Finlandiyan
ın kənd təsərrüfatı
Ərazisi 338,2 min km
2
,
əhalisi 5,6 milyon nəfərdir. ÜDM 195,6 milyard ABŞ
dolları, hər nəfərə 34 929 ABŞ dolları düşür.
Finlandiyanın kənd təsərrüfatının təməlini xırda təsərrüfatlar təşkil etmişdir.
İkinci Dünya müharibəsindən əvvəl Finlandiya əhalisinin əsas kütləsi kənd təsərrüfatı
ilə məşğul olurdu.
Hal-
hazırda Finlandiyada 70 min ferma mövcuddur, onlardan 80 faizinin hər
biri ümumi
sahəsi 50 hektar və daha az olan kiçik və orta kateqoriyaya aiddir
(fermalar
nın orta torpaq sahəsi 11 hektardır). Sahəsi 50 hektardan çox, lakin 76
hektardan az olan fermalar iri hesab edilir. Onlardan çoxu
ağac tədarükü ilə
məşğuldur. Fermaların çoxunda ağac tədarükündən əldə edilən gəlir fermer
təsərrüfatının büdcəsinin 1/4 hissəsini təşkil edir. Bəzi təsərrüfatların gəlirinin
yarısını, mərkəzi və şimal hissələrdə isə büdcəsi tamamilə meşə ilə əlaqəli olan, kənd
təsərrüfatının özü isə əlavə gəlir mənbəyi kimi olan fermalara rast gəlmək olar.
Heyvandarlığın yüksək inkişafı nəticəsində əkin sahələrinin əksər hissələrində yem
bitkiləri becərilir. Hal-hazırda torpaqların 75 faizi yem bitkilərinin becərilməsinə
ayrılmışdır. Burada əsasən yulaf və arpa istehsal edilir. Əgər yulaf yalnız ölkənin
cənub hissəsində bitirsə, arpanı hətta Laplandiyada da becərirlər. Finlandiyada hər il
1,6 milyon ton arpa
və 1 milyon tondan artıq yulaf yığılır.
Ərzaq taxılının (çovdar və buğda) becərilməsinə əkin sahələrinin 10 faizi
ayrılmışdır. Bununla yanaşı yazlıq buğda geniş yayılmışdır. Buğdanın payına ərzaq
taxılının istehsalının 65 faizi, çovdarın payına isə 30-33 faizi düşür. Ölkədə hər il 750
min ton
buğda istehsal edilir. Dənli bitkilərlə yanaşı kartof (600 000 ton) və şəkər
çuğunduru (1milyon ton) istehsal edilir. Finlandiyanın kənd təsərrüfatı ölkənin süd
məhsullarına, taxıla (xüsusilə də yemlik taxılına), heyvandarlıq və quşçuluq
məhsullarına olan tələbatını tamamilə ödəyir. Bununla belə kənd təsərrüfatı sahəsində
cəmi 90 min nəfər çalışır (eyni zamanda maşınqayırma sahəsində demək olar ki, 130
min
nəfər çalışır). Cəmi 20 il öncə Finlandiyanın kənd təsərrüfatında 300 min nəfər
çalışırdı.
Digər Skandinaviya ölkələrində olduğu kimi kənd təsərrüfatında aparıcı yeri
heyvandarlıq tutur. Onun payına Finlandiyanın kənd təsərrüfatının ümumi dəyərinin
80 faizi
düşür. Bununla yanaşı südün satışına 48 faiz düşür. Ölkədə iribuynuzlu mal-
qaranın ümumi sayı 1,8 milyona çatır. Burada inəklərin sayı 800 min təşkil edir.
İnəklərin iki cinsi daha çox yayılmışdır: fin və ayrşir cinsləri. Hər ikisi yüksək sağımı
və südün yüksək yağlılığı ilə seçilir.
Öz
məhsullarının satışı üçün Finlandiya fermerləri kooperativlərdə birləşirlər.
Milli
şirkət səviyyəsinədək artmış belə kooperativlərdən birinin dövriyyəsi hal-
hazırda 1,5 milyard avro təşkil edir. Şirkət Finlandiyada istehsal edilən südün 80
faizini emal
edərək 1000 adda süd məhsulları istehsal edir. Şirkət yaranma dövründə
17 fermer
təsərrüfatını (hal-hazırda isə 13 mindən artıq) birləşdirən kiçik kooperativ
olmuşdur.
Ölkədə donuzların sayı 1,3 milyon təşkil edir. Hər il 3,4 min dönuzçuluq
fermas
ında 200 min ton donuz əti istehsal edilir. Bundan 40 min tonu ixrac edilir.
Eyni zamanda Finlandiya qoyun
ətini idxal etməyə məcburdur, burada o, daha az,
ildə 5 min tonadək istehsal edilir. Maral əti cəmi 3 000 ton istehsal edilir. Bununla
2
yanaşı maralçılıqla 7 000 nəfər məşğul olur, maralların Finlandiyada ümumi sayı isə
200 min
təşkil edir. Mal əti ildə 90 000 ton istehsal edilir, lakin tələbat 100 min
tondan artiq
təşkil edir. Mal ətini ölkənin 4 600 fermasında istehsal edirlər.
İribuynuzlu mal-qaranın və donuzların hesaba alınması üçün izləmə üzrə
komyuter sistemi
istifadə edilir. Onun terminalları adi kompyuter şəklində hər bir iri
fermer
təsərrüfatında mövcuddur. Fermer gündəlik öz sürülərinin sayı barədə
məlumatı daxil etməlidir, nəticədə Finlandiyanın bütün ərazisində heyvanlarin sayını
müəyyən etmək mümkündür.
Hazırki fin kənd təsərrüfatının formalaşmasında böyük rolu 2002-ci ildə
Finlandiyanın Avropa İttifaqına daxil olması oynamışdır və bunun nəticəsi olaraq
Finlandiyanın sərhədlərinin xarici məhsullar üçün açılması olmuşdur. Finlandiya
fermerləri daha isti ölkələrdən olan tərəfdaşları ilə rəqabət aparmalı olmuşlar. Bu
rəqabət ona gətirib çıxardı ki, finlər öz məhsullarının keyfiyyətinə daha diqqətli
yanaşmalı olmuşlar. “Keyfiyyət” sozünə finlər həm rəngini, həm dadını, hətta taranı
da aid edir
lər. Hal-hazırda meyvələrin, tərəvəzlərin və qiləmeyvələrin böyük hissəsi
istixanalarda
becərilir.
Finlər öz məhsullarının təbii olmalarına xüsusi əhəmiyyət verirlər. Məsələn,
mineral
gübrələrin tətbiqində məhdudiyyətlər mövcuddur. Mal-qaranın pəyələri
mütəmadi olaraq təmizlənir, havalandırılır, içəri yalnız xüsusi geyimdə daxil olmaq
olar. Bundan
əlavə hər heyvanın qida rasionu ayrıca hesablanır. Məsələn, hesab edilir
ki,
hər 30 - 100 kq arası çəkisi olan donuz gundə 1,13 kq artmalıdır. Bütün yaş və
çəki qruplarına aid heyvanların hesablanma cədvəlləri mövcuddur. Hər inəyin isə
biometrik pasportu
və naviqatoru var.
Torpaqlar
ın xarakteri və xüsusiyyətləri, işıq, havanın hərarəti və su kənd
təsərrüfatına təsir göstərən əsas təbii faktorlardır. Hər bir halda bitkilərin inkişaf
etməsinə yalnız bir əlverişli faktor mane olur və nəticədə yaxşı məhsul almaq üçün
ilk
növbədə sırf bu faktorun yaxşılaşdırılması vacibdir. Finlandiyanın kənd təsərrüfatı
qida
sənayesi ilə birgə kənd təsərrüfatı məhsullarının emalının və ərzaq məhsullarının
istehsalının vahid sırasını təşkil edirlər. Payçı kooperativ müəssisələr, çoxsahəli
konsernlər və firmalar bu sahənin əsasıdırlar. Finlandiya şimal en dairəsində kənd
təsərrüfatının idarə edilməsində seleksiya, səpin dövriyyəsində və aqrokimya
sahəsində proqressiv elmi kəşflərin tətbiqinə əsaslanan nadir təcrübəyə malikdir.
Xırda və orta təsərrüfatların çoxu öz yaşayışlarını əkin sahələrindən bir neçə
dəfə böyük, onlara məxsus meşə sahələrindən olan ağacların satışı ilə təmin edirlər.
Ölkədə hər fermaya orta hesabla 11 hektar əkin sahəsi və eyni zamanda 50 hektardan
çox
səmərəli meşə sahələri düşür. Satılan ağaclardan əldə edilən gəlir orta hesabla
fermerlərin gəlirlərinin 1/4 hissəsini, bir çox xırda təsərrüfatlarda isə bütün gəlirlərin
yarısını təşkil edir. Mərkəzi və Şimali Finlandiyanın geniş rayonlarında meşə
təsərrrüfatı kəndlilərin əsas gəlir mənbəyidir, kənd təsərrüfatı yalnız yardımçı rol
oynayır. Heyvandarlığın üstünlük təşkil etməsi Şimali Avropanın bütün ölkələri üçün
xarakterik
olmağı ilə yanaşı kənd təsərrüfatının struktur sahəsinin özünəməxsusluğu
Finlandiyada Danimarkada
olduğu kimi yalnız süd istehsalının böyük rolundan
ibarətdir. Finlandiyanın kənd təsərrüfatının bütün gəlirlərinin təxminən 4/5 hissəsi
heyvandarlığın payına düşür, südün satışından əldə edilən gəlir isə heyvandarlığın
gəlirlərinin 3/5 hissəsini təşkil edir.
3
Kənd təsərrüfatının digər sahələrini istixana istehsalatı, xəzlik heyvan
yetişdirilməsi, balıq yetişdirmə və balıqçılıq təşkil edir. Finlandiyada ərzaq
məhsullarının əsas növlərinin istehlakı nisbətən stabildir və ildə hər nəfərə 19 kq mal
əti, 35 kq donuz əti, 198 litr süd, 8,7 kq quş əti, 11,7 yumurta, 5,2 kq yağ, 14,4 kq
pendir
və s. təşkil edir. Südlük naxırların əsas hissəsi südü alıb və öz çoxsaylı
zavodlarında emal edən kooperativlərə birləşmiş xırda və orta təsərrüfatlarda
cəmləşmişdir.
Finlandiyada
həmçinin donuzçuluq inkişaf etmişdir. Donuz əti ümumi istehsal
edilən ətin yarıdan çoxunu təşkil edir. Qütb dairəsi arxasında olan Laplandiyada
şimal maralları otarılır, onların sayı 200 000-ə çatır. Maral əti ölkənin ət balansında
əhəmiyyətli rol oynayır. Çoxsaylı xəzlik heyvan yetişdirilən fermalarda və
Finlandiyanın qərb hissəsində hər il 3 milyon su samuru dərisi tədarük edilir.
Bağçılıq Finlandiyada zəif inkişaf etmişdir. Bağçılıq isveçlilərin yaşadığı
Usimada
və Cənubi Finlandiya adalarında daha geniş yayılmışdır, lakin orada da
bağların payına kənd təsərrüfatı sahələrinin 0,9 faizi düşür. Bu rayonların iqlim şəraiti
alma, armud,
albalı yetişdirilməsi üçün əlverişlidir və bol məhsul yığılır. Bütün
Finlandiyada öz
tələbatlarını təmin etmək üçün kiçik sahələrdə giləmeyvələr və
tərəvəzlər yetişdirilir.
Finlandiyada iqlim
xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif tarla bitkiləri
yetişdirilir. Ölkədə qırxa yaxın bitki becərilir, bunlardan yarısından az hissəsi kənd
təsərrüfatı əhəmiyyətlidir. Payızlıq taxıl Finlandiyada ən tələbkar dənli bitkidir. O,
karbonatlı çürüntülü gilli torpaqlarda daha yaxşı inkişaf edir. Bu bitki sərt qışı pis
keçirir
və əsasən ölkənin cənub və cənub-qərb rayonlarının gilli torpaqlarında
yay
ılmışdır. Yazlıq taxıl, payızlıq taxıl kimi gilli torpaqları olan rayonlar üçün
xarakterikdir, lakin daha yüngül qumluca
və bəzi sortlar hətta bataqlıq torpaqlarda da
bitir.
Payızlıq çovdar nisbətən az tələbkar bitkidir və yüngül mexaniki tərkibli
mineral torpaqda
becərilir. Arpa çürüntülü, çox turşulu olmayan nisbətən yüngül
mexaniki
tərkibli torpaqlarda daha yaxşı inkişaf edir. Tarixən o, finlilərin ən
əhəmiyyətli çorək taxılıdır.
Yulaf
Finlandiyanın ən cavan dənli bitkisidir. Bir zamanlar o, bütün dənlilərin
əkin sahələrinin yarısını təşkil edirdi. Xüsusilə yulaf daha çox Finlandiyanın cənub-
qərb rayonlarında becərilir, burada onun payına bütün əkin sahələrinin 1/4 hissəsi
düşür. Səpilən otlar, əsasən də pişikquyruğu və qırmızı yonca, ölkənin hər tərəfində
becərilir. Ümumilikdə o əkin sahələrinin 1/3 hissəsini təşkil edir. Ölkənin şimal
hissəsində isə səpilən otlar üstünlük təşkil edir və iribuynuzlu mal-qaranın əsas
yemini
təşkil edir.
Finlandiyada
kənd təsərrüfatı həm istixana istehsalatı, həm xəzlik heyvanların
yetişdirilməsi, həm atçılıq, həm də balıqçılıqdır. İstixanalarda pomidor, xiyar, kahı,
çiçəklər yetişdirilir.
Ərzaq məhsullarının keyfiyyətinə görə Finlandiya bir çox Avropa olkələrini
qabaqlayır.
Dəyişkən hava şəraiti olan şimal ölkəsi tərəvəzlərlə, meyvələrlə və bağ
giləmeyvələri ilə özünü qismən təmin edir.
4
Minlərlə fin təsərrüfatları bunun üçün ekoloji təmiz Finlandiya torpaqlarında
çalışır və ekoloji təmiz məhsul istehsal edirlər. Finlandiya əhalisi öz məhsullarının
idxal olunan
məhsullardan daha yaxşı olduğunu çoxdan anlamışlar.
Quşçuluq təsərrüfatlarının fermerləri daimi olaraq öz məhsullarının
keyfiyyətinə nəzarət edirlər, lakin özləri də müvafiq xidmətlər tərəfindən nəzarət
altındadırlar. Məsələn, köçəri quşlarla təmasdan qaçılması üçün bütün ev quşlarının
mart
ayının əvvəllərindən may ayının sonlarınadək bağlı saxlanılması barədə qanun
qəbul edilmişdir.
Finlandiyada
məlumatın yığılması, fermaların vəziyyətinin izlənməsi, hər
fermerin öz donuzçuluq
ferması barədə məlumat daxil etdiyi kompüter proqramı
çoxdan mövcuddur.
Heyvanların sayı barədə məlumat daima yenilənir. Helsinkidə,
məlumat yığımı üzrə mərkəzdə, Finlandiyada olan bütün heyvanların sayı barədə
məlumat alırlar. Bu həm donuzçuluq təsərrüfatlarına, həm də iribuynuzlu mal-qara
təsərrüfatlarına aiddir. Heyvandarlığın sağlamlığına nəzarət daima aparılır və nəzarət
edilir.
Müxtəlif yaş qruplarına aid heyvanların qida rasionuna və yemlənməsinə
diqqət yetirilir, burada quru yemlərdən istifadə geniş yayılmışdır. Yem qarışığı
zavodlarında heyvanların yemlənməsi üzrə məsləhətçilər çalışır. Heyvanların və
quşların saxlanılma yerlərinin vəziyyəti üzrə daimi nəzarət yoxlamaları aparılır,
baxmayaraq ki,
finlərin buna qarşı daha az iradları var. Mal damları, quşçuluq və
donuzçuluq fermala
rı təmiz və işıqlıdır.
Finlandiya fermeri
ayrı olaraq yaşayır, fermaların yaxınlığında onun şəxsi
yaşayış yerləri var, şəxsi torpaq sahələrində kökümeyvəlilər və otlar becərir,
gübrələrdən də yalnız üzvü olanları istifadə edir. Mineral gübrələrin istifadə
edilməsinə ciddi nəzarət edilir. İnəklər yalnız südün keyfiyyətini korlamayan
yemlərlə yemlənməlidir. Təsərrüfatlar meşələrin əhatəsində, təmiz havada
yerləşdirilmişdir. İnək damlarına daxil olmaq üçün əvvəl ağ xalatlar və birdəfəlik
istifadə edilən paltar geyinilməlidir. Hər şey kompyuterləşdirilmişdir. Dövlət
heyv
anların hesabını aparır, cinslərin təmizliyinə nəzarət edir, bütün inəklər
qeydiyyata
alınmışdır, ciddi seleksiya işi aparılır. Fermerlər bu məsələdə özləri də
savadlıdır və öz inəklərinin irslərinə bələddirlər. Xəstə inəklərin südü məhv edilir.
Qeyd
etmək lazımdır ki, südün istehlakçıya gəlib çıxması bir neçə dəfə nəzarətdən
keçirilir.
İkinci Dünya Müharibəsindən əvvəl əhalinin əsas məşğuliyyəti kənd
təsərrüfatı olmuşdur. Hal-hazırda ölkədə kiçik təsərrüfatlar üstünlük təşkil edir. Kənd
təsərrüfatı istehsalatının genişləndirilməsinin məhdud imkanları və fermaların
mexanikləşdirilməsinin artması bu sahədə məşğul olanların xeyli azalmasına şərait
yaratmışdır, qalan hissəsinin gəlirləri isə xeyli artmışdır. Finlandiya kənd təsərrüfatı
məhsullarına idxalın məhdudlaşdırılmasını aradan götürməyə məcbur olmuşdur,
çunki bu Avropa
İttifaqına daxil olmaq üçün vacib şərtlərdən biri olmuşdur. Süd
məhsullarının, ətin və yumurtanın istehsalı daxili bazarda idxalı üstələmişdir və bu
məhsullar kənd təsərrüfatı məhsulları ixracında aparıcı rol oynamışdır. Məsələn, hisə
verilmiş mal əti kimi spesifik məhsullar ixrac edilir. Əlverişsiz vegetasiya şəraiti olan
illər istisna olmaqla Finlandiya özünü taxıl üzrə 85 faiz təmin edir (əsasən də buğda,
arpa
və çovdar üzrə). Meliorasiya metodlarının təkmillədirilməsi, gübrələrin geniş
istifadəsi və soyuğadavamlı sortların yetişdirilməsi taxıl təsərrüfatınının inkişafına
5
şərait yaratmışdır. Buğdanı və digər dənli bitkiləri şəkər çuğunduru ilə yanaşı cənub-
qərbin münbit gilli düzənliklərində becərirlər, alma, xiyar və soğan Aland adalarında,
pomidor
isə cənubda istixanalarda yetişdirilir.
Ərazisi 338,2 min km
2
,
əhalisi 5,6 milyon nəfərdir. 1 km
2
-
ə 18 nəfər düşür.
Ərazisinə görə dünyada 63-cü yerdədir. ÜDM 195,6 milyard ABŞ dolları təşkil
edir,
hər nəfərə 34,9 min ABŞ dolları məhsul istehsal edilir. Əkin sahələrinin
təxminən 75 faizi yem bitkilərinin altına ayrılır, bu heyvandarlığın inkişafı
məqsədilə edilir. İldə 1,6 milyon ton arpa, 1 milyon tondan çox vələmir istehsal
olunur.
Ərzaqlıq taxılın 65 faizini buğda, 30-33 faizini çovdar təşkil edir. İldə 750
min ton
buğda, 600 min ton kartof, 1 milyon ton şəkər çuğunduru istehsal edilir.
Kənd təsərrüfatında 90 min nəfər çalışır. Ölkədə 1,3 milyon baş donuz, 1,8 milyon
iribuynuzlu mal-qara, ondan süd
verən 800 min. Orta hesabla hər fermerə 11
hektar
əkin sahəsi düşür (eyni zamanda 50 hektar meşəlik). Kənd təsərrüfatının
gəlirinin 1/5 hissəsini süd satışından gələn gəlirin 3/5 hissəsini heyvandarlıq verir.
İldə hər nəfər 19 kq mal əti, 35 kq donuz əti, 198 litr süd, 8,7 kq quş əti, 11,7 ədəd
yumurta, 5,2 kq
yağ, 14,4 kq pendir istehlak edir. Ölkə taxılla özünü 85 faiz təmin
edir.
İtaliyanın kənd təsərrüfatı
Ərazisi 301,3 min km
2
,
əhalisi 59,5 milyon nəfər. ÜDM 1826,0 milyard
ABŞ dolları, hər nəfərə 30,5 min ABŞ dolları düşür.
İtaliyanın yüksək məhsuldarlı aqrar sektoru mövcuddur. Lakin, özünü ərzaq
məhsulları ilə 75 faiz təmin edir. İtaliyanın kənd təsərrüfatı sahəsində əhalinin 5,6
faizi
məşğuldur. Bu sahədə təsərrüfatçılığın icarə forması yayılmışdır, ÜDM-in 10
faizini təşkil edir.
İtaliyanın Qərbi Avropa aqrar inteqrasiyasında iştirakı ölkənin tərəvəzçilikdə
və meyvəçilikdə ixtisaslaşmasına gətirib çıxarmışdır. Taxılın və ətin istehsalı
azalmışdır. Ölkənin şimalında torpaq-iqlim şəraiti əkinçiliyə imkan yaradır. Kənd
təsərrüfatının əsas sahəsi kənd təsərrüfatı əmtəə məhsullarının 60 faizini təşkil
edən bitkiçilikdir. İtaliyada hər il 14 milyon ton tərəvəz və 6 milyon ton meyvə
istehsal edilir
. Taxılçılıq bitkiçiliyin əsas sahəsidir, həmçinin buğdanın bərk
sortları, arpa, qarğıdalı becərilir. Tərəvəzlər əsasən Şimalda becərilirsə də, dənli
bitkilər ölkənin Şimalında və Cənubunda yetişdirilir. Qərbi Avropa ölkələri
arasında İtaliya üzümün, zeytunun, tütünün, şəkər çuğundurunun istehsalı ilə
seçilir, tütün yığımına görə İtaliya Avropa ölkələri arasında birinci yeri tutur.
Heyvandarlıq əmtəə məhsullarının 20 faizini təşkil edir, südün və ətin
istehsalında ixtisaslaşır, lakin əhalinin tələbatlarını tam ödəmir. Təsərrüfatların
iriləşdirilməsi İtaliya kənd təsərrüfatının tərəqqisinin ayrılmaz cəhətidir. Ölkənin
əlverişli iqlim şəraitinə və kənd təsərrüfatının idarə edilməsində çoxəsrlik zəngin
təcrübəsinə baxmayaraq, kənd təsərrüfatı İtaliya iqtisadiyyatının ən geridə qalan
sahəsidir.
Kənd təsərrüfatında iqtisadi aktiv əhalinin payı digər ölkələrdən yüksəkdir,
baxmayaraq ki,
son onilliklər ərzində bir çox kəndlilər, xüsusilə də xırda torpaq
sahibləri öz təsərrüfatlarını tərk edib sənayeyə və xidmət sahələrinə keçmişdir.
İtaliyanın kənd təsərrüfatı əhalinin tələbatlarını praktiki olaraq 80 faiz
ödəyir. Kənd təsərrüfatı öz inkişafında mühüm cətinliklərlə qarşılaşmışdır. İqtisadi
böhran d
övründə “Ümumi bazar”ın təzyiqi altında əkin sahələri və məhsulun
həcmi azalmışdır. Avropa İttifaqı ölkələrindən İtaliyaya taxılın, ətin, yumurtanın,
mal-
qara üçün yemlərin idxalı çoxalır. “Ümumi bazar” şəraitində İtaliyaya kənd
təsərrüfatının öz ənənəvi Aralıq dənizi meyvə və tərəvəzlərin istehsalını çətinliklə
də olsa qoruyub saxlamağa məvəffəq olmuşdur. Kənd təsərrüfatının inkişafına
torpaqların parçalanması mane olmuşdur.
İtaliyada mövcud olan təsərrüfatların orta sahəsi 7,2 hektardır. İri
təsərrüfatlar (50 hektardan çox) təsərrüfatların ümumi sayının 2 faizini təşkil edir,
lakin kənd təsərrüfatı torpaqlarının 40 faizini əhatə edir. İtaliyanın ərazisinin böyük
hissəsi dağlıq olduğundan şimal rayonlarının yarıdan çoxunda cəmləşən müasir
kənd təsərrüfatı texnikasının tətbiqində çətinliklər yaranır. Burada həmçinin
gübrələr daha çox istifadə edilir. İtaliyanın bir çox kənd təsərrüfatı rayonlarının
süni
suvarılmaya ehtiyacı var.
Apennin v
ə adalarda torpaqların eroziyası və deqradasiyası ilə mübarizə
yet
ərincə aparılmamışdır. Kənd təsərrüfatına yararlı torpaqlar İtaliya ərazisinin
t
əxminən 90 faizini təşkil edir. Onların xeyli hissəsini (təxminən 35 faizini) əkin
2
sah
ələri, 19 faizini çəmənlər və otlaqlar, 11 faizini bağlar, üzümlüklər, zeytun
bağları təşkil edir. Kənd təsərrüfatı torpaqlarının 23,4 faizi meşələrin payına düşür.
İtaliyanın kənd təsərrüfatının əsasını bitkiçilik təşkil edir. İqlimin və torpağın
müxt
əlifliyi, ölkənin müxtəlif ərazilərində sosial şəraitin və ənənələr sayəsində
ölk
ədə çox sayda həm subtropik, həm də mülayim iqlim üçün tipik kənd təsərrüfatı
bitkil
əri becərilir. Son illər bazarın tələbatları kənd təsərrüfatı bitki növlərinin
sayının azalmasını, lakin yığımın artırılmasını tələb edir.
Əkin sahələrinin yarıdan çoxunda dənli bitkilər becərilir, onlardan ən əsası
buğdadır.
Ənənəvi paxlalıların çox hissəsi hal-hazırda mal-qara yemi üçün istifadə
edilir
, yalnız yaşıl noxud qida və ixrac əhəmiyyətini qoruyub saxlayır. Ölkənin bir
çox rayonlar
ında kartof istehsal edilir.
İri təsərrüfatlarda və ailə xırda bostanlarda, açıq torpaqda və istixanalarda
pomidor, k
ələm, bir neçə növ kahı, soğan, ənginar, qulançar, bostan bitkiləri kimi
müxt
əlif tərəvəzlər becərilir. Pomidorun yetişdirilməsinə böyük diqqət yetirilir və
t
ərəvəz yığımının çox hissəsini təşkil edir. Pomidorun çox hissəsi konservləşdirilir,
tomat pastası kimi emal edilir və ixrac edilir.
İtaliyanın çay axınlarının aşağı hissələrində ölkənin ən vacib texniki bitkisi
olan şəkər çuğunduru becərilir.
İtaliyanı bəzən “Avropanın birinci bağı” adlandırırlar. Ölkə hər il alma,
armud, şaftalı, əncir, gilas kimi müxtəlif meyvələr istehsal edir. Meyvələrin
t
əxminən 60 faizi İtaliyanın şimalında istehsal edilir, əsasən də sahəsi 3 – 10 hektar
olan v
ə muzdlu işçi qüvvəsinin çox az istifadə edilən ixtisaslaşmış fermer
t
əsərrüfatlarında yetişdirilir. Cənub bölgələrdə badam, qoz və fındıq geniş
yayılmışdır.
İtaliya dünyada sitrus bitkilərinin ən iri istehsalçılarından biridir. Demək olar
ki, bütün m
əhsul cənub bölgələrin kiçik plantasiyalarında yetişdirilir. Burada təkcə
apelsin, limon, mandarin v
ə qreypfrut deyil, həmçinin berqamot, kinotto, limetta
ki
mi az yayılmış növlər yetişdirilir.
Aralıq dənizi əraziləri üzümün vətənidir. İtaliyada bu bitki tarixən xırda
t
əsərrüfatlarda yetişdirilir. İtaliyada tanınan 246 üzüm növündən 17 növü daha çox
yayılmışdır. İtaliya peyzajını üzümlüklər olmadan təsəvvür etmək mümkün deyil.
B
əzi hallarda üzümü digər kənd təsərrüfatı bitkilərilə, meyvə ağacları ilə
uyğunlaşdırırlar, onları salxımların dirəyi kimi istifsadə edirlər. Üzümün yığımına
gör
ə İtaliya Fransa ilə birincilik üzrə mütamadi olaraq rəqabət aparır. Demək olar
ki, m
əhsulun hamısı şərab kimi emal edilir.
İtaliyanın digər xarakterik bitkisi zeytundur. O, həmçinin üzüm kimi, digər
bitkil
ərlə uyğunlaşdırılmış şəkildə becərilir. Zeytun yığımına görə İtaliya yalnız
İspaniyadan geridə qalır. Ümumi yığımın 90 faizi cənub bölgəsinin payına düşür.
Son ill
ər gülçülük ixracın əhəmiyyətli sahəsi olmuşdur. Xarici ölkələrə canlı
çiç
əklər və ətriyyat sənayesi üçün xammal, toxum ixrac edilir.
İtaliyanın kənd təsərrüfatında vacib struktur dəyişiklikləri baş verir, burada,
ilk növb
ədə yem bazasının çatışmazlığına görə, heyvandarlıq ikinci dərəcəli
əhəmiyyət kəsb edir. Heyvandarlıq məhsulları ölkənin kənd təsərrüfatı
3
m
əhsullarının ümumi dəyərinin 42 faizini təşkil edir. İtaliyada inəklərin iri
naxırlarına nadir hallarda rast gəlmək olar, təsərrüfatların 70 faizində iribuynuzlu
mal-
qaranın sayı 10-dan artıq olmur.
Süd v
ə ət heyvandarlığı əsasən ölkənin şimalında üstünlük təşkil edir, burada
İtaliyanın çəmənliyinin yarıdan çoxu çəmləşmişdir. Əsas qoyunçuluq bölgəsi
Sardiniyadır. Şəkər istehsalının tullantılarından Emiliya-Romanyedə və
Lonbardiyada donuzların yemləməsində istifadə edirlər. Son onilliklər iri
şəhərlərin yaxınlığında iri quşçuluq fermaları inşa edilmişdir və hal-hazırda İtaliya
Q
ərbi Avropada quş ətinin istehsalına görə aparıcı yerlərdən birindədir. Kənd
t
əsərrüfatı ölkənin ümumi milli gəlirinin 10 faizini təşkil edir. Bu sahədə aktiv
əhalinin 14 faizi məşğuldur. Son onilliklər bəzi kəndlilər öz təsərrüfatlarını tərk
edib s
ənaye istehsalatı və xidmət sferasına keçmişlər. Kənd təsərrüfatı bitkilərinin
istehsalına görə və xüsusilə də heyvandarlığın məhsuldarlığına görə İtalıya bir çox
Avropa ölk
ələrindən geridə qalır. Kənd təsərrüfatının yüksək məhsuldarlığı yalnız
şimal bölgələrdədir, burada mexanikləşdirmənin səviyyəsi yüksəkdir və
gübr
ələrdən daha çox istifadə edilir.
K
ənd təsərrüfatının əsas sahəsi bitkiçilikdir. Ümumi əkin sahələrinin
yarısından çoxunda dənli bitkilər becərilir, o cümlədən 30 faizi buğdanın payına
düşür. Ən münbit torpaqlarda bəzi hallarda buğda qarğıdalı ilə növbələnir. Alp
dağlarının yamaclarında və vadilərində çovdar və yulaf becərilir. Dənli bitkilər
əsas ərzaq bitkiləridir. İtaliyanın fermaları daxili bazarlarda istehlak edilən taxılın
t
əxminən 2/3 hissəsini istehsal edir. Dənli bitkilərin istehsalı (düyü istisna olmaqla)
orta hesabla 16,5 – 20,9 milyon ton t
əşkil edir. Buğdanın ümumi yığımı 7,1 - 8,9
milyon ton t
əşkil edir.
Düyü istehsalına görə İtaliya Avropada birinci yeri tutur (düyünün ümumi
yığımı təxminən 1,5 milyon ton təşkil edir), məhsuldarlığına görə isə dünyanın
ç
əlktikçiliklə məşğul olan aparıcı ölkələrin siyahısına daxildir. Düyü Padan
düz
ənliyinin suvarılan torpaqlarında becərilir.
Şəkər çuğunduru əhəmiyyətli texniki bitkidir. Şəkər çuğundurunun
becərilməsilə məşğul olan təsərrüfatların yarıdan çoxu Po cayının aşağı hissəsində
cəmləşmişdir.
Toxuculuq sənayesi üçün lif alınan texniki bitkilərdən İtaliyada az miqdarda
pambıq, kətan və çətənə becərilir. Hər il çiçəklərin yetişdirilməsi daha böyük
əhəmiyyət kəsb edir. Onların xeyli hissəsi ixrac edilir.
Zeytun, üzüm, sitrus bitkiləri və badam kimi tipik Aralıq dənizi bitkilərinin
becərilməsi, xüsusilə ölkənin cənubunda böyük əhəmiyyət kəsb edir. Italiya zeytun
yağı və şərabın dünyada ən iri istehsalçılarından biridir və bu növ məhsullar
pomidor, meyvə və tezyetişən tərəvəzlərlə (noxud və lobya kimi) yanaşı ölkənin
ixracında mühüm yer tutur.
Heyvandarlığın rolu tədricən artır. Ölkənin şimal rayonlarında süd və ət
heyvandarlığı üstünlük təşkil edir, digər rayonlar üçün xırdabuynuzlu mal-qaranın
üstünlüyü ilə ekstensiv heyvandarlıq xarakterikdir.
Ölkənin bir çox rayonlarında kartof istehsal edilir.
4
İtaliya dünyada sitrus bitkilərinin ən iri istehsalçılarında biridir. Demək olar
ki, onların hamısı cənub bölgələrdə becərilir, ilk növbədə Siciliyada. İtaliyanın
kənd təsərrüfatında ənənəvi üzümçülük böyük rol oynayır.
Avropa İttifaqının standartlarına görə İtaliyanın kənd təsərrüfatı kifayət
qədər effektiv deyil.
Şimal-Qərbi Avropadan fərqli olaraq İtaliyanın kənd təsərrüfatında bitkiçilik
üstünlük təşkil edir. Dəyərinə görə burada birinci yerdə “Aralıq dənizi
ərzaqları”dır. Onlar üçün əlverişli şərait yarımadada və adalardadır. Burada tərəvəz
istehsalı ümumilikdə Böyük Britaniya, Fransa və Almaniyadan çoxdur. Pomidorun
yetişdirilməsi burada daha böyük əhəmiyyət kəsb edir. İtaliya həmçinin
meyvələrin, xüsusilə də armudun, şaftalının, apelsinin, limonun, üzümün və
şərabın iri istehsalçısıdır. İtaliya İspaniya ilə birgə zeytunun yetişdirilməsi üzrə
birinciliyi qoruyub saxlayır. Lakin zeytun yağı daxili istehlak məhsuludur.
İtaliya əhəmiyyətli taxıl istehsalçısıdır. Burada buğda, qarğıdalı, arpa və
düyü istehsal edilir. Böyük ərazilərdə şəkər çuğunduru və kartof becərilir. Makaron
istehsalında istifadə edilən buğdanın bərk növləri cənub bölgələrdə becərilir. Öz
istehsalı olan buğda əhalinin tələbatlarını ödəmir, buna görə də buğda idxal edilir.
Düyünü
İtaliya Avropa ölkələrinə ixrac edir.
Ölkədə iribuynuzlu mal-qara, donuz, qoyun, keçi və quş yetişdirilir. İtaliya
ətin və pendirin əhəmiyyətli istehsalçısıdır. Heyvandarlıq məhsullarının bir hissəsi,
yun daxil olmaqla, həmçinin yemlik taxıl idxal edilir. Ət-süd heyvandarlığı əsasən
Şimalda, qoyunçuluq isə Appenin dağlarında və adalarda cəmləşmişdir.
İtaliyanın iqlim şəraiti mülayim iqlimin bitkilərini becərməyə şərait
yaratmışdır, xüsusilə də onlar subtropik meyvə bitkiləri və üzüm üçün əlverişlidir.
İsti və quru yayı, isti qışı olan
tipik Aralıq dənizi iqlimi sitrus bitkilərinin,
zeytunun, badam ağaclarının və digər bağ bitkiləri, həmçinin üzüm üçün
əlverişlidir.
İtaliyanın aqrar quruluşu üçün əsas üç təsərrüfat tipi xarakterikdir: kapitalist,
mülkədar, az torpaqlı və torpaqsız kəndli. Əmtəə məhsullarının əsas kütləsini
istehsal edən kapitalist təsərrüfatlar Şimali İtaliyada yayılmışdır. Onlar
aqrotexnikanın aparıcı metodlarının, mexanilkləşdirilmənin yüksək səviyyəsi və
muzdlu işçi qüvvəsinin istifadəsilə seçilirlər. Cənubi İtaliya üçün iri mülkədar
torpaq sahibliyinin (latifundiyalar) xırda kəndli torpaq istifadəsilə uyğunlaşması
xarakterikdir.
İtaliyanın kənd təsərrüfatı Fransada olduğu kimi çoxsahəlidir, lakin ondan
intensivliyinə və inkişaf səviyyəsinə görə geridə qalır.
Tez
yetişən tərəvəzlər cənubda qış fəslində becərilir, buna görə də İtaliya
onları Avropa bazarlarına öz rəqiblərindən daha tez çatdırır.
Heyvandarlıq İtaliyada nisbətən zəif inkişaf etmişdir. İribuynuzlu mal-qara
Şimali İtaliyada kapitalist təsərrüfatlarında yetişdirlir.
İkinci dünya müharibəsindən əvvəl inkişaf templərinə və sənaye
istehsalatının səviyyəsinə görə İtaliya nəzərə çarpacaq qədər digər əsas ölkələrdən
geridə qalırdı. Bunun səbəbləri xammalın zəif olmasında idi. 50-ci və 60-cı illərin
ortalarından sənaye istehsalatının yüksəlişi baş vermişdir. Aqrar-sənaye ölkə
5
sənaye-aqrar ölkəsinə çevrilmişdir. Burada dövlətin iqtisadiyyata aktiv müdaxilə
etməsi böyük rol oynamışdır.
Ərazisi 301,3 min km
2
, əhalisi 60 milyon nəfər, 1 km
2
-
ə 193 nəfər düşür.
ÜDM 1826,0 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 30,5 min ABŞ dolları
məhsul istehsal edilir. Aqrar sektor ərzaqla əhalinin 75 faizini təmin edir.
Əhalinin 5,6 faizi bu sahədə çalışır və ÜDM-nin 10 faizini verir. İldə 14,0 milyon
ton tərəvəz, 6 milyon ton meyvə istehsal olunur, tütün istehsalına görə Avropada
birinci yeri tutur, məhsul istehsalının 20 faizini heyvandarlıq verir.
Təsərrüfatların hər birində orta hesabla 7,2 hektar torpaq sahəsi var, iri
təsərrüfatlarda 50 hektardan çox torpaq var. İri təsərrüfatlar cəmi
təsərrüfatların 2 faizini təşkil etsə də məhsul istehsalının 40 faizini verir.
Ərazinin 90 faizi kənd təsərrüfatına yararlı torpaq sahələridir. Ondan 35 faizi
əkin, 19 faizi otlaq və çəmən, 11 faizi bağlar, 23,4 faizi meşəlik, təsərrüfatın 70
faizinin 10 başdan çox olmayan heyvanları var. ÜDM-nin 10 faizini kənd
təsərrüfatı verir. Taxıl istehsalı (düyüdən başqa) 16,5-20,9 milyon ton təşkil edir,
ondan buğda 7,1-8,9 milyon ton, ümumi əkin sahəsinin 30 faizini buğda təşkil
edir.
Üzüm istehsalının 90 faizi şərab istehsalına sərf olunur.
Dostları ilə paylaş: |