Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz


Az ərbaycan və Serbiya arasında aqrar sahədə əməkdaşlıq



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə27/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

Az

ərbaycan və Serbiya arasında aqrar sahədə əməkdaşlıq 

15 

 

 

İki  ölkə  arasında  aqrar  sahədə  əməkdaşlıq  əlaqələrinin  inkişaf  etdirilməsi 

m

əqsədilə  2011-ci ilin 08 iyun tarixində  Belqrad  şəhərində  “Azərbaycan 



Respublikasının  Kənd Təsərrüfatı  Nazirliyi  və  Serbiya  Respublikasının  Kənd 

T

əsərrüfatı,  Ticarət,  Meşəçilik və  Su Təsərrüfatı  Nazirliyi  arasında  əməkdaşlıq 



haqqında Anlaşma Memorandumu” imzalanmışdır. 

“Az


ərbaycan  Respublikası  Hökuməti və  Serbiya  Respublikası  Hökuməti 

arasında  baytarlıq  sahəsində  əməkdaşlıq  haqqında  Saziş”  layihəsi aidiyyəti dövlət 

qurumları  ilə  razılaşdırılmış  və  Azərbaycan  Respublikasının  Xarici  İşlər Nazirliyi 

t

ərəfindən autentikliyi təsdiq edilmişdir. 



Hal-

hazırda  sözügedən  Saziş  layihəsinin  imzalanması  məqsədilə  dövlətdaxili 

prosedurlar h

əyata keçirilir. 

Serbiya t

ərəfinin rəy və  təklifləri  əks  olunmuş  “Azərbaycan  Respublikası 

Hökum

əti və Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi 



sah

əsində əməkdaşlıq haqqında Saziş” layihəsi hazırlanmaqdadır

Beyn

əlxalq Epizootik Büro və digər beynəlxalq təşkilatlar çərçivəsində hər iki 



ölk

ənin dövlət  baytarlıq  orqanları  arasında  heyvan xəstəlikləri üzrə  informasiya 

mübadil

əsi aparılır.   



Serbiya  Respublikasında  yaradılmış  bir  sıra  tərəvəz bitkiləri  sortlarının 

Az

ərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu tərəfindən sınaqları keçirilmişdir. 



2011-ci il 09 oktyabr tarixind

ə  Azərbaycan  Respublikasının Kənd Təsərrüfatı 

Nazirliyind

ə  keçirilmiş  görüşdə  Serbiyada  ən  böyük  üzüm  tingi  istehsalçısı  və 

ixracatçısı  olan  “AGROEXİM”  şirkətinin rəhbərliyi ilə  Azərbaycan Elmi-Tədqiqat 

Üzümçülük v

ə  Şərabçılıq  İnstitutunun  direktoru  arasında  gələcək  əməkdaşlığa  dair 

müzakir


ələr aparılmışdır. 

17-20 aprel 2012-ci il tarixl

ərində Bakı şəhərində keçirilmiş Kənd Təsərrüfatı 

üzr


ə Avropa Komissiyasının 37-ci Sessiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı 

T

əşkilatının  (FAO)  28-ci  Regional  Konfransında  iştirak  etmiş  Serbiya 



Respublikasının  Kənd Təsərrüfatı,  Ticarət,  Meşəçilik və  Su Təsərüfatı  Nazirliyinin 

dövl


ət katibi cənab  Lyubişa  Dimitriyeviçlə  kənd təsərrüfatı  naziri  İsmət Abasov 

arasında görüş keçirilmiş, iki ölkə arasında əməkdaşlığın vəziyyəti və gələcək inkişaf 

perspektivl

əri müzakirə olunmuşdur. 

İki  ölkə  arasında  aqrar-sənaye kompleksi sahəsində  ikitərəfli  əməkdaşlığın 

inkişaf etdirilməsi məqsədilə aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur: 

-

 

“Azərbaycan  Respublikası  Hökuməti  və  Serbiya  Respublikası  Hökuməti 



arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması; 

-

 



yüksək  məhsuldar,  xəstəlik  və  zərərvericilərə  qarşı  davamlı  dənli  bitkilər, 

kartof, tərəvəz, meyvə sortlarının və genetik materialların mübadiləsi, yeni 

sortların qarşılıqlı ekoloji sınaqlarının keçirilməsi; 

-

 



üzümçülük  və  şərabçılığın  inkişafı  ilə  bağlı  müştərək  müəssisələrin 

yaradılması; 



16 

 

-



 

üzüm tinglərinin yetişdirilməsi sahəsində Serbiya təcrübəsinin öyrənilməsi; 

-

 

iki ölkənin müvafiq qurumları arasında fitosanitariya sahəsində informasiya 



və təcrübə mübadiləsinin aparılması; 

-

 



aqrar yönümlü elmi-

tədqiqat  və  ali  təhsil  müəssisələrinin  əməkdaşlıq 

əlaqələrinin yaradılması.  

 

Az



ərbaycan və Tacikistan respublikaları arasında 

aqrar sah

əyə dair əməkdaşlıq 

 

Az

ərbaycan Respublikası və Tacikistan Respublikası arasında kənd təsərrüfatı 



v

ə  aqrar emal məhsullarının  ticarəti sahəsində  əməkdaşlıq  əlaqələri davam etdirilir. 

2011-ci ild

ə Tacikistan Respublikasından ölkəmizə 156,2 min ABŞ dolları dəyərində 

t

ərəvəz məhsulları, qurudulmuş meyvə, təbii bal və digər kənd təsərrüfatı məhsulları 



idxal edilmişdir. Ölkəmizdən Tacikistan Respublikasına isə 8682,8 min ABŞ dolları 

d

əyərində bitki yağları, şəkər tozu, meyvə-tərəvəz konserv məhsulları  və digər aqrar 



istehsal m

əhsulları ixrac olunmuşdur. 

Az

ərbaycan Elmi-Tədqiqat  Pambıqçılıq  İnstitutu  və  Tacikistan Kənd 



T

əsərrüfatı  Elmləri  Akademiyası  Əkinçilik  İnstitutunun  alimləri  arasında  elmi-

metodik c

əhətdən mövzu planlarına dair fikir mübadiləsi, elmi məqalələrə qarşılıqlı 

r

əylərin verilməsi və  digər sahələrdə  məsləhətləşmələr səviyyəsində  əməkdaşlıq 



mövcuddur.  

Ölk


ələrimiz arasında aqrar-sənaye kompleksi sahəsində ikitərəfli əməkdaşlığın 

inkişaf  etdirilməsi məqsədilə  “Azərbaycan  Respublikası  Hökuməti və  Tacikistan 

Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və 

“Az


ərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 

bitki karantini v

ə  mühafizəsi sahəsində  əməkdaşlıq haqqında Saziş”  layihələri  qarşı 

t

ərəfə göndərilmişdir.  



 

Az

ərbaycan və Türkiyə Respublikaları arasında 

aqrar sah

əyə dair əməkdaşlıq 

 

İki  ölkə  arasında  kənd təsərrüfatı  sahəsində  əməkdaşlıq  əlaqələri getdikcə 

inkişaf  etməkdədir və  əməkdaşlığı  genişləndirmək üçün potensial imkanlar 

mövcuddur. 

Az

ərbaycandan Türkiyəyə  2011-ci ildə  14  milyon  785  min  ABŞ  dolları 



d

əyərində  ərzaq və  kənd təsərrüfatı  məhsulları,  o  cümlədən  gön,  pambıq,  emal 

olunmuş  meyvə-tərəvəz məhsulları,  yağlı  toxum  və  meyvələr, dərman bitkiləri, 

heyvan m


ənşəli kənd təsərrüfatı məhsulları ixrac edilmiş, Türkiyədən ölkəmizə isə 58 

milyon  305  min  ABŞ  dolları  dəyərində  əsasən süd məhsulları,  təbii bal, meyvə-

t

ərəvəz və  qoz-fındıq  məhsulları,  taxıldan,  undan  və  nişastadan  alınan  hazır 



m

əhsullar, emal olunmuş meyvə-tərəvəz məhsulları idxal olunmuşdur.   



17 

 

Az



ərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əsasən 

Az

ərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi çərçivəsində həyata keçirilir.  



İki  ölkə  arasında  kənd təsərrüfatı  sahəsində  əməkdaşlığın  möhkəm hüquqi 

bazası  yaradılmışdır.  2005-ci ildə  “Azərbaycan  Respublikası  Hökuməti və  Türkiyə 

Respublikası  Hökuməti  arasında  baytarlıq  sahəsində  əməkdaşlıq  haqqında  Saziş” 

imzalanmış  və  bu  Sazişin  müddəalarına  uyğun  olaraq  baytarlıq  nəzarətində  olan 

yükl

ərin idxal-ixracı  məqsədilə  tərəflərin dövlət  baytarlıq  təşkilatları  arasında 



baytarlıq sertifikatları razılaşdırılaraq imzalanmış, informasiya və təcrübə mübadiləsi 

h

əyata keçirilir. 



“Az

ərbaycan  Respublikası  Hökuməti və  Türkiyə  Respublikası  Hökuməti 

arasında  bitki  mühafizəsi və  karantini sahəsində  əməkdaşlıq  haqqında  Saziş” 

imzalanmışdır. 

İki  ölkə  arasında  tərəfdaşlığın  ən yüksək  formatı  olan  Azərbaycan-Türkiyə 

Yüks


ək Səviyyəli Strateji Tərəfdaşlıq  Şurasının  Azərbaycanda (Qəbələ  şəhərində) 

keçirilmiş  iclasında  Azərbaycan  Respublikası  Hökuməti və  Türkiyə  Respublikası 

Hökum

əti  arasında  “Azərbaycan-Türkiyə  Toxumçuluq və  Araşdırma  Birgə 



əssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol imzalanmışdır.  

Protokolun  icrası  istiqamətində  əməli tədbirləri müzakirə  etmək məqsədilə 

Xaşmaz  rayonunda  yerləşən  Azərbaycan-Türkiyə  Toxumçuluq və  Araşdırma  Birgə 

əssisəsinin model təsərrüfata cevrilməsi üçün görüləcək  konkret  işlər barədə 



müzakir

ələr aparılmışdır. 

 

Az

ərbaycan Respublikası və Türkiyə Respublikası arasında 

k

ənd təsərrüfatı sahəsində əməkdaşlıq 

 

“Az



ərbaycan  Respublikasının  Kənd Təsərrüfatı  Nazirliyi  və  Türkiyə 

Respublikasının  Ərzaq,  Kənd Təsərrüfatı  və  Heyvandarlıq  Nazirliyi  arasında 

əməkdaşlıq haqqında Saziş”in hazırlanması imkanlarına baxılması; 

Az

ərbaycanda toxumçuluq sisteminin gücləndirilməsi  məqsədilə  mütəxəssis 



mübadil

əsinin və qarşılıqlı səfərlərin həyata keçirilməsi; 

Ekoloji t

əmiz kənd təsərrüfatı  məhsullarının  istehsalı,  sertifikatlaşdırılması  və 

marketinqinin t

əşkili üzrə məlumat mübadiləsi;  

K

ənd təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı  sahəsində  fəaliyyət göstərən 



t

əsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi;  

Toxumçuluq, tingçilik v

ə  yeni  seleksiya  sortlarının  sınağı  sahəsində  təcrübə 

mübadil

əsi; 


K

ənd təsərrüfatı  heyvanlarının  süni  mayalama  mərkəzlərinin fəaliyyət 

mexanizmi,  damazlıq  və  seleksiya  işlərinin  qurulması,  heyvanların  qeydiyyatı 

sah


əsində təcrübə mübadiləsi; 

H

ər iki ölkənin aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələri arasında  



əməkdaşlıq əlaqələrinin yaradılması. 

18 

 

 



Az

ərbaycan və Türkmənistan respublikaları arasında 

aqrar sah

əyə dair əməkdaşlıq 

 

Ölk



ələrimiz  arasında  iqtisadiyyatın  digər sahələri ilə  yanaşı  aqrar-sənaye 

kompleksi istiqam

ətində  də  əməkdaşlıq  əlaqələri  inkişaf  edir.  2010-cu ildə 

Türkm


ənistandan ölkəmizə  39,5  min  ABŞ  dolları  dəyərində  81,5 ton meyvə 

m

əhsulları  idxal  olunmuşdur.  Ölkəmizdən Türkmənistana isə  18140,1  min  ABŞ 



dolları dəyərində 29091,1 ton tərəvəz, konserv və digər aqrar istehsal məhsulları ixrac 

olunmuşdur. 

Cari  ilin  9  ayında  ölkəmizdən Türkmənistana  10979.4  min  ABŞ  dolları 

d

əyərində  16801.9 ton tərəvəz, konserv məhsullar, sitrus meyvələrindən cemlər, 



mür

əbbələr və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur. 

Beyn

əlxalq konfrans, simpozium və digər tədbirlərdə hər iki ölkənin aqrar sahə 



aliml

ərinin  iştirakı  zamanı  aqrar  elmin  aktual  məsələlərinə  dair informasiya 

mübadil

əsi aparılır. 



 Az

ərbaycan  Respublikası  və  Türkmənistan  arasında  aqrar  sahədə  əməkdaşlıq 

əlaqələrinin daha da genişləndirilməsi məqsədilə: 

-  “Az


ərbaycan  Respublikası  Hökuməti və  Türkmənistan  Hökuməti  arasında 

baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi; 

-  “Az

ərbaycan  Respublikası  Hökuməti və  Türkmənistan Hökuməti  arasında 



bitki karantini v

ə  mühafizəsi sahəsində  əməkdaşlıq  haqqında  Saziş”  layihəsi 

hazırlanıb aidiyyəti üzrə təqdim edilmişdir.  

 

 

 

 

 

Az

ərbaycan və Ukrayna respublikaları arasında 

aqrar sah

əyə dair əməkdaşlıq 

 

Az

ərbaycan  Respublikasının  Kənd Təsərrüfatı  Nazirliyi  tərəfindən  qarşılıqlı 



əməkdaşlıq  əlaqələrinin  inkişaf  etdirilməsi istiqamətində  müəyyən tədbirlər həyata 

keçirilir. 

2011-ci ild

ə  Ukraynadan ölkəmizə  139,8  mln  ABŞ  dolları  dəyərində  ət-süd 

m

əhsulları, buğda, toxum, təmizlənmiş qoz, tütün, heyvan mənşəli piy və yağlar və 



dig

ər kənd təsərrüfatı məhsulları idxal edilmişdir. Ölkəmizdən Ukraynaya isə 7,0 mln 

ABŞ  dolları  dəyərində  faraş  tərəvəz, meyvə,  sitrus,  fındıq,  çay,  meyvə-tərəvəz 

konservl


əri və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur. 

Aqrar t


əmayülli Elmi-Tədqiqat  İnstitutları  arasında    elmi-texniki sahədə 

əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. 



19 

 

2006-



cı  ilin  07  sentyabr  tarixində  Bakı  şəhərində  imzalanmış  “Azərbaycan 

Respublikasının  Kənd Təsərrüfatı  Nazirliyi  ilə  Ukraynanın  Aqrar  Siyasəti Nazirliyi 

arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 

Saziş”in  müddəalarına  uyğun  olaraq  tərəflərin elmi-tədqiqat müəssisələri  taxıl  və 

şəkər  çuğunduru  bitkilərinin  genetik  materiallarının  mübadiləsini,  yeni  sortların 

qarşılıqlı sınağını və informasiya mübadiləsini davam etdirirlər. 

Buğda və Qarğıdalının Seleksiyası üzrə Beynəlxalq Mərkəzin (ЪИММЙТ) və 

ABŞ-ın Oreqon Dövlət Universitetinin  buğda nümunələrinin öyrənilməsi üzrə birgə 

t

əşkil  etdikləri  Şərqi  Avropa  sortları  pitomnikində  olan Ukrayna mənşəli  buğda 



nümun

ələri Azərbaycan Elmi-Tədqiqat  Əkinçilik  İnstitutu  tərəfindən respublikanın 

bölg

ələrində öyrənilir. 



Az

ərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi  İnstitutu  ilə  Ukrayna Elmlər 

Akademiyasının  «Biotexnika»  Mühəndis  Texnologiya  İnstitutu  arasında  əməkdaşlıq 

əlaqələri davam etdirilir.  

01 mart 2012-ci il tarixind

ə  Ukraynanın  Krım  vilayətində  Azərbaycan 

Respublikasının  Kənd Təsərrüfatı  Nazirliyi  ilə  Ukraynanın  Milli  Akademiyasının 

“Maqaraç” Üzüm v

ə  Şərabçılıq  İnstitutu  arasında    tinglik,  üzümçüıük  və  şərabçılıq 

sah


əsində  əlaqələrin möhkəmləndirilməsi barədə  niyyət protokolu imzalanmışdır. 

Protokolda Az

ərbaycanda üzümçülük və  şərabçılıq  sahəsinin normativ-hüquqi 

bazanın təkmilləşdirilməsi, texnoloji təlimatların və  standartların yenidən işlənməsi, 

yüks

ək  ixtisaslı  elmi  kadırların  hazırlanması,  sertifikatlaşmış  əkin  materialının 



istehsalı,  üzümdən bioloji aktiv yeyinti məhsullarının  hazırlanması  üzrə  müştərək 

əssisələrin yaradılması  öz əksini tapmışdır. 



K

ənd təsərrüfatının  maddi-texniki  bazasının  möhkəmləndirilməsi və 

fermerl

ərin lizinq əsasında kənd təsərrüfatı texnikaları ilə təmin olunması məqsədi ilə 



“Aqrolizinq” ASC t

ərəfindən 2006-cı ildən başlayaraq Ukraynadan 3,47 mln  manat 

d

əyərində 120 ədəd BОRЕХ-2102 markalı ekskavator və 19,6 mln manat dəyərində 



54,2 min ton superfosfat gübr

əsi alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının 

istifad

əsinə verilmişdir. 



Az

ərbaycan  Respublikasının  Kənd Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 

Fitosanitar N

əzarəti Xidməti ilə Ukrayna Aqrar Siyasəti Nazirliyinin Baş Dövlət Bitki 

Karantini Müf

əttişliyi  arasında  müntəzəm olaraq məlumat  və  təcrübə  mübadiləsi 

aparılır,  karantin  zərərli orqanizmlərin ölkələrimizin  ərazilərinə  daxil  olmasının 

qarşısını almaq məqsədilə müvafiq fitosanitar tədbirləri həyata keçirilir. 

“Az

ərbaycan  Respublikası  Hökuməti və  Ukrayna Nazirlər  Kabineti    arasında 



bay

tarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi qarşı tərəfə göndərilmişdir.  

Ukrayna v

ə Azərbaycan Respublikasının Dövlət Baytarlıq Xidmətləri arasında 

heyvanların  təhlükəli yoluxucu xəstəliklərinin vəziyyəti  haqqında  davamlı  olaraq 

m

əlumat mübadiləsi aparılır.  



 

Az

ərbaycan və Yaponiya arasında aqrar sahədə əməkdaşlıq 

20 

 

 

Yaponiya hökum

ətinin dəstəyi ilə Azərbaycanda  həyata keçirilən “Aztəminatlı 

fermerl

ər üçün ərzaq təhlükəsizliyi layihəsi”nin  (2KR)  davamlılığının  davam 



etdirilm

əsi məqsədilə  “Yaponiya texniki əməkdaşlıq üçün qrant yardımı”, “Yaponiya 

qrant  yardımı”  və  “Aztəminatlı  fermerlərə  qrant  yardımı”  layihələri  hazırlanmış  və 

Yaponiya t

ərəfinə təqdim etmək üçün Nazirlər Kabinetinə göndərilmişdir. 

İki  ölkə  arasında  “Aztəminatlı  fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi”  

ç

ərçivəsində Azərbaycan Respublikası Hökuməti və Yaponiya hökuməti arasında 06 



aprel 2011-

ci  il  tarixli  Qrant  Razılaşmasına  əsasən Yaponiya hökuməti tərəfindən 

ayrılmış  260  milyon  yen  məbləğində  vəsait  hesabına  29  ədəd  taxılyığan kombayn 

alınaraq  Azərbaycana gətirilmiş  və  həmin  texnikaların  təqdimat mərasimi 

keçirilmişdir. 

2006-2011-ci ill

ər  ərzində  Azərbaycan  Respublikası  Hökuməti ilə  Yaponiya 

hökum


əti  arasında  əməkdaşlıq  çərçivəsində  Yaponiya hökumətinin  ayırdığı  qrant 

hesabına  respublikaya gətirilmiş  3,6  mln.  manat  dəyərində  85  ədəd SR-2035 və  5 

ədəd TC-5040 markalı taxılyığan kombayn, Tərəfdaşlıq Fondu hesabına alınmış 1,16 

mln. manat d

əyərində  30  ədəd AF-6150, 2.64 mln. manat dəyərində  28  ədəd 

taxılyığan kombayn, 1,06 mln. manat dəyərində 40 ədəd YTO-1204 markalı traktor və 

0,88 mln. manat d

əyərində  177  ədəd müxtəlif təyinatlı  kənd təsərrüfatı  texnikaları 

“Aqrolizinq” ASC t

ərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə 

verilmişdir. 

 2011-ci ild

ə  keçirilmiş  tender  nəticəsində  Yaponiya hökuməti ilə 

razılaşdırılaraq  Tərəfdaşlıq  Fonduna  toplanmış  1410  min  manat  məbləğində  vəsait 

hesabına  10  ədəd  taxılyığan  kombayn  və  167  ədəd müxtəlif kənd təsərrüfatı 

texnikaları alınmışdır.  



3.2. Az

ərbaycan Respublikasının aqrar saəyə dair  

beyn

əlxalq təşkilatlarla əməkdaşlığı  

 

Respublikada  ardıcıl  həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 



ölk

əmizin aqrar sahəsi təşkilatları bir çox nüfuzlu beynəlxalq regional təşkilatların 

üzvü 

olmuş, bu təşkilatlarla və inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlıq qurmuş 



v

ə əlaqələr getdikcə genişlənməkdədir. 

Aparılan fəaliyyət nəticəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 

(FAO), Beyn

əlxalq Kənd Təsərrüfatının  İnkişafı  Fondu  (İFAD),  Beynəlxalq 

Epizootik  Büro  (OİE),  Dünya  Bankı,  Avropa  Birliyi,  Qara  Dəniz  İqtisadi 

Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), İslam İnkişaf Bankı, 

Avropa Yenid

ənqurma və  İnkişaf  Bankı,  Asiya  İnkişaf  Bankı,  Alman  Texniki 

Əməkda.lıq  Cəmiyyəti (GTZ),  Türk  İşbirliyi  və  Kalkınma  Ajansı  (TİKA), 

Hollandiyanın  Mərkəzi Avropa və  Şərqi Avropa Ölkələri  üçün  PSO  Proqramı, 

Yaponiya Hökum

ətinin 2 KR Proqramı, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq  

İnkişaf Agentliyi (USAİD), Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq 

D

ənizi Təşkilaı (EPPO), Beynəlxalq Pestisidlər Assosiasiya (İHPA), Qlobal Ətraf 



Mühit

ə  Kömək Agentliyi (GEF) və  bir çox beynəlxalq təşkilatlar,  mərkəzlər və 

agentlikl

ərlə səmərəli əlaqələr qurulmuşdur. 

 


3.3. K

ənd Təsərrüfatı Nazirliyi təşkilatlarının beynəlxalq əlaqələri 

 

Aqrar Elm M

ərkəzində beynəlxalq əlaqələr 

 

Milli K


ənd Təsərrüfatı  Tədqiqatları  Sisteminin  Mərkəzi  İdarəetmə  orqanı 

kimi K


ənd Təsərrüfatı  Nazirliyinin  Aqrar  Erlm  Mərkəzi  çıxış  edir.  Elmi 

araşdırmalar  2  xətt üzərində  qurulur:  ET  İnstitutları  və  Regional Aqrar Elm 

M

ərkəzləri. 



Hazırda  Aqrar  Elm  Mərkəzinin tabeliyində  respublikanın  müxtəlif 

bölg


ələrində  fəaliyyət  göstərən 14 elmi-tədqiqat  institutu,  onların  40-a  yaxın 

t

əcrübə bazası (təcrübə stansiyası, dayaq məntəqəsi, yardımçı təcrübə təsərrüfatı və 



s.) v

ə 8 regional aqrar-elm mərkəzləri var. 

Az

ərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi 



f

əaliyyətə  başladığı  ilk  vaxtdan  beynəlxalq  əməkdaşlıq  əlaqələrinin 

genişləndirilməsinə  böyük önəm  vermiş  və  bu istiqamətdə  bir  sıra  uğurlara  nail 

olmuşdur. 

Az

ərbaycan Aqrar Elm Mərkəzi ilə  İCARDA  arasında  əməkdaşlığa  dair 



bağlanmış  müqaviləyə  uyğun  olaraq  Mərkəz 1998-ci ildən “Mərkəzi Asiya  və 

C

ənubi Qafqaz ölkələrində Kənd Təsərrüfatının Davamlı İnkişafı üzrə Əməkdaşlıq 



Proqramı”na  qoşulmuşdur.  Proqramda  CGİAR  konsorsiumuna  daxil  olan  9 

beyn


əlxalq mərkəz, o cümlədən  CİMMYT,  CİP,  İCARDA,  İCRİSAT,  İFPRİ, 

İLRİ,  “Bioversity  international”  və  İWMİ,  həmçinin Mərkəzi  Asiya və  Cənubi 

Qafqaz

ın 8 ölkəsi iştirak edir. Proqramın məqsədi bölgədə mövcud olan tədqiqat 



institutlrı arasında, eləcə də milli tədqiqat sistemləri ilə beynəlxalq elm mərkəzləri 

arasında  əməkdaşlıq  yaratmaqla  həmin ölkələrdə  aqrar sahədə  aparılan 

t

ədqiqatların  gücləndirmək  və  kənd təsərrüfatında  davamlı  inkişafına  nail 



olmaqdır. 

Proqram  seleksiya  materialı  mübadiləsi,  kadr  hazırlığı,  həmçinin Milli 

müt

əxəssislərin müxtəlif beynəlxalq və regional seminarlarda iştirakını dəstəkləyir. 



Bu proqramın icrası çərçivəsində: 

ET 


Əkinçilik  İnstitutu  tərəfindən iqlim dəyişkənliyinin kənd təsərrüfatına  

t

əsirinin  yumşaldılması  taxıl  bitkilərinin xəstəliklərə  davamlı  yeni  sortlarının 



yaradılması  məqsədi ilə hər il beynəlxalq elm mərkəzlərindən minlərlə seleksiya 

materialları  alınaraq  yerli  şəraitdə  sınaqdan  keçirilir  və  qiymətli təsərrüfat 

əlamətlərinə malik nümunələr seçilərək seleksiya işlərində istifadə olunur. 

ET  Əkinçilik  İnstitutu  tərəfindən  CİMMYT  –  Türkiyə  -  İCARDA  ilə 

əməkdaşlıq  proqramı  çərçivəsində  buğdanın  “Əzəmətli-95”, “Nurlu-99”, 

“Qobustan”,  arpanın  “Baharlı”,  tritikalenin  “Şirvan”,  noxudun  “Nərmin” və 

m

ərciməyin  “Arzu”  sortları  yaradılaraq  rayonlaşdırılmışdır  ki,  respublika  üzrə 



onların əkin sahəsi hər il 350 min hektardan çox təşkil edir. Aqrar Elm Mərkəzi 

yaradıldıqdan  sonra  yeni  texnologiyaların  respublikaya  gətirilməsi və  onun  

t

ətbiqinin genişləndirilməsinə diqqət artırılmışdır. Belə ki, ET Əkinçilik İnstitutu 



t

ərəfindən taxılın “tirəyə səpini” texnologiyası üzrə təcrübələr genişləndirilmiş və 

T

ərtər, Samux, Xaçmaz və  Dəvəçi  rayonlarında  bu  texnologiya  ilə  əkin sahəsi 



ilb

əil artırılmaqdadır. 



 

 



 

Quba RAEM-l

ə Fransanın Luare Kənd Təsərrüfatı Palatası arasında həyata 

keçiril


ən “Frazer” layihəsi çərçivəsində  respublikamıza  son  illər 4 virussuz 

calaqaltı forması, 12 alma, 5 gilas, 2 armud sortu introduksiya olunmuş, calaqaltı 

formaları ilə RAEM ərazisində 1,6 hektar sahədə calaqaltı anaclığı və alma sortları 

il

ə  4,5 hektar sahədə  çiliklik  ana  bağları  salınmışdır.  RAEM  əməkdaşlarının 



yaxından  köməyi ilə  Quba  –  Xaçmaz bölgəsində, fermer təsərrüfatlarında  qərb 

texnologiyası  ilə  2008  –  2012-ci illərdə  600 hektardan çox intensiv tipli meyvə 

bağları salınmışdır ki, bu da bölgədə məhsuldarlığın mövcud bağlara nisbətən 2-3 

d

əfə artırılmasına imkan verir. 



Ç

əltikçiliyin region üçün prioritet sahə  olduğunu  nəzərə  alaraq Lənkəran 

RAEM-d

ə  Mərkəzi Asiya, İran və  Yaponiyadan gətirilmiş  çəltik  sortlarının  yerli 



şəraitdə  sınaqları  keçirilmişdir.  Mərkəzi Asiya Respublikalarından  introduksiya 

olunmuş 11 şəltik sortundan bölgələrin torpaq-iqlim şəraitinə uyğun gələn 2 sort 

(İstiqol,  Avanqard)  Seleksiya  Nailiyyətlərinin  Sınağı  və  Mühafizəsi üzrə  Dövlət 

komissiyası tərəfindən rayonlaşdırılmışdır. RAEM-in şəltikçiliklə bağlı Krasnodar 

İnstitutu  və  yeni  yaradılmış,  baş  ofisi  İran  İslam  Respublikasının  Rəşt  şəhərində 

yerl


əşən Çəltikçilik üzrə  regional Tədqiqat və  Təlim Mərkəzi ilə  əməkdaşlıq 

əlaqələri mövcuddur. 

Respublikada 

ətlik-südlük-yunluq istiqamətli  qoyunçuluğun  inkişaf 

etdirilm

əsi məqsədilə  Türkiyədən gətirilmiş  Avasi  qoyun  cinsi  üzərində  ET 

Heyv

andarlıq İnstitutunda tədqiqatlar aparılır. 



 ET Yemçilik, Ç

əmənçilik və Otlaqlar İnstitutu 2010 – 2012-ci illərdə FAO-

nun Az

ərbaycanda həyata  keçirdiyi  “Otlaqların  dayanıqlı  idarə  edilməsi” 



layih

əsində  iştirak  edərək  100  hektar  qış  və  50  hektar  yay  otlağında səthi 

yaxşılaşdırma    işləri  aparmış  və  həmin sahənin bitki örtüyünün 100 faiz bərpa 

edilm


əsinə nail olmuşdur. 

 Az


ərbaycan Aqrar Elm Mərkəzi ilə  Rusiya  federasiyasının  “Sibirskiy 

aqropromışlennıy dom” Açıq Səhmdar Cəmiyyəti arasında 2008-ci ildə başlanmış 

müqavil

ə  əsasında  ET  Əkinçilik  İnstitutunun  Qobustan  Bölgə  Təcrübə 



Stansiyasında  “Lider-2,5  N”  markalı  kombinəedilmiş,  enerjiyə  qənaət edən 

torpaqbec

ərən  aqreqatın  səmərəliliyini müəyyənləşdirmək məqsədilə  təsərrüfat 

sınaqları həyata keçirilmişdir. 

Az

ərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik  İnstitutu  ilə  Dünya Tərəvəzçilik 



M

ərkəzi (Tayvan) və  Beynəlxalq Kartofçuluq Mərkəzi  (Peru)  arasında  mövcud 

əməkdaşlıq çərçivəsində Respublikamıza tərəvəz və kartof bitkilərinin 100-dən çox 

sort nümun

əsinin toxumları gətirilmiş və institutun baza təcrübə təsərrüfatlarında 

sınaqdan  keçirilmişdir.  Aparılan  tədqiqatlar  əsasında  yaradılmış  1  pomidor  sortu 

(“Alsu”) Seleksiya Nailiyy

ətlərinin  Sınağı  və  Mühafizəsi üzrə  Dövlət 

Komissiyasına təqdim edilmişdir. 

Kartof  toxumçuluğu  sahəsində  FAO-ya təqdim  olunmuş  layihə  təsdiq 

edilmiş və ET Tərəvəzçilik İnstitutunun iştirakı ilə 2013-cü ildə həmin layihənin 

h

əyata keçirilməsinə başlanacaqdır. 



ET Üzümçülük v

ə  Şərabçılıq  İnstitutu  Qafqaz  və  qara Dəniz hövzəsinin 

Şimal  zonasında  “Üzümün  genetik  ehtiyatlarının  qorunub  saxlanılması”  layihəsi 


 

 



 

ç

ərçivəsində  Beynəlxalq Biomüxtəliflik  (Bioversity  İnternational)  Mərkəzi ilə, 



h

əmçinin beynəlxalq proqram çərçivəsində  Yunanıstan,  İtaliya,  Ukrayna  və 

Gürcüstanın  müvafiq  qurumları  ilə  əməkdaşlıq  edir  İnstitutda  hazırlanmış 

“M

ədrəsə”  şərabı  2011-ci  ilin  iyul  ayında  Yalta  şəhərində  Krım  Şərabçılıq 



İttifaqının təşkil etdiyi “Qızıl Qrifon” beynəlxalq şərab müsabiqəsində qızıl medala 

layiq görülmüşdür, İnstitutun direktoru isə “Qızıl Medal”la təltif edilmiş və ilin ən 

yaxşı şərabçısı Fəxri Diplomunu almışdır. 

ET İpəkçilik İnstitutu Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası, İpəkçilik 

v

ə Əkinçilik Təcrübə Stansiyası və Gürcüstan ET İpəkçilik İnstitutu ilə əməkdaşlıq 



edir. 

ET Bitki Mühafiz

əsi  İnstitutu  ilə  Ukrayna EA-nın  “Biotexnika”  Mühəndis  

Texnologiya v

ə  Moldova  Respublikasının  Bitki  Mühafizəsi və  Ekoloji  Əkinçilik 

institutları arasında bioloji mübarizə sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. 

ET  Bağçılıq  və  Subtropik Bitkilər  İnstitutunun  Abşeron  Təcrübə 

Stansiyasında  Türkiyədən gətirilmiş  5,  Suriyadan  gətirilmiş  3  zeytun  sortu 

üz

ərində tədqiqatlar davam etdirilmiş, onların tingçiliyi ilə məşğul olunmuşdur. 



ET  Baytarlıq  İnstitutu  ilə  K.İ.Skryabin  adına  Moskva  Dövlət  Baytarlıq 

Akademiyası  və  Ümumrusiya  ET  Patologiya  İnstitutu  arasında  əməkdaşlıq  

əlaqələri mövcuddur. 

Dövl


ət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu ilə Moskva şəhərində 

yerl


əşən  Baytarlıq  Preparatlarına  Elmi  Nəzarət  İnstitutu  arasında  əməkdaşlıq 

əlaqələri mövcuddur. 

ET K

ənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Avropa Qonşuluq 



Siyas

əti  Şərq məkanında  ərzaq təhlükəsizliyi üzrə  qərarların  qəbul edilməsinin 

yaxşılaşdırılması üçün məlumat sistemləri üzrə AB/FAO Proqramı (2010 – 2013) 

ç

ərçivəsində  monitorinq  sisteminin  yaradılması  istiqamətində  mühüm  addımlar 



ataraq  respublikamızın  üç  bölgəsində  belə  bir  sistemin  yaradılmasına  nail 

olmuşdur.  İnstitut  həmçinin kənd təsərrüfatı  iqtisadiyyatı  sahəsində  MDB 

ölk

ələrindən müvafiq tədqiqat institutları ilə əməkdaşlıq edir. Yeni bitki Sortlarının 



Mühafiz

əsi üzrə Beynəlxalq Birliyə (UPOV) üzv olmaq istiqamətində Aqrar Elm 

M

ərkəzi tərəfindən ardıcıl iş aparılmış, 2004-cü il dekabr ayının 9-da Azərbaycan 



Respublikası  UPOV-ə  qəbul edilməklə  bu mötəbər qurumun 58-ci  tamhüquqlu 

üzvü olmuşdur. 

Az

ərbaycan Kənd Təsərrüfatı  Nazirliyi  ilə  Türkiyə  Cümhuriyyəti 



Başnazirlik  Türk  Əməkdaşlıq  və  İnkişaf  idarəsi Bakanlığı  (TİKA)  arasında 

bağlanmış müqavilə əsasında 2001-ci ilin may ayında Xaçmaz rayonundakı keçmiş 

“28 may” 

DKTİM-in  bazasında  “Azərbaycan  –  Türkiyə  Toxumçuluq  Araşdırma 

Ortaq Mü

əssisəsi”nin  yaradılması  Aqrar  Elm  Mərkəzi ilə  Türkiyənin müvafiq 

t

əşkilatı  arasında  əməkdaşlığın  yeni  mərhələsinə  başlanılmışdır.  Hazırda  həmin 



əssisədə hər il 700 – 750 ton toxumu istehsal olunur. 

CGİAR-ın Rəhbər Komitəsinin 7-ci toplantısı 2004-cü il iyun ayının 6 – 8-

d

ə  Bakıda  keçirildi.  Toplantıda  9  beynəlxalq təşkilatın  rəhbərləri və  8 ölkənin 



K

ənd Təsərrüfatı  Elmi-Tədqiqat Sisteminin məsul  şəxsləri  iştirak  etmişdir. 

Toplantıda  CGİAR-ın  Mərkəzi Asiya və  Cənub Qafqaz ölkələrində  Kənd 


 

 



 

T

əsərrüfatının  Davamlı  İnkişafı  üzrə  Əməkdaşlıq  Proqramının  gedişi  müzakirə 



olunmuşdur.  Toplantı  iştirakçıları  Azərbaycanda həyata keçirilən seleksiya 

proqramı  ilə  yaxından  tanış  olmaq  üçün  ET  Əkinçilik  İnstitutunun  Abşeron  və 

Qobustan t

əcrübə  stansiyalarına  səfər  etmiş,  bu  sahədə  əldə  olunan nailiyyətləri 

çox yüks

ək qiymətləndirilmişdir. 

İkinci  Kənd Təsərrüfatının  İnkişafı  və  Kreditləşdirilməsi Layihəsi 

ç

ərçivəsində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun modernləşdirilməsi 



proqramı  başa çatmışdır. Proqram çərçivəsində institutun bütün laboratoriyaları ən 

müasir avadanlıq və cihazlarla təmin edilmişdir. 

Az

ərbaycan 2000-ci ildə  kənd təsərrüfatı  tədqiqatları  sahəsində  regional 



əməkdaşlığı  inkişaf etdirmək məqsədi ilə  yaradılmış  Mərkəzi Asiya və  Cənubi 

Qafqaz Ölk

ələri Elmi Tədqiqat İnstitutları Assosiasiyasının (CACAARİ) üzvüdür. 

Assosiasiya R

əhbər Komitə tərəfindən idarə olunur. Rəhbər Komitəyə sədrlik iki il 

müdd


ətinə səsvermə yolu ilə seçilmiş üzv dövlət tərəfindən həyata keçirilir. 2013-

cü ilin 


əvvəllərində keçirilmiş səsvermənin nəticəsinə görə Azərbaycan növbəti iki 

il müdd


ətinə  Rəhbər Komitəyə  sədrlik edəcək.  Yarandığı  gündən etibarən 

CACAARİ  Mərkəzi Asiya və  Cənubi Qafqaz ölkələri Kənd Təsərrüfatı  üzrə 

Qlobal Forumda (GFAR), K

ənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərət 

Qrupunda  (CGİAR),  Quraq  Ərazilərdə  Kənd Təsərrüfatı  Tədqiqatları  üzrə 

Beyn


əlxalq Mərkəzdə  (İCARDA),  Pambıqçılıq  üzrə  Regionlararası  Şəbəkədə 

(İNCANA)  və  Qafqaz ölkələri üzrə  Regional Kənd Təsərrüfatı  İnformasiya 

Sistemind

ə (CAC-RAİS) təmsil edir. 

Aqrar Elm M

ərkəzi FAO-nun texniki əməkdaşlıq  proqramı  (TCP) 

ç

ərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən “Azərbaycan, 



Qazaxıstan, 

Türkmənistan və 

Özb

əkistan 


suvarılan 

ərazilərində 

resursmühafiz

əedici  əkinçilik” (2011 –  2013), “Azərbaycan və  Türkiyə  Qlobal 

Əhəmiyyətli Kənd Təsərrüfatı  İrsi  Sistemlərin  (QƏKİS)  Müəyyən Edilməsi, 

Qiym


ətləndirilməsi və  İnkişaf  Etdirilməsi” (2012 –  2013) mövzusunda həyata 

keçiril


ən regional layihələrdə iştirak etmişdir. 

 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin