Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə53/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

Çinin kənd təsərrüfatı 

 

Ərazisi 9,6 milyon km

2

, əhalisi 1 340 milyon nəfər təşkil edir. ÜDM 11300,0 



milyard ABŞ dollarıdır, hər nəfərə 8 433 ABŞ dolları düşür. 

Kənd təsərrüfatı istehsalı, dünyada ən çoxsaylı əhalini ərzaqla təmin edən, Çin 

Xalq Respublikasının iqtisadiyyatının əhəmiyyətli hissəsidir. Bundan əlavə, sahənin 

məhsulları daha çox ixraca gedir. 

Çin qədim əkinçilik sivilizasiyası ölkəsidir. Becərilən bitkilərin müxtəlifliyinə 

görə dünyada birinci yerlərdən birini tutur: 50 növdən yuxarı əkin bitkiləri, 80-dən 

artıq bostan və 60-dan yuxarı bağ bitkiləri istifadə edilir. 

Kənd  təsərrüfatının  əsas  xüsusiyyətlərindən  biri  mütamadi  olaraq  əkin 

sahələrinin çatışmazlığıdır. 320 milyon hektar şumlanmaya yararlı torpaqların yalnız 

224  milyon  hektarı  istifadə  edilə  bilir.  Ümumilikdə  əkin  sahələri  127  milyon 

hektardır, bu da dünya əkin sahələrinin 7 faizini təşkil edir. Çin təsnifatı üzrə torpaq 

fondunun yalnız 21 faizi bitkiçilik üçün əlverişli şəraiti ilə uzunmüddətli vegetasiya 

dövrü  ilə,  ümumilikdə  yüksək  aktiv  temperaturları  ilə,  yağıntıların  bol  olması  ilə 

seçilən,  yüksək  məhsuldar  torpaqlara  aiddir.  Belə  şərait  il  ərzində  iki  dəfə,  Çinin 

Cənubunda isə üç dəfə məhsul becərməyə imkan verir. 

Ölkənin  üç  iqlim  şəraitində  olması  bitkiçiliyin    mürəkkəb  coğrafiyasını 

müəyyən edir. 

Ölkənin  kənd  təsərrüfatına  ənənəvi  olaraq,  ilk  öncə  dənli  bitkilərinin 

becərilməsinə  yönəldilən  bitkiçilikdə,  düyü,  buğda,  qarğıdalı,  qaolyan,  darı, 

kökü


meyvəlilər və soya əsas ərzaq bitkiləridir. 

Düyü əsas ərzaq bitkisidir, onun yığımına görə Çin dünyada birinci yerdədir.  

Ölkənin  geniş  ərazisində  çəltikçilik,  sərt  iqlimi  olan  yüksək  dağlıq  ərazilərdən  və 

səhralardan  başqa  hər  yerdə  geniş  yayılmışdır.  Əkin  sahələrinin  20  faizində  düyü 

becərilir,  onun  payına  ölkədə  dənlilərin  ümumi  yığımının  təxminən  yarısı  düşür. 

Düyünün becərilməsinin çoxəsrli tarixi ərzində Çində bu dənli bitkinin 10 min sortu 

becərilmişdir. 

Ölkədə düyünün istehsalı 125,3 – 134,3 milyon ton təşkil edir. İstehlak 127,2 

– 

130,3  milyon  tondur.  İxrac  0,7  –  1,3  milyon  ton  təşkil  edir.  İdxal  isə  0,3  –  0,6 



milyon ton. Keçici ehtiyyatlar 35,9 – 

42,9 milyon ton arası dəyişir. 

Əhəmiyyətinə görə ikinci olan ərzaq  bitkisi taxıldır. Onun yığımına görə də 

ÇXR  liderlik edir. Hal-

hazırda  heç  bir  ölkədə  Çində  olduğu  kimi  buğdanın  belə 

yüksək  məhsulu  yığılmır.  21,6  –  30,1  milyon  hektar  əkin  sahəsində,  orta 

məhsuldarlığı  3,7  –  4,8 ton/ha, 86,5 –  113,9 milyon ton istehsal edilir.  0,5  –  2,8 

milyon ton ixrac edilir. 

İdxal 6,7 milyon ton  təşkil  edir.  İstehlak    101,5  –  109,3 

milyon 


tondur. Buğda üzrə keçici ehtiyatlar 34,4 – 102,9 milyon ton arası dəyişir. 

Bunda


n əlavə, xeyli miqdarda kök yumruları nişasta və şəkərlə zəngin olan, 

şirin kartof (batat) becərilir. 

Çin  şəraitində  texniki  bitkilərin  becərilməsi  böyük  əhəmiyyət  daşıyır. 

Qiymətlərin strukturu nəticəsində onların taxılın, pambığın, tərəvəzin və meyvələrin 

istehsalından daha gəlirlidir,  baxmayaraq ki, məsələn, pambığın becərilməsinə görə 

Çin dünyada üçün

cü yerdədir. 


 

Bundan  əlavə,  ölkədə,  qida  yağlarının  əsas  mənbəyi  olan,  yağlı  bitkilərin 



becərilməsi geniş yayılmışdır. Yerfındığı, raps və küncüt Çində becərilən əsas yağlı 

bitkilərdir. 

Kənd təsərrüfatı məhsullarının əsas növlərinə tarif kvotalarının dəyişiklikləri 

probleminə uyğun, qarğıdalının və buğdanın idxalının artırılması halında gizli təhlükə 

mövcuddur. Ümumi istehsalla 

müqayisədə dənlilərə yüksək olmayan daxili kvotaya 

baxmayaraq

, faiz nisbətində Çində dənlilərin ticarəti yetərincə geniş yer tutur. 

Dünya  bazarında  dənli  bitkilərə  qiymətlərin  balanslaşdırılmasına  nail 

olun


ması,  həmçinin  tarif  kvotasının  doldurulma  payının  artırılması  müddətində 

tədricən  dənlilərin  idxalının  artırılması  baş  verəcək,  bu  da  Çinin  əsas  taxıl  istehsal 

edən  rayonlarında  məhsulların  istehsalına  neqativ  təsir  göstərə  bilər, daxili 

qi

ymətlərin  aşağı  düşməsinə  gətirib  çıxara  bilər.  Bunun  nəticəsi  mal  ehtiyatının 



e

htiyacdan artıq olması, Çinin əsas taxıl istehsal edən rayonlarında məşğulluğun aşağı 

düşməsi,  həmçinin  kəndlilərin  gəlirlərinin  artım  templərini  xeyli  yavaşıtması  ola 

bilər. 


Qüvvədə olan dənli bitkilərə müdafiə qiymətlər siyasətinin nizamlanması üzrə 

çətinliklər  mövcuddur.  Hələ  də,  dənli  bitkilərə  bazar  qiymətlərinin  formalaşması 

mexanizminin  stabil  saxlanılması  məqsədilə  onun  əvəz  edilməsi  üçün  münasib 

metodlar təklif olunmamışdır. Üstəlik, müxtəlif növ dənlilər üzrə istehsal xərclərinin 

ödənilməsi imkanları elə də yetərincə deyil. 

Ölkəninin  geniş  ərazisi  və  iqlim  şəraitinin, torpaq  və  relyefinin  müxtəlifliyi 

fərqli  aqrosistemlərin  formalaşmasına  səbəb  olub.  Çində  50-dən  artıq  əkin  növləri 

var


, 80 növ bostan və 60 növ bağ bitkiləri becərilir. Soyuq Şimal əyalətlərin geniş 

əkin  sahələri  dənli  və  paxlalı  bitkilərin  (qarğıdalı,  buğda,  soya  paxlalıları)  yüksək 

mexanikləşdirilmiş  istehsalında  aparıcı  rol  oynayır.  Şimali  Çində,  qərbi  hissə  daxil 

olmaqla, düzənliklərdə və terraslaşdırılmış yamaclarda, suyun xroniki çatışmazlığı ilə 

mübarizə  şəraitində  quraqlığa  davamlı  bitkilər  becərilir  (buğda,  qarğıdalı,  darı). 

Şimal-Çin düzənliyində  becərilən torpaqlardan dənli və yağ bitkilərinin və tütünün 

məhsulu  ildə  iki  dəfə  yığılır.  Orada  heç  bir  məhdudiyyət  olmadan  suvarılma  üçün 

yeraltı sular istifadə edilir (o cümlədən, quyu suyu). 

Çində  alınan  kənd  təsərrüfatı  məhsullarının  ümumi  həcminə  görə  ən 

məhsuldar Yantzı çayının aşağı axınının vadisidir. İl ərzində bir neçə dəfə məhsulun 

alınması, suvarılmanın istifadəsi və  gübrələrin geniş istifadəsi burada bir normadır. 

Xunan,  S

ıçuan  və  Tzyansu  əyalətləri  ölkədə  düyünün  ən  iri  istehsalçılarıdır.  Şəkər 

çuğunurunun çox hissəsi Quandun və Quansi əyalətlərində becərilir. Çinin subtropik 

rayonlarında, əsasən idxal üçün mandarin, apelsin, liçji və ananas becərilir. 

Bütün  dənlilərin  orta  məhsuldarlığı  artmışdır:  buğdanın  5  dəfə,  qarğıdalının 

təxminən 4 dəfə, düyünun 3 dəfə. Məhsuldarlığın artımı, əsasən 1975-ci ildən sonra, 

azot  gübrələrinin  istifadəsinin  daha  çox  mümkünlüyü  ilə  əlaqədar  olaraq  baş 

vermişdir.  Hal-hazırda  Çində  1  hektar  əkin  sahəsinə  orta  hesabla  240  kq-dan  artıq 

gübrə istifadə edilir. 

Çin  xaricdən  sidik  covhəri  istehsalı  üzrə  12  müasir  kimya  zavodu  almışdır. 

Yerli, effektliyi daha az olan müəssisələr əsasən ammonium-karbonat istehsal edirlər. 

Bu  zavodlar  təxminən  16  milyon  ton  azot  gübrəsi  istehsal  etmişdir  ki, bu  da  Çini 

bitkilərin qidalanmasının əsas elementinin iri istehsalçısına çevirdi. 



 

Özəlləşdirmə  nəticəsində  kommunalardakı  torpaq  ailələr  arasında 



bölüşdürülmüşdür  və  ailə  podratı  əsasında  işlənilir.  İlk  öncə  torpaq  qısa  müddətə 

icarəyə verilirdi (1-3 il), lakin qisa müddətdə uzunmüddətli sahibkarlıq sistemi tətbiq 

edilmişdir (50 il və daha çox). Nəzarət rəqəmləri əvvəl aşağı salınmışdır, sonra isə 

tamamilə  ləğv  edilmişdir.  Taxılın  və  ətin  qiymətlərinə  bir  sıra  dəyişikliklərin 

aparılması  əməyin  səmərəliliyinin  artırılması  üçün  stimullaşdırıcı  faktor  rolunu 

oynamışdır və əkin strukturlarında əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. 

Texniki  bitkilərdən  mühüm  yer  pambığa,  kətana,  cuta,  çətənəyə  və  tütünə 

məxsusdur  (dünyada  iri  yığımlar).  Yağlı  bitkilər  arasında  yerfındığı,  küncüt  və 

günəbaxan  liderlik  edirlər.  Şəkər  bitkilərindən  şəkər  qamışı  və  şəkər  çuğunduru,  

meyvələrdən isə sitrus, ananas, banan, manqo, alma, armud və s. üstünlük təşkil edir.  

Kənd  təsərrüfatının  fəaliyyətində  ənənəvi  olaraq  ikinci  dərəcəli  yer  tutan 

heyvandarlıq, yemlərin çatışmazlığı və otlaq sahələrinin məhdud olması ilə əlaqədar 

olaraq mülayim 

templərlə inkişaf etməyə başlamışdır. Donuzların baş sayına görə Çin 

dünyada birinci yerdədir. Çinin əsas ət məhsulu olan donuz ətinin istehsalı 2 dəfədən 

artıq artmışdır. 

Çində 4000 il ərzində ipəkçilik tətbiq edilmişdir. Barama qurdunu Cənub və 

Şərq rayonlarında yetişdirirlər, palıd qurdunu isə Şimal-Şərqi Çində. 

Baxmayaraq ki, hal-

hazırda Çin ərzaq məhsulları ilə  özünü əsasən təmin edir, 

ərzağın  istehsalının  gələcək  perspektivi  çox  da  optimistik deyil.  Əhalinin  sayının 

artması  ilə  qida  məhsullarının  istehsalının  artırılmasında  zəruriyyət  qalacaq  ərzaq 

taxılına  tələbatların  artması  gübrələrin  istehsalının  genişləndirilməsinin,  suvarılma 

üçün suyun sərfiyatının armasının və kənd təsərrüfatı istifadəsi üçün yararlı olan əkin 

sahələrinin  məhdudiyyəti  ilə  üzləşəcək.  Qərb  mütəxəssislərinin  proqnozlarına  görə, 

XXI-


ci əsrdə Çinin idxal olunmuş taxıla tələbatı 55-dən 175 milyon tonadək artacaq. 

Keçən əsrin 90-cı illərindən, Çin taxılın, ətin, pambığın, raps toxumunun, meyvələrin, 

tütün yarpağının istehsalına görə dünyada birinci yerdədir, çayın və yunun istehsalına 

görə ikinci yeri, soya paxlalıların, şəkər qamışının və cutun istehsalı üzrə üçüncü və 

ya dördüncü yeri tutur. 

Lakin,  bir  nəfərə  orta  hesabla  məhsulun  həcmi  o  qədər  də 

yüksək deyil. 

Çində  torpaq  ehtiyyatlarının  müxtəlifliyi  böyükdür,  lakin  çox  hissəsi  dağlıq 

ərazilərdədir, düzənliklər isə daha az hissəsini təşkil edir. Düzənliklər ölkənin ümumi 

ərazisinin 43 faizini təşkil edir.  

Çin,  qədim  zamanlardan  aqrar  ölkədir,  lakin  keçən  əsrin  50-ci  illərindən, 

burada 


genişmiqyaslı sənayeləşdirilmə başlamışdır.  80-ci illərin əvvəllərindən ÜDM-

da kənd təsərrüfatının payı təxminən 32 faiz təşkil etmişdir, lakin sonradan tədricən 

aşağı  düşməyə  başlamış  və  2001-ci  ildə  15,2  faiz  təşkil  etmişdir.  Kənd 

zəhmətkeşlərinin  ümumi  məşğulluqda  xüsusi  çəkisi  1978-ci  ildəki  70,5  faizdən  50 

faizədək aşağı düşmüşdür, hesablamalara görə hal-hazırda bu təxminən 365 milyon 

nəfər  təşkil  edir.  Çində  torpaq  dövlət  və  kollektiv  mülkiyyətindədir.  İslahatın 

sayəsində, istehsalın nəticələri  ilə  əlaqədar,  yeni  təsərrüfat  sistemi  olan  ailə podrad 

sistemi 


geniş yayılmışdır. 

Rəsmi məlumatlara əsasən, 1990-cı illərin axırına olan vəziyyətə görə Çində 

təxminən 95 milyon hektar becərilən torpaqları var idi ki, bu da dünya miqyasında 

ümumi becərilən torpaqların 1/15 hissəsi idi, lakin bununla belə dünya əhalisinin 1/5 

hissəsini  qida  məhsulları  ilə  təmin  etməli  idi.  Çində  becərilən  torpaqların  faktiki 


 

sahəsi, ola bilsin ki, 30 faiz çoxdur, lakin elə bu halda da əhalinin 1 nəfərinə yalnız 



0,1 hektar təşkil edir. Buna görə də, əkinçiliyin daha intensiv formalarına ehtiyac var. 

Çox hallarda torpağın eyni bir sahəsi ildə iki, üç və daha çox məhsulun becərilməsi 

üçün istifad

ə edilir, Yantzı çayının hövzəsində ildə iki dəfə məhsulun yığımı normal 

sayılır.  Cənubi  Çin  əyalətlərində  bir  çox  əkin  sahələri  ildə  üç  əsas  kənd  təsərrüfatı 

bitkilərinin və ya beşə qədər tərəvəz məhsulunu verir. 

Ölkənin  geniş  ərazisi  və  iqlim  şəraitinin,  torpağın,  ərazinin  relyefinin 

müxtəlifliyi bir sıra müxtəlif aqrosistemlərin formalaşmasına səbəb olmuşdur. Çinin 

qərb  rayonlarının  dağlıq  əraziləri  və  geniş  çölləri  heyvandarlığın  inkişafına  imkan 

verir (iribuynuzlu mal-qara, atlar, qoyunlar v

ə  keçilər),  səhra  rayonlarının  vahələri 

qarpız  və  üzümün  becərilməsi  üçün  əlverişlidir.  Soyuq  şimal  əyalətləri,  öz  təbii 

xüsiyyətləri  ilə  Şimali  Amerikanın    düzənliklərini  xatırladan  geniş  ərazilərdə 

dənlilərin  və  paxlalıların  (qarğıdalı,  buğda,  soya  paxlalıları)  yüksək 

mexanikləşdirilmiş istehsalında aparıcı rol oynayır.  

Çində yığılan kənd təsərrüfatı məhsullarının həcminə görə, ən məhsuldar yer 

Yantzı  çayının  aşağı  axınının  vadisidir.  Məhsulun  ildə  bir  neçə  dəfə  yığımı, 

suvarılmanın istifadəsi və gübrələrin geniş tətbiqi bu ərazi üçün normal hesab edilir. 

Əkinə  yararlı  torpaqların  itkiləri  və  əkin  sahələrinin  ixtisar  edilməsi 

məhsuldarlığın  artırılması  hesabına  əvəz  edilmişdir.  Bütün  dənli  bitkilərin  orta 

məhsuldarlığı təxminən 4 dəfə artmışdır. Buğdanın məhsuldarlığı 5 dəfə, qarğıdalının 

4  dəfə,  düyünün  3  dəfə  artmışdır.  Məhsuldarlığın  bu  artması  əsasən  mineral  azot 

gübrələrin daha da əlverişli olması ilə əlaqədardır. 

Çinə  kənd  təsərrüfatının  məhsuldarlığının  artırılmasına  imkan  verən  digər 

müasir  metorlara  daha  keyfiyyətli  toxumların,  pestisidlərin,  kənd  təsərrüfatı 

bitkilərinin  müdafiəsi  üçün  polietilen  örtüyün  tətbiq  edilməsi,  həmçinin  suvarma 

sisteminin 

işləməsi  və  kənd  təsərrüfatı  məhsullarının  emalı  üçün  elektrik  enerjinin 

istifadəsinin artırılması daxildir. 

Aparılan  özəlləşdirmə  nəticəsində  kommunalardakı  torpaq  əsasən  olduqca 

mürəkkəb bölgü formasının istifadəsi ilə ailələr arasında bölüşdürülmüşdür. 

İlk  öncə  torpaq  icarəyə  qısa  müddətə  verilirdi,  lakin  tezliklə  uzunmüddətli 

torpaq sahibliyi sistemi 

tətbiq edilmişdir.  

Taxıla və ətə olan qiymətlər sahəsində çoxdan vaxtı çatmış bir sıra düzəlişlər 

əməyin  səmərəliliyinin  artmasında  stimullaşdırıcı  faktor  rolunu  oynamışdır  və  bu 

əkin strukturunda mühüm dəyişikliklərə gətirib çıxardı.  

Kənd təsərrüfatı istehsalı strukturunun nizama salınması davam edir. Bazarın 

tələbatına  uyğun  olaraq  bitkiçiliyin  strukturu  xeyli  nizama  salınmışdır.  Texniki 

bitkilərin  əkin  sahələri  genişləndirilmiş,  kənd  təsərrüfatı  bitkilərinin  ümumi  sahəsi 

arasında onların xüsusi çəkisi ilk dəfə 30 faiz və daha çox artmışdır. 

Buğdanın istehsalı xeyli azalmışdır. 

İl ərzində cəmi  462,51 milyon ton taxıl istehsal edilmişdir ki, bu da keçən illə 

müqayisədə 9  faiz azdır, o  cümlədən dənlilərin  yay  yığımı  107,5  milyon  ton təşkil 

etmiş  və  ya  9,3  faiz  azalmışdır;  tezyetişən  düyünün  yığımı  8,5 faiz azalaraq 37,47 

milyon ton 

təşkil  etmişdir,  payız  yığımı  9  faiz  azalaraq  317,54  milyon  ton  təşkil 

etmişdir. 

Texniki  bitkilər  üzrə  pambığın  və  yağlı  bitkilərin  yığımı  artmışdır,  şəkər 

istehsalı  xammalının  yığımı  isə  azalmışdır.  Pambığın  əkin  sahələri  keçən  illə 



 

müqayisədə 300 min hektar təşkil etmişdir, artım isə 8,1 faiz olmuşdur. 2010-cu il 



ərzində cəmi 4,35 milyon ton istehsal edilmişdir, bu da keçən illə müqayisədə 13,6 

faiz  artıqdır.  Yağlı  bitkilərinin  yığımı  keçən  illə  müqayisədə  13,4  faiz  artaraq  29,5 

milyon  ton  təşkil  etmişdir.  Şəkər  istehsalı  xammalının  əkin  sahələri  azalmışdır, 

onların  yığımı  keçən  illə  müqayisədə  10,6  faiz  azalaraq  74,5  milyon  ton  təşkil 

etmişdir.  

Heyvandarlıqda  istehsal  sabit  inkişaf  etmişdir.  Donuz,  mal  və  qoyun  ətinin 

ümumi  istehsalı  62,7  milyon  ton  təşkil  edərək  5,4 faiz artmışdır.  Dəniz  və  çay 

təsərrüfatında istehsal sabit olaraq artmışdır. Akvaməhsulların istehsalı 42,9 milyon 

ton 

təşkil edərək 4,1 faiz yüksəlmişdir.  



Çin  investisiyalarının  rəqəmləri  son  illər  durmadan  artmış  və  2009-cu  ildə 

artım  60 faiz  təşkil  etmişdir.  Qara  qitənin  kənd  təsərrüfatı  istehsalına  birbaşa 

investisiyalar 2011-

ci ildə təxminən 15 milyard ABŞ dollarına çatmışdır. İki min Çin 

şirkəti  öz  biznesini  bilavasitə  Afrika  ilə  əlaqələndirirlər  və  buraya  xeyli  vəsait 

qoyurlar


. Onların məqsədi qitədə inkişaf etmiş kənd infrastrukturu yaratmaq, qitənin 

dünya  ərzaq  bazarında  daha  ciddi  oyunçu  olması  üçün  Afrikanı  kənd  təsərrüfatı 

məhsullarının  güclü  təchizatçısına  çevirməkdir.  İqlimin  qlobal  dəyişməsini  və 

bununla əlaqədar olaraq məhsulların becərilmə şəraitinin kəskin dəyişməsini nəzərə 

alsaq, onda bu siyasəti xeyli uzaqgörən adlandırmaq olar. 

Bugün  Çin  Afrikanın  ən  iri  ticarət  partnyorudur.  Onların  mal  dövriyyəsi 

keçən  il  166  milyard  ABŞ  dolları  təşkil  etmişdir.  Afrika  qitəsinin  ölkələrində  Çin 

nümayiş  mərkəzləri  yaradır,  burada  kənd  təsərrüfatının  müasir  imkanları  nümayiş 

edilir. Çin mütəxəssisləri Afrikada tərəvəz və meyvələrin istehsalının artmasını təmin 

edirlər. 

Təzə tərəvəzlərə tələbatın davamlı artımı nəzərə alaraq, Çində tərəvəzçiliyin 

sabit inkişafını təmin etmək üçün əkin sahəsinin müəyən edilməsi, şitillərin intensiv 

becərilməsinin  gücləndirilməsi,  standart  tərəvəzçilik  sahələrinin  yaradılması,  yeni 

növlərin  və  sortların  kultivasiyasının  sürətləndirilməsi,  tərəvəzlərin    istehsalının 

satışla ilə əlaqələndirilməsi kimi beş sahədə tədbirlər görülür. 

Çin  dünyada  tərəvəzlərin  ən  iri  istehsalçısı  və  istehlakçısıdır.  Uzun  illər 

ərzində ölkədə tərəvəzçiliyin sabit inkişafı müşahidə olunurdu. 1990-cı ildə tərəvəz 

bitkilərinin ümumi əkin sahəsi təxminən 6,4 milyon hektar təşkil etdiyi halda, 2011-ci 

ildə 19,6 milyon hektaradək artmışdır, tərəvəzlərin ümumi istehsal həcmi isə 1990-cı 

ildə olan  195 milyon tondan  keçən il olan 679 milyon tonadək artmışdır. 

Heyvanlara süni olaraq əlavə gen daxil edilmişdir, bu gen əzələ toxumalarını 

qismən piy toxumaları ilə əvəz edəcək. Bunun sayəsində onların əti mərmər mal əti 

kimi zərif olacaq. 

Son zamanlar 

qida  sənayesinin  inkişaf  etdiyinə  baxmayaraq,  çinlilərin 

əksəriyyəti,  supermarketlərin  və  bazarların  piştaxtalarında  olan  mallarının 

keyfiyyətinə  etibarın  xeyli  aşağı  düşməsi  ilə  əlaqədar  olaraq,  ərzaq  məhsullarının 

şəxsi istehsalı ilə məşğul olmağa üstünlük verirlər. 

Cari ilin əvvəlində elan edilən  Çində 2011-2012-ci illərdə qida məhsullarının 

təhlükəsizlik  vəziyyəti  barədə  məruzəyə  uyğun  olaraq,  1036  respondent  arasında 

aparılmış  sorğuya  əsasən,  onların  91,3  faizi  qida  ərzaqları  ilə  bağlı  qalmaqallı 

hadisələrə böyük diqqət yetirdikləri məlum olmuşdur. 64 faizi birinci növbədə qida 

məhsullarının  istehsalı  və  emalı  prosesinə,  həmçinin  texniki  və  karantin  nəzarəti 


 

sisteminə  və  bu  istiqamətdə  risklərin  qarşısının  alınması  rejiminə  öz  inamsızlığını 



bildirmişlər. 

Ərazisi 9,6 milyon km

2

, əhalisi 1340,0 milyon nəfərdir, 1 km

2

-

ə 140 nəfər 

düşür. Taxıl istehsalı 462,0 milyon ton, o cümlədən buğda 114,0 milyon ton, düyü 

istehsalı 125,3 – 134,3 milyon ton, istehlak 127,2 – 130,3 milyon ton, ixrac – 0,7 – 

1,3 milyon ton, idxal 0,3 – 0,6 milyon ton, keçici ehtiyatlar 35,9 – 42,9 milyon ton, 

əkin  sahəsi  110,0  milyon  hektar,  ondan  21,6  –  30,1  milyon  hektar  buğda, 

məhsuldarlıq 37 – 48 s/ha, idxal 6,7 milyon ton, istehlak 101,5 – 109,3 milyon ton, 

keçici ehtiyatlar 34,4 – 

102,9  milyon  ton,  idxal  (taxıl)  55  –  175 milyon ton, çay 

istehsalı 107,5 milyon ton, erkən düyü istehsalı 37 – 47 milyon ton, tərəvəz sahəsi 

19,6  milyon  hektar,  istehsal  700  milyon  ton.  ÜDM  11300,0  milyard  ABŞ  dolları 

təşkil edir, hər nəfərə 8 433 ABŞ dolları düşür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

Çin kənd təsərrüfatının əlavə dəyəri, 2000-2010-cu illər 

 

İl 

Kənd 

təsərrüfatı, 

milyard ABŞ 

dolları 

Dünya kənd 

təsərrüfatında 

payı, % 

Əlavə dəyərdə 

kənd 

təsərrüfatının 

payı, % 

1 nəfərə kənd 

təsərrüfatı, 

ABŞ dolları 

Kənd 

təsərrüfatının 

inkişaf templəri, 

% 

2000 

181 


16.15 

15.1 


143 

101.7 


2001 

191 


17.13 

14.4 


149 

105.5 


2002 

200 


17.45 

13.8 


156 

104.7 


2003 

210 


16.34 

12.8 


162 

105 


2004 

259 


17.58 

13.4 


199 

123.3 


2005 

274 


17.99 

12.1 


210 

105.8 


2006 

302 


18.46 

11.1 


230 

110.2 


2007 

376 


19.17 

10.8 


285 

124.5 


2008 

485 


21.29 

10.7 


365 

129 


2009 

516 


23.29 

10.3 


387 

106.4 


2010 

599 


23.3 

10.1 


447 

116.1 


 

 

 



 

 

 



 

Çində və qonşu ölkələrdə 1 nəfərə düşən kənd təsərrüfatı məhsulları, 

ABŞ dolları, 2000-2010-cu illər. 

 

 



İl  Çin  Hindistan  Yaponiya  Rusiya 

Cənubi 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin