Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/N.Kəsəmənli; tərt. ed. 

R.Kəsəmənli.- Bakı: Şərq-

Qərb, 2004.- 256 s.

Hamısı sevgidəndir...: 

[şeirlər] /N.Kəsəmənli.-

Bakı: Gənclik, 1991.- 294 s. 

Heyf, o sevgiyə...: [şerlər] 

/N.Kəsəmənli; red. 

Ə.Əliyev.- Bakı: Gənclik, 

2000.- 368 s.

Kimə inanasan?: [şeirlər] 

/N.Kəsəmənli; red. 

T.Muxtarova.- Bakı: 

Gənclik, 1995.-160 s.

Qapamayın gözlərimi 

/N.Kəsəmənli.- Bakı: Maa-

rif, 2006.- 287 s.

Kitabxanalarda Nüsrət 

Kəsəmənlinin anadan 

olmasının 60 illik yubile-

yi ilə əlaqədar keçirilən 

tədbirlər: metodik tövsiyələr 

/M.F.Axundov ad. Azərb. 

Milli Kitabxanası; tərt. ed. 

S.İsayeva.- Bakı, 2006.-      

12 s.

Yusifli V. Yaddan çıxmır 

Nüsrət Kəsəmənli... /V.Yusifli 

//525-ci qəzet.- 2012.- 6 

oktyabr.- S.26.

İ n t e r n e t d ə

www.anl.az

29

358

Aşıq şair

Folklor

90

illiyi

Aşıq Pənah

1926-1978

DEKABR

Əlipənаh  Ələsgər  оğlu  Pənаhоv 

(Аşıq Pənаh) 1926-cı il dekabr ayı-

nın 1-də Salyan rаyonunda аnаdаn 

оlmuşdur.  Gənc  yаşlаrındаn  şеirə, 

sənətə,  sаzа  böyük  həvəs  göstərən 

Аşıq Pənаh sоnrаlаr bütün həyаtını 

bu sənətə bаğlаmış, zаmаn kеçdikcə 

onun sənət mеydаnı gеnişlənmişdir. 

Аşıqlıq  sənətinə  15  yаşındа  ikən 

-  1941-ci  ildə  bаşlаmış,  Sаlyаndа 

“Kür”  аşıqlаr  аnsаmblını  təşkil 

еtmişdir.  1941-1947-ci  illərdə 

Sаlyаn  Dövlət  Drаm  Tеаtrındа 

çаlışmışdır.  Tеаtrın  rеpеrtuаrındа 

həmişə  bаş  rоllаrın  ifаçısı  оlmuş, 

Məcnun, Kərəm, Qərib, Əsgər, Vаqif 

оbrаzlаrını  məharətlə  yaratmışdır. 

1947-1951-ci  illərdə  Salyan  rayon 

pionerlər  evində  və  mədəniyyət 

evində  musiqi  dərnəyinə  rəhbərlik 

etmişdir. 

1974-cü ildən Azərbaycan Yazı-

çılar Birliyinin üzvü idi.

Yaradıcılığında  dörd  və  beş 

bəndlik  gəraylılar  və  qoşmalar 

əsas  yer  tutur.  Onun  şeirlərində 

vətənpərvərlik, 

əməksevərlik, 

təbiətə, yurda bağlılıq, yüksək insa-

ni keyfiyyətlər ifadə olunur.  Məşhur 

gəraylılarından “Dilbər”, “İnciyər”, 

“Vurulmuşam”,  “Bizim  qızlar”, 

“Ana  Kürüm”,  qoşmalarından  isə 

“Desin”,  “Uşaqlar”,  “De  danış”, 

“Aşiqin”,  “Bu  yanda  dur”,  “Gör-

düm” və s. adlarını çəkmək olar. 

Aşıq Pənah iki dastanın (“Sülh”, 

“Pambıqçılar”),  18  aşıq  havasının, 

128-ə  qədər  qoşmanın  müəllifi  ol-

muşdur. 

Aşıq Pənahın gəraylı və qoşma-

ları  melodik  cəhətdən  də  xüsusi 

əhəmiyyətə malikdir. Burada melo-

dik prinsiplər Rast, Şur, Segah lad-

larına əsaslanır. Onun yaradıcılığın-

da instrumental söz ifaçılığı, vokal 

ifaçılıq prinsipləri ilə vəhdət təşkil 

edir.

Аşıq  Pənаh  kеçmiş  SSRİ-nin 



müхtəlif şəhərlərində, bir sırа хаrici 

ölkələrdə  -  Finlandiya,  Bolqarıs-

tan,  Rumıniya,  Polşa,  Çexoslova-

kiya,  Hindistan  və  s.  Azərbaycan 

mədəniyyətini,  aşıq  sənətini  təbliğ 

etmişdir. 

Azərbaycan  mədəniyyətinin  in-

kişafı  sahəsindəki  xidmətlərinə 

görə  1967-ci  ildə  “Azərbaycanın 

Əməkdar  mədəniyyət  işçisi”  fəxri 

adına layiq görülmüşdür. 

Aşıq Pənah 1978-ci il аvqust ayı-

nın 8-də, 52 yaşında vəfаt еtmişdir.

Ə d ə b i y y a t

Mənim sazım: şeirlər /Aşıq 

Pənah; [red. Ç.Əlioğlu].- 

Bakı: Gənclik, 1977.- 46 s.

Sözlərimi saxla yadda /Aşıq 

Pənah; tərt. ed. Ə.Pənahov; 

ön söz. müəl. İ.Əbilov.- 

Bakı: Yazıçı, 1991.- 144 s.

Təzə söz, təzə mahnı: Qoş-

malar /Aşıq Pənah Pənahov; 

red. M.İskəndərzadə.- Bakı: 

Azərnəşr, 1971.- 50 s.

Aşıq Pənah //Əhmədov 

T. Azərbaycan yazıçıları 

XX-XXI yüzillikdə.- Bakı, 

2011.- S.85.

Hacımusalı, O. Aşıq Pənah 

yaradıcılığı /O.Hacımusalı 

//Xalq cəbhəsi.-2012.- 7 

dekabr.- S.14.

İ n t e r n e t d ə

www.anl.az

12

19


359

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

19

95

 illiyi

Mikayıl Abdullayev

1921-2002   

DEKABR

Mikayıl  Hüseyn  oğlu  Abdullayev 

1921-ci  il  dekabr  ayının  19-da  Bakı 

şəhərində  anadan  olmuşdur.  1935-

1939-cu  illərdə  ilk  rəssamlıq  təhsilini 

Azərbaycan  Rəssamlıq  Texnikumunda 

(indiki    Azərbaycan  Rəssamlıq  Aka-

demiyası  nəzdində  İncəsənət  Kolleci) 

görkəmli  rəssam  Ə.Əzimzadədən  al-

mışdır. Hələ tələbəlik illərində müstəqil 

sərgilərdə  iştirak  edən  gənc  rəssam 

1939-cu  ildə  ilk  dəfə  ənənəvi  “Bahar” 

sərgisinə qatılmış, nümayiş olunan tab-

loları böyük rəğbətlə qarşılanmışdır. 

V.İ.Surikov  adına  Moskva  Dövlət 

Rəssamlıq  İnstitutuna  daxil  ol-

muş,  İ.Y.Qrabar,  V.V.Favorskaya, 

S.V.Gerasimov 

kimi 

görkəmli 



rəssamlardan  dərs  almışdır.  Lakin  Bö-

yük  Vətən  müharibəsi  başladığından 

təhsilini yarımçıq qoyaraq Bakıya qayıt-

mışdır. 1944-cü ildə təhsilini başa vur-

maq üçün yenidən Moskvaya getmiş və 

1949-cu ildə Moskva Dövlət Rəssamlıq 

İnstitutunu  bitirmişdir.  İlk  fərdi  sərgisi 

36 yaşında, Moskvada keçirilmişdi.

M.Abdullayevin  mənzərə  janrı, 

portret  boyakarlığı,  qrafikası,  kitab 

rəssamlığı təqdirəlayiqdir. Rəssam dahi 

Nizamidən  başlamış  müasir  şair  və 

nasirlərimizə qədər bir çox sənətkarların 

portretlərini  yaratmış,  ya  da  onların 

əsərlərinə  illüstrasiyalar  çəkmişdir. 

Bunların  arasında  “Əminə  Dilba-

zi”  (1954),  “Şair  Rəsul  Rza”  (1960), 

“M.F.Axundov”  (1961),  “Molla  Pənah 

Vaqifin  portreti”  (1967),  “İmadəddin 

Nəsimi”  (1972),  “Aşıq  Ələsgərin  port-

reti”  (1975)  və  başqalarını  nümunə 

göstərmək  olar.  Yaradıcılığında  kitab 

qrafikasında  Azərbaycan  ədəbiyyatı 

nümunələri böyük yer tutmuşdur. Şifahi 

xalq ədəbiyyatından “Kitabi-Dədə Qor-

qud”, “Molla Nəsrəddin lətifələri”, yazı-

lı ədəbiyyatımızdan “Leyli və Məcnun”, 

“Danabaş kəndinin məktəbi”, “Poçt qu-

tusu”,  “Gələcək  gün”,  “Şamo”,  “Şəbi-

hicran” əsərlərinə çəkdiyi illüstrasiyalar 

Azərbaycan  kitab  qrafikası  sənətinin 

bitkin nümunələrindəndir. 

Əsərləri ölkəmizin sənət muzeylərini 

bəzədiyi  kimi,  xarici  ölkələrin  Paris, 

London, Berlin, Praqa, Budapeşt, Belq-

rad,  Sofiya,  Varşava,  Dehli,  Qahirə, 

Brüssel  kimi  şəhərlərin  sərgi  salon-

larında  nümayiş  etdirilmişdir.  1956-

1971-ci  illərdə  Hindistan,  Əfqanıstan, 

Macarıstan,  Polşa,  İtaliya  və  başqa 

ölkələrə səfərlər zamanı çəkdiyi rəsmlər 

silsiləsində “Benqal qızları”, “Racəstan 

qadınları”, “Qoca əfqan”, “Vatikan dar-

vazası”,  “Qanqa  sahillərində”,  “Tac-

Mahal” və s. rəsm əsərlərində milli və 

fərdi  xarakteristika,  plastika,  kolorit 

zənginliyi əsas yer tutmuşdur.

Yaradıcılığında  Bakı  metrosunun 

“Nizami”  stansiyasının  interyerinin 

tərtibatı  xüsusi  yer  tutmuşdur.  Ölkədə 

baş  verən  ictimai-siyasi  hadisələrə  də 

biganə qalmayan rəssam XX əsrin bö-

yük  cinayəti  hesab  etdiyi  20  Yanvar 

faciəsindən təsirlənmiş və 1992-ci ildə 

“Nakamların dəfni” əsərini yaratmışdır. 

Azərbaycan 

mədəniyyətinin, 

rəssamlıq 

sənətinin 

inkişafındakı 

xidmətlərinə  görə  müxtəlif  fəxri  adla-

ra, təltiflərə layiq görülmüşdür. O, SSRİ 

Rəssamlıq Akademiyasının  akademiki, 

1973-cü ildə profesor olmuş, 1960-cı ildə 

SSRİ  Rəssamlar  İttifaqının  üzvü,  daha 

sonra  katibi  seçilmişdir.  1955-ci  ildə 

Azərbaycan SSR-in Əməkdar İncəsənət 

xadimi, 1963-cü ildə Azərbaycan SSRİ 

Xalq rəssamı olmuşdur.

1971-ci  ildə  C.Nehru  adına 

Beynəlxalq  mükafatlar  laureatı  olmuş, 

Lenin ordeni, “Oktyabr inqilabı”, “Xalq-

lar  dostluğu”,  “İstiqlal”  ordenlərinə, 

müxtəlif medal və fəxri fərmanlara la-

yiq görülmüşdür.

Mikayıl Abdullayev 2002-ci il avqust 

ayının 21-də Bakı şəhərində vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir.



Ə d ə b i y y a t

Mikayıl Abdulla-

yev [İzomaterial]: 

rəngkarlıq və qrafika /

layih. rəhb. R.Həşimov; 

tərt. E.Məmmədov; 

bədii tərt. və dizayn. 

T.Qorçu; mətnin müəl. 

Ş.Məlikova.- [Bakı]: 

[s.n.], [2013].- 277 s.

Mikayıl Abdullayev 90 

il [İzomaterial] /[ön söz 

əvəzi Ə.Qarayev].-Bakı: 

[s.n.], [2011].- 36 s.

Nəcəfov, M. Mikayıl 

Abdullayev /M.Nəcəfov.-

Bakı: Yazıçı, 1983.- 54 s.

Əliyeva,  L. Rənglər 

aləminə əbədi məhəbbət: 

Mikayıl Abdullayev 

həyatı da, insanları da 

gördüyü və duyduğu 

kimi kətan üzərində 

əks etdirirdi /L.Əliyeva               

//Mədəniyyət.- 2014.- 19 

dekabr.- S.12.

Xəlilzadə, F. Sehrli fırça, 

sirli rənglər: Mikayıl 

Abdullayev /F.Xəlilzadə 

//Azərbaycan.- 2011.- 17 

dekabr.- S.6.

www.anl.az

www.az.wikipedia.org

19

Rəssam

360

Opera 

Musiqi.Opera.Balet

110

illiyi

Əliövsət Sadıqov 

 

1906-1971 

DEKABR

Əliövsət  Şirəli  oğlu  Sadıqov 

1906-cı  il  dekabr  ayının  22-də 

qədim  Şəki  torpağında,  zəhmətkeş 

ailəsində  anadan  olmuşdur.  İlk 

təhsilini  Şəkidə  mədrəsədə  almış, 

sonra atası ilə birgə 3 saylı Şəki İpək 

fabrikində çalışmağa başlamışdır.

1926-cı  ildə  məşhur  xanəndə 

Hüseynqulu  Sarabski  Şəki  ipək 

fabrikində  zəhmətkeşlərin  qonağı 

olarkən  fabrikin  rəhbərliyi  20  yaş-

lı  usta  Əliövsəti  təqdim  etmiş  və 

o,  özünəməxsus  tərzdə  “Bəh-bəh” 

xalq mahnısını oxumuşdur. İfaçının 

səsi və oxusu H.Sarabskinin xoşuna 

gəlmiş və onu Bakıya dəvət etmiş-

dir. Bu hadisə Əliövsətin həyatında 

önəmli  bir  dönüş  yaratmış,  onun 

sənət yolu bu tarixdən başlamışdır.

1927-ci  ildə  Bakıya  gələn 

Əliövsət  “Ay  qız”  xalq  mahnısını 

məharətlə ifa etmiş, zahiri görünü-

şü  və  səs  diapazonu  opera  sənəti 

üçün  məqbul  sayıldığından  o,  us-

tad  sənətkarlar  M.Maqomayev, 

C.Qaryağdıoğlunun  rəyi  ilə  Ope-

ra  və  Balet  Teatrına  qəbul  olun-

muşdur.  Əliövsət  Sadıqov  musiqi 

təhsili  almağı  da  vacib  saymış  və 

1928-ci  ildə  Azərbaycan  Dövlət 

Konservatoriyasında  2  il  professor 

Sferonskidən vokal dərsi almışdır.

Opera  səhnəsinə  xor  kollektivi-

nin üzvü kimi daxil olan sənətkara 

az  müddətdən  sonra  solo  obrazlar 

həvalə  edilmiş,  ilk  rolları  “Leyli 

və  Məcnun”  operasında  Zeyd  və 

İbn  Səlam,  “Aşıq  Qərib”də  Vəli, 

“Nərgiz”də  Əliyar,  “Koroğlu”da 

Eyvaz obrazları olmuşdur.

1930-cu ildən etibarən isə muğam 

operalarında baş rolların mahir ifa-

çısına  çevrilmiş,  ilk  baş  qəhrəman 

kimi  çıxışı  Zülfüqar  Hacıbəylinin 

“Aşıq  Qərib”  operasında  Qərib 

obrazı  olmuşdur.  1931-ci  ilin  te-

atr  mövsümündə  M.Maqomayevin 

“Şah İsmayıl” operasında Şah İsma-

yıl obrazı Əliövsətə həvalə edilmiş-

dir. Tamaşadan sonra müəllif “Mən 

əsl  Şah  İsmayılı  tapdım”  deyərək 

onu  ürəkdən  təbrik  etmişdir.  Bu 

obraz  Əliövsət  Sadıqovun  yaradı-

cılığında mühüm yer tutmuş, 30 ilə 

qədər bu rolu ustalıqla oynamışdır.

1963-cü  ilə  qədər  Əliövsət  Sa-

dıqov  Azərbaycan  operasının 

səhnəsində görkəmli sənətkarlarımız 

Həqiqət  Rzayeva,  Rübabə  Mura-

dova,  Gülxar  Həsənova,  Xanlar 

Haqverdiyev,  Şirzad  Hüseynov  və 

başqaları  ilə  çiyin-çiyinə  çalışaraq 

opera sənətimizi inkişaf etdirmiş və 

gənc nəslə örnək olmuşdur. 

Onun xidmətləri dövlət tərəfindən 

yüksək  qiymətləndirilmiş,  1940-cı 

ildə “Əməkdar artist”, 1956-cı ildə 

isə “Xalq artisti” fəxri adlarına la-

yiq görülmüş, 2 dəfə “Şərəf nişanı” 

ordeni və medallarla təltif edilmiş-

dir.


Xalq  artisti  Əliövsət  Sadıqov 

1971-ci  il  oktyabr  ayının  17-də 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Təhmirazqızı, S. 

Sənətin Əliövsət zirvəsi 

/S.Təhmirazqızı; red. 

R.Zöhrabov.- Bakı: “E.L”, 

2007.- 176 s.

Təhmirazqızı, S. 

Sənətin Əliövsət 

zirvəsi /S.Təhmirazqızı                                             

//Mədəniyyət.-2010.- 22 

dekabr.- S. 12.

 

İ n t e r n e t d ə

www.anl.az

22


361

Müğənni

Musiqi.Opera.Balet 

80

illiyi

Zeynəb Xanlarova   

1936 

DEKABR

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı 

il dekabr ayının 28-də Bakıda anadan ol-

muşdur. Məktəb vaxtlarından ədəbiyyata 

və musiqiyə böyük maraq göstərmiş, Ba-

kıdakı Mərkəzi pioner və məktəblilər sa-

rayında bədii özfəaliyyət dərnəyinə üzv 

yazılmış və dərnəkdə “Cücələrim”in ilk 

dəfə  xorla  səslənməsində  iştirak  etmiş-

dir.  1956-cı  ildə  M.Ə.Sabir  adına  Bakı 

Məktəbəqədər  Pedaqoji  Məktəbə  (indi-

ki Azərbaycan Dövlət Pedaqoji Kolleci) 

qəbul  olunmuşdur.  Pedaqoji  Məktəbi 

bitirdikdən sonra, Ə.Bədəlbəylinin təkidi 

ilə  A.Zeynallı  adına  Bakı  Orta  İxtisas 

Musiqi  Məktəbinə,  böyük  vokal  ustadı 

Seyid  Şuşinskinin  sinfinə  daxil  olmuş-

dur. 1960-cı ildə qadın müğənniləri ara-

sında ilk dəfə olaraq Z.Xanlarova “Ça-

hargah” muğamını oxumuş və lentyazısı 

efirdə səslənmişdir. 

“Çahargah”la  yanaşı,  “Şur”  və 

“Dilkəş”  təsniflərini,  “Mahur-hindi”, 

“Qatar”,  “Xaric  segah”,  “Humayun”, 

“Bayatı-kürd” muğamlarını ciddi-cəhdlə 

öyrənib  oxumuşdur.  Əsl  novator  ifa-

çı  kimi  hər  bir  vokal  əsərini  uzun  illər 

boyu davam edən ənənəvi halda oxuma 

tərzində  deyil,  tamamilə  yeni  səpkidə 

ifa  etmişdir.  1961-ci  ildə  məktəbi  qur-

tardıqdan sonra görkəmli rejissor Şəmsi 

Bədəlbəyli  onu  Azərbaycan  Dövlət 

Akademik  Opera  və  Balet  Teatrına  so-

list  götürmüş  və  elə  həmin  ildə  ölməz 

sənətkarımız  Ü.Hacıbəylinin  “Leyli 

və  Məcnun”  operasında  Leyli  obrazı-

nı ifa etmişdir. Leylidən sonra “Əsli və 

Kərəm”dəki  Əsli  də  Zeynəb  yaradıcılı-

ğında çox uğurlu rol kimi yadda qalmış-

dır. 


Onun  ifaçılığında  ümumiləşdirmə, 

emosionallıq,  sərrast  səs  həmləsi,  plas-

tiklik,  mütənasiblik,  aydın  tələffüz, 

zəngin səs palitrası hamını heyran qoyur. 

Müğənninin repertuarında F. Əmirovun, 

C.  Cahangirovun,  T.  Quliyevin,  A. 

Məlikovun,  R.  Mustafayevin,  Ş. Axun-

dovanın, E. Sabitoğlunun, T. Hacıyevin, 

T. Bakıxanovun, R. Mirişlinin, O. Kazı-

movun, O.Rəcəbovun və onlarca başqa-

larının mahnıları mühüm yer tutmuşdur. 

Lirik  soprano  səsi  olan  müğəninin  ifa 

tərzində  temperament,  gur  zəngulələr 

onu xalqın sevimlisinə çevirmişdir. 

ABŞ,  Fransa,  İsveç,  İtaliya,  Kana-

da,  Yaponiya,  Türkiyə,  Danimarka  və 

s.  dünyanın  müxtəlif  yerlərində  qastrol 

səfərində olmuş, konsertlər vermişdir. 

1967-ci il musiqi ifaçılıq mədəniyyəti 

qarşısında  mühüm  xidmətlərinə  görə 

istedadlı  sənətkar  “Azərbaycan  SSR-

in  Əməkdar  artisti”,  1975-ci  ildən 

“Azərbaycanın  Xalq  artisti”,  1980-ci 

ildən  isə  “SSRİ  Xalq  artisti”  fəxri  ad-

larına  layiq  görülmüşdür.  1985-ci  ildə 

Azərbaycan SSR Dövlət mükafatı laure-

atı olmuş, 1986-cı ildə ona Ümumittifaq 

“Melodiya” firmasının “Qızıl valı” veril-

miş, 2006-cı ildə “İstiqlal” və “Şöhrət” 

ordenləri ilə təltif olunmuşdur.

Z.Xanlarova  haqqında  üç  seri-

yalı  “Zeynəb”  sənədli-musiqili  film 

çəkilmişdir. 

Görkəmli 

müğənni 

Azərbaycan  SSR  Ali  Sovetinin  XI-XII 

çağırış  deputatı  olmuş  və  Azərbaycan 

Respublikası Milli Məclisinin I-V çağı-

rış deputatıdır. 2011-ci ildə “Azərbaycan 

Respublikası  Prezidentinin  fəxri  diplo-

mu” ilə təltif edilmişdir.

Ə d ə b i y y a t

Rəhmanzadə, F. 

Nəğmə dolu könül... 

/F.Rəhmanzadə; 

red.: R.Zöhrabov, 

S.İsmayılova.-Bakı: 

İşıq, 1989. -242 s.

Daşkənd mediası 

Zeynəb Xanlarovadan 

yazıb //525-ci qəzet.-

2015.- 9 yanvar.- S.7.

Zümrüd. Zeynəb Xan-

larova təkrarolunmaz 

ifası ilə ümumxalq 

məhəbbəti qazanıb          

/Zümrüd //Səs .-2013.- 

29 dekabr.- S. 13.

Багирзаде, Л. Кумир 

двух столетий /Л. 

Багирзаде //Каспий.-

2011.- 29 декабря.- 

С.8.

İ n t e r n e t d ə

www.anl.az

28


362

Xanəndə

Musiqi.Opera.Balet 

90

illiyi

Əbülfət Əliyev 

 1926-1990 

DEKABR

Əbülfət Əsəd oğlu Əliyev 1926-cı il 

dekabr ayının 30-da Şuşada anadan ol-

muşdur. Ailəsi ilə Füzuli rayonuna köç-

müş 4 il orada yaşamışdır. Bu müddətdə 

Bahadur bəyin məktəbində təhsil almış-

dır.  Kiçik  yaşlarından  musiqi  ilə  ma-

raqlanmış,  Xan  Şuşinskinin,  Zülfünün, 

Bülbülün,  Seyidin  vallarına  qulaq  as-

mış,  1  saylı  şəhər  məktəbinin  musiqili 

dram dərnəyinə yazılmışdır. 

1938-1939-cu 

illərdə 

Ağdam 


Müəllimlər  evində  Xan  Şuşinskinin 

rəhbərliyi altında muğam sinfi açılmış, 

Xan  Şuşinski  Əbülfəti  dinləyib  onun 

məşqlərə  gəlməsini  məsləhət  görmüş-

dür.  1939-cu  ildə  səkkiz  ay  Məşədi 

Nərimanın  dərnəyində  tar  çalmağı 

öyrənmişdir.  1942-ci  ildə  Böyük  Okt-

yabr  Sosialist  İnqilabının  25-ci  ildö-

nümü  münasibətilə  onu  həmyaşıdları 

ilə birgə Bakıya - Opera və Balet Teat-

rında keçirilən konsertə dəvət etmişlər. 

Konsertdə onu məşhur tarzən Qurban 

Pirimov, kamançada Hafiz Mirzəliyev 

müşayiət etmişdir. Bu konsertdə iştirak 

ona böyük uğur gətirmiş, 16 yaşından 

başlayaraq Qarabağın toylarında tarzən 

Məşədi  Nərimanla,  kamançaçı  Elman 

Bədəlovla  xalq  mahnıları,  muğamları 

ifa etmişlər.

Yaradıcılığa  1943-cü  ildə  Ağdam 

Mədəniyyət  evində  başlamışdı.  O 

illərdə  Əbülfət  teatrda  epizodik  rol-

larda  oynamış,  tamaşalara  yazılmış 

mahnıları  məharətlə  oxumuşdu.  Ba-

kıya  gələndən  sonra  Respublika  radi-

osunda  solist  işləmiş  və  radiodakı  çı-

xışları  onu  bir  xanəndə  kimi  daha  da 

məşhurlaşdırmışdı.

1945-ci ildə böyük sənət məbədi olan 

Azərbaycan  Dövlət  Filarmoniyasının 

solisti  kimi  X.Şuşinski,  Z.Adıgözəlov, 

Ş.Ələkbərova, 

S.Qədimova, 

F.Mehrəliyeva,  T.İsmayılova  kimi  ge-

niş diapazonlu, gözəl səsli müğənnilərlə 

birgə  çalışmışdı.  Onun  repertuarında 

400-ə  qədər  xalq  və  bəstəkar  mahnıla-

rı  var  idi.  Xanəndənin  səsinin  ilk  dəfə 

lentə köçürülməsi 1956-cı il 7 oktyabr-

da “Pəri” xalq mahnısı ilə başlamışdır. 

Əbülfət bəstəkar mahnılarının da gözəl 

ifaçısı idi. Xanəndənin ifasında səslənən 

“Segah-zabul”,  “Rast”,  “Şur”,  “Hüma-

yun”, “Rahab”, “Mahur hindi”, “Bayatı- 

Şiraz”, “Çahargah”, “Zabul” muğamları 

radio  və  televiziyanın  fonotekasında 

saxlanılır. 

Ə.Əliyev 

1956-1962-cı 

illərdə 


Azərbaycan Dövlət Opera və Balet Te-

atrının solisti olmuşdur. Ü. Hacıbəylinin 

“Leyli və Məcnun” operası Ə.Əliyevin 

iştirakı  ilə  lentə  alınaraq  Azərbaycan 

Respublikası  radiosunun  qızıl  fondun-

da  saxlanılır.  1971-ci  ildə  Moskada 

153  ölkədən  gəlmiş  sənətkarların  iş-

tirakı  ilə  keçirilən  “Xalqların  musiqi 

mədəniyyəti: ənənə və novatorluq” adlı 

VII  Ümumdünya  musiqi  konqresində 

Ə.Əliyev Azərbaycan professional mu-

siqi  ifaçılığını  ləyaqətlə  təmsil  etmiş, 

YUNESKO-nun döş nişanına və diplo-

muna  layiq  görülmüşdür.  Xanəndənin 

musiqimizin  inkişafındakı  xidmətləri 

yüksək  qiymətləndirilərək  ona  1958-ci 

ildə  Respublikanın  Əməkdar,  1964-cü 

ildə  isə  Xalq  artisti  fəxri  adı  verilmiş-

dir.

Görkəmli xanəndə Əbülfət Əliyev 27 



dekabr 1990-cı ildə vəfat etmişdir. 


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin