Qubadlı 

şəhəridir.  İnzibati  bölgüsünə  1  şəhər, 

93  kənd,  31  inzibati-ərazi  dairəsi  aid 

idi.  Qubadlı  rayonu  şimaldan  Laçın, 

cənubdan Zəngilan, şərqdən Xocavənd 

və  Cəbrayıl  rayonları,  qərbdən 

Ermənistanla həmsərhəddir.

Qubadlının iqtisadiyyatının əsasını 

taxılçılıq,  heyvandarlıq,  tütünçülük, 

baramaçılıq və üzümçülük təşkil etmiş-

dir. Rayonda 27-si mexanikiləşdirilmiş 

olan 31 süd-əmtəə ferması mövcud ol-

muşdur.  Rayonda  üzümün  ilkin  ema-

lı üzrə 2 zavod fəaliyyət göstərmişdi. 

Tam  gücü  ilə  işləyən  asfalt  zavodu 

təkcə  Qubadlıya  deyil,  eyni  zamanda 

qonşu  rayonlara  da  xidmət  etmişdir. 

Daş karxanası və mərmər sexi əhalinin 

tələbatını əsaslı şəkildə ödəmişdi. Qu-

badlıda  21  rabitə  müəssisəsi  olmuş, 

avtomat  stansiyası  quraşdırılmışdı. 

1950 nömrəlik həmin stansiyalar gecə-

gündüz xalqın xidmətində dururdu.

Ümumiyyətlə,  Qubadlı  rayonun-

da  62  idarə  və  müəssisə  fəaliyyət 

göstərmişdir.

Rayonun 33 səhiyyə müəssisəsində 

56  həkim  və  511  tibb  işçisi  fəaliyyət 

göstərirdi. 4 xəstəxana, 5 həkim ambu-

latoriyası, 54 feldşer-mama məntəqəsi, 

4  əczaxana  əhalinin  sağlamlığının 

keşiyində durmuşdu. Rayon gigiyena-

epidemiologiya mərkəzi və profilaktik 

dezinfeksiya şöbəsi yüksək səviyyədə 

iş aparırdı.

Erməni  işğalçıları  Qubadlıda  94 

kənd və qəsəbəni, 205 mədəni-məişət 

obyektini,  12  tarixi  abidəni  yandır-

mış və talan etmişlər. İşğala qədər 33 

800  nəfər  əhalisi  olan  Qubadlıda  21 

orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 

7  məktəbəqədər  təhsil  müəssisəsi 

fəaliyyət  göstərir,  bu  təlim-tərbiyə 

və  təhsil  müəssisələrində  1280  nəfər 

müəllim  çalışırdı.  Qubadlının  işğalı 

zamanı 5  mindən  çox  nadir  eksponat 

saxlanılan Qubadlı Tarix-diyarşünaslıq 

Muzeyi  də  ermənilər  tərəfindən  talan 

edilmişdir. 

IV  əsrə  aid  “Gavur  dərəsi”ndəki 

ibadətgah,  5-ci  əsrə  aid  “Qalalı”  və 

“Göyqala” abidələri, 14-cü əsrdə tikil-

miş “Dəmirçilər” türbəsi, Hacı Bədəl 

körpüsü,  Laləzar  körpüsü,  eləcə  də 

Əyin,  Yusifbəyli,  Seytas,  Qarağaclı, 

Xocamsaxlı kəndlərindəki digər tarixi 

abidələr hazırda işğal altındadır.

Rayonda 111 mədəni-maarif müəs-

sisəsi,  o  cümlədən  60  kitabxana,  10 

mədəniyyət  evi  və  28  klub,  6  avto-

klub olmuşdur. Qubadlı uğrunda gedən 

döyüşlərdə 54 nəfər şəhid olmuş, Qa-

rabağ  müharibəsində  isə  Qubadlının 

ümumilikdə  232  sakini  şəhid,  146-sı 

əlil olmuşdur.

22 ildir ki, rayonun 30 min əhalisi 

məcburi köçkün həyatı yaşayır.



31

Ə d ə b i y y a t

Düşmənə sipər Qarağac 

Bir ildə 16 şəhid verən bu 

kəndin sakinləri 22 ildir 

ki, Sumqayıt şəhərində 

səbirsizliklə torpaqları-

na qayıdacaqları günü 

gözləyirlər /Ə.Səlimov        

//Azərbaycan .-2015.- 29 

avqust.- S.7.

Qubadlı ictimaiyyəti rayo-

nun Ermənistan tərəfindən 

işğalının 22-ci ildönümü 

ilə əlaqədar tədbir keçi-

rib  /P.Sadayoğlu //Yeni 

Azərbaycan .-2015.- 1 

sentyabr.- S. 6.

Mərd və əməksevər insanla-

rın diyarı Qubadlınin işğa-

lından 22 il ötür /B.Qaraca

//Azərbaycan .-2015.- 30 

avqust.- S.7.

Nigar. Qubadlı rayonunun 

işğalından 21 il ötür /Nigar 

//Palitra.- 2014.- 30 avqust.- 

S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.kataloq.azeri.net

www.karabakhblog.com

www.milliqahraman.az

Ərazisi: 802  km² 

• 

Əhalisi: 37 400

• 

İşğal tarixi: 31.08.1993

• 

274

SENTY

ABR

 

 



 

C.A. 


C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç.

C.A. 



C. 

Ş. 


B.

B.E.

Ç.A.


C. 

Ç.A. 


Ç.

Ş. 


B. 

2

 







10 


11 

12 


13 

14 


15 

16 


17 

18 


19 

20 


21 

22 

23 


24 

25 


26 

27 


28 

29

30 


®

Bilik Günü (15.09.2004)

• 

Milli Musiqi Günü (18.09.1995)

• 

Neftçilər Günü (20.09.1994)

• 

Beynəlxalq Sülh Günü (21.09.1981)

• 

Beynəlxalq Turizm Günü (27.09.1970)

• 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  (AMEA)  Gəncə  Regio-

nal  Elmi  Mərkəzi  Nizamişünaslıq  institutunda  Nizamişünaslığın  aktual 

problemləri, Nizami Gəncəvi ensiklopediyasının yaradılması, Dünya Niza-

mişünaslığının  araşdırılması,  Nizami  Gəncəvi  irsində  sənətşünaslıq,    Ni-

zami Gəncəvinin elmi fəlsəfi görüşləri kimi mühüm sahələr tədqiq olunur.

Nizamişünaslıq  institutunda  dahi  şairin  “Sirlər  Xəzinəsi”,  “Xos-

rov  və  Şirin”  poemaları  yenidən  tərcümə  edilmiş,  “Nizami    Gəncəvi 

xələflər  və  sələflər”,  “Nizami  məqbərəsinin  tarixi”,  “Nizami  Gəncəvi 

yaradıcılığına  “Əxilik”  ideologiyasının  təsiri”  adlı  monoqrafiya-

lar  yazılmış  və  bu  istiqamətdə  tədqiqatlar  davam  etdirilməkdədir

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarı ilə Gəncə 

Regional  Elmi  Mərkəzinin  (AMEA  Gəncə  Bölməsi)  nəzdində  fəaliyyət 

göstərən  Nizamişünaslıq  şöbəsinin  bazasında  Nizami  Gəncəvi  Mərkəzi 

yaradılmışdır.  Dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin 

870  illik  yubileyi  münasibətilə  “Nizamişünaslıq”  jurnalı  nəşr  edilməyə 

başlamışdır.  Jurnalda  ölkəmizdə  və  xaricdə  olan  görkəmli  nizamişünas 

alimlərin  fundamental  elmi  məqalələri  öz  əksini  tapır.  “Nizamişünas-

lıq”  jurnalı  nizamişünaslıq  elminin  koordinasiyası  rolunu  oynamaqdadır.

1 sentyabr

Gün çıxır 07:07 

Gün batır 20:31

30 sentyabr 

Gün çıxır 07:35 

Gün batır 19:42

24 avqust- 

23 sentyabr

Qız bürcü 

Nişanəsi yerdir. 

Günəşin Qızlar 

bürcünün keçdiyi 

dövrdə doğulanlar 

hər işdə aydınlıq, 

dəqiqliyin olmasını 

istəyirlər. 

875 il

1141-1209

Nizami Gəncəvi


275

Milli ədəbiyyat

Publisist, yazıçı Abdinov Tofiq Məhərrəm oğlunun (Tofiq Abdin) (01.09.1941-

24.02.2014) anadan olmasının 75 illiyi 

Şair, dramaturq Sadıqov Novruz İsmayıl oğlu (Novruz Gəncəli) (12.09.1921-

19.10.1995) anadan olmasının 95 illiyi

Şair Nəsirli Müzəffər Qasım oğlunun (14.09.1911-01.01.1980) anadan olmasının 

105 illiyi

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Xalq rəssamı Şıxəliyev Oqtay Yusif oğlunun (03.09.1931-30.01.2012) anadan 

olmasının 85 illiyi

Əməkdar  incəsənət  xadimi,  boyakar  Hüseynov  Əyyub  Müseyib  oğlunun   

(03.09.1916-17.04.1998) anadan olmasının 100 illiyi

Musiqi.Opera.Balet

Çex  bəstəkarı,  çex  klassik  musiqisinin  banilərindən  biri  Dvorjak  Antoninin 

(08.09.1841-01.05.1904) anadan olmasının 175 illiyi

Əməkdar  incəsənət  xadimi,  fəlsəfə  elmləri  doktoru,  professor  Abdullazadə 

Gülnaz Abutalıb qızının (07.09.1946) anadan olmasının 70 illiyi

Xanəndə  Abdullayev  İslam  Əbdül  oğlunun  (09.09.1876-22.09.1964)  anadan 

olmasının 140 illiyi 

Xalq artisti, müğənni Əhmədov Mobil Salman oğlunun (10.09.1931-03.06.2006) 

anadan olmasının 85 illiyi

Əməkdar artist, müğənni Haqverdiyev Xanlar Məmməd oğlunun   (25.09.1906-

05.12.1980) anadan olmasının 110 illiyi

Rus bəstəkarı, SSRİ Xalq artisti Şostakoviç Dmitri Dmitriyeviçin (25.09.1906-

09.08.1975) anadan olmasının 110 illiyi

Teatr.Kino.Sirk 

Xalq artisti Nuriyev Yaşar Məmmədsadıq oğlunun (Yaşar Nuri)  (03.09.1951-

22.11.2012) anadan olmasının 65 illiyi

Xalq artisti Əminə Yusifqızının (24.9.1936) anadan olmasının 80 illiyi

Xalq artisti Məmmədov Ramiz Soltanəli oğlunun (26.09.1956) anadan olmasının 

60 illiyi



Milli Qəhrəmanlar

Azərbaycanın  Milli  Qəhrəmanı  Kərimov  Kazımağa  Mövsüm  oğlunun 

(01.09.1951-15.06.1992) anadan olmasının 65 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Məmmədov  Seymur  Qəhrəman  oğlunun 

(18.09.1971-01.04.1992) anadan olmasının 45 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Qubadov  Arif    Vəliş  oğlunun  (20.09.1966-

25.09.2009) anadan olmasının 50 illiyi

2016


SENTY__ABR__5__10__277__SENTY'>SENTYABR

278


277

280


282

281


279

285


286

287


283

284


276

Azərbaycanın  Milli  Qəhrəmanı  Yusifov  Zakir  Tofiq  oğlunun  (29.09.1956-

11.10.1992) anadan olmasının 60 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  İbrahimov  Mirələkbər  Mirələsgər  oğlunun 

(30.09.1961-05.03.1994) anadan olmasının 55 illiyi  

Siyasət

Hüquq elmləri doktoru Hacıyev Xanlar İrşad-Faiq oğlunun (09.09.1956) anadan 

olmasının 60 illiyi  

Mədəniyyət.Maarif.Təhsil

Şərqşünas, filologiya elmləri doktoru Nağısoylu (Nağıyev) Möhsün Zellabdin 

oğlunun (01.09.1946) anadan olmasının 70 illiyi

Riyaziyyat.Fizika.Astronomiya

Akademik  Sultanov  Hacıbəy  Fərəculla  oğlunun  (20.09.1921-05.03.2008) 

anadan olmasının 95 illiyi

Kimya.Biologiya.Tibb

Akademik  Namazova Adilə  Əvəz  qızının  (09.09.1926)  anadan  olmasının  90 

illiyi

Akademik  Quliyev  Ələkbər  Məmməd  oğlunun  (27.09.1911-1983)  anadan 



olmasının 105 illiyi

Texnika.Mühəndis işi

Əməkdar  mühəndis,  neft  və  qaz  quyuları  qazılması  sahəsində  mütəxəssis 

Rüstəmbəyov Əsəd Fətulla oğlunun (02.09.1911-17.10.1982) anadan olmasının 

105 illiyi

Texnika  elmləri  doktoru  Babazadə  Fikrət  Ələkbər  oğlunun  (19.09.1931-

08.05.2000) anadan olmasının 85 illiyi



Kitabxanaşünaslıq.Biblioqrafiya

Sədərək  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  (04.09.1991) 

yaradılmasının 25 illiyi

Tarixdə bu gün

Erməni separatçıları qondarma dövlətin – “Dağlıq Qarabağ Respublikası”nın 

yaradıldığını elan ediblər (02.09.1991)

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçilmişdir (03.09.1991) 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təşkil edilmişdir (05.09.1991)

Jurnalistlərin  Beynəlxalq Həmrəylik Günü (08.09.1958)

Azərbaycanda ilk Prezident seçkiləri keçirilmişdir (08.09.1991)

Bakı müsəlman qız məktəbinin təntənəli açılışının (09.09.1901) 115 illiyi

Qurban bayramı (12-13.09)

Azərbaycan Kommunist Partiyası ləğv edilmişdir (14.09.1991)

Bilik Günü (15.09.2004)

Milli Musiqi Günü (18.09.1995)

Neftçilər Günü (20.09.1994)

Beynəlxalq Sülh Günü (21.09.)

Beynəlxalq Lal-Kar Günü (24.09.1951)

Beynəlxalq Turizm Günü (27.09.1980)

289

288


295

297


291

290


296

293


292

294


SENTY

ABR

5

10

277

SENTY

ABR

5

10

Milli ədəbiyyat 

75 

illiyi

Tofiq Abdin 

1941-2014

SENTY

ABR

Tofiq Məhərrəm oğlu Abdinov (To-

fiq Abdin)  1941-ci  il  sentyabr  ayının 

1-də  Salyan  rayonunun  Qırmızıkənd 

kəndində anadan olmuşdur.

Orta  məktəbi  bitirdikdən  sonra 

1959-1960-cı  illərdə  Salyan  rayonu-

nun “Bolşevik” kolxozunda sıravi işçi, 

1960-cı ildə isə Qırmızıkənd kənd ki-

tabxanasının müdiri vəzifəsində çalış-

mışdır.

1960-1966-cı  illərdə  Bakı  Komvol 



fabrikində  usta  köməkçisi  kimi  çalış-

mış, 1962-1968-ci illərdə M.A.Əliyev 

adına  Azərbaycan  İncəsənət  İnstitu-

tunun  (indiki  ADMİU)  Teatrşünaslıq 

fakültəsində təhsil almışdır. 

1967-ci ildə Azərbaycan Sovet En-

siklopediyasında  (ASE)  korrektor,  ki-

çik redaktor vəzifələrində işləmişdir.

1968-ci ildən “Qobustan” jurnalın-

da teatr və kino redaksiyasının müdiri 

vəzifəsində çalışmış, istedadlı jurnalist 

və şair kimi nüfuz qazanmışdır. 

1969-cu  ildə  Böyük  Vətən 

müharibəsində  itkin  düşmüş  sənət 

adamları  haqqında  ilk  sənədli  “Etüd” 

oçerklər kitabı çap olunmuşdur. 

1984-cü  ildə  “Bəlkə  bir  də  görüş-

dük” adlı oçerklər toplusu, 1986-cı ildə 

“Günlər Bəşirsiz keçir” adlı kitabı işıq 

üzü görmüşdür.

“Nəğməli gecələr” (şeirlər - 1972), 

“Ata sevgisi” (şeirlər - 1978), “Sahil-

siz dünya” (şeirlər və poema - 1986), 

“Bəşir  Səfəroğlu”  (1986),  “Səhərimiz 

ayaq açır” (şeirlər - 1991) və s. bu kimi 

ədəbi,  publisistik  kitabları  çap  olun-

muşdur. 

2005-ci  ildə  “Ah,  İstanbul...  İstan-

bul...:  Türkiyə  İstanbul  1993-1998  “ 

adlı  son  kitabı  işıq  üzü  görmüşdür. 

Naxçıvan  Poeziya  Teatrında  Rəsul 

Rzanın  şeirləri  əsasında  hazırladığı 

“Bir gün də insan ömrüdür” kompozi-

siyası tamaşaya qoyulmuşdur. 

Tofiq  Abdin  1993-2001-ci  illərdə 

Türkiyədə  yaşamışdır.  Türkiyədə 

çalışarkən  “Orta  doğu”  və  “Asiya” 

qəzetləri  ilə  əməkdaşlıq  etmişdir.  La-

kin  2001-ci  ildən  doğma  jurnalı  olan 

“Qobustan”a  qayıtmış,  burada  2005-

ci  ilə  kimi  məsul  katib  vəzifəsində 

işləmiş,  həmin  jurnalda  maraqlı  yazı-

larla çıxış etmişdir.

2005-2006-cı  illərdə  “Ulduz” 

jurnalında  ədəbi  işçi,  Azərbaycan 

Respublikası  Mədəniyyət  və  Tu-

rizm  Nazirliyində  Teatr  sektorunda 

aparıcı  məsləhətçi,  2006-cı  ildə  isə 

“Mədəniyyət”  qəzetində  baş  redakto-

run müavini vəzifələrində işləmişdir. 

Həmçinin  bu  illər  ərzində  şairin 

“Şeirlər” (2001), “Proza” (2006), “Po-

eziya” (2009) və bu kimi kitabları çap 

olunmuşdur. 

Respublika 

mətbuatında 

bir-

birindən maraqlı yazılarla çıxış etmiş-



dir. 2002-ci ildə Xalq şairi Rəsul Rza 

adına Beynəlxalq ədəbiyyat mükafatı-

na, 2010-cu ildə isə “Azərbaycan Res-

publikasının  Əməkdar  mədəniyyət  iş-

çisi” fəxri adına layiq görülmüşdür.

Tofiq Abdin 2014-cü il fevral ayının 

24-də vəfat etmiş, 

Bakıda dəfn olun-

muşdur. 

Ə d ə b i y y a t

Ah, İstanbul... İstanbul...: 

Türkiyə İstanbul 1993-

1998. İki kitab birlikdə /

Tofiq Abidin.- Bakı: Avropa, 

2005.- 496 s. 

Poeziya /T.Abdin.- Bakı: 

Vektor, 2009.- 350 s. 

Proza /T.Abdin - Bakı: Yazı-

çı, 2006.- 256 s.

Xocalıda bir gecə /T.Abdin  

//Ədalət.- 2012.- 25 fevral.- 

S.15.

Cəfərzadə, K. Tofiq 

Abdinə gecikmiş vida sözü 

/K.Cəfərzadə //525-ci qəzet.-

2014.- 11 aprel .- S.8.

Əhmədov, T. Tofiq Abdin     

//Əhmədov T. Azərbaycan 

yazıçıları: XX-XXI 

yüzilliklərdə.- Bakı, 2011.- 

S.938-939.

Paşayeva, A. Tofiq Abdin 

yaradıcılığı /A.Paşayeva     

//Palitra.- 2015.- 18 iyun.- 

S.13.

Tofiq Məhərrəm oğlu Abdin: 

//525-ci qəzet .-2014.- 26 

fevral.- S.8. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedikia.org

www.kitab.az

1

Yazıçı


278

Milli ədəbiyyat

95

 illiyi

Novruz Gəncəli

1921-1995

SENTY

ABR

Nоvruz  İsmаyıl  оğlu  Sаdıqоv 

(Novruz Gəncəli) 1921-ci il sеntyаbr 

ayının  12-də  Bаkı  şəhərində  аnаdаn 

оlmuşdur. 8 yaşında ikən atasını itir-

miş,  qardaşının  himayəsində  yaşa-

mışdır. 

1929-1934-cü illlərdə H.Z.Tаğıyеv 

аdınа  Tохuculuq  fаbriki  nəzdindəki 

63  sаylı  оrtа  məktəbdə  ibtidаi  təhsil 

аlmışdır.  Sonra  Gəncədə  toxuculuq 

fabrikində işləmiş, Gəncə şəhərindəki 

3  saylı  beynəlmiləl  orta  məktəbdə 

təhsilini davam etdirmişdir. 

Novruz  Gəncəli  1939-cu  ildə 

Azərbaycan  Dövlət  Universitetinin 

(indiki  BDU)  filologiya  fakültəsinə 

daxil  olmuşdur.  Universitetin  II  kur-

sunda  oxuyarkən  qardaşının  ölümü 

ilə əlaqədar olaraq əyani təhsildən qi-

yabi təhsilə keçmişdir. 

1941-1943-cü  illərdə  Lerik  ra-

yonunun  kəndlərində  müəllim  və 

məktəb müdiri vəzifələrində işləmiş, 

1943-1946-cı  illərdə  Bakıda  Dövlət 

Təhlükəsizliyi  orqanlarında,  1946-

1949-cu illərdə “Azərbaycan gəncləri” 

qəzeti  redaksiyasında,  Azərbaycan 

Baş Mətbuat İdarəsində, 1949-1950-

ci  illərdə  isə  Аzərbаycаn  Yаzıçılаr 

İttifаqının  “Nаtəvаn”  klubundа 

çаlışmışdır.

1950-1960-cı 

illərdə 


Nov-

ruz  Gəncəli  “Ədəbiyyаt”  qəzеti 

rеdаksiyаsındа Tənqid şöbəsinin mü-

diri,  “Аzərbаycаn  gəncləri”  qəzеti 

rеdаksiyаsındа ədəbi işçi, Аzərbаycаn 

KP MK Təbliğаt və təşviqаt şöbəsində 

təlimаtçı,  1960-1976-cı  illərdə  isə 

“Аzərbaycаn”  jurnаlı  rеdаksiyаsındа 

bаş rеdаktоrun müаvini vəzifələrində 

işləmişdir. 1976-cı ildən Аzərbаycаn 

Yаzıçılаr  İttifаqındа  pоеziyа  üzrə 

məsləhətçi olmuşdur.

Yaradıcılığa  erkən  yaşlardan  baş-

lamışdır. Hələ 22 yaşı olarkən şairin 

“Odlu ürəklər” (1943) adlı ilk kitabı 

işıq üzü görmüşdür. 

Ömrünün  sonuna  kimi  yazıb-

yaradan  şairimiz  Novruz  Gəncəlinin 

sağlığında  14  kitabı  çap  olunmuş-

dur.  “Unudulmaz  günlər”  (1949), 

“Şeirlər”  (1950),  “Üç  dost”  (1953), 

“Könüllər  açılanda”  (poema-1954), 

“Unuda  bilmirəm...”  (şeirlər-1958), 

“Dalğalar”  (şeirlər-1959),  “Mənim 

mahnılarım”  (şeirlər-1963),  “İnsan 

və qızılgül” (şeirlər və poema-1968), 

“Pyeslər”  (1971),  “Şah  və  tutuqu-

şu”  (1973),  “Əbədi  dost”  (şeirlər  və 

poema-1984) və s. şeir kitabları nəşr 

edilmişdir.  1945-ci  ildən  Yazıçılar 

Birliyinin üzvü olmuşdur.

Novruz Gəncəli həmçinin bir sıra 

xarici  ölkə  ədəbiyyatından  dilimizə 

nümunələr  də  tərcümə  etmişdir. 

C.Bаyronun  “Gаvur”,  Y.Çаrеntsin 

“Hаmı üçün” pоеmаlаrını, А.Mаkаyо-

nоkun “Tribunаl”, C.Pаtrikin “Missis 

Səvinc”,  B.Brехtin  “Kurаj  аnа  və 

оnun  uşаqlаrı”,  Abayın  “İsgəndər”, 

Eminesku  Mixayın  “Qəriblikdə” 

(şeirlər) və s. əsərləri dоğmа dilimizə 

çеvirmişdir.  Görkəmli  şair  bir  sıra 

keçmiş  SSRİ  mеdаllаrı  ilə  təltif 

еdilmişdir.

Novruz Sadıqov (Novruz Gəncəli) 

1995-ci  il  oktyabrın  19-da  Bakıda 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Əbədi dоst: Şеirlər və 

pоеmаlаr /N.Gəncəli.- Bakı: 

Yаzıçı, 1984.- 384 s.

Hürmüz babanın davacatı 

/N.Gəncəli; red. M.Namaz.- 

Bakı: Gənclik, 1993.- 80 s.

Zərdüşt Peyğəmbər: [iyirmi 

şəkildə, iki hissəli drama] 

/N.Gəncəli; red. S.Nəzərli.-

Bakı, 1994.- 184 s.

Əhmədov T. Novruz Gəncəli 

//Əhmədov T. Аzərbаycаn 

yаzıçılаrı (XX-XXI 

yüzillikdə): Еnsiklоpеdik 

məlumаt kitаbı.- Bakı, 2011.- 

S.722-723.

Xəlilzadə F. Üfüqdən qalxan 

səhər: Novruz Gəncəli-90 

//Azərbaycan.- 2011.- 13 

sentyabr.- S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.en.wikipedia.org

12

Şair


279

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin