Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7.66 Mb.
PDF просмотр
səhifə54/77
tarix29.11.2016
ölçüsü7.66 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

Koreya 

Vyetnam  Myanma 

Qazaxıstan 

2000  143 

96 


660 

109 


478 

96 


93 

100 


2001  149 

97 


556 

130 


433 

95 


97 

128 


2002  156 

90 


532 

131 


431 

101 


125 

134 


2003  162 

104 


563 

166 


450 

109 


109 

160 


2004  199 

112 


586 

201 


512 

120 


106 

206 


2005  210 

128 


546 

229 


531 

132 


121 

237 


2006  230 

139 


506 

265 


571 

143 


131 

294 


2007  285 

174 


490 

342 


568 

165 


168 

381 


2008  365 

181 


553 

433 


461 

233 


212 

454 


2009  387 

188 


561 

349 


438 

230 


273 

448 


2010  447 

247 


616 

357 


477 

239 


313 

399 


 

 

 



 

 

 



 

 

 



 

 


 

 



Çind

ə və qonşu ölkələrdə  kənd təsərrüfatının  əlavə dəyərdə payı,  

%, 2000-2010-cu ill

ər 

 

İl 



Çin 

Hindistan  Yaponiya  Rusiya 

C

ənubi 

Koreya 

Vyetnam  Myanma 

Qazaxıstan 

2000 

15.1 


23.2 

1.7 


4.6 


24.5 

57.5 


8.8 

2001 

14.4 


23 

1.6 


7.1 

4.5 


23 

57.9 




2002 

13.8 


20.8 

1.6 


6.2 

3.9 


23.1 

57 


8.7 

2003 

12.8 


20.8 

1.6 


6.3 

3.7 


22.3 

50.5 


8.3 

2004 

13.4 


18.9 

1.5 


5.6 

3.7 


22 

49 


7.6 

2005 

12.1 


18.7 

1.5 


3.3 


20.8 

46.7 


6.5 

2006 

11.1 


18.2 

1.4 


4.5 

3.2 


19.7 

43.6 


5.8 

2007 

10.8 


18.1 

1.4 


4.4 

2.9 


19.7 

43.9 


5.8 

2008 

10.7 


17.4 

1.4 


4.4 

2.6 


22 

38.5 


5.5 

2009 

10.3 


17.6 

1.4 


4.7 

2.8 


20.6 

39.4 


6.2 

2010 

10.1 


19 

1.4 


2.5 


20.2 

35.7 


4.5 

 

 



 

 

Çind



ə və qonşu ölkələrdə kənd təsərrüfatının inkişaf templəri,  

%, 2000-2010-cu ill

ər 

 

İl 



Çin 

Hindistan  Yaponiya  Rusiya 

C

ənubi 

Koreya 

Vyetnam  Myanma 

Qazaxıstan 

2000  101.7 

96.2 


102.5 

123.1 


104.8 

104.1 


107.7 

88.2 


2001  105.5 

103 


84.3 

118.8 


90.9 

100 


104.8 

126.7 


2002  104.7 

94.2 


95.7 

100 


100 

106.6 


129.5 

105.3 


2003 

105 


117.3 

106 


126.3 

105 


109.9 

87.7 


120 

2004  123.3 

109.6 


104.2 

120.8 


114.3 

111.2 


98 

129.2 


2005  105.8 

115.9 


93.2 

113.8 


104.2 

111.1 


114.3 

116.1 


2006  110.2 

110.3 


92.8 

115.2 


108 

109.1 


108.9 

125 


2007  124.5 

126.7 


96.9 

128.9 


100 

116.7 


129.5 

131.1 


2008 

129 


105.4 

112.9 


126.5 

81.5 


142.9 

126.6 


120.3 

2009  106.4 

105.6 


101.4 

80.6 


95.5 

100 


130 

100 


2010  116.1 

133.5 


109.9 

102 


109.5 

105 


115.4 

90.1 


 

 

Hindistanın kənd təsərrüfatı 

 

Ərazisi 3,3 milyon km

2

, əhalisi 1 milyard 184 milyon nəfərdir, ÜDM 4463,0 



milyard ABŞ dollarıdır, hər nəfərə 3 770 ABŞ dolları düşür. 

Hindistanın  iqtisadiyyatında  kənd  təsərrüfatı  böyük  rol  oynayır.  Hindistan 

dünyada ən böyük mal-qara sayına malikdir (280 milyon iribuynuzlu mal-qara, 120 

milyon qoyun və keçi), ölkənin kənd təsərrüfatı bitkiçilik istiqamətlidir. Mal-qara 

əsasən  dartı  qüvvəsi  kimi  istifadə  edilir.  Hətta  ölkədə  süd  çox  az  istehlak  edilir. 

Camış ildə 500 litr süd verir və əsasən onun südü istifadə edilir. İnəklər daha az 

süd verirlər, gündə 150 – 200 qr.  

Burada daha çox keçi, qoyun, toyuq əti istehlak edilir. Lakin  qidalanmada 

heyvandarlıq məhsulları çox kiçik rol oynayır (hər nəfərə ildə 40 litr süd, 1,5 ət, 3 

yumurta  istehlak  edilir)  və  əsasən  də  varlı  insanlar  tərəfindən  istifadə  edilir. 

Heyvandarlığın aşağı məhsuldarlığı yemlərin çatışmazlığı ilə izah edilir (əsas yem 

samandır). 

Ölkənin torpaq fondu geniş şumlanması ilə səciyyələnir (ölkənin ərazisinin 

50 faizindən artıq hissəsi). Əkin sahələrinin 80 faizi ərzaq bitkiləri altındadır. 

Sahilyanı  düzənliklər,  Qanq  və  Braxmaputra  vadiləri  dünyanınmöhtəşəm 

düyü qurşağının bir hissəsini təşkil edir. Düyü əsas əkin bitkisidir, bəzi rayonlarda 

(Benqaliya)  məhsul  ildə  3  dəfə  yığılır.  Şimal-Qərbi  Hindistan  ölkənin  buğda 

zonasıdır.  Buğda  qış  fəslimdə  suvarılan  torpaqlarda  becərilir.  Hindistan  tədricən 

çəltikçilik  ölkəsindən  buğda  ölkəsinə  çevrilir.  Daxili  quraqlıq  və  zəif  suvarılan 

rayonlarda sorqo, darı bitkiləri, lobya və noxud böyük rol oynayır. Yağlı bitkilərin 

(araxis  və  keşyu)  əkinləri  hər  yerdə  yayılmışdır,  onlar  demək  olar  ki,  yağların 

yeganə  mənbəyidir.  Ölkənin  bir  sıra  rayonlarında  bitki  yağlarının  istehsalı  üçün 

küncüt, gənəgərçək, xardal, raps, kətan və hindqozu ağacı yetışdırılır.  

Hindistan  dünyada  şəkər  qamışı  və  pambığın  aparıcı  istehsalçısıdır.  Şəkər 

qamışını əsasən Qanq çayının vadisində, pambığı isə Qərbi Hindistandabecərirlər. 

Xüsusilə keyfiyyətli uzunlifli pambığı Pəncabın suvarılan ərazilərində yetişdirirlər. 

Hindistan  tütüncülük  üzrədünyada  üçüncüdür. Burada ixrac  edilən  tütünün 

vircinya 

sortları istehsal edilir.  

Hindistan 

dünyadaən  iri  çay  istehsalçısıdır  (dünya  yığımının  35  faizinə 

qədər). Əsas rayonu Braxmaputra vadisidir, həmiçinin Himalayın aşağı yamacları 

və Cənubi Hindistan (qəhvə və gevea platsiyaları). 

Ədviyyatlar  ixracın  ənənəvi  hissəsidir.  Qara  istiot  əsas  ixracməhsuludur. 

Cənubi Hindistanda hil, zəncəfil, mixək, türmerik, “çili” istiotu istehsal edilir. 

Hindistanın  iqlim  şəraiti  bütün  meyvələrin  yetişdirilməsi  üçün  əlverişlidir, 

lakin  onları  yetişdirmək  ixrac  etməktən  asandır.  Ölkədə  meyvələrin  istehlakı, 

həmçinin  ixracıaşağıdır.  Burada  böyük  həcmdə  yalnız  banan,  manqo  və  papaya 

istehsal edilir. 

Hindistan  hər  məqamda  təəcübləndirici  ziddiyətlər  və  valehedici 

xüsusiyyətlər  ölkəsidir.  Kənd  təsərrüfatı  həm  Hindistan  əhalisinin  əsas 

məşğuliyyətidir, həm də ölkənin mühüm iqtisadi sektorlarından biridir. Hindistanın 

çalışan  əhalisinin  demək  olar  ki,  2/3  hissəsinin  gəliri  kənd  təsərrüfatından  əldə 

edil


ir.  Hindistanın  torpaq  sahələrinin  43  faizi  kənd  təsərrüfatı  əraziləridir.  Hətta 

 

s



ənayeləşmə və digər səbəblər nəticəsində kənd təsərrüfatının Hindistanın ÜDM-ə 

qoyuluşu azalsa da, o hələ də Hindistanın sosisal-iqtisadi inkişafında əhəmiyyətli 

rol oynayır.Hindistanın kənd təsərrüfatı iqlim şəraiti barədə xüsusi biliklərin tətbiqi 

ilə fermerliyin minillik təcrübəsinə əsaslanır. 

Hindistanın kənd təsərrüfatı mussonlardan çox asılıdır, çünki məhsulun necə 

olacağı  onlarlaəlaqədardır.  Kənd  təsərrüfatı  qayğılarının  böyük  hissəsi  dövlətin 

payına  düşür.Hindistanda dövlətdən  əlavə  kənd  təsərrüfatı  maraqlarını  qoruyaraq 

iqtisadi  fəaliyyəti  həyata  keçirən  bir  çox  təşkilatlar  və  kənd  təsərrüfatı  şirkətləri 

mövcuddur. Hindistanın kənd təsərrüfatı tədqiqatları şurası kənd təsərrüfatında və 

yanaşı  sahələrdə  hakim  orqandır.  Milli  Kənd  Təsərrüfatı  Bankı  və  Kənd 

T

əsərrüfatının  İnkişafı  Bankı  Hindistanın  kənd  təsərrüfatının  dəstəyinə  və 



inkişafına  yonəldilmiş  iqtisadi  fəaliyyətlərin  həvəsləndirməsinə  yönəldilmiş 

təşkilatlarıdır.  Qloballaşma  ilə  yanaşı  Hindistanın  görünüşü  də  dəyişir  və  kənd 

təsərrüfatı  sürətli  templərlə  inkişaf  edir.  İqtisadiyyatın  inkişafı  sayəsində 

Hindistanın  kənd  təsərrüfatı  sektoru  modernləşir,  texnologiyaların  maksimum 

istifadəsi isə kənd təsərrüfatında əhalinin daha çox hissəsinin gəlir əldə etməsinə 

şərait yaradır. Fərdi sahibkarlar hal-hazırda müasir avadanlıq və texnologiyaların 

əldə  edilməsinə  və  onların  tətbiqilə  əkin  sahələrinin  becərilməsində 

maraqlıdırlar.Hindistan  müstəqilliyini  əldə  edilməsindən  sonrakı  dövrlərdə  yaşıl 

inqilab

ınnəticəsində xeyli qazanmışdır. 1970-ci illərdə buğdanın istehsalının xeyli 



artması müşahidə olunmuşdur. Beşillik planların xeyli hissəsi kənd təsərrüfatının 

və  heyvandarlığın  inkişafına  yönəldilmişdir.  Hindistan  kənd  təsərrüfatı 

fəaliyyətindən xeyli gəlir əldə edir. Hindistan keşyu, hindqozu, çay, zəncəfil və s. 

m

əhsulların  iri  istehsalçısıdır.  Meyvələrin  dünya  istehsalında  payı  10  faiz  təşkil 



edir və o, banan və sapotanın istehsalında birinci yeri tutur. 

Hindistanın  Pəncab  regionu  dünyada  ən  münbit  torpaqların  yerləşdiyi 

regionlardan biridir

, bu da onu buğdanın becərilməsində özünü göstərir. Xaryana 

Hindistanda dənli bitkilərin istehsalı üzrə ikinci yerdədir. Lakin Hindistanda orta 

məhsuldarlıq  dünyanın  ən  yüksəkorta  məhsuldarlığın  cəmi  30  –  50  faizini  təşkil 

edir. Hindistanın aşağı məhsuldarlığı kənd təsərrüfatı istehsalının maliyyələşməsi 

və  marketinq  xidmətlərinin  uyğunsuzluğu  və  effektiv  olmaması,  savadsızlıq, 

sosial-

iqtisadi  geriləməsi və s. kimi faktorların təsirilə izah edilir. Torpaq sahibliyi 



azdır və müasir kənd təsərrüfatı təcrübələrinin istifadəsi uyğun aparılmır. 

Hindistan aqrar-

sənaye  ölkəsi  olaraq  iqtisadiyyatın  modernləşdirilməsi  və 

lib


erallaşdırılması  nəticəsində  çoxsahəli  sənaye  kompleksinə,  məhsuldar  kənd 

təsərrüfatına və müasir elmi-texniki potensiala malikdir. 

Kənd təsərrüfatı əhalinin əsas məşğuliyyətidir. İsti hava şəraitinin üstünlüyü 

və  süni  suvarılma  ildə  bir  neçə  dəfə  məhsul  yığmağa  imkan  yaradır.  Hindistan 

təkcə  özünü  kənd  təsərrüfatı  məhsulları  ilə  təmin  etmir,  həm  də  xarici  ölkələrə 

ixrac 


edir. Hindistan ixracının ən məşhur məhsulu çaydır. Hər il 800 min tondan 

artıq  çay  yarpağı  yığılır.  “Darcilinq”  çay  sortu  ən  ətirli  çay  kimi  məşhurdur.  O, 

Himalayın  dağətəyi  zonalarında  becərilir.    Ölkə  araxısin  (7,4  milyon  ton),  xam 

şəkərin (14,6 milyon ton) və  darının (10,6 milyon ton) istehsalına görə dünyada 

birinci yeri tutur

,  buğdanın,  düyünün  və  cutun  istehsalına  görə  ikinci  yeri  və 

pambığın  istehsalına  görə  üçüncü  yeri  tutur.  Hindistan  200  milyon  inək  və  80 


 

milyon  kəl  iləən  çoxsaylı  mal-qaraya sahibdir,  lakin  ət  heyvandarlığı  burada  



mövcud  deyil,  çünki  din  inəklərin  kəsilməsini  qadağan edir. 2011-ci  ildə  ölkədə 

iqtisadi  inkişafın  tempi  8,5  faiz  təşkil  etmişdir.  Aqrar  sektor  uğurla  inkişaf  edir, 

burada istehsalın artımı 6,6 faiz təşkil etmişdir. 

“D

ünyanın ən iri demokratiyasının” daxili siyasi stabilliyi nəticə etibarı ilə 



iqtisadiyyatın aqrar sektorundan asılıdır. Siyasi nöqteyi-nəzərdən Hindistanda kənd 

təsərrüfatının vəziyyətini  hələ ki,  müvəffəqiyyətli  hesab  etmək  olar. 2011-ci  ildə 

aqrar istehs

alatın  artımı  6,6  faiz  müntəzəm  mussonlarla  təmin  edilmişdir,  bu  da 

kənd  təsərrüfatı  məhsullarının  rekord  yığımına  imkan  yaratmışdır.  Orta  sinfin 

davamlı  tələbatı  bağçılıq,  heyvandarlıq  və  balıqçılıq  məhsullarının  istehsalının 

artımını stimullaşdırmışdır. Bol məhsul yığımı Hindistanın ərzaq təhlükəsizliyinin 

möhkəmlənməsinə  öz  töhfəsini  vermişdir:  2011-ci  ilin  iyun  ayının  sonlarında 

taxılın  ehtiyatları  65,5  milyon  ton  təşkil  etmişdir,  bu  da  hökumətəbirinci 

zəruriyyətli  məhsulların  “siyasi  təhlükəsiz”  qiymətlərini  qoruyub  saxlanmasına 

şərait yaradır. 

Kənd  təsərrüfatı  Hindistan  iqtisadiyyatının  əsas  sahəsi  olaraq  qalır:  o, 

ölkəninin  ÜDM-nin  1/3  hissəsini,  ixracın  1/5  hissəsinitəşkil  edir  və  ən  əsası 

Hindistanın əhalisinin əsas hissəsini təmin edir, çünki bu sahədə ölkənin iqtisadi 

fəal  əhalisinin  2/3  hissəsi  məşğuldur.  Hindistanın  ərazisinin  60  faizi  kənd 

təsərrüfatı  torpaqları  təşkil  edir.  Bunlar  əsasən  əkin  sahələridir.  Baxmayaraq ki, 

y

üksək  dağlıq  ərazilər  istisna  olmaqla,  ölkədə  isti  hava  şəraitinin  bol  olması 



məhsulun  ildə  bir  neçə  dəfə  yığılmasına  imkan  yaradır,  burada  əkin  sahələrinin 

yalnız  1/5  hissəsində  ildə  bir  dəfədən  artıq  səpin  aparılır.  Əsas  səbəbi  ilin quru 

keçən  fəslində  yetərincə  rütubətin olmamasıdır.  Suvarılan  əkinçiliyin  həcmi  üzrə 

Hindistan 

dünyada ikinci yeri tutur. Demək olar ki, torpaqların 40 faizi kanallar, 

təxminən 45 faizi quyular, qalan sahələri isə süni göllər və digər tikililərvasitəsilə 

suvarılır. 

 

Hindistanın  177,5  milyon  hektar  olanəkin  sahələrinin  85  faizində  ərzaq 



bitkiləri  yetişdirilir. Düyü,  buğda, darı  və  dənli-paxlalılar ölkədə  əsas  bitkilərdir. 

Hindistanda 

dənli bitkilərin yığımı ildə 200 milyon ton təşkil edir. Burada iki kənd 

təsərrüfatı fəsili mövcuddur: yay və qış. Əsas bitkilərin səpini yayda, yay yağışları 

zamanıaparılır,  qış  mövsümündə  isə  buğda,  arpa  və  s.  səpilir.  Düyü  və  buğda 

Hindistanda istehsal və istehlak edilən əsas dənli bitkilərdir. 

Dənli  bitkilərin  istehsalında  düyünün  payı  təxminən  45  faiz  təşkil  edir. 

Ümumi yığım 83,1 – 99,2 milyon ton arasında dəyişir. Onun da 80,9 – 93,2 milyon 

tonu daxili bazarda  istehlak  edilir, 2,0 –  6,3 milyon tonu ixrac edilir, keçici 

ehtiyatlar 10,5 – 

17,0 milyon ton təşkil edir. 

Dənli  bitkilərin  istehsalında  buğdanın  payı  təxminən  35  faiz  təşkil  edir. 

Buğda  üzrə  ümumi  əkin  sahələri  24,9  –  28,2  milyon  hektardır. 2,6 –  2,8 ton/ha 

məhsuldarlığı 65,1 – 78,6 milyon ton buğda əldə etməyə imkan yaradır. Onun da 

65,1 – 

75,7 milyon ton daxili istehlaka sərf edilir, 0,1 – 5,7 milyon ton ixrac edilir. 



İdxal 6,7 milyon tonadək təşkil edir. Keçici eytiyatlar 2,0 – 23,0 milyon tondur. 

Pambıq,  cut,  şəkər  qamışı,  tütün,  yağlı  bitkilər  Hindistanın  əsas  texniki 

bitkiləridir. 


 

ÜDM  22  faizi  və  Hindistanın  ixracının  10  faiziaqrar-sənaye  kompleksinin 



payına düşür, bununla yanaşı əhalinin məşğulluğunun 60-65 faizi düşür. 

Aqrar məhsulların 60 faizi fermer təsərrüfatlarının 25 faizində istehsal edilir. 

Kəndli  təsərrüfatlarının  əsas  kütləsi  əmtəə  məhsullarının  həcmini  artırmaq 

məqsədilə  müasir  aqrotexnika  və  texnologiya  əldə  etmək  imkanları  olmayan 

ənənəvi əkinçilik metodlarından istifadə edən kiçik torpaq icarəçiləri təşkil edir. 

Ət-süd heyvandarlığı, quşçuluq, meyvələrin və tərəvəzlərin, dənli bitkilərin 

(düyü,  buğda,  taxıl,  paxlalılar),  yağlı  toxumların,  ədviyyatların,  çay  və  tütün 

yarpağının,  qəhvə  toxumlarının,  findığın  müxtəlif  sortlarının  (fındıq,  araxis, 

badam,  keşyu),  şəkər  çuğundurunun  yetişdirilməsi,  dəniz  məhsullarının  istehsalı, 

balıqçılıq,  bağçılıq,  ipəkçilik,  təbii  kauçukun  istehsalı  Hindistanın  kənd 

təsərrüfatının əsas istiqamətləridir. 

Hindistan dünyada iribuynuzlu mal-

qaranın  sayına  görə  birinci  yeri  tutur 

(dünyada 

kəllərin  sayının  57  faizini  və  inəklərin  16  faizini  təşkil  edir),  keçilərin 

sayına görə ikinci və qoyunların sayına görə isə üçüncü yeri tutur. 2004 – 2005-ci 

illərdə  südün  istehsalı  90,7  milyon  tonadək,  quş  ətinin  2,1  milyon  tonadək, 

yumurtanın  45,2  milyard  ədədədək  artmışdır.  Quş  qripinin  təhlükəsilə  əlaqədar 

olaraq  ölkənin  hökuməti  bir  sıra  müdafiə  tədbirləri  həyata  keçirmişdir: potensial 

təhlükəli  ölkələrdən  quş  ətinin  idxalına  və  onunla  yanaşı  gətirilən  məhsullara 

qadağa qoyulmuş, gömrükdə karantin tədbirləri gücləndirilmiş, vaksinasiya strateji 

ehtiyatları tədarük edilmişdir. 

Kənd təsərrüfatının gələcək inkişafı infrastrukturun zəif olması ilə, xüsusilə 

müasir  çatdırılma,  emal  və  saxlanılma  vasitələrinin  çatışmazlığı  ilə  ləngidilir. 

Tərəvəz və meyvələrin itkisi 40 faiz, ümumi aqrar məhsulların isə təxminən 20 faiz 

təşkil edir. 

Hindistan  kənd  təsərrüfatı  məhsullarının  istehsalında  bir  çox  uğurlara  nail 

olmuşdur və hal-hazırda ölkə istiqamətini bağçılığa yönəltmişdir. 

2011-

ci  ilə  hökümət  dənli  bitkilərin  saxlanılma  şəraitinin  yaxşılaşdırılması 



məqsədilə  iri  həcmli  vəsaitlər  ayırmışdır,  ölkədə  çoxsaylı  taxıl  anbarları  inşa 

edilmi


şdir, bu da kənd təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması üzrə planların 

bir hissəsidir. 2012-ci il Hindistan höküməti tərəfindən bağçılıq ili elan edilmişdir. 

Hindistanda  bağçılığın inkişafına hökumət  25 kror  rupi ayırmışdı.  Bol  məhsullar 

ölkədə ərzaq çatışmazlığı problemilə effektiv mübarizə etməyə yardım edəcəkdir. 

Uzun illər Hindistanın iqtisadiyyatının dayağı olan kənd təsərrüfatı sektoru 

hal-


hazırda  ümumi  milli  məhsulun  yalnız  20  faizini  təşkil  edir,  lakin  buna 

baxmayaraq ölkə əhalisinin 60 faizinin məşğulluğunu təmin edir. 

Müstəqillik əldə etikdən sonra, bir neçə il ərzində ərzaq məhsullarına olan 

tələbatı ödəmək üçün Hindistan xarici ölkələrin yardımından asılı olmuşdur. Son 

50  il,  əsasən  də  suvarılan  torpaqların  ərazilərinin  genişləndirilməsi  və 

yüksəkməhsuldarlı  toxumların,  gübrələrin  və  pestisidlərin  geniş  tətbiqi 

sayəsindəqida sənayesi durmadan artır.  Ölkənin böyük taxıl ehtiyatları mövcuddur 

və Hindistan dünya taxılınınən böyük ixracçısıdır. Əmtəə bitkiləri, xüsusilə də çay 

və  qəhvə  əsas  ixrac  gəlirini  təmin  edir.  Hindistan    dünyada  çayın  ən  iri 

istehsalçısıdır,  ildə  təxminən  470 milyon ton çay istehsal edilir, bunlardan 200 



 

milyon tonu ixrac edilir. 



Hindistan  həmçinin  dünya  bazarınıədviyyatla  30  faiz 

təmin edir,  təxminən 120 000 ton ixrac edilir. 

Hindistanın  kənd  təsərrüfatında  indiyədək  böyük  ziddiyətlər  mövcuddur, 

burada iri plantasiyala

rla yanaşı xırda kəndlitəsərrüfatlarfəaliyyət göstərir. Bir çox 

kəndlilərin  çox  kiçik  torpaq  sahələri  var  və  ya  ümumiyyətlə  yoxdur.  Kəndlərin 

xeyli  hissəsində  ümumiyyətlə  elektrik  enerjisi  yoxdur.  Hindistan  suvarılan 

torpaqların  sahələri  üzrə  (54,8  milyon  hektar)  dünyada  birinci  yeri 

tutur.Hindistanın ixracında kənd təsərrüfatı məhsullarının payı 15 faiz təşkil edir. 

Müasir  Hindistan  ərzaq  tələbatını  əsasən  özü  təmin  edir,  amma  çox  aşağı 

səviyyədə,  təxminəm  hər  nəfərə  250  kq.  Hind-Qanq  düzənliyinin  cənub-şərq 

hissəsində  Hindistanın  əsas  çəltikçilik  zonası  yerləşir,  burada  düyü  musson 

yağışları zamanı harif möhsümündə (may - sentyabr) becərilir, rabi mövsümündə 

isə (oktyabr – aprel) süni suvarlmadan istifadə edilir. 

Ölkədə 120 milyon qoyun, 18 milyon donuz və 9 milyon dəvə mövcuddur. 

C.Nerunun  sözlərinə  görə,  Hindistanın  müstəmləkə  dövründə  “daha  çox  aqrar 

ölkəyə  çevrilirdi”.  İngiltərə  fabriklərinin  məhsulları    milyonlarla  kustar  məhsul 

istehsal edənlərivə əsnaflari müflis etmişdir. “...Kustar məhsul istehsal edənlər və 

əsnafların  ordularının  nə  məşğuliyyəti,  nə  işi  yoxdur  və  bütün  onların  qədim 

sənətləri faydasız olmuşdur. Onlar torpağa üz tutdular, çünki torpaq hələ var idi. 

Lakin torpaq tamamilə məşğul idi və heç bir halda onlara gəlir vermirdi. Buna görə 

də,  onlar torpaq üçün yük oldular və  bu  yük  getdikcə  artırdı  və  bununla  yanaşı 

ölkənin  yoxsullaşması  artırdı  və  həyat  səviyyəsi  görünməyən  həddədək  aşağı 

düşmüşdü.  Kustar  məhsul  istehsal  edənlər  və  əsnafların  torpağa  məcburi 

qaytarılması  kənd  təsərrüfatı  və  sənaye  arasında  artan  nisbətsizliyə  gətirmişdir, 

digər məşğuliyyətlərin və fəaliyyətlərinolmaması üzündənyaşam üçün gəlir məbəyi 

torpaq idi(“

Hindistanın kəşf edilməsi”. M. 1955, səh. 318). 

Müstəmləkə  hökumətin  aqrar  qanunvericiliyi  kəndlilərin  kütləvi 

müflisləşməsinə  aparırdı  və  torpaqların  kiçik  mülkədarlar  təbəqəsinin  əlində 

cəmləşdirilməsini  gücləndirirdi.  Lakin  butorpaq  sahibliyinin  cəmləşməsi  iri 

təsərrüfatların inkişafı ilə müşahidə olunmurdu, çünki əhalinin artıq olması yüksək 

aqrar 

rentasının yığılmasına şərit yaradırdı və mülkədarlar qəbilə şərtləri ilə torpağı 



icarəyə verməyə üstünlük verirdilər. Yoxsulluqla boğulmuş və qabaqcıl texnikanın 

və  kənd  təsərrüfatı  texnologiyalarından  istifadə  etmək  qabiliyyətində  olmayan 

kiçik və çox kiçik kəndli təsərrüfatlar yeganə istehsal vahidi kimi qalırdı.  

Müstəqil Hindistanda kənd təsərrüfatı mühüm rol oynamağa davam edirdi. 

Şəhərlərdə işçi qüvvəsinin artıq olması şəraitində baş verən sənayeləşmə əhalinin 

kəndlərdən  axının  stimullaşdıraq  iqtidarında  deyil.  Hindistanın  kənd  təsərrüfatı 

əhalisinin payı müstəqillik illəri ərzində demək olar ki, dəyişməmişdir, o 72 faiz 

təşkil edir, absolyut həcmində isə 1,5 dəfə artmışdır. 

Dövlət  kənd  təsərrüfatının  inkişafı  üçün  böyük  səylər  göstərir.  Onun 

inkişafına  beşillik  planlara  vəsait  ayırmaları  yönəldilmişdir.  Hindistanın  əkin 

sahələrində (tarlalarında) 350 min traktor və 3 milyon elektrik nasosları işlədilir. 

İrriqasiyanın  genişləndirilməsi,  kənd  təsərrüfatına  kapital  qoyuluşları, 

yüksəkməhsuldarlı  və  dəyərli  bitkilərin  tətbiqi  nəticəsində  əkin  sahələrinin 

vahidlərinin məhsuldarlığı ölkə üzrə 1 hektara 430 rupidən 990 rupiyə qədər, orta 



 

hesabla  ikiqat  artmışdır.  “Yaşıl  inqilab”  adı  almış,  xüsusilə  də  60-cı  illərin 



sonlarında  sürətlənənaqrotexniki  tədbirlər  kompleksinin  həyata  keçirilməsi 

nəticəsində  kənd  təsərrüfatı  istehsalının  bu  inkişafıkənd  təsərrüfatına  dövlət 

dəstəyindən daha çox yararlanan əsasən varlı kəndli təsərrüfatlarına toxunmuşdur. 

Kəndlilərin çox hissəsinin isə vəziyyəti əvvəlki kimi olduqca ağır qalır və onların 

modernl

əşmə  prosesinə  qatılmağa  mane  olur.  Ölkə  əhalisinin  demək  olar  ki,  40 



faizi  torpaqsız,aztorpaqlı  və  vəziyyəti  xüsusilə  ağır  olan  kənd  təsərrüfatı  işçiləri 

təşkil edir. 70-ci illərdə “yaşıl inqilabın” inkişafı yavaşımışdır. 

Müstəqil Hindistanın 30 ili ərzində dənli bitkilərin yığımı  2 dəfə atmışdır. 

Lakin  kənd  təsərrüfatı  istehsalının  həcmində  illər  üzrə  kəskin  dəyişikliklər  baş 

verir,  ilk  növbədə  bu  dəyişikliklər  hava  şəraitindən  asılı  olmuşdur.  Hindistanda 

aqrotexnikanın səviyyəsi və məhsuldarlığı dünyada ən aşağı olanlardan biridir.  

Baxmayaraq k

i, ölkə dünyada ən coxsaylı iribuynuzlu mal-qaraya sahibdir, 

Hindistanın  kənd  təsərrüfatı  bitkiçilik  istiqamətlidir.  Lakin  ölkənin  təsərrüfatında 

heyvandarlığın xüsusi rolu var, çünki iribuynuzlu mal-qara ilk növbədə əkinçilik 

istehsalında  əsas  əmək  vasitəsi  olan  dartı  qüvvəsi  kimi  istifadə  edilir.  Kəllər  və 

inəklər əkinlərdə, taxıl döyümündə, yüklərin daşınmasında və s. istifadə edilir. İşçi 

mal-

qara  kəndlilərin  ən  mühüm  var-dövlətidir,  kəndlilər  onları  xüsusi  diqqətlə 



yemləyir  və  qulluq  edirlər.    Yaşlanmış  və  faydasız  mal-qaranı  kəndlilər  kəsimə 

göndərmir,  bunun  nəticəsində  milyonlarla  ac  inəklər  yollarda,  bazarlarda  və 

küçələrdə  yol  hərəkətinə  mane  olaraq  dolaşır,  lakin  yenə  də  “müqəddəs”  və 

toxunulmaz olaraq 

qalırlar. 

Süd  ölkədə  çox  az  istifadə  edilir,  əsasən  çay  ilə.  Tünd  ətirli  südlü  çay 

qonaqlara,  idarələrdə  rəsmi  görüşlədə,  mehmanxanalarda  və  yol  qırağındakı 

çayxanalarda təklif edilir. Əsasən camış südü istifadə edilir.  

Ət  heyvandarlığı  Hindistanda  inkişaf  etməmişdir,  burada  əhalinin  böyük 

hissəsi vegetariandır və dini əqidələri inəklərin kəsilməsini qadağan edir. Daha çox 

keçi, 

qoyun,  toyuq  əti  istifadə  edilir  (donuzçuluq  yalnız  bəzi  xalqlarda  və 



tayfalarda  əhəmiyyət  kəsb  edir).  Ümumilikdə  heyvan  mənşəli  məhsullar  çox  az 

miqdarda istehlak edilir.  Hindistan dünya  bazarlarına  sümük,  gön,  dəri, qıl  ixrac 

edir. 

Peyin  kəndlilərin  əsas  gübrəsidir  və  əsas  yanacaq  növlərindən 



biridir.Hindistanın heyvandarlığının  məhsuldarlığı olduqca aşağı olması yemlərin 

catışmazalığı ilə izah edilir. Örüş-əkin sahələrinin 1 hektarına orta hesabla 17 baş 

iri buynuzlu mal-

qaravə 8 keçi və qoyun düşür. Əsas yemi saman təşkil edir. Zəif 

mal-

qara kövşənliklərdə, kolluqlarda, meşələrdəyem axtarışında olur. Demək olar 



ki, bütün otlaqla

r  çox  az  səmərəlidir,  eroziyaya  uğramışdır  və  bəzi  hallarda 

tamamilə taptanmışdır. 

Zəif otlaqlarda yerləşməyən mal-qara digər növ sahələri dağıdır. Hindistanın 

torpaq fondunun  olduqca 

geniş miqyasda şumlanması, az əhali sıxlığı, örüş-otlaq 

sahələrinin  azlığı  ilə  seçilir.  İsti  hava  şəraitinin  bolluğu  sayəsində  ölkənin  bütün 

ərazisində,  yüksək  dağlıq  bölgələr  istisna  olmaqla,  ilboyu  əkinçiliyin  aparılması 

mümkündür. 

Müstəqillik  illəri  ərzində  suvarılan  torpaqların  əraziləri  50  faizdən  artıq 

artm

ışdır. Hindistan suvarılan əkinçiliyin həcminə görə dünyada birinci yeri tutur. 



Demək  olar  ki,  torpaqların  40  faizi  kanallarla (Hind-Qanq  düzənliklərində, 

 

yarımada  hissəsində  iri  çayların  vadilərində),  təxminən  30  faizi  quyulardan 



(xüsusilə  də  Hindistanın  Şimal  və  Şimal-Qərb  hissəsində),  qalanları  isə  süni 

göllərdən  (irriqasiyanın  əsas  vasitəsi  Dekandadır)  və  digər  qurğulardan  suvarılır. 

Daha intensiv Hind-Q

anq  düzənlikləri  və  şərq  sahilərinin  deltalar  suvarılır. 

Pəncabda,  Qanq  –  Camn  çayları  arasında,    Krişna  –  Qodavari  deltalarında, 

Kaveridə  əkin  sahələrinin  60-70  faizi  suvarılır.  Bu  ərazilər  ölkədə  ən  iri  kənd 

təsərrüfatı  məhsullarının  istehsalçılarıdır.Bu  ərazilər  Hindistanın  yarımada 

hissəsinin  geniş  daxili  ərazilərilə  kəskin  ziddiyət  təşkil  edir,  burada  əkin 

sahələrinin 5 faizi suvarılır, torpaqların məhsuldarlığı aşağıdır və sabit deyildir. 

Müstəqillik illəri ərzində ölkənin bütün ərazilərində güclü dövlət irriqasiya 

sistemləri  quraşdırılmışdır.  Hər  tərəfdə  elektirik  və  ya  dizel  mühərrikli  nasoslar 

vasitəsilə  su  vuran  quyular  qazılır.  Yeraltı  suların  yer  səthinə  yaxın  keçən, 

torpaqların yumşaq olan ərazilərdə kəndlilər quyuların tikintisində dəmir boruların 

əvəzinə bambukdan istifadə edirlər. Hindistanın 165 milyon hektar əkin sahələrinin 

(o cümlədən ildə bir dəfədən artıq əkin aparılan 25 milyon ərazilər) təxminən 85 

faizi ərzaq bitkiləri təşkil edir.  

Sahilyanı düzənlikləri, Qanq və Braxmaputra vadiləri dünyanın nəfəng düyü 

qurşağının  bir  hissəsini  təşkil  edir.  Düyü  əsas  əkin  mövsümü  olan  xarifdə,  yay 

yağışları  altında  becərilən  əsas  bitkidir.    Suvarılan  torpaqlarda  o  rabi  olan  qiş 

mövsümündə müvəffəqiyyətlə becərilir. 

Benqal  kəndliləri  müxtəlif  vegetasiya  dövrü  olandüyü  sortlarını  məharətlə 

istifadə edirlər, məsələn ildə düyüdən 3 dəfə məhsul yığırlar. 

Yağlı bitkilər hindlilərin böyük hissəsi üçün yeganə yağ mənbəyidir. Onları 

demək  olar  ki,  ölkənin  hər  yerində  istehsal  edirlər.  Lakin  buna  baxmayaq, 

H

indistan  bitki  yağını  idxal  etmək  məcburiyyətindədir.  Orta  illik  yağlı  bitkilərin 



yığımının  7  milyon  tonunu  araxis  təşkil  edir.  Demək  olar  ki,  araxisin  yarısını 

ölkənin  cənubunda  istehsal  edirlər,  lakin  onun  əkin  sahələri  Quaracatda  və  daha 

çox 

Şimali  və  Mərkəzi  Hindistanda  tətbiq  etməyə  başlayırlar.  Hindistan  araxisin 



yığımına görə dünyada birinci yeri tutur. Ölkənin bəzi rayonlarında küncüt istehsal 

edirlər.  Hayrabaddan  cənub-şərq  istiqamətindəfaydalı  texniki  bitkinin  mənbəyi 

olan  gənəgənçək  əkinləri  cəmləşir  və  təbabətdə  geniş  istifadə  edilir.    Qış 

mövsümündə  Şimali  Hindistanın  əkin  sahələri  xardalın  çiçəklərinin  sarı  rənginə 

boyanır, burada onu yağ istehsalı üçün becərirlər. Bu məqsədlə də raps və kətan 

istehsal edilir. Ya

ğların alınması üçün hindqozu əhəmiyyətli xammaldır. 

Hindistan  şəkər  qamışının  dünyada  ən  iri  istehsalçısıdır.  Ölkənin  şəkər 

istehsalı  üzrə  əsas  qurşağı  olan  Qanq  çayının  vadisi  hündür  qamış  meşələrilə 

örtü


lmüşdür. Müstəqillik illərində şəkər qamışının plantasiyaları Cənubi və Qərbi 

Hind


istanda  yayılmışdır,  burada  suvarılan  torpaqlarda  qamışın  tropik  sortları 

becərilir, ölkənin şimal hissəsindən fərqli olaraq yetişdirilən subtropik sortlarından 

daha məhsuldar və şəkərin yüksək tərkibinə malikdir.  

Hindistan dünyanın pambıq becərən aparıcı ölkələrindən biridir. Tərkibində 

rütubəti uzun müddət saxlaya bilmək qabiliyyəti sayəsində Qərbi Hindistanın qara 

torpaqları suvarılmayan pambığın becərilməsi üçün əlverişlidir. Qərbi Hindistanın 

pambıq  qurşağı  bu  bitkinin  ümumi  yığınmının  yarısından  çox  hissəsini  istehsal 

edir. Burada quraqlığa davamlı orta və qısalifli pambıq sortları becərilir. 



 

Pambığın  daha  yüksək  keyfiyyətli  sortları  Cənubi  Hindistanda  və  Pəncab-



Xaryan  zonasının  suvarılan  torpaqlarında  becərilir,  onun  payına  bütün  istehsalın 

1/4 


hissəsi  düşür.  Ölkə  uzunlifli  pambığı  qismən  olsa  da  idxal  etmək 

məcburiyyətindədir. 

Hindistan  dünyada  tütünçülük  üzrə  üçüncü  ölkədir  (orta  illik  yığımı  0,4 

milyon  ton  təşkil  edir).  Qodavari  və  Ktrişna  çaylarının  deltaları  ölkənin  aparıcı 

tütünçülük  rayonlarıdır  (ölkədə  ümumi  yığımın  40  faizi).  Burada  idxal  üçün 

istehsal edilən tütünün əla və vircinya sortları becərilir. 

Hindistan  dünyada  ən  iri  çay  istehsalçısıdır.  Onun  payına  ümumdünya 

yığımının təxminən 1/3 hissəsi düşür (ildə təxminən 500 milyon ton). Hindistanda 

çay  plantasiyalarını  bağ  adlandırılar,  çünki  kolları  qızmar  günəşin  şüalarında 

qorun


maq üçün sıralar arası ağaclar əkilir. Buna görə də, düz sıralı kəsilmiş tünd-

yaşıl çay kolları ilə plantasiyalar gözəl bağlar təəssüratı yaradır. 

Hindistan  banan  yığımına  görə  dünyada  ikinci  yeri  tutur,  onları  xüsusilə 

ölkənin cənubunda istehsal edirlər. Manqo Hindistan meyvələrinin “kraliçasıdır”. 

Manqonun  dadı,  ətiri,  meyvələrinin  forması  və  rənginə  görə  fərqli  olan  bir çox 

sortları  mövcuddur.  Manqo  bağlarının  tünd-yaşıl  çadırları  Qanq  düzənliyinin  və 

sahilyanı  ovalıqların  landşaftının  xarakterik  cəhətidir.  Kəndlilərin  evlərinin 

yaxınlığında ailənin firavanlıq rəmzi olan papaya bitir. Burada çiku meyvə ağacı 

yetişdirilir, onun həddən artıq şirin meyvələri kartofa bənzəyir. 

Cənubi  Hindistanın  dağlıq  massivlərində,  Assamda  və  digər  rayonlarda 

sitrus bitkiləri istehsal edilir. 

Ümumilikdə  Hindistanda,  onun  qeyri-məhdud  termik  ehtiyatları  ilə  ilboyu 

ən  müxtəlif  bitkilərin  becərilmə  imkanları  kənd  təsərrüfatının  istehsalatının 

genişləndirilməsi və daha da müxtəlif olması üçün yaxşı perspektivlər mövcuddur. 

Müstəqillik  illəri  ərzində  araxis,  şəkər  qamışı,  buğda  və  s.  kimi  bir  çox 

bitkilərin ənənəvi yerləşməsi daha əlverişli təbii şəraitə uyğun olaraq dəyişmişdir. 

70-

ci  illərdəHindistanda  ölkə  üçün  yeni  olan  bitkilər  yayılmağa  başlamışdır. 



Burada hindlilərin olduqca  qeyri-balanslaşdırılmış  qidalanmasını  yaşxılaşdıramaq 

imkanı  olan  soya  (paxlalılar  arasında  proteinlə  daha  zəngin  olan  növü),  nisbətən 

daha  qısa  vegetasiya  dövrü  və  tərkibində  şəkərin  daha  yüksək  olması 

sayəsindəHindistanın  şimal-qərb  hissəsində  şəkər  qamışından  daha  effektiv  olan 

şəkər çuğunduru, həmçinin günəbaxan istehsal edilməyə başlanılmışdır. 

Hesab edilir ki, 2000-

ci  il  üçün  Hindistanın  kənd  təsərrüfatında  çoxlaylı 

əkinlər  adi  bir  hal  olmuşdur.  Onlar  əsasən  müxtəlif  hündürlükdə  olan,  eyni 

zamanda  bitən  və  beləliklə,  su  ehtiyatlarından  qənaətlə  istifadə  edən  bitkilərdən 

ibarətdir. 

Pambıqçılıq    ekoloji  nöqteyi-nəzərdən  kənd  təsərrüfatı  sahələrindən  ən 

qusursuz olanlardan biridir. Hindistan bu bitkinin istehsalı üzrə yalnız Türkiyədən 

geridə qalaraq  dünyada  ikinci  yeri  qoruyub  saxlayır.  Pambıq  tarlaları onun kənd 

təsərrüfatı  sahələrinin  5  faizini  təşkil  edir,  lakin  bu  tarlalarda  Hindistanda  tətbiq 

edilənbütün  pestisidlərin  yarıdan  çoxu istifadə  edilir. 2004-cü  ildə  Hollandiyanın 

iki qeyri-

hökumət təşkilatı olan “Solidaridad” və ICCO “Çetna” adlı pilot layihə 

həyata keçirilir. O, ekoloji kənd təsərrüfatı vəetik ticarətlə məşğuldur. Üç il sonra 

Fermer  A

ssosiasiyası yaradılmışdır, onun məqsədi Hindistan istehsalçılarını kənd 



 

təsərrüfatını  bioloji  metodlarla  aparılmasına  keçirməkdir.  Eko-mərkəzdə  onlara 



həm kompostun ənənəvi metodlarla hazırlanmasını və peyinin təbii pestisid kimi 

istifadə etməyəöyrədirlər, həm də kargüzarlıq və ticarət barədə dərs keçirlər. 



Ərazisi  3,3  milyon  km

2

,  əhalisi  1  milyard 184  milyon  nəfərdir,  ÜDM 

4463,0 milyard ABŞ dollarıdır, hər nəfərə 3 770 ABŞ dolları düşür. Araxis 7,4 

milyon  ton,  800  min  ton  çay  yarpağı,  14,6  milyon  ton  şəkər  xammalı,  280,0 

milyon baş mal-qara, ondan 200 milyon inək, 80 milyon camış, 2011-ci ildə taxıl 

ehtiyatı 65,5 milyon ton, taxıl istehsalı 200 milyon ton, düyü təxminən 96 milyon 

ton, dax

ili tələbat 80 – 93 milyon ton, ehtiyat 10 – 17 miolyon ton, taxılın 35 faizi 

buğda (24,9 – 28,2 milyon hektar) məhsuldarlıq 26 – 28 sentner, istehsal 65 – 78 

milyon ton, ehtiyat 20 –  23 milyon ton. ÜDM-

də  kənd  təsərrüfatının  payı  22 

faizdir, kənd təsərrüfatında əhalinin 60 – 65 faizi çalışır. İribuynuzlu heyvanın 

satışına görə dünyada birinci yerdədir (dünyada mal-qaranın 57 faizi, inəyin 16 

faizi),  süd  istehsalı  90,7  milyon  ton,  toyuq  əti  2,1  milyon  ton,  yumurta  45,2 

milyard ədəd (2005), qoyun-keçi 120 milyon baş, donuz 18 milyon, 9 milyon baş 

dəvə. İldə hər nəfərə 40 litr süd, 1,5 kq ət, 3 yumurta istehsal edir. Bir hektar 

sahəsinə 17 iribuynuzlu mal-qara, 8 qoyun düşür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

10 

 

1   ...   50   51   52   53   54   55   56   57   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə