143
Riyaziyyat.Fizika.Astronomiya
70
illiyi
Kərim Allahverdiyev
1944
APREL
Kərim Rəhim oğlu Allahverdiyev
1944-cü il aprel ayının 1-də Qərbi
Azərbaycanda anadan olmuşdur.
Rusiyada Lebedev adına Fizika İns-
titutunu bitirdikdən sonra 1967-ci ildən
AMEA-nın Fizika İnstitutunda çalış-
mışdır.
K.Allahverdiyev 1969-1972-ci illər-
də aspiranturanı bitirmiş, 1972-ci ildə
namizədlik, 1981-ci ildə isə doktorluq
dissertasiyalarını müdafiə etmişdir.
1974-1975-ci illərdə Böyük Britani-
ya Oksford Universitetinin Clarendon
laboratoriyasında çalışan alim 1992-
1995-ci illərdə Ankarada Ortadoğu Tex-
niki Universitetinin fizika fakültəsində
professor kimi fəaliyyət göstərmişdir.
1995-ci ildən etibarən TUBİTAK
Mərmərə Araşdırma Mərkəzində şöbə
müdiri, 2002-ci ildən AMEA Fizika
İnstitutunun aparıcı elmi işçisidir.
Bütün bu illər ərzində alimin 40-
dan artıq universitet və araşdırma
mərkəzi ilə elmi əlaqələri mövcud ol-
muşdur. Bu qurumlar arasında Moskva
Dövlət Universiteti (Rusiya), məşhur
Oksford, Kembric, Şeffild, London,
İmperial universitetləri (Böyük Brita-
niya), MPI FKF, Stuttqart, RWTH Aac-
hen, Bochum, Bayreuth və Hamburg
universitetləri (Almaniya), ABŞ Hava
Qüvvələri “Wright Patterson” Labora-
toriyası, Kolorado Əyalət Universiteti,
Cincinatti Universiteti, Tsukuba Uni-
versiteti (Yaponiya) və Madrid Uni-
versitetini (İspaniya) və digər nüfuzlu
universitetlərin adlarını çəkmək olar.
11 ildən artıqdır ki, yarımkeçiricilər
fizikası sahəsində çalışan alim bir sıra
mühüm elmi nəticələr əldə etmişdir.
Professor Allahverdiyev bir çox
mükafatlara, orden və medallara la-
yiq görülmüş, nüfuzlu beynəlxalq elmi
təşkilatların üzvü seçilmişdir. 1988-ci
ildə alim Azərbaycan Dövlət mükafa-
tı, 1989-cu ildə Aachen Texniki Uni-
versitetinin
“Window-on-Science”
mükafatı, 1987-1989-cu illərdə Av-
ropa Aerokosmik tədqiqatları ofisi
tərəfindən ziyarətçi professor olaraq
Krallıq Cəmiyyəti mükafatına, əldə et-
diyi nailiyyətlərinə görə SSRİ Elmlər
Akademiyası tərəfindən “İlin ən önəmli
alimi” fəxri adına layiq görülmüşdür.
Nyu-York Elmlər Akademiyası (1998),
Azərbaycan Milli Yaradıcılıq Akademi-
yası (1988), A.M.Proxorov adına Ru-
siya Mühəndislik Akademiyasının və
Türkiyənin “Fizika” jurnalının Redak-
siya Heyətinin (2008) üzvüdür.
Professor Kərim Allahverdiyev 275
elmi məqələnin, 1 kitabın, 2 monoqra-
fiyanın və 5 patentin müəllifidir. Onun
rəhbərliyi altında 20-dən artıq elmlər
namizədi hazırlanmışdır.
Dostları ilə paylaş: