Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə57/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 3 

cilddə /T.Mehdiyev; 

tərt. Y.Əsgərova; red. 

R.Yusifoğlu.- Bakı: Tuna, 

2013.- C.1.- 712 s.

Gecə qapı döyülür: 

povestlər, hekayələr, 

nağıllar, əfsanələr 

/T.Mahmud.- Bakı: Yazıçı, 

1988.- 366 s.

Xeyirxah adam: Nağıl-

lar /T.Mahmud; tərt. 

ed. və red. R.Yusifoğlu; 

rəs. İ.Tofiqoğlu.-Bakı: 

Azərbaycan, 2001.- 45 

s.- “Göyərçin”in kitab-

xanası.

Məhəbbətim sirr deyil: 

şeirlər və poemalar 

/T.Mahmud.- Bakı: Yazıçı, 

1981.- 215 s.

Uzaqda ucalan dağlar: 

Povest və hekayələr 

/T.Mahmud.- Bakı: Yazıçı, 

1991.- 312 s.

Xəlilzadə, F. İşıqlı, 

nəğməli, yağışlı dün-

ya: Tofiq Mahmud-

80 /F.Xəlilzadə                                 

//Azərbaycan.- 2011.- 11 

noyabr.- S. 7.

Xəlilzadə, F. Uşaq 

ədəbiyyatının 

inciləri /F.Xəlilzadə                             

//Azərbaycan.- 2013.- 31 

may.- S.12.

Şair

327

95 

illiyi

Balaş Azəroğlu

1921-2011

NOY

ABR

Balaş Allahbaxış oğlu Abizadə (Ba-

laş Azəroğlu)  1921-ci  il  noyabr  ayının 

11-də  Bakı  şəhərində  anadan  olmuş-

dur.  Orta  təhsilini  də  burada  almışdır. 

1938-ci  ildə  ailəsi  ilə  birgə  Cənubi 

Azərbaycanın Ərdəbil şəhərinə köçmüş-

dür.  1941-ci  ildə  İranda  Milli  azadlıq 

hərəkatına  qoşulmuş,  1942-ci  ildə  İran 

Xalq Partiyasına daxil olmuşdur. 1943-

cü  ildə  “Ziddi  faşist”  təşkilatı  Ərdəbil 

Komitəsinə  sədr  seçilmişdir.  1946-cı 

ildə Təbrizdə Milli Hökumət tərəfindən 

Azərbaycan  Dövlət  Radio  Verilişləri 

Komitəsinin  sədr  müavini  təyin  olun-

muş, həmçinin İran Azərbaycanı Milli 

Məclisinin  deputatı  seçilmişdir.  1947-

1952-ci  illərdə  Bakıda  ADU-nun  (in-

diki  BDU)  filologiya  fakültəsində 

təhsil  almış,  eyni  zamanda,  Cənubi 

Azərbaycan  Yazıçılar  Cəmiyyətinin 

sədri  vəzifəsində  çalışmışdır.  1954-

1955-ci  illərdə  Azərbaycan  Demokrat 

Firqəsinin Mərkəzi Komitəsinin mətbu 

orqanı  olan  “Azərbaycan”  qəzetinin 

redaktoru,  1959-1964-cü  illərdə  ADF 

MK-nın sədr müavini olmuşdur.

  “Dnepr”  adlı  ilk  şeiri  1937-ci  ildə 

Bakıda  çapdan  çıxmış,  ilk  şeir  kitab-

ları isə 1943-1945-ci illərdə Ərdəbildə 

və  Təbrizdə  nəşr  olunmuşdur.  “Vətən 

yolunda” 

qəzeti 

redaksiyasının 



müsabiqəsində “Səttarxan” şeirinə görə 

mükafata layiq görülmüşdür.

1966-cı  ildə  filologiya  elmləri 

namizədi elmi adını almış, 1963-1982-

ci  illərdə  Azərbaycan  EA  Ədəbiyyat 

İnstitutunun  Orta  əsrlər  ədəbiyyatı 

şöbəsində baş elmi işçi işləmişdir. 1981-

1991-ci  illərdə  Azərbaycan  Yazıçılar 

İttifaqının  katibi  vəzifəsində  çalışmış-

dır.  1991-ci  ildə  Azərbaycan  Yazıçı-

lar  Birliyinin  İdarə  Heyətinin  Cənubi 

Azərbaycan  ədəbiyyatı  üzrə  baş  müşa-

viri təyin olunmuşdur. Azərbaycan Yazı-

çılar Birliyi Ağsaqqalar Şurasının üzvü 

seçilmişdir.

  Şairin  qırxdan  çox  kitabda  toplan-

mış  (“Mübarizə  yollarında”  (1950), 

“Mənim  nəğmələrim”(1952),  “Səhər 

şəfəqləri”  (1953),  “Elə  oğul  istəyir 

vətən...”  (1964),  “İllərdən  illərə” 

(1971),  “Sinəm  Savalan  dağıdır” 

(1984),  “Seçilmiş  əsərləri”  (1991)  və 

s.)  və  müxtəlif  janrlarda  qələmə  alın-

mış əsərlərinin əsas leytmotivini Vətənə 

bağlılıq, milli oyanış və azadlıq uğrun-

da  mübarizənin  tərənnümü  təşkil  edir. 

Çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın 

müəlliflərindən  biridir.  Farscadan  Ni-

zaminin  “Yeddi  gözəl”  poemasını,  Fü-

zulinin qəzəllərini, Şəhriyarın şeirlərini 

tərcümə etmişdir. Əsərləri SSRİ və xarici 

ölkə xalqlarının dillərinə tərcümə olun-

muşdur.  Ədəbi  və  ictimai  fəaliyyətinə 

görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” 

ordenləri  ilə  “21  Azər”,  “Firdovsi”  və 

digər  medallarla,  iki  dəfə  Azərbaycan 

SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri 

fərmanı ilə təltif edilmişdir. 1981-ci ildə 

“Azərbaycanın Xalq şairi” fəxri adı ve-

rilmişdir. Azərbaycan Respublikası Pre-

zidentinin fərdi təqaüdçüsü idi.

Balaş Azəroğlu  2011-ci  ildə  Bakıda 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: Şeirlər. 

Poemalar /B.Azəroğlu.- 

Bakı: Öndər, 2004.- 288 

s.- (Müasir Azərbaycan 

ədəbiyyatı).

Xatirələrim /Balaş 

Azəroğlu; Nəşrə hazırlaya-

nı və elmi red.V.Sultanlı.- 

Bakı Nurlan 2008.-224 s.

Lirika: poeziya 

/B.Azəroğlu; tərt. 

ed. B.Bərdəli.- Bakı: 

Şirvannəşr, 2004.- 96 s.

Ömür bizə bir nemətdir /

Balaş Azəroğlu; red: Səid 

Bəxtçu.-Bakı, 2003.- 148 s.

Bərdəli, B. Balaş 

Azəroğlunun yaradıcılıq 

yolu /B.Bərdəli; elmi red. 

S.Əmirov.- Bakı: Nurlan, 

2007.-175 s.

Xalq şairi Balaş Azəroğlu 

son mənzilə yola salınmış-

dır //Azərbaycan.-2011.- 26 

aprel.- S. 6.

İsmayıl. Vətənpərvər 

qələm sahibi:Balaş 

Azəroğlu imzası həmişə 

azərbaycançılıq ideya-

sının təbliğinə işıq tutub 

İsmayıl//Şərq.- 2014.- 19 

iyul.- S.11.

11

Şair

Milli ədəbiyyat


328

80 

illiyi

Aqşin Babayev

1936 

NOY

ABR

Aqşin Əlisəttar oğlu Babayev 1936-

cı  il  noyabr  ayının  23-də  anadan  ol-

muşdur. Orta məktəbi bitirdikdən sonra 

1954-1959-cu illərdə ADU-nun (indiki 

BDU) fliologiya fakültəsində təhsil al-

mışdır. 

Ədəbi yaradıcılığa 1958-ci ildə “Okt-

yabr işıqları” almanaxında çap   olun-

muş  “Azadlıq  uğrunda”  hekayəsi  ilə 

başlamışdır. 1958-1959-cü illərdə “Av-

tomobil  nəqliyyatçısı”  qəzetində  kor-

rektor  işləmişdir.  1961-1965-ci  illərdə 

ADU-nun  Şərqşünaslıq  fakültəsində 

Türk ədəbiyyatı üzrə qiyabi aspirantu-

ranı bitirmişdir. “Nazim Hikmətin dra-

maturgiyası”  mövzusunda  namizədlik 

dissertasiyasını müdafiə etmişdir. 1959-

1972-ci illərdə Azərbaycan Dövlət Tele-

viziya və Radio Verilişləri Komitəsində 

kiçik  redaktor,  redaktor,  böyük  redak-

tor, baş redaktorun müavini, baş redak-

tor olmuşdur. 1961-ci ildən Azərbaycan 

Jurnalistlər Birliyinin üzvüdür.

1964-cü ildə onun “Cazibəli üfüqlər” 

adlı ilk hekayələr kitabı çapdan çıxmış-

dır. “Həmişəbahar”, “Bir parça həyat”, 

“Ağ  ulduzlar”,  “Bir  ürəyin  hərarəti”, 

“Ayrılıq”,  “Söz  gülləsi”,  “Dünyanın 

axırı”, “Qələm və mikrofon”, “Bir içim 

su istədim” adlı kitabların müəllifidir.

1972-1975-ci  illərdə  Türkiyənin 

İskəndərun  şəhərində  tərcüməçilik 

fəaliyyəti  ilə  məşğul  olmuşdur.  1975-

1990-cı illərdə Azərbaycan Dövlət Te-

leviziya və Radio Verilişləri Şirkətində 

sədr  müavini  işləmişdir.  1996-cı  ildən 

filologiya  elmləri  doktoru,  1998-ci 

ildən  professordur.  Onun  “Yaralar”, 

“Cəza”, “Tufan”, “Düşmən”, “Bir par-

ça həyat” əsərləri tamaşaya qoyulmuş-

dur.  1986-cı  ildə  “Kişilər  az  yaşadı” 

povest və hekayələr toplusu Moskvada 

rus dilində, “Nazim Hikmət və yaşamı” 

əsəri  1989-cu  ildə  kütləvi  tirajla  nəşr 

olunmuşdur. 

1969-1979-cu  illərdə  10  il  ingilis, 

fransız,  ərəb  və  ispan  dillərində  çap 

olunan  “Moskow  news”  (“Moskva 

xəbərləri”)  qəzetinin Azərbaycan  üzrə 

xüsusi müxbiri olmuşdur. 1991-2006-cı 

illərdə Azərbaycan  Respublikası  Milli 

Məclisinin  Mətbuat  xidməti  şöbəsinin 

müdiri vəzifəsində çalışmışdır. 

O,  1978-ci  ildən  Azərbaycan  Ya-

zıçılar  Birliyinin  üzvü,  1987-ci  ildən 

Azərbaycanın Əməkdar Jurnalistidir.

Xidmətlərinə  görə  1970-ci  ildə 

“Əmək rəşadətinə görə” medalı, 1980-

ci ildə “SSRİ televiziya və radio əlaçısı” 

nişanı,  1986-cı  ildə  “Əmək  Veteranı” 

medalı, Azərbaycan SSR Ali Sovetinin 

Fəxri  fərmanı  ilə  tətif  edilmiş,  1993-

cü ildə “Qızıl qələm” və 1994-cü ildə 

“Həsən  bəy  Zərdabi”,  eləcədə  “Yusif 

Məmmədəliyev”,  “Ustad  sənətkar”, 

“Nurlu qələm ustası” ali ədəbi mükafatı 

laureatı olmuşdur.

  2004-cü ildə Azərbaycan Respub-

likası  Prezidentinin  Sərəncamı  ilə  II 

dərəcəli  Dövlət  müşaviri  rütbəsinə  la-

yiq görülmüşdür.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Baba-

yev A.Ə. I cild.- Bakı: 

Səda, 2005.-C.1.- 316 s. 

Bir içim su istədim...: 

Şeirlər /A.Baba(Babayev 

Aqşin).-Bakı:Qapp-

Poiliqraf, 2002.-192 s. 

portr. 17 sm.

Səhnə. Ekran. Efir 

/A.Babayev.-Bakı: Borça-

lı, 2008.-436 s.

Abasova S. Aqşin 

Babayev-həyatı, yara-

dıcılığı: [monoqrafiya] 

/S.Abasova.-Bakı: Elm və 

təhsil, 2011.- 221, [1] s.

Aqşin Babayev - 75 /

Azərb. Resp. Mədəniyyət 

və Turizm Nazirliyi; red. 

G. Babayev.-Bakı, 2011.-

321, [3] s.

Aqşin Babayev: Soraq 

kitabçası Elmi red.: V. 

Məmmədəliyev; Tərt və 

red: Ceyhun Quliyev; 

Naşiri: M. Borçalı.- 

Bakı:Borçalı, 2004.- 152 

s. 

İ n t e r n e t d ə

www.anl.az

23

Yazıçı-dramaturq

Milli ədəbiyyat

329

195 

illiyi

Fyodor Dostoyevski

1821-1881

NOY

ABR

Fyodor  Mixayloviç  Dostoyevski 

1821-ci  il  noyabr  ayının  11-də  (bəzi 

mənbələrdə  30  oktyabr)  Moskva 

şəhərində  anadan  olmuşdur.  1837-ci 

ildə, anasının ölümündən sonra Sankt-

Peterburqa  köçmüş  və  orada  hərbi 

mühəndislik  məktəbində  təhsil  almış-

dır. Mühəndislik departamentində çert-

yojçu işləmiş, lakin bir il sonra 1844-cü 

ildə istefaya çıxmışdır. 

1846-cı  ildə  ilk  romanı  “Yoxsul 

insanlar”ın çap olunması ilə, gənc ya-

zarlar  arasında  ən  böyük  gələcək  vəd 

edən  yazıçı  kimi  şöhrət  qazanmış, 

N.V.Qoqol ədəbi məktəbinin davamçısı 

kimi tanınmışdır. 1845-ci ildə Belinski 

dərnəyinin,  1846-cı  ildə  Petraşevski 

dərnəyinin,  bir  qədər  sonra  Beketov 

qardaşlarının  ədəbi-fəlsəfi  dərnəyinin 

üzvü  və  fəallarından  olmuşdur.  XIX 

əsrin  40-cı  illərində  “Oxşar”,  “Bəyaz 

gecələr” adlı əsərlərini yazmışdır.

Lakin tədricən dərnək pərdəsi altın-

da inqilabi fəaliyyətə başlayan ziyalılar 

və bir sıra digər dərnək üzvləri 1849-cu 

il aprel ayının 23-də “Petraşevskiçilər” 

kimi hökumətə və çara qarşı inqilabda 

günakar bilinərək həbs edilmiş və ölüm 

cəzasına məhkum edilmişlər. Lakin çar 

güllələnmə  ərəfəsində  edamı  Sibirə 

sürgünlə əvəz etmişdir. Yaşanmış izti-

rablar  Dostoyevskinin  dünyagörüşünü 

büsbütün dəyişdirmişdir. 10 ildən son-

ra Peterburqa qayıtmağa icazə verilmiş 

Dostoyevski  ədəbi  yaradıcılığını  da-

vam  etdirmiş,  1859-cu  ildə  “Dayının 

yuxusu”, “Stepançikova kəndi və onun 

sakinləri” povestlərini, “Alçaldılmış və 

təhqir edilmiş insanlar” (1861) romanı-

nı yazmışdır.

1859-cu ildə qardaşı Mixail və dos-

tu N.Straxov ilə birlikdə “Vremya” və 

“Epoxa” adlı jurnalları nəşr etdirmişdir. 

1861-1862-ci illərdə sürgün həyatından 

bəhs edən “Ölü evdən qeydlər” əsərini, 

1864-cü ildə “Yer altından məktublar” 

adlı  romanını  nəşr  etdirmişdir.  1863-

cü  ildə  Avropaya  səfər  etmiş,  XIX 

əsrin  60-70-ci  illərində  dünya  şöhrətli 

“Cinayət  və  cəza”,  “Qumarbaz” 

(1866),  “İdiot”  (1868),  “Şeytanlar” 

(1871-1872),  “Yeniyetmə”  (1875)  və 

“Karamazov qardaşları” adlı romanla-

rını nəşr etdirmişdir. Bu əsərlərdə yazı-

çının fəlsəfi, ictimai və əxlaqi axtarışla-

rı, Rusiyada və Qərbi Avropada ictimai 

münasibətlərin dərin təbəddülata uğra-

dığı dövrün ziddiyyətləri əksini tapmış-

dır.  “Bir böyük günahkarın həyatı” adlı 

əsəri  isə  yarımçıq  qalmışdır.  Əsərləri 

dünya  xalqlarının  dillərinə  tərcümə 

olunmuşdur.

Böyük  rus  yazıçısı  Fyodor  Mixay-

loviç  Dostoyevski  1881-ci  il  yanvar 

ayının 28-də vəfat etmiş, doğma şəhəri 

Sankt-Peterburqda dəfn edilmişdir. Ya-

zıçının  xatirəsinə  ucaldılmış  abidələr, 

xatirə lövhəsi, büstü, barelyefi, Sankt-

Peterburqda adını daşıyan metro stan-

siyası  açılmış,  küçə,  ev-muzeyi  yara-

dılmış, müxtəlif illərdə poçt markaları 

hazırlanmışdır.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 3 

cilddə/ F.M. Dostoyevski; 

tərc. ed. H. Şərif ; red. 

Ə. Nəsirli ; bədii tərt. və 

dizayn müəl. T. Qorçu.-

Bakı Şərq-Qərb 2009-

2011.

Cinayət və cəza : [ro-

man] /F. M. Dostoyevski; 

tərc ed. B. Musayev.-

Bakı: [Qanun], [Əli və 

Nino], 2011.- 591 s.

Qumarbaz /F. Dos-

toyevski; tərc. N. 

Əbdülrəhmanlı.-Bakı, 

2013.- 182 s. portr. 20 

sm.

Baxtin, M. Dostoyevski 

poetikasının problemləri 

/M.Baxtin.- Bakı: “Kitab 

aləmi” NPM, 2005.- 381 

s. Rus dilində 

Umudova K. Oxuma-

lı olduğumuz kitab: 

“Dostoyevski ətrafında 

düşüncələr”/K. Umudova 

//525-ci qəzet.- 2014.- 30 

yanvar.- S.7.

Философия и религия 

Ф. М. Достоевского /

Преподобный Иустин 

(Попович).-Минск Изд-

во Дмитрия Харченко, 

2014.- 439 с. 

11

Rus yazıçısı

Dünya ədəbiyyatı


330

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Davud Kazımov 

1926-2015

NOY

ABR

Davud  Mehti  oğlu  Kazımov  1926-

cı il noyabr ayının 9-da Bakı şəhərində 

anadan  olmuşdur.  İlk  ixtisas  təhsilini 

1941-1945-ci  illərdə  Ə.Əzimzadə 

adına  Bakı  Rəssamlıq  Məktəbində 

almış,  1979-cu  ildə  isə  M.Əliyev  adı-

na  Azərbaycan  Dövlət  İncəsənət  İns-

titutunun  (indiki  Azərbaycan  Dövlət 

Mədəniyyət  və  İncəsənət  Universi-

teti)  teatrşünaslıq  fakültəsini  bitir-

mişdir.  1947-ci  ildən  1966-cı  ilədək 

Bakı  Rəssamlıq  Məktəbində  pedaqoji 

fəaliyyətlə  məşğul  olmuşdur.  1946-cı 

ildən  Azərbaycan  Rəssamlar  İttifa-

qının  üzvü  idi.  1984-2001-ci  illərdə 

Azərbaycan  Dövlət  Mədəniyyət  və 

İncəsənət  Universitetində  müəllim 

işləmiş,  1994-cü  ildən  həmin  univer-

sitetin  dosenti,  1996-cı  ildən  isə  pro-

fessoru  olmuşdur.  2001-ci  ildən  isə 

Azərbaycan Dövlət Rəssamlıq Akade-

miyasının Akademik rəngkarlıq kafed-

rasının professoru idi.

Sərbəst  yaradıcılıq  fəaliyyətinə  II 

Dünya müharibəsindən sonrakı dövrdə 

başlamışdır.  İlk  dəfə  ictimaiyyətin 

diqqətini  ordudan  tərxis  olunmuş 

əsgərin  qarşılanma  mərasimini  əks 

etdirən  “Əsgərin  qarşılanması”  adlı 

əsəri  ilə  özünə  cəlb  etmişdir.  Daha 

sonra  “Konsert-tapmaca”  (1953), 

“Çimərlikdə” (1954), “Uşaq konsulta-

siyası” (1955) kimi əsərlərində uşaqlara 

aid olan məsələ və mövzulara toxunan 

rəssam  kimi  çıxış  etmişdir.  “Xəzərin 

təkində”,  “Sağıcılar”,  “Yollar”  və  s. 

kimi rəsmlərində rəssamın öz təbiətinə 

xas  səmimiyyəti,  insanlara  məhəbbəti 

rənglərin dili ilə inandırıcı təsir bağış-

layır.

Azərbaycan  təsviri  sənətində  iste-



dadlı  qrafika  ustası  kimi  də  tanınmış, 

kitab illüstrasiyası sahəsində daha çox 

çalışmışdır.  Onun  illüstrasiyaları  ara-

sında Cəlil Məmmədquluzadənin, Cəfər 

Cabbarlının  hekayələrinə,  Mirzə  Əli 

Möcüzün  şeirlərinə  çəkilmiş  rəsmləri 

ayrıca qeyd olunmalıdır. 

Dəniz neftçilərinin romantik həyatı, 

fədakar  əməyi  rəssamın  sevimli  möv-

zularından idi. Bir çox xarici ölkələrdə 

yaradıcılıq  ezamiyyələrində  olmuş, 

1979-cu  idə  Bolqarıstan,  1980-ci  ilin 

sonunda  İspaniya  səfərlərinin  nəticəsi 

olaraq  yaradıcılığında  xüsusi  yer  tu-

tan “Bolqarıstan silsiləsi” və “İspaniya 

silsiləsi”nə daxil olan əsərlərini yarat-

mışdır. Sənətkarın əsərləri Azərbaycan 

Milli  İncəsənət  Muzeyi,  Azərbaycan 

Dövlət  Rəsm  Qalereyası,  Azərbaycan 

Rəssamlar İttifaqının bədii fondu, Ru-

siya, Türkiyə, İran, Macarıstan, Alma-

niya və digər ölkələrdəki şəxsi kollek-

siyalarda saxlanılır.

Davud  Kazımovun  yaradıcılı-

ğı  hər  zaman  sənətsevərlərin  diqqət 

mərkəzində olmuş və dövlət tərəfindən 

yüksək  qiymətləndirilmişdir.  1978-

ci  ildə  “Azərbaycan  Respublikasının 

Əməkdar  rəssamı”,  1992-ci  ildə  isə 

“Xalq  rəssamı”  fəxri  adlarına  layiq 

görülməsi,  Azərbaycan  Respublikası 

Prezidentinin  fərdi  təqaüdçüsü  olması 

onun  sənətinə,  şəxsiyyətinə  diqqət  və 

ehtiramın parlaq ifadəsidir.

Azərbaycanın  Xalq  rəssamı  Davud 

Kazımov 2015-ci il fevral ayının 14-də 

vəfat etmişdir.

9

Ə d ə b i y y a t

Əliyev, Z. Azərbaycanın 

Xalq rəssamı Davud 

Kazımov 85 [İzomaterial] 

/Z.Əliyev.- Bakı: Təhsil, 

2012.- 215 s.

Xalq rəssamı Davud 

Kazımov vəfat edib                   

//Mədəniyyət.-2015.- 18 

fevral.- S.4.

Yusufov, B. Xalq rəssamı 

Davud Kazımovun yara-

dıcılıq yolu /B.Yusufov          

//Təsviri və dekorativ-

tətbiqi sənət məsələləri.-

2014.- №2 (14).- S.6-10.

Zəminə. Davud Kazımovun 

fərdi sərgisi açıldı: Onun 

“səyahət coğrafiyası” 

genişdir /Zəminə //Ayna.-

2012.- 22 sentyabr.- S.20.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

90 

illiyi

Rəssam


331

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Lətif Kərimov

1906-1991 

NOY

ABR

Lətif Hüseyn oğlu Kərimov 1906-cı 

il noyabr ayının 17-də Şuşa şəhərində 

anadan  olmuşdur.  1912-ci  ildə  6  ya-

şında  olarkən  valideynləri  ilə  birlikdə 

ailə  vəziyyəti  ilə  əlaqədar  olaraq  İra-

nın Məşhəd şəhərinə köçməyə məcbur 

olmuşdur.  1922-ci  ildə  məktəbi 

bitirdikdən  sonra,  Mirzə  Ələkbər 

Hüseynzadənin xalça emalatxanasında 

əvvəlcə köməkçi, sonra təlimatçı, daha 

sonra  xalça  eskizləri  üzərində  işləyən 

rəssam kimi püxtələşmişdir.

1929-cu ildə öz doğma diyarına - Şu-

şaya qayıtmış, bir il sonra “Azərxalça” 

birliyində  əvvəl  Şuşaya,  Tiflisə  və 

nəhayət  1932-ci  ildə  Bakıya  rəssam-

təlimatçı təyin edilmişdir. 1945-ci ildən 

Azərbaycan Respublikası Elmlər Aka-

demiyası  (indiki  AMEA)  Memarlıq 

və  İncəsənət  İnstitutunun  xalça  sənəti 

şöbəsinin dəyişməz müdiri və eyni za-

manda Azərbaycan Dövlət Mədəniyyət 

və  İncəsənət  Universitetində  pedaqoq 

kimi fəaliyyət göstərmişdir.

Onun  milli  ənənələrlə  aşılan-

mış  əsərləri  kompozisiya  bütövlüyü, 

təsvir  vasitələrinin  rəngarəngliyi  və 

yeniliyi  ilə  fərqlənmişdir.  Sənətkarın 

“Əfşan”, “Əcəmi Naxçıvani”, “Xətai”, 

“Ağaclı”,  “Bəndi-rumi”,  “Firdovsi”, 

“Şəbi-hicran”,  “Əsrlərin  nəğməsi”, 

“Zərxara”,  “Nəsimi”  və  s.  xalçaları 

müasir Azərbaycan xalçaçılığının inki-

şafında mühüm mərhələ sayılır.  

L.Kərimov Azərbaycan mədəniyyə-

tini  dünyanın  bir  çox  ölkələrində 

ləyaqətlə  təmsil  etmişdir.  1937-ci 

ildə  öz  əsərləri  ilə  Ümumdünya  Pa-

ris  sərgisində,  1938-ci  ildə  Nyu-York 

sərgisində  iştirak  etmişdir.  Rəssamın 

fərdi  sərgiləri  1954-cü  ildə  Moskva-

da,  1976-cı  ildə  Bakıda,  1978-ci  ildə 

Tiflisdə, 1986-cı ildə Londonda böyük 

müvəffəqiyyətlə keçirilmişdir.

Lətif  Kərimov  təkcə  хalçaçılıq 

sahəsində  dеyil,  dеkorativ  tətbiqi 

sənətin başqa sahələrində də fəaliyyət 

göstərmişdir.  Azərbaycan хalçaçılığının 

müхtəlif növlərinə aid kompozisiya və 

naхışları  toplamış  və  bеləliklə  Quba, 

Şirvan, Bakı, Qazaх, Gəncə, Qarabağ, 

Təbriz və Borçalı хalça qruplarına daхil 

olan  150-dən  artıq  хovlu  və  хovsuz 

хalça məmulatı çеşidlərini yığıb, onların 

rəngli  rеproduksiyasını  hazırlamışdır. 

Lətif Kərimov tanınmış rəssamlarımız 

K.Kazımzadə, İ.Aхundov və başqaları 

ilə  birlikdə  1940-1941-ci  illərdə  dahi 

Azərbaycan  şairi  Nizami  Gəncəvinin 

yubilеyinə həsr еdilmiş bеş хalça hazır-

lamışdır. 1947-ci ildə Lətif Kərimovun 

eskizi ilə “Moskvanın 800 illiyinə” xal-

çası toxunmuşdur.

1950-ci ildə böyük еlmi əhəmiyyəti 

olan 


“Azərbaycan 

хalçalarında 

ornamеnt”  kitabına  görə  Lətif 

Kərimova  Sankt-Peterburq  şəhərində 

sənətşünaslıq namizədi alimlik dərəcəsi 

vеrilmişdir.  1967-ci  ildə  Bakıda  Lətif 

Kərimovun  təşəbbüsü  ilə  yaradılmış 

dövlət  xalça  və  xalq  tətbiqi  sənəti 

muzeyinə onun adı verilmişdir.

1949-cu ildə Stalin mükafatı laurеatı 

adına layiq görülmüş, “Хalqlar Dostlu-

ğu” ordеni ilə təltif olunmuşdur. 

Azərbaycan  xalça  sənətinin  yorul-

maz təbliğatçısı, rəssam Lətif Kərimov 

1991-ci il sentyabr ayının 9-da, Bakıda 

vəfat etmişdir.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin