Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

291

Mədəniyyət.Maarif.Təhsil

70 

illiyi

Möhsün Nağısoylu

1946 

SENTY

ABR

Möhsün  Zellabdin  oğlu  Nağısoylu 

(Nağıyev) 1946-cı il sentyabr aynın 1-də 

Şərur rayonunun Xok kəndində anadan 

olmuşdur.  Orta  təhsilini  bitirdikdən 

sonra  1963-cü  ildə  indiki  BDU-nun 

şərqşünaslıq  fakültəsinin  İran  filologi-

yası şöbəsinə daxil olmuş, 1971-ci ildə 

oranı  fərqlənmə  diplomu  ilə  bitirmiş-

dir.


1972-ci  ildən  Azərbaycan  Mil-

li  Elmlər  Akademiyasının  M.Füzuli 

adına  Əlyazmalar  İnstitutunda  çalı-

şır.  1976-1980-ci  illərdə  kiçik  elmi 

işçi, 1981-1988-ci illərdə baş elmi işçi 

vəzifələrində  çalışmış,  1988-1992-ci 

illərdə  mənbəşünaslıq  və  elm  tarixi 

şöbəsinin  müdiri  olmuşdur.  1993-cü 

ildən  Farsdilli  əlyazmaların  tədqiqi 

şöbəsinin 

müdiridir. 

1967-1970, 

1972-1975  və  1982-1986-cı  illərdə 

Əfqanıstanda fars dili tərcüməçisi kimi 

çalışmışdır.

Hazırladığı  elmi  təsvirlər  fars-

dilli  əlyazmalar  kataloqunun  1,  2 

və  3-cü  cildlərinə  daxil  edilmiş-

dir.  M.Z.Nağısoylu  1979-cu  ildə 

“XVI  əsr  Azərbaycan  tərcümə  əsəri 

“Şühədanamə”  (poleoqrafiya,  orfoqra-

fiya və tərcümə məsələləri)” mövzusun-

da namizədlik, 1994-cü ildə “XV-XVI 

əsrlər  Azərbaycan  tərcümə  abidələri 

(tekstoloji tədqiqi və dil xüsusiyyətləri)” 

mövzusunda doktorluq dissertasiyasını 

müdafiə etmişdir. 

Onun  “Orta  əsrlərdə  Azərbaycanda 

tərcümə 

sənəti” 


(Bakı, 

2000), 


“M.Füzulinin “Hədiqətüs-süəda” əsəri” 

(Bakı, 1993; 2002), “XVI əsr  Azərbaycan 

tərcümə  abidəsi  “Şühədanamə”  (Bakı, 

2003), 


“Şirazinin 

“Gülşəni-raz” 

tərcüməsi”  (Bakı,  2004),  “Əhmədinin 

“Əsrarnamə” tərcüməsi” (Bakı, 2005), 

“Həzininin “Hədisi-ərbəin” tərcüməsi” 

(Bakı, 2008) kitabları milli Azərbaycan 

elminin  inkşafında  mühüm  rol  oyna-

mış, elmi ictimaiyyət tərəfindən yüksək 

qiymətləndirilmişdir.  Elmi  araşdır-

maları  əsasən  orta  yüzilliklərdə  fars 

dilindən Azərbaycan türkcəsinə edilmiş 

tərcümə  əlyazmalarının  mətnşünaslıq 

və  dilçilik  baxımından  tədqiqinə  həsr 

olunmuşdur. 

Abituriyentlər 

üçün 


“Azərbaycan dili” (1999), “Ədəbiyyat” 

(2000), “Azərbaycan dili və ədəbiyyat” 

(2003)  dərs  vəsaitlərinin  də  müəllifi, 

M.Nəsirinin  “Lisanüt-teyr”  (2000), 

“Şeyx  Səfi  təzkirəsi”  (2006)  əsərlərini 

tərtib və çap edənlərdən biridir.

Bir  sıra  beynəlxalq  elmi  konf-

ranslarda  elmi  məruzələrlə  çıxış  et-

mişdir.  Məqalələri  Tehran,  Kabil, 

Sankt-Peterburq,  İrəvan,  Qazan,  An-

kara,  Konya  şəhərlərində  nəşr  olu-

nan  elmi  toplularda  çapdan  çıxmışdır. 

Tərtibçisi  olduğu  “Nizami.  İncilər” 

kitabı  Türkiyədə,  “Farsca  əlyazmalar 

kataloqu”  kitabı  isə  İranda  nəşr  olun-

muşdur.  Azərbaycan  tərcümə  tarixi 

problemlərinə  və  yazılı  abidələrə  dair 

28  kitab  və  monoqrafiyanın  müəllifi, 

tərtibçisi  və  tərcüməçisi,  200-dən 

çox  elmi  və  elmi-kütləvi  məqalənin 

müəllifidir. 4 namizədlik dissertasiyası-

na rəhbərlik etmişdir.

AMEA-nın akademik Z.M.Bünyadov 

adına Şərqşünaslıq İnstitutu nəzdindəki 

ixtisaslaşdırılmış  müdafiə  şurasının, 

eləcə də Əlyazmalar İnstitutu nəzdində 

yaradılan  birdəfəlik  müdafiə  şurasının 

üzvüdür.  1996-2002-ci  illərdə  Qafqaz 

Universitetində  “Azərbaycan  dili”  və 

“Türk İslam ədəbiyyatı tarixi” fənlərini 

tədris etmişdir. 2005-ci ildən Sumqayıt 

Dövlət  Universitetinin  xarici  ölkələr 

ədəbiyyatı kafedrasının professorudur. 

Ə d ə b i y y a t

Abbasqulu Ağa Bakıxano-

vun “Riyazül-qüds” əsəri : 

[monoqrafiya] /M. Z. Na-

ğısoylu ; AMEA, M. Füzuli 

ad. Əlyazmalar İn-tu.-Bakı: 

Elm və təhsil, 2014.-172 s.

XVI əsr Azərbaycan 

tərcümə əsəri “Kəvamilüt-

təbir”: filoloji-tekstoloji 

araşdırma, əsərdən par-

çalar /M. Nağısoylu; elmi 

red. N. Göyüşov; AMEA, 

Məhəmməd Füzuli ad. 

Əlyazmalar İn-tu.-Bakı: 

Elm və təhsil, 2011.-246 s.

Türk dillərinə ilkin 

klassik tərcümələr: ortaq 

nöqtələr və problemlər 

/M.Nağısoylu//Ədəbiyyat 

qəzeti .-2015.- 11 iyul.- 

S.18.

Yusif Vəzir 

Çəmənzəminlinin ədəbi-

tənqidi görüşləri haq-

qında dəyərli araşdırma 

/M.Nağısoylu //Ədəbiyyat 

qəzeti.-2015.- 6 iyun.- S.23.

Möhsün Nağısoylu: biblioq-

rafiya /AMEA, Məhəmməd 

Füzuli adına Əlyazmalar 

İn-tu.; tərtibçi L.Əliyeva ; 

red. N. Göyüşov.-Bakı: Elm 

və təhsil, 2012.- 95, [1] s.

ww.az.wikipedia.org

www.sience.gov.az

1

Şərqşünas


292

Riyaziyyat.Fizika.Astronomiya

95 

illiyi

Hacıbəy Sultanov 

1921-2008

SENTY

ABR

Hacıbəy  Fərəculla  oğlu  Sultanov 

1921-ci il sentyabr ayının 20-də Bakı-

nın Şağan kəndində anadan olmuşdur. 

1942-ci ildə Azərbaycan Dövlət Univer-

sitetinin (indiki BDU) fizika-riyaziyyat 

fakültəsini bitirmişdir. 

Universiteti  bitirdikdən  sonra  İkin-

ci Dünya müharibəsində iştirak etmək 

üçün cəbhəyə yollanmışdır. 

Berlinin  alınmasına  qədər  şan-

lı  döyüş  yolu  keçən  Hacıbəy  Sulta-

nov  “Vətən  müharibəsi”  ordeni  və 

“İgidliyə görə”, “Qafqazın müdafiəsinə 

görə”,  “1941-1945-ci  illərdə  Almani-

ya üzərində qələbəyə görə”, “Praqanın 

azad  edilməsinə  görə”  medalları  ilə 

təltif olunmuşdur.

1946-cı ildə ordudan tərxis edildikdən 

sonra Azərbaycan Dövlət Universiteti-

nin Astronomiya kabinetində işə qəbul 

olunaraq elmi tədqiqatlara başlamışdır. 

1947-ci ildə Azərbaycan SSR Elmlər 

Akademiyasının  (indiki  AMEA)  aspi-

rantı kimi M.Lomonosov adına Moskva 

Dövlət Universitetinə ezam edilmişdir. 

Aspiranturanı bitirdikdən sonra Aka-

demiyanın Fizika və Riyaziyyat İnstitu-

tunda işləməyə başlayan Hacıbəy Sul-

tanov 1953-cü ildən burada yaradılmış 

Astrofizika  sektoruna  rəhbərlik  etmiş-

dir. 


1959-cu ildə həmin sektorun əsasında 

Şamaxı Astrofizika  Rəsədxanası  təşkil 

edilmiş,  Hacıbəy  Sultanov  1981-ci 

ilədək onun direktoru olmuşdur. 1981-

ci  ildən  ömrünün  sonunadək  Şamaxı 

Astrofizika  Rəsədxanasında  şöbə  mü-

diri vəzifəsində işləmişdir. 

1976-1981-ci  illərdə  Azərbaycan 

Elmlər Akademiyasının vitse-prezidenti 

vəzifəsinə seçilmişdir.

Hacıbəy  Sultanov  1951-ci  ildə 

fizika-riyaziyyat elmləri namizədi elmi 

dərəcəsi almış, 1967-ci ildə isə Moskva 

Dövlət  Universiteti  nəzdindəki  Ştern-

berq  adına  Astronomiya  İnstitutunun 

Elmi Şurasında doktorluq dissertasiyası 

müdafiə etmişdir. 

1972-ci  ildə  Azərbaycan  Elmlər 

Akademiyasının həqiqi üzvü seçilmiş-

dir.


Hacıbəy Sultanov Beynəlxalq Astro-

nomiya İttifaqının, Avropa Astronomiya 

Cəmiyyətinin,  SSRİ  Elmlər Akademi-

yası  nəzdində  Ümumittifaq  Astrono-

miya və Geodeziya Cəmiyyəti Mərkəzi 

Şurasının  üzvü  və  onun  Azərbaycan 

bölməsinin sədri olmuşdur.

Müasir dövrdə Azərbaycanda astro-

nomiya sahəsində tədqiqatların yenidən 

qurulması  Hacıbəy  Sultanovun  adı  ilə 

bağlıdır.  Alimin  bilavasitə  rəhbərliyi 

və  iştirakı  ilə  Şamaxı  Astrofizika 

Rəsədxanasının  işi  formalaşdırılmış, 

o dövr üçün müasir olan teleskopların 

alınıb  quraşdırılması  və  astronomiya 

sahəsində yüksəkixtisaslı kadr hazırlığı 

həyata keçirilmişdir. 

Onun  elmi  fəaliyyətinin  əsas 

sahələri  səma  mexanikası  və  Günəş 

sisteminin kosmoqoniyası ilə bağlı idi. 

Asteroidlərin  mənşəyinə  dair  riyazi 

nəzəriyyənin  qurulması  istiqamətində 

orijinal işlər yerinə yetirmişdir.

Hacıbəy Sultanovun elmi fəaliyyəti 

yüksək  qiymətləndirilmişdir.  2004-cü 

ildə  Azərbaycan  Respublikası  Prezi-

dentinin Fərmanına əsasən Azərbaycan 

elminin inkişafındakı xidmətlərinə görə 

“Şöhrət” ordeni ilə təltif edilmişdir.

Hacıbəy  Sultanov  2008-ci  il  mart 

ayının 5-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Azərbaycanın ilk riya-

ziyyatçı filosofu /Həqiqət 

Kərimova; elmi red.: 

H.Sultanov, Q.Əliyev.- 

Bакı: Nurlan, 2002.- 128 

s. 

Sultanov, H.Görkəmli 

alim, fəal ziya-

lı  /H.Sultanov; red. 

A.Əliyev.- Bakı: Gənclik, 

1997.- S. 80. 

Yolun cazibəsi: Elşad 

Abdullayev - 50 /tərt. 

H.Sultanov.- Bakı: Təhsil, 

2004.- 296 s.

Zeynalov, R. Unu-

dulmaz alimin ömür 

yolu /R.Zeynalov                                   

//Respublika.- 2011.- 11 

oktyabr.- S.11.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.sience.gov.az

azertag.az

20

Akademik


293

Kimya.Biologiya.Tibb

90 

illiyi

Adilə Namazova

1926 

SENTY

ABR

Adilə  Əvəz  qızı  Namazova  1926-cı 

il sentyabr ayının 9-da Ağdam rayonu-

nun Seyidli kəndində anadan olmuşdur. 

1934-1944-cü  illərdə  Ağdam  rayonu 

orta  məktəbində  təhsil  almışdır.  Orta 

məktəbi bitirdikdən sonra 1944-cü ildə 

Azərbaycan  Tibb  İnstitutuna  (indiki 

ADTU) pediatriya fakültəsinə daxil ol-

muşdur. İnstitutu bitirdikdən sonra 1949-

1953-cü  illərdə  Ağdam  rayonu  uşaq 

məsləhətxanasında  müdir  vəzifəsində 

çalışmışdır. 1954-1957-ci illərdə Mosk-

va  Həkimləri  Təkmilləşdirmə  Mərkəzi 

İnstitutunun  aspiranturasında  təhsil  al-

mışdır.


Moskvada təhsil aldığı illərdə məşhur 

akademik G.N.Speranskinin klinikasın-

da  alim  kimi  formalaşmış,  namizədlik 

dissertasiyasını müdafiə etmişdir. 1960-

cı  ildə  dünya  şöhrətli  alim,  akademik 

B.V.Petrovskinin  klinikasında  o  dövrə 

qədər  hələ  də  qaranlıq  qalan  və  tam 

ümidsiz hesab olunan anadangəlmə ürək 

qüsurlarının  tədqiqatına  başlamış,  ilk 

dəfə olaraq uşaqlarda anadangəlmə ürək 

qüsurlarının  düzgün  topik  diaqnozunu 

dəqiqləşdirərək  ürək  üzərində  cərrahi 

əməliyyatın  aparılması  göstərişini  və 

əks-göstərişini  təyin  etmişdir.  1960-

1965-ci illərdə Moskva şəhərində SSRİ 

Tibb Elmləri Akademiyasının doktoran-

turasında  təhsil  alan  Adilə  Namazova 

1965-ci ildə I Moskva Tibb İnstitutunda 

doktorluq  dissertasiyasını  müdafiə  et-

miş və bununla da pediatriya üzrə tibb 

elmləri  doktoru  olan  ilk  azərbaycanlı 

qadın kimi tarixə düşmüşdür.

ATİ-nin  Uşaq  xəstəlikləri  kafedra-

sında  assistent  (1958-1960),  müalicə 

profilaktika  fakültəsi  Uşaq  xəstəlikləri 

kafedrasının 

müdiri 

(1966-1969), 



Hospital-pediatriya  kafedrasının  müdi-

ri (1969) olmuşdur. SSRİ Tibb Elmləri 

Akademiyasının  müxbir  üzvü  (1971), 

Azərbaycan  Səhiyyə  Nazirliyi  Elmi-

Tibbi  Şurasının  sədri  (1971-1992), 

Azərbaycan Respublikası uşaq həkimləri 

cəmiyyətinin  sədri  (1972), Azərbaycan 

EA (indiki AMEA) həqiqi üzvü (1983), 

SSRİ  Xalq  Deputatı  (1989-mart),  iki 

dəfə  SSRİ Ali  Sovetinin  üzvü,  (2002), 

Azərbaycan  Uşaq  Fondunun  həmsədri 

(2005),  Rusiya  Pediatrlar  İttifaqının 

Elmi-Təcrübi  “Pediatriçeskaya  Farmo-

kologiya” jurnalının redaksiya şurasının 

üzvü (2006) seçilmişdir. 

Adilə Namazova Azərbaycan Səhiyyə 

Nazirliyi  və  Azərbaycan  Respublika 

Tibb  İşçiləri  Həmkarlar  Komitəsinin 

Fəxri  fərmanı  (1974),  “SSRİ  Səhiyyə 

əlaçısı”  (1975),   Azərbaycan  SSRİ Ali 

Soveti Rəyasət Heyətinin Fəxri fərmanı 

(1976), “Əməkdar elm xadimi” fəxri adı 

(1981), Azərbaycan SSR Dövlət müka-

fatı  laureatı  (1982),  Azərbaycan  Res-

publikası  “Bilik”  cəmiyyətinin  Fəxri 

fərmanı və medalı (1983) ilə təltif olun-

muşdur.

1995-ci ildə Azərbaycan Respublika-



sı  Səhiyyə  Nazirliyinin  Fəxri  fərmanı, 

1996-cı  ildə  isə  səhiyyənin  inkişafın-

dakı  nailiyyətlərinə  görə  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanı  ilə 

“Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Adilə  Namazova  2000-ci  ildə 

ADTU-da  Etika  proqramının  tərtibinə 

görə Albert Şveyserin-SOROS qrantına 

layiq görülmüş, 2002-ci ildə isə “Ziyalı 

Azərbaycan  Qadını  Simvolu”  diplomu 

ilə təltif olunmuşdur.

Bu  gün  də  akademik  Adilə  Nama-

zova əvvəllər olduğu kimi, yorulmadan 

elmi  axtarışlar  aparır,  gənc  pediatrlar 

nəslinin yetişməsi üçün bütün səyini və 

bacarığını sərf edir.



Ə d ə b i y y a t

Uşaqlarda bronxit və 

pnevmoniyanın klinika 

və müalicəsinə müasir 

baxışlar/A.Ə.Namazova, 

T.Q.Tağızadə.- Naxçıvan: 

Qeyrət, 2003.- 54 s.. 

Adilə ömrü... /M. Süley-

manoğlu.- Bakı: Günəş, 

2006.-148 s.

Ana haqqı-Tanrı haqqı: 

[ensiklopedik məlumat] /

tərtibçi-müəllif. T. Zeyna-

lova, rеd. S. Nəzərli, ön 

söz. Z. Quliyeva.- Bаkı: 

İsmayıl NPM, 2003. S. 

7-11. 

Namazova Adilə

//Azərbaycanın görkəmli 

təbibləri /Şövkət Hüsey-

nova; Red. M. Əmirova; 

Rəyçi və elmi red. N. 

Əliyev.- Bakı: İşıq, 

1994.-S. 38-44.

İncə bədəndə böyük 

ürək daşıyan akademik: 

Azərbaycan səhiyyəsinin 

korifeyi, görkəmli elm 

xadimi, qayğıkeş insan: 

akademik Adilə Nama-

zova /Təhminə//Azad 

Azərbaycan .-2015.- 22 

iyul.- S. 7 

Ağdama akademik 

baxış:/V.Tofiqli //525-ci 

qəzet .-2013.- 13 sent-

yabr.- S.4

9

Akademik

294

Kimya.Biologiya.Tibb

105 

illiyi

Ələkbər Quliyev 

1911-1983

SENTY

ABR

Ələkbər  Məmməd  oğlu  Quliyev 

1911-ci  il  sentyabr  ayının  27-də  Tif-

lis  şəhərində  anadan  olmuşdur.  Orta 

məktəbi  bitirdikdən  sonra  1930-cu  ildə 

Gəncə  şəhərinə  gələrək  Azərbaycan 

Kənd  Təsərrüfatı  İnstitutuna  qəbul  ol-

muşdur.  1937-ci  ilədək  Botanika  ka-

fedrasında  assistent  kimi  çalışmış, 

bir  müddətdən  sonra  baş  müəllim 

vəzifəsinə  keçirilmişdir.  1941-ci  ildə 

akademik  A.A.Qrossqeymin  rəhbərliyi 

ilə  namizədlik  dissertasiyası  müdafiə 

edərək  biologiya  elmləri  namizədi 

alimlik  dərəcəsi  və  dosent  elmi  adı  al-

mışdır.  1938-ci  ildə  Gəncə  şəhərindəki 

H.Zərdabi  adına  Dövlət  Pedaqoji  İnsti-

tutunda kafedra müdiri vəzifəsinə seçil-

mişdir. Həmin illərdə pedaqoji fəaliyyəti 

ilə yanaşı, o, Azərbaycan Elmi-Tədqiqat 

İpəkçilik İnstitutunda tutçuluq şöbəsinə 

də rəhbərlik etmişdir. 

Tanınmış alim Kənd Təsərrüfatı İns-

titutunda  Botanika  kafedrasının  müdi-

ri  (1941-1955),  AKTİ-nin  aqronomluq 

fakültəsinin  dekanı  (1946),  həmin  ins-

titutun elmi işlər üzrə direktor müavini 

(1955-1959),  Gəncə  Dövlət  Pedaqoji 

İnstitutunun rektoru (1960), Azərbaycan 

SSR-in  Kənd  Təsərrüfatı  naziri  (1961-

1962),  Azərbaycan  SSR  Elmlər  Aka-

demiyası  (indiki  AMEA)  Genetika  və 

Seleksiya İnstitutunun direktoru (1962-

1970)  vəzifəsində  çalışmışdır.  1950-ci 

ildə  SSRİ  EA-nın  V.L.Komarov  adına 

Botanika  İnstitutunda  “Azərbaycanda 

bal və toz verən bitkilərin öyrənilməsi” 

mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə  edərək  biologiya  elmləri  dok-

toru alimlik dərəcəsinə, 1952-ci ildə isə 

SSRİ AAK-ın  qərarı  ilə  professor  elmi 

rütbəsinə layiq görülmüşdür. 

Elmi  fəaliyyəti  çoxsahəli  olmuş-

dur. Onun yaradıcılığını şərti olaraq üç 

sahəyə  bölmək  olar.  Həmin  sahələrdən 

biri yem bitkilərinin öyrənilməsi olmuş-

dur. Akademik Ə.Quliyev bu istiqamətdə 

apardığı  elmi  işlərin  nəticələrini  beş 

monoqrafiyada  və  yüzdən  çox  elmi 

məqalədə  çap  etdirmişdir.  Arıçılıq 

sahəsində apardığı tədqiqat işləri keçmiş 

SSRİ-də  Ə.Quliyevi  görkəmli  alimlər 

sırasında  məşhurlaşdırmışdır.  Xüsusilə, 

uzun illər ərzində apardığı tədqiqatların 

nəticəsi olan “Bal və toz verən bitkilərin 

öyrənilmə  məsələləri”  monoqrafiyası 

ona  böyük  şöhrət  gətirmişdir.  Ölkənin 

otlaq  və  çəmənliklərində  zərərli  və 

zəhərli  bitkilərin  müəyyən  edilməsində 

və otlaqların yaxşılaşdırılması sahəsində 

geniş tədqiqatlar aparmışdır. Ə.Quliyev 

bu xidmətlərinə görə Ümumittifaq Kənd 

Təsərrüfatı Akademiyasının  üzvü  seçil-

mişdir. Elmi fəaliyyətinin ikinci hissəsi 

çiçəkli  bitkilərin  təkamülünə  aid  bəzi 

məsələlərin  öyrənilməsinə  həsr  edil-

mişdir. O, müəyyən etmişdir ki, çiçəyin 

nektar  orqanının  forması  və  nektar 

verməsi  bir-birindən  kəskin  fərqlənir. 

Ə.Quliyevin  elmi  fəaliyyətinin  üçün-

cü  istiqaməti  Azərbaycanın  əsas  kənd 

təsərrüfatı  bitkilərinin  biologiyasına, 

genetik  xüsusiyyətlərinin  və  seleksiya 

məsələlərinin  öyrənilməsinə  həsr  edil-

mişdir.  Bu  sahədə  apardığı  qiymətli 

tədqiqat  işlərinin  nəticəsində  alim  on-

larca  yeni  bitki  sortu  yaratmışdır  ki, 

onlardan ASXL-1 yonca, Azərbaycan-3 

qarğıdalı və Ağdaş-3 pambıq sortları res-

publikamızın kənd təsərrüfatının davam-

lı inkişafında mühüm rol oynamışdır.

Ə.Quliyevin 

xidmətləri 

dövlət 


tərəfindən  yüksək  qiymətləndirilmiş,  o, 

bir  çox  mükafatlarla,  orden  və  medal-

larla təltif olunmuş, “Əməkdar ixtiraçı” 

fəxri  adına  layiq  görülmüşdür.  1960-cı 

ildə ona “Əməkdar elm xadimi” adı ve-

rilmişdir.

1962-ci  ildə  Azərbaycan  EA-nın 

(AMEA) müxbir üzvü, 1967-ci ildə isə 

həqiqi üzvü seçilmişdir. Uzun illər Ge-

netika  və  Seleksiya  İnstitutunun  elmi 

məcmuəsinin, AKTİ, Gəncə Pedaqoji İns-

titutunun  elmi  yazarları  məcmuələrinin 

redaktoru, redaktor müavini, Azərbaycan 

EA-nın  Xəbərlər  bölməsində  redaksiya 

heyətinin  üzvü, Azərbaycan  Genetiklər 

və Seleksiyaçılar Cəmiyyətinin Rəyasət 

Heyətinin  üzvü  olmuşdur.  Onun  yerli 

və  xarici  mətbuatda  250-yə  qədər  elmi 

əsəri, o cümlədən 14 kitabı, 11 monoq-

rafiyası çap edilmişdir. 

Akademik Ələkbər Quliyev 1983-cü 

ildə vəfat etmişdir. 



Ə d ə b i y y a t

Azərbaycan yaylaqla-

rının zəhərli və zərərli 

bitkiləri və onlarda 

mübarizə tədbirləri 

/Ə.Quliyev, V.Quliyev.- 

Bakı: Azərnəşr, 1961.-

183 s.

Azərbaycanın balverən 

bitkiləri və kənd 

təsərrüfatı bitkilərinin 

məhsuldarlığının art-

masında bal arılarının 

rolu /Ə.Quliyev.- Bakı: 

Elm, 1979.-202 s.

Azərbaycanın yay 

otlaqları və onları 

yaxşılaşdırma yolları 

/Ə.Quliyev, V.Quliyev.- 

Bakı: Azərnəşr, 1962.- 

164 s.

Yonca /Ə.Quliyev, 

S.Hüseynov.- Bakı: 

Azərnəşr, 1986.- 76 s.

AMEA-da akademik 

Ələkbər Quliyevin 100 

illiyi qeyd edilmişdir         

//Elm.-2012.- 30 yanvar.

Quliyev Ələkbər 

Məmməd oğlu                 

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1979.- 

C.III.- S.266.

www.anl.az

27

Akademik

295

Ə d ə b i y y a t

Cabbarov, F. H.Z.Tağıyevin 

qız məktəbinin tarixindən 

/F.Cabbarov; elmi red. 

N.Vəlixanlı; Azərb. Milli 

Elmlər Akad., Milli Azərb. 

Tarixi Muzeyi.- Bakı: Ziya, 

2011.-390 s.

Müsəlman Şərqində ilk 

dünyəvi qız məktəbinin 

yaradılmasının 110 illiyinə 

həsr olunmuş Beynəlxalq 

Elmi Simpoziumun 

məruzələri: Bakı, 06-07-

2011 /AMEA, Milli Azərb. 

Tarixi Muzeyi; məsul 

red. N.Vəlixanlı; tərt. 

F.Cabbarov.- Bakı: [Ziya], 

2012.- 166 s.

Bayramqızı, Ə. İlk dünyəvi 

qız məktəbinin yaradıl-

masından 110 il ötür 

/Ə.Bayramqızı //Xalq 

qəzeti.- 2011.- 23 oktyabr.- 

S.6.

Rzalı, R. Görkəmli mesenat 

Zeynalabdin Tağıyevin 

təşəbbüsü və dəstəyi ilə 

müsəlman aləmində ilk 

dünyəvi qız məktəbi 110 il 

öncə Bakıda açıldı /R.Rzalı                     

//Azərbaycan.- 2011.- 23 

noyabr.- S.7.

Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin