Ə d ə b i y y a t
Oqtay Şıxəliyev: monoqra-
fiya /mətnin müəl. və tərt.
M.Tərlanov.- Bakı: İşıq,
1988.- 68 s.
Abbasov, T. Oqtay
Şıxəliyevin yaradıcılığı
/T.Abbasov //Qobustan.-
2011.- №2.- S.45-47.
Araplı, Y. Gözəl bir insan
kimi... /Y.Araplı //Mədəni
həyat.-2014.- №9.- S.22-26.
Azəri, L. Paytaxtda iz
qoyan rəssam /L.Azəri
//Mədəniyyət.- 2013.- 6
noyabr.- S.12
Quliyev, Ə. Ustad rəssam:
Oqtay Şıxaliyev /Ə.Quliyev
//Azərbaycan.-2011.-4 sent.-
S.5.
Oqtay Yusif oğlu Şıxəliyev
//Mədəniyyət.-2012.- 1
fevral.- S.4; Xalq qəzeti.-
2012.-1 fevral.-S. 6
Sadıqov, S. Monumentalist
rəssamın dəzgah rəngarlığı
əsərləri /S.Sadıqov //
Palitra.-2015.- 8 may.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
Oqtay Şıxəliyev
1931-2012
SENTY
ABR
Oqtay Yusif oğlu Şıxəliyev 1931-ci
il sentyabr ayının 3-də Bakı şəhərində
anadan olmuşdur. 1939-cu ildə Bakı
şəhər 1 saylı orta məktəbdə təhsil al-
mışdır.
1947-ci ildə Ə.Əzimzadə adı-
na Rəssamlıq məktəbinə (indiki
Azərbaycan Dövlət Rəssamlıq Aka-
demiyası) daxil olmuşdur. 1952-ci
ildə rəssamlıq məktəbini fərqlənmə
diplomu ilə bitirmişdir. 1952-1958-ci
illərdə V.İ.Muxina adına Leninqrad
Ali Bədii Sənaye Məktəbinin bədii
keramika şöbəsində dekorativ-tətbiqi
sənət ixti-sası üzrə təhsil almışdır.
1957-ci ildə Gənclərin Ümumitti-
faq Sərgi Festivalında dekorativ sənət
üzrə birinci mükafata layiq görülmüş-
dür.
1960-cı ildə Azərbaycan Rəssamlar
İttifaqına üzv qəbul olunmuşdur. 1963-
1967-ci illərdə Ə.Əzimzadə adına
Bakı Rəssamlıq Məktəbində müəllim,
1967-ci ildə Azərbaycan Teatr İnstitu-
tunda (indiki ADMİU) müəllim, 1969-
cu ildən baş müəllim vəzifələrində
işləmişdir. 1983-cü ildə Azərbaycan
İncəsənət Universitetinin Rəsm ka-
fedrasının dosenti, 1993-cü ildə həmin
kafedranın professoru elmi rütbəsini
almışdır. 2001-ci ildən Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının
Rəsm kafedrasının, 2005-ci ildən
Akademik rəsm kafedrasının, 2011-ci
ildən ömrünün sonunadək isə Rəsm
kafedrasının professoru vəzifələrində
çalışmışdır.
XX əsrin 60-cı illərindən etibarən
bir çox ictimai binaların-idman sarayı,
məktəb, zavod, metro stansiyası, park
və s. bədii tərtibatını vermiş və binala-
rın interyerində müxtəlif formalı kom-
pozisiyalar yaratmışdır.
Rəssamın monumental yaradıcı-
lıq nümunələrinə misal olaraq Ba-
kıdakı 18 saylı məktəb, Bakı məişət
kondisionerləri zavodu, “Azərbaycan”
nəşriyyatının binası, Bakıda “Uşaq
dünyası” universal mağazası və
digərlərini göstərmək olar.
Rəngkarlıq sahəsində çalışmış,
çoxlu portret və mənzərə təsvirləri,
plakatlar işləmiş, dekorativ vazalara
və boşqablara tərtibat vermişdir. Daha
çox lokal rənglərə üstünlük verən
rəssam bu rənglərin ahəngini onların
təzadı ilə birgə yaratmışdır.
“Mənim
qaracam”,
“Nigar”,
“Qız”, “Kimyaçı” kimi portretlərdə,
həmçinin, “Qobustan”, “Müharibənin
nəticələri” adlı mənzərələrində buna
rast gəlmək mümkündür.
Rəssam dəzgah rəngkarlığının
müxtəlif janrlarında bir-birindən ma-
raqlı əsərlər yaratmışdır. “Çənlər”
(1969), “Kürün ram edilməsi” (1970),
“Ancaq sülh” (1970), “Sallaqxana”
(1970), “Mənim buketim” (1971),
“Kapella” (1980), “Muğam” (1982)
və s. əsərləri onun tematik tablolarının
əsas bədii xüsusiyyətlərini əks etdirir.
Portret və mənzərə janrında ya-
ratdığı “Qobustan daşları” (1966),
“Sumqayıt boruları” (1970), “Tarzən
Bəhram Mansurov” (1972), “SSRİ
Xalq artisti Mirzağa Əliyev” (1974),
“Aydın səma” (1974), “Rəssam Ra-
sim Babayev” (1975), “Nigar” (1975),
“Rəssamın ailəsi” (1976), “Meksika
həyəti” (1982) və s. rəssamın yadda-
qalan uğurlu əsərlərindəndir.
Bir çox xarici ölkələrdə - Meksika,
Almaniya, Kanada və s. yaradıcılıq
səfərlərində olmuşdur. Əsərləri dünya-
nın müxtəlif ölkələrində nüfuzlu mu-
zey, qalereya və şəxsi kolleksiyalarda
saxlanılır.
1982-ci ildə Azərbaycan Respub-
likasının “Əməkdar rəssamı”, 1992-
ci ildə isə “Xalq rəssamı” fəxri ad-
larına layiq görülmüşdür. Prezident
təqaüdçüsü idi.
Oqtay Şıxəliyev 2012-ci il yanvar
ayının 30-da Bakı şəhərində vəfat et-
3
85
illiyi
Rəssam
280
7
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Əyyub Hüseynov
1916-1998
SENTY
ABR
Əyyub Müseyib oğlu Hüseynov
1916-cı il sentyabr ayının 3-də Naxçı-
van vilayətinin (Naxçıvan MR) Noraşen
rayonunun (indiki Şərur) Xok kəndində
anadan olmuşdur.
Əyyub Hüseynovun yaradıcılığının
erkən dövrü onun Bakı Rəssamlıq Tex-
nikumunda təhsil aldığı illərdən başlanır.
O, 1931-ci ildə texnikuma daxil olmuş,
buranı bitirdikdən sonra təhsilini Tbilisi
Rəssamlıq Akademiyasında davam etdir-
mişdir. Təhsilini başa vurduqdan sonra
bir müddət Naxçıvan Dövlət Dram Te-
atrında quruluşçu rəssam işləyən Əyyub
Hüseynov müxtəlif tamaşalar üçün de-
korasiya və eskizlər hazırlayırdı. Lakin
rəssam kimi dəzgah rəngkarlığına daha
çox meyl etmişdir.
Əyyub Hüseynov zəhmət və kənd
mövzularında rəngarəng tablolar yarat-
mış, yaradıcılığının bütün dövrlərində
mənzərə, portret, məişət janrlarına
müraciət etmiş, özünəməxsus bədii
xüsusiyyətləri, geniş rəng yaxmaları ilə
seçilən üslub nümayiş etdirmişdir.
Zaman etibarilə Əyyub Hüseynovun
yaradıcılığını üç dövrə bölmək olar:
sənət fəaliyyətinə başladığı erkən (30-
50-ci illər), yaradıcılığının məhsuldar
mərhələsi olan inkişaf (60-80-ci illər)
və bədii sənətkarlıq baxımından cila-
lanmış yetkin dövrü (80-90-cı illər).
Bu dövrlərin hər birinin özünəməxsus
cəhətləri, sənət dünyagörüşü, bədii üs-
lub xüsusiyyətləri olmuşdur.
Yağlı boya ilə çoxlu sayda mənzərə,
məişət-tematik və digər mövzularda
əsərlər yaradan rəssamın yaradıcılığında
milli-tarixi tematika mühüm yer tutur.
Daha çox mənzərəçi, portretçi rəssam
kimi tanınsa da, tablolarında bu tematika
olduqca ifadəli, təsirli məzmuna, dərin
məna yükünə, ciddi ideya-bədii tutuma
malikdir.
1948-1998-ci ildə pedaqoji fəaliyyətə
başlamış, 1956-1965-ci illərdə Əzim
Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq məktəbinin (indiki ADRA)
direktoru işləmişdir. Ömrünün 50 ilini bu
gün adları, yaradıcılıqları ilə şöhrət qa-
zanan neçə-neçə fırça ustalarının əhatəli
bilgi qazanmalarına sərf etmişdi.
Əyyub Hüseynovun əsərlərində tor-
paq, səma, təbiət təsvirləri üstünlük
təşkil edir. “Araz vadisində” mənzərə
tablosunun yaranmasından 70 ildən ar-
tıq vaxt keçməsinə baxmayaraq, bu gün
də məşhurdur. Əyyub Hüseynov so-
vet dövründə əsərləri ilə Azərbaycanı
dünyada tanıtdıranlardan biri olmuşdu.
Müxtəlif janrlarda çəkdiyi rəsmlərində
milli dəyərlərimizi təsvir etmişdi. Yarat-
dığı tablolar bu gün də dünya muzeylərini
bəzəyən eksponatlardandır.
Əmək mövzusunda çəkdiyi “Kömək
gəlib”,
“Yaylaqda”,
“Çobanlar”,
mənzərə janrında “Şahbuz”, “Yağış-
dan sonra”, “Aşıq Ələsgər”, “Əmək
qəhrəmanı” portretləri məşhurdur.
1980-ci ildə o, Əməkdar incəsənət
xadimi adına layiq görülmüşdür.
Görkəmli fırça ustası Əyyub Hüsey-
nov 1998-ci il aprel ayının 17-də vəfat
etmişdir.
Ə d ə b i y y a t
Hüseynov Əyyub Müse-
yib oğlu //Azərbaycan
Sovet Ensiklopediyası:
10 cilddə.- Bakı, 1987.-
C.10.- S. 285.
Hüseynov Əyyub
Müseyib oğlu //Naxçı-
van ensiklopediyası;
Azərbaycan Milli EA.-
Bakı, 2002.- S.192 .
Tarixin rəngləri
əməkdar incəsənət
xadimi Ə. Hüseyno-
vun yaradıcılığına
milli-tarixi tematika/ E.
Hüseynov// Mədəniyyət
2014.- 5 oktyabr.- S.12.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
3
100
illiyi
Rəssam
281
Musiqi.Opera.Balet
Ə d ə b i y y a t
Qədim və orta əsrlərin musiqi mədəniyyəti: tarixi-fəlsəfi təhlil /G.Abdullazadə; elmi red. A.Şükürov.- Bakı: Qartal, 1996.- 292 s.
Simfoniya [Notlar]: fortepiano üçün 4 əlli köçürmə /G.Abdullazadə.- Bakı: Adiloğlu, 2004.- 80 s.
Azərbaycan milli musiqisinin tədqiqi problemləri: məqalələr toplusu /red.: G.Abdullazadə, E.Abasova; məsul red. A.Abduləliyev;
Ü.Hacıbəyov adına BMA.- II buraxılış.- Bakı: Elm və həyat, 1996.- 78 s.
Abdullazadə Gülnaz Abutalıb qızı //Muğam ensiklopediyası /Heydər Əliyev Fondu.- Bakı, 2008.- S.11-12.
İ n t e r n e t d ə
www.anl.az
Gülnaz Abdullazadə
1946
SENTY
ABR
Gülnaz Abutalıb qızı Abdullazadə
1946-cı il sentyabr ayının 7-də Bakı
şəhərində anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasının (indiki AMK)
bəstəkarlıq sinfini bitirmişdir. Görkəmli
bəstəkar Cövdət Hacıyevin tələbəsi ol-
muşdur.
1976-1979-cu illərdə M.Lomonosov
adına Moskva Dövlət Universitetinin
aspiranturasında (fəlsəfə fakültəsinin
Estetika kafedrası) təhsil almışdır. As-
piranturanı bitirdikdən sonra “Hege-
lin estetikasında musiqi incəsənətinin
problemləri” mövzusunda namizədlik,
1990-cı ildə doktorluq dissertasiya-
sını uğurla müdafiə etmişdir. “Qədim
və orta əsrlər musiqi mədəniyyətinin
tarixi-fəlsəfi
təhlili”
(Şərq-Qərb
kontekstində) mövzusunda elmi işi
yüksək qiymətləndirilmiş və 1992-ci
ildə professor elmi rütbəsini almışdır.
Gülnaz xanım 1 saylı musiqi
məktəbində, A.Zeynallı adına Musiqi
Texnikumunda,
Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitunda (indiki ADX-
DU) kafedra müdiri vəzifəsində çalış-
mışdır.
1991-ci ildən Bakı Musiqi Akade-
miyasının elmi-tədqiqat və yaradıcılıq
işləri üzrə prorektorudur.
Gülnaz Abdullazadə Azərbaycan
musiqişünaslığında ilk dəfə olaraq mu-
ğamların fəlsəfi mahiyyətini araşdır-
mışdır.
Azərbaycan və dünya musiqisinin
fəlsəfi problemlərinə və Azərbaycan
bəstəkarlarının yaradıcılığına dair bir
sıra əsərlərin müəllifidir.
“Azərbaycan muğamlarının fəlsəfi
mahiyyəti” (1983), “Musiqi sənətinin
fəlsəfi mahiyyəti” (1985), “Musiqi, in-
san, cəmiyyət” (1991), “Azərbaycan
fəlsəfəsi” (həmmüəllif, 1993), “Qədim
və orta əsrlərin musiqi mədəniyyəti”
(1996) “Hegelin musiqi estetika-
sı” (1999) və s. monoqrafiyalarını
yazarkən bütövlükdə muğamların və
folklor musiqisinin fəlsəfi mahiyyətinə
əsaslanmışdır.
IV Uluslararası Türk Kültürü
Konqresində (Ankara, Atatürk Kültür
Mərkəzi. 1997, 4-7 noyabr), Uluslararası
Avropada və Türk Cümhuriyyətlərində
musiqi mədəniyyəti və tədrisi
konqresində (Ankara, Qazi Universite-
ti. 2002,13-16 noyabr), bir sıra konf-
rans və seminarlarda məruzələrlə çıxış
etmişdir.
Gülnaz Abdullazadə 1999-cu ildə
akademik Yusif Məmmədəliyev adına
mükafatın laureatı olmuşdur.
7
70
illiyi
Bəstəkar-musiqişünas
282
Musiqi.Opera.Balet
85
illiyi
Mobil Əhmədov
1931-2006
SENTY
ABR
Mobil Salman oğlu Əhmədov 1931-
ci il sentyabr ayının 10-da Gəncə
şəhərində anadan olmuşdur. 1955-ci
ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq
Məktəbinə (indiki ADRA) daxil olmuş-
dur. Bir il sonra isə Azərbaycan Dövlət
Konservatoriyasına (indiki AMK)
qəbul olmuş və Bülbülün sinfində
oxumuşdur. 1961-ci ildə təhsilini başa
vuraraq Dövlət Radiosunun xorunda
işləməyə başlamış, həmin ilin sentyabr
ayında Musiqili Komediya Teatrına so-
list kimi dəvət olunmuşdur.
Mobil Əhmədov teatrın səhnəsində
bir-birindən maraqlı, təkrarolunmaz
obrazlar yaratmış, xalqın yaddaşına
həkk olunmuşdur. Şıxəli Qurbanovun
əsəri əsasında Süleyman Ələsgərovun
“Milyonçunun dilənçi oğlu” operetta-
sında Yetim obrazı ilə çox böyük uğur
qazanmışdır.
O, klassik operettalarda və klassik
milli dramaturgiya əsasında yazılmış
musiqili komediyalarda bir-birindən
maraqlı rollar ifa etmişdir: Sərvər və
Rüstəm bəy, Əsgər (“Məşədi İbad” və
“Arşın mal alan”, Ü. Hacıbəyli), Heydər
bəy (“Hacı Qara”, M.F.Axundzadənin
eyniadlı əsəri əsasında libretto
müəllifi Ş.Bədəlbəyli. R.Mustafayev
və V.Adıgözəlov), Məhəmmədhəsən
əmi (“Danabaş kəndinin əhvalatları”,
C.Məmmədquluzadənin eyniadlı əsəri
əsasında libretto müəllifi C.Səlimova,
bəstəkar O.Kazımov) və s.
Mobil Əhmədov həmçinin Tu-
ğay (“Bir dəqiqə”, M.Əlizadə və
H.Xanməmmədov), Nadir (“Qızılax-
taranlar”, H.Seyidbəyli və T.Quliyev),
Ayaz (“Qaynana”, M.Şamxalov və
Z.Bağırov), Alay (“Gözün aydın”,
M.Əlizadə və F.Əmirov), Bəxtiyar
(“Ulduz” S.Rəhman və S.Ələsgərov),
Arzu, Zəfər, Yetim, Toğrul (“Olmadı
elə, oldu belə”, “Özümüz bilərik”, “Mil-
yonçunun dilənçi oğlu”,“Sevindik qız
axtarır”, Ş.Qurbanov və S.Ələsgərov),
Cəsarət, Çingiz (“Nənəmin şah-
lıq quşu”, “Boşanaq, evlənərik”,
Ə.Kürçaylı və V.Adıgözəlov), Sahib
(“Ləpələr”, Ə.Kürçaylı və A.Məlikov),
Etibar (“Qızılgül”, M.Əlizadə və
S.Hacıbəyov) və s. obrazlarını yarat-
mışdır.
Şirin, məlahətli, coşğun səsə
və zəngin çalarlı aktyorluq ifadə
vasitələrinə, eləcə də həssas obraz du-
yumuna malik olan Mobil Əhmədovun
bu gün Azərbaycan Teleradiosunun
qızıl fondunda 600-ə yaxın lent yazısı
saxlanmaqdadır.
1978-ci ildə Azərbaycan SSR-in
“Əməkdar artist”, 2000-ci ildə isə
“Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür.
Mobil Əhmədov 2006-cı il iyun
ayının 3-də Bakı şəhərində vəfat etmiş,
Gəncədə dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Vahidoğlu, Ü. Akt-
yorun tale ləpirləri
/Ü.Vahidoğlu.- Bakı:
Tural-Ə NPM, 2001.- 55
s.
Qasımov, R. Ruhun şad
olsun, Ustad! /R.Qasımov
//525-ci qəzet .-2011.- 3
iyun.-S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.medeniyyet.az www.
genceinformsiya.com
10
Müğənni
283
Musiqi.Opera.Balet
110
illiyi
Xanlar Haqverdiyev
1906-1980
SENTY
ABR
Xanlar Məmməd oğlu Haqverdiyev
1906-cı il sentyabr ayının 25-da Ağ-
dam rayonunun Seyidli kəndində, bəy
ailəsində anadan olmuşdur.
1928-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasının (indiki AMK)
Vokal şöbəsinə daxil olmuş, professor
H.Speranskidən rus və Avropa mu-
siqisini, Seyid Şuşinskidən isə klas-
sik mu-ğamlarımızın incəliklərini
öyrənmişdir.
1929-cu ildə Azərbaycan Dövlət
Opera və Balet Teatrına xorda oxumaq
üçün qəbul edilmişdir. Ona “Əsli və
Kərəm” operasında Sofi rolu, Hüseyn-
qulu Sarabski (Kərəm) kimi sənətkarın
tərəf müqabili olmaq tapşırılmışdır.
1932-1933-cü
illərdə
Türkmənistanda Azərbaycan Dövlət
Opera və Dram Teatrı yaradılmışdır.
Aşqabad Azərbaycan Teatrının inki-
şafında bir çox sənətkarlarla yana-
şı görkəmli aktyor Rza Əfqanlının,
opera müğənnisi Xanlar Haqverdiye-
vin də rolu olduqca böyük olmuşdur.
O, türkmən xalqının böyük rəğbətini
qazanmışdır. Məhz bunun nəticəsi
olaraq müğənninin əməyi yüksək
qiymətləndirilmiş, 1939-cu ildə ona
“Türkmənistan SSR-in Əməkdar artis-
ti” fəxri adı verilmişdir.
Xanlar Haqverdiyev 1959-cu ildə
Moskvada Azərbaycan incəsənəti və
ədəbiyyatı ongünlüyündə iştirak etmiş,
“Sevil”, “Koroğlu” operalarında çıxış
etmişdir.
Teatr
incəsənəti
sahəsində
fəaliyyətinə və zəhmətkeşlər qarşısın-
da mədəni xidmətlərinə görə 1956-cı
ildə ona “Azərbaycan SSR Əməkdar
artisti” fəxri adı verilmişdir.
Xanlar Haqverdiyev Azərbaycan
Teatr Cəmiyyətinin üzvü idi.
Lirik-dramatik tenor səs tembrinə
malik olan Xanlar Haqverdiyev
Məcnun, İbn Salam (“Leyli və Məcnun
- Ü.Hacıbəyli), Kərəm (“Əsli və
Kərəm” - Ü.Hacıbəyli), Şah İsma-
yıl, Əlyar (“Şah İsmayıl”, “Nərgiz”-
M.Maqomayev), Qərib (“Aşıq Qərib”
- Z.Hacıbəyli), aşıq (“Şahsənəm” -
R.Qlier) və s. partiyalar ifa etmişdir.
Musiqili səhnə sənətini inki-
şaf etdirmək sahəsində göstərdiyi
xidmətlərinə görə o, dəfələrlə
Azərbaycan SSR Ali Soveti Rəyasət
heyətinin, keçmiş Sovet İttifaqı res-
publikalarının fəxri fərmanları ilə təltif
edilmiş, “Əməkdə fərqlənməyə görə”
medalına layiq görülmüşdür.
1962-ci ilin dekabr ayında Xan-
lar Haqverdiyev təqaüdə çıxsa da,
bir neçə il yenidən opera teatrında
fəaliyyət göstərmiş, gənc müğənnilərin
yetişməsində yaxından kömək etmiş-
dir.
Xanlar Haqverdiyev 1980-ci il de-
kabr ayının 5-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Çəmənli, M. Sənətkar
ömrünün izləri
/M.Çəmənli.- Bakı: Adi-
loğlu, 2006.- 128 s.
Rəhimli, İ. Xanlar
Məhəmməd oğlu
Haqverdiyev //Rəhimli
İ. Azərbaycan Dövlət
Akademik Opera və Balet
Teatrı.- Bakı, 2008.-
S.332.
Xanlar Haqverdiyev
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.-
C.10.- S.125.
Xanlar Haqverdiyev
//Üzeyir Hacıbəyli
ensiklopediyası.- Bakı,
2008.- S.109.
İ n t e r n e t d ə
www.anl.az
www.uzeyirbook.musigi-
dunya.az
25
Opera müğənnisi
284
10
Teatr.Kino
65
illiyi
Yaşar Nuri
1951-2012
SENTY
ABR
Yaşar Məmmədsadıq oğlu Nuriyev
(Yaşar Nuri) 1951-ci il sentyabr ayının
3-də Bakıda tanınmış və unudulmaz
aktyorumuz Məmmədsadıq Nuriyevin
ailəsində anadan olmuşdur. Səhnədə
ilk dəfə on bir yaşında “Toy kimindir?”
(dramaturq Məhərrəm Əlizadə) tama-
şasında Tapdıq rolunda çıxış etmişdır.
Məktəbli vaxtlarında dövlət televiziyası-
nın “Yelkən” verilişinin aparıcılarından
olmuşdur. Bundan başqa o, “Buratino”,
“Qaranquş”, “Pioner” uşaq verilişi-
teatrlarında müntəzəm iştirak etmiş,
müxtəlif dram dərnəklərinə getmişdir.
1968-ci ildə Bakıdakı 173 saylı orta
məktəbi bitirmiş, Azərbaycan İncəsənət
İnstitutunun (indiki ADMİU) dram və
kino aktyorluğu fakültəsinə daxil ol-
muşdur. Kurs rəhbərləri tanınmış səhnə
xadimləri Rza Təhmasib və Əliheydər
Ələkbərovdan aktyorluq sənətinin
incəliklərini öyrənmişdir. Tələbəlik
illərində Balaş (“Sevil” C.Cabbarlı),
Salmanov (“Toy”S.Rəhman), Neznamov
(“Günahsız müqəssirlər” A.N.Ostrovski)
və s. obrazlar yaratmışdır.
1974-cü il dekabr ayının 1-də Akade-
mik Dram Teatrının baş rejissoru Tofiq
Kazımovun dəvəti ilə kollektivin aktyor
truppasına qəbul olunmuşdur.
Yaşar Nuri Milli Dram Teatrında
işlədiyi gündən repertuarda olan bir
çox tamaşalarda iştirak etmişdir. Aka-
demik Milli Dram Teatrının səhnəsində
ilk rolu Aleksandr Vampilovun “Öv-
lad” (“Böyük oğul” 1974) komediya-
sının tamaşasında Silva rolu olmuşdur.
Bundan başqa o, Pərviz (“Bağlardan
gələn səs” İ.Əfəndiyev - 1975), Qa-
sım (“Quşu uçan budaqlar” Ə.Əylisli -
1978), Sərsəm Salman (“Dəli yığıncağı”
C.Məmmədquluzadə - 1978), Əbdüləli
bəy (“Sevil” C.Cabbarlı - 1978) və s.
obrazlarını yaratmışdır.
Yaşar Nuri həm də məşhur kino usta-
sı idi. Əlliyə yaxın bədii filmə çəkilmiş,
Azərbaycan Dövlət Televiziyasında ha-
zırlanmış yüzdən çox tamaşada, bədii
kompozisiyada, satirik səhnəciklərdə
iştirak etmişdir. Onun əsasən baş rolla-
rı ifa etdiyi teletamaşalar televiziyanın
qızıl fondunda daimi sənət nümunələri
kimi qorunur. Bunlara R.Həsənoğlunun
hazırladığı R.Qasımovanın “Yollar
görüşəndə...”, “Ömrün yolları”, İsi
Məlikzadənin “Qatarda”, Anarın “Evləri
köndələn yar”, Mövlud Süleymanlının
“Kökdən düşmüş piano”, H.Cavidin “To-
pal Teymur”, A.Qəhrəmanovun əsərləri
əsasında lentə alınmış “Səni axtarıram”,
“Bağışla”, “Səndən xəbərsiz” trilogi-
yası və s. televiziya tamaşalarını misal
göstərmək olar. Aktyor özünü həm kino-
da, həm də teatrda rejissor kimi sınamış,
teatrda İ.Məlikzadənin “Subaylarınızdan
görəsiniz” əsərinə quruluş vermiş, kino-
da isə “Spasibo” filmini ekranlaşdırmış-
dır.
1981-ci ildə “Azərbaycan SSR-in
Əməkdar artisti”, 1989-cu ildə “Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüş, 1991-
ci ildə 40 illik yubileyində “Yaramaz”
filmindəki roluna görə Dövlət mükafatı
laureatı olmuş, 1992-ci ildə isə “Qızıl
dərviş” mükafatına layiq görülmüşdür.
2005-ci ildən Azərbaycan Respublika-
sının Fərdi təqaüdçüsü idi. 2011-ci ildə
“Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Yaşar Nuriyev 2012-ci il noyabr ayı-
nın 22-də vəfat etmişdir.
Dostları ilə paylaş: |