Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə35/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

Estoniyanın kənd təsərrüfatı 

 

Ərazisi 46,2 min km

2

, əhalisi 1,34 milyon nəfər, hər km



2

-

ə 31 nəfər düşür. 



ÜDM 27,0 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 20,0 ABŞ dolları düşür. 

2011-


ci ildə dövlət büdcəsində kənd təsərrüfatının dəstəyinə 261,3 milyon 

avro  nəzərdə  tutulmuşdur,  bunlardan  222,2  milyon  avro  Avropa  İttifaqının 

müxtəlif proqramlarının və fondlarının payına düşür. 

2010-


cu ildə bu məqsədlər üçün 243,95 milyon avro ayrılmışdır. 2010-cu 

ildə Estoniya kənd təsərrüfatının dəstəyinə 37,51 milyon avro ayırmışdır, Avropa 

İttifaqının  müxtəlif  fondlarına  və  proqramlarına  isə  206,44  milyon  avro,  yəni 

Avropa İttifaqının payına bütün ayrılmış vəsaitlərin 72 faizi düşmüşdür. 

Bir  neçə  nəsil  əvvəl  estoniyalıların  əsas  fəaliyyət  sferası  kənd  təsərrüfatı 

olmuşdur. Kənd təsərrüfatında işləyən əhalinin 3 faizi məşğuldur, kənd təsərrüfatı 

məhsulları  isə  bütün  istehsal  məhsullarının  təxminən  3  faizini  və  ÜDM-nin 1,4 

faizini 


təşkil  edir.  90-cı  illərin  əvvəlində  həyata  keçirilən  İqtisadiyyatın  və 

mülkiyyətin  islahatları  nəticəsində  Estoniyada  kolxozlar  və  sovxozlar  ləğv 

edilmişdir  və  xutorlar  və  kooperativlər  yaranmışdır.  Bu  keçid  dövrü  kənd 

təsərrüfatı  üçün  heç də  asan  olmamışdır, idxal  edilən  ucuz  məhsullar ilə  rəqabət 

aparılmalı idi, müəssisələrin yeni avadanlıqlara və maşınlara ehtiyacı var idi, lakin 

bunların maliyyələşdirilməsi üçün vəsait yox idi. 90-cı illərin sonlarında böhranda 

olan  Rusiyaya  ərzaq  məhsullarını  ixrac  etmək  imkansız  oldu.  Rusiya  SSRİ 

vaxtlarında  Estoniyanın  kənd  təsərrüfatı  məhsullarının  əsas  ixrac  yeri  olmuşdur. 

Estoniyanın  Avropa  İttifaqına  üzv  olması  kənd  təsərrüfatına  müsbət  təsir 

göstərmişdir,  ərzaq  məhsullarını  Avropanın  digər  ölkələrinə  ixrac  etməyə  imkan 

yaranmışdır, çünki gömrük xərcləri və Avropa İttifaqı ölkələrinə  kənd təsərrüfatı 

məhsullarının  ixracına  məhdudiyyətlər  ləğv  olunmuşdur,  bundan  əlavə  Rusiya 

bazarlarının  təchizi  bərpa  edilmişdir.  Estoniya  əkinçiləri  Avropa  İttifaqının 

müxtəlif subsidiyalarını almağa başlamışdır. 

Estoniyanın  kənd  təsərrüfatının  ən  mühüm  və  uğurlu  sferası  südlük mal-

qara


nın  yetişdirilməsidir,  çünki  müxtəlif  süd  məhsullarının  növləri  ərzaq 

məhsullarının  ixracında  ən  böyük  paya  malikdir.  Bundan  başqa,  Estoniyada 

donuzları, quşları və iribuynuzlu mal-qaranın ətlik cinsləri yetişdirilir, baxmayaraq 

ki,  ət  məhsullarına  tələbatları  təmin  etmək  üçün  onlar  idxal  edilsə  də, yerli 

məhsulların payı xeyli artmışdır (100 faizə yaxınlaşmışdır). Əkin sahələrində dənli 

bitkilər,  kartof  və  tərəvəzlər  becərilir.  Məhsulun  həcmindən  asılı  olaraq  bu 

məhsullar ya ixrac edilir, ya da ki, idxal. Estoniya ərzaq məhsullarından həmçinin 

çöl  və  meşə  giləmeyvələri,  göbələk  və  ekoloji  təmiz  məhsulları  ixrac  edir. 

Estoniyanın kənd təsərrüfatının məhsuldarlığının göstəriciləri daha əlverişli iqlimi 

olan 


bir çox ölkələrin göstəricilərindən geridə qalsa da, onun məhsulları kimyəvi 

tərkibinə görə daha təmizdir, təbii əkinçiliyin inkişafına daha çox diqqət yetirilir. 

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə 

Şura  yaratmışdır,  hökumət  idarələrinin  və  qeyri-komersiya  təşkilatlarının 

nümayəndələrini  onun  işində  iştirak  etməyə,  kənd təsərrüfatının  inkişafı və  kənd 

təsərrüfatı  bazarının  yaradılması  barədə  Qanunun,  Milli  inkişaf  proqramı,  kənd 

yerlərinin inkişafının Məqsədli Proqramı əsasında kənd yerlərinin inkişafına, kənd 


təsərrüfatı məhsullarının istehsalına və emalına subsidiyaların verilməsi və istifadə 

edilməsi  sahəsində  təkliflərin  təhlili  və  qısa  icra  edilməsi  üçün,  həmçinin 

istehsalçılara dövlət vəsaitlərindən ayrılan kreditlərə olan endirimlərin və həcminin 

kənd yerlərinin inkişafı və kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı mövzuları 

müzakirə etməyə dəvət edilmişlər. Kənd təsərrüfatı və kənd rayonlarının inkişafı 

üzrə  Şura  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  iqtisadi  fəaliyyətinin 

nəticələrini  və  kənd  təsərrüfatı  məhsulları  bazarında  vəziyyəti  təhlil  edir,  kənd 

ye

rlərinin  iqtisadiyyatının,  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı  üçün 



tələb  olunan  tədbirlərin  tətbiqi  üzrə  təkliflər  irəli  sürür,  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  və  kənd  rayonlarının  iqtisadiyyatının  daha  yaxşı 

istiqamətləri  haqqında  tövsiyələr  verir  və  bu  tövsiyələrə  əsaslanaraq  kənd 

təsərrüfatı məhsullarının istehsalçılarına verilən subsidiyaların tipləri və həcmləri 

barədə  və  digər  dövlət  dəstəyi  növlərinə  tələbatların  mövcudluğu  barədə 

məsləhətlər  verir,  subsidiyaların  verilməsinin  və  istifadəsinin  yaxşılaşdırılması 

üzrə təkliflər irəli sürür, kənd yerlərinin inkişafı və kənd təsərrüfatı məhsullarının 

emalı  üzrə  digər  təkliflər  irəli  sürür,  kənd  rayonlarının  inkişafı  üzrə  Məqsədli 

P

roqramı  çərçivəsində  məsləhət  komissiyasının  funksiyalarını  yerinə  yetirir, 



Avropa  İttifaqının  Nazirlər  Şurasında  kənd  təsərrüfatına  və  kənd  rayonlarının 

inkişafına  aid  məsələlərin  müzakirəsində  Estoniyanın  mənafelərini  əks  etdirən 

təkliflər verir. 

Kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  gələn  il  veriləcək 

subsidiyaların  tiplərinin  və  həcmlərinin müzakirə  edilməsi  kənd  təsərrüfatı 

məhsullarının  bazarında  yaranan  vəziyyətdən  və  iqtisadiyyatın  kənd  təsərrüfatı 

sektorunun və kənd yerlərinin inkişafında üstünlük təşkil edən istiqamətlərdən irəli 

gəlir.  Kənd  təsərrüfatı  və  kənd  rayonlarının  inkişafı  üzrə  Şuranın  təklifləri  və 

nəticələri,  zəruriyyət  yaranarsa,  dövlət  büdcəsinin  tərtib  edilməsində  nəzərə 

alınması  üçün  Kənd  Təsərrüfatı  Nazirliyi  tərəfindən  Estoniya  Hökumətinin 

nəzərinə çatdırılır. 

Kənd  təsərrüfatı  və  kənd  rayonlarının  inkişafı  üzrə  Şuranın  müşavirələri 

ayda bir dəfədən az olmayaraq keçirilir. Müşavirələrdə kənd təsərrüfatı naziri və ya 

onun tərəfindən müvəkkil vəzifəli şəxsin imza etdiyi protokol imzalanır. 

Ət-süd  yönümlü  heyvandarlıq  və  donuzçuluq  (ətlik)  kənd  təsərrüfatının 

əsas sahəsidir. Bitkiçilik əsasən heyvandarlıq üçün yemlərin istehsalı və həmçinin 

texniki bit

kilərin becərilməsilə məşğuldur. 

Sovet dövründə Estoniyanın yüksək inkişaf etmiş kənd təsərrüfatı mövcud 

idi,  onun  əmək  səmərəliliyi  SSRİ  üzrə  orta  səviyyədən  təxminən  5  dəfə  artıq 

olmuşdur.  1990-cı  illərin  əvvəllərində  iri  aqrotəsərrüfatların  ləğvi  həyata 

keçirilmişdir  və  xutor  metoduna  keçid  aparılmışdır,  bundan  sonra  becərilən 

sahələrin və iribuynuzlu mal-qaranın sayının  azalması baş vermişdir. 

 ÜDM-d


ə  kənd  təsərrüfatının  payı  tədricən  1995-ci  ildə  olan  5,8  faizdən 

2000-


ci ildə 4,8  faizə, 2006-cı ildə 3 faizə, 2008-ci ildə 2,9 faizə düşmüşdür. 

Estoniyanın kənd təsərrüfatının əsas problemlərindən biri, onun ərazisinin 

şimalda yerləşməsindən irəli gələn istehsala  yüksək enerji xərcləridir, bu xərclər 

Avropa İttifaqının digər ölkələrində olduğundan xeyli artıqdır. 



Avropa  İttifaqına  üzv  olduqdan  sonra  Estoniya  öz  kənd  təsərrüfatını 

təkmilləşdirə bilmişdir və kənd regionlarının inkişafına imkan yaratmışdır. 

2004-


cü  ildən  Estoniya  Avropa  İttifaqının  üzvü  olmuşdur  və  təcrübə 

göstərir  ki,  kənd  təsərrüfatı  sahəsində  Avropa  İttifaqının  vahid  siyasəti  və  vahid 

bazar Estoniyanın kənd təsərrüfatına, onun kənd həyatına, balıqçılıq təsərrüfatına 

və ətraf mühitə müsbət təsir göstərmişdir. Artıq 2001-ci ildən Estoniyanın Avropa 

İttifaqının  müxtəlif  kənd  təsərrüfatı  subsidiyalarından  və  kənd  həyatına  olan 

subsidiyalardan 

istifadə  etmək  imkanı  yaranmışdır  və  həmin  zamandan 

Estoniyanın kənd təsərrüfatı sahəsi 1,3 milyard avro məbləğində dövlət və Avropa 

vəsaitlərini əldə edə bilmişdir. Müəssisələrin vəziyyəti yaxşılaşmışdır, dövlətdaxili 

və  beynəlxalq  əməkdaşlıq  üçün  imkanlar  genişlənmişdir.  Kənd  təsərrüfatı 

məhsullarının  istehsalçıları  subsidiyalar  sayəsində  yeni  texnologiyalar,  istehsal 

metodları, avadanlıq və s. əldə edə bilmişlər, bu da məhsulların səmərəliliyini və 

keyfiyyətini  artırmağa  yardım  etmişdir.  Avropa  İttifaqının  kənd  təsərrüfatı 

sahəsində  vahid  siyasəti  sayəsində  Estoniya  təxminən  milyon  hektar 

yaxşılaşdırılmış  kənd  təsərrüfatı  ərazilərinə  və  dəyərli  yarımtəbii  ərazilərə 

malikdir, bu da dövlətin böyük sərvətidir. 

Avropa  İttifaqının  iqtisadi  məkanına  daxil  olması  və  kənd  təsərrüfatı 

sahəsində Avropa İttifaqının vahid siyasəti Estoniyanın kənd təsərrüfatının və kənd 

həyatının  inkişafına  imkan  yaratmışdır,  yerli  ənənələrin,  milli  mədəniyyətin, 

landşaftın və təbiətin qorunub saxlanılmasına şərait yaratmışdır və həmçinin yerli 

əhaliyə daha yüksək gəlir əldə etməsinə imkan vermişdir. 

2007  –  2013-

cü  illərdə  Estoniyanın  kənd  regionlarının  inkişaf  etdirilməsi 

Proqram


ına  uyğun  olaraq  kəndlərin  əraziləri,  qəsəbələr,  vilayətlər  və  həmçinin 

əhalisi  4000-nə  qədər  olan  kiçik  şəhərlər  kənd  yerləri  hesab  edilir.  Estoniyanın 

Statistika  Departamentinin  məlumatına  görə  01.01.2011-ci  il  tarixə  vilayətlərdə 

ümumilikdə 473 300 insan yaşayırdı (Estoniya əhalisinin 35,3 faizi). Vilayətlərdə 

əhalinin orta sıxlığı hər km

2

-



ə 11 nəfərdir. 

2010-


cu  ildə  Estoniyada  33 376  statistik  profilə  daxil  olan  (yəni  iqtisadi 

fəal) müəssisə fəaliyyət göstərirdi, bu da Estoniyanın bütün  müəssisələrinin 33,3 

faizini 

təşkil  etmişdir.  2010-cu  ildə  Estoniyada  cəmi  100 216  fəaliyyət  göstərən 

müəssisə mövcud idi, onlarda kənd, meşə, balıqçılıq təsərrüfatları sahəsində 12 516 

müəssisə fəaliyyət göstərirdi. 2005-ci illə müqayisədə müəssisələrin sayı 1,5 dəfə 

artmışdır (34 854 müəssisə artıq), eyni zamanda kənd təsərrüfatı, meşə təsərrüfatı 

və  balıq  ovu  sahəsində  müəssisələrin  sayı    2 139  artıq  olmuşdur,  yəni  20  faiz 

artmışdır. 

2010-


cu  ildə  sahibkarlıq  fəallığı  (1000  nəfər  əhaliyə  müəssisələrin  sayı) 

orta hesabla 75 müəssisə, kənd yerlərində isə orta hesabla 1000 nəfərə 70 müəssisə 

təşkil etmişdir (2005-ci ildə müvafiq olaraq 49 və 42). 

2010-


cu  ildə  kənd  yerlərində  orta  hesabla  164 100  əmək  məşğuliyyətli 

əhali  mövcud  idi  (2008-ci  ildə  -  185 500). 2009 –  2010-cu  illər  ərzində  kənd 

yerlərində  əmək  məşğuliyyətli  əhalinin  sayı  21 400  nəfər  azalmışdır  (11,5 faiz). 

Kənd  yerlərində  əmək  məşğuliyyətlilik  2008-ci  illə  müqayisədə  əsasən  emal 

istehsalatı,  tikinti,  yük  daşıma,  həmçinin  topdan  və  pərakəndə  satış  sahələrində 

azalmışdır.  Kənd  təsərrüfatı,  meşə  təsərrüfatı  və  balıq  ovu  sahələrində  məşğul 



əhalinin sayı həmin dövr ərzində 900 nəfər azalmışdır və kənd yerlərində məşğul 

əhalinin 11,8 faizini və Estoniya üzrə ümumilikdə əmək məşğuliyyətli əhalinin 3,4 

faizini təşkil etmişdir. 

Estoniy

anın kənd təsərrüfatı ənənəvi olaraq qida məhsullarının istehsalına 



yönəldilmişdir.  Estoniya  özünü  süd  ilə  150  –  160  faiz  həcmində  təmin  etmək 

qabilliyətindədir,  taxılla  (son  göstəricilərə  əsasən)  təxminən  120  faiz  həcmində. 

Yerli ətlə ölkənin təminatı orta hesabla 80 faiz səviyyəsində qalsa da, donuz əti ilə 

təminatı  demək  olar  ki,  100  faizə  çatmışdır,  mal  əti  ilə  80  –  85  faiz,  quş  əti  ilə 

təminat 50 – 60 faiz təşkil etmişdir. 

Statistika  Departamentinin  ilkin  məlumatlarına  görə  kənd  təsərrüfatı  və 

balıq ovu sahəsində yaradılmış ƏDV 2010-cu ilin cari qiymətlərində 249 milyon 

avro təşkil etmişdir, bu da Estoniyada yaranmış ƏDV-nin 2,0 faizidir. 

Statistika  Departamenti  tərəfindən  2010-cu  ildə  aparılmış  siyahıya 

al

ınmasına  görə  Estoniyada  19,7  min  kənd  təsərrüfatı  müəssisəsi  mövcud 



olmuşdur,  (sahəsi  bir  hektardan az olmayan)  2003-cü  illə  müqayisədə  kənd 

təsərrüfatı müəssisələrinin sayı demək olar ki, iki dəfə azalmışdır (46 faiz), lakin 

həmin  dövrdə  kənd  təsərrüfatı  sahələrinin  istifadə  olunması  18  faiz  artmışdır. 

2003-


cü illə müqayisədə ev təsərrüfatlarında ərazilərin istifadəsi iki dəfədən çox – 

2003-


cü ildə 21,6 hektardan 2010-cu ildə 47,6 hektaradək artmışdır. 

Estoniyanın  kənd  təsərrüfatının  strukturu  olduqca  spesifikdir, 10 

hektaradək  əraziləri istifadə edən  təsərrüfatlar  yarıdan  çox hissəni  təşkil  edir (54 

faiz), 


lakin onlar sahib olduğu torpaqların yalnız 5 faizini istifadə edir və onların 

orta 


hesabla sahəsi 4,3 hektar təşkil edir. Eyni zamanda 100 hektardan artıq ərazisi 

olan  təsərrüfatlar  təxminən  1/10  hissəsini  təşkil  edir  və  bütün  kənd  təsərrüfatı 

ərazilərinin 73 faizini istifadə edir, onların orta həcmi isə 404 hektar təşkil edir. 

Tarixən  Estoniyanın  əsas  kənd  təsərrüfatı  məhsulu  süddür,  o  ölkənin 

Avropa  İttifaqına  üzv  olandan  sonra  da  kənd  təsərrüfatı  məhsullarının  ümumi 

dəyərinin 1/3 hissəsini təşkil edir. Südün istehsalı və dənli bitkilərin həcmi birgə 

pul hesabı ilə kənd təsərrüfatı məhsullarının təxminən yarısını təşkil edir – 2010-cu 

il

də onlar müvafiq olaraq 31 və 17 faiz olmuşdur. 



2010-

cu  ildə  Statistika  Departamenti  tərəfindən  kənd  təsərrüfatında 

siyahıyalınmanın  ilkin  məlumatlarına  görə  Estoniyada  təxminən  938 800 hektar 

ərazi    kənd  təsərrüfatında  istifadə  edilir,  bu  da  ümumilikdə  ölkə  ərazisinin  21 

faizini  təşkil  edir.  Statistika  Departamentinin  məlumatlarına  görə  2010-cu  ildə 

kənd təsərrüfatı bitkilərinin becərildiyi sahə 597 994 hektar olmuşdur, onlardan 46 

faizi dənli bitkilərin becərilməsinə, 34,2 faizi yem bitkilərinin və 16,6 faizi texniki 

bitkilərin becərilməsinə ayrılmışdır. Taxılın 20 faizi buğda, 17,5 faizini arpa və 5,1 

faizini yulaf təşkil edir. 

2010-


cu ildə buğdanın becərilmə sahəsi 2004-cü illə müqayisədə 53 faiz, 

ümumi  məhsul  isə  65  faiz  artmışdır.  Eyni  zamanda  becərilən  arpanın  sahəsi 

azalmışdır və 2010-cu ildə buğdanın əkin sahələri ilk dəfə arpanın əkin sahələrini 

üstələmişdir. 

 

 

 





2008 – 2010-

cu illər ərzində əsas kənd təsərrüfatı  

bitkilərinin istehsalı 

 

 

 



Bitki 

2008 

2009 

2010 

B

ecəri

lm

ə 

sa

həs

i, 

(mi

n

 h

a



M

əhs

ul

 (m

in 

to

n



M

əhs

ul

da

rl

ıq



(kq/

ha



B

ecəri

lm

ə 

sa

həs

i, 

(mi

n

 h

a)

 

Məh

su



(mi

n

 to

n



M

əhs

ul

da

rl

ıq



(kq/

ha



B

ecəri

lm

ə 

sa

həs

i, 

(mi

n

 h

a



M

əhs

ul

 (m

in 

to

n



M

əhs

ul

da

rl

ıq



(kq/

ha



Dənli bitkilər, 

  o cüm

lədən: 

309,3 


864,2 

2 794 


316,4 

873 


2 761 

275,1 


670,0 

2 435 


çovdar  

21,4 


65,6 

3 073 


15,3 

39,1 


2 555 

12,6 


25,1 

1 993 


         

payızlıq taxıl 

42,8 


163,8 

3 823 


45,0 

144,6 


3 216 

51,0 


145,9 

2 864 


yazlıq taxıl 

64,8 


178,8 

2 759 


68,6 

197,9 


2 883 

68,7 


178,5 

2 600 


yulaf 

34,2 


77,5 

2 263 


36,1 

86,5 


2 394 

30,3 


52,5 

1 734 


arpa 

136,5 


349,1 

2 558 


140,7 

377,0 


2 679 

104,6 


252,5 

2 414 


Paxlalılar 

4,8 


3,3 

691 


4,9 

7,6 


1 547 

7,3 


12,0 

1 640 


Raps 

77,7 


111,1 

1 431 


82,1 

136,0 


1 657 

98,0 


129,6 

1 322 


Yağlı kətan 

0,2 


0,2 

960 


0,2 

0,2 


742 

0,2 


0,1 

494 


Kartof 

8,7 


125,2 

14 315 


9,1 

139,1 


15 275 

9,1 


153,7 

16 967 


Açıq sahələrdə becərilən 

tərəvəzlər 

 

2,4 



 

50,7 


 

20 916 


 

2,8 


 

59,1 


 

21 446 


 

2,7 


 

53,7 


 

20 112 


Yem bitkiləri 

173,6 


2315,3 

13 337 


149,9 

1917,4 


12 791 

204,5 


2159,5 

10 560 


Birgə kənd təsərrüfatı bitkiləri 

577,4 


 

 

566,6 



 

 

598,0 



 

 

 



 

 


Statistika Departamentinin ilkin m

əlumatına  görə, Estoniyada 2010-cu il 

tarix


ə 236 min baş inək, o cümlədən 96 min baş südlük inəklər, 373 min dönuz, 85 

min qoyun v

ə keçi, 2,023 milyon ev quşu mövcud idi.  

İldən-ilə südlük inəklərin sayı  azalsa  da,  südün ümumi  istehsalı inəklərin 

m

əhsuldarlığının  artması  sayəsində  sabit olaraq artmışdır.  2010-cu ildə  orta 



yağlılığı 4,1 faiz və zülalın 3,3 faiz tərkibilə 603,9 min ton süd ixrac edilmişdir, 

onlardan 63 faizi elit sortuna aiddir. 

2010-cu ild

ə Estoniyada 110,4 min ton (diri çəkidə) heyvan və quş ət emalı 

əssisələrinə  təhvil  verilmişdir  və  ya təsərrüfatlarda kəsilmişdir,  onlardan  58 



faizini donuz 

əti, 20 faizini mal əti,  20 faizini quş əti və 2 faizini qoyun və keçi əti 

t

əşkil etmişdir. 



2010-cu ild

ə  Estoniyada 184,5 milyon ədəd  yumurta  istehsal  edilmişdir. 

H

ər toyuğa orta istehsal 265 yumurta düşmüşdür. 



Ekoloji 

əkinçilik və heyvandarlıq sürətli templərlə inkişaf edir. Buna 2007- 

2013-cü ill

ərdə Estoniyada ekoloji kənd təsərrüfatının inkişafı Proqramı və 2007- 

2013-cü ill

ərdə kənd regionlarının inkişaf Proqramı şərait yaratmışdır. 

Ekoloji k

ənd təsərrüfatında istifadə edilən torpaq sahəsi (o cümlədən keçid 

dövründ

ə) 2000-ci illə  müqayisədə  12 dəfə  artmışdır.  2010-cu ildə  ekoloji kənd 



t

əsərrüfatında istifadə edilən torpaqların sahəsi 121 815 hektar təşkil etmişdir, yəni 

ümumi k

ənd təsərrüfatı torpaqlarının 13 faizi, ekoloji kənd təsərrüfatı məhsullarını 



istehsal ed

ən müəssisələrin sayı 1 356 təşkil etmişdir. Bundan əlavə, 25 müəssisə 

t

əxminən 1000 hektar təbii ərazini bitkilərin, göbələyin yığımına istifadə etmişdir. 



Ekoloji d

ənli bitkilər 19 271 hektar ərazidə  becərilmışdır.  Ekoloji  kənd 

t

əsərrüfatında  istifadə  edilən  torpaqların  77  faizini çəmənliklər təşkil  edir. 



Ç

əmənliklərin yüksək əhəmiyyəti üzvi heyvandarlığın inkişafına şərait yaratmışdır. 

Ekoloji k

ənd təsərrüfatında istifadə edilən müəssisələrin torpaq sahələri son üç ildə 

10  hektar  artmışdır  və  2010-cu ildə  90 hektar təşkil  etmişdir.  Estoniyanın  üzvi 

m

əhsullar istehsal edən altı iri müəssisənin sahəsi 1000 hektardan artıqdır. 



2010-cu ild

ə  üzvi  heyvandarlıqla  ekoloji  məhsullar  istehsalçılarının  2/3 

hiss

əsi məşğul  olmuşdur  (848  istehsalçı).  Əsasən qoyunlar (42 464 və  ya 



qoyunlar

ın  ümumi  sayının  58  faizi)  və  inəklər (25 174 və  ya inəklərin ümumi 

sayının 10 faizi) yetişdirilirdi. 2009-cu illə müqayisədə 2010-cu ildə donuzların və 

quşların yetişdirilməsi xeyli artmışdır (müvafiq olaraq 33 və 36 faiz). 

T

əsərrüfatların  ekoloji kənd təsərrüfatının  tələblərinə  uyğun  olaraq  idarə 



edilm

əsinə  diqqətlə  nəzarət edilir. Estoniyada kənd təsərrüfatı  istehsalçılarının 

yoxlanılması  Kənd  Təsərrüfatı  Departamenti  tərəfindən  aparılır,  qidanın  təşkil 

edilm


əsi və  ekoloji  qidanın  emal  və  satış    müəssisələrinə  nəzarəti  Baytarlıq 

Xidm


əti və Ərzaq Məhsulları Departamenti həyata keçirir. 

K

ənd təsərrüfatına  və  torpaq  eytiyatlarının  idarəedilməsinə  dotasiyaların 



əsas payı Avropa İttifaqının kənd təsərrüfatı sahəsində vahid siyasətin dəstəyi ilə 

maliyy


ələşdirilir.  Estoniyada  dövlət səviyyəsində  aşağıdakı  dotasiyalar  həyata 

keçirilir:  işin  başlanmasına  dotasiya,  praktiki  dotasiya,  sığorta  dotasiyası,  bazar 

inkişafına  dotasiya,  xüsusi  işlərin görülməsinə  dotasiya. Kənd təsərrüfatına  və 

torpaq ehtiya

tlarının idarəedilməsinə yönəldilmiş vəsaitlərin ümumi məbləğı 2004-


cü ild


əki 115 milyon avrodan 2010-cu ildə 241 milyon avroyadək, yəni 2,1 dəfə 

artmışdır. 

Avropa  İttifaqının  kənd təsərrüfatı  sferasına  vahid  siyasəti çərçivəsində 

dotasiyalar Estoniyada ölk

ənin 2004-cü ildə  Avropa  İttifaqına  üzv  olduğu  andan 

h

əyata keçirilir. Vahid siyasətin  birinci  pilləsi  çərçivəsində  bazarın  təşkili  üzrə 



t

ədbirlər və birbaşa dotasiyalar həyata keçirilir. Birbaşa dotasiyalara münasibətdə 

Estoniyada  aşağıdakı  sxem tətbiq edilir:  Avropa  İttifaqının  büdcə  vəsaitlərindən 

ayrılan birbaşa dotasiyanın ümumi məbləği təqdim edilən il üçün yaxşı vəziyyətdə 

olan  k

ənd təsərrüfatı  və  ekoloji vəziyyətdə  olan  torpaqların  ümumi  hektarlarının 



sayına  bölünür.  Avropa  İttifaqının  üzv-ölkələri  tərəfindən  30 aprel 2004-cü ildə 

q

əbul edilmiş Avropa İttifaqının büdcə vəsaitlərindən ayrılan birbaşa dotasiyaların 



s

əviyyəsi hər il artır və 2013-cü ildə 100 faizə çatacaq. Bundan əlavə Estoniyanın 

büdc

ə vəsaitlərində 2012-ci ildə əlavə birbaşa dotasiyalar ödənilmişdir. 



Avropa İttifaqının kənd təsərrüfatı sahəsində vahid siyasətinin ikinci pilləsi  

ç

ərçivəsində  Estoniyanın  kənd təsərrüfatı  və  kənd  həyatı  müxtəlif dotasiyalar 



vasit

əsilə  dəstəklənir.  2007-ci ildən  başlayaraq  2007  –  2013-cü illər  ərzində 

Estoniyada k

ənd regionlarının  inkişaf  Proqramının  (MAK)  dörd  istiqamət 

ç

ərçivəsində  Estoniyada  Avropa  İttifaqının  kənd təsərrüfatı  sferasına  vahid 



siyas

ətinin ikinci pilləsinin dotasiyaları tətbiq edilir. MAK-ın ümumi məqsədi kənd 

regi

onunun  balanslaşdırılmış  inkişafıdır.  Estoniyada MAK  çərçivəsində  2007  – 



2013-cü ill

ər ərzində Estoniyanın kənd regionlarının inkışafına və kənd təsərrüfatı 

mühitinin qor

unmasına  ümumi  sektorun  vəsaitlərinin təxminən 935 milyon 

avrosunu yön

əltmək mümkündür, onlardan təxminən 724 milyon avro Avropa 

K

ənd İnkişafı Fondundan alınmışdır. 



MAK-

ın  birinci  istiqamətinin  tədbirləri kənd və  meşə  təsərrüfatlarının  

yaxşılaşdırılmasına,  o  cümlədən  ətraf mühitin və  heyvandarlığın  

yaxşılaşdırılmasına  yönəldilmişdir.  Məsələn, 2007–2010-cu  illər  ərzində 

heyvandarlığın  müasirləşdirilməsinə  61 milyon avro həcmində  300 layihənin 

maliyy


ələşdirilməsi barədə  qərarı  qəbul  edilmişdir  və  beləliklə,  heyvandarlığın 

müasirl


əşdirilməsinə  ümumilikdə  təxminən 152,5 milyon avro məbləğındə 

investisiyalar qoyulacaq. 2010-cu il

ə  olan vəziyyətə  görə  171  alıcıya  nəzərdə 

tutulan dotasiyalardan 25 635 254 avro (mü

əyyən edilmiş dotasiyaların 42,0 faizi) 

öd

ənilmişdir. 



İkinci  istiqamətin  tədbirlərinin məqsədi  ətraf mühitin və  torpaq 

istifad


əsinin sabit vəziyyətinə  istehsal  üsullarının  tətbiq edilməsi  vasitəsilə  nail 

olunması.  İkinci  istiqamət  çərçivəsində  bioloji müxtəlifliyin və  ənənəvi kənd 

landşaftlarının  qorunmasına,  suyun  keyfiyyətinin təmin edilməsi və  iqlim 

d

əyişikliklərinin yumşaldılmasına xüsusi diqqət yetiriləcək. 



Üçuncü  istiqam

ətin  tədbirləri kənd  regionlarının  həyat  şəraitinin 

yaxşılaşdırılmasına  və  iqtisadi fəaliyyətin müxtəlifliyinin  artırılmasına 

yön


əldilmişdir. 

Dördüncü  istiqam

ətin  məqsədi və  ya LEADER tədbirləri kənd 

regionlarının  daxili  imkanlarının  ən  yaxşı  istifadəsi  vasitəsilə  I, II, III-cü 

istiqam

ətlərin məqsədlərinə nail olmasına  koməklik göstərməkdə yerli təşəbbüsün 



d

əstəyidir. 





Ərazisi 46,2 min  km

2



əhalisi 1,34 milyon nəfərdir, 1 km

2

-

ə  31 nəfər 

düşür.  Sahəsinə  görə  dünyada 132-ci yerdədir.  ÜDM  27  milyard  ABŞ  dolları 

t

əşkil edir, hər nəfərə 20,0 min ABŞ dolları düşür.  

2010-cu ild

ə  kənd təsərrüfatına  37,51  milyon  avro  ayrılıb  (digər 

proqramlara  is

ə  44 milyon avro), kənd təsərrüfatında  əhalinin  3  faizi  işləyir, 

k

ənd təsərrüfatı məhsulu ÜDM-nin 3 faizini təşkil edir. Ümumi sahənin 1,4 faizi 

taxıl sahəsi 275,1 min hektar (670,0 min ton), məhsuldarlıq 24-35 s/ha, kartof 

9,1 min hektar (153,7 min ton), m

əhsuldarlıq 169,7 s/ha, tərəvəz 2,7 min hektar 

(53,7 min ton), m

əhsuldarlıq 201,1 s/ha. Ölkədə 236 min inək, onun 96 faizi süd 

ver

ən, 2033 min iribuynuzlu mal-qara var, 603,9 min ton süd satılıb, 110,4 min 

ton (diri ç

əkidə) ət, 184,5 milyon yumurta istehsal edilib. 

 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin