Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə56/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

Ə d ə b i y y a t

Qocayev, Ə. 1 oktyabr-

Beynəlxalq ahıllar günü      

//Qocayev Ə. Bayramlar və 

tarixi günlər.- Bakı, 2006.- 

S.53.

Məmmədli, Q.Ahıllar dövlət 

qayğısı ilə əhatə olunublar 

/Q.Məmmədli //Ekspress 

.-2015.- 1 oktyabr.- S.10.

Mustafayev, 

M.Azərbaycanda ahıl insan-

ların sosial müdafiəsi dövlət 

siyasətinin dəyişməz əsas 

istiqamətidir :  /M. Mustafa-

yev //Respublika .-2015.- 1 

oktyabr.- S.6.

Vəliyev, M.Ahıl vətəndaşlar 

diqqət və qayğı ilə əhatə 

olunmuşlar : /M.Vəliyev //

Respublika .-2015.- 1 okt-

yabr.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.azadliq.org

1

319

Tarixdə bu gün

Xocavənd rayonunun işğalı günü

1992 

OKTY

ABR

Ərazisi:   1458 km²

Əhalisi:   41725 nəfər

İşğal tarixi: 02.10.1992

Xocavənd  rayonunun  erməni 

qəsbkarları  tərəfindən  işğalından 

24 il ötür.

Azərbaycan  Respublikasının 

26  noyabr  1991-ci  il  tarixli  Qa-

nununa  əsasən  Dağlıq  Qarabağ 

Muxtar  Vilayəti  ləğv  edilmiş, 

Martuni şəhəri Xocavənd şəhəri, 

Martuni  rayonu  Xocavənd  ra-

yonu  adlandırılmışdır.  Hadrut 

rayonu  isə  ləğv  edilərək  ərazisi 

Xocavənd  rayonunun  tərkibinə 

verilmişdir.

Ərazisi  alçaq  dağlıq  və 

düzənlikdən ibarət olan Xocavənd 

rayonunun  ümumi  sahəsi  1458 

km²,  əhalisi  41725  (o  cümlədən 

azərbaycanlılar-10.648) 

nəfər 


olmuşdur.  Rayonda  1  şəhər 

(Xocavənd şəhəri-rayon məkəzi), 

2  iri  qəsəbə  (Qırmızı  Bazar  və 

Hadrut), 81 kənd vardı. 

Olduqca 

əlverişli 

coğra-

fi  mövqeyə  və  şəraitə  ma-



lik  Xocavənd  rayonu  Ağdam, 

Ağcabədi,  Füzuli,  Cəbrayıl,  Qu-

badlı, Laçın, Şuşa, Xocalı rayon-

ları ilə həmsərhəddir. 

Qədim yaşayış məskənlərindən 

sayılan  Xocavəndin  ərazisi  təbii 

sərvətlərlə  -  tikinti  materialları 

və faydalı qazıntılarla, meşə zo-

laqları  və  şirin  su  ehtiyatları  ilə 

zəngindir.  Dəniz  səviyyəsindən 

900  metr  hündürlükdə  yerləşən, 

uzunluğu 190 metr olan Azıx ma-

ğarası  Xocavəndin  Füzuli  rayo-

nuna yaxın, Azıx kəndinin 1 kilo-

metr cənub-şərqində yerləşir. 

1988-ci  ilin  fevralından  baş-

layan  Qarabağ  müharibəsində 

Xocavənd rayonu 145 şəhid ver-

miş, 3600 uşaq zərər çəkmişdir. 

2  oktyabr  1992-ci  il  tarixində 

Xocavənd rayonu Ermənistan Si-

lahlı  Qüvvələri  tərəfindən  işğal 

olunmuşdur. 

İşğal  nəticəsində  Xocavənddə 

71 arxeoloji-memarlıq abidəsi, 41 

klub, 40 kitabxana, 12 ziyarətgah, 

10  məktəbəqədər  müəssisə,  21 

səkkizillik məktəb məhv edilmiş-

dir. İşğal altında olan Xocavəndin 

ərazisi  bütövlükdə  ekoloji  ter-

rora  məruz  qalmış,  Azıx  mağa-

rasını  ermənilər  silah  anbarına 

çevirmişlər. 

Rayonun  ərazisində  yerləşən 

və  ümumi  sahəsi  25,5  min  hek-

tar  olan  meşədəki  palıd  ağacla-

rı  qırılaraq  daşınmış,  Xonaşen 

çayının  kənarlarında  bitən  təbii 

meşə  isə  tamamilə  məhv  edil-

mişdir.  Xocavəndin  Yelli  Gədik 

sahəsində  Füzuliyə  gedən  yolun 

sağ və sol tərəflərində avtomobil 

yollarının  mühafizəsi  məqsədilə 

əkilən ağaclar da kəsilmişdir. 



Ə d ə b i y y a t

Tapdıqoğlu, N. Xocavənd 

ensiklopediyası 

/N.Tapdıqoğlu.- Bakı: 

[Zərdabi LTD], 2009.-    

543 s.

Xocavənd rayonu //

Qarabağ. Yaddaş.- Bakı, 

2010.- S.179-186.

Muradlı, E. Xocavənddən 

Şuşaya yol var...  

/E.Muradlı //Üç nöqtə.-

2012.- 6 mart.- S.8-9.

Mədətoğlu, 

Ə.Yuxularımın 

gerçəkləşdiyi ünvan  

/Ə.Mədətoğlu          //

Ədalət .-2014.- 20 sent-

yabr.- S. 4.

Mədətoğlu, Ə.Bu ellər bi-

zim ellər  /Ə.Mədətoğlu//

Ədalət .-2015.- 10 iyun.- 

S. 7

Nərgiztəpədən baxan-

da... 2 oktyabr 1992-ci 

il Xocavənd rayonunun 

işğal günüdür /B.Qaraca 

//Azərbaycan .-2015.- 2 

oktyabr.- S. 7.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

2

320

Tarixdə bu gün

Dövlət Müstəqilliyinin bərpası

 1991

OKTY

ABR

Müstəqillik  hər  bir  xalqın  tarixində  onun 

özünüifadəsinin  və  özünütəsdiqinin  ən  ümdə 

əlaməti kimi səciyyələndirilir. 28 may 1918-ci ildə 

Şərqdə ilk dəfə olaraq Demokratik Respublikanın 

- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 

elan  edilməsi Azərbaycan  xalqının  müstəqilliyə, 

milli azadlığa və istiqlaliyyətə qovuşması uğrunda 

apardığı gərgin mübarizənin məntiqi nəticəsi ol-

muşdur. Lakin Azərbaycan Demokratik Respubli-

kası cəmi 23 ay fəaliyyət göstərmişdir. Fəaliyyətdə 

olduğu  müddətdə  Azərbaycan  Demokratik  Res-

publikasının Milli Hökuməti iqtisadi, siyasi, sosi-

al, mədəni, təhsil və bir çox digər sahələrdə ciddi 

irəliləyişlər  əldə  etmişdir.  Azərbaycanın  dövlət 

atributları qəbul edilmiş, ilk parlament fəaliyyətə 

başlamış, milli valyuta olan manat dövriyyəyə bu-

raxılmışdır.

XX əsrin sonlarında 1991-ci ildə sovet imperi-

yasının süquta uğraması nəticəsində digər müttəfiq 

respublikalar kimi, Azərbaycan da özünün dövlət 

müstəqilliyinə nail oldu. Amma digər ölkələrdən 

fərqli  olaraq  respublikamızı  bu  müstəqilliyə, 

azadlığa aparan yollarda qanlar töküldü, şəhidlər 

verildi.  1990-cı  il  iyulun  22-də  xalqımızın  dahi 

oğlu,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin 

Naxçıvana qayıtması və 1990-cı il noyabrın 17-

də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan 

Naxçıvan Ali Məclisinin sessiyasında tariximizdə 

Azərbaycan  dövlətçiliyinin  dirçəlişi  prosesinin 

həyata  keçirilməsi  ilə  bağlı  bir  çox  məsələlər 

müzakirə  olundu.  1990-cı  ilin  noyabrında  Nax-

çıvan Ali Məclisi müstəqilliyimizin əsas atribut-

larından  olan  üçrəngli  bayrağımızın  Naxçıvan 

MR-in dövlət bayrağı olması barədə qərar qəbul 

etdi.  Qərarda  həmçinin  Azərbaycan  Respubli-

kasının  ali  qanunverici  orqanına  Azərbaycanın 

dövlət rəmzləri haqqında məsələyə baxması, res-

publikamızın milli tarixi ənənələrə uyğun olaraq 

yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin 

qəbul olunması təklif edilmişdir.

1991-ci  il  avqustun  30-da  ali  qanunverici  or-

qanın xalqın tələbi ilə çağırılmış növbədənkənar 

sessiyasında Azərbaycan  Respublikasının  dövlət 

müstəqilliyinin  bərpası  haqqında  bəyannamə 

qəbul edildi. Azərbaycan Respublikasının Ali So-

vetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında 

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi 

haqqında Konstitusiya Aktı” qəbul edildi.

Lakin 1991-1993-cü illərdə hakimiyyətdə olan-

ların  hakimiyyət  çəkişmələrinin  məntiqi  nəticəsi 

kimi  cəbhədəki  uğursuzluqlar  və  daxildə  sepa-

ratçı  meyillərin  güclənməsi  dövlətçiliyimizin  və 

müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir ağır vəziyyətdə 1993-cü ilin iyunundan 

dövlətimizin idarəçilik sükanının arxasına keçən 

Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, 

yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə 

yerinə  yetirməyə  başladı.  Heydər  Əliyev 

ölkəni  gözləyən  bütün  təhlükələri  dəf  etməklə 

Azərbaycanın  müstəqilliyinin  möhkəm  təməlini 

qoydu.  İlk  növbədə,  hakimiyyət  boşluğu  aradan 

qaldırıldı,  separatçı  qüvvələr  zərərsizləşdirildi, 

vətəndaş  müharibəsi  təhlükəsinin  qarşısı  alındı. 

Azərbaycanın  dövlətçiliyinə,  müstəqilliyinə  və 

ərazi  bütövlüyünə  qəsdlər  hazırlayan  cinayətkar 

dəstələr cəmiyyətdən təcrid edildi.

Ölkənin nizami silahlı qüvvələrinin yaradılma-

sı ilə bağlı tədbirlər həyata keçirildi.

Xalqın  istək  və  arzusu  ilə  Heydər  Əliyevin 

hakimiyyətə  qayıdışından  sonra  həyata  keçirilən 

siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya 

birliyi  sıralarına  öz  adını  yazmasını  təmin  etdi. 

Əsl  müstəqil,  demokratik,  hüquqi  və  dünyəvi 

dövlət  quruldu.  Bütün  bunlar  isə  böyük  tarixi 

nailiyyətlərdir.



Dövlət müstəqilliyimizin təminatçısı  18 oktyabr Dövlət 

Müstəqilliyi Günüdür//Azərbaycan .-2015.- 18 oktyabr.- S. 1.

18

25 

illiyi

321

Tarixdə bu gün

Zəngilan rayonunun

işğalı günü

1993 

OKTY

ABR

Zəngilan  rayonu  1993-cü  il  okt-

yabr  ayının  29-da  erməni  işğalçıları 

tərəfindən  işğal  olunmuşdur.  Zəngilan 

ərazisi  ən  qədim  insanların  yaşayış 

məskənlərindən  hesab  olunur.  Bölgə 

ərazisində  mövcud  olan  bir  neçə  ma-

ğara  (Əsgülüm  və  Süsən  dağlarında) 

burada  ibtidai  insanların  yaşayışından 

xəbər verir. 

Zəngilan rayonu 1930-cu ildə təşkil 

olunmuşdur. Rayonun sahəsi 707 

km²



əhalisi isə 33900 nəfərdir. Rayonda bir 



şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 

81  kənd  var  idi.  Mərkəzi  Zəngilan 

şəhəridir. 

 XX əsrin sonu Azərbaycan xalqının 

tarixinə faciələrlə dolu bir dövr kimi ya-

zılmışdı. Ölkədə mövcud ictimai-siyasi 

vəziyyət,  daxili  çəkişmələr,  bir-birinə 

xəyanət edən silahlı birləşmələrin bəd 

əməlləri  torpaqlarımızın  itirilməsi  ilə 

nəticələndi.  Zəngilan  da,  digər  rayon-

larımız kimi xəyanətin qurbanı olmuş, 

təqvimimizdə daha bir qara günün sayı 

artmışdı - 29 oktyabr 1993-cü il.

 Zəngilanın işğalı artıq 1992-ci ildə 

faktiki olaraq reallaşmışdı. Ermənilərin 

hücumu iyunun 29-da olmuş, çox ağır 

və qanlı döyüşlər iki saat çəkmişdi. Ar-

tıq iyulun 6-da düşmən rayon mərkəzini 

atəşə  tutmuş,  bütün  yayı  Zəngilanın 

kəndləri  və  rayon  mərkəzi  düşmən 

atəşinə  məruz  qalmışdı.  Bir  müddət 

fasilə  verdikdən  sonra  oktyabrın  20-

də ermənilərin döyüş təyyarələri rayon 

mərkəzini  bombalamışdı.  Beləliklə 

də,  1992-ci  ilin  sonuna  Zəngilanın 

13  yaşayış  məntəqəsi,  bir  çox  strate-

ji  yüksəklikləri  düşmənin  əlinə  keç-

mişdi.  Oktyabrın  sonuna  yaxın  rayon 

tam  mühasirə  vəziyyətinə  düşmüşdü. 

Oktyabrın  25-26-da  Sığırt  və  Bartaz 

yüksəklikləri  işğal  olunmuş,  bununla 

da Zəngilanın mühasirəsi başa çatmış-

dı.

Təxminən  34  min  əhali  İran 



sərhədinə  -  Araz  çayının  kənarına 

toplaşmışdı.  Gur  sulu Araz  çayını  isə 

keçmək  mümkün  deyildi.  Xalqımızın 

xilaskarı,  ulu  öndərimiz  H.Əliyev  bu 

dəfə də xalqın köməyinə gəlmişdi. O, 

İran hökuməti ilə danışıqlar aparmış və 

Araz çayı üzərindəki bənddə suyu bağ-

latdırmışdı. Yalnız bundan sonra əhali 

çayı  keçib  xilas  olmuşdu.  Buna  görə 

də, zəngilanlılar Heydər Əliyeva daim 

minnətdardırlar.

Zəngilanda nəyimiz qaldi?   

Zəngilan boyda Vətən;

Dünyada II, Avropada I Nadir Çinar 

meşələri;

Torpaq  üzərində  olan  bütün  var-

dövlət; 

67  məktəb,  56  kitabxana,  34  klub, 

9  mədəniyyət  evi,  7  xəstəxana,  6  iri 

dəmiryol  stansiyası,  2  şərab  zavodu, 

konserv zavodu, dəmiryol deposu...

Hazırda 


Zəngilan 

rayonunun 

məcburi köçkünləri Bakıda və respub-

likamızın  43  rayonunda  müvəqqəti 

məskunlaşmışdır.  Zəngilan  rayo-

nunda  erməni  təcavüzü  nəticəsində 

Milli  Ordunun  33  nəfər  döyüşçüsü 

qəhrəmancasına  həlak  olmuş,  7  nəfər 

polis  işçisi  itkin  düşmüşdür.  Zəngilan 

200 nəfərdən çox şəhid vermiş, 12800 

uşaq zərər çəkmiş, 395 uşaq yetim qal-

mışdır.  44  nəfərin  aqibəti  bəlli  deyil, 

127 nəfər isə müharibə əlilidir. 

Ə d ə b i y y a t

Qaraca, B.Bu ağrını yaşa-

dıqca...: /B.Qaraca//Ədalət 

.-2014.- 30 oktyabr.- S.6.

Qara həsrət və yaxud ağla, 

Rəşid Faxralı: [Mətn] 29 

oktyabr Zəngilanın işğalı 

günüdür /R. Faxralı //İki 

sahil .-2014.- 29 oktyabr.- 

S.16.

Zəngilan rayonunun 

erməni hərbi birləşmələri 

tərəfindən işğalının 20 illiyi 

ilə bağlı anma mərasimi 

keçirilmişdir //Azərbaycan.- 

2013.- 30 oktyabr.- S.3.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www. az.wikipedia.org

www.zengilan-ih.gov.az

www.zengilan.com

 

29

Ərazisi: 707  

• 

km² 

Əhalisi: 33900 nəfər

• 

İşğal tarixi: 29.10.1993

• 


322

NOY

ABR

®

 



 

 

Ç.A. 



Ç. 

C.A. 


C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş.

B.

B.E.


Ç.A. 

Ç. 


C.A. 









10 

11 


12 

13 


14 

15 


16 

17 

18 


19 

20 


21 

22 


23 

24 

25 


26 

27 


28 

29

30



 

Azərbaycan Bayrağı Günü (09.11.2009)

• 

Kоnstitusiya Günü (12.11.1995)

• 

Milli Dirçəliş Günü (17.11.1992)

• 

Qarakənd faciəsi (20.11.1991)

• 

Ədliyyə İşçilərinin Peşə Bayramı Günü 

• 

(22.11.2000)

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə 

• 

Günü (25.11.1999)

  “Bütün  Azərbaycan  xalqı  Nizami  Gəncəvi  ilə  fəxr  edir.  Ancaq 

gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi, ona görə ki, Nizami 

gəncəlidir.  Gəncənin  adını  dünyada  məşhur  edibdir,  bu  torpaqda  ya-

şayıbdır,  bu  torpaqda  yazıbdır.  Onun  yazdığı  əsərlər  bütün  dünyada 

məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər 

yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində 

böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri 

də yaşayır, özü də yaşayır”.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

1 noyabr


Gün çıxır 07:09 

Gün batır 17:56

30 noyabr 

Gün çıxır 07:43 

Gün batır 17:34

24 oktyabr-  

22 noyabr

Əqrəbin Nişanı 

sudur. Marsın 

və Neptunun 

himayəsindədir. 

Günəşin Əqrəb 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

güclü xarakterli 

olurlar. 

®

875 il

1141-1209

Nizami Gəncəvi


323

Milli ədəbiyyat

Şair,  nasir,  jurnalist  Mehdiyev  Tofiq  Mahmud  oğlunun  (Tofiq  Mahmud) 

(06.11.1931-04.04.1997) anadan olmasının 85 illiyi

Xalq şairi, ictimai xadim Abizadə Balaş Allahbaxış oğlunun (Balaş Azəroğlu)  

(11.11.1921-24.04.2011) anadan olmasının 95 illiyi

Ədəbiyyatşünas,  nasir,  dramaturq,  professor  Babayev  Aqşin  Əlisəttar 

oğlunun (23.11.1936) anadan olmasının 80 illiyi

Ədəbiyyatşünas,  tənqidçi  Mahmudzadə  Ələkbər  Mahmud  oğlunun  (Əli 

Nazim) (24.11.1906-23.08.1941) anadan olmasının 110 illiyi

Dünya ədəbiyyatı

Rus  yazıçısı  Dostoyevski  Fyodor  Mixayloviçin  (11.11.1821-09.02.1881) 

anadan olmasının 195 illiyi

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Xalq  rəssamı  Kazımov  Davud  Mehti  oğlunun  (09.11.1926-14.02.2015) 

anadan olmasının 90 illiyi

Əməkdar rəssam, boyakar Mustafayeva Güllü Hacağa qızının (12.11.1921-

1993) anadan olmasının 95 illiyi 

Xalq rəssamı, ornamentçi rəssam, xalçaşünas və sənətşünas Kərimov Lətif 

Hüseyn oğlunun (17.11.1906-09.09.1991) anadan olmasının 110 illiyi

Xalq rəssamı Xəlilov Fərhad Qurban oğlunun (26.11.1946) anadan olmasının 

70 illiyi

Musiqi.Opera.Balet

Bəstəkar  Nəcəfova  Hökumə  Yusif  qızının  (19.11.1911-2002)  anadan 

olmasının 105 illiyi

Teatr.Kino

Xalq  artisti  Davudova  Mərziyyə  Yusif  qızının  (25.11.1901-06.01.1962) 

anadan olmasının 115 illiyi

Xalq artisti, sirk artisti, akrobat Axundov Tofiq Hüseyn oğlunun (28.11.1941) 

anadan olmasının 75 illiyi

2016


NOYABR

326


328

327


329

330


332

331


333

324

340


339

Siyasət.Hərbi iş

Dövlət xadimi Xəlilov Qurban Əli oğlunun (15.11.1906-20.03.2000) anadan 

olmasının 110 illiyi

Türk  hərbçisi  və  siyasi  xadim  Ənvər  Paşa  Hacı  Əhməd  oğlunun  (İsmail 

Enver) (23.11.1881-04.08.1922) anadan olmasının 135 illiyi

Fəlsəfə.İqtisadiyyat

Neft sənayesi yenilikçisi Nemətulla Ağanın (15.11.1896-01.01.1958) anadan 

olmasının 120 illiyi

Mədəniyyət.Maarif.Təhsil

Ədəbiyyatşünas,  publisist,  filologiya  elmləri  doktoru  Vəlixanov  Nadir 

İsmayıl oğlunun (21.11.1926-27.06.1995) anadan olmasının 90 illiyi

Coğrafiya.Geologiya

Akademik  Məmmədov  Ələşrəf  Veysəl  oğlunun  (01.11.1931-26.08.2003) 

anadan olmasının 85 illiyi

Əməkdar  mühəndis,  geoloq  Məmmədov  Mirkazım  Mirəhəd  oğlunun 

(06.11.1911-1997) anadan olmasının 105 illiyi

Kimya.Biologiya.Tibb

AMEA-nın  müxbir  üzvü,  professor  Qurbanov  Telman  Xudam  oğlunun 

(06.11.1936-17.10.1990) anadan olmasının 80 illiyi

Rus alimi-təbiətşünası, kimyaçı Lomonosov Mixail Vasilyeviçin (19.11.1711-

15.04.1765) anadan olmasının 305 illiyi

Tibb  elmləri  doktoru,  professor  Kərimov  Əflatun  Xudkar  oğlunun 

(23.11.1941) anadan olmasının 75 illiyi

Biologiya  elmləri doktoru, professor, Əməkdar elm xadimi Qafarova Roza 

Zeynal qızının (29.11.1926-23.06.1996) anadan olmasının 90 illiyi

Texnika.Mühəndis işi

Texnika  elmləri  doktoru,  professor  Ağayev  Nuhəli  Hacıbala  oğlunun 

(01.06.1941) anadan olmasının 75 illiyi

AMEA-nın müxbir üzvü, professor Kəlbəliyev Qüdrət İsfəndiyar oğlunun 

(13.11.1946) anadan olmasının 70 illiyi 

336


334

337


338

325

Kitabxanaşünaslıq.Biblioqrafiya

N.Gəncəvi  adına  Lökbatan  qəsəbə  kütləvi  kitabxanasının  (16.11.1976) 

yaradılmasının 40 illiyi

Tarixdə bu gün

Kənd Təssərrüfatı İşçilərinin Peşə Bayramı Günü (01.11.2008)

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin təsis edilməsi 

günü (01.11.1991)

“Füyuzat” jurnalının nəşr olunmasının 110 illiyi (01.11.1906)

Tеlеviziya və Radiо İşçiləri Günü (06.11.)

Azərbaycan radiosunun yaradılmasının (06.11.1926) 90 illiyi

Beynəlxalq Şən və Hazırcavablar Klubunun ilk oyunu (08.11.1961)

Azərbaycan Bayrağı Günü (09.11.2009)

Azərbaycan Respublikasının dövlət müstəqilliyi dünya dövlətləri içərisində 

ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınmışdır (09.11.1991) 

Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir (09.11.2001)

Kоnstitusiya Günü (12.11.1995)

Beynəlxalq Gözdən əlillər günü (13.11.2002)

Ümumdünya Diabet Günü (14.11.1991)

Beynəlxalq Tolerantlıq günü (16.11.1995)

Milli Dirçəliş Günü (17.11.1992)

Qarakənd faciəsi (20.11.1991)

Bеynəlxalq Uşaq Günü (20 nоyabr)

Ümumdünya Salam Günü (21.11.1973)

Ədliyyə İşçilərinin Peşə Bayramı Günü (22.11.2000)

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü (25.11.1999)

Dünya İnformasiya Günü (26.11.1994)

Azərbaycan Respublikasının Ali Soveti tərəfindən DQMV-nin statusu ləğv 

olunmuşdur (26.11.1991)

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (30.11.1988)

343


341

342


344

347


346

345


348

326

Milli ədəbiyyat

NOY

ABR

6

85 

illiyi

Tofiq Mahmud

1931-1997     

Tofiq Mahmud oğlu Mehdiyev (Tofiq 

Mahmud) 1931-ci il noyabr ayının 6-da 

Naxçıvan Muxtar Respublikasının Şah-

buz  rayonunda  anadan  olmuşdur.  Orta 

təhsilini  Bakıda  31  saylı  məktəbdə  al-

mış,  1949-1954-cü  illərdə  Bakı  Dövlət 

Universitetinin  filologiya  fakültəsində 

oxumuşdur. Əmək fəaliyyətinə 1954-cü 

ildə  indiki  Mədəniyyət  və  Turizm  Na-

zirliyinin  Mədəni-Maarif  Müəssisələri 

İdarəsində  metodiki  kabinetin  metodis-

ti  kimi  başlamış,  sonra  1958-1961-ci 

illərdə “Azərbaycan müəllimi” qəzeti re-

daksiyasında xüsusi müxbir, 1961-ci ildə 

“Göyərçin” jurnalı redaksiyasında ədəbi 

işçi olmuşdur. 1958-ci ildən Azərbaycan 

Yazıçılar Birliyinin üzvü idi. 

“Gəzməsəm  də,  görməsəm  də” 

adlı  ilk  şeiri  1953-cü  ildə  “İnqilab  və 

mədəniyyət”  jurnalında  dərc  olunmuş-

dur.  1976-cı  ildən  “Göyərçin”  jurna-

lının  redaktoru  vəzifəsində  işləmişdir. 

Azərbaycan  Respublikası  Uşaq  Fondu-

nun Bakı şöbəsinin sədri, 1989-cu ildən 

həm  də  rəyasət  heyətinin  üzvü  olmuş-

dur. Azərbaycan  Yazıçılar  Birliyi  Uşaq 

və gənclər ədəbiyyatı şurasının sədri se-

çilmişdir.

Tofiq  Mahmudun  lirikası  səmimi  və 

təbii  hisslərin  poetik  tərcümanı  kimi 

diqqət çəkmişdir. Həmişə gözəlliyi vəsf 

edən,  ana  yurdun  şəninə  şeirlər  qoşan, 

qəlbi  ülvi  məhəbbətin  eşqi  ilə  çırpınan 

şairin ətrafda müşahidə etdiyi nöqsan və 

qüsurlara,  mənəviyyatsızlara  öz  baxışı, 

tənqidi  münasibəti  olmuş,  şeirlərində 

belə “simasiz”ları tənqid etmişdir. 

Onun  uşaqlar  üçün  qələmə  aldı-

ğı  “Utancaq  oğlan”,  “Leylək  yuva-

sı”,  “Dibçək”,  “Qızımın  sualları”  kimi 

şeirləri də yığcam, lakonik və maraqlıdır. 

Kiçikyaşlı oxucuların bilik səviyyəsinə, 

dünyagörüşünə, maraq dairəsinə çox uy-

ğun  olan  bu  şeirlərdə  verilən  suallarda 

uşaq  təbiətinin  sadəliyi,  cavablarda  isə 

şair müdrikliyinin çalarları görünür.

Şairin yaradıcılığında ilhamla qələmə 

aldığı  poemalar  da  xüsusi  yer  tutur. 

“Meşədə qalan nəğmə”, “Üç qız”, “Fırtı-

na gözəlliyi”, “Sədaqətli günlər” adlı po-

emalarda müəllifin duyğu və düşüncələri 

oxucuda olduqca xoş ovqat yaradır.

Tofiq  Mahmud  bədii  tərcümə  ilə  də 

məşğul  olmuşdur.  Onun  tərcüməsində 

Xuta  Berulavanın  “Quş  südü”,  İsabəy 

İshaqovun “Hər şeyi öyrənmək istəyən” 

kitabları indi də oxunur. Şairin öz əsərləri 

də xarici ölkə xalqları dillərinə tərcümə 

olunmuşdur. 

1984-cü  ildə  Azərbaycan  Komso-

molu  mükafatı  laureatı  adına  layiq  gö-

rülmüş, Azərbaycan Ali Soveti Rəyasət 

Heyətinin  Fəxri  fərmanı  ilə  təltif  edil-

mişdir. 

Görkəmli şair Tofiq Mahmud 4 aprel 

1997-ci ildə Bakıda vəfat etmişdir. Şai-

rin adına “Tofiq Mahmud mükafatı” (hər 

il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə 

təqdim olunur) təsis edilmişdir.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin