Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/A.Zamanov.- Bakı: Çinar-

çap, 2003.- 310 s. 

Abbas Zamanov/Naxçıvan 

Ensiklopediyası //AMEA ; 

red. hey. C. Ə. Əliyev, A. A. 

Əlizadə, İ. Ə. Həbibbəyli 

[və b.].- Bakı: AMEA, 

2002.-S.586-587.

Professor Abbas 

Zamanov:(həyatı və 

yaradıcılığı) /F.Kazımova; 

elmi məsləhətçi və red. İ. 

Həbibbəyli; AMEA, Nax-

çıvan bölməsi, İncəsənət 

Dil və Ədəbiyyat İn-tu, 

ədəbiyyatşünaslıq şöbəsi.- 

Bakı: Mütərcim, 2012.-

S.361.

Cavidi 

xatırlarkən:məqalələr 

və xatirələr /tərt. ed. 

İ.(Orucəliyev)Atilla; 

red. A.Zamanov, H. 

Məmmədzadə; qeydlərin 

müəl. A.Zamanov, 

İ.Orucəliyev; lüğətin 

tərtibçisi H.Məmmədzadə.-

Bakı: Zərdabi LTD, 2012.- 

S. 591.

Abbas Zamanov olmasay-

dı /K. Əliyev; elmi red. 

Ş.Alışanlı.- Bakı: Elm, 

2011.-S. 138 

10

Ədəbiyyatşünas

314

Riyaziyyat.Fizika.Astronomiya

70 

illiyi

Misir Mərdanov 

1946 

OKTY

ABR

Misir Cumayıl oğlu Mərdanov 1946-

cı il oktyabr ayının 3-də Ermənistan SSR 

İcevan  rayonunun  Göyərçin  kəndində, 

ziyalı  ailəsində  anadan  olmuşdur.  1964-

cü  ildə  orta  məktəbi  bitirmiş,  ADU-

nun  (indiki  BDU)  mexanika  riyaziyyat 

fakültəsinə daxil olmuş, 1969-cu ildə uni-

versiteti  fərqlənmə  diplomu  ilə  bitirmiş-

dir. Təyinatla Gəncə Pedaqoji İnstitutuna 

göndərilmiş,  riyaziyyat  fakültəsində  baş 

laborant kimi əmək fəaliyyətinə başlamış-

dır. 1969-cu ildə ADU-nun aspiranturası-

na daxil olmuşdur. 1973-cü ildə “Optimal 

idarəetmənin  bəzi  məsələləri”  mövzu-

sunda  namizədlik  dissertasiyası  müdafiə 

etmiş, fizika-riyaziyyat elmləri namizədi 

alimlik dərəcəsini almışdır. 

1972-ci  ildən  universitetdə  müəllim 

işləyən  Misir  Mərdanov  1978-ci  ildə 

mexanika-riyaziyyat  fakültəsində  dekan 

müavini  vəzifəsinə  təyin  olunmuşdur. 

1984-1985-ci  illərdə  universitetin  qəbul 

komissiyası  məsul  katibinin  müavini, 

ölkədən  kənarda  oxumağa  göndərilən 

tələbələrin işi üzrə məsul katib vəzifəsində 

işləmişdir. 1986-1987-ci illərdə ADU-nun 

qəbul komissiyasının məsul katibi olmuş-

dur.

1989-cu  ildə  Kiyev  şəhərində  Ri-



yaziyyat  İnstitutunun  elmi  şurasında 

“Məhdudiyyətləri olan gecikən orqument-

li proseslərdə optimallığın tədqiqi” möv-

zusunda doktorluq dissertasiyası müdafiə 

etmişdir.

Azərbaycan Respublikası Xalq Təhsili 

Nazirliyində  Ali  Təhsil  İdarəsinin  rəisi 

və Təhsil nazirinin müavini (1989-1992), 

BDU-nun  tədris  işləri  üzrə  prorektoru 

(1992-1996),  BDU-nun  rektoru  (1997-

1998) kimi məsul vəzifələrdə çalışmışdır. 

1998-2013-cü illərdə Azərbaycan Res-

publikasının Təhsil naziri olmuşdur.

M.Mərdanov ümummilli lider Heydər 

Əliyevin  sərəncamı  ilə  1998-ci  ildə  ya-

radılan  “Təhsil  Sahəsində  İslahatlar 

üzrə Dövlət Komissiyası”nın sədri kimi, 

Azərbaycan təhsil tarixində ilk dəfə ola-

raq  “Azərbaycan  Respublikasının  təhsili 

sahəsində  islahat  proqramı”nın  hazırlan-

masına  bilavasitə  rəhbərlik  etmiş,  onun 

rəhbərliyi altında “Milli Kurikulum-Milli 

Təhsil Konsepsiyası” sənədi hazırlanmış-

dır. 


Azərbaycan  təhsilinin  inkişafındakı 

xidmətlərinə görə 1999-cu ildə “Əməkdar 

elm xadimi” fəxri adına layiq görülmüş, 

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif 

olunmuşdur. 

2013-cü  ildən  AMEA  Riyaziyyat  və 

Mexanika İnstitutunun direktorudur.

2011-2014-cü illərdə Türk dünyası Ri-

yaziyyat  Cəmiyyətinin  prezidenti,  2014-

cü  ildən  fəxri  prezidenti,  1996-cı  ildən 

isə Azərbaycan Riyaziyyat Cəmiyyətinin 

vitse-prezidentidir.

“AMEA  Xəbərləri”  jurnalının  fizika-

texnika  və  riyaziyyat  elmləri  seriyasının 

riyaziyyat  və  mexanika  buraxılışının  re-

daktor  müavini,  “AMEA  Riyaziyyat  və 

Mexanika  İnstitutunun  Əsərləri”  jurnalı-

nın  baş  redaktoru,  eyni  zamanda  “Azer-

baijan journal of Mathematics” jurnalının 

redaksiya heyətinin üzvüdir.

15-dən artıq kitabın, 100-dən çox elmi 

məqalənin müəllifidir.



Ə d ə b i y y a t

Azərbaycan təhsil tarixi 

/M.C.Mərdanov;elmi 

red. F. Rüstəmov..- 

Bakı:Təhsil,2011.-C.I.S 

295.;C.2.-702 s.; C.3.-671 

s.;C.4.- 2012.-S 909.

Azərbaycan 

təhsili:islahatların uğurlu 

nəticələri.2009-2010-cu 

illər/M.Mərdanov;red. 

F. Qədirov; [burax. məs. 

A. Əzizov] Azərb. Resp. 

Təhsil Nazirliyi.- Bakı: 

Şərq-Qərb, 2010.- S 243

Azərbaycan təhsili dünən, 

bu gün, sabah /Misir 

Mərdanov.-Bakı: Təhsil, 

2006.-300 s.

Azərbaycan təhsili yeni 

inkişaf mərhələsində /M. 

Mərdanov .-Bakı: Çaşıoğ-

lu, 2009.-526 s.

Təhsil millətin 

gələcəyidir... /H.Ə.Əliyev; 

Tərt.edənlər: Misir 

Mərdanov, Əsgər Quliyev 

.-Bakı: Təhsil, 2002.-580 

s.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

3

Alim

315

Riyaziyyat.Fizika.Astronomiya

80 

illiyi

Niftalı Qocayev

1936

OKTY

ABR

Niftalı  Mehrəli  oğlu  Qocayev 

1936-cı  il  oktyabr  ayının  18-də  Qərbi 

Azərbaycanın  Dilican  rayonunun  Salah 

kəndində anadan olmuşdur. 1953-cü ildə 

orta məktəbi qızıl medalla bitirərək ADU-

nun (indiki BDU) fizika fakültəsinə daxil 

olmuşdur.  1958-ci  ildə  ADU-nun  fizi-

ka fakültəsini nəzəri fizika ixtisası üzrə 

fərqlənmə diplomu ilə bitirdikdən sonra 

elmi  fəaliyyətini  davam  etdirmək  üçün 

Molekulyar fizika kafedrasında saxlanıl-

mışdır. Bir il işlədikdən sonra SSRİ EA-

nın  Sank-Peterburq  şəhərində  yerləşən 

Yüksək Molekullu Birləşmələr İnstitutu-

nun aspiranturasına daxil olmuş, akade-

mik  M.V.Volkenşteynin  elmi  rəhbərliyi 

altında  molekulyar  fizika  ixtisası  üzrə 

elmi  fəaliyyətini  davam  etdirmişdir. 

1962-ci ildə “Dezoksiribonuklein turşusu 

(DNT)  molekulunun  reduplikasiyasının 

bəzi termodinamik və kinetik məsələləri” 

mövzusunda namizədlik dissertasiyasını 

müvəffəqiyyətlə  müdafiə  edərək  ADU-

nun  Molekulyar fizika kafedrasına qayıt-

mışdır. 1967-ci ildə ADU-nun nəzdində 

“İttifaq  universitetləri  müəllimlərinin 

ixtisasını  artırma  fakültəsi”  yaradılma-

sında  bilavasitə  iştirak  etmiş  və  həmin 

fakültənin  qurucu  dekanı  olmuşdur. 

Onun ADU-da 1959-cu ildən başlayaraq 

davam edən uzunmüddətli və məhsuldar 

elmi-pedaqoji  fəaliyyəti  nəticəsində 

“Molekulyar  Biofizika”  istiqamətində 

Elmi  Məktəb  yaranmışdır.  1980-ci  ildə 

N.Qocayevin  təşəbbüsü  ilə  SSRİ  Ali 

Təhsil  Nazirliyinin  tövsiyəsinə  əsasən 

SSRİ  Nazirlər  Soveti  yanında  Elm  və 

Təhsil  Komitəsinin  xüsusi  qərarı  ilə 

Molekulyar  Biofizika  Elmi-Tədqiqat 

Problemlər  Laboratoriyası  açılmışdır. 

Yaradıldığı gündən 2006-cı ilədək labo-

ratoriyanın müdiri, 2006-cı ildən bu günə 

qədər isə BDU-nun nəzdində yaradılmış 

Fizika problemləri ETİ-nin həmin labo-

ratoriyanın  daxil  olduğu  Nəzəri  fizika 

şöbəsinin müdiri və Optika və molekul-

yar fizika kafedrasının professorudur.

300-dən  çox  məqalənin,  16  monoq-

rafiya, dərslik və dərs vəsaitinin müəllifi 

olan  N.Qocayev  beynəlxalq  simpozium 

və  konfranslarda  52  məruzə  (onlardan 

12-si  Plenar  məruzələrdir)  ilə  çıxış  et-

mişdir.


N.Qocayev  Azərbaycan  SSR  Ali 

Təhsil  Nazirliyi  nəzdində  fəaliyyət 

göstərən  Elmi-Metodik  Şuranın  Fizi-

ka  və  astronomiya  seksiyasının  sədri 

(1980-1984),  Azərbaycan  Respublikası 

“Elm” cəmiyyətinin Fizika seksiyasının 

üzvü  (1967-1994),  Azərbaycan  Qaç-

qınlar  Cəmiyyətinin  sədri  (1989-1993) 

vəzifəsində  işləmişdir.  Onun  təşəbbüsü 

ilə  1997-ci  ildə  yaradılmış  Azərbaycan 

Biofizika  Cəmiyyəti  özünün  ilk  konf-

ransında onu Cəmiyyətin prezidenti seç-

miş və alim, bu günədək həmin vəzifədə 

müvəffəqiyyətlə çalışmaqdadır.

N.Qocayev  Türkiyədə  Ərzurum 

Atatürk  və  İstanbul  Universitetlərində 

professor  vəzifəsində  çalışaraq  yüksək 

səviyyədə 

elmi 

pedaqoji-fəaliyyət 



göstərmişdir.  

Fizika 


elminin 

inkişafındakı 

nailiyyətlərinə görə professor N.Qocayev 

iki  dəfə  Amerikanın  “Şərəf  Qızıl 

Medalı”na layiq görülmüşdür

N.Qocayev  2001-ci  ildən  Qafqaz 

Universitetində  Elmi  işlər  üzrə  prorek-

tor vəzifəsində işləyir. Qafqaz Universi-

tetinin Elmi şurasının üzvü, “Journal of 

Qafqaz University” dərgisinin baş redak-

torudur.

Ə d ə b i y y a t

Niftalı Mehrəli oğlu 

Qocayev: biblioqrafiya 

/tərt. İ. N. Əliyeva.- 

Bakı: Qafqaz Universi-

teti, 2006.- S 73. 

Qocayev N.M. Ümumi 

fizika kursu I C. Bakı: 

Bakı Universiteti, 

2007.- S. 472 

Qocayev N.M. Ümumi 

fizika kursu. II C. Bakı: 

Çaşıoğlu, 2008.-S. 431.

Qocayev N.M. Ümumi 

fizika kursu. IV C.- 

Bakı: Çaşıoğlu, 2009.-

S.623.

Физика 9 : учебник 

для 9 класса обще-

образовательной 

школы /М. Мургузов, 

С. Абдуллаев, Р. 

Абдуразагов, Н. 

Алиев ; науч. ред. 

Н. Годжаев ; ред. 

О. Гасанов ; пер. 

К. Нуриева ; ред. 

пер. Р. Касумова 

; рец. О. Гасанов, 

А. Аббасзаде, Б. 

Насирова.- Bakı: 

Bakınəşr, [М-во 

образования Азерб. 

Респ.], [2012].-C.208.

www.adam.az

www.anl.az

18

Alim


316

9

Kimya.Biologiya.Tibb

95 

illiyi

Tamerlan Əliyev

1921-1997

 

OKTY

ABR

Tamerlan Əziz oğlu Əliyev 1921-ci il 

oktyabr ayının 3-də Naxçıvan MSSR-in 

Şərur rayon Şaxtaxtı kəndində, görkəmli 

dövlət  xadimi  Əziz  Əliyevin  ailəsində 

anadan olmuşdur. 1923-cü ildə ailəsi ilə 

birgə Bakıya köçən T.Əliyev ilk təhsilini 

Bakıdakı 3 saylı ibtidai məktəbdə almış, 

sonra isə Bakının Oktyabr rayonundakı 

(indiki Yasamal rayonu) 176 saylı orta 

ümumtəhsil məktəbini bitirmişdir. Orta 

təhsilini  əla  qiymətlərlə  başa  vurduğu 

üçün  o  dövrün  qaydalarına uyğun  ola-

raq  qəbul  imtahanlarından  azad  edil-

mişdir. Elə həmin ildə Azərbaycan Tibb 

İnstitutunun  (indiki  ADTU)  müalicə-

profilaktika fakültəsinə daxil olmuşdur. 

İkinci Dünya müharibəsi ilə əlaqədar 

olaraq  ATİ-da  təhsil  müddəti  4  ilə 

qədər azaldığına görə Tamerlan Əliyev 

1944-cü  ildə  institutu  bitirmiş,  əmək 

fəaliyyətinə başlamışdır.

Hələ  institutda  təhsil  aldığı  illərdə 

Bakı şəhərində Elmi-Tədqiqat Epidemi-

ologiya və Mikrobiologiya İnstitutunda 

(1943)  epidemioloq  vəzifəsini  yerinə 

yetirmiş,  1944-cü  ildə  isə  Azərbaycan 

Tibb  İnstitutunun  Mikrobiologiya  ka-

fedrasında  assistent  kimi  fəaliyyət 

göstərmişdir. Gənc məzun 1945-ci ildən 

etibarən  ATİ-nin  Fakültativ  terapiya 

kafedrasında  əvvəlcə  kliniki  ordinator, 

sonra  isə  assistent,  1969-cu  ildən  do-

sent, 1970-90-cı illərdə isə professor və 

kafedra  müdiri  vəzifələrində  çalışmış-

dır. 


Bütün  ömrünü  tibb  elminin  inkişa-

fına  sərf  edən  görkəmli  alim  endokri-

nologiya,  diaqnostika  və  s.  sahələrdə 

250-dən çox elmi əsərin, o cümlədən 12 

monoqrafiya və dərsliklərin müəllifi ol-

muşdur.


T.Əliyevin  müəllifi  olduğu  “Klinik-

diaqnostik  laborator  tədqiqat  üsulları” 

(1974), “Şəkərli diabet haqqında ətraflı 

məlumat” (1977), “Biokimyəvi tədqiqat 

üsulları”  (1979),  “Şəkərli  diabet” 

(1979), “Prediabet” (1982), “Şəkərli di-

abet zamanı qan dövranı pozulmaları və 

onların tənzimi” (1985), “Endokrinolo-

giya” (1993) və s. bu kimi əsərlər indi 

də öz aktuallığını saxlayır. 1954-cü ildə 

“Heyvan orqanizminin immun reaktiv-

liyinin  Naftalan  neftinin  təsiri  altında 

dəyişməsinin xarakteristikası” mövzusu 

üzrə  namizədlik  dissertasiyası  müdafiə 

etmişdir. 1969-cu ildə isə “Şəkərli dia-

betin müxtəlif formaları olan xəstələrdə, 

periferik  damarların  vəziyyəti:  me-

tabolizmin  və  qanın  laxtalanmasının 

bəzi göstəriciləri” mövzusunda doktor-

luq  dissertasiyası  müdafiə  edərək  tibb 

elmləri  doktoru  elmi  dərəcəsinə  layiq 

görülmüşdür.

Azərbaycan 

Endokrinoloqlar 

Cəmiyyətinin sədri olan T.Əliyev SSRİ-

də Ümumittifaq Endokrinoloqlar, Kardi-

oloqlar və Nefroloqlar Elmi Cəmiyyəti 

İdarə Heyətinin üzvü seçilmişdir.

Görkəmli  alim,  professor  T.Əliyev 

Azərbaycanda tibb elminin inkişafında 

göstərdiyi  xidmətlərinə  görə  1981-ci 

ildə Azərbaycan  SSR  Dövlət  mükafatı 

laureatı, 1985-ci ildə “Səhiyyə əlaçısı” 

döş  nişanına,  “Əməkdar  elm  xadimi” 

fəxri  adına,  həmçinin  müxtəlif  illərdə 

“Şərəf  nişanı”  və  “Oktyabr  İnqilabı” 

ordenlərinə layiq görülmüşdür.

 Tamerlan Əliyev 1997-ci ildə vəfat 

etmiş, Fəxri Xiyabanda dəfn olunmuş-

dur. 


Ə d ə b i y y a t

Kliniki-diaqnostik labo-

ratoriya tədqiqat üsul-

ları: tibb institutu üçün 

dərs vəsaiti /T. Əliyev, İ. 

Hüseynov.- Bakı: Maa-

rif, 1974.-S 349.

Şəkərli diabet /T. Əliyev, 

Ə. Abdullayev ; elmi red. 

D. Hüseynov ; rəyçilər 

Z. A. Zeynalova, M. 

Ə. Ələkbərov.- Bakı: 

Azərnəşr, 1980.- S 114. 

Respublika Dövlət Mü-

kafatı laureatı, əməkdar 

elm xadimi, professor 

Tamerlar Əziz oğlu 

Əliyevin anadan olma-

sının 85-illiyinə həsr 

edilmiş elmi konfran-

sın materialları:/Elmi 

red.: Ə.T. Əmiraslanov, 

R.M. Məmmədhəsənov; 

Buraxılışa məsul: T.T. 

Əliyeva.- Bakı: ATU, 

2006.- S 445 

Əliyeva İ. Nəcib nəslin 

görkəmli nümayəndəsi 

// Azərbaycan 2014.-30 

aprel.- S 6

İ n t e r n e t d ə

www.anl.az

www.science.gov.az

www.mir-azerbaydjana.

3

Alim

317

Kitabxanaşünaslıq.Biblioqrafiya

Əliheydər Qəhrəmanov

1911-1959

OKTY

ABR

Əliheydər  Baba  oğlu  Qəhrəmanov 

1911-ci  il  oktyabr  ayının  25-də  Ba-

kının  Biləcəri  kəndində  anadan  ol-

muşdur. 1925-ci ildə 50 saylı məktəbi 

bitirdikdən  sonra  Bakı  Xalq  Maarif 

Şöbəsinin  Pedaqoji  Texnikumuna  da-

xil  olmuş,  1929-cu  ildə  təhsilini  başa 

vurmuşdur.  Texnikumda  təhsil  aldığı 

illərdən  A.Səhhət  adına  Kitabxanada 

kitabxanaçı vəzifəsində çalışmış, 1933-

1940-cı illərdə həmin kitabxananın di-

rektoru olmuşdur.

Azərbaycan  ədəbiyyatına  xüsusi 

həvəs  göstərən  Ə.Qəhrəmanov  1932-

ci  ildə  Azərbaycan  Pedaqoji  İnstitu-

tunun  (indiki ADPU) Azərbaycan  dili 

və ədəbiyyatı fakültəsinə daxil olmuş, 

1936-cı  ildə  oranı  bitirmişdir.  1940-cı 

ildən  Bakı  Mədəni-Maarif  Texniku-

munda  pedaqoji  fəaliyyət  göstərmiş, 

1942-1948-ci  illərdə  texnikumun  di-

rektoru vəzifəsində çalışmışdır. 

1944-cü ildən başlayaraq həm ADU-

da  (BDU),  həm  də  APU-da  (ADPU) 

müəllimlik etmişdir. 1947-ci ildə ADU 

filologiya  fakültəsinin  nəzdində  kitab-

xanaşünaslıq  şöbəsi  açılmış  və  həmin 

ildən  Ə.Qəhrəmanov  orada  biblioqra-

fiya  kursu  üzrə  mühazirələr  oxumağa 

başlamışdır.  1948-ci  ildən  ömrünün 

sonuna  qədər  ADU-nun  Kitabxana-

şünaslıq  və  biblioqrafiya  kafedrasına 

rəhbərlik etmişdir.

1937-ci  ildən  Kitab  Palatasında 

işləməyə dəvət edilmiş, həmin vaxtdan 

etibarən  onun  adı  Azərbaycan  dövlət 

biblioqrafiyası  ilə  ayrılmaz  surətdə 

bağlı olmuşdur. 

Ə.Qəhrəmanov bütün qüvvəsini Ki-

tab Palatası fəaliyyətinə və kitabxanaçı 

kadrlarının  hazırlanması  işinə  sərf  et-

mişdir.  1942-ci  ildə  Kitab  Palatasında 

elmi katib, 1941-1942-ci illərdə palata-

nın çap etdirdiyi “Azərbaycan kitab le-

topisi”,  “Azərbaycan  qəzet  məqalələri 

letopisi”nin tərtibçisi, 1943-cü ildə pa-

latanın  direktoru,  1946-cı  ildən  başla-

yaraq ömrünün axırına kimi müntəzəm 

olaraq Kitab Palatasının çapdan burax-

dığı letopislərin redaktoru olmuşdur. 

S.Əliyevin  tərtibi  ilə  Respublika 

Kitab  Palatası  tərəfindən  çap  edilən 

“Azərbaycan kitabı” (1951) adlı ümumi 

retrospektiv  biblioqrafik  göstəricinin 

və Ə.Əliyevin tərtib etdiyi “Nə oxuma-

lı?”  (1949)  biblioqrafik  göstəricisinin 

redaktoru  Ə.Qəhrəmanov  olmuşdur. 

Eyni  zamanda  S.Əliyevin  tərtib  et-

diyi  “Azərbaycan  kitabı”  biblioqra-

fik  göstəricisinə  giriş  məqaləsini  də 

Ə.Qəhrəmanov yazmışdır.

Onun  tərtib  etdiyi  biblioqrafiya-

lar  və  şəxsi  göstəricilər  gərgin  əmək 

sayəsində  ərsəyə  gəlmişdir.  Müharibə 

dövründə,  1942-1946-cı  illərdə  Res-

publika  Kitab  Palatası  salnamələrinin 

nəşri  müvəqqəti  olaraq  dayandırıldı-

ğından  Ə.Qəhrəmanov  “Böyük  Vətən 

müharibəsi  günlərində  Azərbaycan 

ədəbiyyatı  (22  iyun  1941-ci  il-3  sent-

yabr  1945-ci  il)”  sahəvi  biblioqrafik 

göstəricisini çap etdirmişdir.

1953-cü  ildə  Ə.Qəhrəmanovun 

“Ümumi  biblioqrafiyadan  müxtəsər 

məlumat”  adlı  metodik  vəsaiti  çap 

olunmuşdur. 

Əliheydər  Qəhrəmanov  1959-cu  il 

mart ayının 23-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Rus-Azərbaycan 

ədəbi əlaqələrinə dair 

/Ə.Qəhrəmanov.- Bakı: 

Azərnəşr, 1962.- 123 s.

Fərəcov, S. Xalqa 

fədakar xidmətdə 

keçən ömür /S.Fərəcov            

//Mədəniyyət .-2013.- 26 

iyul.- S.15.

Görkəmli biblioqraf-

alim Əliheydər 

Qəhrəmanov 100 

/N.İsmayılov //Kitabxa-

naçılıq və informasiya. 

Elmi nəzəri praktiki 

jurnal.- 2012.- N2.- 

S.129-143.

Hicran, N. Yaşasaydı...: 

Görkəmli alim Əliheydər 

Qəhrəmanovun dünyaya 

gəlməsindən 100 il ötür 

/N.Hicran //Təzadlar.-

2011.- 15 sentyabr.- S.7. 

İsmayılov, N. Əliheydər 

Qəhrəmanov //

Kitabxanaçılıq-

informasiya fakültəsi - 

60: biblioqrafik məlumat 

kitabı /Azərb. Resp. 

Təhsil Nazirliyi, BDU 

; tərt. N. İ. İsmayılov, 

S. A. Sadıqova- Bakı, 

2008.- S.7-11.

Qəhrəmanov Əliheydər 

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1979.-

C.3.- S.145.

25

105 

illiyi

Biblioqrafiyaşünas


318

Tarixdə bu gün

Beynəlxalq Ahıllar Günü

1992 

OKTY

ABR

BMT-nin  inkişaf  proqramın-

da  son  illər  ərzində  ahıllar  proble-

mi  geniş  yer  tutmuşdur.  2002-ci  ilin 

aprel  ayında  İspaniyanın  paytaxtı 

Madrid  şəhərində  BMT-nin  ahıl-

lar  üzrə  II  Ümumdünya  məclisinin 

keçirilməsi  də  buna  misaldır.  Bu 

Ümumdünya tədbirində belə bir fikir 

səslənmişdi ki, yaşlılar da cəmiyyətin 

bərabərhüquqlu vətəndaşlarıdır, onla-

ra  ehtiram  göstərmək  yüksək  insani 

keyfiyyətdir.

Adı-sanı,  nəcib  əməlləri  ilə  tanı-

nan,  bəlkə  də  heç  tanınmayan,  lakin 

ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə 

yeni  nəsillərə  nümunə  olan  ahıllar, 

həqiqətən hörmətə layiqdirlər.

İnsanın qocalıq dövründə heç nəyə 

qadir olmadığını söyləmək səhv olar-

dı.  Lap  qədim  zamanlardan  ağsaq-

qal, ahıl insanlar ən hörmətli, müdrik 

adamlar  hesab  olunmuşlar.  Onlara 

cavanlar  da,  böyüklər  də  hörmətlə 

yanaşmış,  fikirləri  ilə  hesablaşmış-

lar.  Qocaların  sərvəti  onların  həyat 

təcrübəsidir.  Onlara  qulaq  asıb, 

dediklərinə  əməl  etməklə  bu  sərvətə 

sahib olmaq mümkündür.

BMT-nin Baş Məclisi 1992-ci ildə 

Ahılların müdafiəsi ilə bağlı Qətnamə 

qəbul  etmişdir.  Həmin  Qətnamənin 

prinsiplərinə uyğun olaraq hər il okt-

yabr  ayının  1-i  Beynəlxalq  Ahıllar 

Günü  kimi  qəbul  edilmiş,  həmçinin 

1999-cu il Beynəlxalq Ahıllar ili elan 

olunmuşdur.

Bu  məsələyə  respublikamızda  da 

ciddi diqqət yetirilir. 

1993-cü  ildən  başlayaraq  hər  il 

oktyabr  ayının  1-i  respublikamızda 

“Beynəlxalq Ahıllar Günü” kimi qeyd 

olunur.  Həmin günün  keçirilməsində 

məqsəd  ahıl  vətəndaşların  sosial 

problemləri  ilə  tanış  olmaq,  ehti-

yaclarını  müəyyənləşdirərək  imkan-

lı  müəssisələr,  təşkilatlar  və  qeyri-

hökumət təşkilatları ilə birlikdə əməli 

tədbirlər görməkdən ibarətdir. 

2001-ci  il  iyun  ayının  22-də 

“Ahıllara  sosial  xidmət  haqqında” 

Azərbaycan  Respublikasının  Qanu-

nu  qəbul  edilmişdir.  Qanuna  əsasən 

ölkədə 70 yaşına çatmış Azərbaycan 

Respublikası  vətəndaşları,  habelə 

Azərbaycan  Respublikasında  daimi 

yaşayan əcnəbi və vətəndaşlığı olma-

yan  şəxslər  ahıl  sayılır.  Beynəlxalq 

Ahıllar Günü ərəfəsində bütün dünya-

da olduğu kimi, respublikamızın şəhər 

və  rayonlarında  İcra  hakimiyyətləri, 

əmək kollektivləri, ictimai təşkilatlar 

və  qeyri-hökumət  təşkilatları  rayon 

ərazisində yaşayan ahıl vətəndaşların 

ehtiyaclarını  öyrənərək  onlar  üçün 

bayram  süfrələri,  ərzaq  bağlamaları 

təşkil  edir,  müxtəlif  xeyriyyə,  şəfqət 

və  mədəni-kütləvi  tədbirlər  həyata 

keçirirlər.  Həmin  tədbirlərdə  res-

publika üzrə 10 minlərlə ahıl və əlil 

vətəndaş  bayram  süfrələrinə  dəvət 

olunur,  onlara  ərzaq  paylanır,  maddi 

yardım göstərilir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin