Kbt я25 uot (059) Baş redaktor


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə61/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Xalq  rəssamı  Abdullayev  Mikayıl  Hüseyn  oğlunun  (19.12.1921-21.08.2002) 

anadan olmasının 95 illiyi

Musiqi.Opera.Balet 

Əməkdar incəsənət xadimi, professor Dadaşov Azər İsmayıl oğlunun (01.12.1946) 

anadan olmasının 70 illiyi

Xalq artisti, balerina Şirəliyeva Tamilla Xudadat qızının (08.12.1946) anadan 

2016

DEKABR

359


354

355


356

357


358

351

olmasının 70 illiyi

Xalq artisti, müğənni Sadıqov Əliövsət Şirəli oğlunun (22.12.1906-17.10.1971) 

anadan olmasının 110 illiyi

Xalq artisti, balerina Babayeva Çimnaz Məmməd qızının (23.12.1946) anadan 

olmasının 70 illiyi

Əməkdar artist, balaban və klarnet ifaçısı Zeynalov Bəhruz Mahmud oğlunun 

(24.12.1926-25.05.1998) anadan olmasının 90 illiyi

Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Xanlarova Zeynəb Yəhya qızının 

(28.12.1936) anadan olmasının 80 illiyi

Xalq artisti, müğənni Əliyev Əbülfət Əsəd oğlunun (30.12.1926-1990) anadan 

olmasının 90 illiyi



Teatr.Kino

Xalq artisti, aktyor Yusifzadə Əşrəf Əmrah oğlunun (05.12.1906-07.03.1963) 

anadan olmasının 110 illiyi

Amerika  kino  rejissoru,  prodüser  Disney  Uoltun  (05.12.1901-15.12.1966) 

anadan olmasının 115 illiyi

Xalq artisti, aktyor Salayev Həsənağa Dərya oğlunun (05.12.1921-02.10.1981) 

anadan olmasının 95 illiyi

Əməkdar  incəsənət  xadimi,  kino  operatoru,  rejissor  və  rəssam  Atakişiyev 

Əlisəttar Ələsgər oğlunun (25.12.1906-07.11.1990) anadan olmasının 110 illiyi

Xalq  artisti  Əliyeva  Zemfira  Məmmədəli  qızının  (25.12.1941-26.11.1995) 

anadan olmasının 75 illiyi

Milli Qəhrəmanlar

Azərbaycanın  Milli  Qəhrəmanı  Əsgərova  Salatın  Əziz  qızının  (16.12.1961-

09.01.1991) anadan olmasının 55 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Əhmədov  Riad  Fikrət  oğlunun  (20.12.1956-

22.01.1992) anadan olmasının 60 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Orucov  Vəzir  Surxay  oğlunun  (26.12.1956-

22.03.1993) anadan olmasının 60 illiyi

Siyasət.Hərbi iş

Dövlət xadimi, general-mayor Əsədov Məhəmməd Nəbi oğlunun (05.12.1941-

20.11.1991) anadan olmasının 75 illiyi

Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasi və dövlət xadimi Əliyev 

İlham Heydər oğlunun (24.12.1961) anadan olmasının 55 illiyi

Tarix

Tarix  elmləri  doktoru,  professor  Abbasbəyli  Ağalar  Nəriman  oğlunun 

(31.12.1941) anadan olmasının 75 illiyi

Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Musayeva Tamilla Həşim 

qızının (31.12.1931) anadan olmasının 85 illiyi 

360


361

362


363

365


366

364


368

369


367

371-372


373

370


374

352

378


377

Fəlsəfə.İqtisadiyyat.Hüquq

Əməkdar  elm  xadimi,  iqtisad  elmləri  doktoru,  professor  Əliyev  Aqil  Əlirza 

oğlunun (10.12.1926-07.03.2006) anadan olmasının 90 illiyi

İqtisad  elmləri  doktoru,  professor,  Əməkdar  elm  xadimi  Qasımov  Əbülfəz 

Cəbrayıl oğlunun (20.12.1931) anadan olmasının 85 illiyi

Mədəniyyət.Maarif.Təhsil

Görkəmli jurnalist, elm xadimi və ictimai xadim, pedaqoq İmanquliyev Nəsir 

Əsəd oğlunun (22.12.1911-07.03.1998) anadan olmasının 105 illiyi

Şair və mütərcim, Əməkdar elm xadimi, professor Əlizadə Məmməd Mübariz 

Əli oğlunun (23.12.1911-08.04.1994) anadan olmasının 105 illiyi

Filologiya elmləri doktoru, professor Sultanlı Əli Abdulla oğlunun (25.12.1906-

18.07.1960) anadan olmasının 110 illiyi

Filologiya  elmləri  doktoru,  professor  Cəfərzadə  Əzizə  Məmməd  qızının 

(29.12.1921-04.09.2003) anadan olmasının 95 illiyi

Əməkdar  elm  xadimi,  filologiya  elmləri  doktoru,  professor  Babayev  Həbib 

Bayram oğlunun (30.12.1926-02.07.1994) anadan olmasının 90 illiyi

Coğrafiya.Geologiya

Akademik  Əhmədov  Həsən  Əbdüləli  oğlunun  (15.12.1906-1981)  anadan 

olmasının 110 illiyi

Geologiya-mineralogiya elmləri doktoru, professor Ağalarova Dünya Ələkbər 

qızının (15.12.1906-1981) anadan olmasının 110 illiyi

Riyaziyyat.Fizika.Astronomiya

Akademik Quliyev Nəriman Ağaqulu oğlunun (28.12.1926-20.05.2014) anadan 

olmasının 90 illiyi

Kimya.Biologiya.Tibb

Əməkdar  həkim,  Əməkdar  elm  xadimi,  tibb  elmləri  doktoru,  professor 

Əlikişibəyov Mustafa Məmməd oğlunun (07.12.1901-?) anadan olmasının 115 

illiyi


Azərbaycanda  patoloji  anatomiyanın  banilərindən  biri,  professor  Hüseynov 

Cəlil Yusif oğlunun (20.12.1896-21.03.1979) anadan olmasının 120 illiyi

İlk  qadın  travmatoloq,  tibb  elmləri  doktoru  Seyidova  Həqiqət  Əli  qızının 

(26.12.1916-?) anadan olmasının 100 illiyi

Tibb  elmləri  doktoru,  professor  Novruzov  Manaf  Əbdülrəhim  oğlunun 

(26.12.1926) anadan olmasının 90 illiyi

Akademik  Musayev  Musa  Əbdürrəhman  oğlunun  (27.12.1921-04.12.2010) 

anadan olmasının 95 illiyi

AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Səmədov Niyazi 

Həmid oğlunun (31.12.1916) anadan olmasının 100 illiyi

376

379


375

353

384


383

381-382


Texnika.Mühəndis işi

Texnika elmləri doktoru, professor, Əməkdar mühəndis Hacıyev Bəhmən Əbiş 

oğlunun (02.12.1926-1998) anadan olmasının 90 illiyi

Texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi Abdullayev Kamal 

Mehman oğlunun (19.12. 1936) anadan olmasının 80 illiyi

Texnika  elmləri  doktoru,  professor  Abdullayev  Faiq  Məmmədəli  oğlunun 

(26.12.1936) anadan olmasının 80 illiyi

Texnika  elmləri  doktoru,  Əməkdar  mühəndis  Süleymanov  Ələkbər  Bağır 

oğlunun (31.12.1916-2000) anadan olmasının 100 illiyi

Kitabxanaşünaslıq.Biblioqrafiya

Tarix  elmləri  doktoru,  professor,  Əməkdar  elm  xadimi,  Beynəlxalq 

İnformasiyalaşdırma Akademiyasının akademiki Xələfov Abuzər Alı oğlunun 

(25.12.1931) anadan olmasının 85 illiyi



Tarixdə bu gün

QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)

Bеynəlxalq Əlillər Günü (03.12.1992)

ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın 

ərazi bütövlüyü çərçivəsində nizamlanması barədə bəyanat qəbul olunub 

(03.12.1996)

Beynəlxalq Könüllülər Günü ((05.12.1985)

Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib (06.12.1881)

Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı  Günü 

(06.12.2006)

Keçmiş SSRİ-i süqut etmişdir (08.12.1991)  

“Müstəqil Dövlətlər Birliyi”nin (MDB) yaradılması haqqında müqavilə 

bağlanmışdır (08.12.1991)

Azərbaycan İslam Konfransı Təşkilatına üzv qəbul olunmuşdur (09.12.1991)

İnsan hüquqları günü (10.12.1950)

Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (12.12)

Azərbaycan Respublikası Pensiya Fondu (16.12.1991) yaradılmışdır

Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 

dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması 

barədə qərar qəbul edilib (16.12.1991)

Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə 

dayandırılıb (19.12.1991)

Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul 

edilib (25.12.1991)



Xankəndinin işğalı günü (28.12.1991)

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ümumxalq 

referendumu keçirilib (29.12.1991)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991) 

380


354

Milli ədəbiyyat 

70 

illiyi

Ramiz Rövşən

1946 

DEKABR

Ramiz  Məmmədəli  oğlu  Əliyev 

(Ramiz Rövşən) 1946-cı il dekabr ayı-

nın  15-də  Bakının  Əmircan  kəndində 

anadan  olmuşdur.  Orta  təhsilini  Sura-

xanı  rayonundakı  208  saylı  şəhər  orta 

məktəbində  almışdır.  1964-1969-cu 

illərdə Azərbaycan Dövlət Universiteti-

nin (indiki BDU) filologiya fakültəsində 

təhsil almış, 1976-1978-ci illərdə Mosk-

vada Ali Ssenari kurslarını bitirmişdir. 

Şairin  “Bir  yağışlı  nəğmə”  adlı  şeirlər 

kitabı  1970-ci  ildə  işıq  üzü  görmüş-

dür. 1971-ci ildə Cəfər Cabbarlı adına 

“Azərbaycanfilm”  kinostudiyasında, 

“Mozalan”  satirik  kinojurnal  studiya-

sında redaktor, 1974-1975-ci illərdə ki-

nostudiyanın  ssenari  emalatxanasında 

ssenarist,  1979-1987-ci  illərdə  ssenari 

redaksiya  heyətinin  üzvü,  1987-1992-

ci  illərdə  kinostudiyanın  baş  redakto-

ru işləmişdir. “Göy üzü daş saxlamaz” 

(1987),  “Kəpənək  qanadları”  (1999), 

“Gedək biz olmayan yerə” (2006) adlı 

kitabların müəllifidir. 

Ramiz  Rövşən  şeirinin  qüdrəti 

onun  sadəliyində,  lokanikliyində, 

fəlsəfiliyindədir.  Onun  hər  bir  şei-

ri  sənətkarlıq,  fikir  dərinliyi,  rəvanlıq 

cəhətdən  ana  dilimizin  zənginliyini, 

gözəlliyini,  incəliyini  bir  daha  sübut 

edən parlaq bir nümunədir. Şeirlərində 

vətənpərvərlik, bəşəri məhəbbət, məslək 

eşqi,  dərin  etiqad,  vüqar  və  sadəlik, 

xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, 

müdriklik, həyata və insana məhəbbətin 

tərənnümü poetik şəkildə təcəssüm et-

mişdir.  Özünəməxsusluq,  bənzərsizlik 

onun şeirlərinin qayəsindədir. O poezi-

yamızda yeni irs, yeni cığır açmış və bu 

irsə öz möhürünü vurmuş, əvəzedilməz 

təkrarolunmaz bir şairdir.

1992-ci  ildən Azərbaycan  Tərcümə 

Mərkəzində  çalışmış,  S.Yeseninin 

“Qara  adam”  poemasını  və  şeirlərini, 

A.Blokun  şeirlərini,  V.Mayakovskinin 

“Şalvarlı bulud” poemasından parça və 

başqa əsərləri tərcümə etmişdir. 1985-ci 

ildə R.Rövşən haqqında  “Üç çinar yar-

pağı”,  1987-ci  ildə  “Burax  gedim,  ay 

işığı”, 1993-cü ildə “Ağrı” adlı televizi-

ya verilişləri lentə alınmışdır. “Bağışla”, 

“Bu  qatarın  dalınca  baxma”,  “Unuda-

caq” (F.Kərimova), “Novruz gəlir, yaz 

gəlir” (A.Kazımova), “Ayrılıq” (Azərin), 

“Yalquzaq” (Ş.Əlizamanlı) adlı mahnı-

ların  mətnlərinin  müəllifidir.  “Divlərin 

mahnısı” (Əzablı yollar), “Yaraşmıram 

mən sənə” (İşarəni dənizdən gözləyin), 

“Şimşimə”  (Girişmə,  öldürər),  “Yağış 

yuyur,  gün  qurudur”  (Əlvida,  cənub 

şəhəri. Mehriban Zəki), “Dilin yansın, 

dil yiyəsi” (Qala) adlı şeirləri filmlərdə 

səsləndirilmişdir.  “Babamızın  babası-

nın babası” (1981), “Şəhərli biçinçilər” 

(1986),  “Süd  dişinin  ağrısı”  (1987), 

“Özgə vaxt” (1996), “Məkanın melodi-

yası” (2004), “Qala” (2008) kimi tam-

metrajlı  bədii  filmlərin,  “Şəhidlərdən 

şəhidlərə”  (1990)  qısametrajlı  sənədli 

filmin ssenari müəllifi; “Bulud niyə ağ-

layır?” (1973), “Pıspısa xanım və siçan 

bəy” (1974), “Lovğa fil balası” (1987) 

cizgi filmlərinin, “Əzablı yollar” (1982) 

“Evlənmək istəyirəm” (1983), “Xüsusi 

vəziyyət”  (1986),  “Kişi  sözü”  (1987), 

“Araqarışdıran”  (1987),  “Gecə  qata-

rında qətl” (1990), “Kamança” (1993), 

“Etimad telefonu” (2001), “Hacı Qara” 

(2002), “Küçələrə su səpmişəm” (2004) 

tammetrajlı  bədii  filmlərində  mahnı 

mətnlərinin müəllifidir.

Şeir və hekayələri keçmiş SSRİ-nin 

bir çox dillərinə tərcümə edilmiş, ABŞ-

da,  Almaniyada,  Fransada,  Polşada, 

Bolqarıstanda,  Türkiyədə,  İranda  çap 

olunmuşdur.  Ramiz  Rövşən  1981-ci 

ildən Azərbaycan Yazıçılar Birliyi idarə 

heyətinin və Azərbaycan Mətbuat Şura-

sının üzvüdür.



Ə d ə b i y y a t

Sevgi məktubu kimi: 

şeirlər /R.Rövşən.-Bakı: 

Mütərcim, 2009.-52 s. 

Yağışlı nəğmə: şeirlər 

/R.Rövşən.- Tehran, 

2009.- 312 s.

Nefes - kitablar 

kitabı: şiir-nesr-esse 

/R.Rövşən.-Ankara: 

Bengü, 2008.- 226 s. 

Şeir /R.Rövşən                

//Ədəbiyyat qəzeti.-

2015.- 13 fevral.- S.1.

Şeirlər /R.Rövşən            

//Ədalət.-2014.- 21 

iyun.- S.13.

Aytel, İ. Ramiz Rövşən 

nəsri /İ.Aytel //Ədalət.-

2014.- 22 yanvar.- S.5.

Əliağaqızı, G. Ra-

miz Rövşən poeziyası 

/G.Əliağaqızı //Kredo.-

2014.- 1-8 fevral.- S.16.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.azerbaycanevi.com

www.bakunights.net

www.legend.az

15

Şair

DEKABR

16

355

DEKABR

16

Milli ədəbiyyat 

100 

illiyi

Süleyman Vəliyev

1916-1996

DEKABR

Süleyman  Vəli  oğlu  Vəliyev 

1916-cı il dekabr ayının 21-də Bakı 

yaxınlığındakı Ramana qəsəbəsində 

anadan 

olmuşdur. 



Ramana 

məktəbində səkkizillik təhsil aldıq-

dan sonra, təhsilini məşhur “Qulam 

şqolası”nda davam etdirmişdir. 

“Əmanət  kassası”  adlı  ilk 

hekayəsi  1932-ci  ildə  “Hücum” 

jurnalında  çap  olunmuşdur.  Ədəbi 

mühitə  çox  tez  gələn  Süleyman 

Vəliyev 1937-ci ildə hərbi qulluğa 

çağırılana  qədər  Lökbatanda  çıxan 

aztirajlı  “Neft  uğrunda”  qəzetində 

jurnalistlik  fəaliyyətinə  başlamış-

dır. Yazıçının 1937-ci ildə yazıb çap 

etdirdiyi “Bığlı ağa” povesti həmin 

ildə  Azərnəşrdə  ayrıca  kitabça 

şəklində  çapdan  çıxmışdır.  Bu  ki-

tab  onu  həmişəlik  ədəbiyyata  bağ-

lamış,  ədəbi  mühitdə  tanıtmışdır. 

Bir müddət “Azərbaycan gəncləri”, 

“Kommunist” qəzetlərinin müxbiri 

olmuş, “İnqilab və mədəniyyət” jur-

nalında ədəbi işçi kimi çalışmışdır. 

1937-ci ilin payızında hərbi xidmətə 

çağırılmış,  2  il  Ukraynada  hərbi 

xidmətdə  olmuşdur.  1940-cı  ilin 

oktyabrında Xalq şairi S.Vurğunun 

köməyi  ilə  Azərbaycan  Yazıçılar 

İttifaqının  Hərbi  vətənpərvərlik 

şöbəsinin müdiri vəzifəsində çalış-

mışdır. 


İkinci Dünya müharibəsi illərində 

Almaniya,  Yuqoslaviya  və  İtali-

yada  müqavimət  hərəkatında  işti-

rak  etmişdir.  1946-1949-cu  illərdə 

M.F.Axundov adına Pedaqoji İnsti-

tutda (indiki Azərbaycan Dövlət Pe-

daqoji Universiteti) təhsil almışdır. 

1958-1963-cü  illərdə  C.Cabbarlı 

adına  “Azərbaycanfilm”  studiya-

sında redaktor vəzifəsində çalışmış, 

1963-1987-ci  illərdə  Azərbaycan 

Yazıçılar  Birliyində  məsləhətçi 

işləmişdir.

Onun  yaradıcılığında  Stalin 

repressiyaları,  müharibə  möv-

zusu,  azərbaycanlı  döyüşçülərin 

Avropa  müqavimət  hərəkatında 

iştirakı  mövzuları  əsas  yer  tutur. 

“Mübahisəli  şəhər”,  “Şor  cüllü-

tü”,  “Əncir  ağacı”,  “Qanadı  qırıq 

quş  da  uçarmış”,  “Bir  səhəng  su”, 

“Düyünlər” əsərlərinin müəllifidir.

Müasir  nəsrimizdə  müharibə 

mövzusunun görkəmli nümayəndəsi 

olan yazıçının əsərləri keçmiş SSRİ 

və xarici ölkə xalqlarının dillərinə də 

tərcümə olunmuşdur. Bədii yaradı-

cılığında S.Marşak, A.Qaydar, M.Q. 

Mixaylovski,  V.Vasilyevskayadan 

tərcümələr etmişdir.

1976-cı ildə əmək veteranı, 1981-

ci ildə müharibə veteranı olmuşdur. 

1967 və 1986-cı illərdə Azərbaycan 

SSR  Elmlər Akademiyasının Fəxri 

fərmanına, 1977-ci ildə “Azərbaycan 

Əməkdar mədəniyyət işçisi”, 1987-

ci  ildə  “Əməkdar  incəsənət  xadi-

mi”  fəxri  adlarına  layiq  görülmüş, 

1984-cü  ildə  “Xalqlar  dostluğu” 

ordeni  və  bir  sıra  medallarla  təltif 

olunmuşdur.

Süleyman  Vəliyev  1996-cı  il 

mart ayının 7-də Bakı şəhərində, 80 

yaşında vəfat etmişdir. Məzarı İkin-

ci Fəxri Xiyabandadır.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 

iki cilddə: romanlar 

/S.Vəliyev.- Bakı: Yazıçı, 

1983.

Daşlı bulaq: [romanlar] 

/S.Vəliyev; ön sözün 

müəl. C.Əhmədov.-Bakı: 

Yazıçı, 1987.- 686 s.

“Qanadı sınmış quş” 

da uçarmış: Sənədli 

nəsr, roman, povest və 

hekayələr /S.Vəliyev; 

red. Z.Əsgərov.- Bakı: 

Gənclik, 1989.- 427 s.

Mənə “sən” de 

/S.Vəliyev.- Bakı: 

Gənclik, 1985.- 325 s.

Süleyman Vəliyev                

//Əhmədov T. Azərbaycan 

yazıçıları (XX-XXI 

yüzillikdə):ensiklopedik 

məlumat kitabı.- Bakı, 

2011.-S.875.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.kataloq.net

21

Yazıçı


356

Şair, publisist

Milli ədəbiyyat  

75

illiyi

Şahmar Əkbərzadə

1941-2000 

DEKABR

Şahmar  Əkbər  oğlu  Əkbərzadə 

1941-ci il dekabr ayının 28-də Ağ-

dam rayonunun Çəmənli kəndində, 

ziyalı ailəsində anadan olmuşdur.

1958-ci  ildə  Mahrızlı  kənd  orta 

məktəbini  bitirdikdən  sonra  Şuşa 

Pedaqoji  Texnikumuna  daxil  ol-

muş, 1960-cı ildə oranı bitirmişdir. 

Elə  həmin  il  M.F.Axundov  adı-

na  Dillər  İnstitutunun  rus  dili  və 

ədəbiyyatı  şöbəsinə  daxil  olmuş, 

1965-ci  ildə  rus  dili  müəllimi  ix-

tisası  üzrə  təhsilini  başa  vurmuş-

dur. Bir neçə il Çəmənli kənd orta 

məktəbində müəllim işləmiş, 1968-

ci  ildə  Bakı  şəhərinə  köçmüşdür. 

Burada  Azərittifaqın  əməyin  elmi 

təşkili  mərkəzi  laboratoriyasında 

tərcüməçi,  1968-1973-cü  illərdə 

Azərbaycan  Kənd  Təsərrüfatı  Na-

zirliyinin  Nəşriyyat  şöbəsində 

redaktor,  1973-1978-ci  illərdə 

“Azərbaycan  gəncləri”  qəzeti  re-

daksiyasında publisistika şöbəsinin 

müdiri, 1978-1990-cı illərdə “Kom-

munist”  qəzeti  redaksiyasında 

Mədəniyyət şöbəsinin böyük ədəbi 

işçisi vəzifələrində çalışmışdır.

1990-cı  ildə  “Mədəniyyət” 

qəzetini  təsis  etmiş  və  ömrünün 

sonunadək  qəzetin  baş  redaktoru 

olmuşdur. 

Bədii yaradıcılıqla

 

1985-ci ildən 



məşğul  olmuş,  dövri  mətbuatda 

vaxtaşırı  olaraq  şeir,  məqalə  və 

tərcümələrini  çap  etdirmişdir. 

“Anama layla” (1978), “Sevgi borc 

verilməz” (1982), “Ona yanıram ki” 

(1988),  “Haqqa  pəncərə”  (1998), 

“Sev  məni”  (2000)  kitabları  işıq 

üzü görmüşdür.

Əsərləri  keçmiş  SSRİ  və  xa-

rici  ölkə  xalqlarının  dillərinə 

tərcümə  edilmişdir.  1978-ci  ildə 

Azərbaycanın  yaradıcı  gənclərinin 

tərkibində Çexoslovakiyada, 1984-

cü  ildə Azərbaycan  Jurnalistlər  İt-

tifaqının  xüsusi  qrupu  tərkibində 

Türkiyədə olmuşdur. 

1983-cü 

ildə 


Azərbaycan 

Jurnalistlər  İttifaqının  mükafatına, 

1986-cı  ildə  “Qızıl  qələm”  müka-

fatına,  1996-cı  ildə  şeirlərinə  görə 

“Araz”  ali  ədəbi  mükafatına  layiq 

görülmüşdür.

Görkəmli  şair,  publisist  Şahmar 

Əkbərzadə 2000-ci il avqust ayının 

30-da, Bakı şəhərində vəfat etmiş-

dir. 


Şairin adına beynəlxalq ədəbiyyat 

mükafatı  təsis  edilmiş,  “Şah-

mar  Əkbərzadə  adına  Beynəlxalq 

Ədəbiyyat  Mükafatı  laureatlarının 

şeir  antologiyası”  kitabı  çap  olun-

muşdur.


2014-cü  il  fevral  ayının  10-da 

“Şahmar  Ədəbi  Məclisi”  (ŞƏM) 

təsis olunmuşdur.

Ə d ə b i y y a t

Haqqa pəncərə: [şeirlər] 

/Ş.Əkbərzadə.- Bakı: Dünya, 

1998.- 304 s.

Sev məni: [şeirlər] 

/Ş.Əkbərzadə; red. 

T.Zahidoğlu.-Bakı: 

Azərbaycan, 2000.- 64 s.

Şeir /Ş.Əkbərzadə                

//Azərbaycan.- 2012.- 26 

fevral.- S.10.

Abbaslı, T. Şahmar: 

“Səndən zülümlər görsəm - 

Zülümdən gözəl nə var?..” 

/T.Abbaslı //Mədəniyyət.-

2012.- 31 avqust.- S.7.

Gülayə. Ölüm ondan 

ötrü ölümə getdi /Gülayə            

//Kaspi.-2013.- 27-29 iyul.- 

S.17.

Məmmədzadə, R. Şahmar 

Əkbərzadə ilə bir gecəlik 

görüş /R.Məmmədzadə        

//Ədalət.- 2011.- 8 yanvar.- 

S.16.

Yusifli, V. Şahmarı unutmaq 

olar?! /V.Yusifli //525-ci 

qəzet .-2011.- 3 sentyabr.- 

S.20.

İ n t e r n e t d ə

www.anl.az

28


357

Şair

Milli ədəbiyyat  

70

illiyi

Nüsrət Kəsəmənli

1946-2003 

DEKABR

Nüsrət  Yusif  oğlu  Kəsəmənli 

1946-cı il dekabr ayının 29-da Qazax 

rayonunda  anadan  olmuşdur.  Orta 

təhsilini burada aldıqdan sonra Bakı-

ya gəlmiş, 1966-cı ildə Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  

BDU) jurnalistika fakültəsinə daxil 

olmuşdur. Universitetin II kursunda 

ikən “Bakı” və “Baku” qəzetlərində 

müxbir,  ədəbi  işçi  vəzifəsinə  işə 

qəbul edildiyinə görə 1969-cu ildə 

qiyabi şöbəyə keçmişdir. Universi-

teti bitirdikdən sonra 1978-1985-ci 

illərdə Azərbaycan Yazıçılar  İttifa-

qında  referent  və  ədəbi  məsləhətçi 

olmuşdur.

Bədii yaradıcılığa XX əsrin 60-cı 

illərinin əvvəllərindən başlamışdır. 

Nüsrət  Kəsəmənlinin  poеziyası 

obrazlı təfəkkürün ifadəsidir. Onun 

şеirlərinin əsas mövzusu məhəbbət 

olsa da, insanpərvərliyə, yеr üzərində 

əmin-amanlığa, vətənə, torpağa aid 

müxtəlif əsərlər yaratmışdır. “Sеvgi 

hələ  ölmüş  dеyil”,  “Dəli  bir  ağ-

lamaq  kеçir  könlümdən”,  “Sənə 

güvəndiyim  dağlar”,  “Sеvə-sеvə”, 

“Bəlkə bu təsadüf” kimi məhəbbət 

mövzusunda,  “Torpaq  haqqında 

nəğmə”,  “Vətən  alov  еtsin  odunu 

sənin”, “Cıdır düzü”, “İsa bulağı”, 

“Ağlama  Təbrizim,

 

ağlama”,  “Bu 



bizim  vətənimizdir”  kimi  şeirləri 

doğma  torpağa,  vətənə  məhəbbəti 

əks  еtdirən  çoх  dəyərli  poеziya 

nümunələridir.  Şair  öz  yaradıcı-

lığında  ictimai-siyasi  hadisələrlə 

bağlı düşüncələrinə də yеr ayırmış, 

onun “Хocalı”, “20 Yanvar”, “Yad-

dan çıхmaz Qarabağ” kimi əsərləri 

məhz bu mövzuda yazılmışdır.

“Dünya köhnə dünyadır”, “Unut 

kədərini”,  “Allahım,  ayırma  bizi”, 

“Unuda  bilməyəcəksən”,  “Özü-

mü  aldadıram”,  “Biri  vardı,  biri 

yox...”  kimi  yüzlərlə  şeirinə  musi-

qi  bəstələnmişdir.  “Boş  kəndlərin 

harayı”, “Mövzu üzrə improvizasi-

ya”, “Ənbizlərin keşiyində”, “Sovet 

Azərbaycanına səyahət” və s. sənədli 

filmlərin,  “Afroditanın  qolları”, 

“Qarabağ  əhvalatı”  bədii  filmlərin 

ssenari müəllifidir. Moskvada gənc 

yazıçıların  VI,  VII      Ümumittifaq 

müşavirələrində iştirak etmişdir. 

1977-ci  ildən  Azərbaycan  Yazı-

çılar Birliyinin üzvü idi.

Fəal  ictimaiyyətçi  olmuş,  1981-

1984-cü  illərdə  Azərbaycan  Ya-

zıçılar 


İttifaqında 

Həmkarlar 

Komitəsinin  sədri,  Azərbaycan 

Tarix  və  Mədəniyyət  Abidələri 

Mühafizə  Cəmiyyətinin  üzvü, 

Azərbaycan Yazıçılar İttifaqının VI, 

VII  qurultayında  idarə  heyətinin 

üzvü,  Poeziya  şurasının  sədri  se-

çilmişdir. 1985-ci ildən C.Cabbarlı 

adına  “Azərbaycanfilm”  kinostu-

diyasında  baş  redaktor,  “Dünyaya 

pəncərə” sənədli televiziya verilişi-

nin ssenari müəllifi və aparıcısı kimi 

çalışmışdır. 1982-ci ildə respublika 

Lenin komsomolu mükafatı laureatı 

olmuşdur.

Şair  Nüsrət  Kəsəmənli  2003-cü 

il  oktyabr  ayının  17-də,  Təbrizdə 

vəfat etmişdir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin