Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlunun (15.06.1966-
28.01.1992) anadan olmasının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Sədiyev Vəzir İsa oğlunun (06.06.1961-
19.02.1993) anadan olmasının 55 illiyi
2016
İYUN
200
198
199
197
196
201
195
194
202
192
Azərbaycanın Milli Qəhrəmanı Məcidov Zakir Nüsrət oğlunun (26.06.1956-
06.08.1992) anadan olmasının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yavər Yaqub oğlunun (27.06.1956-
29.02.1992) anadan olmasının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elşən İbrahim oğlunun
(30.06.1976-17.03.1995) anadan olmasının 40 illiyi
Siyasət.Hüquq.Hərbi iş
Daxili xidmət general-leytenantı Heydərov Arif Nəzər oğlunun
(28.06.1926-29.06.1978) anadan olmasının 90 illiyi
Mədəniyyət.Maarif.Təhsil
Filologiya elmləri doktoru Əliyeva-Kəngərli Aybəniz İbrahim qızının
(06.06.1946) anadan olmasının 70 illiyi
Əməkdar müəllim Məlikova Qəribsoltan Həsən bəy qızının (11.06.1886-
09.03.1967) anadan olmasının 130 illiyi
Fəlsəfə.İqtisadiyyat
AMEA-nın müxbir üzvü, professor Abdullayev Mahmud Abdulla oğlunun
(30.06.1941) anadan olmasının 75 illiyi
Riyaziyyat.Fizika.Astronomiya
Fizika-riyaziyyat elmləri doktoru, professor Səlimov Arif Ağacan oğlunun
(07.06.1956) anadan olmasının 60 illiyi
Əməkdar elm xadimi, professor Əsgərov Şahlar Qaçay oğlunun
(15.06.1941) anadan olmasının 75 illiyi
Kimya.Biologiya.Tibb
Biologiya elmləri doktoru, professor Hacıyeva Nina Alekseyevnanın
(14.06.1926) anadan olmasının 90 illiyi
AMEA-nın müxbir üzvü, professor Qasımov Rafiq Yunis-Əli oğlunun
(26.06.1931) anadan olmasının 85 illiyi
Texnika.Mühəndis işi
Əməkdar inşaatçı mühəndis, Sosialist Əməyi Qəhrəmanı Abdullayev
Məzahir Ağaverdi oğlunun (03.06.1911) anadan olmasının 105 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Gözdən Əlillər üçün Respublika Kitabxanasının (01.06.1981)
yaradılmasının 35 illiyi
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-
riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Qurbanov Azad İsa oğlunun
(26.06.1966) anadan olmasının 50 illiyi
205
206
204
203
207
209
208
210
211
193
Tarixdə bu gün
Uşaqların Bеynəlxalq Müdafiəsi Günü (01.06.1950)
Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü (02.06.2006)
Ümumdünya ətraf mühitin mühafizəsi günü (05.06.1972)
Beynəlxalq Qan Donor Günü (14.06.2001)
Milli Qurtuluş Günü (15.06.1993)
Səhiyyə İşçiləri Günü (17.06.2001)
İnsan Hüquqları Günü (18.06.2007)
Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman verilmişdir
(18.06.2001)
Ümumdünya Qaçqınlar Günü (20.06.2000)
Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi yaradılmışdır (21.06.2001)
“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman
imzalanmışdır (22.06.1996)
Beynəlxalq Olimpiya Günü (23.06.1967)
Dövlət Qulluqçularının Pеşə Bayramı Günü (23.06.2006)
Azərbaycan Respublikasının Prezidenti iyun ayının 25-nin “Dənizçi
günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalamışdır
(19.06.2014)
Milli Silahlı Qüvvələr Günü (26.06.1918)
Narkоmaniya və Narkоbiznеsə qarşı Bеynəlxalq Mübarizə Günü
(26.06.1987)
Birləşmiş Millətlər Təşkilatı qurulmuşdur (26.06.1945)
213
212
215
214
194
Vissarion Belinski
1811-1848
İYUN
Vissarion Qriqoryeviç Belinski
1811-ci il iyun ayının 11-də Finlan-
diyanın Sveaborq şəhərində, həkim
ailəsində anadan olmuşdur. 1829-cu
ildə Moskva Universitetinə daxil ol-
muş, lakin təhkimçilik əleyhinə yazdığı
“Dmitri Kalinin” dramına görə 1832-ci
ildə universitetdən xaric edilmişdir.
1833-1836-cı illərdə “Teleskop” jur-
nalında və “Molva” qəzetində işləmiş,
“Ədəbi xəyallar” (1834), “Rus povesti
və cənab Qoqolun povestləri haqqında”
(1835) adlı ilk irihəcmli məqalələrini
məhz bu qəzetlərdə çap etdirmişdir.
Belinski 1838-1839-cu illərdə
“Moskovski nablyudatel” jurnalının
redaktoru olmuş, 1839-cu ilin sonunda
Peterburq şəhərinə köçərək “Oteçest-
vennıe zapiski” jurnalında çalışmışdır.
1847-ci ilin yanvarından 1848-ci ilin
mayınadək “Sovremennik” jurnalının
Tənqid şöbəsinə rəhbərlik etmişdir.
Rus realist estetikası və ədəbi
tənqidinin banisi sayılan Belinski yarat-
dığı əsərlərlə nəinki rus ədəbiyyatına,
eləcə də dünya ədəbiyyatına əvəzsiz
töhfələr
vermişdir.
Rus
milli
mədəniyyətinin inkişafında böyük tari-
xi xidmətləri ilə yanaşı, həmçinin rus ic-
timai fikrində inqilabi-demokratik ide-
yalara əsaslanan materialist fəlsəfənin
yaranmasında misilsiz xidmətləri ol-
muşdur.
Belinski inqilabi demokratik ruhlu
“Rus povesti və Qoqolun povestləri
haqqında” (1835), “M.Lermantovun
şeirləri” (1841), “Tənqid haqqında”
(1842), “Çiçikovun sərgüzəştləri, ya-
xud “Ölü canlar” poeması haqqında bir
neçə söz”, (1842) “A.Puşkinin əsərləri”
(11 məqalə (1843-46)), “1846-cı il rus
ədəbiyyatına bir nəzər” (1847), “1847-
cı il rus ədəbiyyatına bir nəzər” (1848)
və s. əsərlərini yazmışdır. Əsərlərində
ədəbiyyatın elmi təfəkkürdən fərqli ola-
raq həyatın bədii-obrazlı idrak forması
olduğunu oxucunun nəzərinə çatdırırdı.
Onun fikrincə ədəbiyyat xalqın, vətənin
müqəddəratı ilə bağlı olmalı, onun arzu
və ideallarını əks etdirməlidir.
Belinski səhhəti ilə bağlı 1847-ci
ilin may ayında müalicə üçün Alma-
niyanın Zalsbrun şəhərinə getmiş və
orada məhşur “Qoqola məktub” əsərini
yazmış, yazıçının yaradıcılığındakı
səhvləri kəskin tənqid etmişdir.
Azərbaycan ədəbi və ictimai
fikrinin inkişafına, o cümlədən
M.F.Axundzadənin ədəbi-estetik və
fəlsəfi görüşlərinin formalaşmasına Be-
linskinin çox böyük təsiri olmuşdur. Heç
təsadüfi deyil ki, M.F.Axudzadənin bir
sıra ədəbi-tənqidi fikirləri Belinskinin
fikirləri ilə səsləşirdi. Yazıçı Azərbaycan
şərqşünas alim və şairi Mirzə Cəfər
Topçubaşovun elmi, ədəbi fəaliyyətini
yüksək qiymətləndirmişdir.
Rus ədəbi tənqidçisi, publisist Vis-
sarion Belinski 1848-ci il iyun ayının
7-də Peterburq şəhərində vəfat etmiş-
dir.
11
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/V.Belinski; tərc. ed.
Ə.Ağayev.- Bakı: Gənclik,
1979.- 226 s.
“Kim yanmırsa his verir”:
Məktub-monoloq [Ölməz
Ruha - Belinskiyə həsr
olunub] /Ə.R.Xələfli //
Kredo.-2013.- 26 oktyabr
.- S.1;16
Собрание сочинений: в
9-ти томах /В.Белинский;
ред. кол.: Н.Гей [и др.];
ред. тома Н.Гей; подгот.
текста В.Бограда;
статья и примеч.
В.Кулешова.- Москва:
Современник, 1977-1983.
Взгляд на русскую
литературу /В.Г.
Белинский; общ. ред. кол.
А.С. Бушмин [и др.].-
1983.- 607 с.
Статьи о М.Ю.
Лермонтове
/В.Г.Белинский; сост.,
вст. статья, примеч. и
общ. ред. П.Максяшева.-
Саратов: Приволжское
кн. изд-во, 1981.- 156 с.
www.anl.az
www.azerbaycanli.org
www.az.wikipedia.org
205
illiyi
Rus yazıçısı
Dünya ədəbiyyatı
195
Elbəy Rzaquliyev
1926-2007
İYUN
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev
1926-cı il iyun ayının 17-də Bakıda, zi-
yalı ailəsində anadan olmuşdur. 1946-cı
ildə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq məktəbini (indiki
ADRA), 1953-cü ildə isə Moskvada
Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunu bitirmişdir.
1953-cü ildə təhsilini başa vurduqdan
sonra C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında quruluşçu və geyim
üzrə rəssam işləmişdir.
Kinostudiyada işlədiyi müddətdə
“Bəxtiyar” (1955), “Görüş” (1955),
“Ögey ana” (1958), “Uşaqlığın son
gecəsi” (1968), “Gün keçdi” (1971),
“Tütək səsi” (1975), “Arxadan vurulan
zərbə” (1977), “Bəyin oğurlanması”
(1986) və s. filmlərin quruluşçu rəssamı,
“Əsl dost” (1959), “Torpaq. Dəniz. Od.
Səma” (1967), “Dərviş Parisi partladır”
(1976) filmlərinin geyim üzrə rəssamı
olmuşdur.
Geniş yaradıcılıq imkanlarına ma-
lik olan rəssam yaratdığı əsərləri ilə
Azərbaycanda formalaşan yeni nəsil
gənc rəssamlar üçün böyük məktəb ro-
lunu oynamışdır. Yaratdığı tablolarda
Azərbaycan təbiətinin gözəlliyini öz
incəlikləri ilə təsvir etmişdir. Onun “Qır-
mızı və ağ qızılgüllər”, “Çiçəklər arasın-
da”, “İnsanların torpağı” və digər əsərləri
böyük maraqla qarşılanmışdır.
Milli təsviri sənətin inkişafında mü-
hüm rol oynamış rəssam “Şirvanşahlar
sarayı”, “İçərişəhər”, “Bakı kəndində”
və s. bir-birindən maraqlı əsərləri ilə dai-
ma diqqət mərkəzində olmuşdur.
Dünyanın 30-dan artıq ölkəsində olan
rəssam öz təəssüratlarını kətan üzərində
həkk edərək bir sıra silsilə əsərlər yarat-
mışdır. Bu silsiləyə Meksika, Hindis-
tan, Yaponiya, Yəmən və İsrailin şəhər
həyatını, mədəniyyətini əks etdirən tab-
lolar daxildir. 1951-ci ildən Respublika
və Ümumittifaq sərgilərində iştirak edən
rəssamın sənət əsərləri dünyanın müxtəlif
ölkələrində nümayiş etdirilmiş, 1960-
cı ildə Bakıda, 1960-1967-ci illərdə isə
Moskvada və Kaunasda fərdi sərgilərlə
çıxış etmişdir. İnqilabi və tarixi möv-
zuda silsilə əsərlərinə görə 1972-ci ildə
SSRİ Rəssamlıq Akademiyasının Fəxri
diplomuna, 1976-cı ildə isə Ümumittifaq
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
(XTNS) qızıl medalına, 1986-cı ildə
“Azərbaycan cəbhəyə” və “1945-ci il
May. Qələbə bayramı” əsərlərinə görə
Azərbaycan Dövlət mükafatına layiq
görülmüşdür. Azərbaycan incəsənətinin
inkişafındakı xidmətlərinə görə 1964-
cü ildə “Əməkdar rəssam”, 1977-ci ildə
“Xalq rəssamı” fəxri adlarına layiq gö-
rülmüş, 1998-ci ildə isə “Şöhrət” ordeni
ilə təltif olunmuşdur.
Keçmiş Ümumittifaq Dövlət Kinema-
toqrafiya İnstitutunun bədii film üzrə qu-
ruluşçu rəssamlıq fakültəsini bitirən ilk
azərbaycanlı kimi də tarixə düşmüşdür.
Görkəmli rəssam Elbəy Rzaquliyev
2007-ci il sentyabr ayının 15-də Bakı
şəhərində vəfat etmişdir.
17
Ə d ə b i y y a t
Elbəy Rzaquliyev,
1926-2007 [İzoma-
terial]: rəngkarlıq,
qrafika, kino
rəssamlığı /layih. rəhb.
Ç.Fərzəliyev.- Bakı:
Sərvət, [Şərq-Qərb],
2013.- 104 s.
Şəfizadə, Ş. Elbəy
Rzaquliyevin ya-
radıcılığı XX əsr
Azərbaycan incəsənəti
kontekstində: sənətşün.
üzrə fəls. d-ru a.dər.
al. üçün təq.ol. dis-nın
avtoreferatı: 6215.01
/S.Şəfizadə; Azərb.
Resp. Təhsil Nazir-
liyi, Azərb. Dövlət
Rəssamlıq Akademiya-
sı.- Bakı, 2013.-22 s.
Əliyeva, L. Rənglər
kəhkəşanında əbədi
imza /L.Əliyeva //
Mədəniyyət.- 2015.- 17
iyun.- S.13.
Orucova, V. Yaddaşlar-
dan silinməyən Elbəy...
/V.Orucova //Palitra.-
2013.- 3 iyul.- S. 13.
Şəfizadə, S. Elbəy
Rzaquliyev yaradıcılığı
XX əsr Azərbaycan
incəsənəti kontekstində
/S.Şəfizadə //Mədəni
həyat.- 2013.- №9.-
S.8-11.
www.anl.az
90
illiyi
Rəssam
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
196
Fatma Mehrəliyeva
1926-2000
İYUN
Fatma Yusif qızı Mehrəliyeva 1926-cı
il iyun ayının 4-də Quba şəhərində ana-
dan olmuşdur. Hələ orta məktəbdə təhsil
alarkən müəllimlərinin təkidi ilə 11 yaş-
lı Fatma Bakıya musiqi festivalında iş-
tirak etmək üçün getmiş, onun ifasında
“Qubanın ağ alması” mahnısı Üzeyir
Hacıbəylinin diqqətini cəlb etmişdir.
1938-ci ildə Fatma Mehrəliyeva Üze-
yir bəyin təşəbbüsü ilə Bakıya gəlmişdir.
Görkəmli bəstəkar istedadlı qızın yax-
şı musiqi təhsili alması, muğamları
mükəmməl mənimsəməsi üçün hər cür
şərait yaratmış, Fatmanı öz himayəsinə
götürərək, ona atalıq etmiş və sənətin
sirlərini ona öyrətməyə nail olmuşdur.
F.Mehrəliyeva Azərbaycan Dövlət Kon-
servatoriyasının fortepiano və vokal sin-
fini bitirmişdir.
Əmək fəaliyyətinə 1940-cı ildə “Saz-
çı qızlar” ansamblında başlayan Fat-
ma xanım elə həmin ildən Azərbaycan
Dövlət Filarmoniyasının solisti olmuş,
geniş konsert proqramları ilə fəaliyyətini
davam etdirmişdir.
1941-1945-ci illərdə, Böyük Vətən
müharibəsi zamanı Fatma xanım tez-tez
cəbhədə hərbçilər qarşısında çıxış edir, re-
pertuarında Üzeyir bəyin vətənpərvərlik
nəğmələrinə geniş yer verirdi. Bəstəkarın
Səməd Vurğunun sözlərinə bəstələdiyi
“Şəfqət bacısı” mahnısının ilk ifaçısı
məhz Fatma Mehrəliyeva olmuş, lakin
təəssüflər olsun ki, həmin ifanın lent ya-
zısı qalmamışdır.
Lirik soprano səsə malik olan
müğənni, 1945-ci ildə dahi Üzeyir bəyin
məsləhəti ilə “Arşın mal alan” filmində
Telli roluna çəkilmiş, yaratdığı bu obra-
zın onun yaradıcılığında böyük rolu ol-
muşdur.
Fatma xanımın oxuduğu muğamlar
arasında “Kəsmə şikəstə”nin məxsusi
yeri olmuşdur. Heç təsadüfi deyil ki, pro-
fessor Ramiz Zöhrabov “Zərbi muğam-
lar” kitabında “Kəsmə şikəstə”ni məhz
Fatma Mehrəliyevanın ifasında nota kö-
çürmüşdür.
“Azərbaycan maralı”, “Muğan qızı”,
“Lay-lay”, “Getmə dayan”, “Ceyra-
nım”, “Qubanın ağ alması” kimi xalq
və bəstəkar mahnılarını özünəməxsus
məharətlə oxuyan müğənni “Qatar”,
“Segah-zabul” muğamlarının da təkrarsız
ifaçısı olaraq musiqi mədəniyyəti
tariximizdə özünəməxsus yer tutmuşdur.
Onun “Ahu kimi”, “Qaragilə”, “Qur-
ban adına” və digər bir-birindən gözəl
ifa etdiyi xalq və bəstəkar mahnıları
Azərbaycan Milli Radiosunun Qızıl fon-
duna daxildir.
1956-cı ildə “Azərbaycan SSR
Əməkdar artisti” fəxri adına layiq görül-
müşdür.
Zəngin xalq musiqimizi yumşaq
tembirli, ruha yatan xoş səslə ifa edən
Fatma Mehrəliyeva bu gün də xalqımız
tərəfindən böyük hörmətlə anılmaqda,
yad olunmaqdadır.
Fatma Mehrəliyeva 2000-ci il yanvar
ayının 4-də vəfat etmişdir.
4
Ə d ə b i y y a t
Abbaslı, T. Fatma
şikəstə...: Bu sözü mənə
diktə edən - “Kəsmə
şikəstə” tanrısı Fat-
ma xanımın Səsi!...
/T.Abbaslı //Mədəniyyət.-
2015.- 3 iyun.-S. 13.
Əhmədalılar, T. Ahəstə-
ahəstə. Səslənib,
könülləri yar ağacından
asma... səbirləri kəsim-
kəsim kəsmə, ay “Kəsmə
şikəstə!” /T. Əhmədalılar
//Mədəniyyət.-2014.- 4
iyun.- S. 11.
Fərəcov, S. Keçən ömrün
sorağında: Fatma
Mehrəliyeva /S.Fərəcov
//Mədəniyyət.-2011.- 3
iyun.- S. 12.
Mikayılqızı, P. Bir səsin
sehrində /P.Mikayılqızı
//İki sahil.- 2014.- 20
may.- S.27.
Nizamiqızı, H. Fatma
Mehrəliyeva dünyasına
xəyali səfər: Ötən illərin
mahnıları /H.Nizamiqızı
//Mədəniyyət.-2012.- 6
iyun.- S. 15.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaycanli.org
www.az.wikipedia.org
90
illiyi
Xanəndə
Musiqi.Opera.Balet
197
Xuraman Qasımova
1951
İYUN
Xuraman Əkrəm qızı Qasımova 1951-
ci il iyun ayının 6-da Bakı şəhərində ana-
dan olmuşdur. 1975-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasını bitirmişdir.
1976-cı ildən Azərbaycan Opera və Ba-
let Teatrının solistidir.
1977-ci ildə İfaçıların 5-ci Zaqafqazi-
ya müsabiqəsinin laureatı adını qazanmış-
dır. Həmin ildə Vokalistlərin M.Qlinka
adına 7-ci Ümumittifaq müsabiqəsinin,
1981-ci ildə isə Afinada keçirilən Mari-
ya Kallas adına Beynəlxalq müsabiqənin
laureatı olmuş, “Qran pri” mükafatına
layiq görülmüşdür. 1982-ci ildə Moskva-
da keçirilən ifaçıların P.Çaykovski adına
8-ci Beynəlxalq müsabiqəsinin laureatı,
1988-ci ildə isə həmin müsabiqənin gü-
müş medalına layiq görülmüşdür.
Opera və Balet Teatrının səhnəsində
bir-birindən maraqlı rollar ifa etmişdir.
Onun F.Əmirovun “Sevil” operasında
Sevil və Dilbər, Ü.Hacıbəylinin “Ko-
roğlu” operasında Nigar, C.Puççininin
“Bohema” operasında Mimi və Müzetta,
C.Verdinin “Otello” və “Aida” operasın-
da Dezdemona və Aida, P.Çaykovskinin
“Yevgeni Onegin” operasında Tatyana,
Covanni Perqomzininin “Xanımın qul-
luqçusu” operasında Serpina, Şarl Qu-
nonun “Faust” operasında Marqarita,
Zakir Bağırovun “Qoca Xottabıç” ope-
rasında Leyla və b. partiyalar Xuraman
Qasımovanın sənət axtarışlarının parlaq
nailiyyətləri olmuşdur.
“Arşın mal alan” (1965) bədii filmində
Asyanın partiyasını ifa etmişdir.
Bir sıra xarici ölkələrdə - Bolqarıs-
tanda, Çexoslovakiyada, Maltada, Fran-
sada, Avstriyada, Norveçdə, Türkiyədə,
Finlandiyada geniş konsert proqramları
ilə çıxışlar etmişdir. Xuraman Qasımo-
va kino aktrisası kimi də populyar ol-
muşdur. Hələ orta məktəbdə oxuyarkən
“Liftçi qız” filmində (1966) baş rolu ifa
etmiş, sonralar “Mən ki, gözəl deyildim”
(1968), “Həyat bizi sınayır” (1972),
“Nəğməkar torpaq” (1981), “Üzeyir
ömrü” (1981), “Gələcəyin qurucuları”
(1982) kimi filmlərdə rol almışdır.
1982-ci ildən Bakı Musiqi Akademi-
yasında pedaqoji fəaliyyətlə məşğuldur.
1994-cü ildən (bəzi mənbələrdə 1992;
1996) Bakı Musiqi Akademiyasının pro-
fessoru, Opera və solo oxu kafedrasının
müdiridir. 1994-cü ildən isə İstanbul
Dövlət Universitetinin Konservatoriya-
sının professorudur.
Xuraman Qasımova Azərbaycan mu-
siqi sənətinin inkişafındakı xidmətlərinə
görə 1984-cü ildə Azərbaycan Dövlət
mükafatı laureatı olmuş, 1986-cı ildə
Azərbaycan SSR-in Xalq artisti fəxri
adına layiq görülmüşdür. 2001-ci ildə
“Şöhrət” ordeni ilə, 2011-ci ildə isə
“Şərəf” ordeni ilə təltif edilmişdir.
Görkəmli vokalçı, professor Xuraman
Qasımova bu gün də öz şərəfli sənət yo-
lunu yorulmadan davam etdirməkdədir.
6
Ə d ə b i y y a t
Xalq mahnıları
[Səsyazma]: [“Musiqi
dünyası” beynəlxalq,
elmi-pedaqoji,
tənqidi-publisistik və
mədəni-maarif musiqi
jurnalının 3-4/2010-cu
il buraxılışına əlavə]
/ifa edir F.Qasımova,
X.Qasımova; fortepia-
noda Ç.Sadıqov.-Bakı:
Gilan holdinq, 2010.-1
elektron. opt. disk. [CD-
ROM]: 12 sm.
Həm şərəflidir, həm
də məsuliyyətli
/X.Qasımova
//Azərbaycan.-2015.- 30
may.- S 6
Son nəfəsədək sənətdə
olmaq:Xuraman
Qasımova: “Mən və
Fidan hər zaman musiqi
sənətinin inkişafı üçün
çalışmışıq”/X.Qasımova
// Ekran-efir.-2015.-6
mart.- S.19-22.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
65
illiyi
Opera müğənnisi
Musiqi.Opera.Balet
|