Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz


İtaliyada və qonşu ölkələrdə bir nəfərə kənd təsərrüfatı məhsulları



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə38/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   34   35   36   37   38   39   40   41   ...   77

  

     


 

     


İtaliyada və qonşu ölkələrdə bir nəfərə kənd təsərrüfatı məhsulları 

 

istehlakı, ABŞ dolları, 2000 – 2010-cu illər 

 

İl 



İtaliya 

Fransa 

İsveçrə 

Avstriya  Sloveniya 

2000 

474 


576 

530 


437 

292 


2001 

472 


572 

472 


435 

272 


2002 

487 


586 

510 


445 

331 


2003 

588 


665 

547 


529 

311 


2004 

669 


743 

652 


599 

390 


2005 

597 


721 

593 


534 

415 


2006 

592 


684 

589 


580 

394 


2007 

656 


826 

651 


710 

497 


2008 

701 


837 

792 


767 

595 


2009 

598 


657 

722 


633 

494 


2010 

578 


733 

731 


619 

493 


 

 

 



 

 

 



 

 


 

İtaliyada və qonşu-ölkələrdə kənd təsərrüfatında əlavə dəyərin payı,%,  



2000-2010-

cu illər 

 

 



İl 

İtaliya 

Fransa 

İsveçrə 

Avstriya 

Sloveniya 

2000 

2.8 


2.9 

1.6 


3.4 


2001 

2.7 


2.8 

1.4 




2002 

2.6 

2.7 


1.4 

1.9 


3.3 

2003 

2.5 


2.5 

1.3 


1.9 

2.5 


2004 

2.5 


2.4 

1.4 


1.9 

2.6 


2005 

2.2 


2.3 

1.3 


1.6 

2.7 


2006 

2.1 


2.1 

1.2 


1.6 

2.3 


2007 

2.1 


2.2 

1.2 


1.8 

2.4 


2008 



1.3 

1.7 


2.5 

2009 

1.9 


1.7 

1.2 


1.5 

2.3 


2010 

1.9 


1.1 


1.5 

2.4 


 

 

 

 

 

 

İtaliyada və qonşu ölkələrdə kənd təsərrüfatının inkişaf templərinin 

 

dinamikası, %, 2000-2010-cu illər 

 

İl 



İtaliya  Fransa  İsveçrə  Avstriya  Sloveniya 

2000 

84.4 


87.2 

95 


87.5 

90.6 


2001 

100 


100 

89.5 


100 

93.1 


2002 

103.7 


102.9 

108.8 


102.9 

122.2 


2003 

121.4 


114.3 

108.1 


119.4 

93.9 


2004 

114.7 


112.5 

120 


114 

125.8 


2005 

89.7 


97.8 

91.7 


89.8 

106.4 


2006 

100 


95.5 

100 


109.1 

95.2 


2007 

111.4 


121.4 

111.4 


122.9 

126.6 


2008 

107.7 


102 

122.4 


108.5 

120 


2009 

85.7 


78.8 

91.7 


82.8 

83.3 


2010 

97.2 


112.2 

101.8 


98.1 

100 


 

 


İspaniyanın kənd təsərrüfatı 

 

Ərazisi 505,4 min km

2

, əhalisi 45,9 milyon nəfərdir, 1 km



2

-

ə 90 nəfər düşür. 



ÜDM 1411,0 

milyard ABŞ dollarıdır, hər nəfərə 30 741 ABŞ dolları düşür. 

Hal-

hazırda  kənd  təsərrüfatının  ümumi  məhsulu  sənayenin  ümumi 



məhsulunun  yalnız  1/4  hissəsini  təşkil  etməsinə  baxmayaraq,  İspaniya 

iqtisadiyyatının  əhəmiyyətli  sahəsi  olaraq  qalır.  İspaniya  əhalisinin  hazırda 

təxminən  1/3  hissəsi  kənd  təsərrüfatı  ilə  məşğuldur.  İspaniyanın  kənd  təsərrüfatı 

son dərəcə geriliyi  ilə  seçilir və sənayenin  xammala  olan  ehtiyacını,  əhalinin isə 

əsas ərzaq növlərinə olan tələbatını təmin etmək imkanında deyil. 

İspaniya ərazisinin böyük hissəsində az məhsuldar dəmyə əkinçiliyi üstünlük 

təşkil edir. Heyvandarlıqda və meşəçilikdə istehsal səviyyəsi elə də yüksək deyil. 

Kənd  təsərrüfatında  əkinçilik  üstünlük  təşkil  edir.  1979  –  1980-ci  illərdə 

kənd  təsərrüfatı  məhsullarınınümumi  dəyərinin  53  faizi  əkinçiliyin,  41 

faizi


heyvandarlığın, 6 faizimeşəçilik və digər sahələrin payına düşürdü. 

Kənd  təsərrüfatının  inkişafını  əsasən  keçmişin  feodal  qalıqları  ləngidir,  bu 

ilk öncə torpaq sahibliyinin və torpaqdan istifadənin ədalətsiz formalarında özünü 

ruzə  verir.  Kənd  təsərrüfatının  siyahıya  alınmasının  məlumatlarına  görə500 



hektardan  artıq  sahəsi  olan  iri  torpaq  sahiblərinin  0,5  faizi  ölkənin  bütün  torpaq 

sahələrinin  təqribən  40  faizini  öz  əllərində  cəmləşdirirdilər,  ancaq  sahəsi  10 

hektardan az olan bütün kəndli təsərrüfatlarının payına isə bütün torpaq sahələrinin 

12 faizi düşür. 

Sənayenin  inkişafı  torpaqların  cəmləşməsi  prosesini  sürətləndirdi  və  kənd 

təsərrüfatında  sahibkarlığın  inkişafına  səbəb  oldu.  Aqrar  sektorun  texniki 

yenidənqurulması  prosesi  başlamışdır  (mexanikləşdirmə  və  kimyalaşdırmanın 

templəri sürətlənmişdir, mütərəqqi aqrotexniki metodların tətbiqi genişlənmişdir), 

müzdlu 

əməyin haqqı artmışdır, sosial təbəqələrdə differensiasiya güclənmişdir. İri 



təsərrüfatların əksəriyyəti istehsalın müasir tipinə keçmişlər, xeyli dərəcədə kənd 

təsərrüfatı  kooperativlərinin  yaradılması  prosesi  sürətlənmişdir.İctimai-istehsal 

tiplərinin  müxtəlif  quruluşu  İspaniyanın  kənd  təsərrüfatının  xarakterik  cəhətidir. 

Burada xırda fərdi təsərrüfatlar üstünlük təşkil edir, lakin eyni zamanda keçmişdən 

qalmış  geniş  miqyaslı  latifundiyalar  saxlanılır  və  müzdlu  işçilərə  əsaslanan  iri 

kapitalist təsərrüfatları sürətlə inkişaf edir. 

İspaniyanın kənd təsərrüfatının  az  məhsuldarlığı onun köhnəlmiş və qeyri-

səmərəli  metodlarla  aparılması,  əməyin  zəif  mexanikləşdirilməsi,  mineral 

gübrələrin  yetərincə  istifadə  edilməməsi  və  digər  səbəblərlə  izah edilir.  Mineral 

gübrələrin  istifadəsi  və  kənd  təsərrüfatının  mexanikləşdirilməsi  üzrə  İspaniya 

Avropada sonuncu yerlərdən birindədir. 

Ölkənin  ərazisinin  60  faizi  quraqlıq  torpaqlar  olduğuna  görə,  burada 

suvarılma  böyük  əhəmiyyətə  malikdir.  Suvarılan  əkinçiliyin  mühüm  rayonları 

İspaniyanın cənub-şərqində cəmləşmişdir. 

Ölkə  torpaq  ehtiyatları  cəhətdən  kasıbdır,  onun  sahəsinin  yalnız  10  faizi 

münasib 


münbit torpaqlar təşkil edir. 

Becərilən  torpaqların  böyük  hissəsini (3\4)dənlibitkilər,  zeytun  bağları  və 

üzümlüklər  təşkil  edir.  Buğda,  arpa  və  yulaf  əsasən  dəmyə  torpaqlarda becərilir, 


 

çovdar İspaniyanın şimal, daha rütubətli hissəsində, əsas dənli bitki olan qarğıdalı 



isə  şimal-qərb  və  şimal  əyalətlərindəbecərilir.  Bütün  bu  dənli  bitkilərin 

(qarğıdalıdan  başqa)məhsuldarlığı  dünya  üzrə  orta  göstəricilərdən  aşağıdır. 

Suvarılan  torpaqlarda  düyü  becərilir.  Burada  düyü  məhsulunun  yığımı  61,1 s/ha 

təşkil  edərək,  dünyada  ən  yüksək  olanlardan  biridir.  Düyünün  illik  yığımına 

görə,İspaniya  Avropada ikinci yeri  tutur  (İtaliyadan  sonra).  Əhalinin 

qidalanmasında  böyük  rol  oynayan  paxlalı  bitkilərölkənin  hər  yerində  becərilir, 

lakin  onların  becərilməsinin  əsas  rayonu  Andaluziyadır.  Kartof  əsasən  Atlantik 

okean


ı yaxınlığında yerləşən əyalətlərdə, tezyetişən kartof isə (ixrac üçün) Levanta 

və Andaluziya rayonlarındabecərilir. 

İspaniyada ixrac üçün əhəmiyyətli olan bostan bitkilərinin becərilməsi xeyli 

inkişaf  etmişdir.  Şərq  əyalətlərində  və  Ebro  çayının  vadisində  bibər,  pomidor, 

badımcan, kahı, ispanaq, kərəviz, soğan və s. becərilir. 

Üzümçülük

lə, zeytunun və sitrus bitkilərinin yetişdirlməsi ilə məşğul olan,  

ixrac  yönümlü  plantasiya  təsərrüfatlarının  İspaniya  iqtisadiyyatı  üçün  böyük 

əhəmiyyəti  var.  İspaniya  şərabın  istehsalı  və  sitrus  bitkilərinin  yığımına  görə 

Avropada  birinci  yerlərdən  birini  tutur,  amma  zeytun  yağının  istehsalına  görə 

birincidir. 

Bu  sahələrin  məhsulları  dünyanın  bir  çox  ölkələrinə  ixrac edilir. 

İspaniya  üzümlük  sahələrinə  görə  (1,6 milyon hektar)Fransadan sonra Avropada 

ikinci yeri tutur. 

Üzümlüklər  bu və  ya  digər dərəcədə ölkənin bütün ərazisində  yayılmışdır, 

əsasən də quraqlıq və yarımquraqlıq rayonlarında. Duero çayının hövzəsində, hətta 

“tyerra-del-

vino”  adlandırılan  rayon  mövcuddur,  yəni  şərab  torpaqları. 

Üzümçülüklə əsasən xırda torpaq sahibkarları məşğuldur. Üzümdən xeres, malaqa, 

rioxa, mansanilya, etiel, rekenya 

və s. kimi dünyada məşhur şərablar istehsal edilir. 

Şərab ixracın əsashissəsidir. 

İspaniyanın kənd təsərrüfatının spesifik bitkisi zeytundur. Zeytun bağlarının 

əksər hissəsi iri latifundiyalar rayonunda yerləşir. 

Kənd təsərrüfatı bitkilərindən ixracın əsas hissəsini sitrus bitkiləri təşkil edir. 

Onlar 


əsasən ölkənin Aralıq dənizi əyalətlərində və Balear adalarında yetişdirilir. 

Burada həmçinin ərik, şaftalı, nar, əncir, tropik qurşağının meyvələri və ixracına 

görə  İspaniyanın  Avropada  birinci  yer  tutduğu  badam  yetişdirilir.  Mursiyada 

yerləşən Elçe rayonu Avropada yeganə yerdir ki, burada xurma ağacları bar verir. 

İspaniyanın  şimal  hissəsində  alma  bağları  geniş  yayılmışdır,  burada  həmçinin 

gavalı, armud, albalı və gilas yetişdirirlər. 

Şəkər  qamışı,  günəbaxan,  pambıq,  tütün  və  şəkər  cuğunduru  kimi  texniki 

bitkilər  İspaniyada  çox  da  böyük  olmayan  sahəni  əhatə  edir.  Əsasən  suvarılan 

torpaqlarda  becərilən  şəkər  çuğunduru  daha  çox  yayılmışdır.  Avropa  ölkələri 

arasında  yalnız  İspaniyada  (Malaqa  və  Qranada  əyalətlərində)  şəkər  qamışı 

yetişdirilir.  Tütün  əsasən  Estremadura  və  Şərqi  Andaluziyada  becərilir.  Pambığı 

əsasən Andaluziyada (80%) yetişdirirlər. Son illər mal-qaranın kökəldilməsi üçün 

yem bitkilərinin becərilməsinə böyük əhəmiyyət verilir. 

Heyvandarlıq  İspaniyanın  kənd  təsərrüfatının  ən  zəif  yeridir.  İspaniyada 

heyvandarlığın  zəif  inkişafı  təbii  otlaqların  məhsuldarlığının  aşağı  olması,  yem 

bazasının  zəif  olması  (əsasən  də  “quraqlıq  İspaniyada”)  və  həmçinin  torpaq 



 

sahələrinin  parçalanması  ilə  izah  edilir.  İspaniyanın  daha  əlverişli  olan  şimal 



(“rütubətli”) rayonlarında heyvandarlığın məhsuldarlığı analoji iqlimə  malik olan 

digər  Avropa  ölkələrindən  2-3  dəfə  aşağıdır.  Ölkədə  südün  sağım  həcmi  Aİ 

ölkələrindən  25  faiz  aşağıdır,  ətin  istehsalıtələbatdan  geri  qalır  və  əsasən  idxal 

sayəsində ödənilir. 

İribuynuzlu  mal-qara əsasən şimalın və şimal-şərqin xırda təsərrüfatlarında 

yetişdirilir.  Qoyunçuluq  quraqlıq  rayonlar  üçün  xarakterikdir,  burada  qoyunların 

miqdarının  əksəriyyəti  iri  latifundiyaçılara  məxsusdur.  Donuzçuluq  xüsusilə 

Qalisiya, Kataloniya, Estremadurda 

və  Kastiliyanin  hər  ikisində  inkişaf 

etmişdir.İspaniyanın  demək  olar  ki,  bütün  rayonlarında  qatırlar,  eşşəklər  və  atlar 

qoşqu vasitəsi (işçi qüvvəsi) kimi istifadə edilir.  

Son illər iri şəhərlər ətrafında heyvandarlıq təsərrüfatları sürətlə inkişaf edir. 

He

yvandarlıq  dağlıq  rayonlardan  düzənliklərə  və  şimal  bölgələrdən  cənub 



bölgələrə köçürülür. 

Məşhur  korrida  üçün  döyüş  öküzlərinin  yetişdirilməsi  İspaniya 

heyvandarlığının  spesifik sahəsidir. 

Bir 


milyondan  artıq  insanın  məşğul  olduğu  kənd  təsərrüfatı  İspaniya 

iqtisadiyyatının  ənənəvi  və  əhəmiyyətli  sahəsidir.  Ölkənin  ÜDM-də  kənd 

təsərrüfatının və balıqçılığın payı durmadan azalsa da, qeyd edilən sahənin ölkənin 

ictimai-


iqtisadi həyatında əhəmiyyəti çox böyükdür. Çoxsahəli kənd təsərrüfatının 

və  aqrar-istehsalatının  inkişafı  üçün  İspaniya  əlverişli  coğrafi  və  iqlim  şəraitinə 

malikdir.  Kənd  təsərrüfatı  istehsalatı  ölkənin  ərazisində  bərabər  dərəcədə 

yayılmışdır,  bununla  belə,  bəzi  regionlarda  təsərrüfatın  ixtisaslaşdırılması 

mövcüddur.  Ölkənin  şimal  rayonlarında    əsasən heyvandarlıq,  xüsusilə  də südün 

istehsalı istiqamətlərində inkişaf mövcuddur. 

Cənub  və  şərq  avtonom  cəmiyyətləri  (Andalusiya, Mursiya, Valensiya, 

Balear  adaları)  və  həmçinin  Kanar  adaları  bitkiçilik  sahələrində  ixtisaslaşmışlar, 

burada  əsasən  meyvə,  sitrus  və  zeytun  bağlarının  yetişdirilməsi  inkişaf  etmişdir. 

Bununla yanaşı, İspaniya zeytununun 80 faizi və pambığının  90 faiziAndalusiyada 

istehsal edilir. 

İspaniyanın  Kənd  Təsərrüfatı  Nazirliyinin  məlumatlarına  görə,  bitkiçiliyin 

və  heyvandarlığın  kənd  təsərrüfatı  məhsullarının  istehsal  həcmi  hazırki  bazar 

qiym


ətləri  üzrə  0,9  faiz  artaraq  36,0  milyard  avro  təşkil  etmişdir,  o  cümlədən 

bitkiçilik məhsulları 21,0 milyard avro, heyvandarlıq məhsulları 13,5 milyard avro 

dəyərində  istehsal  edilmişdir  və  istehsal  xidmətləri  və  digər  məhsullar  üzrə  1,5 

milyard avro təşkil etmişdir. 

İspaiyanın  kənd  təsərrüfatının  məhsulları  dünya  bazarında  geniş  təqdim 

olunmuşdur  və həm  keyfiyyətinə görə, həm  də  qiymətinə görə  yetərincərəqabətə 

davamlıdır. 

İspaniya  zeytun  yağının  və  zeytunun  dünyada  aparıcı  istehsalçısı  və 

idxalçısıdır.  İspaniya  Fransa  və  İtaliya  ilə  birgə  dünyada  şərabın  aparıcı 

istehsalçılarının və idxalçılarının ilk üçlüyünə daxildir. 2006-cı ildəölkədə şərabın 

və  şərab  şirəsinin  istehsalı  42,5  milyon  hektolitr  təşkil  etmişdir.  İspaniyanın 

şərabçılıq sektoru 4 200 firma və şirkətlərin çalışdığı aqrar-sənaye istehsalatınıniri 

sahəsidir. 2006-cı ildə İspaniya firmaları ixrac üçün 14,4 milyon  hektolitr şərab və 


 

1,24  milyon  şərab  şirəsi  tədarük  etmişdilər.  2006-cı  ildə  Rusiyanın  şərab  idxal 



etdiyi  ölkələr  arasında  İspaniya  ilk  dəfə  birinci  yerə  çıxmışdır  (miqdarına  görə). 

İspaniya həmçinin, tərəvəz və meyvələri, onların konservlərini, sitrus bitkilərini və 

heyvandarlıq məhsullarını böyük həcmdə istehsal və ixrac edir. İspaniya həm də 

dənli və dənli-paxlalı, texniki və yağ bitkilərinin, yemlərin iri istehsalçısıdır. 

Kənd  təsərrüfatı  qədimdən  İspaniya  iqtisadiyyatının  əhəmiyyətli  sahəsi 

olmuşdur.  1950-ci  illərin  əvvəlinədək  sənayenin  onu  inkişaf  templərinə  görə 

qabaqladığı  zaman  kənd  təsərrüfatı  dövlətin  əsas  gəlir  mənbəyi  olmuşdur,  lakin 

1992-


ci ilə onun payı 4 faizədək azalmışdır. Kənd təsərrüfatında məşğul olanların 

payı  aşağı  düşməyə  davam  etmişdir  –  1986-cı  ildə  42  faiz  təşkil  etdiyi  halda,  

1992-

ci  ildə  8  faizədək  aşağı  düşmüşdür.  Əkinçilik  kənd  təsərrüfatının  aparıcı 



sahəsidir və əsasən arpanın və buğdanın becərilməsində ixtisaslaşır. 1970-ci ildən 

sonra  tərəvəz  və  meyvələrin  istehsalının  həcmi  kəskin  olaraq  artmışdır.  1992-ci 

ildə  istehsal  olunan  meyvələrin  və  tərəvəzlərin  həcmi  (çəkisinə  görə)  dənli 

bitkilərin  məhsulunu  ötüb  keçmişdir.  Meyvə  və  tərəvəzlərin  çoxu  ixrac  üçün 

istehsal 

edilir,  əsasən  də  Aİ  ölkələrinə  və  İspaniya  bu  məhsulların  ticarətindən 

xeyli gəlir əldə edir. 

İspaniyada kənd təsərrüfatının inkişafı bir sıra ciddi problemlərlə üzləşir. Bir 

çox rayonlarda torpaq eroziyaya məruz qalmışdır və az münbitdir, iqlim şəraiti isə 

kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün əlverişsizdir.Yalnız İspaniyanın şimal 

sahilyanı  rayonunda  yağıntıların  miqdarı  yetərincədir.  Bundan  başqa,  torpağın 

yalnız kiçik hissəsi suvarılır, əsasən də şərq sahilində və Ebro çayının hövzəsində.  

Digər problem torpaqların böyük hissəsinin effektiv olmayan latifundiyalara 

(əsasən  ölkənin  cənubunda  yerləşən  iri  malikanalərə)  və  minifundiyalara  (əsasən 

ölkənin  şimalında  və  şərqində  yerləşən,  sahəsi  20  hektardan  az  olan  kiçik 

fermalara) 

məxsus  olduğudur.  İqtisadi  effektiv  təsərrüfatın  aparılması  üçün 

minifundiyaların  sahələrinin  çox  kiçik  olduğu  halda,  latifundiyalara  kapitalın 

qoyuluşu yetərincə deyildir və onların müasirləşdirilməsinə ehtiyac vardır. Yalnız 

ayrı-ayrı  latifundiyalar  mexanikləşdirilmişdir  və  orada  günəbaxan  kimi  yeni 

bitkilərin  becərilməsində  və  istixanalarda  məhsulun  ilboyu  yığılmasında  müasir 

metodlar


dan  istifadəsibaşlanılmışdır, bu  da  əyalətlərdəki  fermaların  gəlirini  xeyli 

artırmışdır. 

Kənd təsərrüfatı bitkilərindən ixracın əsas hissəsini sitrus bitkiləri təşkil edir. 

Onlar əsasən ölkənin Aralıq dənizi əyalətlərində və Balear adalarında yetişdirilir. 

Burada  ərik,  şaftalı,  nar,  əncir,  tropik  qurşağının  meyvələri  və  ixracına  görə 

İspaniyanın Avropada birinci yer tutduğu badam yetişdirilir. 

Şəkər  qamışı,  günəbaxan,  pambıq,  tütün  və  şəkər  cuğunduru  kimi  texniki 

bitkilər  İspaniyada  çox  da  böyük  olmayan  sahəni  tutur.  Əsasən  suvarılan 

torpaqlarda  becərilən  şəkər  çuğunduru  daha  çox  yayılmışdır.  Avropa  ölkələri 

arasında  yalnız  İspaniyada  (Malaqa  və  Qranada  əyalətlərində)  şəkər  qamışı 

yetişdirilir. 

Tərəvəz  və  şəkər  çuğunduru  əhəmiyyətli  kənd  təsərrüfatı  bitkiləridir.  Əsas 

dənli bitki olan buğda əkinçiliyin dəmyə üsulu ilə Mesetanın mərkəzi yaylasında 

becərilir. 

Ətin istehsalı, istehlak tələbatından əsasən geri qalır. 


 

İspaniya  zeytunun,sitrus  meyvələrinin  və  üzümün  yığımına  görə  vəzeytun 



yağının  istehsalına  görə  vəüzümdənistehsal  olunan  şərablarüzrəbirinci  yerlərdən 

birindədir və həmçinin, subtropik meyvələrin və tərəvəzlərin, zeytun yağının ən iri 

ixracçılarından biridir. Balıqçılıq və balıq emalı ilə məşğul olan ölkələrin arasında  

İspaniya  ilk  onluqda  yer  alır.  Lakin,  ölkənin  kənd  təsərrüfatı  onun  tələbatlarını 

ödəmir,  buna  görə  də  heyvandarlıq  məhsullarının  çatışmazlığı  hiss  olunur  və 

taxılın və müxtəlif texniki bitkilərin idxalına ehtiyac vardır.  

İspaniyada  düyünün  məhsuldarlığı  dünyada  aparıcı  yerlərdən  birindədir. 

Ölkənin  buğdaya  olan  tələbatının  çatışmazlığı    ilə  əlaqədar  olaraq  İspaniya  bu 

bitkini idxal edir. Orta hesabla buğdanın məhsuldarlığı Almaniya və Fransadan 2,5 

dəfə aşağıdır. Ölkənin şimalında çovdar, arpa və yulaf becərilir. 

Heyvandarlıq  İspaniyada  yetəlincə  zəif  inkişaf  etmişdir.  Heyvandarlıqla 

əsasən  ölkənin  şimal-qərb  hissəsində  məşğul  olurlar.  Şimalda  iribuynuzlu mal-

qaranın yetişdirilməsi ilə məşğul olurlar, əkinçiliklə məşğul olan rayonlarda isə ət-

süd heyvandarlığı yayılmışdır. Ölkə üzrə heyvandarlıq məhsullarının təxminən 1/4 

hissəsi Qalisiyada istehsal edilir. Donuzçuluq və quşçuluq intensiv inkişaf edir. 

İspaniyanın  kənd  təsərrüfatı  ölkənin  ənənəvi  sahəsidir,  burada  təqribən  bir 

milyon nəfər çalışır. Heyvandarlıq və balıqçılıq kənd təsərrüfatının kiçik hissəsini 

təşkil  edir,  əsas  istiqamət  əkinçiliyə  yönəldilmişdir.  İspaniyanın  ərazisində  dənli 

bitkilər, kartof, şəkər çuğunduru, paxlalılar və tərəvəzlər becərilir.  

Zeytun və zeytun yağının istehsalı və ixracına görə İspaniya dünyada aparıcı 

mövqeyi  tutur.  Zeytun  ağaclarının  plantasiyaları  əsasən  Yeni  Kastiliyada  və 

Andalusiyada  yerləşir.  Hər  il  ölkədə təxminən  1  milyon ton zeytun  yağı  istehsal 

edilir  və  250  min  tondan  artıq  zeytun  ixrac  edilir.  Çoxsahəli  kənd  təsərrüfatı  və 

aqrar-


sənaye  istehsalatının  inkişafı  üçün  ölkə  olduqca  əlverişli  coğrafi  və  iqlim 

şəraitinə  malikdir.  Kənd  təsərrüfatının  istehsalı  ərazi  üzrə  yetərincəbərabər 

səviyyədə yayılmışdır, bununla yanaşı bəzi regionlar ixtisaslaşdırılmış təsərrüfata 

malikdir.  

Cənub və şərq avtonom cəmiyyətləri, həmçinin Kanar adaları meyvə, sitrus 

və  zeytun  plantasiyalarınıinkişaf  etdirirlərvə  əsasən  əkinçilik  sahələrində 

ixtisaslaşırlar. 

Son  illər,  İspaniyanın  dənli  bitkilərinin  bazarı  idxaldan  xeyli  asılılığı  ilə 

səciyyələnir.  Bununla  yanaşı,  bioyanacağın  emal  edilməsi  üçün  dənli  bitkilərin 

i

stehsalı  sürətli  templərlə  inkişaf  edir.Ölkə  ərazisinin  əkin  sahələrinin  6  milyon 



hektarında  dənli  bitkilər  becərilir,  o  cümlədən  300  min  hektarı  bioyanacağın 

istehsalına  yönəldilib.  Dənli  bitkilərin  ümumi  yığımı  20  milyon  ton  təşkil  edir, 

bundan  əlavə  3,6  milyon  ton  dənlik  qarğıdalı  və  təxminən  0,7  milyon  ton  düyü 

istehsal edilir. 



Ərazisi  505,4  min km

2

,  əhalisi  45,9  milyon  nəfərdir,  1  km

2

-

ə  90  nəfər 

düşür. Sahəsinə görə dünyada 51-ci yerdədir. ÜDM 1411,0 milyard ABŞ dolları 

təşkil edir, hər nəfərə 30 741 ABŞ dolları düşür. Becərilən torpaq sahəsinin 3/4 

hissəsi taxıl, zeytun və üzümlüklər altındadır. Çəltiyin məhsuldarlığı (61,1 s/ha) 

dünyada  ən  yüksəkdir.  Üzümlük  1,6  milyon  hektar  təşkil  edir  (Avropada 

Fransadan sonra ikinci yerdədir). Bitkiçilik və heyvandarlıqda məhsul istehsalı 

36,0  milyard  avro,  o  cümlədən  bitkiçilikdə  21,0  milyard,  heyvandarlıq  13,5 

 

milyard avro, emal 1,5 milyard avro 



təşkil edir. İldə 1,0 milyon ton zeytun yağı 

istehsal olunur, onun 250 min tonu ixrac edilir. Dənli bitkilər altında 6,0 milyon 

hektar, ondan 300 min hektar bioyanacaq istehsalına sərf olunur, dənli və dənli-

paxlalı 20,0 milyon ton, 3,6 milyon ton qarğıdalı, 0,7 milyon ton düyü istehsal 

olunur. 

 

 



Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin