Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə58/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

30

17

Ə d ə b i y y a t

Azərbaycan xəlçəsı: 3 

cilddə /AzSSR EA Memarlıq 

İncəsənət İn-tu; Lətif.- Bakı; 

Leninqrad [s.n.] 1961.-1983.

Azərbaycan 

xalçası:fotoalbom /tərtibçi 

və ön sözün müəllifi: 

L.Kərimov; elmi red.: 

M.Nəcəfov; Rəssamı: 

N.Babayev, Y.Salnikov.-Bakı: 

Yazıçı, 1985.- 236 s.

Azərbaycan xalçalarının 

naxış elementlərindən 

nümunələr /L.Kərimov.- 

Bakı, 1983.-130 s.

Əliyeva K. Lətif Kərimov: 

həyat və yaradıcılığı /K. 

Əliyeva, E. İbrahimov.-Bakı: 

Aspoliqraf, 2007.- 248 s.

Lətif Kərimov.1906-1991: 

[İzomaterial] /xalça sənəti 

lay. rəhb. Ç.Fərzəliyev; 

.-Bakı: Şərq-Qərb, 2013.- 

104 s.

Şəymən. Lətif Kərimov-

Azərbaycan xalçasını 

dünyaya tanıdan sənətkar /

Şəymən //Şərq.- 2014.- 15 

yanvar.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

110 

illiyi

Rəssam

332

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Fərhad Xəlilov

1946  

NOY

ABR

Fərhad Qurban oğlu Xəlilov 1946-

cı  il  noyabr  ayının  26-da  anadan  ol-

muşdur.  1961-1966-cı  illərdə  Əzim 

Əzimzadə adına Rəssamlıq məktəbində 

təhsil almışdır. 1966-cı ildə Moskvada 

Ali  Rəssamlıq-sənaye  Texnikumun-

da  (keçmiş  S.Q.Stroqanov  Rəssamlıq 

məktəbi)  oxumuş  və  1969-1975-ci 

illərdə  Moskvada  Poliqrafiya  İnsti-

tutunda  təhsilini  davam  etdirmişdir. 

Moskva mühiti rəssamın yaradıcılığı-

na müsbət təsir göstərmiş, T. Nazaren-

ko, N.Nesterova, A.Sitnikov kimi gənc 

və  istedadlı  rəssamların,  S.Yamşikov, 

Y.Kolpinski  kimi  sənətşünasların 

əhatəsində olmuşdur.

Hələ  yaradıcılığa  başladığı  ilk 

illərdən  novatorluğa  meyil  göstərən 

rəssam bütün yaradıcılığı boyu öz ide-

yalarına  sadiq  qalmışdır.  F.Xəlilovun 

yaradıcılığında  rus  və  Avropa 

rəssamlıq ənənələri Şərq mədəniyyəti 

ilə  vəhdət  təşkil  edir.  Əsərlərində 

Abşeron  motivləri  əhəmiyyətli  yer 

tutur.  Çimərliklər,  dəniz  və  Abşeron 

görüntüləri,  həmçinin  Abşeron  yarı-

madasının yaşayış məntəqələri - Nar-

daran,  Buzovna,  Zağulba,  Maştağa, 

Mərdəkan  və  başqaları  buna  misal 

ola bilər. Onun əsərləri üçün rənglərin 

və  fəzanın  real  vəhdəti  xarakterikdir. 

Təsvirləri mücərrəd minimalizmə ya-

xındır  və  əsasən  cənub  təbiətindən 

gələn  təəssüratların  obrazlı  şəkildə 

ifadəsi əks olunur. 

1987-ci 

ildən 


Azərbaycanın 

Rəssamlar İttifaqının sədridir. 

Əsərləri dəfələrlə keçmiş SSRİ-də, 

Avropada, dünyanın müxtəlif qalereya 

və  sərgilərində  nümayiş  etdirilmişdir. 

2008-ci ildə Moskvada - Dövlət Tret-

yakov Qalereyasında Fərhad Xəlilovun 

fərdi  sərgisinin  açılışı  ilə  əlaqədar 

təntənəli  mərasim  keçirilmiş,  yaradı-

cılığının 30 ildən artıq dövrünü əhatə 

edən retrospektiv sərgidə 80-nə yaxın 

rəsm əsəri nümayiş etdirilmişdir. Bun-

lardan  silsilə  olaraq  “Görüş”  (1983-

2007), “Xatirə” (2003-2006), “Torpaq 

naxışları”  (1999-2006),  “1984-cü  ilin 

baharı”  (1984),  “Axşamın  gec  saat-

ları”  (“Поздние  вечера”  (1984))  və 

müxtəlif  illərin  ayrı-ayrı  əsərlərini 

qeyd etmək olar. 

2008-ci ildə Rusiya Bədaye Akade-

miyasının həqiqi üzvü seçilmişdir.

2012-ci  ildə  Moskvada  Mərkəzi 

Rəssamlar Evində növbəti fərdi sərgisi 

açılmış və 20-dən artıq işi təqdim edil-

mişdir.  F.Xəlilov  Rusiya  Rəssamlıq 

Akademiyasının  qızıl  medalı  ilə  mü-

kafatlandırılmışdır.

Fərhad  Xəlilov  2002-ci  ildə 

“Azərbaycanın  Xalq  rəssamı”  fəxri 

adına  layiq  görülmüş,  Azərbaycan 

incəsənətinin 

inkişafındakı 

xidmətlərinə görə “Şöhrət” ordeni ilə 

təltif edilmişdir. 

Azərbaycan  Respublikası  Pre-

zidentinin  13  aprel  2009-cu  il  ta-

rixli  Sərəncamı  ilə  fərdi  Prezident 

təqaüdçüsüdür.



30

26

Ə d ə b i y y a t

“Rəssam əsərlərinin 

satılması üçün bir siyasət 

qurmalıdır”: Azərbaycan 

Rəssamlar İttifaqının sədri 

Fərhad Xəlilovun APA-ya 

müsahibəsi //Xalq Cəbhəsi.- 

2013.- 9 fevral.- S.15.

Hacızadə, A. Azərbaycanın 

Xalq rəssamı Fərhad Xəlilov 

Rusiya Rəssamlıq Akademi-

yasının qızıl medalına layiq 

görülmüşdür /A.Hacızadə 

//Azərbaycan.-2012.- 31 

mart.- S. 11.

Фархад Халилов, 

председатель 

Союза художников 

Азербайджана: “Ничто не 

может заменить мне мою 

мастерскую”: Интервью с 

Ф. Халиловым /Ф.Халилов 

//Азербайджанские 

известия.- 2014.- 10 

сентября.- С.1.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

70 

illiyi

Rəssam

20

333

Teatr.Kino

Mərziyə Davudova 

1901-1962

NOY

ABR

Mərziyə  Yusif  qızı  Davudova 

1901-ci  il  noyabr  ayının  25-də  (bəzi 

mənbələrdə  08  dekabr)  Həştərxanda 

kəndində anadan olmuşdur. 1908-ci ildə 

kəndlərindəki  dördillik  “Darültəhsil” 

tatar  məktəbində  oxumuş,  “Qaliyə” 

və  “İqbal”  rus-tatar  məktəblərində 

təhsilini davam etdirmiş, təhsil illərində 

həvəskarların  hazırladıqları  tamaşalar-

da oynamışdır.

İlk  dəfə  1917-ci  ildə,  16  yaşında 

olarkən Həştərxanda “İqbal” məktəbində 

“Birinci teatr” adlı ikipərdəli tamaşada 

Əfifə rolunu ifa etmişdir. 1920-ci ildə 

Bakıya  gələn  və  taleyini  əbədi  olaraq 

teatra  bağlayan  Mərziyə  Davudova 

Azərbaycan  mədəniyyətinin,  xüsusilə 

də  teatr  sənətinin  inkişafında  misilsiz 

xidmətlər göstərmişdir. 

XX  əsrin  20-ci  illərindən  sonra 

Azərbaycan  səhnəsində  Fatma  Mux-

tarova,  Şövkət  Məmmədova,  Həqiqət 

Rzayeva,  Sürəyya  Qacar,  Münəvvər 

Kələntərli  kimi  aktrisaların  sırasın-

da  Mərziyə  xanım  da  özünəməxsus 

yer tuturdu. Üzeyir Hacıbəylinin “Ar-

şın  mal  alan”  musiqili  komediyasın-

da əvvəlcə Gülçöhrə, sonra isə Cahan 

xala,  Cəfər  Cabbarlının  pyeslərində 

Gültəkin  (Aydın),  Firəngiz  (Oqtay 

Eloğlu),  Solmaz  (Od  gəlini),  Gülüş 

və Sevil (Sevil), Yaxşı və Almaz (Al-

maz), Gülnisə (Solğun çiçəklər), Gül-

sabah və Turac (Dönüş), Nabat və Sona 

(1905-ci ildə), M.İbrahimovun “Həyat” 

dramında  Həyat,  İ.Rüstəmbəyovun 

“Dövləti-bisəmər”  əsərində  Nisə, 

S.Rüstəmin  “Qaçaq  Nəbi”  dramın-

da  Həcər,  H.Mehdinin  “Nizami”  dra-

mında  Məhsəti,  R.Rzanın  “Vəfa” 

əsərində  Ülkər,  Ə.Məmmədxanlının 

“Şərqin  səhəri”  əsərində  Gülzar, 

C.Məcnunbəyovun  “Yanar  dərə” 

əsərində  Hicran  rollarında  çıxış  et-

mişdir.  H.Cavidin  “İblis”  əsərinin  ta-

maşasında  Abbas  Mirzə  Şərifzadə  ilə 

tərəf  müqabili  olması  onun  səhnə  ya-

radıcılığında  yeni  səhifələr  açmışdır. 

Qısa  müddətdə  mürəkkəb,  ziddiyyətli 

müxtəlif  qadın  obrazlarının,  xüsusilə 

də qüdrətli xarakterlərin yaradıcısı kimi 

parlamışdır.  M.Davudovanın  teatra 

gəlişi ilə çox şey dəyişmiş, o, səhnədə 

yalnız Azərbaycan qadınlarının surətini 

deyil, Qərb teatrından gələn dezdemo-

nalar,    amalyalar,  ofelyalar,  violalar... 

kimi neçə-neçə mürəkkəb obrazlar ya-

ratmışdır.

“Hacı  Qara”,  “Bir  ailə”,  “Bakı-

nın  işıqları”,  “Bir  məhəlləli  iki  oğ-

lan”,  “Koroğlu”  və  digər  filmlərə 

çəkilmişdir. Mərziyyə xanım Davudova 

1956-1962-ci illərdə Azərbaycan Teatr 

Cəmiyyətinə (indiki Azərbaycan Teatr 

Xadimləri İttifaqı) rəhbərlik etmişdir.

Bir neçə çağırış Azərbaycan SSR Ali 

Sovetinin deputatı olmuşdur. Yaradıcılıq 

nailiyyətləri yüksək qiymətləndirilərək 

25  aprel  1933-cü  ildə  “Azərbaycan 

Respublikasının  Əməkdar  artisti”,  4 

aprel  1936-cı  ildə  “Xalq  artisti”,  22 

iyul  1949-cu  ildə  “SSRİ  Xalq  artisti” 

fəxri adlarına layiq görülmuş, orden və 

medallara təltif olunmuşdur.

Mərziyə  Davudova  1962-ci  il  yan-

var  ayının  6-da  vəfat  etmiş,  Bakıda 

Fəxri  Xiyabanda  dəfn  olunmuşdur. 

Mingəçevir  Dövlət  Dram Teatrı  aktri-

sanın adını daşıyır.



20

30

25

Ə d ə b i y y a t

Məmmədov, C. Mərziyə 

Davudova /C.Məmmədov; 

[red. R.Şahvələd]; 

Azərb. SSR, Azərb. Teatr 

Cəmiyyəti.-Bakı: Azərnəşr, 

1949.- 33 s. 

Xəlilzadə, F. Zülmətdə 

parlayan ulduz: Mərziyə 

Davudova – 110 

/F.Xəlilzadə //Azərbaycan.- 

2011.- 8 dekabr.- S.7.

Mükərrəmoğlu, M. 

Mərziyə xanımın səhnə 

fəaliyyəti əsl qəhrəmanlıq 

idi /M.Mükərrəmoğlu //

Xalq qəzeti.- 2014.- 12 

avqust.- S.7.

Rəhimli, İ. Mərziyə 

Davudova //Rəhimli İ. 

Azərbaycan teatr tarixi: 

dərslik.- Bakı, 2005.- 

S.149-151.

  İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

115 

illiyi

Aktrisa

334

Siyasət.Hüquq.Hərbi iş

135 

illiyi

Ənvər Paşa 

1881-1922 

NOY

ABR

Ənvər  Hacı  Ahmet  oğlu  (İsmail 

Enver)  1881-ci  il  noyabr  ayının  23-

də İstanbulda anadan olmuşdur. Hərbi 

akademiyada təhsil almış, 1904-cü ildə 

kapitan,  1907-ci  ildə  mayor,  1914-cü 

ildə - 34 yaşında ikən polkovnik və bir 

qədər sonra general-mayor, 1916-cı ildə 

isə  general-leytenant  rütbəsi  almışdır. 

1914-cü  ildə  Osmanlı  ordusunun  Baş 

qərargah  rəisi,  1916-cı  ildə  Osmanlı 

sultanının  xüsusi  yavəri,  1917-ci  ildə 

hərbi nazir və baş komandanın müavi-

ni təyin edilmişdir. “İttihad və tərəqqi” 

partiyasının  liderlərindən  biri,  türk 

xalqlarının mənəvi-siyasi birliyi ideya-

sının - turançılığın fəal tərəfdarlarından 

olmuşdur.  Rusiyanın  türk-müsəlman 

xalqlarının,  o  cümlədən,  Azərbaycan 

xalqının  həyatında  baş  verən  ictimai-

siyasi prosesləri yaxından izləmiş, Qaf-

qaz  İslam  Ordusunun  yaradılması  ilə 

Azərbaycan və Dağıstandakı milli azad-

lıq  hərəkatını  dəstəkləməyə  müvəffəq 

olmuşdur. Ənvər paşa Qafqaz İslam Or-

dusu adı altında Azərbaycan türklərinə 

hərbi yardım göstərmək qərarına gəlmiş 

və ordunun komandanı vəzifəsini qar-

daşı Nuru paşaya etibar etmişdir. 1918-

ci il iyunun 4-də Batumda Azərbaycan 

Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti 

arasında imzalanan müqavilədən sonra 

Ənvər paşa Azərbaycana hərbi qüvvələr 

göndərilməsinə  dair  göstəriş  vermiş-

dir.  Osmanlı  dövlətinin  müttəfiqi  olan 

Almaniyanın  təzyiqlərinə  və  etirazına 

baxmayaraq Ənvər paşa Bakının azad 

olunması  əməliyyatını  qələbə  ilə  başa 

çatdırmaq  üçün  15-ci  türk  diviziyası-

nın  da  Azərbaycana  göndərilməsinə 

nail  olmuşdur.  Müttəfiqlər  tərəfindən 

məğlub  edilmiş  Osmanlı  dövləti  üçün 

təslim aktı olan Mudros barışığı (1918) 

imzalanandan  sonra  Ənvər  paşanın 

həyatına təhlükə yaranmış və o, 1918-

ci il noyabrın 8-də hökumətin bir neçə 

üzvü ilə birlikdə Azərbaycana gəlmək 

üçün  gizlicə  Türkiyəni  tərk  etmişdir. 

Alman  gəmisi  ilə  Krıma  gələn  Ənvər 

paşa  Şimali  Qafqazda  hərbi  şəraitin 

kəskinləşməsi  üzündən  Azərbaycana 

gələ  bilməmiş  və  Moskvaya  getmiş-

di.  Orada  “İslam  ihtilal  cəmiyyətləri 

ittihadı”nı  yaratmışdır.  Bu  cəmiyyətin 

nümayəndəsi kimi Azərbaycana gəlmiş 

və 1920-ci il sentyabrın 1-7-də Bakıda 

keçirilən  Şərq  xalqlarının  qurultayın-

da iştirak etmişdir. Bolşevik hökuməti 

ilə  əməkdaşlığın  onun  əqidəsinə  zidd 

olduğunu anlayan Ənvər paşa 1922-ci 

ildə yenidən Bakıya gəlmiş və buradan 

Tacikistana  keçmiş,  sovet-bolşevik  iş-

ğalçılarına  qarşı  azadlıq  mübarizəsinə 

qoşulmuşdur.  Göstərdiyi  şücaətə  görə 

bir sıra orden və medallarla təltif edil-

mişdir.


Ənvər paşa 1922-ci il avqust ayının 

4-də  Tacikistan  ərazisində, Abi-Dərya 

çayı  kənarında  bolşevik  qüvvələrinə 

qarşı döyüşdə şəhid olmuşdur. XX əsrin 

90-cı illərində nəşi İstanbula gətirilərək 

torpağa tapşırılmışdır.



Ə d ə b i y y a t

Yaver S. Enver paşanın son 

günleri /Suphi bey Yaver.-

İstanbul, 2011.- 304 s.

Aşırlı, A.Ənvər paşa “Şərq 

eli”ndə /A.Aşırlı //Şərq.- 

2011.- 20 dekabr.- S.4.

Əliyeva, Y. Türk dünyası-

nın vurğunu- Ənvər paşa 

/Y.Əliyeva //Həftə içi.- 

2011.- 15-17 yanvar.- S.5.

Ənvər Paşa //Azərbaycan 

Xalq Cümhuriyyəti 

ensiklopediyası:2 cilddə.- 

Bakı, 2004.- C.1.- S.393-

395.

Gülayə. Ənvər Paşanın 

son məktubu /Gülayə //

Kaspi.-2015.- 14-16 fev-

ral.- S.24.

İ n t e r n e t d ə

www.adam.az

www.az.wikipedia.org

23

Dövlət xadimi

NOY

ABR

2

336

120 

illiyi

Ağa Nemətulla 

1896-1958

    

NOY

ABR

Ağa Nemətulla 1896-cı il noyabr ayı-

nın  15-də  Cənubi  Azərbaycanın  Sərab 

şəhərində  anadan  olmuşdur.  Uşaqlıq 

illəri  ağır  və  məşəqqətli  keçmiş,  4  ya-

şında ikən anasını itirmiş, atası ilə birgə 

işləmişdir. 1915-ci ildə Bakıya gəlmiş və 

1932-ci ilə qədər bir sıra rayonların qaz-

ma idarələrində fəhlə, çilingər, qazmaçı 

köməkçisi və qazmaçı işləmişdir. 1927-

ci ildən Sov. İKP üzvü olmuşdur. 1932-ci 

ildə qazma ustası olmuş, sonralar Putada 

sahə  rəisi,  qazma  kontorunun  direktoru 

vəzifələrində  çalışmışdır.  1956-1958-ci 

illərdə Azərbaycan dəniz neft kəşfiyyatı 

trestinin 1 nömrəli Gürgan qazma konto-

runda buruq ustası işləmişdir. 

Hansı vəzifədə işləməsindən asılı ol-

mayaraq görkəmli neftçinin dəmir iradəsi 

və özünə qarşı tələbkarlığı ona ən çətin 

tapşırıqların  belə  öhdəsindən  gəlməyə 

imkan vermişdir. Ağa Nemətulla həmişə 

yeni ideyalarla və səmərəli təkliflərlə çı-

xış etmişdir. Hətta bu təkliflərə görə ona 

“SSRİ neft sənayesinin yenilikçisi” fəxri 

adı verilmişdir. 

A.Nemətulla  turbinlə  mayili  və  iki 

lüləli  qazmanın  yaradıcısı  hesab  edilir. 

1941-ci  ildə  Bibiheybətdə  dünyada  ilk 

dəfə olaraq turbinlə mayili quyu qazmış-

dır.  Onun  briqadası  turbin  qazmasında 

bir  sıra  yeni,  səmərələşdirici  təkliflər 

verərək  həyata  keçirmişdir.  Bunun 

nəticəsində  qaldırma-endirmə  və  təmir 

işlərinə sərf olunan vaxt azalmışdır.

Məşhur ustanın qabaqcıl iş təcrübəsi 

nəinki  Azərbaycan  neftçiləri  arasın-

da,  habelə  Dağıstan,  Şimali  Qafqaz, 

Türkmənistan,  Başqırdıstan,  Tatarıstan, 

Özbəkistan  və  başqa  yerlərdə  də  tətbiq 

olunmuşdur. Təsadüfi deyil ki, o, 1942-

1943-cü illərdə Özbəkistan SSR-də neft 

quyularının  qazılmasında  iştirak  etmiş-

dir.


Ağa  Nemətulla  tutduğu  vəzifələrdə 

və  gördüyü  işlərdə  sələflərinin  yolu 

ilə  getməyərək  yeni  məktəbin  təməlini 

qoymuşdur.  Bu  məktəb  istehsa-

lat  mədəniyyətinin  yüksəldilməsinə, 

məhsuldarlığın  artırılmasına,  fəhlələrin 

iş şəraitinin yaxşılaşdırılmasına, onların 

təhlükəsizliyinə xidmət etmişdir. 

A.Nemətulla  sağlığında  Azərbaycan 

neft  sənayesi  tarixinə  iz  qoymuş 

şəxsiyyətlərdən  olmuşdur.  1937-ci  ildə 

Naxçıvandan Azərbaycan SSRİ Ali So-

vetinin (1-ci çağırış), sonrakı illərdə isə 

Azərbaycan  SSRİ  Ali  Sovetinin  (2-4-

cü  çağırış)  deputatı  seçilmişdir.  1947  - 

1951-ci illərdə SSRİ dövlət mükafatına 

layiq  görülmüş,  2  dəfə  Lenin  ordeni,  2 

dəfə  Stalin  mükafatı,  Qırmızı  Əmək 

Bayrağı, “Şərəf nişanı” ordenləri, “Əmək 

şücaətinə  görə”  medalı,  başqa  ordenlər 

və medallarla təltif edilmişdir.

Ağa  Nemətulla  1958-ci  ildə  yanvar 

ayının 1-də Bakıda vəfat etmişdir. Bakıda 

mərkəzi küçələrdən və Xəzər Gəmiçiliyi 

İdarəsinin  gəmilərindən  biri  onun  adını 

daşıyır.


Ə d ə b i y y a t

Ağazadə, A. Ağa Nemətulla 

/A. Ağazadə; [red. M. Əziz].-

Bakı: Azərnəşr, 1948.-26  s.

Ağa Nemətulla //Fəxri 

xiyaban: [soraq kitabı]                 

/Heydər Əliyev Fondu.- 

Bakı: 2007.-S.18.

Ağa Nemətulla  //Azərbaycan 

Sovet Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1976.- C.1.-

S.94

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

15

Neftçi

Fəlsəfə.İqtisadiyyat

338

Coğrafiya.Geologiya

85 

illiyi

Ələşrəf Məmmədov 

1931-2003

NOY

ABR

Ələşrəf  Veysəl  oğlu  Məmmədov 

1931-ci  il  noyabr  ayının  1-də  Qax  ra-

yonunun  İlisu  kəndində  anadan  ol-

muşdur. Orta məktəbi bitirdikdən son-

ra,  1948-1953-cü  illərdə  Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  BDU) 

geoloji-coğrafiya  fakültəsinin  geologi-

ya şöbəsində almışdır.

Təhsilini  başa  vurduqdan  sonra 

həyatını  bütünlüklə  AMEA  ilə  bağla-

mışdır.  Burada  Geologiya  İnstitutunda 

kiçik  elmi  işçi  kimi  əmək  fəaliyyətinə 

başlamış, 1953-1956-cı illərdə institutun 

aspiranturasında oxumuş, 1956-1958-ci 

illərdə AMEA-nın Neft Ekspedisiyasın-

da işçi qrupuna rəhbərlik etmiş, 1958-

1970-ci  illərdə  Geologiya  İnstitutunun 

tektonika  laboratoriyasında  baş  elmi 

işçi vəzifəsində çalışmışdır.

1956-cı ildə namizədlik, 1970-ci ildə 

isə doktorluq dissertasiyası müdafiə et-

miş,  geologiya-mineralogiya  elmləri 

doktoru elmi dərəcəsi almışdır.

1971-ci  ildən  həyatının  sonunadək 

-  fasiləsiz  olaraq  30  ildən  artıq  bir 

müddət  ərzində  AMEA-nın  Coğrafiya 

İnstitutunda  Paleocoğrafiya  şöbəsinin 

müdiri vəzifəsində çalışmışdır. 1989-cu 

ildə Azərbaycan  EA-nın  müxbir  üzvü, 

2001-ci  ildə  isə  həqiqi  üzvü  seçilmiş-

dir.


Akademik  Ələşrəf  Məmmədovun 

Kür  çökəkliyinin  regional  geologiya-

sı  və  tektonikası,  stratiqrafiya,  paleo-

coğrafiya,  Azərbaycanın  və  Qafqazın 

geoloji  inkişafının  tarixi,  neft-qazlılıq 

perspektivləri 

məsələlərinə 

həsr 


olunmuş  fundamental  tədqiqatları 

Qafqaz  bölgəsinin  geologiyasının 

öyrənilməsində  mühüm  rol  oynamış, 

Azərbaycanın və bir çox xarici ölkələrin 

geologiya  ictimaiyyəti  tərəfindən 

yüksək  qiymətləndirilmişdir.  Alimin 

yaxından iştirakı ilə Azərbaycanın geo-

loji, tektoniki və geotektoniki xəritələri 

tərtib  edilərək  dərc  olunmuşdur.  Onun 

tərtib  etdiyi  xəritələr  İngiltərədə  nəşr 

olunmuş  “Avrasiya  şelflərinin  mezo-

kaynozoyda  paleocoğrafiyası”  atlası-

na  daxil  edilmişdir.  200-dən  çox  elmi 

əsərin, o cümlədən 12 monoqrafiyanın 

müəllifidir. Onun rəhbərliyi altında bir 

çox elmlər namizədi və doktoru hazır-

lanmışdır.

Alim  elmi  yaradıcılıqla  yanaşı,  pe-

daqoji  fəaliyyətlə  də  məşğul  olmuş-

dur.  30  ildən  çox  BDU-nun  coğrafiya 

fakültəsinin  professoru  kimi  səmərəli 

fəaliyyət göstərmişdir.

Bir  çox  beynəlxalq  elmi  konqres, 

simpozium və konfransların təşkilatçısı 

və  iştirakçısı  olmuş,  xarici  ölkələrdə, 

o  cümlədən  Amerika  Birləşmiş  Ştat-

larında,  Rusiyada,  Fransada,  İranda, 

Türkiyədə  Azərbaycan  elmini  həmişə 

yüksək  səviyyədə  və  ləyaqətlə  təmsil 

etmişdir.

Görkəmli  alim,  akademik  Ələşrəf 

Məmmədov  2003-cü  il  avqust  ayının 

26-da vəfat etmişdir. 

Ə d ə b i y y a t

Məmmədov Ələşrəf 

Veysəl oğlu: biblioqrafiya            

/AMEA, Geologiya və 

Geofizika İnstitutu.- Bakı: 

«Nafta-Press», 2002.- 79 

s. Azərbaycanın elm və 

mədəniyyət xadimləri.

Геологическое строение 

Среднекуринской 

впадины /А.Мамедов.-

Баку: Элм, 1973.- 102 с.

Геология четвертичных 

отложений 

Азербайджана 

/А.Мамедов.- Баку: Элм, 

1978.- 135 с.

Палеогеография 

и история 

геологического развития 

Среднекуринской 

впадины в связи с 

нефтегазоносности 

/А.Мамедов.-Баку: Элм, 

1977.- 86 с.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin