Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Həsənov İlham Gülbala oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və
şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.-
(Ölümündən sonra).
Əsgərov, V. Həsənov İlham Gülbala oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.111.
Həsənov İlham Gülbala oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; tərt.
ed. H.Həmidova.- Bakı, 2008.- S. 81-82.
Seyidzadə, M. Həsənov İlham Gülbala oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.85.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
6
Milli Qəhrəman
175
Siyasət.Hüquq.Hərbi iş
105
illiyi
Akim Abbasov
1911-1992
MA
Y
Akim Əli oğlu Abbasov 1911-ci il
may ayının 25-də Naxçıvan Muxtar
Respublikasında anadan olmuşdur.
1927-ci ildən ordu sıralarında xidmət
etmiş, 1930-cu ildə Bakı, 1932-ci
ildə Tiflis hərbi məktəblərini, 1956-cı
ildə isə M.V.Frunze adına Hərbi Aka-
demiyanı bitirmişdir. 1934-cü ildə
Tiflis Hərbi Dairəsinin bölmələrinin
birində xidmət etməyə başlamışdır.
Hərbi qulluğunun ilk illərində taqım
komandiri təyin olunmuşdur. Böyük
Vətən müharibəsində (1941-1945)
76-cı diviziyanın heyətində Qərb
cəbhəsində döyüşlərdə iştirak et-
miş, 1942-ci ildə 402-ci milli atıcı
diviziyası qərargahında əməliyyat
şöbəsinin rəisi, sonralar polk koman-
diri təyin olunmuşdur. Müharibədən
sonrakı illərdə polk komandiri, ta-
qım komandirinin müavini və ko-
mandir vəzifəsində işləmişdir. 1956-
cı ildə general-mayor hərbi rütbəsi
almışdır. 1956-1967-ci illərdə bir
sıra hərbi birləşmənin komandiri ol-
muşdur.
1967-ci ildə ehtiyata çıxandan
sonra Akim Abbasov Azərbaycan
SSR Avtomobil Nəqliyyatı (indiki
AR Nəqliyyat Nazirliyi) nazirinin
müavini, sonralar Azərbaycan Sülhü
Müdafiə Komitəsi Sülh fondunun
məsul katibi vəzifəsində işləmişdir.
Nəqliyyat Nazirliyində 9 ildən artıq
çalışmışdır. Kadrların seçilməsi, on-
ların tərbiyə edilməsi və fəaliyyətinə
nəzarət işi məhz Akim Abbasova
həvalə edilmişdi.
General mayor Akim Abba-
sov Azərbaycan SSR Ali Soveti-
nin (4-6-cı çağırış) deputatı olmuş,
Azərbaycan KP-nin 22 və 24-cü
qurultaylarında MK-nın üzvü seçil-
mişdir.
İstər müharibə illərində, istərsə
də müharibədən sonrakı dövrdə
Akim
Abbasovun
xidmətləri
yüksək qiymətləndirilmişdir. 7
dəfə Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin Fəxri fərmanı,
3 dəfə Azərbaycan KP MK və
Azərbaycan SSR Nazirlər Sovetinin
Fəxri fərmanı ilə təltif olunmuşdur.
Bununla yanaşı gənclər arasında
hərbi vətənpərvərlik tərbiyəsi işinin
genişləndirilməsində xidmətlərinə
görə Azərbaycan LKGİ MK-nın 3
Fəxri fərmanına layiq görülmüşdür.
İki “Qırmızı Bayraq”, iki “Qırmızı
Ulduz” ordenləri, habelə medallarla
təltif olunmuşdur.
Akim Abbasov 1992-ci il fevral
ayının 29-da Bakı şəhərində vəfat
etmişdir. 1989-cu ildə Bakı şəhər
Veteranlar şurasının sədri, həmin
ildə Sovet Müharibə Veteranları
Komitəsinin üzvü olmuşdur.
Ə d ə b i y y a t
Kazımov, İ. General Akim
Abbasov.- Bakı: Qorqud,
1995.- 40 s.
Akim Abbasov: Azərbaycan
Sovet Ensiklopediyası:10
cildə.-Bakı, 1976.- C.1.-
S.13.
Abbasov Akim Əli oğlu
(25.05.1911-29.02.1992)
//Naxçıvan ensiklopediyası
/red. hey. C.Əliyev [və b];
AMEA.- B.: AMEA, 2002.-
S.8.
Абасов М. Дороги
генерала Акима Аббасова
/М.Абасов.- Баку, 1996.-56
с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
25
Hərbçi
176
Tarix
60
illiyi
Kərim Şükürov
1956
MA
Y
Kərim Kərəm oğlu Şükürov 1956-cı
il may ayının 10-da Bərdə rayonunda
anadan olmuşdur. 1962-1972-ci illərdə
Bərdə rayon 1 saylı orta məktəbdə
təhsil almış, sonra ADU-nun (indiki
BDU) tarix fakültəsinə daxil olmuşdur.
1977-ci ildə universiteti fərqlənmə dip-
lomu ilə bitirərək, 1977-1980-ci illərdə
Bərdə şəhər 1 saylı orta məktəbdə
müəllim, direktor müavini, Bərdə ra-
yon Komsomol Komitəsinin ikinci ka-
tibi vəzifələrində çalışmışdır.
1980-ci ilin sentyabrında ADU-
nun aspiranturasına daxil olmuş,
1983-cü ildə burada müəllim kimi
fəaliyyət göstərmişdir. 1983-1989-cu
illərdə SSRİ tarixi, 1990-cı ildən isə
Azərbaycan tarixi kafedrasında peda-
qoji fəaliyyətini davam etdirmişdir.
BDU-nun
Tarix
fakültəsinin
nəzdində “Dünya azərbaycanlıları:
tarixi-demoqrafiya” elmi-tədqiqat labo-
ratoriyasının təşkilatçılarından olmuş
və bu təşkilata rəhbərlik etmişdir.
1984-cü ildə namizədlik, 2007-
ci ildə isə doktorluq dissertasiyası
müdafiə etmişdir. “Türk xalqları XVI-
XX yüzilliklərdə: say dinamikası (Çar
Rusiyası və Sovetlər İttifaqı üzrə)”
(Bakı, 1997), “Azərbaycan tarixi: üç
hissədə”, I-III hissələr (Bakı, 1994-
2004),
“Azərbaycan
əhalisi:
öyrənilməsi tarixi və qaynaqları (qədim
zamanlardan müasir dövrədək)” (Bakı,
2004), “Türkmənçay-1828. Tari-
xi xronika” (Bakı, 2006), “Qarabağ:
real tarix, faktlar və sənədlər” (Bakı,
2005, Y.Mahmudovla birgə), “Naxçı-
van: tarixi və abidələri”, (Bakı, 2007.
Y.Mahmudovla birgə) adlı 11 kitab
və monoqrafiyanın, 280 məqalənin
müəllifidir. Kitab və məqalələri rus, in-
gilis, alman, ərəb və fars dillərində də
nəşr edilmişdir.
Görkəmli alim həm respublika, həm
də beynəlxalq elmi konfranslarda işti-
rak etmişdir. Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Ko-
missiyasının Tarix və Siyasi elmlər üzrə
Ekspert şurasının və AMEA-nın Tarix
İnstitutunun Elmi Şurasının üzvüdür.
Tarix elminin təbliği sahəsində də
geniş iş aparmış, AzTV-də həftəlik
“Azərbaycan tarixi” verilişinin aparı-
cısı, “Erməni soyqırımı. Türkün sözü”
(2001), “Azərbaycan xanlıqları: Nax-
çıvan və İrəvan xanlıqları” 5-ci film
(2003), “Azərbaycan xəritəsi” (2006)
və bir sıra sənədli filmlərin redaktoru
olmuşdur.
Azərbaycan Respublikası Pre-
zidentinin 25 may 2012-ci il tarixli
Sərəncamı ilə Qarabağın, Naxçıvanın
və İrəvan xanlığının tarixinə dair silsilə
əsərlərin müəlliflərindən biri kimi
ona Azərbaycan Respublikasının elm
sahəsində Dövlət mükafatı təqdim edil-
mişdir.
Kərim Şükürov AMEA T.Bakıxanov
adına Tarix İnstitutunun əməkdaşı,
Azərbaycan Turizm İnstitutunun pro-
fessorudur.
Ə d ə b i y y a t
Azərbaycan əhalisi haqqın-
da (əhali poblemlərinə dair
ən mühüm əsərlərlə birgə)
ədəbiyyat: (qədim zaman-
lardan müasir dövrədək):
biblioqrafik göstərici
/K.Şükürov.- Bakı:
Azərbaycan Dövlət Kitab
Palatası, 1997.- 368 s.
Azərbaycan tarixi: üç
hissədə /K.Şükürov.-
Bakı,1998.- H.1.
Elmi-nəzəri və praktik
problemləri.- Bakı: Bakı
Universiteti, 2004.-233
s.; H.2. Ən qədim zaman-
lardan bizim günlərədək:
dövrlər, hadisələr, sinxron-
laşdırılmış cədvəllər.- Bakı:
Şirvannəşr, 1998.- 480 s.
Türkmənçay-1828: Tarixi
xronika /K.Şükürov; elmi
red. Y.Mahmudov; red.
S.Turabova, T.Həmid.-
Bakı: [s.n.], 2006.- 188 s.
20 Yanvar 1990-cı il - döv-
rümüzün ən böyük milli-
azadlıq hərəkatlarından
birinin tarixidir /K.Şükürov
//Səs.-2011.- 20 yanvar.-
S.6.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
10
Alim
177
Fəlsəfə.İqtisadiyyat
95
illiyi
Midhət Ağamirov
1921-1995
MA
Y
Midhət Mirmusa oğlu Ağamirov
1921-ci il (bəzi mənbələrdə 1920)
may ayının 15-də Bakı şəhərində (bəzi
mənbələrdə Şuşa şəhəri göstərilir)
anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra
S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinə (indiki BDU) daxil
olmuşdur. Gənc yaşlarından “Gənc
işçi” qəzetində işləmişdir. Təhsilini
bitirdikdən sonra “Gənc bolşevik”
jurnalında məsul katib, Marksizm-
leninizm İnstitutunun Azərbaycan fi-
lialında (indiki Azərbaycan Respub-
likasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası) çalışmışdır.
15 il həmin institutda böyük elmi işçi
vəzifəsində işləməklə bərabər, res-
publikanın bir sıra ali məktəblərində
fəlsəfə elminin tədrisi ilə məşğul ol-
muş, fəlsəfə kafedralarında assistent,
baş müəllim, dosent və professor
vəzifələrində işləmişdir.
1947-ci ildə “Mirzə Ələkbər Sa-
birin siyasi baxışları” mövzusunda
namizədlik dissertasiyasını müdafiə
etmişdir.
1972-ci ildə M.V.Lomonosov adı-
na Moskva Dövlət Universitetində
“Azərbaycanda marksist-leninçi təlim
uğrunda mübarizə tarixindən” möv-
zusunda doktorluq dissertasiyasını
müdafiə etmişdir.
20 il Azərbaycan SSR EA Fəlsəfə
və Hüquq İnstitutunda baş elmi işçi
vəzifəsində işləmişdir. 1986-cı ildən
ömrünün sonuna kimi Fəlsəfə və ic-
timai fikir tarixi şöbəsinin müdiri ol-
muşdur.
Görkəmli alim XX əsrin əvvəllərində
Azərbaycanda fəlsəfi və ictimai-siyasi
fikrin aparıcı tədqiqatçılarından biri
olmuşdur. Fəlsəfə və Hüquq İnsti-
tutunda işlədiyi müddətdə “Mirzə
Ələkbər Sabirin dünyagörüşü” (1962),
“Azərbaycan ictimai fikrində milli
məsələ” (1963), “Abdulla Şaiqin dün-
yagörüşü” (1983), “Məhəmməd Ha-
dinin fəlsəfəsi” (1987), “Azərbaycan
romantiklərinin dünyagörüşü” (1989)
kimi 10 monoqrafiya və 100-dən
çox elmi məqaləsi çap olunmuşdur.
Onun məqalələri Moskvada “Fəlsəfə
məsələləri” jurnalında, “Moskva Uni-
versitetinin Xəbərləri”ndə çap olun-
muşdur.
Azərbaycanın elm və təhsilinin,
mədəniyyətinin
inkişafındakı
xidmətlərinə görə professor Midhət
Ağamirov 1970-ci ildə “Əməkdar
mədəniyyət işçisi”, 1982-ci ildə isə
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür.
Midhət Ağamirov 1995-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Abdulla Şaiqin dünyagörü-
şü /M.Ağamirov, elmi red.
Y.Qarayev.- Bakı: Maarif,
1983.- 244 s.
Məhəmməd Hadinin
fəlsəfəsi /M.Ağamirov,
rəyçi. F.Ramazanov.-
Bakı:Azərnəşr, 1987.- 270
s.
Ağayev, M. Azərbaycan
fəlsəfəsi tarixinin görkəmli
tədqiqatçısı /M.Ağayev
//Azərbaycan.- 2013.- 16
avqust.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
15
Filosof
178
Fəlsəfə.İqtisadiyyat
110
illiyi
Mehbalı Qasımov
1906-1963
MA
Y
Mehbalı Məhəmməd oğlu Qasımov
1906-cı il may ayının 18-də Naxçıvan
Muxtar Respublikasının Culfa rayo-
nunda anadan olmuşdur. İlk təhsilini
doğma Xoşkeşin kəndində almış, son-
ra Naxçıvan Kənd Təsərrüfatı Tex-
nikumunu bitirmişdir. 1932-ci ildə
Moskva Tarix-Fəlsəfə İnstitutunun
fəlsəfə fakültəsinə qəbul olunmuş və
1937-ci ildə institutu müvəffəqiyyətlə
bitirmişdir.
Pedaqoji
fəaliyyətlə
məşğul olmuş, respublikanın bir sıra
ali təhsil ocaqlarında dialektik və tari-
xi materializmdən dərs demişdir.
1940-cı ildə ordu sıralarına çağı-
rılan Mehbalı Qasımov İkinci Dün-
ya müharibəsinin son günlərinədək
cəbhədə vuruşmuşdur. Müharibədən
qayıtdıqdan sonra 1945-ci ildən
Azərbaycan Elmlər Akademiyasının
(indiki AMEA) Fəlsəfə İnstitutunda
elmi işçi kimi fəaliyyətə başlamış və
maraqlı tədqiqatlar aparmışdır. 1946-
cı ildə “Ömər Xəyyamın fəlsəfi dünya
görüşü” mövzusunda namizədlik dis-
sertasiyasını müdafiə etmişdir. Onun
“Ömər Xəyyamın rübailərində ma-
terializm” (1947), “V.Belinski XIX
əsr rus klassik fəlsəfəsinin görkəmli
nümayəndəsidir”, “M.F.Axundov və
XIX əsrin rus inqilabi-demokratik
estetikası” (1954) kimi əsərləri
mütəxəsissislərin böyük marağına
səbəb olmuşdur.
1956-cı ildə Moskva şəhərində “Ru-
siyanın XIX əsr qabaqcıl ideyalarının
Azərbaycanda ictimai fikrin inkişafına
təsiri” mövzusunda doktorluq disser-
tasiyası müdafiə edərək fəlsəfə elmləri
doktoru elmi adını, 1957-ci ildə isə
professor elmi rütbəsini almışdır.
Mehbalı Qasımov filosof kadr-
ların yetişməsində böyük xidmətlər
göstərmiş, 40-dan artıq elmlər
namizədi və elmlər doktoru yetişdir-
mişdir. Onun təşəbbüsü ilə SSRİ EA
Fəlsəfə İnstitutu və M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin
aspiranturasına azərbaycanlı kadrlar
göndərilmişdir. Görkəmli alim-filosof
respublikanın ictimai-siyasi həyatında
da fəal iştirak etmiş, Azərbaycan SSR
Nazirlər Soveti yanında Ali və Orta
İxtisas Təhsili Komitəsinin İctimai
elmlər şöbəsinə başçılıq etməklə yana-
şı, SSRİ Ali Attestasiya Komissiyası-
nın Fəlsəfə elmləri bölməsinin, bir sıra
elmi jurnalların redaksiya heyətinin
üzvü olmuşdur.
1953-1962-ci illərdə Azərbaycan
Dövlət Universitetində (indiki BDU)
Fəlsəfə kafedrasının müdiri vəzifəsində
çalışmışdır. 6 cildlik “Fəlsəfə tarixi”
dərs vəsaitinin müəlliflərindən biridir.
Fəlsəfə elminə verdiyi əvəzsiz
xidmətlərə, ictimai-siyasi fəaliyyətinə
görə 1963-cü ildə görkəmli alim
“Əməkdar elm xadimi” kimi yüksək
fəxri ada layiq görülmüşdür.
Mehbalı Qasımov 1963-cü ilin iyul
ayında Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycanda este-
tik fikir tarixindən
/M.Qasımov, C.Cəfərov;
red. S.Tarverdiyev.-Bakı:
Azərnəşr, 1964.-79 s.
M.F.Axundov və XIX əsrin
rus inqilabı-demokratik
estetikası /Azərb. SSR EA
Tarix və Fəlsəfə İnstitutu;
[red. Ə.Əhmədov].- Bakı:
Azərb. SSR EA nəşriyyatı,
1954.-82 s.
Fəlsəfi fikir tariximizdə
Qasımov imzası: Ömər
Xəyyamın fəlsəfi dünyasını
öyrənən alim //Azadlıq.-
2013.- 22 iyul.- S.14.
Qasımov Mehbalı
Məhəmməd oğlu //Naxçı-
van ensiklopediyası.- Bakı,
2002.- S.264.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
18
Filosof
179
179
Mədəniyyət.Maarif.Təhsil
80
illiyi
Tofiq Hacıyev
1936
MA
Y
Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı
il may ayının 1-də Cəbrayıl rayonunun
Soltanlı kəndində anadan olmuşdur.
1953-cü ildə Azərbaycan Dövlət Uni-
versitetinin (indiki BDU) filologiya
fakültəsinə qəbul olunmuş, 1958-ci
ildə universiteti fərqlənmə diplomu ilə
bitirmişdir. 1962-ci ildə “Azərbaycan
dilinin Cəbrayıl şivəsi” mövzusunda
namizədlik, 1969-cu ildə isə “XX əsrin
əvvəllərində Azərbaycan ədəbi dili”
mövzusunda doktorluq dissertasiyala-
rını müdafiə etmişdir. 1962-1964-cü
illərdə M.F.Axundov adına Azərbaycan
Dövlət Xarici Dillər İnstitutunda (ADU)
baş müəllim, 1968-1974-cü illərdə ADU
(BDU) filologiya fakültəsində dosent,
1971-1985-ci illərdə isə professor kimi
çalışmışdır.
Azərbaycan türk ədəbi dili tarixi
sahəsində görkəmli mütəxəssis sayılan
T.Hacıyev “Azərbaycan ədəbi dili ta-
rixi” (1976, II hissə 1987), “XX əsrin
əvvəllərində Azərbaycan ədəbi dili”
(1977), “Azərbaycan dili tarixi” (1983,
K.Vəliyevlə birgə), “Azərbaycan dili”
(1993, həmmüəllif), “Molla Nəsrəddinin
dili və üslubu” (1983), “Füzuli: dil
sənətkarlığı” (1994) kimi 20-dən çox
kitab, monoqrafiya və dərs vəsaitlərinin,
400-ə yaxın elmi məqalənin müəllifidir.
Bir müddət Azərbaycan Respubli-
kasının Maarif naziri (indiki Təhsil na-
ziri) vəzifəsində işləmiş, Azərbaycan
dili dərsliklərinin tərtibi və redaktəsi
işində səmərəli əmək sərf etmişdir.
Onun rəhbərliyi ilə “Orta ümumtəhsil
məktəblərinin V-XI sinifləri üçün
türk dili proqramı” (1993-cü ildə
yeniləşdirilmişdir), “Türk dili” (IX, X,
XI sinif - 1994, həmmüəllif) və s. kitab-
lar çap olunmuşdur. 1993-cü ildə Tofiq
Hacıyev BDU-nun Türkologiya kafed-
rasına qayıtmışdır.
Görkəmli akademik Türkiyə Ata-
türk Qurumunun hazırladığı 30 cild-
lik “Türk dünyasının ədəbiyyat
tarixi”, “Üzeyir Hacıbəyov ensiklope-
diyası” (1996), AMEA-nın altı cild-
lik “Azərbaycan ədəbiyyatı tarixi” və
s. əsərlərin müəllifi, ikicildlik “Dədə
Qorqud kitabı ensiklopediyası”nın apa-
rıcı müəlliflərindən və birinci cildinin
(2000) redaktoru olmuşdur.
Tofiq Hacıyev 1998-ci ildə Türkiyə
Cümhuriyyətinin “Ləyaqət nişanı” or-
deni ilə təltif olunmuş, 2002-ci ildə
Türkiyənin Sanatçılar və Yazarlar
Vəqfinin “Türk dünyasına xidmət”
ödülünə, 2004-cü ilin mayında Qaraman
Türk dili mükafatına, iyulun 17-də isə
Atatürk Dil Qurumunun üstün Hizmət
Baratına layiq görülmüşdür.
1999-cu ildə “Azərbaycan Respub-
likasının Əməkdar elm xadimi” fəxri
adına layiq görülmüş, 2014-cü ildə
AMEA-nın həqiqi üzvü seçilmişdir.
Hazırda AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun direktorudur.
Ə d ə b i y y a t
Azərbaycan
dili: ümumtəhsil
məktəblərinin 10-cu sinfi
üçün dərslik /T.Hacıyev,
N.Cəfərov, N.Xudiyev;
elmi red. T.Müzəffəroğlu;
metod. cəhətdən işləyəni
Ə.Abbasov; rəy.:
E.Əzizov, E.Piriyev,
S.İbrahimov.- Bakı: As-
poliqraf, 2009.- 143 s.
Mikayıl Baştunun “Şan
qızı dastanı” və poe-
tikası /T.Hacıyev; red.
N.Qurbanov; AMEA,
Folklor İn-tu.- Bakı:
Təhsil, 2005.- 312 s.
“Molla Nəsrəddin”in dili
və üslubu /T.Hacıyev;
rəy. Q.Xəlilov.- Bakı:
Yazıçı, 1983.- 270 s.
Türk dünyasının
böyük oğlu: [Əli bəy
Hüseynzadə haqında]
/T. Hacıyev //Ədəbiyyat
qəzeti.-2015.- 4 aprel.-
S.5.
Nəbibəyli, Z. Professor
Tofiq Hacıyev Turanın
ziyalısıdır /Z.Nəbibəyli
//Kredo.- 2014.- 25 yan-
var.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
1
Akademik
|