Almaniyanın kənd təsərrüfatı
Əhalisi 83,0 milyon nəfər, ərazisi 357,0 milyon km
2
, ÜDM 3 085 milyard
ABŞ dollarıdır, hər nəfərə 37 200 ABŞ dolları düşür.
Almaniyanın kənd təsərrüfatı yüksək intensiv istehsalatdır. Burada hər
hektara İngiltərədən, Fransadan və ABŞ-dan çox gübrə səpilir.
Ölkənin buğda istehsalı tələbatın 80 faizini, şəkər istehsalı 85 faizini, ət
istehsalı 90 faizini, südə olan tələbatını 100 faiz ödəyir.
Xüsusilə heyvandarlıq inkişaf etmişdir, o bütün kənd təsərrüfatı
məhsullarının 80 faizini təşkil edir.
Hər yerdə donuzçuluq yayılmışdır, donuzların sayına görə ölkə Avropada
birinci yeri tutur.
Bitkiçilik heyvandarlığın yardımçı sahəsidir, burada çovdar, yulaf, kartof,
yem bitkiləri becərilir, biçənəklərin və otlaqların payına isə bütün kənd təsərrüfatı
sahələrinin 40 faizi düşür.
Şəhərətrafı zonalarda tərəvəzçilik inkişaf etmişdir, cənubda və cənub-
qərbdə çoxlu sayda meyvə bağları salınmışdır.
Almaniyanın kənd təsərrüfatının fəal inkişafına baxmayaraq, burada da
problemlər az deyil. Almaniyada təsərrüfatların orta torpaq sahəsi cəmi 15
hektardır. “Ümumi bazar”ın ekspertləri isə hesab edirlər ki, yalnız torpaq sahəsi 80
hektar, 40 inəyi və 10 min quşu olan iri müasir təsərrüfatlar rəqabətli mübarizə
apara bilər. Əsasən daha çox orta torpaq sahəsi 5 – 6 hektar olan, cənub-qərbin
dağlıq rayonlarının təsərrüfatları zərər çəkir. Buna görə də, Avropa İttifaqı
tərəfindən taxıla, donuz ətinə, mal ətinə, quş ətinə vahid qiymətlərin tətbiq
edilməsindən sonra, Almaniya hökuməti fermer təsərrüfatlarının sayının
azaldılması siyasətini həyata keçirməyə başlamışdır.
Almaniyanın yeni torpaqlarında kənd təsərrüfatı da yetəri qədər yaxşı
inkişaf etmişdir. Şəkər, cənub meyvələri, tezyetişən tərəvəzlər və çörək taxılının
bəzi hissəsi istisna olmaqla, əhalinin əsas qida məhsulları ilə təminatı daxili kənd
təsərrüfatı məhsulları istehsalı hesabına təmin edilir.
Əhalini təzə tez xarab olan məhsullarla (meyvə, tərəvəz, süd, ət) təmin
etmək məqsədilə iri şəhərlərin ətrafında bostan-bağ qurşaqları formalaşdırılmışdır,
məhsuldarlığı gündə 500 min yumurta təşkil edən şəhərətrafı quşçuluq fermaları,
20 min iribuynuzlu mal-
qaranın və donuzların yerləşdirilməsinə hesablanmış
fermalar
inşa edilmişdir
Südün, donuz ətinin və quş ətinin istehsalı heyvandarlığın əsas sahələridir.
Bitkiçiliyin strukturunda yem bitkilərinin payı artır, silos üçün qarğıdalı,
kökümeyvəlilər, yemlik arpa, kartof, yulaf becərilir. Əsas dənli bitki buğdadır.
Almaniya kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Fransadan sonra
Avropada ikinci yeri tutur. Heyvandarlıq əmtəə məhsullarının 80 faizini istehsal
edir, onun ehtiyacları üçün bitkiçilik inkişaf etdirilmişdir, əkin sahələrinin ərzaq
bitkiləri üçün ayrılmış hissəsindən daha böyük hissəsi yemlik bitkilər üçün
ayrılmışdır. Lakin, buna baxmayaraq yem taxılı xeyli miqdarda idxal edilir,
xüsusilə də qarğıdalı.
2
Kənd təsərrüfatı sahələrindən daha əlverişli şərait südçülük heyvandarlığı
üçün Alpın dağətəyi rayonlarında yaradılmışdır. Burada, yerli çəmənlərdə ölkənin
inəklərinin təxminən 35 faizi yemlənir. Südçülük istiqaməti, həmçinin ölkənin
şimalında dəniz sahilindəki rayonlarda da inkişaf etmişdir. Almaniyanın kənd
təsərrüfatında donuzçuluğa böyük diqqət yetirilir, ölkə donuzların sayına görə
Avropada birinci yerdədir (20 milyondan artıq).
Ölkənin kənd təsərrüfatının yüksək gəlirliyini saxlamaq üçün bitkiçilik
heyvandarlığın
yardımçı sahəsi kimi inkişaf etdirilmişdir, biçənəklərin və otlaqların
payına bütün kənd təsərrüfatı sahələrinin 40 faizi düşür, həmçinin heyvandarlığın
ehtiyacları üçün burada çovdar, yulaf, kartof və yem bitkiləri becərilir. Kənd
təsərrüfatı istehsalatında dənli bitkilərdən buğda əsas hesab edilir.
P
ivə bişirilməsi üçün xüsusilə ayrılmış arpanın becərilməsini qeyd
etməmək olmaz, o cənub-qərbdə və Bavariyada yetişdirilir. Bu rayonlarda həm də
mayaotu
plantasiyaları yerləşdirilmişdir. Mayaotunun istehsalına görə Almaniya
dünyada birinci yerlərdən birini tutur. Pivə burada milli içki hesab edilir, onun
istehlakı ildə əhalinin hər nəfərinə təxminən 145 litr düşür. Almaniyanın kənd
təsərrüfatının qarşısında duran əsas məsələ, onun dünya aqrar-sənaye istehsalatında
rəqabətə davamlılığını artırmaqdır. Bu məqsədlə yüksək keyfiyyətli, sırf alman
ərzaq məhsullarının istehsalının stimullaşdırılması məqsədilə, kənd təsərrüfatında
ehtiyat qoruyan texnologiyalar tətbiq edilir və bərpa edilən enerji mənbələrinin
tətbiqi şəklində aqrar-sənaye kompleksinin böyük potensialı istifadə edilir.
Heyvandarlıq məhsulları və taxılın istehsalı üzrə kənd təsərrüfatı
istehsalatının həcminə görə Almaniya Avropada yalnız Fransadan geridə qalır,
südün
istehsalına görə isə inamla birinci yeri tutur. Bu həmçinin, ölkədə kənd
təsərrüfatı istehsalının Avropa İttifaqı üzrə orta səviyyədən yüksək olduğu üçün
mümkün
olmuşdur. Almaniyanın kənd təsərrüfatının yeganə geridə qaldığı sahə
şəkər çuğundurunun və qarğıdalının orta məhsuldarlığıdır. Kənd təsərrüfatı
sahəsində dövlət orqanları kənd təsərrüfatı məhsullarının bazarlarının
nizamlanması,
aqrar
strukturunun
dəyişilməsi,
kənd
təsərrüfatının
maliyyələşdiriliməsi və kreditləşdirilməsi üzrə məsələləri həll edirlər.
Almaniya hökuməti Şərqi Almaniya torpaqlarına onların Avropa
cəmiyyətinə adaptasiya və inteqrasiya prosesində böyük maliyyə dəstəyi
göstərmişdir. Ərzaq məhsullarının istehsalı üzrə məsələlərindən başqa, ölkənin
kənd təsərrüfatı sahəsində, həmçinin çoxlu əlavə məsələləri həll edir. Bu, ölkə
əhalisinin həyatının əsasları kimi təbiətin müdafiəsi və saxlanılmasıdır, yaşayış
rayonlarının və kütləvi istirahət yerlərinin təbii landşaftlarının qorunmasıdır,
sənayenin ehtiyacları üçün aqrar xammal vəsaitlərinin təchizatıdır.
Təbii münbit torpaqlara malik rayonlarda buğda, arpa, şəkər çuğunduru,
qarğıdalı, daha zəif torpaqlarda isə (Şimali Almaniyanın düzənlikləri və orta
yüksəklikdə dağları) çovdar, yulaf, kartof, yem bitkiləri becərilir. Çay vadilərinin,
Almaniyanın cənub-qərb düzənliklərində və dağlararası çökəkliklərin isti iqlimi
sayəsində, burada tütün və tərəvəz istehsal edilir.
Üzümçülük əmtəə məhsullarına görə birgə götürülmüş tərəvəzçiliyi və
meyvəçiliyi üstələyir.
3
Mal əti və süd üzrə ölkənin ozünün təminatı 100 faizi keçir, donuz ətinə
görə tələbatın 80 faizini təşkil edir. Süd-ət maldarlığı yaxşı rütubətliyi, zəngin
otlaqları və çəmənləri olan, dəniz kənarı, Alp və Alp öncəsi rayonlarında, şəhər
aqlomerasiyaların periferiyalarında yayılmışdır. Donuzçuluq xüsusilə idxal edilən
yemlərin gətirildiyi limanlara, şəkər çuğundurunun və kartofun becərildiyi
rayonlara yaxın zonalarında yaxşı inkişaf etmişdir.
Almaniya Avropa İttifaqında kənd təsərrüfatı məhsullarının ən iri
istehsalçısıdır. 2006-cı ildə Almaniyanın aqrar islahatı siyasətinin Avropa
İttifaqının aqrar islahatı siyasətinə müvafiq və Avropa İttifaqının genişləndirilmiş
tərkibdə mövcud olması şəraitində, kənd təsərrüfatı istehsalatının qloballaşma
proseslərinin və ticarətin liberallaşması həyata keçirilmişdir.
Almaniyanın kənd təsərrüfatının dünya aqrar-sənaye istehsalatında
rəqabətə davamlılığının artırılması, yüksək keyfiyyətli, bahalı, sırf alman ərzaq
məhsullarının istehsalının stimullaşdırılması, bərpa edilən enerji mənbələri
şəklində iri aqrar-sənaye potensialının istifadə edilməsi Almaniyanın əsas aqrar
siyasətinin strateji istiqamətidir.
Almaniyanın
kənd
təsərrüfatının
qlobal
struktur
dəyişikliyi
məcrasında kənd təsərrüfatı müəssisələrinin diversifikasiyalaşması ilə yanaşı
effektivliyinin artırılması prosesləri həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının
istehsalında çalışanların sayının tədricən azaldılması meyilliyi bu proseslərlə
birbaşa əlaqəlidir.
S
on illər ərzində Almaniyanın kənd təsərrüfatında çalışanların sayının
azalması, kənd təsərrüfatı sahələrinin və kənd təsərrüfatı müəssisələrinin ümumi
sayının tədricən azalmasına aparır (əsasən kiçik müəssisələrin payının azaldılması
hesabına).
Kənd təsərrüfatı müəssisələrinin sayının azaldılması ilə yanaşı Almaniyada
statistik
orta təsərrüfatların birləşdirilməsi prosesi gedir.
Almaniyanın kənd təsərrüfatı müəssisələri üç hüquqi formada mövcuddur:
şəxsi kənd təsərrüfatı müəssisəsi, mülkiyyətçilər cəmiyyətləri, mülki qanunlu
hüquqi
şəxslər.
Almaniyanın Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Nazirliyi şəxsi kənd təsərrüfatı müəssisələrinin əsas
hüquqi forması üzrə məlumatları çatdırır.
Almaniyanın Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Nazirliyi Avropa İttifaqının tövsiyyələri əsasında metodik təlimatlar
tərtib etmiş, təlimatlara uyğun olaraq şəxsi kənd təsərrüfatı müəssisələrindən əsas
gəlirli kənd təsərrüfatı müəssisələrinin əsas qrupu seçilmişdir. Bu kənd təsərrüfatı
müəssisələri üçün Avropa İttifaqının tipoloji işləmələr əsasında müəssisələrinin
for
maları üzrə (fəaliyyət növləri üzrə) tətbiq edilmişdir. Buna əlavə olaraq, əsas
gəlirli kənd təsərrüfatı müəssisələrinin iqtisadi həcminin ölçülməsi üçün Avropa
ölçü vahid
ləri tətbiq edilməyə başlanılmışdır (EGE).
Bəzi hallarda iqtisadi nəticələrin yekunlaşdırılması zamanı Almaniyanın
Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi
Almaniyanın bütün kənd təsərrüfatı müəssisələri regional əlamətlərinə görə köhnə
federal və yeni federal torpaqlara şərti bölünməsi hüququnu özündə saxlayır.
4
2006-
cı ildə Almaniya ekoloji təmiz kənd təsərrüfatı məhsullarının
istehsal
ının gələcək inkişaf istiqamətini müəyyənləşdirmişdir. Ekoloji təmiz kənd
təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin birinin gəliri orta
hesabla 10,0 faiz artaraq 44
673 avro təşkil etmişdir.
Ölkənin geniş əraziləri kənd təsərrüfatı ilə məşğuldur. Buna baxmayaraq,
əmək qabiliyyəti olan əhalinin ümumi sayından yalnız 2 – 3 faizi kənd təsərrüfatı
sahəsində çalışır. Əməyin yüksək məhsuldarlığına mexanikləşdirmə, müasir aqrar-
sənaye texnologiyalarının tətbiqi hesabına nail olunmuşdur.
Maldarlıq ümumi kənd təsərrüfatının əmtəə məhsullarının 2/5 hissəsini
təşkil edir, o cümlədən onun əsas hissəsi süd istehsalının payına düşür (təxminən
1/4 hissəsini). İkinci yeri donuzçuluq tutur. Süd və mal əti istehsalına görə
Almaniya özünü 100 faizi
təmin edir, donuzçuluq üzrə isə 4/5 hissəsindən bir
qədər az. Broyler istehsalatı, yumurtanın, dana ətinin istehsalı, həmçinin
donuzçuluq təbii faktordan az asılı olaraq iri heyvandarlıq təsərrüfatlarında
cəmləşir.
Avropa İttifaqında taxılın ümumi istehsalının 1/5 hissəsi, çovdar yığımının
3/4
hissəsi, yulafın təxminən 2/5 hissəsi, arpanın 1/4 hissəsindən artıq Almaniyanın
payına düşür. Almaniyada milli içki hesab edilən pivənin istehsalında (istehlakı
əhalinin hər nəfərinə ildə təxminən 145 litr təşkil edir) istifadə edilən arpa iri
həcmlərlə istehsal edilir. Yüksək təbii münbit torpaqları olan rayonlarda buğda,
arpa, qarğıdalı və şəkər çuğunduru becərilir. Münbitliyi daha az torpaqlar çovdar,
yulaf, kartof və təbii yem bitkilərinin becərilməsi üçün istifadə edilir. Üzümçülük
əmtəə məhsulları üzrə birgə götürülmüş meyvəçiliyi və tərəvəzçiliyi üstələyir.
Kənd təsərrüfatı əsasən xırda ailə fermer təsərrüfatlarına əsaslanır.
Mövsümi işçilərin əməyi geniş tətbiq olunur.
Kö
kümeyvəlilərin (yem çuğundurunun və s.), yaşıl yem üçün və silosa
istifadə edilən qarğıdalının, qarayoncanın, yoncanın və digər yem bitkilərinin
becərilməsi böyük əhəmiyyətə malikdir. Yağlı bitkilərdən xüsusi əhəmiyyətli
günəbaxanın sahələrindən rapsın sahələri 10 dəfə çoxdur.
Çay vadilərinin, dağlararası çökəkliklərin və Almaniyanın cənub-qərbin isti
iqlimi tütün və tərəvəzlərin becərilməsinə əlverişli şərait yaradır. Mal-qaranın
kəsiminin 95 faizi sənaye sallaqxanalarında həyata keçirilir, südün emalı isə süd
zavodlarında aparlır, bu zavodlar adətən sənaye və sənaye-ticarət konsernlərinə və
ya kəndlilərin özünə paylar əsasında məxsusdur.
Kənd təsərrüfatı məhsullarının istehsalının, taxılın istehsalının və
heyvandarlıq məhsullarının həcminə görə Almaniya yalnız Fransadan geridə qalir,
südün istehsalına görə isə Avropa İttifaqı çərçivəsində birinci yeri tutur.
Almaniyada kənd təsərrüfatı istehsalının effektivliyi Avropa İttifaqı üzrə orta
səviyyədən xeyli yüksəkdir. Bununla yanaşı Almaniya qarğıdalının və şəkər
çuğundurunun istehsalına görə geridə qalir.
Aqrar strukturunun dəyişilməsi, kənd təsərrüfatının kreditləşdirilməsi və
maliyyələşdirilməsi, kənd təsərrüfatı məhsullarının bazarının tənzimlənməsi üzrə
m
əsələlərin həlli kənd təsərrüfatı sahəsində dövlət orqanlarının səlahiyyətlərinə
daxildir.
Almaniya hökuməti Şərqi Almaniya kənd təsərrüfatının Avropa
5
Cəmiyyətinə mürəkkəb adaptasiya və inteqrasiya prosesində maliyyə dəstəyi
göstərir.
Yardım həmçinin keçmiş kənd təsərrüfatı kooperativlərinin rəqabətə
davamlı firmalara dəyişdirilməsində də özünü göstərir, bu da öz bəhrələrini verir:
bir çox şəxsi firmalar xeyli gəlir əldə etmişdir, əsasən də becərilən iri sahələrin
hesabına.
Almaniyanın kənd təsərrüfatı ərzaq məhsulları istehsal etdiyindən başqa
əlavə məsələlər yerinə yetirir: həyatın təbii ehtiyaclarının qorunması və müdafiəsi,
yaşayış rayonları üçün gözəl landşaftların qorunması, sənaye üçün aqrar xammalın
tədarükü və s.
Almaniyada dənli bitkilərin istehsalı təxminən 48 milyon ton təşkil edir, o
cümlədən buğda 26,0 milyon ton, arpa – 11,6 milyon ton, qarğıdalı – 4,5 milyon
ton, çovdar –
2,7 milyon ton və yulaf – 0,8 milyon ton. Dənlilərin məhsuldarlığın
orta hesabla 6,2 –
6,7 t/ha arası dəyişir.
Almaniya
nın xarici ticarət əməliyyatların həyata keçirilməsi üçün optimal
logistik
imkanları, həmçinin yetəri qədər maliyyə ehtiyatları mövcuddur.
Ərazisi 357,0 km
2
, əhalisi 83,0 milyon nəfərdir. Əhalisinə görə dünyada
61-
ci yerdədir. 1 km
2
sahəyə 231 nəfər düşür. ÜDM 3085 milyard ABŞ dolları
təşkil edir, hər nəfərə 37,2 min ABŞ dolları məhsul istehsal edilir. Buğda ilə
özünü 80 faiz, qəndlə 85 faiz, südlə 100 faiz təmin edir. Heyvandarlıq ümumi
kənd təsərrüfatı istehsalının 80 faizini ödəyir. Ölkədə 20 milyondan çox donuz
olmaqla Avropada birinci yeri tutur. Ümumi kənd təsərrüfatı sahəsinin 40 faizi
çəmən və otlaqlar altındadır. Kənd təsərrüfatı məhsulları istehsalına görə
Avropada Fransadan sonra ikinci yeri tutur. Hər nəfərə ildə 145 litr pivə düşür.
Ona görə də arpa və qarabaşaq istehsalına xüsusi fikir verilir. Almaniya Avropa
Şurası üzrə taxıl istehsalının 1/5 hissəsini, çovdar üzrə 3/4 hissəsini, vələmir üzrə
2/5 hissəsini, arpa üzrə ¼ hissəsini verir. Almaniya taxıl və un üzrə daxili
tələbatı ödəyir. Ölkədə 48,0 milyon ton taxıl, o cümlədən 26 milyon ton buğda,
11,6 milyon ton arpa, 4,5 milyon ton qarğıdalı, 2,7 milyon ton çovdar, 0,8 milyon
ton vələmir istehsal edilir. Taxılın məhsuldarlığı orta hesabla 62-67 sentner
təşkil edir. Ölkədə 140,0 mln. ton ət, 28,0 milyon ton süd istehsal edilir.
Belarus
Respublikasının kənd təsərrüfatı
Ərazisi 207,6 min km
2
, əhalisi 9,4 milyon nəfər, ərazisinə görə dünyada
83-
cü yerdədir, əhalinin sıxlığı 1 km
2
-
ə 49 nəfər düşür. ÜDM 140,9 milyard ABŞ
dolları təşkil edir, hər nəfərə 14 900 ABŞ dolları düşür.
Belarus Respublikasının ASK-nin əsas sahəsi kənd təsərrüfatıdır. Ölkənin
ümumi daxili məhsulunda kənd təsərrüfatının payı 7,5 faiz təşkil edir. Aqrar
istehsalat iki aparıcı sahədən: bitkiçilik və heyvandarlıqdan ibarətdir. Kənd
təsərrüfatı əsasən daxili bazarın ərzaq məhsulları ilə tələbatının təmin edilməsinə
yönəldilib.
Kənd təsərrüfatı torpaqları 93 milyon hektar təşkil edir, bunlardan 6,2
milyon
hektarı əkin sahələrinin payına düşür.
Bitkiçilikdə dənli bitkilər, əsasən də arpa, çovdar, buğda üstünlük təşkil
edir.
Arpanın ümumi yığımı 1,4 – 2,0 milyon ton təşkil edir, bu da praktiki
olaraq bütövlükd
ə daxili tələbata istifadə edilir.
Ümumi yığım üzrə ikinci yerdə çovdardır (1,2-1,6 milyon ton). Ölkədaxili
istehlaka 1,1 – 1,5 milyon ton
istifadə edilir. Keçici ehtiyatlar 114 – 264 min ton
təşkil edir, 150 min tona qədər çovdar ixrac edilir.
Dənlilərdən yemlik lupin (acıpaxla), noxud, çölnoxudu, lobya becərilir.
Respublikada struktur dəyişiklikləri və bərpa edilən enerji mənbələri ilə əlaqədar
dənli-paxlalı və yağlı bitkilərin becərilmə sahəsi genişləndirilir. Texniki bitkilər
(uzunlifli kətan, şəkər çuğunduru, raps) ümumi əkin sahələrinin 5 faizini təşkil
edir, yem bitkiləri isə – təxminən 40 faizini. Belarusda dünyanın kətan əkinlərinin
16 faizi və ya Avropa qitəsi üzrə 20 faizindən də çox onun əkin sahələri cəmləşib.
Heyvandarlıqda əsasən süd və ət istehsalı üçün iribuynuzlu mal-qara,
həmçinin donuz və quş yetişdirilir.
2010-cu
ildə kənd təsərrüfatı ölkənin ÜDM-də 7,5 faizini, 2000-ci ildə isə
11,6 faizini
təşkil etmişdir. Bununla belə, 2010-cu ildə kənd təsərrüfatına ümumi
kapitala bütün in
vestisiyaların 17,1 faizi yönəldilib (2000-ci ildə 6,8 faizi).
2010-
cu ildən kənd təsərrüfatında ölkə əhalisinin 9,7 faizi məşğul idi
(2000-
ci ildə 14,1 faizi). Kənd təsərrüfatında orta əmək haqqı bütün sahələr
arasında ən aşağı olanıdır və 815 200 rubl təşkil edir (orta respublika
səviyyəsindən 67 faiz).
Kənd təsərrüfatının əsasını, əsasən adı dəyişdirilmiş və aktiv dövlət dəstəyi
ilə bazar əsasında fəaliyyət göstərən kolxoz və sovxozlar təşkil edir. Onların
payına kətan lifinin istehsalının 99,6 faizi, şəkər çuğundurunun 98,6 faizi, taxılın
93,6 faizi, ətin 86,8 faizi, südün 86,5 faizi, yumurtanın 67,7 faizi, tərəvəzlərin 12,9
faizi, kartofun 11,1 faizi, yunun 7 faizi
düşür. Praktiki olaraq dövlət dəstəyindən
yararlanmayan əhalinin təsərrüfatları yunun 88,7 faizini, kartofun 86,9 faizini,
tərəvəzlərin 81 faizini, yumurtanın 32,2 faizini, südün 13,3 faizini, ətin 12,7 faizini
i
stehsal edirlər. Fermer təsərrüfatları (hüquqi şəxslər kimi qeydə alınan şəxsi
təsərrüfatlar) böyük rol oynamır və tərəvəzlərin 6,1 faizini, yunun 4,3 faizini,
kartofun 2 faizini, taxılın və şəkər çuğundurunun 1,4 faizini, ətin 0,5 faizini
istehsal edirlər.
2
2011-
ci ilin əvvəlinə kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi 8897,5
min hektar (5510,5 min hektar əkin sahələri, 3240,6 min hektar cəmənlik
torpaqları) təşkil edirdi. Torpaqların 16,4 faizi meliorasiya olunmuşdur. 5510,5
min hektar əkin torpaqlarının 4698,2 min hektarı kənd təsərrüfatı müəssisələrinin,
682,1 min hektarı isə əhalinin istifadəsindədir (2001-ci ildə - 1022 min hektar),
bunlardan 640 min hektarı fərdi yardımçı təsərrüfatlara, 31,6 min hektarı – bağlara,
85,4 min hektarı – fermer təsərrüfatlarının istifadəsinə ayrılmışdır.
2010-
cu ildə ölkənin bütün təsərrüfatları tərəfindən 35,6 trilyon rubl
məbləğində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bunun 55,2 faizini
bitkiçilik, 44,8 fazini heyvandarlıq təşkil etmişdir. Təxminən məhsulun 2/3 hissəsi
kənd təsərrüfatı müəssisələrində (yarıdan az hissəsi bitkiçilik, demək olar ki, 90
faizi heyvandarlıq məhsullarıdır), onun 1/3 hissəsi əhalinin şəxsi təsərrüfatlarında,
1 faizi fermer təsərrüfatlarında istehsal edilmişdir. Taxılın istehsalında kənd
təsərrüfatı müəssisələrinin payı 93,6 faiz, kartofun 11,1 faiz, tərəvəzin 12,9 faiz
təşkil edir.
2000 – 2010-
cu illər ərzində təsərrüfatlarda texnikanın sayı nəzərə çarpacaq
dərəcədə azalmışdır. Traktorların sayı 2000-ci ildə 72,9 mindən 2011-ci ilin
əvvəlləırinə 47,3 minədək, yük avtomaşınların sayı 46,3 mindən 25,1 minədək,
taxılyığan kombaynların sayı 17,1 mindən 11,4 minədək, silos və yemyığan
kombaynların sayı 7,2 mindən 2,6 minədək azalmışdır. Yalnız çuğunduryığan
maşınların, çiləyici və tozlayıcı maşınların sayı artmışdır. Kənd təsərrüfatı
texnikasının çoxu öz istehsalıdır. 2000 - 2010-cu illər ərzində traktorların illik
istehsalı 22 470-dən 44 370-ə qədər, gücü 100 a.q. artıq olan traktorların 2 617-dən
9 454-
ə qədər, taxılyığan kombaynların 445-dən 2 035-ə qədər artmışdır. Lakin
yeni texnikanın xeyli hissəsi ixraca gedir. Kənd təsərrüfatı texnikasının ümumi
sayının aşağı düşməsi nəticəsində, əkin sahələrinin traktorlarla təmin olunması
2000-
ci ildə olan 1000 hektar sahəyə 15 traktordan 2010-cu ildə 10 traktoradək
aşağı düşmüşdür.
İstifadə edilən gübrələrin çox hissəsi yerli istehsaldır. 2000 - 2010-cu illər
ərzində azot gübrələrinin istehsalı 597 min tondan 761 min tonadək, fosfor
g
übrələrinin 87 min tondan 192 min tonadək, kalium gübrələrinin 3,4 milyon
tondan 5,2 milyon tonadək, əhəngdaşı və dolomit ununun 1,5 milyon tondan 1,9
milyon tonadək artmışdır. Kənd təsərrüfatı bitkiləri altına mineral gübrələrin
verilməsi həmin müddətdə 850 min tondan 1 323 min tonadək artmışdır, o
cümlədən azot gübrələrinin miqdarının 270 min tondan 463 min tonadək, fosfor
gü
brələrinin 119 min tondan 230 min tonadək, kalium gübrələrinin 462 min tondan
630 min tonadək artmışdır. Bir hektar əkin sahəsinə səpin 169 kq-dan 284 kq-dək
təşkil etmişdir. Təbii gübrələrin ümumi verilməsi 35,9 milyon tondan 43,2 milyon
tonadək artmışdır. Kənd təsərrüfatı sahəsinin mütəxəssislərinin hazırlanması ilə
Belarus Dövlət Aqrar Texniki Universiteti (Minsk ş.), Belarus Dövlət Kənd
Təsərrüfatı Akademiyası (Qorki ş., Moqilyov vilayəti) və Qrodno Dövlət Aqrar
Universitet
i, digər ali təhsil müəssisələri və həmçinin bir sıra ixtisaslaşdırılmış orta
ixtisas təhsil müəssisələri məşğul olurlar.
3
2005 - 2010-c
u illərdə “Kənd Yerlərinin Dirçəlməsi və İnkişafı Dövlət
P
roqramı” həyata keçirilmişdir. Bu Proqram çərçivəsində 2007-ci ildə 2,5 milyard
ABŞ dolları sərf edilmişdir, lakin kapital qoyuluşunun iqtisadi effekti zəif
olmuşdur, bu fakt hökumət tərəfindən də təsdiq edilmişdir. Buna baxmayaraq,
proqram dayandırılmamışdır. Təkcə onun ilk üç ilində, Belarusda müvafiq
infrastrukturla
təmin olunmuş 666 kiçik aqro şəhərlər tikilmişdir. 2008-ci ildə kənd
təsərrüfatında dotasiyaların səviyyəsi dünya norması 20-30 faiz olduğu halda,
burada 60 faizə çatdırılmışdır.
Bununla belə, dotasiyalara baxmayaraq, bir sıra ekspertlər hesab edirlər ki,
Belarus kənd təsərrüfatı effektiv deyil. Belarus məhsulunun xeyli hissəsi ixracı
ziyanına gətirib çıxarır. Belarusda bir kiloqram ətin istehsalına 8-10 dəfə çox
elektrik enerjisi
sərf edilir, nəinki inkişaf etmiş ölkələrdə, eyni miqdarda südün və
mal ətinin istehsalı isə daha çox yemlərdən istifadə edilməsini tələb edir.
Köhnəlmiş maddi-texniki baza kənd təsərrüfatının daha bir əhəmiyyətli
proble
mlərindən biridir.
Baxmayaraq ki, “Kənd Yerlərinin Dirçəlməsi və İnkişafı Dövlət Proqramı”
onunla əsaslandırılmışdır ki, “XX əsrin 90-cı illərin birinci yarısının liberal
islahatların gedişatında əldə edilmiş nailiyyətlərin böyük hissəsi dağıdılmışdır”,
Belarusda kartof
istehsalının səviyyəsi 1993-cü illərin səviyyəsinə
çatdırılmamışdır, hələ bu dövrdə də ətin istehsalı rekord səviyyəyə çatdırılmışdır.
Təkcə 2004-cü ildə 1990-cı və 1993-cü illərin dənli bitkilərin məhsuldarlığının
artırılmasına müvəffəq olunmuşdur.
Ekspertlərin fikrinə görə, kənd təsərrüfatının inkişafına torpağa şəxsi
mülkiyyətin olmaması da mane olur. Fikirlərə görə, kənd təsərrüfatının dirçəlişinə
zərər gətirən müəssisələrin iflasının qarşısının alınmamasıdır. Fərdi təsərrüfatlar
kartof və tərəvəz istehsalının böyük hissəsini təmin edir, bu da, Belarusda fermer
təsərrüfatlarının inkişafının yüksək effektliyinə dəlalət edir.
2001 - 2011-
ci illər ərzində dövlət büdcəsindən kənd təsərrüfatına 40
milyard ABŞ dolları yönəldilmişdir, 2017-ci ilə kənd təsərrüfatına dövlət
dotasiyaları minimuma endiriləcək.
BMT-ni
n Ərzaq və Kənd Təsərrüfatı Təkilatının (FAO) məlumatına görə,
Belarus tritikale
əkilmiş (516,6 min hektar) sahələrin həcminə görə Polşadan sonra
ikinci yerdədir və onun yığımına görə (Fransada 2 milyon tona, Almaniyada 2,5
milyon tona, Polşada 5,2 milyon tona qarşı 1,78 milyon ton) dördüncü yerdədir.
Çovdar əkinləri sahələrinə (448 min hektar) görə Belarus dünyada beşinci yerdədir
və onun yığımına görə dördüncü yerdədir (Rusiyada və Almaniyada 4,3 milyon
tona və Polşada 3,7 milyon tona qarşı 1,2 milyon ton). Belarus həmçinin, kartof
əkinləri sahələrinə görə dünyada səkkizinci yerdədir və onun yığımına görə onuncu
yerdədir (Çində 73,3 milyon tona qarşı 7,1 milyon ton).
Belarus kənd təsərrüfatının orta məhsuldarlığı, bir qayda olaraq, qonşu
ölkələrin məhsuldarlığı ilə təxminən eyni səviyyədədir. Bununla belə, Belarus
məhsuldarlığa görə Qərbi Avropa və ABŞ-la (bəzi hallarda isə Latın Amerikası və
Asiya ölkələri ilə də) müqayisədə məhsuldarlıqda xeyli geridə qalır. Qarğıdalının
məhsuldarlığına görə Belarus Avropada axırdan altıncı yerdədir, kartofun
4
məhsuldarlığı ABŞ-a nisbətən üç dəfə aşağıdır, çovdar və arpanın məhsuldarlığına
görə Böyük Britaniyadan, Almaniyadan, İsveçdən, Fransadan, Belçikadan,
Niderlanddan 2-
3 dəfə aşağıdır.
Ərazisi 207,6 min km
2
, əhalisi 9,4 milyon nəfərdir. ÜDM 140,9 milyard
ABŞ dolları təşkil edir, hər nəfərə 14,9 min ABŞ dolları düşür. 2010-cu ildə kənd
təsərrüfatı ölkənin ÜDM-in 7,5 faizini təşkil edib. Kənd təsərrüfatında ölkə
əhalisinin 9,7 faizi iştirak edir. Ölkədə 7,2 milyon ton taxıl, o cümlədən 2,4
milyon ton buğda, 990 min ton ət və 6,8 milyon ton məhsul istehsal edilmişdir.
2010-
cu ildə ölkənin bütün təsərrüfatları tərəfindən 35,6 trilyon rubl məbləğində
kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bunun 55,2 faizini bitkiçilik, 44,8
faizini heyvandarlıq təşkil etmişdir.
|