Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

1

6

Akademik

Ə d ə b i y y a t

Daxili xəstəliklər 

/C.Abdullayev; red. 

M.Mustafayev.- Bakı: 

Azərnəşr, 1967.-381 s.

Ürək-damar xəstəliklərinin 

diaqnostikası və müalicəsi: 

tibb institutu üçün dərs 

vəsaiti /C.Abdullayev; 

[red.: H.İsazadə, 

M.Əhmədov].- Bakı: 

Azərtədrisnəşr, 1963.- 215 

s.

Abdullayev Cahangir: 

Azərbaycan Sovet Ensik-

lopediyası: 10 cilddə.- 

Bakı,1976.-C.1.- S.19.

Abdullayev Cahangir 

Məmməd oğlu  //Əli-

zadə Ə. XX əsr Gəncənin 

görkəmli elm, mədəniyyət, 

partiya və dövlət 

xadimləri.-Bakı, 2008.-

S.15-17.

Abdullayev Cahan-

gir Məmməd oğlu                    

//Azərbaycanın 100 tanın-

mış həkimi: ensiklopedik 

nəşr /tərt. ed. və ön söz. 

müəl. E.İsgəndərzadə; red. 

X.Əhmədov.- Bakı, 2001.- 

S.16.

İ n t e r n e t d ə

www.anl.az

az.wikipedia.org

186

Kimya.Biologiya.Tibb

100 

illiyi

Vəli Axundov

1916-1986

MA

Y

Vəli  Yusif  oğlu  Axundov  1916-cı  il 

may  ayının  14-də  Bakı  quberniyasının 

Saray  kəndində  (indiki  Saray  qəsəbəsi) 

anadan olmuşdur. İlk təhsilini Saray kənd 

məktəbində almış, 1929-cu ildə Biləcəri 

stansiyasında  fabrik-zavod  məktəbində 

oxumuş,  1931-ci  ildə  isə  Bakı  Sənaye 

Texnikumuna  daxil  olmuşdur.  1935-

ci  ildə  texnikumun  kimya  şöbəsini  bi-

tirmişdir.  Ali  təhsil  almaq  məqsədilə 

əvvəlcə Azərbaycan Sənaye İnstitutunun 

(indiki ADNSU) hazırlıq kursunda oxu-

muş,  1937-ci  ildə  isə Azərbaycan  Tibb 

İnstitutuna (indiki ADTU) daxil olmuş-

dur. İnstitutda oxumaqla yanaşı ATİ-nin 

İctimai  elmlər  kafedrasının  laborantı, 

“Tibbi  kadrlar  uğrunda”  qəzetin  redak-

toru  və  komsomol  komitəsinin  katibi 

vəzifəsində çalışmışdır.

1941-ci ildə hərbi xidmətə çağırılmış, 

Böyük Vətən müharibəsi illərində 20-ci 

atıcı diviziyasının tərkibində həkim kimi 

çalışaraq xüsusi tibbi-sanitar batalyonu-

nun komandiri vəzifəsinədək yüksəlmiş, 

Rusiya, Belorusiya, Almaniya, Çexoslo-

vakiya ərazisində gedən döyüşlərdə işti-

rak etmişdir.

1946-cı ildə ordudan tərxis olunandan 

sonra ATİ-yə qayıtmış, Tibb tarixi kafed-

rasında assistent kimi çalışmışdır. Epide-

miologiya, Mikrobiologiya və Gigiyena 

İnstitutunun  elmi  işçisi,  daha  sonra  di-

rektoru  olmuşdur.  1946-1949-cu  illərdə 

Azərbaycan Tibb İşçiləri Həmkarlar İtti-

faqı Respublika Komitəsinin sədri, 1949-

1952-ci illərdə Azərbaycan SSR Səhiyyə 

nazirinin müavini, 1952-1953-cü illərdə 

isə Bakı Vilayəti Səhiyyə şöbəsinin mü-

diri olmuşdur.

1953-1954-cü  illərdə  Azərbaycan 

KP  MK-da  İnzibati,  ticarət  maliyyə  və 

plan  orqanları  şöbəsi  müdirinin  müa-

vini,  1954-1958-ci  illərdə  Azərbaycan 

SSR  Səhiyyə  naziri,  1958-ci  ilin  fev-

ral  ayından Azərbaycan  KP  MK  katibi, 

1958-1959-cu  illərdə  Azərbaycan  SSR 

Nazirlər  Sovetinin  sədri,  1959-1969-cu 

illərdə isə Azərbaycan KP MK-nin birin-

ci katibi olmuşdur. 1969-1972-ci illərdə 

Azərbaycan SSR EA prezidentinin müa-

vini vəzifəsində çalışmışdır. 

1956-cı  ildə  namizədlik,  1964-cü 

ildə  isə  tibb  elmləri  doktoru  dissertasi-

yalarını  müdafiə  etmişdir.  1969-cu  ildə  

Azərbaycan SSR EA-nın akademiki se-

çilmişdir.

1969-cu  il  iyul  ayının  14-də  birinci 

katib  vəzifəsindən  azad  edilmiş,  1972-

1986-cı  illərdə  Q.M.Musabəyov  adına 

Virusologiya,  Mikrobiologiya  və  Gigi-

yena İnstitutunun direktoru olmuşdur.

İctimai və siyasi fəaliyyət göstərdiyi 

dövrdə  Sov.İKP-nin  22-23-cü  qurul-

taylarında  Sov.İKP  MK  üzvü  seçilmiş, 

SSRİ  Ali  sovetinin  (6  və  7-ci  çağırış), 

Azərbaycan  SSR Ali  Sovetinin  (4  və  7 

çağırış)  deputatı  olmuşdur.  Lenin  orde-

ni, II dərəcəli Vətən müharibəsi, Qırmızı 

Ulduz  ordenləri  və  müxtəlif  medallarla 

təltif olunmuşdur.

Vəli Axundov 1986-cı il avqust ayının 

22-də Bakı şəhərində vəfat etmiş, Fəxri 

Xiyabanda dəfn olunmuşdur.

1996-cı ildə ulu öndər Heydər Əliyev 

akademikin xatirəsinin əbədiləşdirilməsi 

haqqında sərəncam imzalamışdır. 1999-

cu  ildə  Saray  qəsəbəsinin  mərkəzində 

Vəli Axundovun adını əbədiləşdirən ba-

relyef abidə və istirahət parkının açılışı 

olmuşdur. Adını daşıyan küçə var.

14

Akademik

Ə d ə b i y y a t

Həsənli, C. Vəli 

Axundov: işıqlı on il 

/C.Həsənli //525-ci 

qəzet.- 2011.- 14 may.- 

S.28-29.

Rəhimzadə, M. 

Böyük şəcərənin 

həlqələri - Axundovlar 

nəsli /M.Rəhimzadə              

//Ədalət.-2012.- 12 

may.- S.13.

Vəli Axundov                

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1976.- 

C.1.- S.495.

Vəli Yusif oğlu 

Axundov //Qasımlı 

M., Hüseynov C. 

Azərbaycanın Baş 

nazirləri.- Bakı, 2005.- 

S.40-41.

Некоторые вопросы 

гигиены сельских 

населенных мест 

Азербайджанской 

ССР /В.Ахундов.- 

Баку, 1972.- 315 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


187

Tarixdə bu gün

Şuşanın işğalı günü

1992  

MA

Y

Ərazisi:  289  

km² 

Əhalisi: 31499 nəfər

İşğal tarixi: 08.05.1992

Azərbaycanın  dilbər  guşəsi,  musiqi 

və  mədəniyyət  ocağı  olan  Şuşa  şəhəri 

dünyanın  bəzi  aparıcı  dövlətlərinin 

məzlum  xalq  kimi  tanıdıqları,  əslində 

nəinki  xalqımıza,  bütün  insanlığa  qar-

şı terror siyasəti həyata keçirən məkrli 

ermənilər  tərəfindən  keçmiş  sovet  or-

dusunun 366-cı alayının 40 zirehli tex-

nikasının bilavasitə iştirakı və köməyi 

ilə işğal edilmişdir.

289  kvadrat  kilometr  ərazisi  olan 

Şuşa  şəhərində  həmin  dövrdə  24.900 

nəfər əhali yaşayırdı. İşğal zamanı 480 

nəfər  insan  qətlə  yetirilmiş,  600  nəfər 

yaralanmış,  150  nəfər  əlil  olmuş,  552 

körpə  yetim  qalmış,  20  mindən  artıq 

əhali  isə  məcburi  köçkün  vəziyyətinə 

düşmüşdür.

Qeyd etmək lazımdır ki, Şuşaya hü-

cumdan bir neçə saat öncə Tehranda İran 

Prezidentinin vasitəçiliyilə Ermənistan 

və  Azərbaycan  dövlət  başçıları  Qara-

bağ  münaqişəsinin  dinc  yolla  həllinə 

dair saziş imzalamışdır.

İşğal  nəticəsində  Şuşadakı  bir  sıra 

tarixi-mədəniyyət  abidələri  düşmən 

tərəfindən  talan  edilmişdir.  Beş  minə 

yaxın  eksponatı  olan  Şuşa  Tarix  Mu-

zeyi, Dövlət Xalça muzeyinin filialı və 

Xalq  Tətbiqi  Sənəti  Muzeyi,  Qarabağ 

Dövlət  Tarix  Muzeyi,  həmçinin  Laçın 

rayonundakı  Ağoğlan  məbədi,  dün-

ya əhəmiyyətli arxeoloji abidə sayılan 

Paleolit  dövrünə  aid  Azıx  mağarası, 

Xocalıdakı  Əsgəran  qalası,  Kəlbəcər 

Tarix  Muzeyinin  və  digər  mədəniyyət 

ocaqlarının,  rəsm  qalereyalarının  bən-

zərsiz  ekspozisiyaları  dağıdılmış  və 

talan  olunmuş,  müqəddəs  məbəd  və 

məscidlər  təhqir  edilmiş,  kitabxanalar 

yandırılmış,  misilsiz  əlyazma  nümu-

nələri məhv edilmişdir. 

Bu  siyahıya  Xan  mağarası,  Qa-

xal  mağarası,  Şuşa  qalası  da  olmaqla 

bütövlükdə 279 dini, tarixi və mədəni 

abidə daxildir. Şuşada 7 məktəbəqədər 

uşaq  müəssisəsini,  22  ümumtəhsil 

məktəbini, 

mədəni-maarif, 

kənd 

təsərrüfatı texnikumlarını, 8 mədəniyyət 



evini, 14 klubu, 20 kitabxananı, 2 kino-

teatrı,  3  muzeyi,  Şərq  musiqi  alətləri 

fabrikini dağıtmışlar. 

Artıq Şuşanın işğalından 24 il ötür.  

Tezliklə  qədim Azərbaycan  torpağının 

işğaldan  azad  olunacağı  günü  arzula-

yır və Allahdan bütün şəhidlərə rəhmət 

diləyirik!



Ə d ə b i y y a t

Hüseynov, F.Şuşanın dağ-

ları başı dumanlı...: Şuşa-

nın işğalından 23 il ötür 

/F.Hüseynov //Mədəniyyət 

.-2015.- 8 may.- S. 9.

Xalid.Şuşanin işqalindan 

23 il ötür/ Xalid.//Üç 

nöqtə .-2015.- 8 may.- S.5.

8 may Şuşanın işğalı 

günüdür//P.S.Elm, təhsil 

və həyat .-2015.- 8-15 

may.- S.9.

Sevgili gözəl Şuşam

dərdim, kədərim Şuşam: 

Şuşanın işğalından 

22 il ötür Ç.Fərəcov                 

//Azərbaycan 2014.- 7 

may.- S.14. 

Şuşa rayonu //Qarabağ: 

yaddaş.- Bakı, 2010.- 

S.23-48.

may.- S.4-5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.shusha-ih.gov.az

www.voanews.com

8

188

Tarixdə bu gün

Laçın rayonunun işğalı günü

1992

MA

Y

Ərazisi:  1835  

km² 

Əhalisi: 72 228 nəfər

İşğal tarixi: 17.05.1992 

Bu gün  Azərbaycanın strateji cəhət-

dən mühüm əhəmiyyət kəsb edən La-

çın rayonunun işğalından 24 il keçir. 

Şuşa  şəhərinin  Turşsu  deyilən 

ərazisindən  və  Ermənistan  istiqamə-

tindən  hücuma  keçən  düşmən  ma-

yın  17-də  Laçını  işğal  etmişdir. 

Əhəmiyyətli geostrateji mövqeyə ma-

lik olan Laçının işğalı Azərbaycan iq-

tisadiyyatına ciddi ziyan vurmuşdur. 

Rayonun  yüzlərlə  mədəni-məişət 

obyektini,  onlarla  qəsəbə,  kənd  və 

tarixi  abidələrini  dağıdılaraq  talan 

edilmişdir.  İşğal  nəticəsində  72  min 

228  Azərbaycan  vətəndaşı  öz  yur-

dundan didərgin düşmüş, 300-dən ar-

tıq  hərbi  və  mülki  şəxs  həlak  olmuş 

və  itkin  düşmüşdür.  Rayonda  8950 

bina,  o  cümlədən  7  sənaye  və  tikinti 

müəssisəsi,  471  xidmət  idarəsi,  154 

məktəb,  yüzlərlə  tarix-mədəniyyət 

abidəsi işğal altında qalmışdır.

Təbii  sərvətlərlə  zəngin  olan  La-

çın  rayonunda  Turşsu,  Qaladərəsi, 

Ağanus,  Xırmanlar, Tiqiq, Turş-tiqiq, 

Nurəddin,  Nağdalı,  Hacıxanlı  kimi 

müalicəvi  əhəmiyyətli  bulaqlar  möv-

cuddur.

Ekologiya  və  Təbii  Sərvətlər  Na-



zirliyinin  rayonun  işğalı  ilə  bağlı 

yaydığı  məlumatda  bildirilmişdir  ki, 

Laçın  rayonu  ərazisində  ümumi  ehti-

yatları 1124 ton olan 3 civə (Narzanlı, 

Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 

min ton olan və əhəng istehsalına ya-

rarlı Laçın əhəngdaşı, ehtiyatları 2533 

min  kubmetr  olan  və  istismara  cəlb 

edilən  üzlük  daşı  istehsalına  yararlı 

Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar 

daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, 

Əhmədli), 2 əlvan bəzək daşı, vulkan 

külü və digər təbii sərvətləri var.

Laçın rayonundakı Qaragöl Dövlət 

Təbiət  Qoruğu  və  Dövlət  Təbiət  Ya-

saqlığı da hal-hazırda işğal altındadır. 

Ümumi sahəsi 240 hektar olan qoruq-

da 68 növdən və 27 ailədən ibarət bitki 

örtüyü  var.  1961-ci  ilin  noyabr  ayın-

da  heyvan  və  quşları  qoruyub  saxla-

maq və  artırmaq məqsədilə yaradılan 

Dövlət Təbiət Yasaqlığının ərazisində 

cüyür, qaya keçisi, çöl donuzu, ayı, tu-

rac, kəklik, qaratoyuq kimi nadir fauna 

növləri məskunlaşmışdır. 1989-cu ildə 

yasaqlıqda  aparılan  yoxlama  zamanı 

dağ-keçisi  (bezoar  keçisi)  96,  qaban 

360, cüyür 320, ayı 110 baş, eləcə də 

çoxlu sayda canavar, porsuq, dələ, qır-

qovul, kəklik qeydə alınmışdır.

  İşğalçı  dövlət  beynəlxalq  hüquq 

normalarına,  zəbt  olunan Azərbaycan 

torpaqlarından  Ermənistan  qoşunla-

rının  qeyd-şərtsiz  çıxarılmasına  dair 

BMT-nin  qətnamələrinə  məhəl  qoy-

mayaraq  hazırda  Laçında  qanunsuz 

məskunlaşma aparır. 

Bu gün hər bir azərbaycanlı Qara-

bağın işğal altından qurtulacağı günü 

gözləyir.

Qarabağa böyük qayıdışın olacağı-

na hamımız inanırıq.



Ə d ə b i y y a t

Ağamirzə, T. Ermənilər 

həmişə Laçına yiyələnmək 

arzusunda olmuşlar  

/T.Ağamirzə //Vətən səsi.- 

2011.- 13 may.- S.3.

Qaraca, B.Şuşadan, Ağ-

damdan keçən yol : Laçı-

nın işğalından 23 il keçir 

/B.Qaraca //Azərbaycan 

.-2015.- 17 may.- S.11.

Laçın rayonunun 

Ermənistan silahlı 

qüvvələri tərəfindən işğal 

edilməsinin iyirmi ikinci 

ildönümü ilə əlaqədar 

Bakıda anma mərasimi 

keçirilmişdir //Azərbaycan 

.-2014.- 17 may .- S.3.

Laçın rayonu //Qarabağ: 

yaddaş.- Bakı, 2010.- 

S.63-82. 

Sarıyeva, İ.Laçının 

işğalı - Azərbaycan 

dövlətçilik tarixində 

erməni təcavüzünün ən 

ağır təzahürlərindən biri 

kimi.../İ.Sarıyeva //Bakı 

xəbər .-2015.- 18 may.- S. 

11.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.lachin-ih.gov.az 

17

189

Tarixdə bu gün

Respublika Günü

1990

MA

Y

1918-ci il may ayının 28-də Azərbaycan Xalq 

Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində 

ilk dünyəvi demokratik dövlət yaradılmışdı. Bu res-

publika millətimizin tarixi yaddaşında Azərbaycan 

dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məmməd  Əmin  Rəsulzadə  tərəfindən  əsası 

qoyulan Demokratik Cümhuriyyət Türk və İslam 

dünyasında ilk Parlamentli Respublika və ilk de-

mokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918-ci il may ayının 28-də Azərbaycan milli 

Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın 

şimal  torpaqlarında  Azərbaycan  Demokratik 

Cümhuriyyəti  yarandığını  elan  etmişdi.  Bu  ta-

rixi  sənədə  görə  Azərbaycan  qonşu  xalqlar 

və  dövlətlərlə  dostluq  münasibəti  quracaqdı. 

Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq 

cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti 

millət, məzhəb, sinif və cins fərqi görməmiş və bü-

tün vətəndaşların siyasi hüquqlarını təmin etmiş-

di.

Azərbaycan  müvəqqəti hökumətinin ilk başçısı 



isə Fətəli Xan Xoyski seçilmişdi. 10 gün Milli Şura 

Tiflisdə  işlədikdən  sonra  Gəncəyə  köçürülmüş, 

yalnız  1918-ci  ilin  sentyabrında Türkiyə  ordusu-

nun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən 

təmizləndikdən  sonra  milli  hökumət  Gəncədən 

Bakıya köçmüşdü.

Müstəqil  Azərbaycan  Cümhuriyyəti  qısa  öm-

rundə böyük nailiyyətlər və qalibiyyətlər əldə et-

mişdir. 96 il bundan əvvəl ilk dəfə qadınlara se-

çim  hüququ  tanıyan  və  qadın-kişi  bərabərliyini 

təmin  edən  Müstəqil  Azərbaycan  Cümhuriyyəti, 

o cümlədən milli ordu, milli pul, demokratlaşma, 

milli  bank,  azad  seçkilər,  beynəlxalq  əlaqələr  və 

beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan is-

tiqlalının  tanınması,  Azərbaycanın  bütövlüyünü 

təmin etmək, iqtisadi islahatları həyata keçirmiş-

dir. 

Azərbaycan  Demokratik  Respublikasını  rəsmi 



surətdə  1918-ci  il  iyun  ayının  4-də  tanıyan  ilk 

dövlət Osmanlı dövləti olmuşdur. 

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin 

təklifi əsasında Azərbaycan Demokratik Respubli-

kasının üç rəngli bayrağı qəbul edilmişdir. O za-

mana qədər Azərbaycan Demokratik Respublika-

sının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan  Demokratik  Respublikası  gərgin 

və  mürəkkəb  ictimai-siyasi  şəraitdə  cəmi  23  ay 

fəaliyyət  göstərə  bilmişdi.  Təəssüflər  olsun  ki, 

Müstəqil  Azərbaycan  Cümhuriyyəti  iki  yaşına 

çatmadan bolşeviklərin hücumuna məruz qalmış, 

müvəqqəti  olaraq  devrilmişdi.  Sovetlər  Birliyi 

Azərbaycanı    məcburi    surətdə    öz  tərkibinə  da-

xil  etmişdi.  Bolşeviklər  tərifindən  devrilməsinə 

baxmayaraq,  istiqlal  ideyası  yenilməmiş  və 

M.Ə.Rəsulzadənin  “BİR  KƏRƏ  YÜKSƏLƏN 

BAYRAQ, BİR DAHA ENMƏZ” şüarı öz əksini 

tapmış  və  nəhayət,  1991-ci  ildə  Sovet  İmperi-

yasının  dağılması  ilə  Azərbaycan  yenidən  öz 

müstəqilliyini elan etmişdir.

1990-cı  ildən  Respublika  günü  –  dövlət 

müstəqilliyinin bərpa edilməsi günü, dövlət bayra-

mı kimi qeyd edilir.



Ə d ə b i y y a t

Müstəqilliyimizin təntənəsi: [Mətn] Müdafiə Nazirliyinin hərbi 

hissə və birləşmələrində 28 May-Respublika Günü geniş qeyd 

olunub//Azərbaycan ordusu .-2015.- 30 may.- S.4.www.anl.az

www.az.wikipedia.org

28

190

İYUN

 

 



Ç. 

C.A. 


C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 


B.E.

Ç.A.


Ç. 

C.A.








10 

11 


12 

13 


14 

15

 



16 

17 


18 

19 


20 

21 


22 

23 

24 


25 

26 


27 

28 


29

30 

®

Uşaqların Bеynəlxalq Müdafiəsi Günü 



• 

(01.06.1950)

Ətraf Mühitin Mühafizəsi Günü (05.06.1972)

• 

Milli Qurtuluş Günü (15.06.1993)

• 

Milli Silahlı Qüvvələr Günü (26.06.1918)

• 

Narkоmaniyaya və Narkоbiznеsə qarşı 

• 

Bеynəlxalq Mübarizə Günü  (26.06.)

Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə 

respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, 

şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə 

hazırlanması  və  müxtəlif  dillərə  tərcümə  edilməsi,  habelə  dünyanın 

mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarıl-

ması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mü-

hüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri 

müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq 

məfkurəsi işığında tədqiqini gözləyir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

1 iyun


Gün çıxır 06:123 

Gün batır 21:24

30 iyun

Gün çıxır 06:13  



Gün batır 21:35

22 may


21 iyun

əkizlər bürcünün 

Nişanı Havadır. 

Merkurinin 

himayəsindədir. 

Günəşin 


əkizlər bürcünə 

keçdiyi dövrdə 

doğulanlar çox 

ağıllı olub hər 

şeyi bilməyə 

həvəs göstərir, 

şəraitə asanlıqla 

uyğunlaşırlar. 



875 il

1141-1209

Nizami Gəncəvi

191

Dünya ədəbiyyatı

Rus  yazıçısı,  ədəbi  tənqidçi,  publisist  Belinski  Vissarion  Qriqoryeviçin 

(11.06.1811-07.06.1848) anadan olmasının 205 illiyi

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Xalq  rəssamı  Rzaquliyev  Elbəy  Mirzə  Həsən  oğlunun  (17.06.1926-

15.09.2007) anadan olmasının 90 illiyi

Əməkdar  memar  Yüzbaşov  Faiq  Hüseyn  oğlunun  (25.06.1946)  anadan 

olmasının 70 illiyi

Musiqi.Opera.Balet

Xalq  artisti,  dirijor,  professor  Əzimov  Nəriman  Abbasqulu  oğlunun 

(01.06.1936) anadan olmasının 80 illiyi

Əməkdar  artist,  xanəndə  Mehrəliyeva  Fatma  Yusif  qızının  (04.06.1926-

04.01.2000) anadan olmasının 90 illiyi

Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Qasımova Xuraman Əkrəm 

qızının (06.06.1951) anadan olmasının 65 illiyi 

Xalq  artisti,  tarzən  Bayramov  Həbib  Əbdülhüseyn  oğlunun  (14.06.1926-

15.08.1994) anadan olmasının 90 illiyi

Xalq  artisti,  bəstəkar  Cahangirov  Cahangir  Şirgəşt  oğlunun  (20.06.1921-

25.03.1992) anadan olmasının 95 illiyi

Teatr.Kino

Xalq artisti Xanızadə Hamlet Bəbir oğlunun (05.06.1941-23.02.1990) anadan 

olmasının 75 illiyi

Əməkdar  incəsənət  xadimi,  ssenarist,  rejissor,  kino  redaktoru  Fətəliyev 

Ramiz Məmmədəli oğlunun (07.06.1946) anadan olmasının 70 illiyi


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin