Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə53/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 2 

cilddə /M. İbrahimov; 

tərt. ed. və ön sözün 

müəl. V. Yusifli.- I Cild 

Bakı: Şərq-Qərb, 2005.- 

S. 432.

Dilimizin fədakar qoru-

yucusu Mirzə İbrahimov/ 

Cənubi Azərbaycan: 

ədəbi şəxsiyyətlər, 

portretlər: [portret 

oçerklər] /Pərvanə 

Məmmədli; elmi red. 

T.Əhmədov. Hissə1 Bakı: 

Sabah, 2015.-S.54-66.

Azərbaycanın xalq yazı-

çısı, ictimai-siyasi xadim, 

akademik Mirzə İbrahi-

mov: albom-kitab/müəl., 

tərt.ed. çapa haz., ön 

söz T.Ə.Əhmədov; red. 

R.Əliyev ; lay. rəhbəri 

Ə.Qarayev; naşir İ. 

Allahverdi; dizayn və tex. 

tərt. R.Kərimli ; Azərb. 

Resp. Mədəniyyət və 

Turizm Nazirliyi.-. Bakı: 

Nurlar, 2014.- S. 639.

Mirzə İbrahimov və xalq 

yaradıcılığı: monoqrafi-

ya /F. B. Əliyev;elmi red. 

P.Əfəndiyev.- Bakı: Elm 

və təhsil, 2013.-155

www.anl.az

www.az.wikipedia.org

28

Akademik

303

303

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

95 

illiyi

Kamil Əliyev 

1921-2005

OKTY

ABR

Kamil  Müseyib  oğlu  Əliyev  1921-

ci  il  oktyabr  ayının  22-də  Qərbi 

Azərbaycanda, İrəvan şəhərində anadan 

olmuşdur.  1936-cı  ildə  Bakı  Rəssamlıq 

Məktəbinə  (indiki ADRA)  daxil  olmuş 

və  görkəmli  rəssam  Ə.Əzimzadənin 

sinfində təhsil almışdır. Burada 3 il de-

korasiya  şöbəsində  oxu-duqdan  sonra 

müəllimlərinin  məsləhəti  ilə  təhsilini 

davam  etdirməklə  yanaşı  «Azərxalça» 

birliyində  eksperimental  laboratoriyada 

köçürücü  rəssam  kimi  işləməyə  başla-

mışdır. 


Böyük  Vətən  müharibəsində  (1941-

1945)  iştirak  etmiş,  cəbhədən  22  orden 

və medalla dönmüşdür. 

Müharibədən  sonra  “Soyuz-Torq 

reklam”ın baş  direktoru və  baş  rəssamı 

(1954) təyin olunmuş, daha sonra Bədii 

Fondun  Yaradıcı-İstehsalat  Kombina-

tının  direktoru  (1961),  Bakı  Zərgərlik 

Fabrikinin  direktoru  (1964-1971),  Yer-

li  Sənaye  Nazirliyi  İstehsalat  şöbəsinin 

müdiri (1971-1993) vəzifələrini icra et-

mişdir. 


İlk portret-xalçasını 1958-ci ildə bö-

yük  Azərbaycan  şairi  M.Füzuliyə  həsr 

etmişdir.  Sənətkar  xalçanın  təravətli, 

şux  rəngli  naxışları  ilə  Füzuli  lirikasını 

tamaşaçıya çatdırmışdır. Xalçanın uğuru 

rəssamı daha da ruhlandırmış, İ.Nəsimi 

və Nizami Gəncəviyə həsr edilmiş xalça-

larını yaratmışdır. Xalça üzərində yarat-

dığı  portretlərdən  görkəmli  türk  dövlət 

xadimi Atatürkün, Turqut Özalın, Süley-

man Dəmirəlin portretləri toxunmuş xal-

çalar xüsusilə məşhurdur.

Portret  təsvirli  xalılar,  adətən, 

“Türkbaf”  ilməsi  ilə  toxunur.  Bu  da 

rəsmin  dəqiq,  real  təsvirini  təmin  edir. 

Rəssamın 1999-cu ildə yaratdığı, yüksək 

bədii  xüsusiyyətlər  kəsb  edən,  böyük 

dövlət xadimi, ümummilli lider Heydər 

Əliyevin  portreti  də  belə  əsərlərdəndir. 

Portret-xalça ictimaiyyət arasında böyük 

rəğbətlə  qarşılanmışdır.  Müəllif  həmin 

xalça barədə demişdir: «Bu əsər üzərində 

uzun illər işlədim və onu Heydər Əliyevin 

75  illik  yubileyinə  tamamladım.  Onun 

minnətdarlıq  dolu,  dərin  ifadəli  baxış-

larını,  həmin  gün  mənə  söylədiyi  xoş 

sözləri heç zaman unutmaram».

Azərbaycanda  ilk  dəfə  xalça  mu-

zeyinin  açılması  da  Kamil  Əliyevin 

adı  ilə  bağlıdır.  Daha  çox  Abşeron 

ornamentlərinə  üstünlük  verən  Kamil 

Əliyev ümumilikdə bütün milli naxışlar 

üzərində  işləyərək  onlara  yeni  bir  ruh, 

yeni nəfəs verirdi.

Mədəniyyətimizin 

ən 


qədim 

növlərindən  olan  xalçaçılıq  sənətini 

XX  əsrin  sonlarında  yüksək  zirvəyə 

qaldırmış,  ömrünün  son  illərini  gənc 

xalçaçıların yetişməsinə həsr etmiş Ka-

mil  Əliyevin  çeşniləri  əsasında  toxun-

muş  xalçalar  respublikamız  müstəqillik 

qazandıqdan  sonra  dünyanın  bir  çox 

ölkələrində uğurla nümayiş etdirilmişdir. 

Azərbaycan xalçasının şöhrətini daha da 

artıran bu qədim el sənətinin nümunələri 

ən  mötəbər  muzeylərdə,  o  cümlədən 

Londonun məşhur “Viktoriya və Albert” 

muzeyində saxlanılır.

Rəssamın 

yaradıcılığı 

dövlət 

tərəfindən  yüksək  qiymətləndirilmiş, 



“Xalq  rəssamı”  adına  layiq  görülmüş-

dür.  Dövlət  mükafatı  laureatı  olmuş, 

“İstiqlal”  ordeni  ilə  təltif  edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin 

fərdi təqaüdçüsü idi.

Ə d ə b i y y a t

Kamil Əliyev 1921-2005 

[İzomaterial]: xalça sənəti 

/layih. rəhb. Ç.Fərzəliyev; 

mətnin müəl. X.Əsədova; 

ing. dilinə tərc.: 

İ.Peart, S.İbrahimova, 

Ə.Məlikova; foto. 

Ə.Ağasiyev; dizay-

ner və komp. yığımı 

K.Bayramzadə.- Bakı: 

Şərq-Qərb, 2013.- 104 s.

Bir ömrün naxışları: 

poema /A.Qurbani; 

red V.Əliyev; tərtibat 

E.Talışxanov.- Bakı: 

Əbilov, Zeynalov və oğul-

ları, 2005.- 79 s.

Fuad, E. Azərbaycan xal-

çaçılıq məktəbinin müdrik 

müəllimi: Kamil Əliyev 

yaratdığı hər xalçanı 

sevirdi, onları övladları 

kimi əzizləyirdi /E.Fuad    

//Xalq cəbhəsi.- 2014.- 4 

mart.- S.14

Xalçalarda ilmələnən 

ömür //Mədəni həyat.-

2013.- №12.- S.86-87. 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

Rəssam

22


304

Rəssamlıq.Heykəltaraşlıq.Memarlıq

135 

illiyi

Pablo Pikasso

1881-1973   

OKTY

ABR

Pablo  Ruis  Pikasso  1881-ci  il  okt-

yabr  ayının  25-də  İspaniyanın  Malaqa 

şəhərində anadan olmuşdur. Pablo Pikasso 

rəssamlığı  atası  X.Ruisdən  öyrənmişdir. 

Təhsilini  artırmaq  üçün  1894-1895-ci 

illərdə  La-Korunya,  1895-ci  ildə  Bar-

selona,  1897-1898-ci  illərdə  isə  Madrid 

şəhərlərində  Zərif  sənətlər  məktəbində 

oxumuşdur.  1904-cü  ildən  Parisdə  yaşa-

mışdır.

Yaratdığı əsərlərdə realizmin zəngin və 



rəngarəng  qaynaqlarına  əsaslanan  Pikas-

sonun  yaradıcılığı  mürəkkəb,  ziddiyyətli 

və  eyni  zamanda  çoxcəhətli  olmuşdur. 

Müxtəlif  dövrlərdə  yaratdığı  əsərlərdə 

ekspressionizm,  neoklassizm,  kubizm, 

sürrealizm  və  s.  cərəyanların  yaradıcılıq 

prinsiplərinə əsaslanmışdır.

Pikasso  yaradıcılığı  əsasən  iki  dövrə-

“mavi”  və  “çəhrayı”  dövrlərə  ayrılır. 

“Mavi  dövr”  (1901-1904)  tablolarında 

rəssam  əsasən  mavi,  göy,  yaşıl  rəng  ça-

larlarından,  “Çəhrayı  dövr”  (1905-1906) 

tablolarında isə çəhrayı-qızılı, çəhrayı-boz 

koloritdən istifadə etmişdir. Bu əsərlərdə 

cəmiyyətin ictimai ziddiyyətləri ilə qarşı-

laşan insanların psixoloji aləmi təsvir olu-

nurdu.  “Dilənçi  qoca  oğlan  ilə”  (1903), 

“Şar  üstündə  dayanmış  qız”  (1905)  (hər 

iki  əsər  A.S.Puşkin  adına  Təsviri  Sənət 

Muzeyi,  Moskvada  saxlanılır)  və  s. 

əsərlərində zavallı insanların həyatına xas 

olan tənhalıq motivləri əsas yer tuturdu. 

1910-cu  ildən  başlayaraq  Pikasso  ne-

oklassizm və realizm üslubunda yaratdığı 

əsərlərdə lirik motivlərə geniş yer verməyə 

başladı. “Üç qadın bulaq başında” (1921 

-  Müasir  İncəsənət  Muzeyi,  Nyu-York), 

“Ana  və  Körpə”  (1922  -  İncəsənət  Mu-

zeyi, Baltimor) və s. əsərləri bu üslubda 

işlə-nən əsərlərdir. 

Pikasso  İkinci  Dünya  müharibəsi 

illərində  Fransa  Müqavimət  hərəkatına 

qoşulmuş,  müharibədən  sonrakı  illərdə 

isə  daim  sülh  və  demokratiya  uğrunda 

mübarizə  aparmışdır.  Onun  mütərəqqi, 

humanist  görüşləri  əsərlərində  də  öz 

əksini tapmışdır. 

“Gernika” (1937-Prado, Madrid), “Sülh 

göyərçini” (1947), “Sülh” və “Müharibə” 

(1952-Val-loris, Sülh məbədi) əsərləri sülh 

uğrunda mübarizə rəmzinə çevrilmişdir. 

Pablo  Pikasso  rəsm  əsərləri  ilə  yana-

şı heykəltəraşlıq (“İnsan quzu ilə” - tunc 

heykəl  -  1944,  Val-loris),  keramika  və 

qrafika  əsərləri  də  yaratmışdır.  Bunlarla 

yanaşı,  həmçinin  bir  sıra  əsərlərə  də  il-

lüstrasiyalar  (P.Elüarın  “Sülhün  çöhrəsi” 

poeması 1950) və silsilə əsərlər (“Bəşəri 

ko-mediya”  rəsm  və  litoqrafiya  silsiləsi-

1953,  “Öküz  döyüşü”  qrafika  silsiləsi-

1959-1960) çəkmişdir. 

Mürəkkəb  yaradıcılıq  yolu  keçmiş 

rəssam  1950-ci  ildə  “Beynəlxalq  Sülh 

mükafatı”,  1962-ci  ildə  “Xalqlar  arasın-

da sülhü möhkəmləndirməyə görə” Lenin 

mükafatı laureatı olmuşdur. 

Pablo Pikasso 1973-cü il aprel ayının 

8-də Fransanın Mujen şəhərində vəfat et-

mişdir.  Madriddə  Pikassonun  abidəsi  və 

adına meydan vardır.



Ə d ə b i y y a t

Судьбы 

художественных 

коллекций и 

закон:[монография]/А. 

Т. Боннер;отв. ред. Э.С. 

Ненашева (предисл.).- 

Москва: Проспект, 

2015.- С. 391-406.

Самые пикантные 

истории и фантазии 

знаменитостей /Р. 

Амиллс; [пер. с исп. 

А.Н. Степановой ; отв. 

ред. Е.Дудник] ; худож. 

оформ. Е. Гузняковой 

Ч. 1.- Москва: Эксмо, 

2014.- С. 202

Мастера испанской 

живописи 

[Изоматериал]: 

[альбом] /Е. М. 

Елисеева; [оформ. 

переплета С. Ф. 

Щавелева; отв. за 

вып. А. Ромушкевич]. - 

Москва: ОЛМА Медиа 

Групп, 2012.- C 199 

Великие мужчины 

XX века /В. В. Вульф, 

С.П.Чеботарь.- 

Москва: Яуза, Эксмо, 

2010.- C 703.

25

Rəssam

305

Musiqi.Opera.Balet

90 

illiyi

Ramiz Mustafayev

1926-2008

OKTY

ABR

Ramiz  Hacı  oğlu  Mustafa-

yev  1926-cı  il  oktyabr  ayının  16-

da  Türkmənistan  Respublikasının 

Cərcou  şəhərində  anadan  olmuşdur. 

Bir il sonra ailəsi Bakıya köçmüşdür. 

Uşaq yaşlarından teatra böyük həvəs 

göstərən Ramiz Mustafayev 15 yaşı-

na  qədər  müxtəlif  özfəaliyyət  dram 

dərnəklərində fəal iştirak etmişdir.

1941-ci ildə Bakı teatr texnikumu-

nun  aktyorluq  şöbəsinə  daxil  olmuş-

dur. Əvvəl Gənc Tamaşaçılar Teatrın-

da,  texnikumu  bitirdikdən  sonra  isə 

Azərbaycan  Dövlət Akademik  Dram 

Teatrında aktyorluq etmişdir.

Vokal  sənətinə  olan  həvəsi  onu 

1948-ci ildə Üzeyir Hacıbəyov adına 

Azərbaycan  Dövlət  Konservatoriya-

sına  gətirmiş,  burada  professor  Bül-

bülün vokal sinifində sənətin sirlərinə 

yiyələnmişdir. 

O,  1952-1957-ci  illərdə  konser-

vatoriyanın  bəstəkarlıq  fakultəsində, 

görkəmli  pedaqoq,  professor  Boris 

Zeydmanın  sinfində  təhsilini  davam 

etdirmiş və konservatoriyanı bəstəkar 

kimi  bitirmişdir.  50  ildən  artıq  yara-

dıcılığı  dövründə  bəstəkar  musiqinin 

müxtəlif  janrlarında  dəyərli  əsərlər 

yaratmışdır.  O,  6  opera,  5  musiqili 

komediya,  9  oratoriya,  7  kantata,  5 

vokal-simfonik  poema,  8  simfoniya, 

500-ə  qədər  mahnı  və  romansların, 

200-dən  artıq  xalq  mahnılarının  xor 

üçün işləmələrinin müəllifi olmuşdur. 

Ramiz  Mustafayevin  vokal  sənətinə 

olan marağı sayəsində onun yaradıcılı-

ğında vokal musiqi janrları daha geniş 

yer tutur. Diplom işi kimi təqdim etdi-

yi bir pərdəli “Şirin” operasından son-

ra onun bir sıra operaları - o cümlədən, 

“Vaqif”,  “Aydın”,  “Polad”,  “Xan  və 

əkinçi”, “Tərs keçi” uşaq operası yara-

nır. Lakin bəstəkarın ən uğurlu səhnə 

əsəri  Səməd  Vurğunun  eyniadlı  dra-

mı əsasında yazılmış “Vaqif” operası 

olmuşdur.  Bu  operaya  görə  bəstəkar 

1962-ci  ildə  Gənc  Bəstəkarların 

Ümumittifaq  Müsabiqəsində  laureat 

adına layiq görülmüşdür. Ramiz Mus-

tafayev  bəstəkarlıq  və  dirijorluqla 

yanaşı təcrübəli pedaqoq və tanınmış 

ictimai musiqi xadimi kimi xatırlanır. 

O,  Bakı  Musiqi  Akademiyasının  və 

Azərbaycan  Dövlət  Milli  Konserva-

toiyasının  professoru  kimi  çalışaraq 

gənc musiqiçi kadrların yetişməsində 

əlindən gələni əsirgəməmişdir. Ramiz 

Mustafayev 1957-ci ildən Azərbaycan 

Bəstəkarlar  İttifaqının  üzvü,  bu 

təşkilatın İdarə Heyətinin üzvü, habelə 

«Musiqili səhnə əsərləri» bölməsinin 

sədri  kimi  Respublikanın  musiqi 

həyatında fəal iştirak etmişdir.

Görkəmli 

bəstəkarın 

yaradı-


cılığı  dövlət  tərəfindən  yüksək 

qiymətləndirilmiş,  1973-cü  ildə 

“Azərbaycanın  Əməkdar  incəsənət 

xadimi”,  1987-ci  ildə  “Xalq  artis-

ti”  fəxri  adlarına  layiq  görülmüşdür. 

2001-ci ildə “Şöhrət” ordeni ilə təltif 

olunmuşdur. 

Ramiz Mustafayev 2008-ci il aprel 

ayının 10-da Bakı şəhərində vəfat et-

mişdir.


Ə d ə b i y y a t

Azərbaycanın görkəmli 

bəstəkarları [İzomaterial]: 

[portretlər] /Toplayıb tərtib 

edəni: Əli İbrahimbəyli; Az. 

Res.-sı Mədəniyyət Nazirli-

yi; Az. Res.-si Bəstəkarlar 

İttifaqı; Az.Musiqi 

Mədəniyyəti Dövlət Muzeyi 

portretlər.-Bakı: Nurlar, 

2007.-32 portr.

Ramiz Mustafayev 

/R.Zöhrabov.- Bakı: Ergün, 

1995.- 23 s.

Abbasova, Ə. Ürəklərdə ya-

şayan bəstəkar /Ə.Abbasova 

//Kaspi.-2012.- 21-23 iyul.- 

S.8. 

Aktyorluqdan bəstəkarlığa 

//Bəstəkarlarımız haqqında 

söz.- Bakı, 1995.- S.59-62.

Fərəcov, S. Xatirələrdə 

yaşayan sənətkar “Mən 

yaradıcılıq dövrümdə milli 

musiqimizin saflığını daim 

qorumağa çalışmışam” 

/S.Fərəcov //Mədəniyyət.-

2012.- 17 oktyabr.- S.14.

Mustafayev Ramiz //Üzeyir 

Hacıbəyli ensiklopediyası.- 

Bakı, 2008.- S.161.

Təhmirazqızı, S. Klassik 

irsimizi yaşadan sənətkar 

/S.Təhmirazqızı //Respubli-

ka.- 2012- 8 iyul.- S.3

16

Bəstəkar

306

Teatr.Kino 

95 

illiyi

Nəcibə Məlikova 

1921-1992

OKTY

ABR

Nəcibə  Haşım  qızı  Məlikova  25 

oktyabr  1921-ci  ildə  Bakının  Buzov-

na  kəndində  anadan  olmuşdur.  İlk 

təhsilini də burada almışdır. 

1940-1943-cü  illərdə  Bakı  Te-

atr  Məktəbində  Xalq  artisti  Fatma 

Qədrinin  sinfini  bitirmiş  öz  istəyi 

ilə  Gəncə  Dövlət  Dram  Teatrında 

işləməyə  getmişdir.  Burada  bir  neçə 

tamaşada çıxış edərək Bakıya qayıtmış 

və  təzəcə  təşkil  olunmuş Azərbaycan 

Dövlət  Teatr  İnstitutuna  daxil  olmuş, 

1951-ci ildə oranı bitirmişdir. 

Texnikumda  təhsil  aldığı  illərdə 

Milli  Dram  Teatrının  tamaşalarında 

epizodik  rollar  oynayan  aktrisa  kino-

lara  çəkilişlə  bağlı  kiçik  fasilələrdən 

sonra  1952-ci  ildən  yenə  teatrda 

işləmişdir. Nəcibə Məlikova klassik və 

çağdaş  Azərbaycan  dramaturqlarının, 

dünya  ədiblərinin  dram  əsərlərində 

və  bir  qədər  də  komediyalarda 

müxtəlif rollar oynamışdır. H.Cavidin 

“Şeyx  Sənan”  (Xumar),  “Səyavuş” 

(Firəngiz),  Ə.  Haqverdiyevin  “Pəri 

cadu”  (Şamama  cadu),  C.Cabbarlının 

“Aydın”  (Böyükxanım),  “1905-ci 

ildə” (Sona), “Sevil” (Edilya), M. İb-

rahimovun  “Həyat”  (Atlas),  “Kəndçi 

qızı”  (Ayxanım),  İ.  Əfəndiyevin 

“Büllur  sarayda”  (Qönçə),  “Qəribə 

oğlan”  (Məlahət),  N.Xəzrinin  “Əks-

səda”  (Zərifə),  “Mirzə  Şəfi  Vazeh” 

(Zübeydə), S. Vurğunun “Vaqif” (Xu-

raman), M.İbrahimbəyovun “Kərgədan 

buynuzu”  (Diləfruz),  S.Rəhmanın 

“Əliqulu 

evlənir” 

(Yasəmən), 

“Küləklər”  (Firuzə),  Ş.Qurbanovun 

“Əcəb  işə  düşdük”  (Məlahət), 

M.F.Axundzadənin “Lənkəran xanının 

vəziri”  (Şölə  xanım  və  Ziba  xanım), 

“Müsyö Jordan və dərviş Məstəli şah” 

(Şəhrəbanı), “Türkiyədə” (Nazir qızı), 

K.Haldoninin  “Məzəli  hadisə”  (Ma-

rianna),  A.Şirvanzadənin  “Namus” 

(Süsənbər),  F.Şillerin  “Orlean  qızı” 

(Aqnessa),  L.Veqanın  “Sevilya  uldu-

zu” (Estrelya) və s. pyeslərin tamaşa-

larında çıxış etmişdir.

Nəcibə xanım teatrla yanaşı kinoda 

da uğurlu rollar yaratmış, onların ara-

sında “Ögey ana”da Dilarə, “Aygün”də 

Aygün,  “Arşın  mal  alan”da  Cahan 

xala,  “Əhməd  haradadır?”da  Nərgiz 

xala rollarının ifası aktrisanın yaradı-

cılıq nailiyyətləri kimi dəyərləndirilir.

14  fevral  1956-cı  ildə  SSRİ-də 

Bakı  televiziya  studiyası  fəaliyyət 

göstərməyə başlayanda ilk veriliş günü 

ekranda sonradan Azərbaycanın tanın-

mış  sənətkarına  çevriləcək,  o  dövrdə 

isə gənc aktrisa olan Nəcibə Məlikova 

görünmüş,  çıxışını  “Göstərir  Bakı!” 

kəlməsi ilə açan Nəcibə Məlikova ta-

maşaçıları  televiziyanın  fəaliyyətə 

başlaması münasibətilə təbrik etmişdi.

O, 10 iyun 1959-cu ildə Azərbaycan 

Respublikasının  Əməkdar  artisti,  1 

iyun 1974-cü ildə Xalq artisti fəxri ad-

larına layiq görülmüşdür.

Görkəmli aktrisa Nəcibə Məlikova 

27  iyul  1992-ci  ildə  Bakıda  vəfat  et-

miş,    II  Fəxri  Xiyabanda  dəfn  olun-

muşdur.

Ə d ə b i y y a t

İsmayılova, A. Məlikova 

Nəcibə Haşım qızı //

Azərbaycan qadınları 

səhnədə /A. İsmayılova.- 

Bakı:İşıq, 1977.- S.142-

147. 

Rəhimli, İ. Nəcibə 

Məlikova //Rəhimli İ. 

Azərbaycan teatr tarixi.- 

Bakı, 2005.- S.351-352.

Rəhimli, İ. Nəcibə 

xanım Məlikovaya 

xitab //Cavabsız su-

allar /İ.Ə.Rəhimli; 

red. Ə.Orucəli.- Bakı: 

Avrasiya Press, 2014.- S. 

286-287.

Abbaslı, T. Gözəl, nəcib 

aktrisa : doğmadan-

doğma “ögey ana”, 

vəfalı “Aygün” yar, 

cəfakeş “Cahan”, 

mübariz “Nərgiz xala” - 

Nəcibə xanım Məlikova 

/T.Abbaslı //Mədəniyyət 

.-2015.- 23 oktyabr.- S. 

15.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.medeniyyet.az

25

Aktrisa


307

Milli Qəhrəmanlar

70 

illiyi

Kamil Nəsibov

1946-1992

OKTY

ABR

Kamil Baladə oğlu Nəsibov 1946-cı 

il oktyabr ayının 8-də Laçın rayonunun 

Bozlu kəndində anadan olmuşdur. 1963-

cü ildə orta məktəbi Minkənd kəndində 

bitirib,  ordu  sıralarına  çağırılmışdır. 

Üçillik  hərbi  xidmətdən  sonra  Vətənə 

qayıtmışdır. 

Kamil  Nəsibov  1973-cü  ildə 

Azərbaycan  Texniki  İnstitutuna  (indi-

ki ADTU) daxil olmuşdur. Ali təhsilini 

başa  vurduqdan  sonra  Minkənddə 

yerləşən  Tikinti  Materialları  Bazasına 

müdir təyin edilmişdir.

1992-ci  ildə  Laçın  erməni  silah-

lı  dəstələrinin  hücumlarına  məruz 

qalarkən  Kamil  könüllü  özünümüdafiə 

bölüyü yaratmış və bölüyün komandiri 

olmuşdur. 30 nəfərdən ibarət bölük Qa-

rabağ uğrunda gedən döyüşlərdə böyük 

rəşadət göstərmişdir.

Onun  döyüşçülərlə  birgə  Fərəcan, 

Səfiyan,  Çağazur,  Malıbəy,  Cicimli, 

Qızdərə  kəndlərinin  müdafiəsində  bö-

yük xidmətləri olmuşdur. 

Kamil Nəsibov 1992-ci il iyun ayının 

29-da Qonaqgörməz yüksəkliyi uğrun-

da gedən qanlı döyüşlərdə aldığı snay-

per  gülləsindən  qəhrəmancasına  həlak 

olmuşdur.  Ağcabədi  rayonunda  dəfn 

edilmişdir.

Azərbaycan  Respublikası  Preziden-

tinin 5 fevral 1993-cü il tarixli 457 saylı 

Fərmanı ilə Nəsibov Kamil Baladə oğ-

luna  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Doğulduğu 

Bozlu 


kəndindəki 

Mədəniyyət evi qəhrəmanın adını daşı-

yır.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Nəsibov Kamil Baladə oğlu-baş leytenant-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 

1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1993.- №3.- S.11.(Ölümündən sonra).

Əsgərov,V. Nəsibov Kamil Baladə oğlu /V. Əsgərov // Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.226.

Nəsibov Kamil Baladə oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt.ed. H.Həmidova.- Bakı, 2008.- 

S.162-163.

Seyidzadə, M. Nəsibov Kamil Baladə oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.172. 


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin