İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
www.kultaz.com
23
Müğənni
227
Musiqi.Opera.Balet
60
illiyi
Adilə Yusifova
1956
İYUL
Adilə Niyazi qızı Yusifova 1956-
cı il iyul ayının 30-da Bakı şəhərində
anadan olmuşdur. 1975-1980-ci illərdə
Üzeyir Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının bəstəkarlıq şöbəsində,
professor C.Hacıyevin sinfində təhsil
almış, təhsilini fərqlənmə diplomu ilə
başa vurmuşdur. 1975-1999-cu illərdə
Asəf Zeynallı adına Bakı Musiqi Tex-
nikumunda konsertmeystr, nəzəriyyə
fənnlərindən dərs demişdir. 1991-ci
ildən Üzeyir Hacıbəyov adına Bakı Mu-
siqi Akademiyasının Azərbaycan xalq
musiqisinin tarixi və nəzəriyyəsi kafed-
rasında müəllim, 2006-cı ildən dosent,
2012-ci ildən professor vəzifəsində ça-
lışır.
1992-ci
ildən
Azərbaycan
Bəstəkarlar İttifaqının üzvüdür. 1997-
ci ildə dissertasiya işini müdafiə
edərək, sənətşünaslıq namizədi alimlik
dərəcəsini almışdır.
Adilə Yusifova fortepiano ilə orkestr
üçün konsert (1980), fleyta və fortepi-
ano üçün üç miniatür (1981), qoboy
və fortepiano üçün “Triptix” (1981),
Azərbaycan xalq rəqs işləmələri (1981),
kamera orkestri üçün beş konsert pye-
si (1984), “Milli naxışlar” (1993),
İ.Tapdıq və B.Vahabzadənin sözlərinə
uşaq xoru, kvartet və fortepiano üçün
“Bahar nağılı”-7 hissəli kantata (1993),
fleyta və fortepiano üçün “Unudulmuş
duyğu” pyesi (1994), simli kvartet, səs,
klarnet və fortepiano üçün “Biz eyni
səma altındayıq” (1997), tar və forte-
piano üçün “Alov” fantaziyası (2003),
R.Mirzəyevanın sözlərinə “Qadın ob-
razlarının siluetləri” süitası (2003),
(2007), truba, violin və fortepiano üçün
“Reqtaym ruhunda” (2007), soprano,
tenor və fortepiano üçün “Nənə çin san-
dığında” süitası (2009), fortepiano üçün
“İthaf” (Cövdət Hacıyevə həsr olunub
(2012), R.Mirzəyevanın sözlərinə səs,
simli kvartet, qoboy, balaban və for-
tepiano üçün “Xəyallarımdakı şəhər”
fantaziyası (2014) və s. əsərlərini yaz-
mışdır.
Bundan əlavə bəstəkar N.Kərimovla
birlikdə rus dilində “Azərbaycanda
professional təhsilin salnaməsi (1985-
1995-ci illər)”, musiqi təhsil ocaqları-
nın tələbələri üçün “Azərbaycan xalq
melodiyalarının işləməsi və aranji-
manı”, “Azərbaycan bəstəkarlarının
işləmələri” adlı kitablar, Azərbaycan
və rus dillərində “Soltan Hacıbəyov.
Azərbaycan
xalq
melodiyaları-
nın işləməsi” adlı dərs vəsaitini və
rus dilində “Cövdət Hacıyev. Həyat
salnaməsi. Məqalələr. Mülahizələr”
adlı kitabını yazmışdır.
Adilə Yusifova 2011-ci ildə
Azərbaycan Respublikasının Əməkdar
müəllimi fəxri adına layiq görülmüş-
dür.
Ə d ə b i y y a t
Adilə Yusifovanın
“Uşaqlara məhəbbətlə”
uşaq xoru üçün əsərləri
[Notlar]: “xor dirijor-
luğu” ixtisası üzrə təhsil
alan tələbələr üçün
dərs vəsaiti /A.Yusifova,
G.İmanova; red.
G.Abdullazadə; Azərb.
Resp. Təhsil Nazirliyi, Ü.
Hacıbəyov ad. Bakı Musi-
qi Akad.- Bakı: Adiloğlu,
2009.- 100 s.
Azərbaycan
bəstəkarlarınn işləmələri:
ali musiqi məktəbləri
ücün: dərs vəsaiti
/A.Yusifova; elmi red.
R.Zöhrabov.- Bakı: Adi-
loğlu, 2009.- 154 s.
Milli naxışlar [Notlar]
: fortepiano üçün 10
konsert pyesi /A.Yusifova;
red. L.Kazımova; rəssam
Ə.Nərimanbəyova; Azərb.
Resp. Mədəniyyət və
Turizm Nazirliyi.- Bakı:
Təhsil, 2012.- 64 s.
Paralellər [Notlar] :
violino, violonçello,
piano və balaban üçün
/A.Yusifova.- Bakı, 2009.-
58 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
www.kultaz.com
30
Bəstəkar
228
Teatr.Kino
80
illiyi
Rasim İsmayılov
1936-2004
İYUL
Rasim Rza oğlu İsmayılov 1936-
cı il iyul ayının 13-də Bakıda ana-
dan olmuşdur. Kinoya olan sevgisi
1958-ci ildə onu Bakı kinostudiyasına
gətirmiş, orada operator assistenti kimi
işləməyə başlamışdir. 1958-1962-ci
illərdə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun opera-
torluq fakültəsini, məşhur operator
Boris Volçekin sinfini bitirmişdır. Ra-
sim İsmayılovun Moskvada təhsil aldı-
ğı illərdə çəkdiyi kurs işləri artıq onun
peşəkarlığından xəbər verirdi.
1962-ci ildən Azərbaycan Televizi-
yasında çalışmışdır. Burada gənc opera-
torun ssenariləri əsasında “Azərbaycan
raport verir”, “Daha iki nəfər” qısa-
metrajlı bədii televiziya filmləri isteh-
sal olunmuşdur. Rejissor kimi “Mavi
ekranın yolları”, “Şəhərin ritmləri” və
başqa sənədli filmlər çəkmişdir.
Azərbaycan televiziyasında anima-
siya filmlərinin yaradıcılarından biri
kimi də tanınmışdır. 1965-ci ildə “Da-
nışan işıqlar”, 1969-cu ildə “Qırmızılar,
qaralar və başqaları” cizgi filmlərinə
quruluş vemişdir. Onun ssenarisi
əsasında çəkilən bu film-alleqoriya
Kiyevdə “Prometey - 69” festivalında
ən yaxşı rejissor işinə görə diploma
layiq görülmüşdür. Bədii kinoda ope-
rator kimi debüt işi “Cazibə qüvvəsi”
kinoalmanaxında “Dağ meşəsindən
keçərkən” novellasıdır.
Sonralar böyük kinoya vəsiqə almış,
görkəmli rejissor Hüseyn Seyidzadənin
quruluş verdiyi tarixi-inqilabi janrda
çəkilən “Yenilməz batalyon” (1965)
filminin quruluşçu operatoru olmuşdur.
Bu onun böyük kinoda ilk işi idi.
Azərbaycan kinosunun qızıl fondu-
na daxil olan bir çox filmlərə operator
kimi quruluş vermişdir. “Sevil”, “Yeddi
oğul istərəm”, “Axırıncı aşırım”, “Gün
keçdi”, “Nəsimi”, “Dədə Qorqud”,
“Sevinc buxtası”, “Babək” və başqa
filmlərin uğurlu ekran həllini tapma-
sında onun xidmətləri əvəzsizdir.
Sənətkar 68 illik ömrünün 46 ilini
milli kinomuzun inkişafına həsr et-
miş, bu illər ərzində operator kimi 20
bədii, 10 sənədli film, rejissor və sse-
nari müəllifi kimi dörd “Mozalan”, iki
animasiya filmi çəkmişdir.
Quruluş verdiyi son ekran əsəri
1990-cı ildə lentə alınan “Tələ” filmi-
dir.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində peda-
qoji fəaliyyət göstərmişdir. Görkəmli
kinooperator, kinorejissor, ssena-
ri müəllifi Rasim İsmayılov 1976-cı
ildə Azərbaycan SSR-in “Əməkdar
incəsənət xadimi” fəxri adına, 1978-
ci ildə Dövlət mükafatına layiq görül-
müşdür.
Rasim İsmayılov 2004-cü il mart
ayının 3-də vəfat etmişdir.
“Uçan çinarlar” kitabı ölümündən
sonra işıq üzü görmüşdür.
Ə d ə b i y y a t
Bürcəliyeva, Ş. “Xoşbəxtəm
ki, həyatım boyu sevdiyim
işlə məşğul olmuşam” :[ki-
norejissor Rasim İsmayılov
haqqında]/Ş.Bürcəliyeva
//Mədəniyyət.- 2013.- 17
iyul.- S. 12.
Kazımzadə A. Filmləri ilə
kino tarixində yaşayan
sənətkar /A.Kazımzadə
//Mədəniyyət.- 2011.- 30
sentyabr.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.librarything.com
13
Kinooperator
229
Teatr.Kino
90
illiyi
Sədayə Mustafayeva
1926-2004
İYUL
Sədayə İsmayıl qızı Mustafayeva
1926-cı il iyul ayının 15-də Nuxa (in-
diki Şəki) şəhərində anadan olmuşdur.
Beş illik orta təhsilini bitirdikdən son-
ra Şəkidə fəaliyyət göstərən İpəkçilik
kombinatında usta köməkçisi işləməyə
başlamışdır. Sonra 12 yaşında səhnəyə
qədəm qoymuş və ilk obrazı Süleyman
Rüstəmin “Qaçaq Nəbi” tamaşasın-
da Çimnaz rolu olmuşdur. Bir müddət
Şəki Dövlət Dram Teatrında bir-birinin
ardınca maraqlı obrazlar qalereyası ya-
radan Sədayə Mustafayeva daha sonra
fəaliyyətini Ağdaş və Göyçay teatrla-
rında davam etdirmişdir. 1950-ci ilin
mart ayında Gəncə Dövlət Dram Teat-
rının direktoru, respublikanın Xalq ar-
tisti, rejissor Məhəmməd Bürcəliyevin
dəvəti ilə Sədayə xanım Gəncə Dövlət
Dram Teatrına aktrisa kimi dəvət almış-
dır.
Teatrın səhnəsində Sədayə xanım
400-dən artıq maraqlı obrazlar qalere-
yası yaratmışdır. “Vaqif” (Xuraman,
Gulnar); “Aydın” (Gültəkin); “Pəri
Cadu” (Pəri); “Solğun çiçəklər” (Sara,
Pəri, Gülnisə); “Otello” (Emilya);
“III-Riçard” (Yelizaveta); “Sokratla
söhbətlər” (Ksantipa); “İtkin gəlin”
(Səbihə); “Yad qızı” (Həcər xanım);
“Dairəni genişləndirin” (Aliyə); “Dəli
Kür” (Şahnigar); “Atayevlər ailəsi”
(Dilşad xanım); “Xurşudbanu Natəvan”
(Natəvan); “Mahnı dağlarda qaldı”
(Rəxşəndə xanım) və s. pyeslərdə
oynadığı obrazlar aktrisanın yaradı-
cılığının ən gözəl nümunələrindəndir.
Bu gün Gəncə Dövlət Dram Teatrında
fəaliyyət göstərən əksər aktyor və akt-
risa truppası məhz Sədayə Mustafayeva
məktəbinin yetirməsidir.
Həmçinin “Azərbaycanfilm”in is-
tehsalı olan 20-dən artıq bədii filmə
çəkilmişdir. “Biri vardı, biri yoxdu...”da
Qadın, “Qanun naminə”də Xatun, “Mən
ki, gözəl deyildim”də Gözəl, “Şərikli
çörək”də Şamama, “Gün keçdi”də
Əsmərin anası, “Qızıl qaz”da Şəfiqənin
anası, “Var olun, qızlar...”da Rüstəmin
anası, “Firəngiz”də Məsmə, “Ad
günü”ndə Əlinin anası, “Qaynana”da
Mülayim,
“Gümüşü
furqon”da
Mədinənin anası, “Cin mikrorayonda”da
Ana, “Ölsəm bağışla”da Yusifin anası,
“Ağ atlı oğlan”da Mirvari nənə, “Da-
ğıdılmış körpülər”də Əsmər, “Acılar
bitməz”də Orxanın nənəsi, amerika ki-
nemotoqrafçılarının istehsal etdiyi “İlk
körpü” filmində Əsmər və s. rollarını
nümunə göstərmək olar.
O, 1958-ci ildə Əməkdar artist,
1981-ci ildə isə Xalq artisti fəxri adları-
na, həmçinin 2003-cü ildə Azərbaycan
Respublikası
Prezidentinin
Fərdi
təqaüdünə layiq görülmüşdür.
Görkəmli aktrisa Sədayə Mustafa-
yeva 2004-cü il avqust ayının 13-də
Gəncə şəhərində vəfat etmişdir.
2000-ci ildə “Əsgəroğlu” nəşriyyatı
tərəfindən Azərbaycanın xalq ar-
tisti Sədayə Mustafayeva haqqında
teatrşünas-tənqidci Anar Bürcəliyevin
“Səhnə həyat nurumdur” adlı monoqra-
fiyası çap edilmişdir.
Ə d ə b i y y a t
Bürcəliyev, A.Səhnə həyat
nurumdur!: Azərbaycan
Respublikasının Xalq artis-
ti Sədayə Mustafayeva-75;
Azərbaycan Teatrı-125;
Gəncə Dövlət Dram
Teatrı 80 /A.Bürcəliyev;
red. Ş.Əmirli.- Gəncə:
Əsgəroğlu, 2000.- 116 s.
Sədayə Mustafaye-
va /Azərbaycan Teatr
Cəmiyyəti.- Bakı: İşıq,
1982.-[6] s.
Ana obrazlarının mahir
ifaçısı: Unudulmaz aktrisa
//Azadlıq.-2012.- 3 avqust.-
S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.librarything.com
15
Aktrisa
230
17
Milli Qəhrəmanlar
45
illiyi
Kərim Kərimov
1971-1992
İYUL
Kərim Məhəmməd oğlu Kərimov
1971-ci il iyul ayının 2-də Şərur rayo-
nunun Qarahəsənli kəndində anadan
olmuşdur.
Orta məktəbi bitirdikdən son-
ra Tümendə Ali Hərbi Mühəndis
Komandirləri Məktəbinə qəbul olun-
muşdur. Qarabağ hadisələri başlayan-
da K.Kərimov azərbaycanlı tələbələrlə
birlikdə vətənin müdafiəsi üçün
Azərbaycana gəlmişdir. Təhsilini Bakı
Ali Birləşmiş Komandirlər Məktəbində
davam etdirmiş, 1992-ci ildə Biləcəridə
təlim keçdikdən sonra aprel ayının
15-də Goranboy rayonuna yollanmış-
dır. 21 yaşlı K.Kərimov istehkamçılar
bölməsinə komandir təyin olunmuşdur.
1992-ci il may ayının 1-də Tap-
Qaraqoyunlu kəndi ətrafında mina-
lanmış sahələrin zərərsizləşdirilməsi
əməliyyatında Kərim də iştirak etmiş-
dir. Mayın 5-də Goranboy döyüşlərində
qəhrəmancasına həlak olmuşdur. Doğ-
ma kəndi Qarahəsənlidə dəfn olunmuş-
dur.
Azərbaycan Respublikası Prezi-
dentinin 11 sentyabr 1992-ci il tarixli
193 saylı Fərmanı ilə Kərimov Kərim
Məhəmməd oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Qarahəsənli kəndində büstü qoyul-
muşdur. Goranboy və Şərur rayonunda
adına məktəb və küçə var.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Kərimov Kərim Məhəmməd oğlu - istehkamçılar bölməsinin komandiri - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyü-
nün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq
göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Kərimov Kərim Məhəmməd oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.-
S.152-153.
Kərimov Kərim Məhəmməd oğlu (1971-1992) //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası;
tərt. H.Həmidova.- Bakı, 2008.- S.113-114.
Seyidzadə M. Kərimov Kərim Məhəmməd oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.116.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
2
Milli Qəhrəman
231
Milli Qəhrəmanlar
40
illiyi
Samir Zülfüqarov
1976-1995
İYUL
Samir Xəlil oğlu Zülfüqarov 1976-
cı il iyul aynın 3-də Dəvəçi rayonu-
nun Ağbaş kəndində anadan olmuşdur.
Səkkizinci sinfə kimi burada təhsil al-
mış, lakin ailə vəziyyəti ilə əlaqədar
məktəbi yarımçıq qoymuşdur. 1994-cü
ilin avqustunda Dəvəçi rayon Hərbi Ko-
missarlığı tərəfindən Milli Ordu sıraları-
na həqiqi hərbi xidmətə göndərilmişdir.
Samir Zülfüqarov Yaşma qəsəbəsində
yerləşən hərbi hissələrin birində xidmət
etmişdir. Komandirləri nizam-intizamlı,
nümunəvi əsgər olduğunu nəzərə ala-
raq ona qısamüddətli məzuniyyət
vermişdilər. Həmin vaxt respublikada
vəziyyət yenidən gərginləşmişdi. Bir
qrup cinayətkar ünsürlərdən ibarət si-
lahlı dəstə hakimiyyəti ələ keçirmək
üçün dövlət çevrilişi etmək istəyirdi.
Baş verən hadisələrə biganə qala
bilməyən Samir, məzuniyyətini yarım-
çıq qoyub döyüş yoldaşlarının yanı-
na qayıtmış, Milli Ordunun əsgərləri
dövlət çevrilişinə cəhd edən qüvvələrlə
mübarizə aparmış və 1995-ci il 17 mart
tarixində Samir dövlətçiliyimiz uğrun-
da şəhid olmuşdur. Dəvəçi rayonunun
Ağbaş kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Zülfüqarov Samir Xəlil oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Dəvəçi rayon 3 saylı orta məktəb Mil-
li Qəhrəmanın adını daşıyır. Məktəbdə
büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Zülfüqarov Samir Xəlil oğlu-Müdafiə Nazirliyi, sıravi -Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.- (Ölümündən
sonra).
Əsgərov, V. Zülfüqarov Samir Xəlil oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.281.
Seyidzadə M. Zülfüqarov Samir Xəlil oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.223.
Zülfüqarov Samir Xəlil oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.-
Bakı, 2008.- S.203.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
3
Milli Qəhrəman
232
Milli Qəhrəmanlar
55
illiyi
Sadıq Hüseynov
1961-1992
İYUL
Sadıq Dayandur oğlu Hüseynov
1961-ci il iyul ayının 29-da Ağcabədi
rayonunun Xocavənd kəndində anadan
olmuşdur. 1968-1978-ci illərdə həmin
kənddə orta məktəbdə təhsil almışdır.
1980-ci ildə Xankəndi Pedaqoji İnstitu-
tunun İbtidai metodika fakültəsinin qi-
yabi şöbəsinə daxil olmuş, elə həmin il
ordu sıralarına çağırılmışdır.
Sadıq Hüseynov hərbi xidmətini
başa vurduqdan sonra yarımçıq qalmış
təhsilini davam etdirmiş, 1987-ci ildə
institutu bitirərək doğma kəndlərinə qa-
yıtmışdır. Vaxtilə təhsil aldığı məktəbdə
əvvəl pioner baş dəstə rəhbəri, sonra isə
müəllim işləmişdir. 1989-cu ildə DİN-
in sərəncamı ilə Şuşa rayon Daxili İşlər
Şöbəsində sahə müvəkkili vəzifəsinə
təyin edilmişdir. Erməni quldurları Şu-
şaya hücum edəndə Sadıq da digər polis
əməkdaşları kimi şəhərin müdafiəsində
yaxından iştirak etmiş, düşmənə ağır
zərbələr endirmişdir. 29 mart 1992-ci
ildə ağır yaralansa da, yenə də döyüşə
davam etmişdir.
13 aprel 1992-ci ildə erməni silahlı
birləşmələri Şuşanı ağır raket atəşinə
tutmuş, Sadıq Hüseynov yaralı yol-
daşlarını xilas edərək qəhrəmancasına
həlak olmuşdur. Ağcabədi rayonunun
Xocavənd kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli Fərmanı
ilə Hüseynov Sadıq Dayandur oğluna
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmişdir.
Xocavənd kənd orta məktəbi onun
adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Hüseynov Sadıq Dayandur oğlu- Şuşa polis şöbəsinin sahə inspektoru - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]:Azərbaycan Respublikası Prezi-
dentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Hüseynov Sadıq Dayandur oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.-
S.126.
Hüseynov Sadıq Dayandur oğlu //Azərbaycanın Milli Qəhrəmanları / M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; tərt.
H.Həmidova.- Bakı, 2008.- S.91.
Seyidzadə, M. Hüseynov Sadıq Dayandar oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.97.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
29
Milli Qəhrəman
233
Tarix
90
illiyi
Şövkət Tağıyeva
1926-2015
Dostları ilə paylaş: |