Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə37/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   33   34   35   36   37   38   39   40   ...   77

Finlandiyan

ın kənd təsərrüfatı 

 

Ərazisi 338,2 min km

2



əhalisi 5,6 milyon nəfərdir. ÜDM 195,6 milyard ABŞ 



dolları, hər nəfərə 34 929  ABŞ dolları düşür. 

Finlandiyanın kənd təsərrüfatının təməlini  xırda təsərrüfatlar  təşkil etmişdir. 

İkinci Dünya müharibəsindən əvvəl Finlandiya əhalisinin əsas kütləsi kənd təsərrüfatı 

ilə məşğul olurdu. 

Hal-

hazırda Finlandiyada 70 min ferma mövcuddur, onlardan 80 faizinin hər 



biri  ümumi 

sahəsi  50  hektar  və  daha  az  olan  kiçik  və  orta  kateqoriyaya  aiddir 

(fermalar

nın  orta  torpaq  sahəsi  11  hektardır).  Sahəsi  50  hektardan  çox,  lakin  76 

hektardan  az  olan  fermalar  iri  hesab  edilir.  Onlardan  çoxu 

ağac  tədarükü  ilə 

məşğuldur.  Fermaların  çoxunda  ağac  tədarükündən  əldə  edilən  gəlir  fermer 

təsərrüfatının  büdcəsinin  1/4  hissəsini  təşkil  edir.  Bəzi  təsərrüfatların  gəlirinin 

yarısını, mərkəzi və şimal hissələrdə isə büdcəsi tamamilə meşə ilə əlaqəli olan, kənd 

təsərrüfatının  özü  isə  əlavə  gəlir  mənbəyi  kimi  olan  fermalara  rast  gəlmək  olar. 

Heyvandarlığın  yüksək  inkişafı  nəticəsində  əkin  sahələrinin  əksər  hissələrində  yem 

bitkiləri  becərilir.  Hal-hazırda  torpaqların  75  faizi  yem  bitkilərinin  becərilməsinə 

ayrılmışdır.  Burada  əsasən  yulaf  və  arpa  istehsal  edilir.  Əgər  yulaf  yalnız  ölkənin 

cənub hissəsində bitirsə, arpanı hətta Laplandiyada da becərirlər. Finlandiyada hər il 

1,6 milyon ton arpa 

və 1 milyon tondan artıq yulaf yığılır. 

Ərzaq  taxılının  (çovdar  və  buğda)  becərilməsinə  əkin  sahələrinin  10  faizi 

ayrılmışdır. Bununla yanaşı yazlıq buğda geniş yayılmışdır. Buğdanın payına ərzaq 

taxılının istehsalının 65 faizi, çovdarın payına isə 30-33 faizi düşür. Ölkədə hər il 750 

min  ton 

buğda istehsal edilir. Dənli bitkilərlə yanaşı  kartof (600 000 ton) və şəkər 

çuğunduru  (1milyon  ton)  istehsal  edilir.  Finlandiyanın  kənd  təsərrüfatı  ölkənin  süd 

məhsullarına,  taxıla  (xüsusilə  də  yemlik  taxılına),  heyvandarlıq  və  quşçuluq 

məhsullarına olan tələbatını tamamilə ödəyir. Bununla belə kənd təsərrüfatı sahəsində 

cəmi 90 min nəfər çalışır (eyni zamanda maşınqayırma sahəsində demək olar ki, 130 

min 


nəfər çalışır). Cəmi 20 il öncə Finlandiyanın kənd təsərrüfatında 300 min nəfər 

çalışırdı.  

Digər Skandinaviya ölkələrində olduğu kimi kənd təsərrüfatında aparıcı yeri 

heyvandarlıq tutur. Onun payına Finlandiyanın kənd təsərrüfatının ümumi dəyərinin 

80 faizi 

düşür. Bununla yanaşı südün satışına 48 faiz düşür. Ölkədə iribuynuzlu mal-

qaranın  ümumi  sayı  1,8  milyona  çatır.  Burada  inəklərin  sayı  800  min  təşkil  edir. 

İnəklərin iki cinsi daha çox yayılmışdır: fin və ayrşir cinsləri. Hər ikisi yüksək sağımı 

və südün yüksək yağlılığı ilə seçilir.   

Öz 


məhsullarının satışı üçün Finlandiya fermerləri kooperativlərdə birləşirlər. 

Milli 


şirkət  səviyyəsinədək  artmış  belə  kooperativlərdən  birinin  dövriyyəsi  hal-

hazırda  1,5  milyard  avro  təşkil  edir.  Şirkət  Finlandiyada  istehsal  edilən  südün  80 

faizini emal 

edərək 1000 adda süd məhsulları istehsal edir. Şirkət yaranma dövründə 

17 fermer 

təsərrüfatını (hal-hazırda isə 13 mindən artıq) birləşdirən  kiçik kooperativ 

olmuşdur. 

Ölkədə  donuzların  sayı  1,3  milyon  təşkil  edir.  Hər  il  3,4  min  dönuzçuluq 

fermas

ında  200  min  ton  donuz  əti  istehsal  edilir.  Bundan  40 min  tonu  ixrac  edilir. 



Eyni  zamanda  Finlandiya  qoyun 

ətini  idxal  etməyə  məcburdur,  burada  o,  daha  az, 

ildə 5 min tonadək istehsal edilir. Maral əti cəmi 3 000 ton istehsal edilir. Bununla 


 

yanaşı maralçılıqla 7 000 nəfər məşğul olur, maralların Finlandiyada ümumi sayı isə 



200  min 

təşkil  edir.  Mal  əti  ildə  90 000  ton  istehsal  edilir,  lakin  tələbat  100  min 

tondan artiq 

təşkil edir. Mal ətini ölkənin 4 600 fermasında istehsal edirlər. 

İribuynuzlu  mal-qaranın  və  donuzların  hesaba  alınması  üçün  izləmə  üzrə 

komyuter sistemi 

istifadə edilir. Onun terminalları adi kompyuter şəklində hər bir iri 

fermer 


təsərrüfatında  mövcuddur.  Fermer  gündəlik  öz  sürülərinin  sayı  barədə 

məlumatı daxil etməlidir, nəticədə Finlandiyanın bütün ərazisində heyvanlarin sayını 

müəyyən etmək mümkündür. 

Hazırki  fin  kənd  təsərrüfatının  formalaşmasında  böyük  rolu  2002-ci  ildə 

Finlandiyanın  Avropa  İttifaqına  daxil  olması  oynamışdır  və  bunun  nəticəsi  olaraq 

Finlandiyanın  sərhədlərinin  xarici  məhsullar  üçün  açılması  olmuşdur.  Finlandiya 

fermerləri  daha  isti  ölkələrdən  olan  tərəfdaşları  ilə  rəqabət  aparmalı  olmuşlar.  Bu 

rəqabət  ona  gətirib  çıxardı  ki,  finlər  öz  məhsullarının  keyfiyyətinə  daha  diqqətli 

yanaşmalı olmuşlar. “Keyfiyyət” sozünə finlər həm rəngini, həm dadını, hətta taranı 

da  aid  edir

lər. Hal-hazırda meyvələrin, tərəvəzlərin və qiləmeyvələrin böyük hissəsi 

istixanalarda 

becərilir. 

Finlər öz məhsullarının təbii olmalarına xüsusi əhəmiyyət verirlər. Məsələn, 

mineral 

gübrələrin  tətbiqində  məhdudiyyətlər  mövcuddur.  Mal-qaranın  pəyələri 

mütəmadi olaraq təmizlənir, havalandırılır, içəri yalnız xüsusi geyimdə  daxil olmaq 

olar. Bundan 

əlavə hər heyvanın qida rasionu ayrıca hesablanır. Məsələn, hesab edilir 

ki, 


hər 30  - 100 kq arası çəkisi olan donuz gundə 1,13 kq artmalıdır. Bütün yaş və 

çəki  qruplarına  aid  heyvanların  hesablanma  cədvəlləri  mövcuddur.  Hər  inəyin  isə 

biometrik pasportu 

və naviqatoru var. 

Torpaqlar

ın  xarakteri  və  xüsusiyyətləri,  işıq,  havanın  hərarəti  və  su  kənd 

təsərrüfatına  təsir  göstərən  əsas  təbii  faktorlardır.  Hər  bir  halda  bitkilərin  inkişaf 

etməsinə yalnız bir əlverişli faktor mane olur və nəticədə yaxşı məhsul almaq üçün 

ilk 

növbədə sırf bu faktorun yaxşılaşdırılması vacibdir. Finlandiyanın kənd təsərrüfatı 



qida 

sənayesi ilə birgə kənd təsərrüfatı məhsullarının emalının və ərzaq məhsullarının 

istehsalının  vahid  sırasını  təşkil  edirlər.  Payçı  kooperativ  müəssisələr,  çoxsahəli 

konsernlər və firmalar  bu sahənin əsasıdırlar. Finlandiya şimal en dairəsində kənd 

təsərrüfatının  idarə  edilməsində  seleksiya,  səpin  dövriyyəsində  və  aqrokimya 

sahəsində proqressiv elmi kəşflərin tətbiqinə əsaslanan nadir təcrübəyə malikdir. 

Xırda və orta təsərrüfatların çoxu öz yaşayışlarını əkin sahələrindən bir neçə 

dəfə böyük, onlara məxsus meşə sahələrindən olan ağacların satışı ilə təmin edirlər. 

Ölkədə hər fermaya orta hesabla 11 hektar əkin sahəsi və eyni zamanda 50 hektardan 

çox 


səmərəli  meşə  sahələri  düşür.  Satılan  ağaclardan  əldə  edilən  gəlir  orta  hesabla 

fermerlərin gəlirlərinin 1/4 hissəsini, bir çox xırda təsərrüfatlarda isə bütün gəlirlərin 

yarısını  təşkil  edir.  Mərkəzi  və  Şimali  Finlandiyanın  geniş  rayonlarında  meşə 

təsərrrüfatı  kəndlilərin  əsas  gəlir  mənbəyidir,  kənd  təsərrüfatı  yalnız  yardımçı  rol 

oynayır. Heyvandarlığın üstünlük təşkil etməsi Şimali Avropanın bütün ölkələri üçün 

xarakterik 

olmağı ilə yanaşı kənd təsərrüfatının struktur sahəsinin özünəməxsusluğu 

Finlandiyada  Danimarkada 

olduğu  kimi  yalnız  süd  istehsalının  böyük  rolundan 

ibarətdir.  Finlandiyanın  kənd  təsərrüfatının  bütün  gəlirlərinin  təxminən  4/5  hissəsi 

heyvandarlığın  payına  düşür,  südün  satışından  əldə  edilən  gəlir  isə  heyvandarlığın 

gəlirlərinin 3/5 hissəsini təşkil edir. 



 

Kənd  təsərrüfatının  digər  sahələrini  istixana  istehsalatı,  xəzlik  heyvan 



yetişdirilməsi,  balıq  yetişdirmə  və  balıqçılıq  təşkil  edir.  Finlandiyada  ərzaq 

məhsullarının əsas növlərinin istehlakı nisbətən stabildir və ildə hər nəfərə 19 kq mal 

əti, 35 kq donuz əti, 198 litr süd, 8,7 kq quş əti, 11,7 yumurta, 5,2 kq yağ, 14,4 kq 

pendir 


və  s.  təşkil  edir.  Südlük  naxırların  əsas  hissəsi  südü  alıb  və  öz  çoxsaylı 

zavodlarında  emal  edən  kooperativlərə  birləşmiş  xırda  və  orta  təsərrüfatlarda 

cəmləşmişdir. 

Finlandiyada 

həmçinin donuzçuluq inkişaf etmişdir. Donuz əti ümumi istehsal 

edilən  ətin  yarıdan  çoxunu  təşkil  edir.  Qütb  dairəsi  arxasında  olan  Laplandiyada 

şimal maralları otarılır, onların sayı 200 000-ə çatır. Maral əti ölkənin ət balansında 

əhəmiyyətli  rol  oynayır.  Çoxsaylı  xəzlik  heyvan  yetişdirilən  fermalarda  və 

Finlandiyanın qərb hissəsində hər il 3 milyon su samuru dərisi tədarük edilir.  

Bağçılıq  Finlandiyada  zəif  inkişaf  etmişdir.  Bağçılıq  isveçlilərin  yaşadığı 

Usimada 

və  Cənubi  Finlandiya  adalarında  daha  geniş  yayılmışdır,  lakin  orada  da 

bağların payına kənd təsərrüfatı sahələrinin 0,9 faizi düşür. Bu rayonların iqlim şəraiti 

alma,  armud, 

albalı  yetişdirilməsi  üçün  əlverişlidir  və  bol  məhsul  yığılır.  Bütün 

Finlandiyada  öz 

tələbatlarını  təmin  etmək  üçün  kiçik  sahələrdə  giləmeyvələr  və 

tərəvəzlər yetişdirilir. 

Finlandiyada  iqlim 

xüsusiyyətləri  nəzərə  alınmaqla  müxtəlif  tarla  bitkiləri 

yetişdirilir. Ölkədə  qırxa yaxın bitki becərilir, bunlardan yarısından az hissəsi kənd 

təsərrüfatı  əhəmiyyətlidir.  Payızlıq  taxıl  Finlandiyada  ən  tələbkar  dənli  bitkidir.  O, 

karbonatlı  çürüntülü  gilli  torpaqlarda  daha  yaxşı  inkişaf  edir.  Bu  bitki  sərt  qışı  pis 

keçirir 


və  əsasən  ölkənin  cənub  və  cənub-qərb  rayonlarının  gilli  torpaqlarında 

yay


ılmışdır.  Yazlıq  taxıl,  payızlıq  taxıl  kimi  gilli  torpaqları  olan  rayonlar  üçün 

xarakterikdir, lakin daha yüngül qumluca 

və bəzi sortlar hətta bataqlıq torpaqlarda da 

bitir. 


Payızlıq  çovdar  nisbətən  az  tələbkar  bitkidir  və  yüngül  mexaniki  tərkibli 

mineral  torpaqda 

becərilir.  Arpa  çürüntülü,  çox  turşulu  olmayan  nisbətən  yüngül 

mexaniki 

tərkibli  torpaqlarda  daha  yaxşı  inkişaf  edir.  Tarixən  o,  finlilərin  ən 

əhəmiyyətli çorək taxılıdır. 

Yulaf 

Finlandiyanın ən cavan dənli bitkisidir. Bir zamanlar o, bütün dənlilərin 



əkin sahələrinin yarısını təşkil edirdi. Xüsusilə yulaf daha çox Finlandiyanın cənub-

qərb  rayonlarında  becərilir,  burada  onun  payına  bütün  əkin  sahələrinin  1/4  hissəsi 

düşür. Səpilən otlar, əsasən də pişikquyruğu və qırmızı yonca, ölkənin hər tərəfində 

becərilir.  Ümumilikdə  o  əkin  sahələrinin  1/3  hissəsini  təşkil  edir.  Ölkənin  şimal 

hissəsində  isə  səpilən  otlar  üstünlük  təşkil  edir  və  iribuynuzlu  mal-qaranın  əsas 

yemini 


təşkil edir. 

Finlandiyada 

kənd təsərrüfatı həm istixana istehsalatı, həm xəzlik heyvanların 

yetişdirilməsi, həm atçılıq, həm də balıqçılıqdır. İstixanalarda pomidor, xiyar, kahı, 

çiçəklər yetişdirilir. 

Ərzaq məhsullarının keyfiyyətinə görə Finlandiya bir çox Avropa olkələrini 

qabaqlayır. 

Dəyişkən  hava  şəraiti  olan  şimal  ölkəsi  tərəvəzlərlə,  meyvələrlə  və  bağ 

giləmeyvələri ilə özünü qismən təmin edir. 


 

Minlərlə fin təsərrüfatları bunun üçün ekoloji təmiz Finlandiya torpaqlarında 



çalışır  və  ekoloji  təmiz  məhsul  istehsal  edirlər.  Finlandiya  əhalisi  öz  məhsullarının 

idxal olunan 

məhsullardan daha yaxşı olduğunu çoxdan anlamışlar. 

Quşçuluq  təsərrüfatlarının  fermerləri  daimi  olaraq  öz  məhsullarının 

keyfiyyətinə  nəzarət  edirlər,  lakin  özləri  də  müvafiq  xidmətlər  tərəfindən  nəzarət 

altındadırlar. Məsələn, köçəri quşlarla təmasdan qaçılması üçün bütün ev quşlarının 

mart 

ayının əvvəllərindən may ayının sonlarınadək bağlı saxlanılması barədə qanun 



qəbul edilmişdir. 

  Finlandiyada 

məlumatın  yığılması,  fermaların  vəziyyətinin  izlənməsi,  hər 

fermerin  öz  donuzçuluq 

ferması  barədə  məlumat  daxil  etdiyi  kompüter  proqramı 

çoxdan  mövcuddur. 

Heyvanların  sayı  barədə  məlumat  daima  yenilənir.  Helsinkidə, 

məlumat  yığımı  üzrə  mərkəzdə,  Finlandiyada  olan  bütün  heyvanların  sayı  barədə 

məlumat  alırlar.  Bu  həm  donuzçuluq  təsərrüfatlarına,  həm  də  iribuynuzlu  mal-qara 

təsərrüfatlarına aiddir. Heyvandarlığın sağlamlığına nəzarət  daima aparılır və nəzarət 

edilir. 

Müxtəlif  yaş  qruplarına  aid  heyvanların  qida  rasionuna  və  yemlənməsinə  

diqqət  yetirilir,  burada  quru  yemlərdən  istifadə  geniş  yayılmışdır.  Yem  qarışığı 

zavodlarında  heyvanların  yemlənməsi  üzrə  məsləhətçilər  çalışır.  Heyvanların  və 

quşların  saxlanılma  yerlərinin  vəziyyəti  üzrə  daimi  nəzarət  yoxlamaları  aparılır, 

baxmayaraq  ki, 

finlərin  buna  qarşı  daha  az  iradları  var.  Mal  damları,  quşçuluq  və 

donuzçuluq fermala

rı təmiz və işıqlıdır. 

Finlandiya  fermeri 

ayrı  olaraq  yaşayır,  fermaların  yaxınlığında  onun  şəxsi 

yaşayış  yerləri  var,  şəxsi  torpaq  sahələrində  kökümeyvəlilər  və  otlar  becərir, 

gübrələrdən  də  yalnız  üzvü  olanları  istifadə  edir.  Mineral  gübrələrin  istifadə 

edilməsinə  ciddi  nəzarət  edilir.  İnəklər  yalnız  südün  keyfiyyətini  korlamayan 

yemlərlə  yemlənməlidir.  Təsərrüfatlar  meşələrin  əhatəsində,  təmiz  havada 

yerləşdirilmişdir.  İnək  damlarına  daxil  olmaq  üçün  əvvəl  ağ  xalatlar  və  birdəfəlik 

istifadə  edilən  paltar  geyinilməlidir.  Hər  şey  kompyuterləşdirilmişdir.  Dövlət 

heyv


anların  hesabını  aparır,  cinslərin  təmizliyinə  nəzarət  edir,  bütün  inəklər 

qeydiyyata 

alınmışdır,  ciddi  seleksiya  işi  aparılır.  Fermerlər  bu  məsələdə  özləri  də 

savadlıdır  və  öz  inəklərinin  irslərinə  bələddirlər.  Xəstə  inəklərin  südü  məhv  edilir. 

Qeyd 

etmək lazımdır ki, südün istehlakçıya gəlib çıxması bir neçə dəfə nəzarətdən 



keçirilir. 

İkinci  Dünya  Müharibəsindən  əvvəl  əhalinin  əsas  məşğuliyyəti  kənd 

təsərrüfatı olmuşdur. Hal-hazırda ölkədə kiçik təsərrüfatlar üstünlük təşkil edir. Kənd 

təsərrüfatı  istehsalatının  genişləndirilməsinin  məhdud  imkanları  və  fermaların 

mexanikləşdirilməsinin  artması  bu  sahədə  məşğul  olanların  xeyli  azalmasına  şərait 

yaratmışdır, qalan hissəsinin gəlirləri isə xeyli artmışdır. Finlandiya kənd təsərrüfatı 

məhsullarına  idxalın  məhdudlaşdırılmasını  aradan  götürməyə  məcbur  olmuşdur, 

çunki  bu  Avropa 

İttifaqına  daxil  olmaq  üçün  vacib  şərtlərdən  biri  olmuşdur.  Süd 

məhsullarının, ətin və  yumurtanın istehsalı daxili  bazarda idxalı üstələmişdir və bu 

məhsullar kənd təsərrüfatı məhsulları ixracında aparıcı rol oynamışdır. Məsələn, hisə 

verilmiş mal əti kimi spesifik məhsullar ixrac edilir. Əlverişsiz vegetasiya şəraiti olan 

illər istisna olmaqla Finlandiya özünü taxıl üzrə 85 faiz təmin edir (əsasən də buğda, 

arpa 


və  çovdar  üzrə).  Meliorasiya  metodlarının  təkmillədirilməsi,  gübrələrin  geniş 

istifadəsi  və  soyuğadavamlı  sortların  yetişdirilməsi  taxıl  təsərrüfatınının  inkişafına 



 

şərait yaratmışdır. Buğdanı və digər dənli bitkiləri şəkər çuğunduru ilə yanaşı cənub-



qərbin münbit gilli düzənliklərində becərirlər, alma, xiyar və soğan Aland adalarında, 

pomidor 


isə cənubda istixanalarda yetişdirilir. 

Ərazisi 338,2 min km

2



əhalisi 5,6 milyon nəfərdir. 1 km

2

-

ə 18 nəfər düşür. 

Ərazisinə  görə  dünyada  63-cü  yerdədir.  ÜDM  195,6  milyard  ABŞ  dolları  təşkil 

edir, 

hər  nəfərə  34,9  min  ABŞ  dolları  məhsul  istehsal  edilir.  Əkin  sahələrinin 

təxminən  75  faizi  yem  bitkilərinin  altına  ayrılır,  bu  heyvandarlığın  inkişafı 

məqsədilə  edilir.  İldə  1,6  milyon  ton  arpa,  1  milyon  tondan  çox  vələmir  istehsal 

olunur. 

Ərzaqlıq taxılın 65 faizini buğda, 30-33 faizini çovdar təşkil edir. İldə 750 

min  ton 

buğda, 600 min ton kartof, 1 milyon ton şəkər çuğunduru istehsal edilir. 

Kənd təsərrüfatında 90 min nəfər çalışır. Ölkədə 1,3 milyon baş donuz, 1,8 milyon 

iribuynuzlu  mal-qara,  ondan  süd 

verən  800  min.  Orta  hesabla  hər  fermerə  11 

hektar 

əkin  sahəsi  düşür  (eyni  zamanda  50  hektar  meşəlik).  Kənd  təsərrüfatının 

gəlirinin 1/5 hissəsini süd satışından gələn gəlirin 3/5 hissəsini heyvandarlıq verir. 

İldə hər nəfər 19 kq mal əti, 35 kq donuz əti, 198 litr süd, 8,7 kq quş əti, 11,7 ədəd 

yumurta, 5,2 kq 

yağ, 14,4 kq pendir istehlak edir. Ölkə taxılla özünü 85 faiz təmin 

edir. 

 

 



 

 

 



 

 

 



 

 

 



İtaliyanın kənd təsərrüfatı 

 

Ərazisi  301,3  min  km

2



əhalisi  59,5  milyon  nəfər.  ÜDM  1826,0  milyard 



ABŞ dolları, hər nəfərə 30,5 min ABŞ dolları düşür. 

İtaliyanın yüksək məhsuldarlı aqrar sektoru mövcuddur. Lakin, özünü ərzaq 

məhsulları ilə 75 faiz təmin edir. İtaliyanın kənd təsərrüfatı sahəsində əhalinin 5,6 

faizi 


məşğuldur. Bu sahədə təsərrüfatçılığın icarə forması yayılmışdır, ÜDM-in 10 

faizini təşkil edir. 

İtaliyanın Qərbi Avropa aqrar inteqrasiyasında iştirakı ölkənin tərəvəzçilikdə 

və  meyvəçilikdə  ixtisaslaşmasına  gətirib  çıxarmışdır.  Taxılın  və  ətin  istehsalı 

azalmışdır. Ölkənin şimalında torpaq-iqlim şəraiti əkinçiliyə imkan yaradır. Kənd 

təsərrüfatının  əsas  sahəsi  kənd  təsərrüfatı  əmtəə  məhsullarının  60  faizini  təşkil 

edən bitkiçilikdir.  İtaliyada hər il 14  milyon ton tərəvəz  və  6 milyon  ton  meyvə 

istehsal edilir

.  Taxılçılıq  bitkiçiliyin  əsas  sahəsidir,  həmçinin  buğdanın  bərk 

sortları,  arpa,  qarğıdalı  becərilir.  Tərəvəzlər  əsasən  Şimalda  becərilirsə  də,  dənli 

bitkilər  ölkənin  Şimalında  və  Cənubunda  yetişdirilir.  Qərbi  Avropa  ölkələri 

arasında  İtaliya  üzümün,  zeytunun,  tütünün,  şəkər  çuğundurunun  istehsalı  ilə 

seçilir, tütün yığımına görə İtaliya Avropa ölkələri arasında birinci yeri tutur. 

Heyvandarlıq  əmtəə  məhsullarının  20  faizini  təşkil  edir,  südün  və  ətin 

istehsalında  ixtisaslaşır,  lakin  əhalinin  tələbatlarını  tam  ödəmir.  Təsərrüfatların 

iriləşdirilməsi  İtaliya  kənd  təsərrüfatının  tərəqqisinin  ayrılmaz  cəhətidir.  Ölkənin 

əlverişli iqlim şəraitinə və kənd təsərrüfatının idarə edilməsində çoxəsrlik zəngin 

təcrübəsinə  baxmayaraq,  kənd  təsərrüfatı  İtaliya  iqtisadiyyatının  ən  geridə  qalan 

sahəsidir. 

Kənd təsərrüfatında iqtisadi aktiv əhalinin payı digər ölkələrdən yüksəkdir, 

baxmayaraq ki, 

son  onilliklər  ərzində  bir  çox kəndlilər,  xüsusilə  də  xırda  torpaq 

sahibləri öz təsərrüfatlarını tərk edib sənayeyə və xidmət sahələrinə keçmişdir. 

İtaliyanın  kənd  təsərrüfatı  əhalinin  tələbatlarını  praktiki  olaraq  80  faiz 

ödəyir. Kənd təsərrüfatı öz inkişafında mühüm cətinliklərlə qarşılaşmışdır. İqtisadi 

böhran d


övründə  “Ümumi  bazar”ın  təzyiqi  altında  əkin  sahələri  və  məhsulun 

həcmi azalmışdır. Avropa İttifaqı ölkələrindən İtaliyaya taxılın, ətin, yumurtanın, 

mal-

qara  üçün  yemlərin  idxalı  çoxalır.  “Ümumi  bazar”  şəraitində  İtaliyaya  kənd 



təsərrüfatının öz ənənəvi Aralıq dənizi meyvə və tərəvəzlərin istehsalını çətinliklə 

də  olsa  qoruyub  saxlamağa  məvəffəq  olmuşdur.  Kənd  təsərrüfatının  inkişafına 

torpaqların parçalanması mane olmuşdur. 

İtaliyada  mövcud  olan  təsərrüfatların  orta  sahəsi  7,2  hektardır.  İri 

təsərrüfatlar (50 hektardan çox) təsərrüfatların ümumi sayının 2 faizini təşkil edir, 

lakin kənd təsərrüfatı torpaqlarının 40 faizini əhatə edir. İtaliyanın ərazisinin böyük 

hissəsi  dağlıq  olduğundan  şimal  rayonlarının  yarıdan  çoxunda  cəmləşən  müasir 

kənd  təsərrüfatı  texnikasının  tətbiqində  çətinliklər  yaranır.  Burada    həmçinin 

gübrələr  daha  çox  istifadə  edilir.  İtaliyanın  bir  çox  kənd  təsərrüfatı  rayonlarının 

süni 


suvarılmaya ehtiyacı var. 

Apennin v

ə  adalarda  torpaqların  eroziyası  və  deqradasiyası  ilə  mübarizə 

yet


ərincə  aparılmamışdır. Kənd təsərrüfatına  yararlı  torpaqlar  İtaliya  ərazisinin 

t

əxminən 90 faizini təşkil edir. Onların xeyli hissəsini (təxminən 35 faizini) əkin 



 

sah



ələri,  19 faizini çəmənlər və  otlaqlar, 11 faizini bağlar,  üzümlüklər, zeytun 

bağları təşkil edir. Kənd təsərrüfatı torpaqlarının 23,4 faizi meşələrin payına düşür. 

İtaliyanın  kənd təsərrüfatının  əsasını  bitkiçilik  təşkil  edir.  İqlimin  və  torpağın 

müxt


əlifliyi, ölkənin müxtəlif  ərazilərində  sosial  şəraitin və  ənənələr  sayəsində 

ölk


ədə çox sayda həm subtropik, həm də mülayim iqlim üçün tipik kənd təsərrüfatı 

bitkil


əri becərilir. Son illər  bazarın  tələbatları  kənd təsərrüfatı  bitki  növlərinin 

sayının azalmasını, lakin yığımın artırılmasını tələb edir. 

Əkin sahələrinin yarıdan çoxunda dənli bitkilər becərilir, onlardan ən əsası 

buğdadır. 

Ənənəvi  paxlalıların  çox  hissəsi hal-hazırda  mal-qara yemi  üçün  istifadə 

edilir


, yalnız yaşıl noxud qida və ixrac əhəmiyyətini qoruyub saxlayır. Ölkənin bir 

çox rayonlar

ında kartof istehsal edilir. 

İri  təsərrüfatlarda və  ailə  xırda  bostanlarda,  açıq  torpaqda  və  istixanalarda 

pomidor, k

ələm, bir neçə növ kahı, soğan, ənginar, qulançar, bostan bitkiləri kimi 

müxt

əlif tərəvəzlər becərilir. Pomidorun yetişdirilməsinə böyük diqqət yetirilir və 



t

ərəvəz yığımının çox hissəsini təşkil edir. Pomidorun çox hissəsi konservləşdirilir, 

tomat pastası kimi emal edilir və ixrac edilir. 

İtaliyanın çay axınlarının aşağı hissələrində ölkənin ən vacib texniki bitkisi 

olan şəkər çuğunduru becərilir. 

İtaliyanı  bəzən  “Avropanın  birinci  bağı”  adlandırırlar.  Ölkə  hər il alma, 

armud,  şaftalı,  əncir, gilas kimi müxtəlif meyvələr istehsal edir. Meyvələrin 

t

əxminən 60 faizi İtaliyanın şimalında istehsal edilir, əsasən də sahəsi 3 – 10 hektar 



olan v

ə  muzdlu  işçi  qüvvəsinin çox az istifadə  edilən  ixtisaslaşmış  fermer 

t

əsərrüfatlarında  yetişdirilir. Cənub bölgələrdə  badam, qoz və  fındıq  geniş 



yayılmışdır. 

İtaliya dünyada sitrus bitkilərinin ən iri istehsalçılarından biridir. Demək olar 

ki, bütün m

əhsul cənub bölgələrin kiçik plantasiyalarında yetişdirilir. Burada təkcə 

apelsin, limon, mandarin v

ə qreypfrut deyil, həmçinin berqamot, kinotto, limetta 

ki

mi az yayılmış növlər yetişdirilir. 



 

Aralıq  dənizi  əraziləri üzümün vətənidir.  İtaliyada bu bitki tarixən  xırda 

t

əsərrüfatlarda yetişdirilir. İtaliyada tanınan 246 üzüm növündən 17 növü daha çox 



yayılmışdır. İtaliya peyzajını üzümlüklər olmadan təsəvvür etmək mümkün deyil. 

B

əzi hallarda üzümü digər kənd təsərrüfatı  bitkilərilə, meyvə  ağacları  ilə 



uyğunlaşdırırlar, onları salxımların dirəyi kimi istifsadə edirlər. Üzümün yığımına 

gör


ə İtaliya Fransa ilə birincilik üzrə mütamadi olaraq rəqabət aparır. Demək olar 

ki, m


əhsulun hamısı şərab kimi emal edilir. 

İtaliyanın digər xarakterik bitkisi zeytundur. O, həmçinin üzüm kimi, digər 

bitkil

ərlə  uyğunlaşdırılmış  şəkildə  becərilir.  Zeytun  yığımına  görə  İtaliya  yalnız 



İspaniyadan geridə qalır. Ümumi yığımın 90 faizi cənub bölgəsinin payına düşür. 

Son ill


ər gülçülük ixracın əhəmiyyətli sahəsi olmuşdur. Xarici ölkələrə canlı 

çiç


əklər və ətriyyat sənayesi üçün xammal, toxum ixrac edilir. 

İtaliyanın kənd təsərrüfatında vacib struktur dəyişiklikləri baş verir, burada, 

ilk  növb

ədə  yem  bazasının  çatışmazlığına  görə,  heyvandarlıq  ikinci dərəcəli 

əhəmiyyət kəsb edir.  Heyvandarlıq  məhsulları  ölkənin kənd təsərrüfatı 


 

m



əhsullarının  ümumi  dəyərinin 42 faizini təşkil  edir.  İtaliyada  inəklərin iri 

naxırlarına nadir hallarda rast gəlmək olar, təsərrüfatların 70 faizində iribuynuzlu 

mal-

qaranın sayı 10-dan artıq olmur. 



Süd v

ə ət heyvandarlığı əsasən ölkənin şimalında üstünlük təşkil edir, burada 

İtaliyanın  çəmənliyinin  yarıdan  çoxu  çəmləşmişdir.  Əsas  qoyunçuluq  bölgəsi 

Sardiniyadır.  Şəkər  istehsalının  tullantılarından  Emiliya-Romanyedə  və 

Lonbardiyada  donuzların  yemləməsində  istifadə  edirlər. Son onilliklər iri 

şəhərlərin yaxınlığında iri quşçuluq fermaları inşa edilmişdir və hal-hazırda İtaliya 

Q

ərbi  Avropada  quş  ətinin  istehsalına  görə  aparıcı  yerlərdən birindədir. Kənd 



t

əsərrüfatı  ölkənin ümumi milli gəlirinin 10 faizini təşkil  edir.  Bu  sahədə  aktiv 

əhalinin 14 faizi məşğuldur.  Son  onilliklər  bəzi kəndlilər öz təsərrüfatlarını  tərk 

edib s


ənaye istehsalatı və xidmət sferasına keçmişlər. Kənd təsərrüfatı bitkilərinin 

istehsalına görə və xüsusilə də heyvandarlığın məhsuldarlığına görə İtalıya bir çox 

Avropa ölk

ələrindən geridə qalır. Kənd təsərrüfatının yüksək məhsuldarlığı yalnız 

şimal  bölgələrdədir, burada mexanikləşdirmənin səviyyəsi yüksəkdir və 

gübr


ələrdən daha çox istifadə edilir. 

K

ənd təsərrüfatının  əsas sahəsi bitkiçilikdir.  Ümumi  əkin sahələrinin 



yarısından  çoxunda dənli bitkilər becərilir, o cümlədən  30  faizi buğdanın payına 

düşür.  Ən  münbit  torpaqlarda  bəzi  hallarda  buğda  qarğıdalı  ilə  növbələnir. Alp 

dağlarının  yamaclarında  və  vadilərində  çovdar və  yulaf becərilir. Dənli bitkilər 

əsas ərzaq bitkiləridir. İtaliyanın fermaları daxili bazarlarda istehlak edilən taxılın 

t

əxminən 2/3 hissəsini istehsal edir. Dənli bitkilərin istehsalı (düyü istisna olmaqla) 



orta hesabla 16,5 – 20,9 milyon ton t

əşkil edir. Buğdanın ümumi yığımı 7,1 - 8,9   

milyon ton t

əşkil edir. 

Düyü  istehsalına görə  İtaliya  Avropada birinci  yeri tutur  (düyünün ümumi 

yığımı  təxminən  1,5 milyon ton təşkil  edir),  məhsuldarlığına  görə  isə  dünyanın 

ç

əlktikçiliklə  məşğul  olan  aparıcı  ölkələrin  siyahısına  daxildir. Düyü Padan 



düz

ənliyinin suvarılan torpaqlarında becərilir. 

Şəkər  çuğunduru  əhəmiyyətli  texniki  bitkidir.  Şəkər  çuğundurunun 

becərilməsilə məşğul olan təsərrüfatların yarıdan çoxu Po cayının aşağı hissəsində 

cəmləşmişdir. 

Toxuculuq sənayesi üçün lif alınan texniki bitkilərdən İtaliyada az miqdarda 

pambıq,  kətan  və  çətənə  becərilir.  Hər  il  çiçəklərin  yetişdirilməsi  daha  böyük 

əhəmiyyət kəsb edir. Onların xeyli hissəsi ixrac edilir. 

Zeytun, üzüm, sitrus bitkiləri və badam kimi tipik Aralıq dənizi bitkilərinin 

becərilməsi, xüsusilə ölkənin cənubunda böyük əhəmiyyət kəsb edir. Italiya zeytun 

yağı  və  şərabın  dünyada  ən  iri istehsalçılarından  biridir  və  bu  növ  məhsullar 

pomidor, meyvə və tezyetişən tərəvəzlərlə (noxud və lobya kimi)  yanaşı ölkənin 

ixracında mühüm yer tutur. 

Heyvandarlığın  rolu  tədricən  artır.  Ölkənin  şimal  rayonlarında  süd  və  ət 

heyvandarlığı üstünlük təşkil edir, digər rayonlar üçün xırdabuynuzlu mal-qaranın 

üstünlüyü ilə ekstensiv heyvandarlıq xarakterikdir. 

Ölkənin bir çox rayonlarında kartof istehsal edilir.  


 

İtaliya dünyada sitrus bitkilərinin ən iri istehsalçılarında biridir. Demək olar 



ki,  onların  hamısı  cənub  bölgələrdə  becərilir,  ilk  növbədə  Siciliyada.  İtaliyanın 

kənd təsərrüfatında ənənəvi üzümçülük böyük rol oynayır.  

Avropa  İttifaqının  standartlarına  görə  İtaliyanın  kənd  təsərrüfatı  kifayət 

qədər effektiv deyil. 

Şimal-Qərbi Avropadan fərqli olaraq İtaliyanın kənd təsərrüfatında bitkiçilik 

üstünlük  təşkil  edir.  Dəyərinə  görə  burada  birinci  yerdə  “Aralıq  dənizi 

ərzaqları”dır. Onlar üçün əlverişli şərait yarımadada və adalardadır. Burada tərəvəz 

istehsalı ümumilikdə Böyük Britaniya, Fransa və Almaniyadan çoxdur. Pomidorun 

yetişdirilməsi  burada  daha  böyük  əhəmiyyət  kəsb  edir.  İtaliya  həmçinin 

meyvələrin,  xüsusilə  də  armudun,  şaftalının,  apelsinin,  limonun,  üzümün  və 

şərabın  iri  istehsalçısıdır.  İtaliya  İspaniya  ilə  birgə  zeytunun  yetişdirilməsi  üzrə 

birinciliyi qoruyub saxlayır. Lakin zeytun yağı daxili istehlak məhsuludur. 

İtaliya  əhəmiyyətli  taxıl  istehsalçısıdır.  Burada  buğda,  qarğıdalı,  arpa  və 

düyü istehsal edilir. Böyük ərazilərdə şəkər çuğunduru və kartof becərilir. Makaron 

istehsalında  istifadə  edilən  buğdanın  bərk  növləri  cənub  bölgələrdə  becərilir.  Öz 

istehsalı olan buğda əhalinin tələbatlarını ödəmir, buna görə də buğda idxal edilir. 

Düyünü 

İtaliya Avropa ölkələrinə ixrac edir. 



Ölkədə iribuynuzlu mal-qara, donuz, qoyun, keçi və quş yetişdirilir. İtaliya 

ətin və pendirin əhəmiyyətli istehsalçısıdır. Heyvandarlıq məhsullarının bir hissəsi, 

yun daxil olmaqla, həmçinin yemlik taxıl idxal edilir. Ət-süd heyvandarlığı əsasən 

Şimalda, qoyunçuluq isə Appenin dağlarında və adalarda cəmləşmişdir. 

İtaliyanın  iqlim  şəraiti  mülayim  iqlimin  bitkilərini  becərməyə  şərait 

yaratmışdır, xüsusilə də onlar subtropik meyvə bitkiləri və üzüm üçün əlverişlidir.  

İsti və quru yayı, isti qışı olan 

tipik Aralıq dənizi iqlimi sitrus bitkilərinin, 

zeytunun,  badam  ağaclarının  və  digər  bağ  bitkiləri,  həmçinin üzüm üçün 

əlverişlidir. 

İtaliyanın aqrar quruluşu üçün əsas üç təsərrüfat tipi xarakterikdir: kapitalist, 

mülkədar,  az  torpaqlı  və  torpaqsız  kəndli.  Əmtəə  məhsullarının  əsas  kütləsini 

istehsal  edən  kapitalist  təsərrüfatlar  Şimali  İtaliyada  yayılmışdır.  Onlar 

aqrotexnikanın  aparıcı  metodlarının,  mexanilkləşdirilmənin  yüksək  səviyyəsi  və 

muzdlu  işçi  qüvvəsinin  istifadəsilə  seçilirlər.  Cənubi  İtaliya  üçün  iri  mülkədar 

torpaq  sahibliyinin  (latifundiyalar)  xırda  kəndli  torpaq  istifadəsilə  uyğunlaşması 

xarakterikdir. 

İtaliyanın  kənd  təsərrüfatı  Fransada  olduğu  kimi  çoxsahəlidir, lakin ondan 

intensivliyinə və inkişaf səviyyəsinə görə geridə qalır. 

Tez


yetişən  tərəvəzlər  cənubda  qış  fəslində  becərilir,  buna  görə  də  İtaliya 

onları Avropa bazarlarına öz  rəqiblərindən daha tez çatdırır.   

Heyvandarlıq İtaliyada nisbətən zəif inkişaf etmişdir. İribuynuzlu mal-qara 

Şimali İtaliyada kapitalist təsərrüfatlarında yetişdirlir. 

İkinci  dünya  müharibəsindən  əvvəl  inkişaf  templərinə  və  sənaye 

istehsalatının səviyyəsinə görə İtaliya nəzərə çarpacaq qədər digər əsas ölkələrdən 

geridə qalırdı. Bunun səbəbləri xammalın zəif olmasında idi. 50-ci və 60-cı illərin 

ortalarından  sənaye  istehsalatının  yüksəlişi  baş  vermişdir.  Aqrar-sənaye  ölkə 



 

sənaye-aqrar  ölkəsinə  çevrilmişdir.  Burada  dövlətin  iqtisadiyyata  aktiv  müdaxilə 



etməsi böyük rol oynamışdır. 

Ərazisi 301,3 min km

2

, əhalisi 60 milyon nəfər, 1 km

2

-

ə 193 nəfər düşür. 

ÜDM 1826,0 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 30,5 min ABŞ dolları 

məhsul  istehsal  edilir.  Aqrar  sektor  ərzaqla  əhalinin  75  faizini  təmin  edir. 

Əhalinin 5,6 faizi bu sahədə çalışır və ÜDM-nin 10 faizini verir. İldə 14,0 milyon 

ton tərəvəz, 6 milyon ton meyvə istehsal olunur, tütün istehsalına görə Avropada 

birinci  yeri  tutur,  məhsul  istehsalının  20  faizini  heyvandarlıq  verir. 

Təsərrüfatların  hər  birində  orta  hesabla  7,2  hektar  torpaq  sahəsi  var,  iri 

təsərrüfatlarda  50  hektardan  çox  torpaq var. İri  təsərrüfatlar  cəmi 

təsərrüfatların  2  faizini  təşkil  etsə  də  məhsul  istehsalının  40  faizini  verir. 

Ərazinin  90  faizi kənd  təsərrüfatına  yararlı torpaq  sahələridir.  Ondan  35  faizi 

əkin, 19 faizi otlaq və çəmən, 11 faizi bağlar, 23,4 faizi meşəlik, təsərrüfatın 70 

faizinin  10  başdan  çox  olmayan  heyvanları  var.  ÜDM-nin  10    faizini  kənd 

təsərrüfatı verir. Taxıl istehsalı (düyüdən başqa) 16,5-20,9 milyon ton təşkil edir, 

ondan buğda 7,1-8,9 milyon ton, ümumi əkin sahəsinin 30 faizini buğda təşkil 

edir. 

Üzüm istehsalının 90 faizi şərab istehsalına sərf olunur. 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin