Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz


  4.3  1.6  3  3.7  10.3  9.4  5  12.4  2006



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə42/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   38   39   40   41   42   43   44   45   ...   77

2005 

4.3 


1.6 

3.7 



10.3 

9.4 


12.4 


2006 

1.6  2.6 



3.6 

8.4 


8.9 

5.2 


11.2 

2007 

1.8  2.5 



7.2 


6.5 

4.9 


10.6 

2008 

4.2 


1.7  2.5 

4.2 


7.4 

7.7 


5.2 

10.7 


2009 

3.4 


1.5  2.3 

3.9 


7.8 

6.8 


5.5 

9.7 


2010 

3.6 


1.5  2.4 

3.9 


7.8 

6.8 


5.6 

11.5 


 

 

 

Macarıstanda və qonşu-ölkələrdə kənd təsərrüfatının inkişaf templərinin 

dinamikası, %, 2000-2010-cu illər 

 

İl 

Macarıstan  Avstriya  Çexiya  Slovakiya  Ukrayna  Rumıniya  Xorvatiya  Serbiya 

2000 

91.7 


87.5 

95.2 


93.1 

118.4 


87 

85.7 


84.2 

2001 

109.1 


100 

110 


109.9 

122.2 


135 

100 


131.3 

2002 

112.5 


102.9 

104.5 


123.6 

100 


96.3 

116.7 


95.2 

2003 

114.8 


119.4 

113 


118.2 

100 


132.7 

107.1 


110 

2004 

135.5 


114 

123.1 


115.4 

127.3 


137.7 

126.7 


127.3 

2005 

95.2 


89.8 

106.3 


106.7 

112.9 


87.4 

100 


92.9 

2006 

97.5 


109.1 

97.1 


112.5 

102.5 


115.7 

115.8 


107.7 

2007 

120.5 


122.9 

118.2 


150 

116 


102.1 

113.6 


125 

2008 

119.1 


108.5 

125.6 


133.3 

127.7 


142.9 

124 


125.7 

2009 

64.3 


82.8 

79.6 


86.1 

70.8 


71.4 

96.8 


75 

2010 

105.6 


98.1 

105.1 


100 

117.6 


97 

96.7 


115.2 

 

 



 

 

 



 

 

 



 

 


 

 



 

 

Macarıstanın ümumi daxili məhsulu (ÜDM),  2000-2010-cu illər 

 

 

İl 

ÜDM, milyard 

ABŞ dolları 

Əhalinin hər 

nəfərinə ÜDM, 

ABŞ dolları 

Dünya ÜDM-

də 

payı, 



ÜDM-

nin inkişaf 

templəri, % 

2000 

46 


4505 

1.42 


95.8 

2001 

53 


5204 

1.65 


115.2 

2002 

66 


6497 

1.97 


124.5 

2003 

84 


8288 

2.24 


127.3 

2004 

102 


10089 

2.41 


121.4 

2005 

110 


10905 

2.4 


107.8 

2006 

113 


11228 

2.28 


102.7 

2007 

136 


13542 

2.43 


120.4 

2008 

154 


15366 

2.51 


113.2 

2009 

127 


12697 

2.19 


82.5 

2010 

129 


12921 

2.05 


101.6 

 


Niderland Krallığının kənd təsərrüfatı 

 

Ərazisi  41,8  min km

2

,  əhalisi  16,5  milyon  nəfərdir, ÜDM 705,7  milyard 



ABŞ dolları təşkil edir, hər nəfərə 42 770 ABŞ dolları düşür. 

2005-


ci ildə kənd təsərrüfatı sahəsində əhalinin təxminən 1,0 faizi məşğul 

idi  və  ÜDM-in  1,6  faizi  istehsal  edilsə  də  kənd  təsərrüfatı  Niderland 

iqtisadiyyatının  yüksək  intensiv  və  əhəmiyyətli  sektorudur. 2005-ci  ildə  kənd 

təsərrüfatı  ixracı  17  milyard  avrodan  artıq  olmuşdur  (ölkənin  əmtəə  ixracının  6 

faizi), 

ixracın 80 faizini Avropa İttifaqı istehlak edir (Almaniya – 25 faiz, Böyük 

Britaniya  – 

12 faiz). Aqrar ixracın strukturunda tərəvəz, güllər (12 milyard avro) 

və südçülük heyvandarlığının məhsulları (5 milyard avro) üstünlük təşkil edir.  

Kənd  təsərrüfatı  yönümlü  torpaqlar  ölkə  ərazisinin  təxminən  65  faizini, 

əkin sahələri isə təxminən 27 faizini, 32 faizini otlaqlar və 9 faizini meşələr təşkil 

edir.  Otlaqların  ərazisi  durmadan  aşağı  düşür,  1995  –  2005-ci  illər  ərzində  bu 

sahələr 8,2 faiz azalmışdır, bu da əsasən evlərin tikilməsilə bağlıdır. Niderlandda 

torpağa  diqqətlə  yanaşırlar,  bundan  əlavə,  bir  hektara  verilən  mineral  gübrələrin 

miqdarına  görə  2005-ci  ildən  ölkə  dünyada  birinci  yerdədir.  2003-cü  ilə  olan 

məlumata  görə,  kənd  təsərrüfatı  torpaqlarının  suvarılan  əraziləri  0,57 milyon 

hektara  bərabərdir.  Ölkənin  bəzi  rayonlarında  gülçülük  üstünlük  təşkil  edir. 

Həmçinin  kartof,  şəkər  çuğunduru  və  dənli  bitkilər  istehsal edilir.  Yüksək 

keyfiyyətli  istixana  məhsulları  və  konservləşdirilmiş  tərəvəzlər  ixracın  əsas 

hissəsidir.  

Niderland  Avropada  yağ  istehsalında  beşinci  yeri  tutur  və  pendirin 

istehsalına  görə  dördüncüdür.  Daha  çox  otlaq  heyvandarlığı  inkişaf  etmişdir, 

polderlərdə  isə  4,9  milyon iribuynuzlu mal-qara  otarılır  (Aİ-nın  mal-qarasının 

təxminən  3,5 faizi). 2005-ci  ildə  inək  naxırları  təxminən  1,4  milyon  baş  təşkil 

etmişdir,  inəklərin  məhsuldarlığı  yüksəkdir,  orta  illik  sağım  9  min  litrdən  artıq 

olmuşdur.  İstixana  təsərrüfatlarına  ayrılmış  sahələrə  görə  Niderland  dünyada 

birinci  yerdədir. 1995 –  2005-ci illərdə  istixanaların  sahəsi 13  min  hektardan  15 

min hektaradək artmışdır, istixanaları yerli təbii qazla isidirlər. Torpağın 60 faizi  

gülçülüyə ayrılmışdır. 

Niderlandın kənd təsərrüfatı təbii şəraitin əlverişsiz olduğuna görə seçilmiş 

və  yüksək  ixtisaslaşdırılmış  xarakter  daşıyır.  Cins  heyvandarlığına,  süd 

məhsullarının  istehsalına,  tərəvəz  və  bağçılıq  bitkilərinin  becərilməsinə  üstünlük 

verilir. 

Kənd  təsərrüfatı  torpaqlarının  hər  hektarından  Avropa  İttifaqı  ölkələrinə 

nisbətən 3 dəfə  artıq məhsul istehsal edilir. Kənd təsərrüfatı torpaqlarına ölkənin 

ərazisinin  50  faizi  ayrılmışdır.  Kənd  təsərrüfatı  bitkilərinin  məhsuluna  və 

heyvandarlıq  məhsullarının  istehsalına  görə  Niderland  dünyada birinci yerdədir

lakin  özünü  təmin  etmə  göstəriciləri  müxtəlifdir.  Dənli  bitkilərin  Aİ  ölkələri 

arasında ən yüksək məhsuldarlığına baxmayaraq Niderland taxılın idxalından çox 

asılıdır,  çünki  daxili  istehsal  daxili  tələbatın  1/5  hissəsini  təmin  edir.    Ət-süd 

məhsulları, yumurta, kartof, tərəvəz və hətta şəkərlə əhalinin tələbatı təmin edirlir, 

bu məhsulların xeyli hissəsi ixrac edilir. Həmçinin dünya bazarına güllərin və gül 

soğanaqlarının ixracı sahənin ixrac profilini müəyyən edir. Niderladda bir fermer 

faktiki olaraq 112 nəfəri doyuzdura bilər (Danimarkada - 108, ABŞ-da - 79). 



 

Əsas  ixtisaslaşma  südün  və  süd  məhsullarının  və  həmçinin  ətin 



istehsalındadır.  Niderland  hər  zaman  yüksək  məhsuldar  inəklərin  bəslənməsi  ilə 

məşhur olmuşdur. İribuynuzlu mal-qara üç əsas cinslə təqdim edilir: holland qara-

alaca,  holland  qırmızı-alaca  və  qroningen  cinsləri. Bir toyuqdan  ildə  260  ədəd 

yumurta istehsalına görə Niderland toyuqları dünyada birinci yeri tutur. 

S

üd  sənayesi  Hollandiyanın  aqrar  sferasının  mühüm  istiqamətidir.  Qeyd 



edək  ki,  süd  istehsalı  əlverişli  təbii  ehtiyatları  ilə  müəyyənləşən  güclü  yem 

bazasına  əsaslanır.  Bundan  əlavə,  mal-qaranın  məhsuldarlığının  artırılmasına 

yönəldilmiş fəal seleksiya-damazlıq işləri aparılır. Aİ üzv ölkələrinin iribuynuzlu 

mal-


qaranın 3,4 faizi Niderlandın payına düşür. Südün ixracı Niderlandın ümumi 

ixracının cəmi 2 faizini təşkil edir. 

Hollandiya

nın  iribuynuzlu mal-qarası  yüksək  məhsuldarlığı  ilə  fərqlənir 

(orta sağım – 9 min litrdən artıq). Südün əhəmiyyətli hissəsi pendir, yağ məqsədi 

üçün 


emal  edilir, quru  südün  və  qatılaşdırılmış  südün  istehsalında  istifadə  edilir. 

Südçülük hey

vandarlığı  xüsusilə  ölkənin  şimalında  və  şimal-şərqində  inkişaf 

etmişdir. Ölkənin süd sənayesinin əsas mərkəzi isə Frislandiyadır. 

Niderlandda 

ucuz  Afrika  yemləri  sayəsində  bahalı  olmayan süd,  yağ, 

qatılaşdırılmış  süd,  pendir  istehsal  edilir  və  sərfəli  qiymətlərlə  ixrac  edilir. 

Radobank


ın  qiymətləndirməsinə  uyğun  olaraq  Niderland süd məhsullarının 

istehsalına  görə  (ildə  11  milyard  kq  və  ya  dünya  istehsalının  2,3  faizi)  dünyada 

onuncu yerdədir və dünyada ən iri pendir ixracçısıdır (ölkədə istehsal edilən südün 

55  faizi  pendirə  emal  edilir).  Süd  məhsullarının  istehsalçıları  arasında 

Hollandiyanın Friesland Coberco Dairy Foods və Саmpina Milkunie şirkətləri on 

ən  iri  dünya  şirkətlərindəndir.  Həmçinin  dünyanın  25  ən  iri  süd  məhsullarının 

istehsalçılarının  siyahısına  Hollandiyanin  Unilever  və  Bols  Wessanen 

konsern


lərinin  müvafiq  bölmələri  də  daxildir.  Niderlandda  30 000 süd-əmtəə 

fermaları  mövcuddur,  onların  birgə  1,5  milyon  inəkləri  mövcuddur.  71 000-dən 

artıq insan süd-əmtəə fermalarında çalışır, onların illik dövriyyəsi təxminən 6,35 

milyard avro 

təşkil  edir. Hollandiyada mexanikləşdirmə  və  kompüterləşdirmə 

vasitələrinin  ixtisaslaşdırılması  daha  asan  həyata  keçirildiyindən  xərclər  daha  da 

azalır. 

Hollan


diya  südünün  95  faizindən  artıq  hissəsi  zavodlarda  emal  edilir. 

Fermerlərin  kooperativləri  isə  Hollandiyanın  “süd  uğurunun”  təməlidir. 

Niderlandda bu sahə ilə maraqlananlar üçün xüsusi təhsil müəssisələri mövcuddur. 

Tələbələr kənd təsərrüfatının süd və qarışıq istehsalı ixtisaslaşmasını seçə bilərlər. 

Wageningen

 

beynəlxalq  süd  məktəbi  Hollandiyanın süd sənayesinin  forpostudur. 



Qeyd  edək  ki,  kənd  təsərrüfatı  məhsullarının  təxminən  25  faizini  bostançılıq, 

gülçülük 

və bağçılıq təmin edir. Tərəvəz məhsulları çox müxtəlifdir: gül və brüssel 

kələmi, kasnı, yerkökü, müxtəlif kahılar, istixanalarda üzümün və pomidorun bol 

məhsullarını  yığırlar,  burada  həmçinin  xiyar,  bibər  və  şampinyon  yetişdirirlər. 

Gülçülük 

artıq xeyli zamandır kənd təsərrüfatının müstəqil sahəsidir. Bu sahənin 

məhsullarının  80-90  faizi  demək  olar  ki,  dünyanın  bütün  ölkələrinə  ixrac  edilir. 

Çiçəklərin  və  şitillərin  dünya  ixracında  Niderlandın  payı  50  –  60 faiz 

səviyyəsindədir.  Hal-hazırda  güllərin  əkilməsinə  20  min  hektar  torpaq  ayrılıb. 

Örtülü torpaqda gülçülük 

üstünlük  təşkil  edir,  onun  payına  bu  sahəyə  ayrılan 



 

torpaqların  3/4  hissəsi  düşür.  Burada daha çox zanbaqların,  giasintlərin, 



nərgizgülünün,  anemonların,  qladiolusların  soğanaqları  və  kök  yumruları 

yetişdirilir. Xüsusi milli qürur gülü zanbaqdır. Məhsulun satışı 16 hərracda həyata 

keçirilir. 

Müqavilələrin  miqyasına  görə  Hollandiya  gülçülüyünün  ən  iri  mərkəzi 

olan Alsmerdəki hərrac seçilir. Burada hər gün təxminən 30 min müqavilə bağlanır 

və hər birinə 10 - 15 dəqiqə sərf edilir. Dekorativ otaq gülçülüyünün ən iri mərkəzi 

Neymegen  yaxınlığındakı  Lentedə  yerləşir.  Daha  bir  spesifik  sahə  göbələklərin 

yetişdirilməsidir. Göbələklərin ümumi yığımı 12 min tondan artıqdır. 

İstixana  təsərrüfatlarına  ayrılmış  sahələrə  görə  Niderland  dünyada birinci 

yerdədir. İstixanalarda həmçinin üzüm, şaftalı, gavalı yetişdirilir. Şüşə ilə örtülmüş 

sahələrin  xeyli  hissəsində  çiyələk  yetişdirilir.  Perspektiv  sahələrdən  biri  yüksək 

gəlirilə  seçilən  tərəvəzçilik  və  bağçılıqdır.  Bu  bitkilərin  yetişdirilməsində  20 

mindən  artıq  təsərrüfat  ixtisaslaşıb,  bununla  istixana  təsərrüfatları  8900  hektar 

təşkil edir. 

Kənd  təsərrüfatı  istehsalatının  artım  templərinə  görə  Niderland  inkişaf 

etmiş ölkələrin arasında birinci yeri tutur. Kənd təsərrüfatında çalışan 1 nəfər orta 

hesabla 2,3 dəfə artıq məhsul istehsal edir, nəinki Aİ ölkələrində və 1,5 dəfə ABŞ-

dan  çox


.  Ölkənin  bir  sakininə  0,14  hektar  kənd  təsərrüfatı  sahəsi  düşür,  ərzaq 

məhsulları ilə özünütəminat mal ətinə görə 140 faiz, donuz ətinə 240 faiz, quş ətinə 

230 faiz, yumurta

ya görə 340 faiz, yağ üzrə 250 faiz, kartof üzrə 145 faiz, şəkər 

üzrə  160  faiz,  tərəvəz  üzrə  200  faiz  təşkil  edir.  Kənd  təsərrüfatının  təməli 

heyvandarlıqdır, onun payına məhsulların 66 faizi düşür. Ətin istehsalı 2,32 milyon 

ton, süd 

sağımı  11,2  milyon  ton  təşkil  edir.  İribuynuzlu mal-qaranın  sayı  4,9 

milyon,  d

onuzların  13,9  milyon  təşkil  edir.  Əsas  bitkilərin  və  mal-qaranın 

məhsuldarlığına görə Niderland birinci yerlərdən birindədir (hər hektardan payızlıq 

taxıl – 76,6 s., yazlıq taxıl – 64 s., çovdar – 46 s., arpa – 52 s., yulaf – 50 s., noxud 

–  39 s., lobya –  36 s., kartof – 

450 s., şəkər çuğunduru – 620 s., hər inəyə orta 

sağım  6 000  kq  təşkil  edir).  Buğda  yığımı  1,5  –  2,0  milyon  tondan  artıqdır 

(payızlıq taxılın ümumi yığımda payı 94 faiz təşkil edir), kartofun 7,5 milyon ton 

təşkil  edir.  Bütün  təsərrüfatlar  elektrik  enerjisilə  təmin  edilmişdir,  onlardan  bir 

çoxunda kompü

terlərdən  və  avtomatlaşdırılma  sisteminlərindən  istifadə  edilir. 

Niderlandda kəndli təsərrüfatların orta torpaq sahəsi 23 hektar təşkil edir. Ölkədə 

107  min  təsərrüfat  mövcuddur,  onlardan  təxminən  75 faizinin  sahəsi  10 

hektaradəkdir,  o  cümlədən  11  faizinin  sahəsi  50  hektardan  artıqdır.  Bu 

təsərrüfatlarda 140 min traktordan istifadə edilir.  

Kənd təsərrüfatı torpaqlarının təxminən 75 faizi sahəsi 10 hektardan artıq 

olan orta və iri təsərrüfatlara məxsusdur, onlar bütün təsərrüfatların 45 faizini təşkil 

edir.  Niderlandın  Mərkəzi  Statistika  Bürosunun  məlumatına  görə  əsasən  kiçik 

təsərrüfatlar  müflisləşir.  Eyni  zamanda  kiçik  tərəvəzçilik  və  bağçılıq 

təsərrüfatlarının sayı  iki dəfə azalmışdır. Hökumət  sahəsi 20 hektardan və  ya 30 

inəkdən az olmayan iri təsərrüfatların artımını dəstəkləyir. Bu hesabla ölkədə bir 

neçə min təsərrüfat ləğv edilməlidir. Hətta son zamanlar qurudulmuş polderlərdə 

kəndlilərə sahəsi 10 - 40 hektar olan sahələr icarəyə verilir. 

Niderlandın kənd təsərrüfatında müzdlu işçi əməyindən istifadə edilir. Bu 

sahədə  məşğul  olanların  20  faizi  müzdlu  işçilərdir.  İcarə  münasibətləri  yaxşı 


 

inkişaf  etmişdir.  50-ci  illərin  ortalarında  icarə  hüququ  ilə  kənd  təsərrüfatı 



torpaqlarının təxminən yarısı becərilirdi, hal-hazırda təxminən 2/3 hissəsi becərilir. 

Ailə fermer təsərrüfatları isə güclü kooperativlərin mövcudluğu sayəsində 

sabit  mövqelərini  qoruyub  saxlayırlar.  Torpaq  sahibliyinin  əsas  forması  fərdi 

mülkiyyətdir (kənd təsərrüfatı torpaqlarının 65 faizi). 

Niderlandda  və  digər  Aİ  ölkələrində  bir  sıra  kvota  bazarı  yaranmışdır  və 

onlar  müstəqil  maliyyə  aləti  olmuşdur.  Kvotalar  pensiyaya  çıxdıqda  gəliri  təmin 

edirlər, bank kreditlərinin alınması zamanı zəmanət kimi çıxış edir. Əgər fermerin 

fermasının  ərazisini  genişləndirmək  və  istehsal  həcmini  artırmaq  arzusu  varsa,  o 

özünə  əlavə kvota  almalıdır.  Niderlandda  kvotaların  qiyməti  elə  də  az  deyil.  Bir 

neçə il ərzində süd istehsal etmək üçün 2 avro/litr odənməli idi. Lakin 2015-ci il 

üçün kvotalar ləğv edilməlidir. Hollandiyanın kənd təsərrüfatı digər Aİ ölkələrilə 

müqayisədə subsidiyalardan çox da asılı deyil. Dotasiyaları – gəlirə subsidiyaları – 

yalnız  fermerlərin  1/3  hissəsi  alır,  ümumilikdə  təxminən  1,2  milyard  avro  təşkil 

edir.  L


akin  istixana  istehsalatı  heç  bir  zaman  subsidiyalaşdırılmamışdır. 

Subsidiyalar  landşaftın  qorunub  saxlanmasına,  kənd  yerlərinin  yaxşı  görkəmli 

qalması  üçün  təbiətin  qorunması  və  insanların  orada  yaşamasının  təminatına 

ayrılır.  

Dənli  bitkilər  əsasən  heyvandarlıqla  məşğul  olan  və  öz  istehsalı  olan 

yemlərin  hesabına  xərclərdən  azad  olmaq  istəyən  fermer  təsərrüfatlarının  öz 

ehtiyacları üçün istehsal edilir. Dənli bitkilərin sahəsi üçün 10 t/ha-dək olan yüksək 

məhsuldarlıq xarakterikdir. Niderland orta hesabla təxminən 1,8 milyon ton taxıl 

idxal edir, onun 1,4 milyon tonu Avropa 

İttifaqının digər ölkələrinin payına düşür. 

Dənli  bitkilərin  bazarı  yetəri  qədər  tutumludur  və  inkişaf  etmiş  infrastruktur 

hesabına idxal edilən məhsullarla ilə vaxtında təmin olunur. Rotterdam şəhərində 

Aİ  daxilində  yüklərin  böşaldılıb  yüklənməsi  üçün  əhəmiyyətli  mövqe  tutan  və 

dənli  bitkilərin  dünya  qiymətlərinin  formalaşmasında  ticarət  meydanı  olan  

dünyada ən iri liman yerləşir. 

Niderlandda  otlaq 

heyvandarlığı  yayılmışdır.  Son  illər  süd  verən  inək 

sayının  azalması,  burada  orta  hesabla  təxminən  1,4  milyon  baş  mövcuddur. 

İnəklərin məhsuldarlığı çox yüksəkdir – orta sağım ildə 9 min ton süd təşkil edir. 

Ö

tən illərin böhranından sonra donuzçuluq sahəsində artım müşahidə olunur, bu da 



donuzlar  üçün  yemlərin  istehsalını  stimullaşdırır.  Quşların  istehsalçıları  onun 

sayını artıraraq daha çox yem alırlar.  

Ölk

ə ərazisinin təxminən 2/5 hissəsini əhatə edən polderlər süni yaradılmış 



torpaqlardır.  Şimali  Hollandiyada  müasir  adanın  böyük hissəsini, Xarlemmermer 

gölünün 


ətrafinda yerləşən, sahəsi 161 km

2

  olan bel



ə  polderlər təşkil  edir. 

Eysselmerin dibind

ə  yaradılan  dörd  iri  polderlərin sayəsində  Niderlandın  sahəsi 

1 621 km


2

 

artmışdır. Bu polderlərin böyük hissəsi kənd təsərrüfatı torpaqları kimi 



istifad

ə edilir. 

Niderlandda torpaqların zəif münbit olması və əlverişsiz iqlim nəticəsində 

Q

ərbi Avropa üçün ənənəvi kənd təsərrüfatı  bitkilərinin becərilməsi  faydasızdır, 



buna gör

ə  də  Niderland fermerləri  bahalı  bitkilərin  istehsalında  ixtisaslaşırlar. 

Buğdanı  və  arpanı  şimal  və  qərb  rayonlarının  gilli  torpaqlarında  becərirlər. 

Niderlandda bir çox k

ənd təsərrüfatı  bitkilərinin məhsuldarlığı  rekord dünya 


 

göst



əricilərinə çatır. Texniki bitkilərdən lif üçün kətan, toxum üçün raps və kasnı 

bec


ərilir. 

Niderlandın əsas kənd təsərrüfatı sahələri südlük və cins heyvandarlıqdır, 

h

əmçinin  ixtisaslaşdırılmış  bitkiçilikdir.  Bu  sahələr torpaq-iqlim  şəraitinə  yaxşı 



uyğunlaşdırılmış və qiymətli ixrac məhsullarını istehsal edirlər. Aparıcı sahə cins 

heyvandarlığıdır. Çəmənlər kənd təsərrüfatı torpaqlarının 1/3 hissəsini təşkil edir. 

1996-

cı ildə ölkədə 4,6 milyon iri buynuzlu mal-qara mövcud idi. İldə təxminən 18 



ton süd ver

ən məşhur  ağ-qara friz-qolşteyn  cinsinə  xarici ölkələrdə  yerli 

iribuynuzlu mal-

qaranın tərkibini yaxşılaşdırmaq məqsədilə böyük tələbat var. 

K

ənd təsərrüfatı  gəlirlərinin xeyli hissəsi meyvə, tərəvəz, gül, həmçinin 



kolların və ağacların toxumları və tingləri kimi məhsulların payına düşür. Bağçılıq 

m

əhsulları ixracın əhəmiyyətli hissəsidir. İki tip bağçılıq mövcuddur – təbii (açıq 



torpaqda) v

ə  süni (istixanalarda). Hollandiyanın  istixanalarında  üzümün  və 

pomidorun bol m

əhsulları əldə edilir, həmçinin gül, əsasən də qərənfil, azaliya və 

orxideyalar  yetişdirilir.  Niderlandın  fermerləri  seleksiya  işinə  böyük diqqət 

yetirirl


ər və  ölkədə  çoxsaylı  kənd təsərrüfatı  məktəbləri fəaliyyət göstərir. 

Avropada ilk t

əkmilləşdirilmiş kənd təsərrüfatı məktəbi 1918-ci ildə Vageningendə 

yaradılmışdır.  Niderlandın  hökuməti və  Aİ  kənd təsərrüfatı  məhsullarının 

keyfiyy

ətinə nəzarəti həyata keçirirlər və ixrac məhsullarına keyfiyyət sertifikatları 



verirl

ər. Ölkədə fermalar iri deyil, xüsusilə də bağçılığın inkişaf etdiyi rayonlarda. 

Dem

ək  olar  ki,  bütün  fermaların  50  faizinin  sahələri  10  hektardan  azdır,  lakin 



fermerl

ər  çoxsaylı  kooperativ  və  kredit təşkilatlarından çox asan kredit əldə  edə 

bilir. 

Ərazisi 41,8 min km

2



əhalisi 16,5 milyon nəfərdir,  ərazisinə  görə 

dünyada 131-ci yerd

ədir, 1 km

2

-

ə  463 nəfər  düşür.  ÜDM 705,7  milyard  ABŞ 

dolları təşkil edir, hər nəfərə 42 770 ABŞ dolları düşür. Ərazisinin 65 faizi kənd 

t

əsərrüfatı təyinatlıdır. Aqrar ixracda tərəvəzçilik və gülçülük 12 milyard avro, 

südçülük  heyvandarlığı  5 milyard avro təşkil  edir.  Kənd təsərrüfatına  yararlı 

torpaqların 27 faizində əkin, 32 faizində örüş, 9 faizində meşə yerləşir. Suvarılan 

torpaq 5,65 milyon hektar, 4,5 milyon iribuynuzlu mal-qara, ondan 1,4 milyonu 

süd ver

ən inəklər təşkil  edir.  Niderlandda bir fermer 112 nəfəri doyuzdurur 

(Danimarkada  – 

108,  ABŞ-da  –  79). Bir toyuq ildə  260 yumurta verir. Südün 

ixracı  ümumi  istehsalın  2  faizi  qədərdir.  Südçülük  naxırı  1,5  milyon  başdır. 

Heyvandarlığın  istehsalı  6,35  milyard  avro  təşkil  edir.  Kənd təsərrüfatının  25 

faizini  bostançılıq  (həyətyanı  torpaq),  gülçülük,  bağçılıq  verir.  Gül  və  tingçilik 

dünya istehsalının 50 – 60 faizini verir. Hazırda 20 min hektar gül əkilir. 13 – 15 

min hektar istixana (dünyada birinci yerd

ədir)  vardır.  Hər nəfərə  0,14 hektar 

k

ənd təsərrüfatına yararlı torpaq düşür. Daxili istehsal hesabına ödəmə: mal əti 

– 140 faiz, donuz 

əti – 240 faiz, quş əti – 230 faiz, yumurta – 340 faiz, kərə yağı – 

250 faiz, kartof –  145 faiz, q

ənd  –  160 faiz, tərəvəz  –  200 faiz. Məhsuldarlıq: 

payızlıq buğda – 76 s/ha, yazlıq buğda – 64 s/ha, arpa – 52 s/ha, kartof – 450 

s/ha, şəkər çuğunduru – 620 s/ha, bir inəkdən sağım 6000 litr (4,3 faiz yağlıqda). 

Taxıl istehsalı 1 milyon tondan çox, kartof – 7,5 milyon ton, fermerlərə dotasiya 

1,2 milyard avro. Ta

xıl  idxalı  –  1,8 milyon ton təşkil  edir.  Kənd təsərrüfatı 

sah

əsində əhalinin 1 faizi çalışır.

 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin