Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə65/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

Ə d ə b i y y a t

Beynəlxalq münasibətlər 

tarixi: ən qədim dövrlərdən 

XIX yüzilliyin 70-ci illərinin 

sonuna qədər/ A. N. 

Abbasbəyli, S.Z.Yusifzadə.- 

Bakı:BDU-nun nəşriyyatı, 

2009.-309 s.

Dünya siyasəti: XX əsrin 

ikinci -XXI əsrin əvvəlləri : 

dərslik /A. N. Abbasbəyli ; 

elmi red. Q. H. Məmmədov, 

R. Ə. Sadıqov ; rəyçi Z. M. 

Həsənalıyev [və b.].-Bakı: 

[Nurlar], 2011.- 582, [1] s.

История 

международных 

отношений: после 

окончания I мировой 

войны и до окончания II 

мировой войны. 1918-

1945 : учебное пособие 

/А. Н. Аббасбейли, М. В. 

Баба-заде ; науч. ред. 

С. З. Юсиф-заде, З. М. 

Гасаналиев.Аббасбейли, 

Агалар Нариман оглы. 

д-р ист. наук, проф.- 

Баку: [Изд. Бакинского 

Ун-та], 2014.- 186, [2] 

с.: 20 см.

Abbasbəyli Ağa-

lar Nəriman oğlu //

Azərbaycan Milli 

Ensiklopediyası.-C.1.-

Bakı, 2009.-S. 15.

31

374

Tarixçi alim

Tarix

85

 illiyi

Tamilla Musayeva 

1931

DEKABR

Tamilla Həşim qızı Musayeva 1931-

ci il dekabr ayının 31-də Bakıda anadan 

olmuşdur.  1939-1949-cu  illərdə  Bakı 

şəhərində 46 saylı məktəbdə təhsil almış, 

məktəbi  bitirdikdən  sonra  Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  BDU) 

tarix fakültəsinə daxil olmuşdur. 1954-

cü ildə təhsilini fərqlənmə diplomu ilə 

bitirmişdir. 

Tamilla Musayeva 1962-ci ildə “Bi-

rinci  beşillik  illərində  Azərbaycanda 

xalq təhsilinin inkişafı uğrunda mübarizə 

(1928-1932-ci  illər)”  mövzusunda 

namizədlik  dissertasiyasını  müdafiə 

etmiş, 1980-ci ilin dekabrında isə dok-

torluq  dissertasiyasını  tamamlamışdır. 

Həmin  ildə  nəşr  olunmuş  “İnqilab  və 

Azərbaycanda xalq təhsili (1920-1940-

cı  illərdə Azərbaycanda  xalq  təhsilinin 

inkişafı tarixinin oçerkləri)” monoqrafi-

yası dissertasiya kimi müdafiəyə təqdim 

olunmuşdur.  Bu  monoqrafiyaya  görə 

ona tarix elmləri doktoru elmi dərəcəsi 

verilmişdir.

Elmi 


axtarışlarının 

əsas 


istiqamətlərindən  biri  1920-1940-cı 

illərdə Azərbaycanda xalq təhsilinin inki-

şaf tarixi, bu sistemin yaranması və onun 

respublika zəhmətkeşlərinin ümumtəhsil 

səviyyəsinin  yüksəldilməsində  rolunun 

tədqiqi  olmuşdur.  Azərbaycanda  xalq 

təhsilinin inkişaf tarixinin elmi cəhətdən 

əsaslandırılmış  dövrləşdirilməsi,  onun 

əsas mərhələlərinin müəyyən edilməsi, 

xalq  təhsilinin  yaranmasının  spesifik 

xüsusiyyətlərinin  təhlili,  xalqımızın 

keçdiyi  tarixi  yolun  xüsusiyyətlərinin 

öyrənilməsi T.Musayevanın Azərbaycan 

tarixşünaslığına  dəyərli  töhfəsidir. 

T.Musayeva  bir  sıra  ümumiləşdirilmiş, 

o  cümlədən  ümumittifaq  əhəmiyyətli 

əsərlərin  yazılmasında  iştirak  etmişdir. 

Üçcildlik  “Azərbaycan  tarixi”  kitabı-

nın  müəlliflərindən  biri,  2000-ci  ildə 

çap  olunmuş  “Azərbaycan  tarixi”nin 

VI  cildinin  müəllifi  və  redaksiya 

heyətinin üzvü, 2003-cü ildə nəşr olun-

muş  “Ermənilərin  Azərbaycan  torpaq-

larında  törətdikləri  əməllər  barədə  ta-

rixi həqiqətlər” adlı əhəmiyyətli əsərin 

tərtibçi  redaktoru  və  müəlliflərindən 

biri, Azərbaycan MEA-nın 60 illik yubi-

leyi ilə bağlı 2005-ci ildə nəşr olunmuş 

“Azərbaycan Milli Elmlər Akademiya-

sının  yaradılması  və  elmi  ziyalı  kadr-

ların  formalaşması  yollarında  (1920-

1945-ci  illər)”  adlı  monoqrafiyanın  və 

Birinci Türkoloji qurultayın 80 illiyinə 

həsr  olunmuş  “Azərbaycan  xalqının 

əlifbasının  inkişafı  yolunda  mühüm 

mərhələ” adlı 2006-cı ildə çap olunmuş 

kitabın  həmmüəllifidir.  Ümumilikdə 

100-dən  artıq  elmi  əsərin,  o  cümlədən 

dörd 

monoqrafiyanın 



müəllifidir. 

T.Musayeva  1984-cü  ildə  “İnqilab  və 

Azərbaycanda  xalq  təhsili”  monoqra-

fiyasına  görə  Azərbaycan  SSR  Dövlət 

mükafatı laureatı adına layiq görülmüş, 

1992-ci  ildə  professor  elmi  rütbəsini 

almışdır.  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyevin 4 iyul 2005-

ci  il  tarixli  sərəncamı  ilə  T.Musayeva 

“Əməkdar  elm  xadimi”  fəxri  adına  la-

yiq görülmüşdür.

Ə d ə b i y y a t

Ermənilərin 

Azərbaycanın tarixi 

torpaqlarına iddiaları-

nın ifşasına dəyərli töhfə 

/T.Musayeva           //

Azərbaycan.-2012.- 16 

oktyabr.- S.10.

Борьба за развития 

народного образования 

в Азербайджане в годы 

первой пятилетки 

/Т.Мусаева.- Баку, 

1964.- 134 с.

Важная веха на 

пути развития 

письменности 

азербайджанского 

народа: к 80-

летию Первого 

Тюркологического 

съезда /Т.Мусаева, 

А.Мамедов; НАН 

Азерб. Ин-т Истории 

им. А.А.Бакиханова.-

Баку: Тахсил, 2006.- 67 

с.

На путях создания 

Национальной 

Академии Наук и 

формирования кадров 

научной интеллигенции 

Азербайджана: 1920-

1945 гг. /Т.Мусаева, 

А.Мамедов; НАНА 

Институт Истории 

им. А.А.Бакиханова.-

Баку: Нурлан, 2005.- 

31


375

Fəlsəfə.İqtisadiyyat

90

 illiyi

Aqil Əliyev

1926-2006

DEKABR

Aqil  Əlirza  oğlu  Əliyev  1926-cı  il 

dekabr ayının 10-da Naxçıvan şəhərində 

anadan  olmuşdur.  Orta  məktəbi 

bitirdikdən sonra, 1946-1951-ci illərdə 

Azərbaycan Dövlət Universitetinin (in-

diki BDU) tarix fakültəsində təhsil al-

mışdır. Əmək fəaliyyətinə 1951-ci ildə 

Azərbaycan Elmlər Akademiyasının Ta-

rix İnstitutunda elmi işçi kimi başlayan 

Aqil Əliyev sonralar Azərbaycan Poli-

texnik İnstitutunda çalışmışdır. 1953-cü 

ildən taleyini Azərbaycan Tibb Univer-

siteti  ilə  bağlayaraq  burada  müxtəlif 

vəzifələr tutmuşdur. 1973-cü ildən öm-

rünün  sonunadək Tibb  Universitetində 

İqtisadiyyat  və  Hüququn  Əsasları  ka-

fedrasının müdiri işləmişdir. 

1970-ci  ildə  elmlər  namizədi, 

1983-cü  ildə  iqtisad  elmləri  dokto-

ru  alimlik  dərəcəsi  almış,  1973-cü 

ildə dosent, 1979-cu ildə isə professor 

vəzifələrinə  irəli  çəkilmişdir.  2001-ci 

ildə Azərbaycan Milli Elmlər Akademi-

yasının müxbir üzvü seçilmişdir. 

Elmi  fəaliyyətində  Azərbaycanın 

sosial-iqtisadi  inkişafında  islahatla-

rın  rolu,  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsinin aktual problemlərinin 

araşdırılması  mühüm  yer  tutmuşdur. 

İqtisadçıların bir sıra beynəlxalq konf-

rans  və  simpoziumlardakı  çıxışları  ilə 

Azərbaycan  elmini  yüksək  səviyyədə 

təmsil etmişdir.

Professor  Aqil  Əliyev  190-dan  ar-

tıq  elmi  əsərin,  o  cümlədən  32  mo-

noqrafiya  və  kitabın  müəllifi  olmuş-

dur.  Azərbaycanda  ilk  dəfə  olaraq 

“Şəxsi  istehlakın  iqtisadiyyatı  və 

problemləri”,  “Aqrar  iqtisadiyyatın 

aktual  problemləri”,  “Kənd  əhalisinin 

həyat  səviyyəsinin  yüksəldilməsi 

problemləri”, 

“Səhiyyədə 

iqtisa-

diyyat, 


planlaşdırma, 

idarəetmə, 

maliyyələşdirmə  və  əməyin  elmi 

təşkili” və s. sanballı monoqrafiyaların, 

“Azərbaycanın  sosial-iqtisadi  inkişa-

fında islahatların rolu”, “İpək Yolunun 

bərpası  bəşəriyyətin  tərəqqi  yoludur”, 

“Azərbaycanda  bazar  münasibətləri 

şəraitində əhalinin sosial problemləri”, 

“Səhiyyənin 

iqtisadiyyatı”, 

“Azərbaycanda  əhalinin  səviyyəsinin 

yüksəldilməsinin  aktual  problemləri”, 

ikicildlik “Naxçıvan Muxtar Respubli-

kası:  nailiyyətlər,  problemlər”,  “Bazar 

iqtisadiyyatına  keçid:  dövlətin  iqtisa-

di  siyasəti”,  “Bələdiyyələr.  Metodik 

kömək”,  “Dünya  iqtisadiyyatı:  mü-

asir  dövrün  problemləri”,  “Müstəqil 

Azərbaycan  iqtisadiyyatının  aktual 

problemləri”  və  başqa  elmi  əsərlərin 

müəllifidir.

Elmin  inkişafındakı  xidmətlərinə 

görə  1946-cı  ildə  “Əmək  igidliyinə 

görə”  medalı,  1959-cu  ildə  “Səhiyyə 

əlaçısı”  döş  nişanı,  1970-ci  ildə 

“Fədakar əməyə görə” medalı, 1982-ci 

ildə  “Əməkdar  elm  xadimi”  fəxri  adı, 

1976-cı  ildə  “Qırmızı  Əmək  Bayrağı” 

ordeni,  1990-cı  ildə  “Əmək  veteranı” 

medalı,  1997-ci  ildə  “Sovet  İttifaqı 

Marşalı  Jukov”  medalı,  2000-ci  ildə 

“Şöhrət ordeni” ilə təltif olunmuşdur.

Əliyev  Aqil  Əlirza  oğlu  2006-cı  il 

mart  ayının  8-də  Bakı  şəhərində  vəfat 

etmiş, Fəxri Xiyabanda dəfn olunmuş-

dur.

Ə d ə b i y y a t

Bazar iqtisadiyyatına 

keçid: dövlətin iqtisadi 

siyasəti: [monoqrafiya] 

/A.Əliyev, A.Şəkərəliyev.-

Bakı: [İqtisad Universite-

ti], 2002.- 440 s.

Dünya iqtisadiyyatı: mü-

asir dövrün problemləri: 

[monoqrafiya] /A.Əliyev, 

A.Şəkərəliyev, İ.Dadaşov.-

Bakı: [Bakı Universiteti], 

2003.- 455 s.

Sosial sferanın iqtisadi 

və metodoloji əsasları            

/A.Əliyev, A.Quliyev.-Bakı: 

Adiloğlu, 2005.- 304 s.

Kərimova, H. Görkəmli 

iqtisadçı alim Aqil 

Əliyev /H.Kərimova, 

N.Allahverdiyev.- Bakı: 

Nurlan, 2006.-120 s.

Əliyev, İ. Gözəl alim, 

xeyirxah insan - Aqil 

Əliyev /İ.Əliyev //Azad 

Azərbaycan.- 2013.- 10 

dekabr.- S.2.

Əliyev, Q. Əsl vətəndaş 

və görkəmli iqtisadçı alim 

/Q.Əliyev //Azərbaycan.-

2014.- 10 dekabr.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

10

İqtisadçı alim


376

Mədəniyyət.Maarif.Təhsil

105

 illiyi

Nəsir İmanquliyev 

1911-1998 

DEKABR

Nəsir  Əsəd  oğlu  İmanquliyev  1911-

ci  il  dekabr  ayının  22-də  Bakıda  ana-

dan  olmuşdur.  1925-1926-cı  illərdə 

Bakı şəhərində peşə məktəbini bitirərək, 

çilingər peşəsinə yiyələnmişdir. 1934-cü 

ildə  “Lassal”  adına  Neft  Texnikumuna 

daxil  olmuşdur. Texnikumda  təhsil  aldı-

ğı müddətdə dövri mətbuatda ilk yazıları 

çap  olunmağa  başlamış,  “Kommunist”, 

“Yeni yol”, “Gənc işçi” qəzetlərində ça-

lışmışdır. 1932-ci ildən etibarən müxtəlif 

illərdə bu qəzetlərdə ədəbi işçi, redaktor, 

məsul  katib, şöbə  müdiri  kimi fəaliyyət 

göstərmişdir.

İkinci  Dünya  müharibəsi  zamanı 

1942-ci  ildə  Nəsir  İmanquliyev  siyasi 

işçi  kimi  Krım  cəbhəsinə  göndərilmiş, 

təkcə  süngüsü  ilə  deyil,  həm  də  qələmi 

ilə döyüşmüşdür. Orada “Vuruşan Krım” 

qəzetinin  məsul  katibi  kimi  çalışmış, 

həmçinin  hərbi  hissədə  tərcüməçi  kimi 

kömək etmişdir.

1943-cü  ilin  sonunda  ordudan  tərxis 

olunmuş  N.İmanquliyev  “Kommunist” 

qəzetinə  məsul  katib  təyin  edilmiş,  bu-

rada  “Döyüşən  səhifələr”  guşəsi  ya-

ratmaqla  hərbi  vətənpərvərlik  ideolo-

giyasının  təbliğinə  xidmət  göstərmiş, 

vətənpərvərlik  mövzusuna  həsr  edilmiş 

bir çox məqalələri işiq üzü görmüşdür.

1946-cı  ildə  Moskva  Mərkəzi  Qəzet 

Kursunu  bitirərək  1948-1950-ci  illərdə 

Azərbaycan  Dövlət  Universitetinin  (in-

diki BDU) filologiya fakültəsində təhsil 

almış, eyni zamanda pedaqoji fəaliyyətə 

başlamışdır. Həmin illərdə BDU-nun filo-

logiya fakültəsinin nəzdində jurnalistika 

fakültəsi  yaradılmış,  Nəsir  İmanquliye-

vin adı həm də universitetin ilk qurucu-

larının cərgəsinə yazılmışdır.

1941-1945-ci  illər  Böyük  Vətən 

müharibəsi  zamanı  mətbuatın  roluna 

dair  namizədlik  dissertasiyası  yazmış, 

dərslikləri,  dərs  vəsaitləri,  həmmüəllifi 

olduğu sanballı monoqrafiyaları, tərcümə 

ədəbiyyatının ən gözəl nümunələri sayı-

lan kitabları ilə tanınmışdır. 

1958-ci  ildə  “Bakı”  axşam  qəzetini 

yaratmış, yanvar ayının 10-u qəzetin ilk 

nömrəsi işıq üzü görmüşdür. 1963-cü ildə 

isə  rus  dilində  “Baku”  qəzeti  fəaliyyətə 

başlamışdır.  Uzun  illər  yaratdığı  hər  iki 

qəzetin  baş  redaktoru  vəzifəsində  çalış-

mışdır. Bu qəzetlər 1960-1970-ci illərdə 

mətbuatımızın inkişafında böyük rol oy-

namışdır. Bakı şəhər Partiya Komitəsində, 

sonra Mərkəzi Komitədə təbliğat-təşviqat 

şöbələrində  rəhbər  vəzifələrdə  işləyən 

Nəsir  İmanquliyev  təkcə  jurnalist,  ic-

timai  xadim  kimi  deyil,  həm  də  radio-

televiziya və mədəniyyət qurucusu kimi 

milli-mənəvi  dəyərlərimizin  inkişafına 

xidmət göstərmişdir.

87 il ömür sürmüş professor Nəsir İman-

quliyev  Böyük  Vətən  müharibəsindəki, 

quruculuq  illərindəki  fədakar  əməyinə 

görə  dəfələrlə  orden  və  medallarla təltif 

olunmuş,  milli  mətbuatımızın  inkişafın-

dakı  xidmətlərinə  görə  iki  dəfə  1967-ci 

ildə  “Qızıl  qələm”  mükafatına,  1976-cı 

ildə “Əməkdar mədəniyyət işçisi”, 1990-

cı ildə “Əməkdar jurnalist” fəxri adlarına 

layiq görülmüşdür.

Azərbaycan 

milli 


mətbuatının 

görkəmli  nümayəndəsi,  professor  Nəsir 

İmanquliyev 1998-ci il mart ayının 3-də 

Bakı şəhərində vəfat etmişdir. 

2011-ci  ildə  Azərbaycan  Respubli-

kası  Prezidentinin  Sərəncamı  ilə  Nəsir 

İmanquliyevin 100 illik yubileyi təntənəli 

şəkildə keçirilmişdir.



Ə d ə b i y y a t

Zəhmətkeşlərin əmək 

qəhrəmanlığı uğrunda: 

Böyük Vətən müharibəsi 

illərində sənaye və 

nəqliyyat işçilərinin əmək 

fəallığını yüksəltməkdə 

mətbuatın rolu haqqında 

/N.İmanquliyev.-Bakı: 

Azərnəşr, 1967.- 236, [4] s.

Gülgün, R. Xəbərin rəngi: 

Milli mətbuatın Nəsir 

İmanquliyev fenomeni 

/R.Gülgün; red. R.Məcid; 

Azərb.Resp.Mədəniyyət 

və Turizm Nazirliyi.-Bakı: 

Kür-Araz, 2009.- 219, [5] s.

Mansurzadə, A.Nəsir İman-

quliyev məktəbi: xatirə-

povest /A.Mansurzadə.- 

Bakı: Adiloğlu, 2007.- 290, 

[2] s.

Mətbuatımızın klassi-

ki  /tərt. Ş.Cəlilli; red. 

N.Paşayeva.- Bakı: Öndər, 

2006.- 352 s.

Nəsir İmanquliyev: biblioq-

rafiya /tərt. ed. Y.Əlizadə, 

V.Əliyev, S.X.Mirzəyev; 

elmi red. C.Məmmədli.-

Bakı: [Şərq-Qərb], 2011.-

87 s.

İ n t e r n e t d ə

www.anl.az

www.muallim.edu.az

22

Jurnalist, ictimai xadim

377

Mədəniyyət.Maarif.Təhsil

95

 illiyi

Əzizə Cəfərzadə  

1921-2003 

DEKABR

Əzizə Məmməd qızı Cəfərzadə 1921-

ci il dekabr ayının 29-da Bakı şəhərində 

anadan  olmuşdur.  İbtidai  təhsilini  25 

saylı məktəbdə almış, peşə məktəbində 

və ikiillik müəllimlər institutunda oxu-

muş,  1942-1944-cü  illərdə  Ağsu  ra-

yonundakı  Çaparlı  kəndində  müəllim 

işləmişdir. 1946-1947-ci illərdə ekstern 

yolu ilə Azərbaycan Dövlət Universiteti-

nin (indiki BDU) filologiya fakültəsində 

təhsil  almışdır.  1944-1946-cı  illərdə 

C.Cabbarlı  adına  “Azərbaycanfilm” 

kinostudiyasında  Ssenari  şöbəsinin 

rəisi,  1947-1949-cu  illərdə  teatr  tex-

niki  məktəbinin  müdiri,  1950-1955-ci 

illərdə  Azərbaycan  Pedaqoji  İnstitu-

tunda  (indiki  ADPU)  dosent,  kafedra 

müdiri,  1956-cı  ildə  Kamçatka  Peda-

qoji  İnstitutunda  dosent,  1957-1974-

cü  illərdə Azərbaycan  EA  Əlyazmalar 

İnstitutunda baş elmi işçi, şöbə müdiri 

vəzifələrində  çalışmışdır.  1974-cü  ildə 

BDU-nun professoru olmuşdur. XIX əsr 

Azərbaycan ədəbiyyatı tarixinin bilicisi 

kimi tanınmış və bu sahədə 1950-ci ildə 

“XIX  əsr  Azərbaycan  ədəbiyyatında 

maarifçi-ziyalı  surətləri”  mövzusun-

da  namizədlik,  1970-ci  ildə  “XIX  əsr 

Azərbaycan poeziyasında xalq şeiri üs-

lubu”  mövzusunda  doktorluq  disserta-

siyaları mudafiə etmişdir. 

Ədəbi  fəaliyyətə  16  yaşında  baş-

lamış,  1937-ci  ildə  “Əzrayıl”  adlı  ilk 

hekayəsini  “Ədəbiyyat”  qəzetində  çap 

etdirmişdir. İlk kitabı 1948-ci ildə nəşr 

edilmiş, lakin Moskvanın xüsusi qərarı 

ilə  satışa  çıxmamışdan  əvvəl  qadağan 

olunub  yandırılmışdır.  Nəsr  əsərləri 

əsasən  tarixi  roman  janrında  yazılmış-

dır. Əsərləri Azərbaycan dilinin saflığı 

və  təmizliyi  uğrunda  mübarizənin  ba-

riz  nümunəsinə  çevrilmişdir.  Yüzlərlə 

oçerk,  elmi  tədqiqat  və  publisistik 

məqalələri  dövri  mətbuatda  çap  edil-

mişdir.  “Bayatı  düşüncələrim”,  “Xızır 

Nəbi”, “Novruz” və başqa Azərbaycan 

adət-ənənələri,  etnoqrafiyası  ilə  bağlı 

yazıları, televiziya və radioda çıxışları 

onu xalqın sevimlisi etmişdi. 

Yaradıcılığında tarixi mövzulu əsərlər 

aparıcı yer tutmuş, “Aləmdə səsim var 

mənim”, “Vətənə qayıt”, “Yad et məni”,  

“Bakı-1501”,  “Cəlaliyyə”,  “Ağlayan-

güləyən  Sabir”,  “Eldən-elə”,  “Gülüs-

tandan  öncə”,  “Zərintac-Tahirə”,  “Bir 

səsin  faciəsi”,  “İşığa  doğru”,  “Bəla”, 

“Rübabə-Sultanım”, “Şirvan” kimi tari-

xi roman və povestləri yazmışdır.

Əsərləri bir çox xarici dillərə - rus, 

fars,  tacik,  ərəb,  qazax  və  s.  tərcümə 

edilib nəşr edilmişdir. Radioda Cənubi 

Azərbaycan  üçün  yayımlanan  proq-

ramların  və  “Ana”  radio  jurnalının 

uzun  illər  daimi  iştirakçısı  olmuşdur. 

1981-1989-cu  illərdə  Respublika  Qa-

dınlar  Şurasının  sədri  vəzifəsində  ça-

lışmışdır.  Müxtəlif  fəxri  fərmanlarla, 

“Xalqlar dostluğu”  ordeni  və  müstəqil 

Azərbaycanın ali mükafatı olan “Şöhrət” 

ordeni ilə təltif edilmişdir, 2001-ci ildə 

“Xalq yazıçısı” fəxri adına layiq görül-

müş,  Azərbaycan  Respublikası  Prezi-

dentinin fərdi təqaüdçüsü olmuşdur.

Əzizə Cəfərzadə 2003-cü il sentyabr 

ayının  4-də  vəfat  etmiş,  vəsiyyətinə 

əsasən  Hacıqabul  rayonunun  Tağılı 

kəndində dəfn edilmişdir.

Həyat  və  yaradıcılığı  haqqında 

“Azərtelefilm” birliyi tərəfindən iki film 

çəkilmişdir.

Ə d ə b i y y a t

Aləmdə səsim var mənim: 

tarixi roman /Ə.Cəfərzadə.-

Bakı: Şərq-Qərb, 2006.- 

432 s.

Bəla: tarixi povest 

/Ə.Cəfərzadə; nəşrə hazırl. 

və red. V.Sultanlı.- Bakı: 

Şirvannəşr, 2001.- 140 s.

Eldən-elə: tarixi roman 

/Ə.Cəfərzadə.-Bakı: Şərq-

Qərb, 2006.- 384 s. 

Eşq sultanı: roman 

/Ə.Cəfərzadə; red. 

V.Sultanlı.- Bakı: 

Şirvannəşr, 2005.- 204 s.

Əliyeva, İ. El anası-Əzizə 

Cəfərzadə /İ.Əliyeva.- Bakı: 

Elm, 2001.- 64 s. 

Fərəcov, S. Zərif qəlbin 

yazdığı tarixi həqiqətlər 

/S.Fərəcov //Mədəniyyət.-

2013.- 29 dekabr.- S. 13.

Rəsulova, Ə. Əzizə 

Cəfərzadənin tarixi roman-

larında tarixlik və müasirlik 

/Ə.Rəsulova //Respublika.-

2015.- 28 yanvar.- S.11.

Seyidzadə, T. Azərbaycan 

ədəbiyyatı tarixinin 

bilicisi - Əzizə Cəfərzadə 

/T.Seyidzadə //Azad 

Azərbaycan.-2012.- 15 

yanvar.- S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.muallim.edu.az

29

Ədəbiyyatşünas


378

Akademik

Riyaziyyat.Fizika.Astronomiya

90

illiyi

Nəriman Quliyev

1926-2014 

DEKABR

Nəriman  Ağaqulu  oğlu  Quliyev 

1926-cı  il  dekabr  ayının  28-də  Bakı 

şəhərində  anadan  olmuşdur.  Orta 

məktəbi başa vurduqdan sonra 1943-cü 

ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi 

İnstitutuna  daxil  olmuş,  lakin  fizika-

ya  hədsiz  marağı  səbəbindən  burada 

təhsilini yarımçıq qoymuş, 1947-1952-

ci illərdə Azərbaycan Dövlət Universi-

tetinin  (indiki  BDU)  fizika-riyaziyyat 

fakültəsində ali təhsil almışdır. 1952-ci 

ildə həmin universitetin aspiranturasına 

qəbul olunan Nəriman Quliyev 1953-cü 

ildə Lomonosov adına Moskva Dövlət 

Universitetinə köçürülmüş, 1955-ci ildə 

burada fizika ixtisası üzrə aspiranturanı 

bitirmişdir.

Əmək  fəaliyyətinə  1956-cı  ildə 

Azərbaycan  Dövlət  Universitetində 

başlamış,  Nəzəri  fizika  kafedrasında 

assistent  və  baş  müəllim  vəzifələrində 

çalışmışdır.  1959-cu  ildən  etibarən  ta-

leyini  Azərbaycan  Milli  Elmlər  Aka-

demiyası ilə bağlamışdır. 1959-1981-ci 

illərdə  Fizika  İnstitutunda  direktorun 

elmi  işlər  üzrə  müavini,  1981-2001-

ci  illərdə  AMEA-nın  vitse-prezidenti, 

2001-2007-ci illərdə isə AMEA-nın bi-

rinci vitse-prezidenti olmuşdur.  2007-

ci ildən AMEA prezidentinin müşaviri 

idi.


Nəriman Quliyev 1957-ci ildə Mosk-

va  şəhərində  namizədlik,  1975-ci  ildə 

doktorluq disserta

s

iyalarını müdafiə et-



mişdir. 

1976-cı  ildə  AMEA-nın  müxbir 

üzvü, 1983-cü ildə isə həqiqi üzvü se-

çilmişdir.

Ömrünün altmış ilə yaxın bir dövrü 

ərzində akademik öz səmərəli yaradıcı-

lığı ilə Azərbaycanda fizika elminin in-

kişafına töhfələr vermişdir. Bu sahə üzrə 

ana  dilində  yazılmış  ilk  sanballı  elmi-

kütləvi  nəşrin  müəlliflərindəndir.  Ali-

min gəldiyi qənaətlər nəzəri əhəmiyyəti 

ilə  səciyyələnmiş  və  mütəxəssislər 

tərəfindən 

dəyərləndirilmişdir. 

Azərbaycanda  nüvə  fizikasının  inkişa-

fının mühüm mərhələsi akademikin adı 

ilə bağlıdır.

Müstəqil Azərbaycanın dünyanın ta-

nınmış nüvə tədqiqatları mərkəzləri ilə 

elmi-texniki  əməkdaşlıq  əlaqələrinin 

coğrafiyasının 

genişləndirilməsində 

onun xidmətləri təqdirəlayiqdir.

Alimin çoxillik zəhmətinin məhsulu 

olan  silsilə  araşdırmalarının  nəticələri 

ölkəmizdə  və  onun  hüdudlarından 

kənarda  çap  edilmiş  100-dən  artıq 

sanballı  elmi  əsərdə  öz  əksini  tapmış-

dır.  Mötəbər  beynəlxalq  forumlarda  

Azərbaycan elmini layiqincə təmsil et-

mişdir.  Akademik  Nəriman  Quliyevin 

uzunmüddətli elmi və elmi-təşkilatçılıq 

fəaliyyəti  yüksək  qiymətləndirilmiş, 

bir  sıra  mükafatlara  layiq  görülmüş, 

müstəqil  Azərbaycan  Respublikasının 

ali  mükafatları  -  “Şöhrət”  və  “İstiq-

lal”  (2005)  ordenləri  ilə  təltif  edilmiş, 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüşdür.

Akademik  Nəriman  Quliyev  2014-

cü il may ayının 20-də vəfat etmişdir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin