Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə47/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

Ə d ə b i y y a t

Xəlilzadə, F. Sənətin ucalığında //Ruhumuzun ünvanı Şuşa: [puplisistika] /F. Xəlilzadə; red. Q. Paşayev.-Bakı: [Zərdabi LTD 

MMC], 2013.-S.176.

Zakirqızı, Z. İmkanım olsaydı, evdəki bütün güzgüləri yığışdırardım: Rafiq Hüseynli / Zakirə Zakirqızı //ATV Maqazin.-2012.-

№1.-8-11.

İ n t e r n e t d ə

www.anl.az

4

Mədəniyyət.Maarif.Təhsil

268

Mədəniyyət.Maarif.Təhsil

Tənqidçi

70 

illiyi

Kamil Vəli Nərimanoğlu

1946

AVQUST

Kamil Nəriman oğlu Vəliyev (Kamil 

Vəli  Nərimanoğlu)  1946-cı  il  avqust 

ayının  18-də  Cəbrayıl  rayonunda  ana-

dan olmuşdur. Orta məktəbi bitirdikdən 

sonra 1965-1970-ci illərdə Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  BDU) 

filologiya  fakültəsində  təhsil  almışdır. 

Elmi və publisistik yaradıcılığa tələbəlik 

illərindən başlamış, “Vaqif dili, Vaqif üs-

lubu” adlı ilk məqaləsi “Lenin tərbiyəsi 

uğrunda” çoxtirajlı universitet qəzetində 

çap  edilmişdir.  1970-ci  ildə  universi-

teti  fərqlənmə  diplomu  ilə  bitirdiyinə 

və mətbuatda müntəzəm çıxış etdiyinə 

görə filologiya fakültəsinin Azərbaycan 

dilçiliyi kafedrasında müəllim saxlanıl-

mışdır. 


1976-1981-ci  illərdə  həmin  kafed-

rada baş müəllim, 1981-1988-ci illərdə 

dosent,  1989-cu  ildə  professor,  1988-

1998-ci  illərdə  universitetin  filologiya 

fakültəsində Azərbaycan dilçiliyi kafed-

rasının müdiri olmuşdur. 

1974-cü  ildə  “Azərbaycan  dilində 

“ki” şəkilçisi” mövzusunda namizədlik, 

1988-ci ildə “Azərbaycan qəhrəmanlıq 

eposunun poetik sintaksisi” mövzusun-

da  doktorluq  dissertasiyasını  müdafiə 

etmişdir.

1990-cı ildə Türkiyə Folklor Araşdır-

maları  Vəqfinin  nümayəndəsi,  Səlcuq 

Universitetinin  (Konya  şəhəri)  fəxri 

doktoru seçilmişdir. Türkiyə linqvistika 

cəmiyyətinin  müxbir  üzvüdür.  1977-ci 

ildən  “Azərbaycan”  jurnalı  redaksiya 

heyətinin, 1981-ci ildə Azərbaycan Ya-

zıçılar Birliyinin və Jurnalistlər Birliyi-

nin üzvü olmuşdur.  

1993-cü  ildə  Azərbaycan  Respubli-

kası Baş nazirinin müavini vəzifəsində 

işləmişdir.

1991-1992-ci  illərdə  Türkiyədə  İz-

mir  Eğey  Universitetində,  1999-2000-

ci  illərdə  Şimali  Kipr  Respublikasında 

Doğu Ağdəniz Universitetinin professo-

ru olmuş, mühazirələr oxumuşdur.

Hazırda Avrasiya Strateji Araşdırma-

lar  Mərkəzinin  sədri,  çoxcildli  “Türk 

Dünyası ədəbiyyatı” kitabının redaksiya 

şurasının  üzvü,  Türkiyədə  çap  olunan 

“Bilgi”,  “Yol”,  “Milli  folklor”,  “Tür-

kologiya”  (Qazaxıstan)  dərgilərinin 

redaksiya  heyətinin,  Çingiz  Aytmatov 

Akademiyasının üzvüdür. Türk Dil Qu-

rumunun Atatürk Kültür Mərkəzinin və 

Türk Folklor Qurumunun fəxri üzvüdür. 

Yedditəpə  Universitetinin  müəllimidir. 

Azərbaycan  Avrasiya  Araşdırmaları 

Mərkəzinə rəhbərlik edir.

Kamil Vəliyev 2002-ci ildə “Ey Fü-

zuli”  esse-romanı,  Məhəmməd  Füzuli-

nin “Türk divanının dibaçəsi”ni, Əlişir 

Nəvainin  “İki  dilin  mübahisəsi”, Yusif 

Balasaqunlunun “Qutatqu bilik” əsərini 

(müştərək tərcümə) ön sözlə kütləvi ti-

rajla nəşr etdirmişdir. İndiyədək 40 elmi 

monoqrafik əsərin, çoxlu tərcümələrin, 

500-dən cox məqalənin müəllifidir. 20-

dən çox ölkədə konfrans və simpozium-

larda iştirak etmişdir.

Kamil  Vəliyev  xidmətlərinə  görə 

Türkiyə  Respublikasının  “Şərəf  və 

Ləyaqət nişanı” ilə təltif olunmuşdur.



Ə d ə b i y y a t

Azərbaycan dövlət 

dili siyasəti: dil-

poetika araşdırmaları 

/K.V.Nərimanoğlu.- Bakı: 

Çinar-Çap, 2006.-257 s.

Azərbaycan eposunun 

poetik sintaksisi: monoq-

rafiya /K.V.Nərimanoğlu; 

elmi red. V.Aslanov.-Bakı: 

Oskar, 2009.- 316 s.

Eşqin sözü: Düşüncələr: 

sistemli-sistemsiz, 

məntiqli-absurd, aydın-

bulanıq /K.Vəli; red. 

L.Cəbrayıllı.- Bakı: 

Nurlan, 2011.- 182 s.

Səs: muğam işığın-

da təksəsli, çoxsəsli 

düşüncələr: esse-kollaj 

/K.Vəli; red. Q.Ağsəs.-

Bakı: Nurlan, 2011.191 s.

Çelişki ve yenilik dehası 

Mirza Fathali Ahunt-

zade: Doğumunun 200. 

yılı anısına deneme 

/K.V. Nerimanoğlu; 

editör Y.Akpınar; red. 

A.F.Erkolor.- İstanbul: 

Doğu Kütuphanesi

2013.- 85 s.

Kamil Vəli Nərimanoğlu: 

biblioqrafiya /tərt. 

M.Vəliyeva; red. 

N.Nağıyeva.- Bakı: AzA-

tam, 2007.-304 s.

www.anl.az

www.az.wikipedia.org

18

14

269

14

Tarixdə bu gün

Azərbaycan Əlifbası və Azərbaycan 

Dili Günü 

2001 

AVQUST

1  avqust  ölkəmizdə  ən  əziz 

günlərdən biri kimi qeyd olunur. Çünki 

milli varlığımızın əsas atributlarından 

olan Ana dilimizlə bağlıdır. Dil millətin 

simasını  səciyyələndirən  amillərdən 

biri, onun milli sərvətidir. Millətin di-

linin dövlət dili statusuna yüksəlməsi 

isə tarixi hadisə, milli dövlətçilik tari-

xinin qızıl səhifəsidir. Ulu öndər milli-

mənəvi  dəyərlərimizin  ən  qiymətlisi 

və  bir  millət  kimi  milli  varlığımızın 

rəmzi olan Azərbaycan dilinin saflaş-

dırılması və inkişafı istiqamətində çox 

mühüm addımlar atmışdır. Ölkəmizdə 

Azərbaycan  dilinin  hərtərəfli  inkişa-

fı,  işlək  dilə  çevrilməsi,  beynəlxalq 

münasibətlər  sisteminə  yol  tapması 

Ana  dilimizin  gözəl  bilicisi,  mahir 

natiq,  ulu  öndər  Heydər  Əliyevin  di-

lin qorunmasına yönələn düşünülmüş 

siyasətinin nəticəsidir.

Azərbaycan  SSR-in  1978-ci  il 

Konstitusiyasında    Azərbaycan  dili-

nin dövlət dili kimi qəbul edilməsi isə 

həmin  dövr  üçün  əhəmiyyətli  hadisə 

idi.  1993-cü  ildə  Heydər  Əliyevin 

Azərbaycanda ikinci dəfə hakimiyyətə 

qayıdışından  sonra  Azərbaycan  dili 

öz inkişafında yeni mərhələyə qədəm 

qoymuşdur.  1995-ci  ildə  ümum-

xalq səsverməsi yolu ilə qəbul edilən 

müstəqil  dövlətimizin  ilk  Konstitusi-

yası ilə dövlət dilinin adı bərpa edildi. 

Bu, ulu öndərin Ana dilimizə dəyişməz 

mövqeyinin daha bir parlaq nümunəsi 

olmuşdur.

Bundan  sonra  hökumət    səviy-

yəsində  Ana  dilinin  inkişafı  və  qo-

runması  istiqamətində  əhəmiyyətli 

sənədlər qəbul edilmişdi. “Dövlət dili 

işinin təkmilləşdirilməsi haqqında” 18 

iyun  2001-ci  il  tarixli  Fərman,  yeni 

əlifbaya keçidin 2001-ci ilin avqustu-

na  kimi  ölkəmizdə  bütünlüklə  təmin 

edilməsi ulu öndərin öz doğma dilinə 

bağlılığını bir daha təsdiq etmişdi. 

Ümummilli liderin 9 avqust 2001-

ci  il  tarixli  Fərmanı  ilə  avqustun 

1-i  ölkəmizdə  “Azərbaycan  dili  və 

Azərbaycan əlifbası günü” kimi qeyd 

olunur. 2002-ci il 30 sentyabr tarixində 

“Azərbaycan  Respublikasında  Dövlət 

dili  haqqında”  Azərbaycan  Respub-

likasının  Qanununun  qəbul  edilməsi 

Azərbaycan  dilinin  dövlət  dili  kimi 

işlədilməsi,  onun  tətbiqi,  qorunması 

və  inkişaf  etdirilməsi  istiqamətində 

daha  bir  addımdır.  Bu  ənənələri  ölkə 

Prezidenti  İlham  Əliyev  uğurla  da-

vam  etdirməkdədir.  Dövlət  başçı-

sının  müxtəlif  vaxtlarda  imzaladığı 

“Azərbaycan dilində latın qrafikası ilə 

kütləvi  nəşrlərin  həyata  keçirilməsi 

haqqında”  və  “Azərbaycan  Milli  en-

siklopediyasının hazırlanması haqqın-

da”  Sərəncamları  və  bu  istiqamətdə 

görülən  işlər  də  dilimizin  inkişafına 

böyük qayğının təzahürüdür.

1

Ə d ə b i y y a t

1 Avqust Azərbaycan 

Dili və Əlifbası Günü-

dür  /N.Əlləddinqızı //Səs 

.-2015.- 1 avqust.- S. 11.

Xalqın alın yazısı : 1 avqust 

Azərbaycan Əlifbası və 

Azərbaycan Dili Günüdür 

/F.Yunisli //Mədəniyyət 

.-2015.- 31 iyul.- S. 11.

Mahmudov, M. Azərbaycan 

əlifbası türk kontekstində. 1 

avqust Azərbaycan əlifbası 

və Azərbaycan dili günüdür 

/M.Mahmudov //Respubli-

ka.- 2013.- 31 iyul.- S.5.

...Özü haqda - “1 Avqust 

Azərbaycan Əlifbası və 

Azərbaycan Dili Günü” 

barədə - elə özü ilə... 

/T.Abbaslı //Mədəniyyət 

.-2014.- 1 avqust.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.azterm.az

www.aztv.az

www.files.preslib.az

www.yeniazerbaycan.com


270

Tarixdə bu gün

Hərbi-Dəniz Qüvvələri Günü

1996

AVQUST

Ə d ə b i y y a t

Azərbaycan Ali 

Hərbi Dənizçilik 

Məktəbi-Donanmanın 

xidmətində 70 [Mətn] 

/N. Əliyev; elmi red. 

P.Q. Darabadi; rəyçi 

Ş. Ə. Sultanov [və b.]; 

Azərbaycan Ali Hərbi 

Dənizçilik Məktəbi.-

Bakı: [s.n.], 2009.-430 

s. 

Azərbaycan Hərbi 

Dəniz Qüvvələrinin ya-

ranmasından 97 il keçir                    

//Azərbaycan.-2015.- 5 

avqust.- S. 3.

Qaraca, B. Havada, qu-

ruda, dənizdə... :5 av-

qust Azərbaycan Hərbi 

Dəniz Qüvvələrinin 

yaranma günüdür /

Bəxtiyar Qaraca //

Azərbaycan .-2013.- 4 

avqust.- S. 1.

 Qaradağ rayo-

nunda Hərbi Dəniz 

Qüvvələrinin yeni baza-

sının və “N” saylı hərbi 

hissənin açılışı olub //

Azərbaycan .-2015.- 26 

iyun.- S.2, 3.

5

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 

1919-cu  ilin  avqustunda  ingilislər 

Azərbaycanı  tərk  etdikdən  sonra  for-

malaşmağa  başlamışdır.  Bu  vaxta 

qədər Xəzər dənizinin qərb sahillərində 

müdafiəni  ingilis  hərbi  gəmiləri  təmin 

edirdi.  Xəzər  hərbi  donanmasının 

gəmiləri isə Bakı azad olunarkən Port-

Petrovsk  limanına  qaçırılmış  və  yalnız 

1918-ci il noyabr ayında ingilislər Bakı-

ya gəldikdən sonra geri qaytarılmışdır. 

Yeni 

yaranmış 



Azərbaycan 

hərbi  donanmasında  yüksək  rütbəli 

zabitlərdən  yalnız  “Ərdahan”  və  “Ast-

rabad”  gəmilərində  xidmət  edən  dəniz 

xidməti  kapitanı  Həsən  Çilingərzadə 

və  1-ci  dərəcəli  kapitan  Gitançızadə 

azərbaycanlı  idi.  Hərbi  Nazirlikdə  do-

nanma  ilə  məğul  olan  bölmə  olmadı-

ğından Xəzər hərbi donanması ilə bağlı 

məsələlərə Nəqliyyat Nazirliyində baxı-

lırdı. 

1919-cu  ilin  sonlarında  Baş 



qərargahın  nəzdində  6  ştat  vahidindən 

ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıl-

mışdı.  Ümumilikdə  Azərbaycan  Xəzər 

hərbi  donanmasının  tərkibində  75,  100 

və 120 mm çaplı toplarla silahlanmış  iki 

kanoner gəmisi –  “Ərdahan” və “Kars”, 

“Astrabad”,  “Göytəpə”,  “Araz”,  “Nar-

gen” xidməti və köməkçi gəmiləri, “Or-

yol”  nəqliyyat  gəmisi,  silahlı  “Puşkin” 

paraxodu, həmçinin kater var idi. 

Hərbi  donanma  üçün  kadrların  ha-

zırlanması  məqsədilə  Bakı  Dəniz  Avi-

asiyası  məktəbinin  bazasında  Xüsusi 

hərbi-dəniz aviasiyası məkəbi, 1919-cu 

ilin oktyabrın 14-də isə dəniz aviasiyası 

dəstəsi yaradıldı. 

Yenidən  müstəqillik  əldə  etdikdən 

sonra  Azərbaycan  Respublikası  Parla-

mentinin  9  oktyabr  1991-ci  ildə  qəbul 

etdiyi “Azərbaycan Respublikası Silah-

lı  Qüvvələri  haqqında”  qanuna  əsasən 

Silahlı  Qüvvələrin  tərkib  hissəsi  kimi 

Hərbi  Dəniz  Qüvvələrinin  yaranması-

nın hüquqi bazası müəyyən olunmuşdu. 

Keçmiş Sovetlər ittifaqı tərkibində olan 

müstəqilliyini  əldə  etmiş  Rusiya,  Qa-

zaxıstan,  Türkmənistan  və  Azərbaycan 

Xəzəryanı dövlətləri arasında əldə olu-

nan  razılığa  görə  Azərbaycan  onun 

ərazisində  yerləşən  sabiq  Xəzər  hərbi 

donanmasının bütün bazalarına və 25% 

hərbi gəmilərinə sahib olmuşdu.

İkinci dəfə dövlət müstəqilliyini əldə 

etdikdən sonra 26 iyul 1992-ci ildə “Ba-

kılı”  gözətçi  gəmisində  ilk  dəfə  olaraq 

müstəqil Azərbaycanın üçrəngli Dövlət 

bayrağı  qaldırılmış  və  Azərbaycan  öz 

Hərbi  Dəniz  Qüvvələrini  yaratmağa 

başlamışdı.  İlk  mərhələdə  Hərbi  Dəniz 

Qüvvələrinə  müxtəlif  tipli  gəmilərlə 

komplektləşdirilmiş  beş  divizion  və 

sahil  bölmələri  daxil  olmuş,  Xəzər 

hövzəsində  yerləşən  müşahidə  postla-

rı və mayakların fəaliyyəti bərpa olun-

mağa  başlanmışdı.  4  noyabr  1997-ci  il 

tarixli  “Azərbaycan  Respublikasının 

Hərbi  Dəniz  Bayraqları  haqqında”  qa-

nuna əsasən hərbi və köməkçi gəmilərdə 

qaldırılan bayraqlar haqqında əsasnamə 

qəbul edilmişdi. 7 avqust 2000-ci ildən 

etibarən Hərbi Dəniz Qüvvələrinin bütün 

gəmilərində  Hərbi  Dəniz  Qüvvələrinin 

bayrağı qaldırılmışdı.

1996-cı  ildə  Ali  Hərbi  Dənizçilik 

Məktəbi  əsasında  Dəniz  Akademiyası 

təşkil olunmuş və həmin ildə ulu öndər 

Heydər Əliyevin fərmanı əsasında 5 av-

qust tarixi - Azərbaycanda Hərbi-Dəniz 

Qüvvələri  Günü  kimi  qeyd  olunmağa 

başlamışdır.



271

Tarixdə bu gün

Cəbrayıl rayonunun işğalı günü

1993 

AVQUST

Ərazisi : 1049  

km² 

Əhalisi: 54430 nəfər

İşğal tarixi: 23.08.1993 

1993-cü il avqust ayının 23-də  

Cəbrayıl  rayonu  işğalçı  erməni 

silahlı  qüvvələri  tərəfindən  zəbt 

edilmişdir.

1994-cü il Horadiz əməliyyatı   

zamanı Milli Ordunun hərbi silah-

lı  qüvvələri  şəhər  mərkəzinə  və 

Xudafərin körpüsü istiqamətində 

irəliləsə  də,  Cəbrayılın  yalnız 

Cocuq-Mərcanlı  kəndi  düşmən 

işğalından azad olunmuşdur.

İşğaldan əvvəl rayonda 72 orta 

və natamam orta məktəb, 3 musi-

qi məktəbi, 12 mədəniyyət evi, 32 

klub, 10 mədəni çadır və avtoklub, 

78  kitabxana,  3  daimi,  4  səyyar 

kinoqurğu  fəaliyyət  göstərmişdi. 

Zəngin  eksponatları  olan  tarix-

diyarşünaslıq  muzeyi  olmuşdu. 

Əhaliyə  210  çarpayılıq  mərkəzi 

xəstəxana və ümumi çarpayı sayı 

245 yer olan kənd xəstəxanaları, 

Dağ  Tumas,  Quycaq,  Balyand 

kəndlərində  11  həkim,  52  feld-

şer  -  mama  məntəqəsi  xidmət 

göstərirdi.

Cəbrayıl  rayonunda  respub-

lika  və  rayon  əhəmiyyətli  120-

dək  tarixi  memarlıq  abidəsi, 

qiymətli  ağac  növlərindən  ibarət 

meşələr,  böyük  ehtiyata  malik 

yeraltı  sərvətlər,  qeyri-adi  flo-

ra  və  faunası  ilə  seçilən  Dirida-

ğın özünəməxsus təbiət guşələri, 

mineral  maddələrlə  zəngin  su 

mənbələri  erməni  işğalçıları 

tərəfindən dağıdılaraq məhv edil-

mişdir. 

Ümumiyyətlə, 

döyüşlərdə 

180,  atəşkəs  dövründə  isə  16 

nəfər  həlak  olmuş,  14  nəfər  po-

lis, 60 nəfər mülki şəxs dünyasını 

dəyişmiş, 90 nəfərə yaxın isə əsir 

və itkin düşmüşdür. Cəbrayıllılar 

içərisində  180  nəfər  Qarabağ 

müharibəsi  əlili  statusu  almış, 

6  nəfər  isə  “Azərbaycanın  Milli 

Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. Cəbrayıllılar arasında 

351 nəfər şəhid ailəsi var.

2006-2007-ci  illər  ərzində 

erməni  işğalçıları  tərəfindən 

rayonun  16  min  hektardan 

artıq 


ərazisində 

yanğınlar 

törədilmişdir. 

Ölkənin 58 bölgəsinə səpələnən 

cəbrayıllılar  daha  çox  Beyləqan, 

İmişli, Sabirabad, Saatlı, Biləsuvar 

rayonlarında məskunlaşmışlar. 

Biz inanırıq ki, qələbə uzaqda 

deyil. Ali baş komandanın yürüt-

düyü uzaqgörən siyasət, apardığı 

danışıqlar  nəticəsində  torpaqla-

rımız  işğaldan  azad  olacaq,  bü-

tün  həmvətənlərimiz  öz  yurd-

yuvalarına dönəcəklər.



23

Ə d ə b i y y a t

Abuzərov, A. Cəbrayılın qəm 

karvanı /A.M. Abuzərov.-

Bakı: Ulu, 2000.-180 s

Əlimiz çatmayan yurd 

yerlərimiz  Cəbrayıl və 

Füzulinin işğalından 22 il 

ötür //Mədəniyyət .-2015.- 19 

avqust.- S. 15.

Xalid.Bu gün iki rayonun 

işğal tarixi anılır Cəbrayıl və 

Füzulinin işğalı ilə daha 191 

600 Azərbaycanlı məcburi 

köçkün düşüb /Xalid //Üç 

nöqtə .-2013.- 23 avqust.- S. 

10.

Tarixin dedikləri və 

demədikləri  Cəbrayılın işğa-

lından 22 il keçir /B.Qaraca

//Azərbaycan .-2015.- 22 

avqust.- S. 5.

Tapdıqoğlu, N.Qapısı bağlı 

yollar  Füzuli və Cəbrayıl 

rayonlarının işğalından 22 il 

keçir /N.Tapdıqoğlu //Kredo 

.-2015.- 4 sentyabr.- S. 14-15.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.files.preslib.az

272

Tarixdə bu gün

Füzuli rayonunun 

işğalı günü

1993  

  

                         

 

AVQUST

23 avqust 1993-cü ildə ümumi sahəsi 1386 

km²

 

olan  Füzuli  rayonunun  qərb  hissəsindən  125368 



hektar ərazinin erməni bədxahları tərəfindən işğal 

olunmasından 23 il ötür.

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin 

adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu 

ildə yenidən təşkil olunmuş və Qaryagin adlandı-

rılmışdır.  1959-cu  ilin  aprelində  böyük  şairimiz 

Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi 

şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli 

rayonu adlandırılmışdır.

Qarabağımızın dilbər guşəsi olan Füzuli rayo-

nu  ərazisində  müxtəlif  vaxtlarda  Qaraköpəktəpə, 

Qarabulaq  kurqanlarında,  Günəştəpədə,  Quruçay 

sahillərində  tədqiqatlar  aparılmış,  Azərbaycanın 

qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-

ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli 

Hüseynov tərəfindən aşkar olunmuş preneandertal 

– Azıxantrop adamının alt çənəsinin sümükləri ra-

yon mərkəzindən 15 km aralı məsafədə yerləşən 

Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeo-

logiya  elminin  böyük  nailiyyətləri  olan  bu  abidə 

Qarabağın Füzuli rayonu ərazisində vaxtilə qədim 

paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.

İşğaldan  əvvəl  rayonda  1  şəhər,  1  şəhər  tipli 

qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi, 

45 klub, xalq və dövlət dram teatrları, 685 çarpa-

yılıq  13  xəstəxana,  40  feldşer-mama  məntəqəsi, 

vərəm və dəri - zöhrəvi xəstəlikləri dispanseri, 20 

kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 

məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kol-

xoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər 

var idi.

Məhsuldarlıq baxımından kənd təsərrüfatına ya-

rarlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri 

olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, 

qoyunçuluq,  quşçuluq,  baramaçılıq  geniş  inkişaf 

etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, tikinti tresti, 

6  nəqliyyat  təşkilatı,  13  sənaye  müəssisəsi  və  s. 

fəaliyyət göstərirdi.

1988-ci ildən başlayan erməni təcavüzünə qar-

şı  mübarizədə  minlərlə  Füzuli  sakini  döyüşmüş, 

yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düş-

müşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox 

itkin və şəhid verən Füzuli rayonunun əhalisi ol-

muşdur.  Füzulinin  1100-dən  çox  şəhid  və  itkini, 

113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.  

Erməni  təcavüzü  nəticəsində  36  361  nəfər  uşaq 

zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 

Müharibənin  əsas  ağırlığını  Qacar,  Divannalar, 

Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbu-

laq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, 

Cəmilli,  Dilağarda,  Yağlıvənd,  Govşad,  Xələfşə, 

Mollavəli  kəndlərinin  əhalisi  çəkmişlər.  Hazırda 

51 kənd və rayon mərkəzi erməni tapdağı altında 

zillət  çəkir,  55  min  nəfərə  yaxın  füzulili  köçkün 

həyatı yaşayır.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 

qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si yeni 

salınmış  və  məcburi  köçkün  ailələri  müvəqqəti 

olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 

min nəfər məcburi köçkün məskunlaşmışdır.

2006-2009-cu  illər  ərzində  rayonun  35  000 

hektardan artıq ərazisi ermənilər tərəfindən yandı-

rılmışdır.

Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya-

xın zamanlarda erməni zülmündən azad ediləcək, 

Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaqdır.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin