Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə27/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

APREL

2

Ərazisi: 3054 km²

Əhalisi: 85 228 

İşğal tarixi: 02.04.1993

www. kelbecer-ih.gov.az

151

Tarixdə bu gün 

“Molla Nəsrəddin” jurnalı 

1906 

     

APREL

7

110 

illiyi

Azərbaycan  mətbuatı  tarixində  ilk 

satirik  jurnal  olan  “Molla  Nəsrəddin” 

1906-cı  il  aprel  ayının  7-də  Tiflisdə 

“Qeyrət” mətbəəsində nəşrə başlamış-

dır.    XX  əsrin  əvvəllərində Rusiya  və 

Azərbaycanda mövcud olan mürəkkəb 

ictimai-siyasi şəraitdə meydana gəlmiş 

jurnal  müəyyən  fasilələrlə  iyirmi  beş 

il  çap  olunmuşdur.  Əvvəlcə  Tiflisdə 

(370 nömrəsi), az bir müddət Təbrizdə 

(8  nömrəsi),  sonra  isə  Bakıda  (390 

nömrəsi) fəaliyyət göstərmişdir. Jurna-

lın redaktoru böyük ədib, görkəmli sa-

tirik  publisist  Cəlil  Məmmədquluzadə 

olmuşdur.

Həftədə  bir  dəfə  hər  sayı  8  səhifə 

həcmində nəşr olunan rəngli və şəkilli 

satira jurnalında ictimai bəlaların tənqid 

və  ifşası  əsas  yer  tuturdu.  Dövrün  zi-

yalıları  jurnal  vasitəsilə  cəmiyyətdəki 

kəsirləri açıb göstərməklə doğma xalqın 

ictimai-siyasi şüurunu inkişaf etdirmək, 

onu dünyanın ən qabaqcıl, mədəni xalq-

ları sırasına çıxarmaq istəyirdilər.    

Jurnalın “Molla Nəsrəddin” adlandı-

rılması həmişə zülmə, nadanlığa, haq-

sızlığa  gülmüş,  güldürmüş,  düşündür-

müş  şifahi  xalq  ədəbiyyatı  qəhrəmanı 

Molla  Nəsrəddinin  adı  ilə  bağlıdır. 

Mirzə Cəlil də Molla Nəsrəddinin dili 

ilə xalqın dediyini bəyan edir, onu gül-

dürür, düşündürür, həm də yol göstərir.

Jurnal ilk nömrəsindən Azərbaycan 

dilinin  varlığı  və  təmizliyi  uğrun-

da  mübarizə  meydanına  atılmış,  bü-

tün  fəaliyyəti  dövründə  dil  haqqında 

müxtəlif  janrlarda  saysız-hesabsız 

əsərlər  çap  olunmuşdur.  “Molla 

Nəsrəddin”də  atalar  sözləri,  lətifələr, 

poçt qutusu, satirik elanlar, tərcümeyi-

hallar, lüğətlər, bir para hikmətli sözlər, 

tapmacalar, sual-cavab, etiraf və onlar-

la janrlardan istifadə edilmişdir.

Bir neçə qələm sahibi- poeziyamız-

da inqilabi satiranın banisi M.Ə.Sabir,  

ictimai  tərəqqi  yolunu  maarif  və 

mətbuatın  inkişafında  görən  ziya-

lı  Ö.  F.Nemanzadə,  Ə.Haqverdiyev, 

Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi 

və s. kimi ziyalılar “Molla Nəsrəddin” 

səhifələrində öz satirik əsərləri ilə fəal 

iştirak edirdilər. 

“Molla 


Nəsrəddin”in 

yaradı-


cı  heyətində  realist  rəssamların  da 

çox  böyük  rolu  olmuş,  jurnalın  dərin 

məzmunlu  karikaturalarını  Rötter, 

Şmerlinq, Ə.Əzimzadə çəkmiş, Təbriz 

nömrələrinin  rəssamı  isə  Əli  Behzad 

olmuşdur.  

Molla  Nəsrəddin  jurnalı  təkcə 

Azərbaycanda,  Qafqazda    və  Rusi-

yada  deyil, Asiya  və Afrikanın,  Şərqi 

Avropanın  bir  çox  mərkəzlərində, 

Daşkənddə,  Aşqabadda,  Həştərxanda, 

Ufada,  Səmərqənddə,  Tehranda,  İs-

tanbul, Qahirə və s. yerlərdə yayılmış, 

onun müxtəlif millətlərdən milyonlarla 

oxucuları olmuşdur. Jurnalın tarixi döv-

rü, üslub və sənətkarlıq xüsusiyyətləri, 

fikirlərə,  ağıllara  təsiri  ilə  bir  çox 

şərqşünas  alimlər  maraqlanmış,  jurnal 

haqqında  məqalələr,  tədqiqat  əsərləri 

yazmışlar.

“Molla  Nəsrəddin”  jurnalının  yeni 

nəşrinin meydana çıxması Azərbaycan 

Republikası  Prezidenti  cənab  İlham 

Əliyevin  imzaladığı  “Azərbaycan 

dilində  latın  qrafikası  ilə  kütləvi 

nəşrlərin həyata keçirilməsi haqqında” 

12 yanvar 2004-cü il tarixli Sərəncamı 

ilə bağlıdır. 



Ə d ə b i y y a t

“Molla Nəsrəddin” jurna-

lı və Gəncə ədəbi mühiti: 

filol. üzrə fəls. d-ru e. dər. 

al. üçün təq. ed. dis-nın 

avtoreferatı : 5716.01 /S. 

A. Namazova; AMEA, 

Nizami ad. Ədəbiyyat İn-

tu.-Bakı: 2014.-22 s.

“Molla Nəsrəddin” 

dərgisinin yaranma tarixi 

//Ədəbiyyat qəzeti .-2014.- 

11 aprel.- S.2.

“Molla Nəsrəddin” İslam 

dünyasında böyük bir 

yenilik idi//Mədəniyyət 

.-2015.- 23 yanvar.- S. 10.

www.anl.az/down/

meqale/.../74185.htm 

https://az.wikipedia.

org/.../Molla_Nəsrəddin_

(ju..

https://www.face-

book.com/.../Molla-

Nəsrəddin-...

152

Tarixdə bu gün

Tarixi Abidələrin Mühafizəsi Günü

1983  

APREL

Aprelin  18-i  dünyada  Beynəlxalq 

Abidələr  və  Tarixi  Yerlər  Günü  kimi 

qeyd olunur.

Bu  əlamətdar  gün  Tarixi Yerlər  və 

Abidələrin Mühafizəsi Şurasının (İCO-

MOS) təklifi üzrə UNESCO tərəfindən 

1983-cü ildə təsis olunmuşdur. Məqsəd 

insanların diqqətini abidələrin və tarixi 

yerlərin qorunmasına yönəltməkdir.

Abidələr  və  tarixi  yerlər  öz 

görkəmləri  ilə  xalqlara  hər  an  kimli-

yini,  nəyə  qadir  olduğunu  xatırladır, 

vətən sevgisi və ona sadiqlik hisslərini 

aşılayır.  Xalqın  mənəvi  xəzinəsinin, 

“mən”inin  cəmləşdiyi  bu  maddiyyat 

insanlara  ulu  əcdadlarından  danışır, 

milli  özünüdərkin  formalaşmasında 

mühüm rol oynayır. Abidələrin və tari-

xi yerlərin dağıdılması xalqın, millətin 

varlığının məhvi deməkdir.

Hazırda  dünyada  minlərlə  abidə 

məhv  olmaq  təhlükəsindədir.  Bu  ba-

xımdan Beynəlxalq Abidələr və Tarixi 

Yerlər Gününün təsis olunması böyük 

əhəmiyyətə malikdir.

Ölkəmizin hər yerində yaşı əsrləri və 

minillikləri  əhatə  edən  tarixi  abidələr 

mövcuddur.  Bütün  bunlar  xalqımızı 

torpağa, əcdadlarına bağlayan qırılmaz 

bağlardır. Azıx mağarasından tapılmış 

və azıxantrop adlandırılan qədim insa-

nın  çənə  sümüyü  Azərbaycanın  dün-

yada ən qədim ibtidai məskənlərindən 

biri  olmasını  sübut  edir.  Qobustanda 

aşkar  edilmiş  yaşayış  məskənləri  bu 

ərazidə ən qədim dövrlərdən insanların 

məskunlaşdığını təsdiqləyir.

Ölkəmizin  ərazisində  Manna, 

daha  sonralar  cənubda  Atropate-

na  dövlətlərinin  yaranması  ilə  bağ-

lı  şəhərlər  salınıb,  müdafiə  tikililəri, 

əzəmətli  qala  divarları  inşa  edilmiş-

dir.  Qafqaz  Albaniyası  dövründə 

şəhərsalma sahəsində mühüm addımlar 

atılmışdır.  Qəbələ  şəhərinin  möhkəm 

qala divarları, saxsı borularla çəkilmiş 

su  kəməri,  Dəmirqapı  keçidində  daş-

dan  tikilmiş  müdafiə  sistemi,  Çıraq-

qala,  Ləkit  kəndindəki  dairəvi  xristi-

an məbədi və digər yerlər şəhərsalma 

mədəniyyətinin  yüksək  səviyyəsini 

göstərir. Ümumiyyətlə, islamdan əvvəl 

və sonra ölkəmizin ərazisində qiymətli 

abidələr inşa olunmuşdur. Orta əsrlərə 

aid  abidələr  (Möminə  Xatun,  Qara-

bağlar, Gülüstan, Bərdə türbələri, Şir-

vanşahlar sarayı, Şəki xan sarayı, Şuşa 

şəhərinin abidələri və s.) nəinki Şərq, 

hətta  dünya  memarlığının  ən  gözəl 

incilərindəndir. Bu məqamda ulu öndər 

Heydər  Əliyevin  müdrik  kəlamlarını 

qeyd  etmək  yerinə  düşər:  “Biz  tarixi 

keçmişimizə nəzər salarkən, ulu baba-

larımızın yaratdığı və indiyə qədər ya-

şayan  abidələrlə,  qalalarla,  şəhərlərlə, 

heykəllərlə,  yollarla-yaradılan  hər 

bir  şeylə  fəxr  edir  və  bunları  yara-

danları  daim  xatırlayır,  onlara  öz 

minnətdarlığımızı bildiririk”.

Abidələr  və  tarixi  yerlərimizin 

məhv olmaq təhlükəsi ölkəmizin bəzi 

bölgələrindən  də  yan  keçməyib.  Tor-

22

18


153

Ə d ə b i y y a t 

Kazımzadə, E. Azərbaycanın qoruq-muzeyləri və onların milli mənəvi dəyərlər sistemində yeri: kulturol. üzrə fəls. 

d-ru e. dər. a. üçün təq. ed. dis-nın avtoreferatı: 24.00.03. /E.Kazımzadə; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Döv. 

Mədəniyyət və İncəsənət Un-ti.- Bakı, 2011.- 19 s.

Tаrixin dаş yаddаşı: metоdik vəsаit /tərtibçi G.Səfərəliyeva; red.: K.Tahirov; M.F.Axundov adına Azərbaycan Milli 

Kitabxanası.- Bakı, 2009.- 67 s.

İlyasov, Z. Tarixi abidələrin ensiklopediyası hazırlanır /Z.İlyasov //İqtisadiyyat.-2012.- 27 aprel-3 may.- S.8.

Nərimanoğlu, M. Minilliklərin yadigarları, yaxud da daşlaşmış mədəniyyət nümunələri: 18 aprel Abidələrin Beynəlxalq 

Mühafizə Günüdür /M.Nərimanoğlu //Azərbaycan.- 2012.- 18 aprel.- S.7.

“Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri”: Qoruq və tarixi abidələrin mühafizləri üçün seminar-treninq 

//Mədəniyyət.-2014.- 8 avqust.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

paqlarımızın  20  faizini  işğal  etmiş  Ermənistanın 

hərbi birləşmələri milli mədəniyyət abidələrimizi 

qəddarcasına  dağıtmışlar.  Erməni  terrorçuları 

tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaq-

ları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 

13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 

292  ölkə,  330  yerli  əhəmiyyətli  memarlıq,  arxe-

oloji,  bağ,  park,  monumental  və  xatirə  abidələri, 

15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin 

bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 

22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də 

düşmən tapdağı altındadır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2011-ci  il  2  avqust  tarixli  Qərarı  ilə  təsdiq  edil-

miş  dövlət  tərəfindən  mühafizə  olunan  daşınmaz 

tarix və mədəniyyət abidələrinin siyahısında Qo-

bustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, 

“İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 

93  ölkə,  2568  yerli  əhəmiyyətli,  “Qala”  Tarix-

Etnoqrafiya  Qoruğunda  7  ölkə,  234  yerli,  “Nar-

daran”  Tarix-Mədəniyyət  Qoruğunda  1  dünya,  5 

ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğun-

da 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmış-

dır.  Son  illər  ərazidə  1700-dək  yeni  abidə  aşkar 

olunub.  Tariximizin  təcəssümü  olan  bu  abidələr 

turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Tarixi  abidələrimizin  qorunması  və  gələcək 

nəsillərə çatdırılması sahəsində dövlətimizin baş-

çısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı 

Mehriban Əliyevanın ölkə daxilində və xaricində 

həyata  keçirdikləri  böyük  işlər  hər  kəs  üçün  ən 

gözəl örnəkdir.

İçərişəhər  memarlıq  kompleksi,  Qobustan 

Dövlət  Tarixi-Bədii  Qoruğu  UNESCO-nun  Dün-

ya  İrsi  Siyahısına  daxil  edilmişdir.  Qobustandakı 

muzey 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri 

sırasında  olmuşdur.  Hazırda  digər  tarixi  yerlər 

və  abidələrimizin  də  bu  siyahıya  daxil  edilməsi 

istiqamətində böyük işlər aparılır.

Milli  mədəni  irsin  qorunmasını  təmin  etmək, 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf 

Konsepsiyasını  həyata  keçirmək  məqsədilə 

Azərbaycan  Respublikası  Prezidentinin  2013-

cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olun-

muş “Daşınmaz tarix və mədəniyyət abidələrinin 

bərpası, qorunması, tarix və mədəniyyət qoruqla-

rının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına 

dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə 

bundan sonra görüləcək işlərin istiqamətini dəqiq 

müəyyən  edən  qiymətli  bir  sənəddir.  Bu  sənədə 

daşınmaz  tarix-mədəniyyət  abidələrinin  yeni  si-

yahısının  tərtibi,  bərpa-konservasiya  işlərinə  dair 

normativ  sənədlərin  beynəlxalq  standartlara  uy-

ğunlaşdırılması, qoruqların  maddi-texniki bazası-

nın  gücləndirilməsi,  yüksəkixtisaslı  kadrların  ha-

zırlanması,  beynəlxalq  təşkilatlarla  əməkdaşlığın 

inkişafı kimi vacib məsələlər daxil edilmişdir.



154

Tarixdə bu gün

Beynəlxalq Kitab və Müəllif 

Hüquqları Günü 

1996 

APREL

Kitab və müəlliflik yaranma anın-

dan  bir-biri  ilə  ayrılmaz  əlaqədə, 

daimi təmasda olan və bir-birini ta-

mamlayan anlayışlar, məfhumlardır. 

Əslində  isə  müəlliflik  hüququ 

əsər  anlayışı  ilə  bağlı  olduğun-

dan  onun  tarixi  daha  qədimdir,  in-

san  mədəniyyətinin  və  biliklərin 

uzaq 


keçmişindən 

bəhrələnən 

məhsuldur.  Antik  zamanlarda  ya-

zının  kəşfi,  ieroqlifik  yazının  əlifba 

yazısına  çevrilməsi  şəxsi  müəlliflik 

dərketməsini  təsdiqləmişdi.  Elə 

bu  səbəbdən  də  tam  haqlı  olaraq, 

müəlliflik  hüququnun  başlanğıc-

ları  antik  zamanlardan  hesablanır. 

Müasir  müəlliflik  hüququnun  for-

malaşması  isə  məhz  XV  əsrdə  ki-

tab  nəşri  və  tipoqrafiya  işinin  ixti-

rası  ilə  bağlıdır.  Qutenberqin  kəşfi 

müəllifliyi  çap  formasında  kütləyə 

çatdırma  imkanını  yaratd  və  kitab 

nəşrinə olan marağı əqli ehtiyacları 

təmin edən XV əsrdə yaranan və ki-

tabı  əmtəə  vasitəsinə  çevirən  bazar 

münasibətləri tərəfindən stimullaşdı-

rıldı. UNESCO-nun 1996-cı il tarix-

li qərarı ilə hər il bütün dünyada 23 

aprel  Beynəlxalq  Kitab  və  Müəllif 

Hüquqları    Günü  kimi  qeyd  edilir. 

YUNESKO-nun məlumatına əsasən 

23 aprel tarixi İspaniya əyaləti Kata-

loniya ilə bağlıdır və Müqəddəs Ge-

orgi günü kimi səciyyələnir. Həmin 

gün hər hansı satılan kitaba ənənəvi 

olaraq  bir  qızılgül  qoşulurmuş. 

Digər  əsaslı  səbəb  bir  sıra  məşhur 

yazıçı  və  şairlərin  anadan  olma  və 

ya vəfat etmə (Migel de la Servante-

sin, Vilyam Şekspirin, Moris Dryü-

onun,  İnka  Qarsilaso  de  la  Veqa, 

Vladimir Nabokovun, Azərbaycanın 

məşhür  sərkərdəsi,  artilleriya  üzrə 

dərsliklərin müəllifi general Şıxlins-

kinin) tarixi ilə bağlıdır.

Son illər Azərbaycan rəhbərliyinin 

uzaqgörən  daxili  və  xarici  siyasəti 

nəticəsində 

müəllif 


hüquqları 

sahəsində  ölkəmizin  beynəlxalq 

əlaqələri genişlənmişdir. Azərbaycan 

1996-cı  ildən  Ümumdünya  Əqli 

Mülkiyyət Təşkilatının üzvü,  Ədəbi-

bədii  əsərlərin  qorunması  haqqında 

Bern  Konvensiyasına  və  Müəlliflik 

hüququ haqqında Ümumdünya Kon-

vensiyasına daxil olmuşdur. Eləcədə 

bir sıra digər ikitərəfli və çoxtərəfli 

müqavilələrin iştirakçısıdır.

“Müəlliflik  hüququ  və  əlaqəli 

hüquqlar  haqqında”  (1996),    “Əqli 

mülkiyyət  hüquqlarının  təminatı  və 

piratçılığa  qarşı  mübarizə  haqqın-

da”  (2012)  Azərbaycan  Respubli-

kasının Qanunları  bu sahədə dövlət 

siyasətinin əsas  göstəricisidir.Qeyd 

edək  ki,  dünyada  “Ümumdünya 

kitab  və  müəllif  hüquqları  günü” 

mövzusunda tədbirlər 1996-cı ildən, 

Azərbaycanda isə 2001-ci ilin 23 ap-

rel tarixindən keçirilir.

23

Ə d ə b i y y a t

Əliyeva, M. Kitaba 

hörmət müqəddəs 

borcdur: 23 aprel Dünya 

Kitab və Müəllif Hüquq-

ları Günüdür /M.Əliyeva 

//Mədəniyyət.- 2014.- 23 

aprel.- S.15.

“Mədəni irsin qorunma-

və erməni saxtakar-

lıqları”: Bakıda Dünya 

Kitab və Müəlliflik Hü-

ququ Günü münasibətilə 

konfrans keçirilib //

Mədəniyyət .-2014.- 25 

aprel.- S. 4.

Mehparə. 23 aprel 

“Dünya kitab və müəllif 

hüquqları günü”dür        

/Mehparə //Mədəniyyət.-

2012.- 20 aprel.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


155

   MA

Y

 

 



 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş.

B. 

B.E. 


Ç.A. 







10 


11 

12 


13 

14 


15 

16 


17 

18 

19 


20 

21 


22 

23 


24 

25 


26 

27 


28 

29

30



31 

®

Şuşanın işğalı günü (08.05.1992)



• 

Faşizm üzərində Qələbə Günü (09.05.1945)

• 

Bеynəlxalq Ailə Günü (15.05.1994)

• 

Laçın rayonunun işğalı günü (17-18.05.1992)

• 

Bеynəlxalq Muzеylər Günü (18.05.1977)

• 

Rеspublika Günü (28.05.1990)

• 

XX əsrin 70-ci illərində respublikamızda klassik ədəbi irsimizin öyrənilməsi 

baxımından tamamilə yeni mərhələ başlamışdır. Həmin mərhələ bilavasitə 

xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Məhz  Ulu 

Öndərin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri 

Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yax-

şılaşdırmaq  tədbirləri  haqqında”  1979-cu  il  6  yanvar  tarixli  qərar  bu 

istiqamətdə qarşıya kompleks vəzifələr qoyaraq dahi şairin irsinin və ümumən 

orta  əsrlər  Azərbaycan  mədəniyyətinin  sistemli  araşdırılması  üçün  geniş 

perspektivlər açmışdır. 1981-ci ilin avqustunda şairin anadan olmasının 840 

illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. 2012-ci 

ildə isə demək olar ki, bütün dünyada Nizami sözünün təntənəsi yaşanırdı. 

YUNESKO-nun baş direktoru İrina Bokovanın Nizami Gəncəvinin 870 illik 

yubileyi münasibətilə bəyanatı, həm də onu sübut etdi ki, Azərbaycan şairi 

bütün dünyaya məxsusdur. Baş direktor Nizaminin yubileyinin keçirilməsini 

mədəniyyətlərarası dialoqa çağırış kimi səciyyələndirmişdi...

68 illik ömründə oxumaqdan yorulmayan, hər gizli xəzinədən bir dürr çı-

xarıb onu ustalıqla sahmana salan, “Oxuyan bəyənib afərin desin” söyləyən 

Nizami indiyədək öz ünvanına ancaq “Əhsən!” dedirdir. Zaman və nəsillər 

dəyişir,  onun  yaradıcılığının  dəyəri,  kəlamlarının  hikməti  zərrə  qədər  də 

azalmır, şair dünya ədəbiyyatına bəxş etdiyi 5 poemadan ibarət “Xəmsə”si, 

“beşliyi” ilə dünyanın beş qitəsini 21-ci əsrdə də heyrətləndirməkdə davam 

edir...

1 may 


Gün çıxır 06:41 

Gün batır 20:53

31 may 

Gün çıxır 06:13  



Gün batır 21:23

21 aprel-  

21 may

Buğa bürcünün 



Nişanı Yerdir. 

Veneranın 

himayəsindədir. 

Günəşin Buğa 

bürcündən 

keçdiyi dövrdə 

doğulanlar 

təbiətcə emosional 

olurlar. 

875 il

1141-1209

Nizami Gəncəvi


156

Milli ədəbiyyat 

Yazıçı,  publisist  Sultanov  Eynəli  bəy  Çölbəyi  bəy  oğlunun  (05.05.1866-

05.06.1935) anadan olmasının 150 illiyi

Əməkdar  mədəniyyət  işçisi,  nasir  Qurbanov  Əhmədağa  Əkbər  oğlunun 

(Əhmədağa Muğanlı) (10.05.1926-04.08.2001) anadan olmasının 90 illiyi

Xalq şairi Rüstəmxanlı Sabir Xudu oğlunun (20.05.1946) anadan olmasının 

70 illiyi

Folklor

Aşıq-şair  Qarayev  Bəhmən  İbrahim  oğlunun  (Aşıq  Bəhmən  Göyçəli) 

(01.05.1901-13.11.1976) anadan olmasının 115 illiyi

Dünya ədəbiyyatı 

Tacikistanın Xalq şairi Tursunzadə Mirzonun (02.05.1911-24.09.1977) anadan 

olmasının 105 illiyi

Hind  yazıçısı,  ictimai  xadim  Taqor  Rabindranatın  (07.05.1861-07.08.1941) 

anadan olmasının 155 illiyi

Rus yazıçısı Bulqakov Mixail Afanasyeviçin (15.05.1891-10.03.1940) anadan 

olmasının 125 illiyi

Qazaxıstanın  Xalq

 

yazıçısı,  şair,  ədəbiyyatşünas,  ictimai-siyasi  xadim 



Süleymenov Oljas Öməroviçin (18.05.1936) anadan olmasının 80 illiyi

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Xalq rəssamı Ağabəyov Mayis Əlişir oğlunun (01.05.1941) anadan olmasının 

75 illiyi

Əməkdar  rəssam  Əzimov  Cəbrayıl  Əlimuxtar  oğlunun  (07.05.1926-

10.07.1969) anadan olmasının 90 illiyi

Musiqi.Opera.Balet

Əməkdar incəsənət xadimi, professor Əzimov Aydın Kərim oğlunun (Aydın 

Əzim Kərimoğlu) (01.05.1946) anadan olmasının 70 illiyi

Teatr.Kino

Xalq artisti, rejissor Dadaşov Soltan Baba oğlunun (27.05.1906-07.09.1969) 

anadan olmasının 110 illiyi

2016


MAY

159


160

161


163

169


170

167


168

166


164

162


165

157

Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin