30
Ə d ə b i y y a t
Çəmənli, M. Nəğməli
xatirələr /M.Çəmənli.-
Bakı: “El” NPŞ MMC,
2007.- 183 s.
Əliyev Əbülfət Əsəd
oğlu //Azərbaycan Sovet
Ensiklopediyası:10 cilddə.-
Bakı, 1980.- C.4.- S.172.
Rəhimli, İ. Əbülfət Əliyev
//Rəhimli İ. Azərbaycan
teatr tarixi.- Bakı, 2005.-
S.577-578.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
363
Aktyor
110
illiyi
Əşrəf Yusifzadə
1906-1963
DEKABR
Əşrəf Əmrah oğlu Yusifzadə 1906-cı
il dekabr ayının 5-ində Şərur rayonu-
nun Sərxanlı kəndində anadan olmuş-
dur. On dörd yaşına kimi kənddə ya-
şamış, 1921-1925-ci illərdə Şərurdakı
birinci dərəcəli məktəbdə oxumuşdur.
Ədəbiyyata, dramaturgiyaya coşğun
həvəs göstərən Əşrəf məktəbdəki dram
dərnəyinin fəallarından olmuşdur. Be-
şillik təhsilini uğurla başa vuraraq
müəllimlərinin tövsiyəsi ilə İrəvana
gəlmiş, təhsilini davam etdirmişdir.
İrəvanda Azərbaycan teatrının can-
lı klassiklərindən olan Yunis Nurinin
dram dərnəyinə gedən aktyor, onun
zəmanəti ilə İrəvan Dram Azərbaycan
teatr dəstəsinin aktyor heyətinə qəbul
olunmuşdur. Burada epizodik rollar oy-
namış, kütləvi səhnələrdə iştirak etmiş-
dir. Bu kollektivdə ilk dəfə Jan Batist
Molyerin “Zorən təbib” komediyasında
nökər rolunu ifa etmişdir. 1930-cu ildə
teatr sənətindən ayrılaraq Bakıya ali
təhsil almağa gəlmiş, burada Politexnik
İnstitutuna (indiki Azərbaycan Texniki
Universiteti) daxil olmuşdur. Məşhur
aktyor Rza Təhmasiblə, şair-dramaturq
H.Cavidlə dostluğu onu yenidən teatr
sənətinə bağlamış, 1932-ci il oktyabr
ayında isə Bakı Türk İşçi Teatrının trup-
pasına aktyor götürülmüşdür. 1933-cü
ildə kollektivlə birgə Gəncəyə gəlmiş və
ömrünün sonunadək Gəncə Dövlət Dram
Teatrında fəaliyyət göstərmişdir. Gur
səsi, pafoslu danışıq ahəngi klassik faciə
obrazlarının və çağdaş romantik duy-
ğulu xarakterlərin səhnə təcəssümündə
daha qabarıq nəzərə çarpmışdır. Gəncə
tamaşaçılarının rəğbət və məhəbbətini,
ehtiram və hörmətini qazanmış, teatrda
tamaşalar hazırlamış rejissorlardan H.
İsmayılov, M.Məmmədov, H.Ağayev,
H.Sultanov, T.Kazımov, N.Sadıqzadə,
Y.Bağırov, V.Şərifov, Ə.Quliyevin bədii
cəhətdən daha kamil quruluşlarında əsas
rolları ifa etmişdir.
Məşhur aktyorun zəngin və əlvan
yaradıcılıq xəzinəsinin əsas rolla-
rı: Mirzə Rəhim (“Özgə uşaqları”,
V.Şkvarkin), Balarza, Atakişi, Mirzə
Rza, Aqşin, General-qubernator, Dövlət
bəy (C.Cabbarlı “Almaz”, “Sevil”,
“Nəsrəddin şah”, “Od gəlini”, “1905-ci
ildə” və “Aydın”), Məktəb naçalniki (Tur
qardaşları və Lev Şeynin “Üzləşdirmə”),
Frans Moor (“Qaçaqlar”, F.Şiller), Va-
qif və Qacar, Xosrov (S.Vurğun “Va-
qif” və “Fərhad və Şirin”), Dəmirçi
Musa, Mirzə Qərənfil, Gülümov, Qasım
(S.Rəhman “Toy”, “Xoşbəxtlər”, “Aşna-
lar” və “Nişanlı qız”), Yaqo (V.Şekspir
“Otello”), Veysəl və Qaya (M.Təhmasib
“Bahar”), Nizami (M.Hüseyn “Niza-
mi”), Tofiq (İ.Əfəndiyev və M.Hüseyn
“İntizar”), Əhmədi Biqəm, Məşədi
Hüseyn (M.İbrahimov “Məhəbbət” və
“Həyat”), Hacı Qara (M.F.Axundzadə
“Hacı Qara”), Xosrov Atayev, Nəcəf
(İ.Əfəndiyev “Atayevlər ailəsi” və
“Bahar suları”), Con Rayt (İ.Mosaşvili
“Qərq edilmiş daşlar”), Şeyx Nəsrulla
(C.Məmmədquluzadə “Ölülər”), Vil-
yams (N.Hikmət “Kəllə”), Sultan Zöh-
rabov (B.Vahabzadə “Vicdan”), Şeyx
Sənan və Özdəmir, Keykavus (H.Cavid
“Şeyx Sənan” və “Səyavuş”), Ezop
(G.Fiqeyredu “Tülkü və üzüm”), Səməd
Vurğun (İ.Coşqun “Komsomol poema-
sı”).
17 iyun 1943-cü ildə “Azərbaycanın
Əməkdar artisti”, 30 aprel 1955-ci ildə
isə “Xalq artisti” fəxri adları ilə təltif
edilmişdir.
Əşrəf Əmrah oğlu Yusifzadə 1963-
cü il mart ayının 7-də Gəncə şəhərində
vəfat etmişdir.
Ə d ə b i y y a t
Məmmədov, A.Əşrəf
Yusifzadə /A.Məmmədov;
red. Y.Əzimzadə;
Azərbaycan Teatr
Cəmiyyəti.- Bakı:
Azərnəşr, 1974.- 23 s.
Yusifzadə Əşrəf /[red.
C.Səfərov].- Bakı:
Azərbaycan teatr
cəmiyyətinin nəşri, 1961.-
[2] qat. v.
Yusifzadə Əşrəf //Nax-
çıvan ensiklopediyası /
AMEA; red. hey. C.Əliyev,
A.Əlizadə, İ.Həbibbəyli
[və b.].- Bakı: AMEA,
2002.- S.585.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.bahlulzade.az
www.medeniyyet.az
5
Teatr.Kino
364
Aktyor
Teatr.Kino
Həsənağa Salayev
1921-1981
DEKABR
Həsənağa Dərya oğlu Salayev 1921-
ci il dekabr ayının 5-də Bakıda, qulluq-
çu ailəsində doğulmuşdur. Bakıdakı 6-cı
Şura məktəbində təhsil almış, 1937-ci
ildə oranın doqquzuncu sinfini yüksək
qiymətlərlə bitirmişdir. Elə həmin il
Bakı Teatr Texnikumuna daxil olmuş-
dur. Tələbə ikən 1938-ci ildə Akademik
Milli Dram Teatrının aktyor heyətinə
qəbul edilmiş, 1941-ci ildə təhsilini
başa vurduğu günlərdə müharibəyə
getmiş, müharibənin qanlı-qadalı
günlərindən keçmiş, qələbədən sonra
1946-cı ildə yenidən doğma kollektivə
qayıtmış, səhnədə onlarla müxtəlif xa-
rakterli obrazlar yaratmışdır. Klassik
dramaturgiya ilə yanaşı, müasirlərinin
də əsərlərindən təqdim etdiyi rollar
həm həmkarları, həm də sənətsevərlər
tərəfindən rəğbətlə qarşılanmışdır.
Səhnədə ilk rolu Səməd Vurğunun
“Xanlar” pyesindəki jandarm obrazı
olmuşdur. Tamaşada tərəf-müqabili,
görkəmli səhnə ustası Mərziyə Davu-
dova Həsənağa Salayevin bu rolunu
yüksək qiymətləndirmişdir.
Müxtəlif illərdə S.Vurğunun “Fərhad
və Şirin” (Fərhad), “Vaqif” (Eldar, Qacar
və Vaqif), Z.Xəlilin “Qatır Məmməd”
(Əziz), Ənvər Məmmədxanlının “Şərqin
səhəri” (Mustafa), V.Şekspirin “Otel-
lo” (Montano), “Antoni və Kleopatra”
(Sezar), “Qış nağılı” (Florizel və Le-
ont), N.Hikmətin “Türkiyədə” (Hüseyn
Həlim), M.İbrahimovun “Həyat” (Ab-
bas), M.Hüseynin “Cavanşir” (Qartal
və Söhrab), “Alov” (Əmin Bəxtiyarov)
və başqa neçə-neçə əsərlərin tamaşala-
rında xarakterik səhnə surətləri yarat-
mışdır.
H.Salayevin bir aktyor kimi
yetişməsində teatrın rejissorların-
dan Xalq artistləri A.İsgəndərovun,
M.Məmmədovun,
Ə.Şərifovun,
Əməkdar
incəsənət
xadimi
T.Kazımovun və başqalarının böyük
əməyi olmuşdur. O, dolğun, psixolo-
ji xarakterə malik mürəkkəb obrazları
müvəffəqiyyətlə yaratmış, rolları bir-
birinə bənzəməmişdir.
“Oqtay Eloğlu” (C.Cabbarlı) tama-
şasında yaratdığı baş qəhrəman haqqın-
da uzun illər mətbuatda müxtəlif fikirlər
səslənmişdir. Səhnə fədaisinin yaratdığı
həmin monumental obraz bu günə kimi
əvəzedilməz olaraq qalmaqdadır.
Teatrla yanaşı, kino sahəsində də
çalışmış, “Azərbaycanfilm” kinostu-
diyasının istehsal etdiyi “Fətəli xan”,
“Görüş”, “O olmasın, bu olsun”, “Onu
bağışlamaq olarmı?”, “Koroğlu”, “İs-
tintaq davam edir” bədii və “Aygün”
televiziya filmlərində Süleyman, Musa,
Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Ma-
yor Rüstəmov, Əmirxan rollarına
çəkilmişdir. “İstintaq davam edir” bədii
filmində həm baş rolda oynamış, həm
də bu ekran əsərinin rejissoru olmuş-
dur.
Təkcə Azərbaycanda deyil, keçmiş
SSRİ-nin bütün müttəfiq respublikala-
rında tanınırdı. Oynadığı rollara görə
hətta qastrollara getdiyi yerlərin müka-
fatlarını almışdır.
Milli
teatrın
inkişafındakı
xidmətlərinə görə bir sıra mükafatlara
layiq görülmüş, 10 iyun 1959-cu ildə
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 1974-cü ildə isə “Xalq artisti”
fəxri adlarına layiq görülmüşdür.
Görkəmli aktyor, Xalq artisti
Həsənağa Salayev 1981-ci il oktyabr
ayının 2-də vəfat etmişdir.
5
Ə d ə b i y y a t
Həsənağa Salayev [İzo-
material] /Azərbaycan
Teatr Cəmiyyəti.- Bakı:
Elm, 1974.-[1] qat. v.
Azərbaycan Dram Teatrı-
100.
Atayev, M. Həsənağa
Salayev /M.Atayev;
red. C.Səfərov; Azərb.
Teatr Cəmiyyəti.- Bakı:
Azərnəşr, 1974.- 57, [3] s.
Unudulmaz obrazlar
ustası Həsənağa Salayev:
Səhnədə ilk uğurlar...
//Azadlıq.-2012.- 9 aprel.-
S.14.
Hüseynova, G.
Həsənağa Salayev:
Romantik və realist aktyor
məktəbinin yetişdirməsi
/G.Hüseynova //Mədəni
həyat.- 2013.- №9.- S.85-
88.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
95
illiyi
365
Kinorejissor
Teatr.Kino
Əlisəttar Atakişiyev
1906-1990
DEKABR
Əlisəttar Ələsgər oğlu Atakişi-
yev 1906-cı il dekabr ayının 25-də
Bakıda anadan olmuşdur. 8 yaşında
valideynlərini itirmiş, 1924-cü ildə orta
məktəbi bitirdikdən sonra jurnallarda
rəssam kimi fəaliyyət göstərmiş, Mosk-
va Ali Rəssamlıq-Texniki Məktəbinin
rəngkarlıq şöbəsində təhsil almışdır.
Azərbaycan dilində nəşr olunan “Şərq
qadını” və “Həmkarlar İttifaqı” jurnal-
ları redaksiyasında rəssam-illüstrator
işləmişdir. 1926-cı ilin sonunda Mosk-
vaya getmiş, SSRİ Xalq Komissarları
Sovetinin İşlər İdarəsində tərcüməçi
kimi çalışmışdır. 1930-cu ildə Ümumit-
tifaq Dövlət Kinematoqrafiya İnstitutu-
nun Kinooperatorluq fakültəsinə qəbul
olunmuş, 1936-cı ildə təhsilini başa vu-
raraq “Mosfilm” kinostudiyasında ope-
rator kimi fəaliyyətə başlamışdır.
“Azərfilm” studiyasına dəvət olu-
nan operator ilkin olaraq “Bakılılar”
filmində baş operator işləmişdir. Daha
sonra isə yenə də “Mosfilm”ə qayıt-
mışdır. Burada ilk rəngli filmlərin ya-
radılmasında iştirak etmişdir. Əlisəttar
Atakişiyev müharibə illərində Bakıya
gəlmiş, burada “Arşın mal alan” fil-
minin çəkilişlərində iştirak etmişdir.
Müstəqil operator kimi Əlisəttar Ataki-
şiyev “Fətəli xan” filmində işləmişdir.
1953-cü ildə Tallinə göndərilmiş və
burada müharibədən sonra kino is-
tehsalının bərpa edilməsində xüsusi
xidmət göstərmişdir. Estoniyanın ilk
rəngli (“Axşam düşəndə”, 1955, film-
konsert ) filmini çəkmişdir. 1956-cı ildə
Azərbaycana qayıtdıqdan sonra “O ol-
masın, bu olsun”, “Uzaq sahillərdə”
və bir neçə sənədli filmdə operator
kimi fəaliyyət göstərmişdir. Rejissor
kimi “Bir qalanın sirri”, “Sehrli xalat”,
“Qərib cinlər diyarında” kimi filmləri
ilə Azərbaycan uşaq kinosunun əsasını
qoymuşdur.
Kinorejissor Əlisəttar Atakişiye-
vin istər operator, istərsə də rejissor
kimi çəkdiyi filmlər Azərbaycan kino
tarixində öz layiqli yerini tutmuşdur.
Görkəmli sənətkar incəsənətdə heyran
olunacaq dərəcədə sadə, lakin ciddi,
güzəştsiz və ibrətamiz ömür yaşamış-
dır. O, özünü təkcə operator və rejissor
kimi deyil, həm də dekorasiya rəssamı,
geyim rəssamı, quraşdırma çəkilişləri
rəssamı, ssenarist, dublyaj rejissoru
kimi də təsdiqləmişdi. Özünə xas usta-
lıqla filmlərinə fərqli aktyorlar seçmiş,
ekranda təkrarsız nağıl dünyası yarat-
mışdır. “Bizim küçə”, “İstintaq davam
edir” filmləri ilə Azərbaycan kinosu-
nu zənginləşdirməklə, rəssam kimi də
fəaliyyətini davam etdirmişdir. Əsərləri
keçmiş ümumittifaq və respublika
sərgilərində dəfələrlə nümayiş olun-
muşdur. Eləcə də uşaqlar üçün “İbrahi-
min sərgüzəştləri” adlı nağıllar kitabını
da çap etdirmişdir.
Azərbaycan kinosunun inkişafında
əvəzsiz xidmətlərindən biri də dubl-
yaj sənətinin inkişafına təkan verməsi
olmuşdur. 50-yə yaxın filmi peşəkar
səviyyədə Azərbaycan dilinə dublyaj
etmişdir. Ümumiyyətlə, Ə.Atakişiyev
“Azərbaycanfilm“
kinostudiyasında
işlədiyi 45 il ərzində operator kimi 11,
2 bədii-sənədli, 4 sənədli, rejissor kimi
5 bədii film çəkmişdir.
1960-cı ildə “Əməkdar incəsənət xa-
dimi” fəxri adını almışdır.
Əlisəttar Atakişiyev 1990-cı il noyabr
ayının 7-də Moskvada, Kino Veteranları
evində vəfat etmişdir.
25
Ə d ə b i y y a t
Bəxtiyar: nağıl-povest
/Ə.Atakişiyev; [red.
T.Cəmilova].- Bakı:
Gənclik, 1980.- 88, [4] s.
İbrahim və oğlu
Bəxtiyarın sərgüzəştləri:
[povest-nağıl]
/Ə.Atakişiyev.- Bakı:
Gənclik, 1985.- 192 s.
Kazımzadə, A. Əbədi
ölməzlik zirvəsi:
Azərbaycanın Əməkdar
incəsənət xadimi, kino-
operator və kinorejissor
Əlisəttar Atakişiyevin
anadan olmasının 100
illiyinə həsr edilir
/A.Kazımzadə; red.
M.Bəyişli; Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi.- Bakı:
E.L. NPŞ MMC, 2006.-
134 s.
Bürcəliyeva, Ş. Kino
bilicisi /Ş.Bürcəliyeva
//Mədəniyyət.- 2011.- 30
dekabr.- S.10.
Kazımzadə, A. Uşaqlar
üçün nağıl, böyüklər üçün
klassika /A.Kazımzadə
//Kaspi.- 2014.- 8-10
noyabr.- S.16.
www.anl.az
www.az.wikipedia.org
110
illiyi
366
Aktrisa
Teatr.Kino
Zemfira Əliyeva
1941-1995
DEKABR
Zemfira Məmmədəli qızı Əliyeva
1941-ci il dekabr ayının 25-də Gəncə
şəhərində anadan olmuşdur. Anası Firuzə
Bədirbəyli Gəncə Dövlət Dram Teatrı-
nın aktrisası olmuşdur. Aktrisa da kiçik
yaşlarından teatrın tamaşalarında uşaq
rollarını ifa etmişdir. Rolları emosional
və xüsusi məharətlə yaratma qabiliyyəti
və istedadı olduğu üçün 17 yaşında ona
Cəfər Cabbarlının “Solğun çiçəklər”
melodramasında Sara rolu tapşırılmış-
dır. Gənc aktrisa bu roluna görə böyük
uğur qazanmışdır. Bundan sonra teatra
işə götürülmüş və qısa müddətdə Səməd
Vurğunun “Vaqif” (Gülnar), Viktor Ro-
zovun “Sabahın xeyir” (Liza), Evripidin
“Medeya” (Medeya), Əfqan Əsgərovun
“Qız atası” (Məryəm) əsərlərinin ta-
maşalarında mürəkkəb rollar oynamış,
“Böyük dayaq” filmində Pərişan obrazı-
na çəkilmişdir.
Füsunkar səhnə görkəmi, məlahətli
danışığı, zəngin və əlvan ifadə vasitələri,
coşqun daxili ehtirası onun əsas
keyfiyyətlərindən idi. Bu yaradıcılıq
keyfiyyətləri aktrisanın yaratdığı səhnə
surətlərinə xüsusi emosional təravət,
psixoloji dərinlik və fəlsəfi bütövlük
vermişdir.
Zemfira Əliyeva bir sıra tamaşalarda
aşağıdakı baş rolları ifa etmişdir: Al-
maz, Sara, Firəngiz, Yaqut (“Almaz”,
“Solğun çiçəklər”, “Oqtay Eloğlu”
və “Yaşar”, Cəfər Cabbarlı), Səlma,
Roza, Xumar, Anjel (“Ana”, “Şeyda”,
“Şeyx Sənan” və “Uçurum”, Hüseyn
Cavid), Sona (“Hacı Qara”, Mirzə
Fətəli Axundzadə), Reyhan (“Yağışdan
sonra”, Bəxtiyar Vahabzadə), Maral
(“Sənsiz”, Şıxəli Qurbanov), Mədinə,
Azadə (“Mənim nəğməkar bibim”
və “Bir cüt bədmüşk ağacı”, Əkrəm
Əylisli), Pırpız Sona (“Dəli yığınca-
ğı”, Cəlil Məmmədquluzadə), Zinyət
(“Toy”, Sabit Rəhman), Söylü (“Bəxt
üzüyü”, Vaqif Səmədoğlu ,) Nərmin,
Anjel (“Unuda bilmirəm” və “Məhv
olmuş gündəliklər”, İlyas Əfəndiyev),
Kleya (“Tülkü və üzüm”, Gilerma Fi-
qeyredu), Pəricahan və Zöhrə (“Laçın
yuvası” və “Eşq və intiqam”, Süleyman
Sani Axundov), Zəhra (“Bayramın bi-
rinci günü”, Nazim Hikmət), Elektra
(“Elektra”, Sofokl), Dilbər (“Yenə o
bağ olaydı...”, Mlkayıl Müşfiqin şeirləri
əsasında bədii kompozisiya), Vəfa (“Siz
xoşbəxt yaşayın”, Əlyar Yusifli).
1972-ci ildə Naxçıvan Dövlət Musi-
qili Dram Teatrının truppasına daxil ol-
muşdur. Bu teatrda qazandığı sənətkarlıq
nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 1 dekabr 1982-ci ildə isə “Xalq
artisti” fəxri adlarına layiq görülmüş-
dür.
1988-1995-ci illərdə Akademik Milli
Dram Teatrında çalışmışdır.
Televiziya tamaşalarında da yad-
daqalan obrazlar (“Yad qızı”, Orxan
Kamal, “Manas” və s.) yaratmış-
dır. “Azərbaycanfilm”in “Pəncərə”,
çoxseriyalı “İtkin gəlin” filmlərində
çəkilmişdir.
Xalq artisti Zemfira Məmmədəli qızı
Əliyeva 16 noyabr 1995-ci ildə Bakıda
vəfat etmişdir.
25
16
Ə d ə b i y y a t
Zemfira Əliyeva /Naxçı-
van MSSR, Mədəniyyət
Nazirliyi.- Bakı: İşıq,
1981.-[4] s.
Rəhimli, İ. Zemfira
Əliyeva ///İ.Rəhimli İ.
Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.235.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
75
illiyi
21
367
21
Milli Qəhrəmanlar
55
illiyi
Salatın Əsgərova
1961-1991
DEKABR
Salatın Əziz qızı Əsgərova 1961-
ci il dekabr ayının 16-da Bakıda ana-
dan olmuşdur. 1979-cu ildə M.Müşviq
adına 18 saylı orta məktəbi əla
qiymətlərlə başa vurmuşdur. Elə həmin
il Azərbaycan Neft və Kimya İnstitu-
tuna (indiki Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti) daxil olmuş,
mühəndislik ixtisası üzrə təhsil alsa da,
ədəbiyyata olan həvəsi onu jurnalistika
aləminə yönəltmişdir.
Əvvəlcə qələmini ştatdankənar
müxbir kimi sınamış, 1984-cü ildə
müqavilə ilə “Bakı” qəzetində, 4 il
sonra isə “Молодежь Азербайджана”
(Azərbaycan gəncləri) qəzetində ça-
lışmış, müxtəlif mövzularda çıxışlar
etməyə başlamışdır. Onun işıqlandırdığı
məsələlər ölkənin ən vacib problemləri
ilə bağlı olmuş, Qarabağ dərdi, torpaq-
larımızın bütövlüyü yazılarının başlıca
mövzularına çevrilmişdi. Tez-tez cəbhə
xəttinə gedərək qaynar nöqtələrdən
operativ materiallar hazırlayan Salatı-
nın ailəsi, iş yoldaşları dəfələrlə qarşı-
sını almağa çalışsalar da, ona mane ola
bilməmişdilər.
1991-ci il yanvar ayının 9-da
içərisində Salatın Əsgərovanın olduğu
maşın Laçından Şuşaya gələrkən, yolun
6-cı kilometrində, Qaladərəsi kəndi ya-
xınlığında erməni quldurları tərəfindən
yaxın məsafədən atəşə məruz qalmışdır.
Tanınmış jurnalist vəhşicəsinə qətlə ye-
tirilmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 6 noyabr 1992-ci il tarixli 294
saylı Fərmanı ilə Əsgərova Salatın Əziz
qızına ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmiş,
Bakı şəhərinin Şəhidlər Xiyabanında
dəfn edilmışdir.
Bakı şəhərində adına küçə var. Bakı
buxtasındakı gəzinti kateri onun adı-
nı daşıyır. “Təfəkkür” Universitetində
büstü qoyulmuşdur. Yaşadığı binaya ba-
relyefi vurulmuşdur. Yaxınlığında həlak
olduğu kənd “Salatınkənd” adlanır.
Ə d ə b i y y a t
S.Ə.Əsgərovaya, A.M.Mustafayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Əsgərova Salatın Əziz qızı - “Молодежь
Азербайджана” qəzetinin müxbiri - Qarabağın Dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya ictimaiyyətinə çatdırılma-
sında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə yetirərkən göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezi-
dentinin Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 21.- S.27. (Ölümündən sonra).
Əsgərov, V. Əsgərova Salatın Əziz qızı /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.100.
Əsgərova Salatın Əziz qızı //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.-
S.71.
Odlu nöqtələrdən yazan qəhrəman xanım: Salatın Əsgərova həmişə ucuz ölümdən qorxurdu //Şərq.- 2011.- 22 iyul.- S.11.
Şəymən. Şəhid jurnalist - Salatın Əsgərova /Şəymən //Şərq.-2013.- 17 dekabr.- S.11.
Dostları ilə paylaş: |