Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7.66 Mb.
PDF просмотр
səhifə45/77
tarix29.11.2016
ölçüsü7.66 Mb.
1   ...   41   42   43   44   45   46   47   48   ...   77

Portuqaliyanın kənd təsərrüfatı 

 

Ərazisi  92,4  milyon  km

2

,  əhalisi  10,6  milyon  nəfər,  ÜDM  246,9  milyard 



ABŞ dolları təşkil edir, hər nəfərə 23,3 min ABŞ dolları düşür. 

Portuqaliyanın  kənd  təsərrüfatı  ən  geridə  qalmış  sahələrdən  biridir.  Belə 

vəziyyətin  yaranması  zəif  mexanikləşdirmə,  gübrələrin  yetərincə  qədər  tətbiq 

edilməməsi, zəif əmək səmərəliliyi, təsərrüfatın ekstensiv formalarının üstünlüyü, 

bir çox bitkilərinməhsuldarlığının aşağı olması, həmçinin, torpağın istifadəsində və 

torpaq  sahibliyində  feodal  qalıqların  qorunub  saxlanılması  kimi faktorlarla  izah 

edilir. 

Beləliklə,  kənd  təsərrüfatının  müxtəlif  istiqamətlərinin  inkişafı  üçün  daha 

əlverişli  təbii  şəraiti  olan,  digər  Avropa  ölkələrilə  müqayisədə  əhalinin  əsas 

hissəsinin kənd təsərrüfatı sahəsində məşğul olan bir ölkə praktiki olaraq müxtəlif 

növ məhsulların idxalından asılıdır, əsasən də buğdanın. 

Bitkiçilik  Potrtuqaliyanın  kənd  təsərrüfatının  əsas  istiqamətidir.  Eyni 

zamanda, heyvandarlıq ikinci dərəcəli rol oynayır. Becərilən torpaqların yarısından 

çoxu əkin sahələrinə ayrılmışdır, təxminən 20 faizini bağlar və üzümlüklər təşkil 

edir. 

Ölkənin şimal  və cənub  regionları tarixən  yaranmış  torpaq sahibliyində və 



torpağın istifadəsindəmüxtəlif xarakterlərə malikdir. Kəndlilər adətən, ildə iki dəfə 

məhsul  yığırlar.  Yay  aylarında  burada  qarğıdalı,  qışda  isə  paxlalı 

bitkilkəribecərirlər.  Bu  ərazilərdə  bitkiçiliyi  meyvəçiliklə  və  heyvandarlıqla 

uyğunlaşdırırlar. 

İri  torpaq  sahibliyi  və  həmçinin,  nisbətən  iri  torpaq  istifadəçiləri 

Portuqaliyanın cənub rayonlarında yayılmışdır. 

Ölkənin  ən  cənub  əyaləti,  subtropik  meyvəçilikdə  ixtisaslaşan  əhəmiyyətli 

rayondur. 

Belə quraqlıq və az suvarılan torpaqların ən yayılmış bitkisi badamdır. 

Portuqaliyanın əkin sahələrində əsasən qarğıdalı və buğda becərilir. Ölkənin 

daha  quraqlıq  cənub  və  mərkəzi  rayonlarda  əsasən  dənli  bitkilərdən  buğda 

becərilir.  Ölkənin  şimalında  qarğıdalı,şimal-şərq  dağlıq  regionlarda  isə  əsasən 

çovdar, 

cənub və mərkəzi hissələrində, çayların aşağı axarlarının düzənliklərində 

düyü

, şimal-qərbində kartof və paxlalı bitkilər, kiçik təsərrüfatlarda becərilir. 



Eyni  zamanda,  heyvandarlıqda  ekstensiv  istiqamət  üstünlük  təşkil  edir. 

Heyvandarlığın  əsas  problemi  sənaye  qarışıq  yemləri  ilə  tam  dərəcədə  təmin 

olunmamasıdır.  Ölkənin  şimal-qərbində  və  şimalında,  xırda  və  orta  kəndli 

təsərrüfatlarında  iribuynuzlu mal-qara  yetişdirilir.  Qışın  mülayim keçməsi 

sayəsində  bu  rayonlarda  mal-qaranı  il  boyu  otlaqlarda  saxlamaq  olar.  Ölkənin 

c

ənubunda  və  şərqindəki  dağlıq  otlaqlar  qoyunçuluq  üçün  ideal  şəraitə  malikdir. 



Portuqaliyanın ərazisi şimaldan cənuba 400 km-dən artıqdır və qərbdən şərqə isə 

150 km-


dən çoxdur. 

Tor


paq istifadəsi nəzərindən rütubətli daşlı torpaqlar üzümçülük və bağçılıq 

üçün  yararlıdır,  burada  iribuynuzlu mal-qara,  həmçinin qoyun  və  keçilər 

yetişdirilir. 


 

Ölkənin cənub hissəsində əkinçilik inkişaf etmişdir, burada dənli və tərəvəz 



bitkiləri  becərilir,  xeyli  sayda  bağlar  mövcuddur  və  təpələrin  yamaclarında 

üzümçülük  inkişaf  etmişdir.  Sadu  çayının  vadisində  çəltikçilik  inkişaf  etmişdir. 

Heyvandarlıqda  iribuynuzlu mal-qaranın  və  donuzların  yetişdirilməsi  üstünlik 

təşkil edir, quşçuluq inkişaf etmişdir. Dənli və tərəvəz bitkilərinin əkinləri burada 

yetişdirilən probka (mantar)  və zeytun ağacları ilə növbələnir. 

Ölkənin 5,08 milyon hektara bərabər ümumi ərazisinin 3,92 milyon hektarı 

kənd  təsərrüfatı  dövriyyəsində  istifadə  edilir,  o  cümlədən  müvafiq olaraq  qitədə 

4,93 və 3,80, Azor adalarının arxipelaqında 0,14 və 0,12 və Madeyra arxipelaqında 

0,01 və 0,07 milyon hektar. 

Kənd  təsərrüfatı  torpaqları  aşağıdakı  torpaqdan  istifadə  üsülları  üzrə 

paylanılmışdır (dövriyyədə olan sahədən faiz nisbətində): 

Mövsümi  bitkilər  (dənlilər,  tərəvəzlər  və  s.)  –  33,5;  daimi  bitkilər  (bağlar, 

üzümlüklər - 19); otlaqlar – 26,1;  həyətyanı torpaq sahələri – 0,7; becərilməyən 

torpaqlar – 20,7. 

Meşələrin sahəsi 0,5 milyon hektar təşkil edir. 

Kənd təsərrüfatı istehsalatında əmək qabiliyyəti olan əhalinin 10,1 faizi və 

ya  ölkənin  bütün  əhalisinin  4,2  faizi  məşğuldur,  bununla  yanaşı  ÜDM  ümumi 

həcmində kənd təsərrüfatının payı 10-12 faizi aşmır. 

Heyvandarlıq və quşçuluq sahələrinin əsas problemi heyvanları tam dəyərli 

yem  bazası  ilə  təminatdır,  çünki ayaqaltı  yemlər  aşağı  kalorilidir,  quraqlıq 

dövrlərdə isə yemlənmə əsasən qarışıq yemləaparılır. 

Heyvanların yemlənməsində ölkədə istehsal olunan əsasən dənli bitkilərdən, 

həmçinin sümük və balıq unu, proteinlər və mineral əlavələrdənistifadə edilir. Hər 

il ölkədə 3,5 – 4 milyon ton qarışıq yem istehsal edilir və ehtiyac olursa 0,1 milyon 

tonadək idxal edilir (əsasən də İspaniyadan). 

Portuqaliyanın  heyvandarlığı  əsasən  isti  yay  havasına,  daşlı  torpaqlara  və 

müvafiq y

em bazasına dözümlü yerli cinslərə əsaslanır.Avropadan ciddi baytarlıq 

nəzarəti  altında  gətirilən  cins  heyvanlar  əsasən  yerli  cins  tərkibinin 

yaxşılaşdırılmasına yönəldilmiş seleksiya işinin aparılması üçün istifadə edilir. 

Bitkiçiliyin 

inkişafına  mənfi  təsir  göstərən  əsas  problemləri  torpağın 

istifadəsinin  geridə  qalmış  strukturu  (1996-cı  ilin  məlumatlarına  görə, 

P

ortuqaliyanın  bir  fermer  təsərrüfatının  orta  sahəsi  8,7  hektara  bərabərdir),  zəif 



texniki bazası (4 fermer təsərrüfatına 1 traktor düşür, yəni torpağın çox hissəsi atlar 

vasitəsilə  və  ya  əllə  işlənilir)  və  kənd  təsərrüfatının  istehsalını  təmin  edən 

infrastrukturun  zəif  inkişafıdır  (enerji  təminatı  sistemləri,  suvarılma,  yolların 

vəziyyəti və s.). Ümumilikdə kənd təsərrüfatının inkişafını ləngidən ciddi problem 

gənclərin  kənd  regionlarından  şəhərlərə  axınıdır  və  nəticədə  kənd  əhalisinin 

“q

ocalması”, onun aşağı səviyyəli ixtisaslaşması, təsərrüfatınidarə edilməsi yalnız 



özünü  təmin  etməyə  imkan  verməsi,  yəni  natural  təsərrüfatın  olmasıdır. 

Portuqaliyanın  kənd  təsərrüfatının  rəqabət  qabiliyyətinin  yaxşılaşdırılması  üzrə 

Avropa  İttifaqının  yardımı  Ümumi  Kənd  Təsərrüfatının  Siyasəti  Proqramının 

(Politica Agncola Comum - 

РАС)  və  LEADER  Proqramının  tətbiq  edilməsi 

vasitəsilə  həyata  keçirilir.  Bununla  yanaşı,  PAC    proqramı  müəyyən  sahəyə  aid 

olan, LEADER isə region xarakteri daşıyırlar. Bu proqramların fəaliyyəti ölkənin 

kənd  təsərrüfatı  istehsalını  20  faizinədək  əhatə  edir.Yardımın  əsas  istiqamətləri 



 

Portuqaliyanın  müvafiq  dövlət  orqanları  tərəfindən  təsdiq  edilmiş  konkret 



layihələrin  həyata  keçirilməsinə  investisiyaların  qoyuluşudur,  həmçinin  aqrar 

sahədə  çalışanlara  Avropa  İttifaqının  bir  sıra  strateji  bitkilər  üzrə  (dənli  bitkilər, 

günəbaxan, pomidor, süd məhsulları) məhsulların kvotaları (kənd təsərrüfatı üzrə 

Avropa  komissiyası  tərəfindən  təsdiq  edilir)  hüdudlarında  müəyyən 

edilmişzəmanətli alış qiymətləri sistemilə razılaşdırılmış yardımıngöstərilməsidir.  

Portuqaliya

nın  kontinental  hissəsinin  sahilyanı  xətti  təxminən  800  km 

uzanan,  tərkibində  həmçinin,  Atlantik  okeandakı  Azor  adaları  və  Madeyranın 

avtonom əraziləri olan  bir ölkədir. Balıqçılığın və balıq emalının qədim ənənələri 

dəniz məhsullarından olan xörəklərin çoxluğunu milli mətbəxin xüsusiyyıtlərindən 

biri  etmişdir.  Əhalinin  bir  nəfərinə  dəniz  məhsullarının  istehlakına  görə  (ildə  60 

kq) Portuqaliya dünyada birinci yerlərdən birini tutur. 

Portuqaliyanın  əsas  dənli  bitkisi  buğdadir,  ikinci  yeri  qarğıdalı  tutur. 

Buğdanı  əsasən  ölkənin  cənubunda  becərirlər,  qarğıdalını  isə  şimalında.  Bundan 

başqa,  paxlalı  bitkilər,  yulaf,  çovdar,  arpa  və  düyü  əmtəə  əhəmiyyətlidirlər. 

Mühüm ərzaq bitkisi kartofdur. 

Kənd təsərrüfatında üzümçülük və şərabçılıq böyük rol oynayır. Portuqaliya 

şərabın Qərbi Avropanın aparıcı ixracçı ölkələrindən biridir. Portuqaliyanın desert 

şərabları, xüsusilə də portveyn və muskat, həmçinin çəhrayı üzüm şərabları bütün 

dünyada məşhurdur. Meşə təsərrüfatı Portuqaliyanın iqtisadiyyatında əhəmiyyətli 

rol oynayır, ölkə ərazisinin 1/3 hissəsi meşələrlə örtülüdür. 

Portuqaliya  əhalisinin  böyük  hissəsinin  çalışdığı,  nəinki  digər  Avropa 

ölkələrində  və  müxtəlif  sahələrinin  inkişafı  üçün  əlverişli    iqlim  şəraitinə  malik 

olan kənd  təsərrüfatı  ərzaq xarakterli  məhsulların bir  çox növlərinin, xüsusilə də 

buğdanın idxalından asılıdır. 

Münbit torpaqların yarısından çoxunu əkin sahələri təşkil edir. Strukturunda 

iri fermer torpaq sahibliyi

nin  (əsasən  Teju  çayından  cənubda),  torpaqların 

parçalanması,torpaqsız  fermerlərin  sayının  coxluğu,    uzun  və  qısa  müddətli 

icarənin üstünlük təşkil edir. 

Portuqaliyanın  şimal  və  cənub  vilayətlərində  torpaq sahibliyinin 

strukturunda

 tarixənböyük fərqlər  formalaşmışdır.  Şimalda  zəif torpaq sahibliyi 

üstünlük t

əşkil edir və ümumilikdə ərazilərin 1/5 hissəsində bağlar və üzümlüklər 

yayılmışdır.  Kənd təsərrüfatının  tərəqqisində  əsas inqibitor onun ictimai 

strukturunda iri fermer torpaq 

sahibliyinin, torpaqların parçalanması,torpaq sahəsi 

olmayan  insanların  çoxluğu,  anlaşılmayan  prinsiplərin və  torpaq icarəsinin 

kriminal t

əməlinin və icarə haqqının natura ilə ödənilməsi, muzdlu kənd təsərrüfatı 

işçilərinin çoxluğunun üstünlüyüdür. 

Portuqaliyad

a  iri  aqrar  islahatları  aparılmışdır.  Ölkənin  cənub  bölgələrində 

fermer  təsərrüfatlarının  təxminən  1  milyon  hektarı  kəndlilərə,  həmçinin  1974-cü 

ildən  sonra  yaradılmış  xalq  kolxozlarına  və  kooperativlərinə  paylanılmışdır.  İri 

fermer 

torpaqlarının həcmləri müəyyən olunmuşdur (suvarılmayan sahələrdə 500 



hektaradək və suvarılan torpaqlarda 50 hektaradək), icarə müddətləri uzadılmışdır, 

gübrələrin qiymətləri aşağı salınmışdır. 

Ölkənin  şimal  və  cənub  bölgələri  arasında  bitkilərin  becərilməsininn 

xarakteri tarixən müxtəlif formalaşmışdır. Şimalda  xırda təsərrüfatlar və daha çox 



 

parç



alanmış  torpaqlar  üstünlük  təşkil  edir,  burada  təsərrüfatın  idarə  edilməsinin 

intensiv üsulları tətbiq edilir. Adətən fermerlər ildə iki dəfə məhsul yığırlar. Yay 

dövründə  qarğıdalının,  qışda  isə  paxlalıların  becərilməsi  müxtəlif  heyvandarlıq 

növləri ilə  uyğunlaşdırılır.  Buna  baxmayaraq,  aktivlik  aparıcı  aqrotexniki 

texnologiyaların sayəsində deyil, insan əməyi hesabına nail olunmuşdur. 

Portuqaliyanın  cənub  vilayətlərində  iri  torpaq  sahibliyi  (kolxozlar)  və 

nisbətən fermer sahələriüstünlük təşkil edir. 

Belə  yerlərdə  əsas  işçi  qüvvəsi  daimi  muzdlu  kəndlilər  və  bəzən  daimi 

olmayan muzdurlar

dır.  Cənubda  kənd  təsərrüfatının  tənəzzülünə  bəzən  bir  neçə 

illik, qisa müddətli icarələr səbəb olmuşdur. 

Qısa  müddətdə  torpaq  sahibi  olan  insanlar  torpaqların  münbitliyinin 

artırılmasında  maraqlı  deyildilər.  Alqavri  regionundan  başqa  bütün  cənub 

vilayətlərində  ekstensiv  təsərrüfatlar  üstünlük  təşkil  edir.  Bu  ya  qoyun  sürüləri 

üçün otlaqlar kimi istifadə ediləndincə qoyulmuş torpaqlar və ya buğda əkini üçün 

nəzərdə tutulmuş iri torpaq sahələri və ya   “mondatuş” – dənli bitkilər becərilən 

seyrək daş və mantar ağaclarının əraziləridir. 

Ərazisi  92,4  min  km

2

,  əhalisi  10,6  milyon  nəfərdir.  1  km

2

-

ə  114  nəfər 

düşür.  Ərazisinə  görə  dünyada  109-cu  yerdədir.  ÜDM  istehsalı  246,9  milyard 

ABŞ dolları təşkil edir, hər nəfərə 23,3 min ABŞ dolları məhsul istehsal edilir. 

Ölkənin ümumi əkinə yaralı sahəsinin (15,08 milyon hektar) 3,92 milyon hektarı 

kənd  təsərrüfatının  dövriyyəsindədir,  ondan  mövsümü  xarakterli  (taxıl,  tərəvəz 

s.)  33,5  faizi,  daimi  bitkilər  (bağ  və  üzümlüklər)  19  faiz,  örüş  –  26,1 faiz, 

həyətyanı torpaqlar – 0,7 faiz, becərilməyən sahələr – 20,7 faiz, meşə altında 0,5 

milyon  hektar.  Fəal  əhalinin  10,1  faizi  və  ya  ölkə  əhalisinin  4,2  faizi  kənd 

təsərrüfatında çalışır. Kənd təsərrüfatı və emal sənayesi ÜDM-in 10 – 12 faizini 

təşkil edir. 

 


Rusiyanın kənd təsərrüatı 

 

Ərazisi 17,0 milyon km

2



əhalisi 150 milyon nəfərdir.  ÜDM  istehsalı 



2

373,0 milyard ABŞ dollarıdır, hər nəfərə 15 820 ABŞ dolları düşür. 

Rusiyanın kənd təsərrüfatı aqrar-sənaye kompleksinin çoxsahəli hissəsidir 

v

ə iqtisadiyyatda xüsusi yerlərdən birini tutur. 



Dünyanın bütün əkin sahələrinin 10 faizi Rusiyada yerləşir. Əkinçilik kənd 

t

əsərrüfatının  ümumi  məhsulunun  40  faizini,  heyvandarlıq  isə  60 faizdən  artıq 



hiss

əsini təşkil edir. 

Rusiyanın  əkin sahələrinin orta hesabla 42,2 –  47,5  milyon  hektarı  dənli 

bitkil


ərə  ayrılıb.  Buğda,  çovdar,  arpa,  qarğıdalı,  yulaf,  darı,  qarabaşaq,  düyü 

ənənəvi bitkilərdir. 

Sah

ələrin çox hissəsini buğda təşkil edir: 7,2 – 12,8 milyon hektar payızlıq 



taxıl və 13,8 – 15,5 milyon hektar səhədə yazlıq buğda becərilir. Buğdanın ümumi 

yığımı  34,1  –  63,8  milyon  ton  arasında  dəyişir,  məhsuldarlıq  1  hektar  payızlıq 

buğdadan 2,1 – 3,4 ton, 1 hektar yazlıq buğdadan 1,3 – 1,6 ton təşkil edir. Daxili 

istehlaka 36,4 –  44,2 milyon ton  istifad

ə  edilir.  İdxal  0,1  –  1,3  milyon, keçici 

ehtiyatlar 1,8 – 8,4 milyon ton t

əşkil edir. 

Payızlıq və  yazlıq arpanın  əkin sahələri müvafiq olaraq 0,5 –  0,7 milyon 

hektar v

ə 8,6 – 9,7 milyon hektardan ibarətdir. Payızlıq arpanın məhsuldarlığı 2,6 – 

4,1 ton/ha,  yazlıq  isə  1,6 –  2,3 ton/ha təşkil  edir.  Arpanın  ümumi  yığımı  14,1 – 

24,6 milyon tondur. Daxili istehlaka 15,5 –  17,1 milyon ton istifad

ə edilir, 1,3 – 

3,7 milyon ton ixrac edilir. İdxal 0,2 milyon ton, keçici ehtiyatlar 1,0 – 3,9 milyon 

ton t

əşkil edir.   



Texniki bitkil

ərin əkin sahələri 5,4 – 8,8 milyon hektardır, bu da Rusiyanın 

əkin sahələrinin 10 faizini təşkil edir. 

Silos  istehsalı  üçün  qarğıdalı,  kökümeyvəlilər,  yemlik  şəkər  çuğunduru, 

birillik v

ə çoxillik otlar əkin sahələrinin təxminən 27 faizini əhatə edir. Kartof və 

t

ərəvəz-bostan bitkilrərinə  ayrılan    əkin sahələri  Rusiyanın  əkin sahələrinin 5 



faizini t

əşkil edir. 

Dünya 

miqyasında ərzaq problemi hər il xüsusi əhəmiyyət kəsb edir, buna 



gör

ə də onun həlli üçün kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi daha vacibdir. 

Rusiyada k

ənd təsərrüfatı tarixən əhəmiyyətli rol oynamışdır. Bu sektorda 

sah

ələr olduqca genişdir: dənli bitkilərin  istehsalı, heyvandarlıq, tərəvəzçilik və s. 



Lakin Rusiya tarix

ən aqrar ölkə  olduğundan  iqtisadiyyatın  bu  sektorunda  ciddi 

ç

ətinliklərlə üzləşir. 



Gün

əbaxanın  və  taxılın    istehsalına  görə  ölkənin  lider  kimi  tanınmasına 

baxmayaraq, o 

ərzaqları  xarici ölkələrdən idxal edir.  Bu zaman çox hallarda iri 

əkin sahələri bəzən heç istifadə edilməmiş olaraq qalır. 

Ölk


ədə quşçuluq istehsalçıları öz məhsulları ilə əhalini təmin edir. 

Rusiyada k

ənd təsərrüfatı  bazarında  vəziyyət olduqca spesifikdir. Dövlət 

t

ərəfindən bəzi tədbirlərin  həyata keçirilməsinə  baxmayaraq  (südün  idxalına 



rüsumların  aşağı  salınması,  dənli bitkilərin  ixracına  rüsumun  artırılması  və  s.), 

k

ənd təsərrüfatı məhsullarına qiymətlərin artması müşahidə olunur. Oxşar vəziyyət 



t

əkcə taxılda deyil, həm də ət istehsalındadır. Təəcüblüdür ki, digər sahələrə edilən 



 

qoyuluşlar  kənd məşğulluğunun  genişləndirilməsinə  səbəb olur, lakin  kənd 



t

əsərrüfatına edilən qoyuluşlar bu məşğulluğu azaldır. 

N

əticədə  2000  -  2005-ci illərdə  kənd təsərrüfatı  məhsullarının  ümumi 



h

əcmi  ÜDM-də  26 faiz təşkil  etmişdir.  Ölkə  hər hektardan 17 sentner 

m

əhsuldarlığına  qayıtmışdır (90-cı  illərdə  11  –  12 sent  olmuşdur)  və  kənd 



t

əsərrüfatı məhsullarının idxalını tənzimləməyə başlamışdır. 

Heyvandarlıq sahəsində donuzların baş sayı artırıldı, quş ətinin illik artımı 

is

ə 15 faiz təşkil edirdi. 



Buna baxmayaraq, dovl

ət tərəfindən  aparılan  maliyyələşdirilmə  yetəri 

q

ədər  olmamışdır  və  2006-cı  il  üçün  15  000 kənd təsərrüfatı  müəssisələri öz 



f

əaliyyətlərini dayandırmışdır. Yalnız Rusiya və xarici investorlarının maraqlarını 

c

əlb edən kənd təsərrüfatı  müəssisələri fəaliyyətlərini  qoruyub  saxlaya  bilmişdir. 



2000 – 2011-ci ill

ər ərzində xarici ölkələrdən olan investorların kənd təsərrüfatına 

ümumi qoyuluşu 10 milyard ABŞ dolları təşkil etmişdir, bu hal gəlirli və ziyanla 

işləyən müəssisələrinin  payını  dəyişmişdir,  lakin  bu da vəziyyəti kökündən həll 

etm

əmişdir.  Statistika  məlumatlarına  görə  2000  –  2010-cu  illərdə  gəlirli kənd 



t

əsərrüfatı  müəssisələrinin  sayı  70 000  vahid  azalmışdır  (təxminən 2,3 dəfə), 

ziyanl

a işləyənlərin isə 11 600 (5,7 dəfə) artmışdır. 



K

ənd təsərrüfatı  müəssisələrinin istehsal strukturunda da müəyyən 

d

əyişikliklər  baş  vermişdir.  Belə  ki,  iri kənd təsərrüfatı  təşkilatlarının  sayı  73,7 



faizd

ən 45 faizədək  azalmışdır.  Lakin  fermer  təsərrüfatlarının  sayının  artımı  2 

faizd

ən 7,5 faizədək və əhalinin təsərrüfatları 33 faizdən 47,1 faizədək artmışdır. 



Əhalinin təsərrüfatlarının  kənd təsərrüfatı  məhsullarının  istehsalına  görə  lider 

olması təsadüfi deyil. Ət, süd, yun, meyvə, tərəvəz və taxıla tələbat yüksək olaraq 

qalırdı,  lakin  mövcud  olan  kənd təsərrüfatı  müəssisələri  ölkə  əhalisini  lazımi 

h

əcmdə məhsulla təmin etmək iqtidarında deyil. Nəticədə Rusiya kənd təsərrüfatı 



m

əhsullarının  50  faizini  idxal  etmək məcburiyyətindədir.  Ölkənin  idxaldan  asılı 

olmağının daha bir səbəbi odur ki, Rusiyanı kənd təsərrüfatı məhsulları ilə təmin 

etm


ək planlarını fermer təsərrüfatları doğrultmamışdır. 2010-cu ilin məlumatlarına 

gör


ə,  taxılın  istehsalda  payı  21  faiz,  günəbaxanın  28,9  faiz,  tərəvəzlərin 10 faiz, 

kartofun is

ə hətta 5 faiz təşkil etmişdir. 

2011-ci ilin n

əticələrinə görə, Rusiyada kənd təsərrüfatı istehsalının həcmi 

3 trilyon rublu 

keçmişdir, bu da 2010-cu illə müqayisədə demək olar ki, 25 faiz 

çoxdur


.  Rusiyanın  Statistika  Komitəsinin məlumatına  görə  2010-cu  ildə  kənd 

t

əsərrüfatı  məhsullarının  həcmi 2,44 trilyon rubl təşkil  etmişdir.  Əsas nailiyyət 



ondan ibar

ət olmuşdur ki, 2011-ci ildə yerli istehsalçılar daxili bazarın tələbatını 

tamamil

ə ödəyə bilmişlər.  



K

ənd Təaərrüfatı  Nazirliyi  2012-ci  ildə  əlverişli  hava  şəraitində  dənli 

bitkil

ərin ümumi yığımını 2011-ci ilin səviyyəsində olmasını proqnozlaşdırmışdır. 



2011-ci ild

ə Rusiyada dənli bitkilərin ümumi yığımı təmiz çəkidə 93,8 milyon ton 

olmuşdur. Kənd Təsərrüfatın Nazirliyinin proqnozuna görə, 2012-ci ildə yaz səpini 

üçün 224 milyard rubl t

ələb olunmuşdur (o cümlədən 140 – 150 milyard rubl kredit 

v

əsaiti). 2009 – 2010-cu illərdə məhsul mövsümündə 21,3 milyon ton, bir il öncə 



is

ə 22,4 milyon ton ixrac edilmişdir. 



 

K



ənd Təsərrüfatı  Nazirliyinin  məlumatına  görə  2011-ci ildə  kənd 

t

əsərrüfatı  istehsalatının  dövlət dəstəyinə  və  kəndlərin  sosial  inkişafına  109,5 



milyard rubl h

əcmində subsidiyalar nəzərdə tutulmuşdur. 

İqtisadiyyatda  kənd təsərrüfatının  rolu  böyükdür.  O,  hər bir ölkənin 

iqtisadiyyatının  təməlidir. Hətta sənayesi  inkişaf  etmiş  bir çox ölkələr 

iqtisadiyyatın bu sektoruna iri həcmdə vəsait qoyuluşları etmişlər. 

Rusiya tarix

ən aqrar ölkədir, lakin buna baxmayaraq hal-hazırda 

iqtisadiyyatın  bu  sektorunda  onun  inkişafını  məhdudlaşdıran  bir  sıra  həll 

olunmamış problemlər mövcuddur. Ölkənin torpaq sahələri yetəri qədər böyükdür, 

amma onların kiçik hissəsi əkinlər və heyvandarlığın inkişafı üçün istifadə edilir. 

Bu  da    Rusiyanın  torpaqlarının  böyük  hissəsinin  əkinçiliyin  riskli  zonasında 

yerl


əşməsi ilə əlaqəlidir, burada əkinlərin məhsuldarlığı hava şəraitindən asılıdır. 

Bir  çox  inkişaf  edən olkələrdə  olduğu  kimi kənd təsərrüfatı  ÜDM-də 

əhəmiyyətli rol oynayır. Rusiyada isə bu göstərici hər il artsa da, hələ də yüksək 

olmayaraq  qalır.  2011-ci ildə  ölkənin ÜDM-də  kənd təsərrüfatının  payı  8  faiz 

olmuşdur. 2009 – 2010-cu ildə ÜDM-də kənd təsərrüfatının payı müvafiq olaraq 

5,49 v


ə 5,55 faiz təşkil etmişdir. Bununla yanaşı Rusiya əhalisinin yalnız 27 faizi 

k

ənd yerlərində yaşayır. 



2007 – 2009-cu ill

ərdə Rusiyada əkin sahələri artmışdır, lakin 2010-cu ildə 

bu  artım  dayanmışdır.  2010-cu ildə  2009-cu illə  müqayisədə  əkin sahələrinin 

azalması  2,6  milyon  hektar  təşkil  etmişdir,  bu  da  yazlıq  taxılın  əkin sahələrinin 

azalması və payızlıq taxılın yığım sahələrinin azalması ilə əlaqəli olmuşdur. 2010-

cu ild


ə  payızlıq  taxılın  məhv  olması  son  üç  illə  müqayisədə  yüksək idi, bu  da 

əlverişsiz hava şəraiti ilə əlaqəli olmuşdur. 

 

1   ...   41   42   43   44   45   46   47   48   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə