Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

1

Akademik

NOY

ABR

15

339

NOY

ABR

15

Kimya.Biologiya.Tibb

75 

illiyi

Əflatun Kərimov 

1941

NOY

ABR

Əflatun  Xudkar  oğlu  Kərimov 

1941-ci  il  noyabr  ayının  23-də  Bakı 

şəhərində  anadan  olmuşdur.  1960-

1966-cı  illərdə  N.Nərimanov  adına 

Azərbaycan Dövlət Tibb İnstitutunda 

(indiki  Azərbaycan  Tibb  Universite-

ti)  Müalicə-profilaktika  fakültəsində 

təhsil  almışdır.  1968-1971-ci  illərdə 

Azərbaycan 

Dövlət 

Həkimləri 



Təkmilləşdirmə  İnstitutunun  Döş 

qəfəsi cərrahiyyəsi kafedrasının aspi-

rantı olmuş, 1971-ci ildə respublikada 

ilk dəfə olaraq bronxoqrafiya və bron-

xoskopiya  -  ağ  ciyərlərdə  müxtəlif 

xəstəliklərin  bronxoloji  müayinəsinə 

aid “Müxtəlif ağciyər xəstəlikləri za-

manı  bronxoloji  tədqiqat  metodları” 

mövzusu üzrə dissertasiyasını müdafiə 

etmiş,  tibb  elmləri  namizədi  alimlik 

dərəcəsi almışdır.

1972-1974-cü  illərdə  Ə.Əliyev 

adına  Azərbaycan  Dövlət  Həkimləri 

Təkmilləşdirmə İnstitutunun klinikası 

Uşaq döş qəfəsi xəstəlikləri şöbəsinin 

müdiri,  1976-1978-ci  illərdə  Efiopi-

yada  Hərbi  Hospitalda  Cərrahiyyə 

şöbəsinin müdiri vəzifəsində çalışmış 

və orada 1000-ə yaxın müxtəlif (trav-

matologiya, qarın boşluğu, döş qəfəsi, 

urologiya,  ginekoloji  xəstəliklər) 

cərrahiyyə  əməliyyatları  aparmışdır. 

Səmərəli  fəaliyyətinə  görə  SSRİ-

nin  müvafiq  səfirliyi  tərəfindən  Fəxri 

Fərmanla təltif edilmişdir.

1983-1987-ci  illərdə  isə  Sankt-

Peterburqda Həkimləri Təkmilləşdirmə 

İnstitutunda  doktorantura  pilləsində 

təhsili  almışdır.  1988-ci  ildən 

Azərbaycan Dövlət Tibb İnstitutunda 

(indiki Azərbaycan Tibb Universiteti) 

Onkologiya kafedrasında çalışır. 1989-

cu ildə isə SSRİ Mərkəzi Pulmonoloji 

İnstitutunda  «Аспергиллез  легких» 

mövzusunda doktorluq dissertasiyası-

nı müdafiə etmiş, tibb elmləri doktoru 

elmi dərəcəsi almışdır. 2003-cü ildən 

Milli  Onkoloji  Mərkəzinin  abdomi-

nal şöbəsinin professorudur. Dəfələrlə 

mühüm cərrahiyyə əməliyyatları apar-

mış, kütləvi informasiya vasitələrində 

bu fəaliyyəti geniş əks etdirilmişdir.

Görkəmli  cərrah  əsasən  süd 

vəzisinin 

və 

mədə-bağırsaq 



xərçənginin-klinikası,  diaqnostika-

sı,  cərrahi  müalicəsi  ilə  məşğul  olur. 

Cərrahiyyənin  müxtəlif  sahələrinə 

aid  263-dən  çox  elmi  əsərlərin,  22 

metodik  tövsiyyənin,  6  səmərəşdirici 

təklifin, o cümlədən 1989-cü ildə «Süd 

vəzisində I-II dərəcəli xərçəng zamanı 

yeni  cərrahiyyə  orqansaxlayıcı  üsu-

lun» müəllifidir.

Onun rəhbərliyi altında 6 nəfər tibb 

üzrə  fəlsəfə  elmləri  doktoru  müdafiə 

etmişdir.  Hazırda  Onkologiya  kafed-

rasının  professoru,  Respublika  Ali 

Attestasiya  Komissiyasının  üzvü, 

Ə.Əliyev  adına  Azərbaycan  Dövlət 

Həkimləri  Təkmilləşdirmə  İnstitutu-

nun cərrahiyyə fakültəsinin elmi şura-

Ə d ə b i y y a t

Xərçəng yönlü 

xəstəliklər hələ xərçəng 

deyil /Bakı şəhərinin baş 

onkoloqu, tibb elmləri 

doktoru, professor 

Əflatun Kərimovun tibb 

haqqında mülahizələri 

// Xalq qəzeti.-1998.-4 

oktyabr.-S. 5.

Бронхологические 

методы исследования 

при различных 

заболеваниях 

легких. автореф. 

дис….канд. мед. 

наук:14777-Хирургия 

/ А.Х.Керимов; 

Азерб.гос.ин-т 

усовершенствования 

врачей им. 

А.М.Алиева.-Б., 1971.-

22,(1) с. 

Микотические 

поражения легких: 

(Клинико-эксперимент. 

исслед) / Керимов.А.Х. 

Автореф.дис. д-ра 

мед.наук.14.00.43.- 

Л.,1986.-34 c.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.science.gov.az

23

Alim


340

Texnika.Mühəndis işi

70 

illiyi

Qüdrət Kəlbəliyev

1946

NOY

ABR

Qüdrət  İsfəndiyar  oğlu  Kəlbəliyev 

1946-cı  il  noyabr  ayının  13-də  Nax-

çıvan  Muxtar  Respublikasının  Babək 

rayonunda  anadan  olmuşdur.  1969-cu 

ildə Azərbaycan  Neft  və  Kimya  İnsti-

tutunun  (indiki Azərbaycan  Neft Aka-

demiyası)  Neft  mexanikası  fakültəsini 

bitirdikdən sonra 1971-ci ilə kimi Sum-

qayıtda  Dövlət  Xlor  Sənaye  Layihə 

İnstitutunda texnik və mühəndis, 1971-

1976-cı  illərdə  Neft-Kimya  Avtomat-

laşdırma  və  Layihələşdirmə  İnstitu-

tunda  mühəndis,  1976-1988-ci  illərdə 

Azərbaycan  Milli  Elmlər  Akademi-

yasında  M.F.Nağıyev  adına  Kimya 

Texnologiyasının  Nəzəri  Problemləri 

İnstitutunda  mühəndis,  kiçik  və  bö-

yük elmi işçi vəzifələrində çalışmışdır. 

1987-ci ildə “İstilik və kütlə mübadiləsi 

səthlərində  çoxfazalı  axımlardan  bərk 

fazanın  çökməyi  ilə  gedən  qeyri-

stasionar proseslərin modelləşdirilməsi 

və  intensivləşdirilməsi”  mövzusunda 

dissertasiya  işi  müdafiə  edərək  kim-

ya  elmləri  doktoru  alimlik  dərəcəsi, 

1993-cü ildə isə professor elmi adı al-

mışdır.  1988-ci  ildən  həmin  institutda 

İstilik və kütlə mübadiləsi proseslərinin 

nəzəriyyəsi laboratoriyasının rəhbəridir. 

Professor pedaqoji sahədə də fəaliyyət 

göstərmiş, 1999-2006-cı illərdə Türkiyə 

cümhuriyyətinin Malatya şəhərində İnö-

nü Universitetində Kimya mühəndisliyi 

fakültəsində müəllimlik etmişdir.

Elmi  tədqiqatları  kimya  texnologi-

yası  proseslərinin  optimallaşdırılması 

metodlarına həsr olunmuşdur. Professor 

Q.Kəlbəliyevin rəhbərliyi iə yaradılmış 

bərk  fazanın  çöküntüsü  ilə  əlaqələnən 

qeyri-stasionar  çoxfazalı  sistemlərdə 

istilik,  kütlə,  mübadiləsi  və  hidrodi-

namikanın  kimya  texnologiyasında 

müstəsna əhəmiyyəti vardır.

Dispers  sistemlərdə  hidrodinami-

ka,  kütlə  və  istilik  mübadiləsi,  kim-

ya  proseslərinin  modelləşdirilməsi, 

intensivləşdirilməsi  və  yeni  texnolo-

giyaların,  apparat  tərtibatının  işlənib 

hazırlanması.  Suspenziyalarda  və 

emulsiyalarda  fiziki-kimya  və  kütlə 

mübadiləsi  proseslərinin  (koaquliya-

siya,  birləşmə,  ayrılma  və  parçalan-

ma)  modelləşdirilməsi  və  texnoloji 

proseslərdə  tədbiqi  onun  əsas  elmi 

nailiyyətləridir.

Onun  elmi  tədqiqat  işlərinin 

nəticələri 215 elmi əsərdə, bir neçə mo-

noqrafiyada, 7 patent, bir neçə müəlliflik 

şəhadətnaməsində öz əksini tapmışdır. 

Bir sıra beynəlxalq konfrans və simpo-

ziumlarda məruzələrlə çıxış etmişdir.

Alim Qüdrət Kəlbəliyev kadr hazır-

lığı ilə də məşğul olmuş, 4 fəlsəfə dok-

toru, 1 fəlsəfə elmləri doktorunu yetiş-

dirmişdir.

Görkəmli kimyaçı alim 2001-ci ildən 

Azərbaycan Milli Elmlər Akademiyası-

nın  Kimya  texnologiyasının  proses  və 

aparatları ixtisası üzrə müxbir üzvüdür.



Ə d ə b i y y a t

Гидродинамика 

и массоперенос в 

дисперсных средах /Г.И. 

Келбалиев, С.Р. Расулов.- 

Санкт-Петербург: 

ХимИздат, 2014.- 567 c.

Массообмен между 

каплем или газовым 

пузырем и изотропным 

турбулентным потоком 

//Теор. осн. хим. техн.- 

2012.- т.46.- №5.- С. 

554-562.

The deformation and bre-

ak up of drops and bubb-

les in the isotropic turbu-

lent flows /G.Kelbaliyev, 

S.R.Rasulov, G.Z. 

Suleymanov //Science 

and Applied Engineering 

Quarterly.- 2014.-№ 3.-P. 

44-50.

Kəlbəliyev Qüdrət 

İsfəndiyar oğlu //Nax-

çıvan ensiklopediyası/

Azərbaycan Milli Elmlər 

Akademiyası.- Bakı, 

2002.- S.224.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.science.gov.az

13

Alim

342

Tarixdə bu gün

“Füyuzat” jurnalının nəşri

1906 

NOY

ABR

“Füyuzat”  jurnalının  ilk  sayı  1906-

cı  il  noyabr  ayının  1-də  dərc  olunmuş-

dur. Jurnal ictimai xarakter daşımış və il 

ərzində 32 sayı işıq üzü görmüşdür. “Fü-

yuzat” kəlməsi mənşəcə ərəb sözu olub, 

mənası həyat gerçəklərini duymaq, dərk 

etmək, onlardan zövq almaq deməkdir.

Maarifpərvər, milyonçu-mesenat Hacı 

Zeynalabdin  Tağıyevin  maddi  dəstəyi 

ilə  çap  olunan  jurnalın  baş  redaktoru 

Əli bəy Hüseynzadə idi. Burada dövrü-

nün görkəmli ziyalılarından M.Hadinin, 

M.Ə.Sabirin,  H.Cavidin,  S.Səlmasinin, 

A.Şaiqin, Ə.Kamalın, Ə.Raiqin və baş-

qa  müəlliflərin  müxtəlif  mövzulu  yazı-

ları  dərc  edilirdi.  Jurnal  Azərbaycanda 

neoromantizmi yaradan  mətbuat  orqanı 

kimi xarakterizə olunur.

Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə  dövlət  bayrağında  üç  rənglə 

(mavi,  qırmızı,  yaşıl)  simvollaşan 

Azərbaycan  vətəndaşının  ideya-mənəvi 

dəyərləri  jurnalın  redaktoru  Əli  bəy 

Hüseynzadənin müvafiq tezisi və füyu-

zatçıların  tarixi  xidmətləri  ilə  bağlı  ol-

muşdur.

“Füyuzat” jurnalı füyuzatçılıq jurna-



listika məktəbindən əlavə, Azərbaycanda 

müstəqil dövlətçilik ideyasını, konstitu-

siyalı  azad  vətəndaş  cəmiyyətini  yarat-

maqda mühüm rol oynamışdır. Çar Rusi-

yasının monarxizmi və müstəmləkəçilik 

əleyhinə  mübarizə  aparan  füyuzat-

çılar  başqalarının  yeni  cəmiyyət  qu-

ruculuğu  təcrübəsindən  istifadə  et-

miş,  Azərbaycanda  demokratizmin 

qələbəsinə  çalışmış,  ictimai  həyatda, 

milli  ədəbiyyat  və  mədəniyyətdə 

islahatların-reformaların  aparılmasını 

qarşılarına məqsəd qoymuşdular. 

“Füyuzat”  və  füyuzatçıların  məşğul 

olduğu əsas problemləri qısa şəkildə belə 

təsnif  etmək  olar:  türkləşmək,  islam-

laşmaq,  avropalaşmaq  (müasirləşmək), 

azərbaycançılıq,  demokratik  axtarışlar, 

neoromantik  ədəbiyyatın  yaradılması, 

füyuzatçı jurnalistika məktəbinin təsisi, 

dildə, fikirdə, işdə birlik konsepsiyasına 

əsaslanan  ortaq  türk  dili,  ədəbiyyatı  və 

mədəniyyətinin yaradılması, “İttihad və 

tərəqqi” ideyasını yürütmək və turançı-

lığı  təbliğ  etmək,  ictimai-siyasi  şüurda 

reformaların  aparılması,  parlament  və 

konstitusiya əsasında özünüidarə forma-

sının yaradılması, yenilikçilik hərəkatını 

gücləndirmək, söz və mətbuat azadlığını 

müstəqil dövlət, sivil cəmiyyət və bütöv 

vətən  ideyasına  paralel  şəkildə  inkişaf 

etdirmək və s.

Azərbaycan  oxucuları  ilk  dəfə  Tols-

toy,  Höte,  Russo,  Monteskye  kimi 

görkəmli  simalar  haqqında  nisbətən 

ətraflı  və  dəqiq  məlumatı  bu  jurnalda 

çap  olunan  məqalə  və  tərcümələrdən 

almışdılar. 

Ə.Hüseynzadənin 

hələ 


“Füyuzat”ın  nəşrindən  əvvəl  təbliğ  və 

şərh etdiyi “türklük, müsəlmanlıq və av-

ropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu 

gün ictimai həyatımızda özünə yer tapan 

“azərbaycançılıq, müsəlmançılıq və mü-

asirlik” doktrinasının yaranmasında mü-

hüm  rol  oynamışdı.  Ə.Hüseynzadənin 

başçılıq  etdiyi  “Füyuzat”  jurnalı  və 

eyni  adlı  ədəbi  cərəyan  əsrimizin 

əvvəllərində  Azərbaycan  ədəbiyyatı 

və  mədəniyyətinin  inkişafında  ciddi 

xidmətlər göstərmişdir.



Ə d ə b i y y a t

“Füyuzat” jurnalı 

[Mətn]: Biblioqrafiya /

tərt. ed.: A. Xəlilov; 

elmi red.: N. Q. 

Cəfərov, M. M. Adilov; 

Azərbaycanda Ata-

türk Mərkəzi; AMEA 

Füzuli adına Əlyazmalar 

İnstitutu.-Bakı, 2002.- 

34 s.

İsrafil H. “Füyuzat” 

və milli dramaturgiya 

problemləri: [Monoq-

rafiya] /Hüseyn İsrafil; 

elmi red. Y.Qarayev.- 

Bakı: Elm, 2007.-156 s.

Veliyev Ş. Füyuzat edebi 

mektebi /Şamil Veliyev 

(Körpülü); elmi red.: Ə. 

Saraçlı.- Ankara: Ejdat 

yayınları, 2000.-388 s.

Əhməd D. “Füyuzat” 

dərgisinin manşet 

fotoları /D.Əhməd //

Türküstan.-2012.-20-26 

may.- S. 13.

Vəliyev Ş. Əli bəy 

Hüseynzadə və füyuzat-

çılıq /Ş.Vəliyev //525-ci 

qəzet.-2014.- 17 aprel.-

S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www.gov.az

www.mct.gov.az

1

110 

illiyi

343

Tarixdə bu gün

Azərbaycan radiosu

1926

NOY

ABR

Azərbaycan  Dövlət  Radiosu  1926-

cı  il  noyabr  ayının  6-da  yaradılmışdır. 

Həmin gün ölkə paytaxtının küçələri və 

meydanlarında  qurulmuş  reproduktor-

lardan  ilk  dəfə  “Danışır  Bakı!”  ifadəsi 

ətrafa yayılmışdır. Bu, Azərbaycan xal-

qının siyasi və mədəni həyatında böyük 

bir yenilik, əlamətdar hadisə idi. Əvvəllər 

Bakı studiyası Azərbaycan Milli Elmlər 

Akademiyasının əsas binasının (keçmiş 

İsmailliyyə) üçüncü mərtəbəsində (indi-

ki İstiqlaliyyət küçəsi 10) cəmi 3 otaqda 

fəaliyyət göstərirdi.

Proqramlar və konsertlər Azərbaycan, 

rus  və  erməni  dillərində  hazırlanırdı. 

Studiyadan  əsasən  partiya  qəzetlərinin 

baş  məqalələri  oxunur,  partiya  konf-

ransları,  qurultaylar,  konsert  proqram-

ları,  xanəndələrin  çıxışları,  elanlar, 

ədəbiyyatımızda,  incəsənətimizdə  baş 

verən mühüm hadisələr səslənirdi. 

İlk  verilişlərin  hazırlanmasında 

Azərbaycan ədəbiyyatı və incəsənətinin 

görkəmli  xadimləri  fəal  iştirak  etmiş, 

bədii və musiqili verilişlərin müəllifləri 

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, 

Məmməd Səid Ordubadi, Cəfər Cabbar-

lı, Səməd Vurğun, Hüseynqulu Sarabski, 

Bülbül, Mustafa Mərdanov və başqaları 

olmuşdur. 

Radionun  publisistik  və  ədəbi  dram 

verilişlərinin Azərbaycan dilinin saflaş-

masında, qorunub inkişaf etdirilməsində 

böyük  rolu  olmuşdur.  “Satira  atəşilə”, 

“Ədəbiyyatın  vəzifələri”,  “Yeni  həyat 

uğrunda”, “Radio saatı” kimi verilişləri 

misal göstərmək olar. 

Radionun  ilk  azərbaycanlı  kişi  dik-

toru İsmayıl Əlibəyov, ilk qadın diktoru 

isə Raya İmanzadə olmuşdur. 

1928-ci  il  may  ayının  13-də 

Azərbaycan  Xalq  Komissarları  Soveti 

radionun  Əsasnaməsini  təsdiq  etmişdir. 

1932-ci ilin aprelində Radio yayımı or-

qanı  Mərkəzi  İcraiyyə  Komitəsindən 

alınaraq  Xalq  Komissarları  Sovetinin 

tabeliyinə  verilmiş  və  1933-cü  il  ma-

yın 5-də Azərbaycan Xalq Komissarları 

Soveti  yanında  Radiolaşdırma  və  Ra-

dio  Verilişləri  Komitəsi  yaradılmışdır. 

1939-cu ilin avqustunda Radiolaşdırma 

və  Radio  Verilişləri  Komitəsi  Radioin-

formasiya  Komitəsinə  çevrilmiş,  1953-

cü  ildə  Radioinformasiya  Komitəsi 

Mədəniyyət  Nazirliyinin  tabeliyinə  ve-

rilmiş  və  Mədəniyyət  Nazirliyinin  Ra-

dioinformasiya  İdarəsi  adlandırılmışdır. 

1957-ci ildə Radioinformasiya İdarəsi və 

Bakı Televiziya Studiyası birləşdirilərək 

Azərbaycan SSR Nazirlər Soveti yanında 

Radio və Televiziya Verilişləri Komitəsi, 

1970-ci  ildə  Dövlət  Radio  və  Televi-

ziya  Verilişləri  Komitəsi  təsis  edilmiş, 

1991-ci ildə Dövlət Televiziya və Radio 

Verilişləri Komitəsi şirkətə çevrilmişdi.

2005-ci ildə Azərbaycan Respublika-

sının  Prezidenti  cənab  İlham  Əliyevin 

sərəncamı  ilə  Dövlət  Televiziya  və 

Radio  Verilişləri  Şirkətinin  bazasın-

da  “Azərbaycan  Televiziya  və  Radio 

Verilişləri”  Qapalı  Səhmdar  Cəmiyyəti 

yaradılmışdı.  Hal-hazırda  Azərbaycan 

Dövlət  Radiosunun  3  proqramı  və  1 

səsyazma  evi  mövcuddur.  Azərbaycan 

Dövlət  Radiosu  (indiki  adıyla  Radio 

Respublika) 105 FM dalğasında yayım-

lanır.


Ə d ə b i y y a t

50 il efirdə /Azərbaycan 

SSR Nazirlər Sovetinin 

Dövlət Televiziya və Ra-

dio Verilişləri Komitəsi; 

AzSSR Nazirlər Sove-

tinin Dövlət Televiziya 

və Radio Verilişləri 

Komitəsi.-Bakı, 1976.- 

14, [2] s.: 20 sm.

Əlizadə Y. Azərbaycan 

efiri: tarix və müasirlik 

/Y. M. Əlizadə, Q. M. 

Məhərrəmli; red. Ə. 

Həsənov.- Bakı: Nurlan, 

2006.- 184 s.

Xudiyev N. Azərbaycan 

radio və televiziyası bu 

gün /Nizami Xudiyev; 

elmi red.: K. Abdulla-

yev.- Bakı: Elm, 2000.- 

210 s.

Xudiyev N. Radio, tele-

viziya və ədəbi dil /N. 

M. Xudiyev; elmi red.: 

M. Məmmədov.- Bакı: 

Azərbaycan, 2002.- 656 

s.

Məhərrəmov, Q. Radio 

dalğalarında /Qulu 

Məhərrəmov; elmi red.: 

C.Həsənli, N.Əhmədli; 

red.: Z.Məhərrəmli.- 

Bakı: Azərnəşr, 1999.- 

304 s.

6

90 

illiyi

344

Tarixdə bu gün

Azərbaycan Bayrağı Günü

 2009 

NOY

ABR

Azərbaycan  Respublikasının  Dövlət 

Bayrağı  haqqında  ilk  hökumət  qərarı 

1918-ci  il  iyunun  24-də  verilmişdir. 

Həmin qərara görə Azərbaycan bayrağı-

nı qırmızı materialdan, üstündə ağ aypara 

və qırmızı fonda ağ səkkizguşəli ulduzun 

təsviri verilmiş bayraq kimi qəbul etmək 

nəzərdə  tutulmuşdu.  Bu  qərar  qəbul 

edilərkən  Azərbaycan  hökuməti  hələ 

Gəncə  şəhərində  yerləşirdi.  Hökumət 

Bakıda  yalnız  15  sentyabr  -  şəhər 

türk  qoşunlarının  köməyi  ilə  düşmən 

qüvvələrdən  təmizləndikdən  sonra 

fəaliyyət  göstərə  bilmişdi.  Azərbaycan 

Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə 

başlamasından az sonra, bayraq haqqın-

da ikinci qərar qəbul edilmişdi.

1918-ci  il  noyabr  ayının  9-da  

Azərbaycan 

Xalq 

Cümhuriyyəti 



Nazirlər  Şurası  milli  bayraq  haqqında 

qərar vermişdir. Nazirlər Şurasının sədri 

Fətəli Xan Xoyskinin imzaladığı həmin 

qərarda deyilir: “Milli bayraq kimi yaşıl, 

qırmızı,  mavi  rənglərdən,  ağ  aypara  və 

səkkizguşəli ulduzdan ibarət olan bayraq 

qəbul edilsin”.

1920-ci  il  aprelin  28-də  Xalq 

Cümhuriyyəti  süqut  etdikdən  və  So-

vet  hakimiyyəti  qurulduqdan  sonra 

Azərbaycanda bu bayraqdan imtina edil-

mişdir.


İkinci  dəfə  1990-cı  il  noyabrın  17-

də  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  qərarı  ilə  bu  bayraq  bərpa 

edilmiş  və Muxtar Respublikanın dövlət 

bayrağı  kimi  qəbul  edilmişdir.  Naxçı-

van  Muxtar  Respublikası  Ali  Məclisi 

Azərbaycan  SSR  Ali  Soveti  qarşısında 

üçrəngli  bayrağın  Azərbaycanın  rəsmi 

dövlət  rəmzi  kimi  tanınması  haqqında 

vəsatət qaldırmışdır.

1991-ci  il  fevral  ayının  5-də  Azər-

baycan  Respublikası Ali  Soveti  Naxçı-

van Muxtar Respublikası Ali Məclisinin 

vəsatətinə  baxmış  və  üçrəngli  bayrağın 

Azərbaycanın dövlət bayrağı kimi qəbul 

edilməsi haqqında qərar vermişdir.

Azərbaycan  Respublikasının  dövlət 

bayrağı  bərabər  enli  üç  üfüqi  zolaqdan 

ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq 

qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi 

rəng - Azərbaycan xalqının türk mənşəli 

olmasını, qırmızı rəng - müasir cəmiyyət 

qurmaq, demokratiyanı inkişaf etdirmək 

istəyini, yaşıl rəng - islam sivilizasiyası-

na mənsubluğunu ifadə edir. Qırmızı zo-

lağın ortasında bayrağın hər iki üzündə 

ağ  rəngli  aypara  ilə  səkkizguşəli  ulduz 

təsvir edilmişdir. Bayrağın eninin uzun-

luğuna nisbəti 1:2-dir. 

Azərbaycan  bayrağının  dalğalandığı  

dirək dünyada ən hündür bayraq dirəyi 

hesab olunur. “Ginnes”in dünya rekord-

ları  təşkilatı  Azərbaycan  dövlət  bayra-

ğı dirəyinin dünyada ən hündür bayraq 

dirəyi olduğunu təsdiq edib.

Qeyd  edək  ki,  bayrağın  çəkisi  350 

kiloqramdır. İnşa olunmuş dayağın hün-

dürlüyü  isə  162,  bünövrəsinin  diametri 

3,2,  bünövrənin  üst  hissəsinin  diametri 

isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 

220 tondur.

Prezident İlham Əliyev 2009-cu il 17 

noyabr  tarixli  Sərəncamla  noyabr    ayı-

nın 9-nu Azərbaycanda Dövlət Bayrağı 

Günü  elan  etmiş  və  bu  bayram  ölkədə 

qeyri-iş günü olan bayramların siyahısı-

na daxil edilmişdir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin