Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə52/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

İ n t e r n e t d ə

www.anl.az

Tarixdə bu gün

Bakı Müsəlman Qız Məktəbi

1901

SENTY

ABR

9

Azərbaycanın  XX  əsr  siyasi-ictimai 

və mədəni həyatında ömrünün sonunadək 

təmənnasız  olaraq  xidmət  göstərən, 

millətin  inkişafı  yolunda  var-dövlətini 

əsirgəməyən böyük oğullardan biri - Bakı 

milyonçusu  Hacı  Zeynalabdin  Tağıyev 

idi. 


Bakıda  qız  məktəbi  açmaq  istəyən 

H.Z.Tağıyev  əvvəlcə  imperator  III Alek-

sandrdan icazə istəsə də “yox” cavabı alır. 

II Nikolay taxta çıxanda o, yenə müraciət 

edir.  1895-ci  ildə  Nikolayın  tacqoyma 

mərasimində Zaqafqaziya müsəlmanlarını 

təmsil  edən  H.Z.Tağıyev  çarın  xanımı 

Aleksandra  Fyodorovnaya  çox  bahalı 

hədiyyə bağışlayır və Bakıda onun adına 

qız məktəbinin açılmasını xahiş edir. 

1896-cı  ildə  şifahi,  2  il  sonra  isə 

rəsmi razılıq alan Tağıyev məktəb binası 

üçün müvafiq yer seçir. Müsəlman qızlar 

məktəbi  üçün  bina  İsmailiyyə  binasının 

yanında  (Keçmiş  Nikolayevski,  indi-

ki  İstiqlaliyyət  küçəsində)  tikilir.  O,  bu 

işi  memar  İ.V.Qoslavskiyə  həvalə  edir.

Məktəb  binasının  tikilişinə 4  il  vaxt  sərf 

olunur. 

H.Z.Tağıyev bu işə 183 min 533 rubl 

pul  xərcləyir.  Dövrün  böyük  ziyalıları, 

eləcə  də  Həsən  bəy  Zərdabinin  ömür-

gün yoldaşı Hənifə xanım (qeyd edək ki, 

məktəbin  direktoru  Hənifə  xanım  olur), 

Sona xanım Tağıyeva, Əlimərdan bəy Top-

çubaşov və başqa ziyalılar bu işi alqışla-

yır, məktəbin tez açılması üçün əllərindən 

gələni edirdilər.

Nəhayət, 1901-ci ilin payızında Alek-

sandra  imperator  rus-müsəlman  qız 

məktəbinin təntənəli açılış mərasimi olur.

Məktəbin  tədris  kursu  müsəlman 

ailəsinin  tələbləri  nəzərə  alınmaqla  əl 

işləri və evdarlıq üzrə əlavə siniflə rus ib-

tidai məktəblərindəki kurs əsasında qurul-

muşdu. Qızlar təhsilə 7 yaşında başlama-

lı və 4 il oxumalı idi. Dərslər rus dilində 

aparılırdı. Bərabər Azərbaycan dili və din 

dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagir-

din qəbulu nəzərdə tutulmuşdu ki, onların 

20-si H.Z.Tağıyevin ianəsi hesabına təhsil 

alır və onlar da pansionda qalırdılar. La-

kin  qəbul  üçün  50  nəfər  nəzərdə  tutulsa 

da, elə birinci il ərizə verənlərin sayı 58-ə 

çatmışdı. 

Müsəlman  Şərqində  yaradılan  ilk  qız 

məktəbi  müsəlman  ənənələrini  Avropa 

modernizmi  ilə  bacarıqla  birləşdirərək 

Azərbaycanda  dünyəvi  qadın  təhsilinin 

əsasını  qoymuşdur.  Keyfiyyətli  tədris 

üçün  Rusiyanın  müxtəlif  bölgələrindən 

müəllimlər dəvət olunurdu. Qızlar Avropa 

üslubunda olan ağ yaxalıqlı, başlıqlı yara-

şıqlı  uniforma  geyinirdilər.  H.Z.Tağıyev 

kasıb  ailələrdən  olan  qızların  təhsil  al-

ması  üçün  varlı  ailələrdən  olan  qızla-

rın  qəbulunu  məhdudlaşdırır.  Bir  neçə 

ildən sonra o, böyük məbləğdə pul verib 

məktəbə “Qızlar seminariyası” statusu alır 

və məktəb 6 illik olur.

Maarifçilik  tariximizdə,  dünyəvi 

təhsilin inkişafında, Azərbaycan qadınının 

təhsil  almasında  H.Z.Tağıyevin  “Qızlar 

seminariyası”nın  böyük  rolu  olmuşdur. 

Bu  məktəbi  bitirən  onlarla  azərbaycanlı 

qız  sonradan  millətimizin  tərəqqisində 

yaxından iştirak edir, cümhuriyyət fəalla-

rından  olurlar.  Rəhilə  Hacıbababəyova, 

Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, 

Səkinə  Axundzadə,  Məryəm  Qembits-

kaya,  Naxçıvanda  qızlar  məktəbi  açan 

Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə 

Cəmiyyəti”ni yaradan Liza Muxtarova və 

onlarla başqaları belə fəallardandır.



115 

illiyi

296

Tarixdə bu gün

Qurban Bayramı

 

1992

SENTY

ABR

Bütün müsəlman aləmində Qurban bayramı hər 

il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən 

başlayır və adətən üç gün davam edir. Dini qurban 

kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən 

əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Al-

lah (c.c.) İbrahim peyğəmbərə oğlu İsmayılı qur-

ban  verməyi  (onların  Allaha  imanını  yoxlamaq 

üçün) əmr etmişdi. İbrahim əsl dindar kimi Alla-

hın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl 

özü də qurban olmağa razılaşmışdı. Lakin uca Al-

lah bunu öz elçisinə rəva bilməmiş və qurbanlıq 

üçün ona bir qoç göndərmişdi. Buna görə də bu 

bayramda  kəsilən  qurbana  “İsmayıl  qurbanı”  da 

deyirlər.

Çox  sevdiyi  övladını  Allah  yolunda  qurban 

verməyə  hazır  olması  peyğəmbərin  Allah  qarşı-

sında imanının, səmimiliyinin və mütiliyinin bariz 

sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu 

hadisə Allaha imanın, dərin etiqadın nümunəsidir. 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan 

ibarətdir ki, İslamda insanın Allah yolunda qurban 

kəsilməsi  qəbul  olunmur.  İslama  qədər  bir  çox 

dinlərdə  insanları  qurban  vermə  ayinlərinə  rast 

gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insa-

nı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın 

olduqlarını göstərirdilər. Qədim Çində də insanları 

tanrılara qurban vermək adəti olmuş, ölkədə təbii 

fəlakətlərdən,  daşqınlardan  hifz  olunmaq  üçün 

uşaqları suya atırmışlar.

İsmayıl  Qurbanında  kəsilən  heyvanlarda  bir 

sıra  şərtlər  vacib  sayılır.  Qurbanlıq  kimi  seçilən 

heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ol-

malıdır. Nəsil artımında dişi heyvanların müstəsna 

rolu olduğuna görə qurbanlıq heyvanın erkək ol-

ması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına 

gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. La-

kin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha 

yaxşıdır. Kəsilən heyvanın sağlam olması da vacib 

şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynu-

zunun, yaxud qulağının biri olmayan, axtalanmış 

heyvanın qurban kəsilməsi İslamda məsləhət gö-

rülmür. Qurbanın bir hissəsindən din xadimlərinə 

pay  göndərilir,  bir  hissəsi  isə  kasıblara  paylanır. 

Hamıya bərabər pay verilir, qurban kəsən özü də 

bərabər  pay  götürə  bilər.  Ənənəyə  görə  ehtiyacı 

olanlar bayram günü ac qalmasınlar deyə daha çox 

onlara qurban payı verilməsi məqsədəuyğun hesab 

edilir.

Qurbanlığın şərtlərindən biri də budur ki, qur-



ban kəsmək yalnız buna imkanı olan varlı adam-

ların boynunda haqdır. İmkanı olmayan adama isə 

qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün 

borc pula heyvan almaq İslamda təqdir olunmur, 

çünki bu bayramın əsas mahiyyəti zənginlərlə im-

kansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı 

sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra 

etdikləri və ehtiyacı olanları sevindirdiklərinə görə, 

kasıblar  isə  -  dünya  nemətindən  əldə  etdiklərinə 

və başqalarından gördükləri mərhəmət və qayğıya 

görə.

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra 



Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr 

tarixli  “Azərbaycan  Respublikasının  bayram-

ları  haqqında”  Qanuna  əsasən  Qurban  bayramı 

ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Allah  kəsilən  bütün  qurbanlarımızı  qəbul  et-

sin!


12

297

Ə d ə b i y y a t

Milli musiqimizin “Üzeyir 

Günü”  /T.Turqut //İki sahil 

.-2015.- 18 sentyabr.- S.23.

Milli Musiqi Günü təntənəli 

şəkildə qeyd edilib //

Azərbaycan .-2015.-19 

sentyabr.- S.7.

Xəlilzadə, F. Əbədi şöhrətin 

işığı /F.Xəlilzadə //Mədəni 

həyat.- 2012.- №9.- S.5-8.

Qocayev, Ə. 18 sentyabr 

- Milli Musiqi Günü //Qoca-

yev Ə. Bayramlar və tarixi 

günlər.- Bakı, 2006.- S.23. 

“Odlar yurdunun böyük 

musiqi bayramı”:  /Lalə      

//Mədəniyyət .-2015.- 18 

sentyabr.- S. 4. 

Sarıyeva, İ.18 sentyabr 

- Milli Musiqi Günü-

müz... : 1995-ci ildən 

Heydər Əliyevin Fərmanı 

ilə qeyd edilən bay-

ram mədəniyyətimizin 

təbliğində böyük rol oynayır 

/İ.Sarıyeva//Bakı xəbər 

.-2015.- 19-21 sentyabr.- 

S.15

Zərbəliyev, C. Üzeyir 

musiqisinin işığında: 18 

sentyabr - Milli Musiqi 

Günü təntənəli şəkildə 

qeyd olundu /C.Zərbəliyev           

//Mədəniyyət 2013.- 20 

sentyabr.- S. 3.

Tarixdə bu gün

Milli Musiqi Günü

1995 

SENTY

ABR

18

Sentyabr  ayının  18-də Azərbaycan 

xalqının  dahi  oğlu,  musiqi  mədəniy-

yətimizin korifeyi Üzeyir bəy Hacıbəy-

linin doğum günüdür.

XX  əsrin  70-80-ci  illərində  ma-

estro  Niyazinin  təşəbbüsü  ilə  həmişə 

bu  gün  dahi  bəstəkarın  anadan  oldu-

ğu  gün  kimi  respublikamızda  xüsusi 

təntənə ilə qeyd edilirdi. XX əsrin 90-

cı illərində qarışıqlıq və hərc-mərclik

 

vaxtında bu ənənə də unuduldu.   



Unudulmaz  Niyazinin  təşəbbüsü 

1995-ci ildə ulu öndər Heydər Əliyevin 

dahi bəstəkarın anadan olmasının 110 

illik yubileyi ərəfəsində imzaladığı 18 

sentyabrın  Milli  Musiqi  Günü  kimi 

qeyd  olunması  haqqında  fərmanı  ilə 

rəsmi status aldı. Bu nəcib qərar bütün 

insanların,  musiqisevərlərin  ürəyincə 

oldu. 

Ü.Hacıbəyli  bəstəkar,  alim,  ya-



zıçı,  publisist  və  siyasi  xadim  kimi 

çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə 

ilk operanın banisi kimi də məşhurdur. 

Məhz  onun  fədakar  əməyi  sayəsində 

Azərbaycan milli opera sənətinin tari-

xi Ü.Hacıbəylinin “Leyli və Məcnun” 

operası ilə başlandı. 

Bütün  ömrü  boyu  Azərbaycan 

mədəniyyətinə,  musiqisinə  xidmət 

edən bu unudulmaz şəxsiyyət 300-dən 

çox xalq mahnısını nota salmış, marş, 

kantata, fantaziya, mahnı və romanslar, 

kamera və xor əsərlərini yazmışdır. 

Azərbaycan  və  dünya  musiqi 

mədəniyyətinin  inkişafında  misil-

siz  xidmətləri  olmuş  Ü.Hacıbəylinin 

anadan  olmasının  100  illik  yubileyi 

YUNESKO-nun qərarı ilə beynəlxalq 

miqyasda qeyd olunmuşdur. 

Bu  gün  Azərbaycan  musiqi-

si  əsl  çiçəklənmə  dövrünü  yaşayır. 

Ölkəmizdə  davamlı  olaraq  keçirilən 

beynəlxalq musiqi  festivalları, müxtəlif 

müsabiqələr  bütövlükdə,  Azərbaycan 

mədəniyyətinin,  Azərbaycan  musiqi-

sinin  daha  geniş  miqyasda  təbliğinə 

xidmət edir.

Üzeyir 


Hacıbəyli 

həm 


də 

Azərbaycan  Dövlət  himninin  müəllifi 

kimi  tarixi  bir  hadisəyə  imza  atmış-

dır. Bu gün Azərbaycan bayrağı məhz 

həmin  himnin  sədaları  altında  dün-

yanın  ən  mötəbər  salonlarında  uca-

lır,  səhərlərimiz,  həmçinin,  bütün 

tədbirlərimiz  bu  himnin  sədaları  ilə 

başlayır.

Ü.Hacıbəylinin  kimliyi  barəsində 

düşünərkən ilk növbədə, bu dahi insa-

nın öz sözləri yada düşür: “Bəşəriyyət 

tarixində elə şəxslər var ki, onlar özləri 

üçün  anadan  olmayıblar,  bəlkə  bütün 

xalqa və hətta ümuminsaniyyətə xeyir 

gətirmək  və  tərəqqisinə  səbəb  olmaq 

üçün yaranıblar. Bu cür adamlar nəinki 

sağlığında, bəlkə öləndən sonra da ca-

maata mənfəət verirlər”.


298

OKTY

ABR

 

 



 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç.

C.A. 



C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç.

C.A.



C.

Ş.

B. 

B.E.









10 


11 

12 


13 

14 


15 

16 


17 

18 


19 

20 

21 


22 

23 


24 

25 


26 

27 

28 

29

30

31 



®

2013-cü il noyabr ayının  6-da Azərbaycan Milli Elmlər Akademi-

yasının Rəyasət Heyətinin iclasınının qərarı ilə “Nizami Gəncəvi adı-

na Qızıl medal” təsis olunmuşdur.

Əsasnaməyə görə, medal AMEA-nın ən yüksək mükafatıdır. Bu mü-

kafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mü-

hüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixti-

ralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi 

nəzərdə tutulur.

Alimlərin “Nizami Gəncəvi adına Qızıl medal”a namizədliyini irəli 

sürmək hüququ AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrinə şamil 

edilir. 

Beynəlxalq Musiqi Günü (01.10.1975)

• 

Xocavənd rayonunun işğalı günü (02.10.1992)

• 

Beynəlxalq Müəllimlər Günü (05.10.1966)

• 

Dövlət Müstəqilliyinin bərpasının 25-ci 

• 

ildönümü (18.10.1991)

Zəngilan rayonunun işğalı günü (29.10.1993)

• 

1 oktyabr

Gün çıxır 07:36  

Gün batır 19:41

31 oktyabr 

Gün çıxır 07:08 

Gün batır 17:57

24 sentyabr-  

23 oktyabr

Tərəzi bürcü 

Nişanı havadır. 

Veneranın 

himayəsindədir. 

Günəşin Tərəzi 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

yumşaq xasiyyətli, 

parlaq zəkalı 

olurlar. 

875 il

1141-1209

Nizami Gəncəvi


299

Milli Ədəbiyyat

Nasir  Ələkbərzadə  Çingiz  Əbülhəsən  oğlunun  (17.10.1936-07.01.1999) 

anadan olmasının 80 illiyi

Xalq  yazıçısı,  akademik,  ictimai  xadim  İbrahimov  Mirzə  Əjdər  oğlunun 

(28.10.1911-17.12.1993) anadan olmasının 105 illiyi

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Xalq  rəssamı  Əliyev  Kamil  Müseyib  oğlunun  (22.10.1921-01.03.2005) 

anadan olmasının 95 illiyi

Fransız  rəssamı  Pikasso  Pablonun  (25.10.1881-08.04.1973)  anadan 

olmasının 135 illiyi

Musiqi.Opera.Balet

Xalq  artisti,  professor  Mustafayev  Ramiz  Hacı  oğlunun  (16.10.1926-

10.04.2008) anadan olmasının 90 illiyi

Teatr.Kino

Xalq  artisti  Quliyev  Nurəddin  Əzulla  oğlunun  (Nurəddin  Mehdixanlı) 

(06.10.1956) anadan olmasının 60 illiyi

SSRİ  Xalq  artisti,  rejissor  Raykin  Arkadi  İsaakoviçin  (24.10.1911-

17.12.1987) anadan olmasının 105 illiyi

Xalq  artisti  Məlikova  Nəcibə  Haşım  qızının  (25.10.1921-06.07.1992) 

anadan olmasının 95 illiyi

Xalq artisti Salmanlı Ağaxan Əli oğlunun (29.10.1941) anadan olmasının 

75 illiyi

Əməkdar  incəsənət  xadimi,  rejissor  Babazadə  Oqtay  Ələkbər  oğlunun 

(30.10.1941) anadan olmasının 75 illiyi

Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Kamil Balədə oğlunun (08.10.1946-

29.06.1992) anadan olmasının 70 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Bayramov  Soltanağa  Nəhmət  oğlunun 

(17.10.1936-23.08.1993) anadan olmasının 80 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Makeyev İqor Vladimiroviçin (27.10.1971-

02.08.1992) anadan olmasının 45 illiyi

2016


OKTYABR

303


304

302


306

305


309

308


307

300

Siyasət.Hərbi iş

İlk azərbaycanlı hərbi pilot, poruçik Qayıbov Fərrux ağa Məmmədkərim 

ağa oğlunun (02.10.1891-12.09.1916) anadan olmasının 125 illiyi

Dövlət xadimi Quliyev Teymur İmanqulu oğlunun (17.10.1896-18.11.1865) 

anadan olmasının 120 illiyi

Fəlsəfə.İqtisadiyyat

Fəxri  neftçi,  Əməkdar  mühəndis,  Sosialist  Əməyi  Qəhrəmanı  Abbasov 

Qurban  Abbasqulu  oğlunun  (Neftçi  Qurban)  (26.10.1926-14.09.1994) 

anadan olmasının 90 illiyi 

Fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi Əhmədli Cəmil 

Teymur oğlunun (27.10.1931-10.02.2010) anadan olmasının 85 illiyi



Tarix

Tarix elmləri doktoru, professor, arxeoloq Nuriyev Aləm Bayram oğlunun 

(07.10.1936-2004) anadan olmasının 80 illiyi

Mədəniyyət.Maarif.Təhsil

AMEA-nın  müxbir  üzvü,  ədəbiyyatşünas  alim,  tənqidçi  Zamanov Abbas 

Fəttah oğlunun (10.10.1911-01.04.1993) anadan olmasının 105 illiyi

Maarifçi  Qaspiralı (Qasprinskaya) Şəfiqə İsmayıl bəy qızının (14.10.1886-

31.08.1975) anadan olmasının 130 illiyi

Filologiya elmləri doktoru, professor Musayeva-İbrahimova Azadə Şahbaz 

qızının (28.10.1946) anadan olmasının 70 illiyi

Riyaziyyat.Fizika.Astronomiya

Akademik  Mehdiyev  Məhəmməd  Fərman  oğlunun  (02.10.1941)  anadan 

olmasının 75 illiyi

Fizika-riyaziyyat  elmləri  doktoru,  professor  Mərdanov  Misir  Cumayıl 

oğlunun (03.10.1946) anadan olmasının 70 illiyi

Fizika-riyaziyyat  elmləri  doktoru,  professor  Qocayev  Niftalı  Mehralı 

oğlunun (18.10.1936) anadan olmasının 80 illiyi

Kimya.Biologiya.Tibb

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Əliyev Tamerlan Əziz 

oğlunun (03.10.1921-1997) anadan olmasının 95 illiyi

Pediator, tibb elmləri doktoru, professor İsrafilova Nelufər Möhsün qızının 

(04.10.1926-31.01.1996) anadan olmasının  90 illiyi

310


311

312


314

313


315

316


301

Texnika

Texnika elmləri doktoru, professor Qasımzadə Məmmədcavad Süleyman 

oğlunun (16.10.1911-1992) anadan olmasının 105 illiyi

Texnika  elmləri  doktoru,  professor  Əli-zadə  Rasim  İsmayıl  oğlunun 

(29.10.1941) anadan olmasının 75 illiyi

Kitabxanaşünaslıq.Biblioqrafiya

Azərbaycanın ilk görkəmli biblioqraf alimi, dövlət biblioqrafiyası və 

ədəbiyyat sahəsində mütəxəssis Qəhrəmanov Əliheydər Baba oğlunun 

(25.10.1911-23.03.1959) anadan olmasının 105 illiyi 



Tarixdə bu gün

Prоkurоrluq İşçiləri Günü (01.10.1998)

Bеynəlxalq Ahıllar Günü (01.10.1992)

Beynəlxalq Musiqi Günü (01.10.1975)  



Xocavənd rayonunun işğalı günü (02.10.2008)

Beynəlxalq Müəllim Günü (05.10.1994)

Ümumdünya Poçt Günü (09.10.1970)

Azərbaycan Respublikası Ali Soveti “Azərbaycanın milli özünümüdafiə 

qüvvələri haqqında” Qanun qəbul etmişdir (09.10.1991)

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının 

Qanunu qəbul edilmişdir (10.10.2006)

Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi kimi təsbir edən Qars müqaviləsi 

imzalanıb (13.10.1921)

Ümumdünya yoxsulluqla mübarizə Günü (17.10.1992)

Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı 

vəzifəsi təsis edilmişdir (18.10.1991)



Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü (18.10.1991)

Beynəlxalq Kulinariya Günü (20.10.2007)

Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945)

Moskvada Nizami Gəncəvinin abidəsi açılmışdır (25.10.1991)



Zəngilan rayonunun işğalı günü (29.10.1993)

Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü (30.10.1974)

317

318


319

320


325

302

Milli ədəbiyyat 

105 

illiyi

Mirzə İbrahimov

1911-1993 

OKTY

ABR

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il 

oktyabr ayının 28-də Cənubi Azərbaycanın 

Sərab şəhəri yaxınlığındakı Evə kəndində, 

yoxsul kəndli ailəsində anadan olmuşdur. 

1918-ci ildə Mirzə İbrahimov atası və qar-

daşı  ilə  birgə  Bakıya  gəlmişdir.  1919-cu 

ildə atası vəfat etdikdən sonra kişik yaş-

larında  Balaxanı  və  Zabrat  kəndlərində 

muzdurluq etmişdir. Azərbaycanda sovet 

haki-miyyəti  qurulduqdan  sonra  fabrik-

zavod məktəbində oxumuş və işləmişdir. 

Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat 

dərnəyinin  üzvlüyündən  başlamışdır. 

“Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə 

“Aprel alovları” məcmuəsində dərc olun-

muşdur.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İns-



titutunun ikiillik hazırlıq şöbəsində təhsil 

aldıqdan  sonra  1933-cü  ildə  Naxçıvan 

MTS  siyasi  şöbəsində  “Sürət”  qəzetinin 

redaktoru  vəzifəsində  işləmişdir.  1935-

1937-ci  illərdə  SSRİ  EA-nın  Leninqrad-

dakı (Sank-Peterburq) Şərqşünaslıq İnsti-

tutunun aspiranturasında təhsil almışdır. 

Bu dövrdən başlayaraq “Həyat” (1935), 

“Madrid”  (1937),  “Məhəbbət”  (1941), 

“Kəndçi qız” (1961), “Yaxşı adam” (1963), 

“Közərən ocaqlar” (1967) və s. pyeslərini 

qələmə almışdır. Həmçinin görkəmli ya-

zıçı  V.Şekspirin  “Kral  Lir”,  “On  ikinci 

gecə”, A.N.Ostrovskinin “Quduz pullar”, 

“Müdrik olan hər kəsə kifayətdir sadəlik”, 

A.P.Çexovun  “Üç  bacı”,  Molyerin  “Don 

Juan”  və  digər  pyeslərini  Azərbaycan 

dilinə tərcümə etmişdir. 

1942-1946-cı illərdə Azərbaycan SSRİ 

Xalq Maarif Komissarı (XMK) vəzifəsində 

çalışmışdır.  1945-ci  ildə Azərbaycan  EA 

(indiki  AMEA)  təsis  edilərkən  onun  ilk 

həqiqi  üzvlərindən  biri  olmuş,  eyni  za-

manda Azərbaycan Yazıçılar İttifaqı İdarə 

heyətinin sədri (1946-1954), birinci katibi 

(1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə 

heyətinin katibi (1965-1975), Azərbaycan 

SSR  Nazirlər  Soveti  sədrinin  müavini 

(1946-1950),  Azərbaycan  SSR  Ali  So-

veti Rəyasət heyətinin sədri (1954-1958) 

vəzifələrində  işləmiş,  Azərbaycan  KP 

XIV-XIX,  XXII-XXVIII  qurultaylarında 

MK Büro üzvü seçilmişdir. 

Azərbaycan  Yazıçılar  İttifaqı  İdarə 

heyətinin sədri və SSRİ Yazıçılar İttifaqı 

katibi (1970-1986) olmuşdur. 1991-ci ildə 

Ağsaqqallar Şurasının üzvü seçilmişdir.  

1941-ci  ildə  “Azərbaycan  SSR 

Əməkdar  incəsənət  xadimi”  fəxri  adı-

nı  almış,  1950-ci  ildə  SSRİ  Dövlət  mü-

kafatı  laureatı  olmuşdur.  1961-ci  ildə 

“Azərbaycanın Xalq yazıçısı” fəxri adına 

layiq görülmüş, 1965-ci ildə Azərbaycan 

SSR  Dövlət  mükafatı  laureatı,  1979-cu 

ildə  Beynəlxalq  Nehru  mükafatı  laureatı 

olmuşdur.  1981-ci  ildə  “Sosialist  Əməyi 

Qəhrəmanı”  fəxri  adına  layiq  görülmüş-

dür. 1989-cu ildə SSRİ Xalq deputatı se-

çilmiş,  3  dəfə  “Lenin  ordeni”,  “Oktyabr 

inqilabı” ordeni və digər orden və medal-

larla təltif olunmuşdur.  

Ömrünün  axırınadək  Azərbaycan  EA 

Nizami  adına  Ədəbiyyat  İnstitutunun 

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin 

müdiri, çoxcildli “Azərbaycan ədəbiyyatı 

tarixi”nin  redaksiya  heyətinin  üzvü  ol-

muşdur. Əsərləri keçmiş SSRİ xalqlarının 

dillərinə və bir çox xarici dillərə tərcümə 

edilmişdir. 

Görkəmli  yazıçı,  akademik  Mirzə  İb-

rahimov  1993-cü  il  dekabr  ayının  17-də 

Bakıda  vəfat  etmişdir.  Fəxri  Xiyabanda 

dəfn olunmuşdur.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin