Gürcüstanın kənd təsərrüfatı
Ərazisi 57,2 min km
2
,
əhalisi 4,4 milyon nəfərdir. 2011-ci ildə Gürcüstanın
ÜDM 24,3 milyard
ABŞ dolları və ya əhalinin hər nəfərinə 5523 ABŞ dolları təşkil
etmişdir; inflyasiya səviyyəsi təxminən 10 faiz, işsizliyin səviyyəsi 16,5 faiz
olmuşdur. Ekspertlərin qiymətləndirməsinə görə 2010-cu ilin dördüncü rübündə
işsizlik 20 faiz təşkil etmişdir. Gürcüstanın iqtisadiyyatının əsas faktoru xarici
dövlətlərdən ölkəyə yönəldilən kreditlər, investisiyar, qrantlar, pul köçürmələri və
s.
ibarətdir. Sənayenin mühüm sahaləri arasında qida, çay, şərab və konyak,
mineral sular, efir
yağlı bitkilər, meyvə-tərəvəz konservlərinin istehsalı, ipək, yun,
pambıq parça, trikotaj, tikiş və ayaqqabı istehsalı, qara və rəngli metallurgiya
mövcuddur.
Sənaye müəssisələrinin xeyli hissəsi ya dayandırılıb, ya da ki, qismən
işləyir.
Kənd təsərrüfatına yararlı sahələr ölkə ərazisinin təxminən 16 faizini təşkil
edir. Çay
və sitrus plantasiyaları, üzümlüklər daha böyük əhəmiyyətə malikdir.
Lakin
kənd təsərrüfatı dövriyyəsinə yararlı torpaqların sahələri becərilmə
mədəniyyətinin aşağı düşməsi, gübrələrin xroniki çatışmazlığı və s. səbəbindən
azalır. Ölkənin dənli bitkilərlə təmin edilməsində vəziyyət ürəkaçan deyil. Aqrar
istehsal istehlak
edilən çörəyin 1/3 hissəsindən artıq istehsal etmək gücündə deyil,
bu da
taxılın idxal edilməsinə şərait yaradır.
2008-ci
ildə Gürcüstanın kənd təsərrüfatı məhsullarının həcmi 1,5 milyard
ABŞ dolları təşkil etmişdir, o cümlədən bitkiçiliyin payına 843,7 milyon ABŞ
dolları, kənd təsərrüfatı xidmətlərinə 40,6 milyon dollar düşür.
Gürcüstanda
kənd təsərrüfatı məhsullarının xeyli hissəsi həyətyanı torpaq
sahələrində və fermer təsərrüfatlarında istehsal edilir. Aqrar təsərrüfatların çoxu
kiçikdir
və əsasən də əl əməyinə arxalanır. Gürcüstanın kənd təsərrüfatının
məhsuldarlığı olduqca aşağıdır, məşğul əhalinin 50 faizini cəmləşdirərək o, ÜDM-
nin
təxminən 12 faizini təmin edir.
İqtisadi böhran və struktur dəyişikliklərilə əlaqədar olaraq Gürcüstanın
iqtisadiyyatında 1990-cı ildə kənd təsərrüfatında məşğul olanların payı 25,2
faizdən 1995-ci ildə 30,6 faizədək və 2004-cü ildə 54,4 faizədək artmışdır. 2006-cı
ildə kənd təsərrüfatında məşğul olanların payı 55,6 faiz təşkil etmişdir.
2003 – 2008-ci
illər ərzində Gürcüstanda kənd təsərrüfatı məhsullarının
fiziki
həcminin indeksi 26 faiz, bitkiçiliyin 24 faiz, heyvandarlığın 28 faiz
azalmışdır.
Ərazisi 57,2 min km
2
,
əhalisi 4,4 milyon nəfərdir. ÜDM 24,3 milyard ABŞ
dolla
rı təşkil edir, hər nəfərə 5523 ABŞ dolları düşür. Sənayenin mühüm
sahələri arasında qida, çay, şərab, konyak, mineral sular, efir yağlı bitkilər,
meyvə-tərəvəz konservləri, ipək, yun parça, trikotaj, ayaqqabı, qara və əlvan
metallurgiya
təşkil edir. 2003 – 2008-ci illərdə kənd təsərrüfatı məhsullarının
fiziki
həcm indeksi 26 faiz, bitkiçiliyin 24 faiz, heyvandarlığın 28 faiz azalmışdır.
Kənd təsərrüfatının xeyli hissəsi həyətyanı torpaq sahələrində və fermer
təsərrüfatlarında istehsal edilir.
2
Gürcüstanın ümumi daxili məhsulu (ÜDM), 2000 – 2010-cu illər
İl
ÜDM,milyard ABŞ
dolları
Əhalinin hər
nəfərinə,
ABŞ dolları
Dünya ÜDM
payı, %
ÜDM artım
templəri,%
2000
3.1
653
0.1
110.7
2001
3.2
683
0.1
103.2
2002
3.4
735
0.1
106.3
2003
4
875
0.11
117.6
2004
5.1
1128
0.12
127.5
2005
6.4
1430
0.14
125.5
2006
7.7
1733
0.16
120.3
2007
10
2264
0.18
129.9
2008
13
2959
0.21
130
2009
11
2515
0.19
84.6
2010
12
2757
0.19
109.1
Gürcüstanın və qonşu-ölkələrin ÜDM-nin müqayisəsi
Gürcüstanın və qonşu-ölkələrin ümumi daxili məhsulu (ÜDM), milyard ABŞ
dolları, 2000 – 2010-cu illər
İl Gürcüstan Rusiya Ermənistan Azərbaycan Türkiyə Cəmi
2000
3.1
259
1.9
5.3
267
536.3
2001
3.2
306
2.1
5.7
196
513
2002
3.4
345
2.4
6.2
233
590
2003
4
430
2.8
7.3
303
747.1
2004
5.1
591
3.6
8.7
392
1000.4
2005
6.4
764
4.9
13
483
1271.3
2006
7.7
990
6.4
21
531
1556.1
2007
10
1300
9.2
33
647
1999.2
2008
13
1661
12
49
730
2465
2009
11
1222
8.6
44
615
1900.6
2010
12
2373
17,9
93
1053,0
3548,9
Gürcüstanın və qonşu-ölkələrin ümumi daxili məhsulu (ÜDM), %,
2000 – 2010-
cu illər
İl Gürcüstan Rusiya Ermənistan Azərbaycan Türkiyə Cəmi
2000
0.58
48.29
0.35
0.99
49.79
100.0
2001
0.62
59.65
0.41
1.11
38.21
100.0
2002
0.58
58.47
0.41
1.05
39.49
100.0
2003
0.54
57.56
0.37
0.98
40.56
100.0
2004
0.51
59.08
0.36
0.87
39.18
100.0
2005
0.5
60.1
0.39
1.02
37.99
100.0
2006
0.49
63.62
0.41
1.35
34.12
100.0
2007
0.5
65.03
0.46
1.65
32.36
100.0
2008
0.53
67.38
0.49
1.99
29.61
100.0
2009
0.58
64.3
0.45
2.32
32.36
100.0
2010
0.52
64.7
0.41
2.27
32.09
100.0
3
Gürcüstanda və qonşu-ölkələrdə əhalinin hər nəfərinə ÜDM,
ABŞ dolları, 2000 – 2010-cu illər
İl Gürcüstan Rusiya Ermənistan Azərbaycan Türkiyə
2000
653
1765
618
653
4196
2001
683
2094
685
696
3037
2002
735
2371
784
749
3560
2003
875
2968
915
871
4567
2004
1128
4095
1175
1026
5830
2005
1430
5311
1598
1514
7088
2006
1733
6898
2085
2413
7689
2007
2264
9072
2993
3741
9244
2008
2959
11602
3897
5479
10293
2009
2515
8542
2788
4853
8560
2010
5523
15820
6024
7490
13676
Gürcüstanda və qonşu-ölkələrdə ÜDM-nin artım templərinin dinamikası,
%, 2000 – 2010-
cu illər
İl Gürcüstan Rusiya Ermənistan Azərbaycan Türkiyə
2000
110.7
132.1
105.6
115.2
106.8
2001
103.2
118.1
110.5
107.5
73.4
2002
106.3
112.7
114.3
108.8
118.9
2003
117.6
124.6
116.7
117.7
130
2004
127.5
137.4
128.6
119.2
129.4
2005
125.5
129.3
136.1
149.4
123.2
2006
120.3
129.6
130.6
161.5
109.9
2007
129.9
131.3
143.8
157.1
121.8
2008
130
127.8
130.4
148.5
112.8
2009
84.6
73.6
71.7
89.8
84.2
2010
109.1
121.1
109.3
118.2
119.3
Gürcüstanın və lider-ölkələrin ÜDM-nin müqayisəsi
Gürcüstanın və lider-ölkələrin ümumi daxili məhsulu (ÜDM),
milyard ABŞ dolları, 2000 – 2010-cu illər
İl Gürcüstan ABŞ Çin Yaponiya Almaniya Fransa
2000
3.1
9899
1193
4667
1886
1326
2001
3.2
10234 1317
4095
1881
1338
2002
3.4
10590 1456
3918
2007
1452
2003
4
11089 1651
4229
2424
1792
2004
5.1
11798 1943
4606
2726
2056
2005
6.4
12564 2284
4552
2766
2137
2006
7.7
13315 2787
4363
2903
2256
2007
10
13962 3494
4378
3324
2582
2008
13
14219 4532
4880
3624
2832
2009
11
13864 5051
5033
3299
2625
2010
12
14447 5739
5459
3280
2560
4
Gürcüstanda və lider-ölkələrdə əhalinin hər nəfərinə ÜDM, ABŞ doları,
2000 – 2010-
cu illər
İl Gürcüstan ABŞ Çin Yaponiya Almaniya Fransa
2000
653
35041
940
37122
22903
22456
2001
683
35840 1031
32527
22832
22529
2002
735
36711 1132
31083
24347
24291
2003
875
38068 1276
33515
29388
29775
2004
1128
40121 1494
36469
33033
33929
2005
1430
42329 1747
36015
33511
35035
2006
1733
44448 2120
34500
35173
36756
2007
2264
46188 2644
34605
40283
41817
2008
2959
46621 3412
38563
43941
45605
2009
2515
45059 3784
39770
40034
42037
2010
2757
46546 4279
43142
39853
40773
Gürcüstanın və lider-ölkələrin ÜDM artım templərinin dinamikası,
%, 2000 – 2010-
cu illər
İl Gürcüstan ABŞ Çin Yaponiya Almaniya Fransa
2000
110.7
106.4 108.4
106.8
88.5
91.1
2001
103.2
103.4 110.4
87.7
99.7
100.9
2002
106.3
103.5 110.6
95.7
106.7
108.5
2003
117.6
104.7 113.4
107.9
120.8
123.4
2004
127.5
106.4 117.7
108.9
112.5
114.7
2005
125.5
106.5 117.6
98.8
101.5
103.9
2006
120.3
106
122
95.8
105
105.6
2007
129.9
104.9 125.4
100.3
114.5
114.5
2008
130
101.8 129.7
111.5
109
109.7
2009
84.6
97.5
111.5
103.1
91
92.7
2010
109.1
104.2 113.6
108.5
99.4
97.5
Fransanın kənd təsərrüfatı
Ərazisi 551,5 min km
2
, əhalisi 62,9 milyon nəfər, ÜDM 2214,0 milyard
ABŞ dollarıdır, hər nəfərə 35,2 min ABŞ dolları düşür.
Fransa sənaye ölkəsidir. Sənayedən əldə edilən gəlir kənd təsərrüfatının
gəlirindən 5 – 6 dəfə artıqdır. Bununla yanaşı kənd təsərrüfatı burada Böyük
Britaniya və Almaniyada olduğundan daha böyük əhəmiyyətə malikdir. O, demək
olar ki, ölkənin ərzaq tələbatını tamamilə təmin edir, əsasən yalnız tropik kənd
təsərrüfatının məhsulları idxal edilir. Fransa bir çox kənd təsərrüfatı məhsullarının
ixracçısıdır.
Fransa Avropa ölkələri arasında kənd təsərrüfatı məhsullarının ən iri
istehsalçısı və ixracçısıdır.
Fransa kəndlərində 10 – 50 hektar sahəsi olan orta təsərrüfatlar üstünlük
təşkil edir. Belə təsərrüfatlar ümumi təsərrüfatların yarıdan çox hissəni təşkil edir
və onlar torpaqların 50 faizindən artıq olan hissəsinin sahibləridir. Lakin ölkə üçün
sahəsi 10 hektara qədər olan kiçik təsərrüfatlar çox xarakterikdir, onların əlində
becərilən torpaqların yalnız 9 faizi cəmlənmişdir. Sahəsi 50 hektardan artıq olan iri
fermalar 10 faizdən azdır, lakin onlara torpaqların demək olar ki, 40 faizi
məxsusdur.
Ən yaxşı torpaqlar iri sahibkarlara məxsusdur, onlar aqrotexnikanı və
muzdlu işçi qüvvəsini tətbiq edirlər. Məhz onlar əmtəə məhsullarının əsas kütləsini
istehsal edir. Bəzən onların kənd təsərrüfatı məhsullarının emalı və satışı üzrə şəxsi
müəssisələri mövcuddur. Bir çox kiçik təsərrüfatlarda isə aqrotexniki tədbirlər
geridə qalmışdır, onların sələmçilərdən və ticarətçi-vasitəçilərdən çox asılılığı var
və gəlirləri aşağıdır. Kəndli kütlələri müflisləşir və şəhərlərə köçür.
Torpaq mülkiyyətinin və istehsalın cəmləşməsilə əlaqədar olaraq daha çox
təsərrüfatlar torpağın icarəsinə üstünlük verirlər.
İri təsərrüfatlar dövlət dəstəyindən yararlanırlar: onlara güzəştli kreditlər və
s. verilir, onların maraqlarını nəzərə alaraq Fransa kənd təsərrüfatı məhsullarının
ümumi bazarının yaranmasına nail olmağa çalışır. Kiçik təsərrüfatlar isə gəlirsiz
hesab olunur, Avropa
iqtisadi cəmiyyətində olan rəqabət onların böyük hissəsini
daimi
müflisləşdirəcəyi hesab edilir. Fransa kəndliləri öz təsərrüfatlarının qorunub
saxlanılması uğrunda dövlətin belə siyasətinə qarşı fəal mübarizə aparırlar. Öz
vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə onlar məhsulların birgə istehsalı və satışı
üçün kooperativlərdə birləşirlər.
Fransanın kənd təsərrüfatı bitkiçiliyin və heyvandarlığın bir çox sahələrinin
yaxşı inkişafı ilə seçilir. Lakin heyvandarlıq daha çox əhəmiyyətə malikdir.
Ölkənin əsas dənli bitkisi buğdadır. Fransa onun yığımına görə dünyada
ABŞ-dan, Hindistandan və Kanadadan sonra dördüncü yerdədir. Ölkənin şimal-
qərbində, həmçinin yulaf və qarabaşaq becərirlər, Mərkəzi massivin zəif
torpaqlarında çovdar, Rona çayının deltasında isə düyü becərirlər. Demək olar ki,
ölkənin hər yerində kartof istehsal edirlər, Şimali-Fransa ovalığında isə şəkər
çuğunduru becərilir.
Fransa öz üzümlüklərilə məşhurdur, burada ildə 10-12 milyon ton üzüm
yığılır. İtaliya ilə birgə o, üzümün yığımına görə dünyada birinci yerdədir. Üzüm
2
şimal və şimal-qərb rayonları istisna olmaqla, ölkənin bütün rayonlarında becərilir
və əsasən şərab istehsalı üçün istifadə edilir. Üzümlüklər cənubda Langedokda,
Bordo rayonunda
və həmçinin çayların vadilərində xüsusilə çoxdur. Lakin
üzümçülük
də və şərabçılıqda məhsulun həddindən artıq istehsalı, məhsulun
satışının çətinlikləri səbəbindən bu sahələr böhran vəziyyətindədir, bu da
iqtisadiyyatın təbii xarakterilə əlaqədardır.
Fransada xeyli tərəvəz və meyvə istehsal edilir. Bir çox təsərrüfatların kiçik
bağları və bostanları mövcuddur, lakin Paris və digər şəhərlər üçün meyvə və
tərəvəzləri yalniz bu və ya digər bitkilərin becərilməsində ixtisaslaşan bir necə
rayon verir. Məsələn, Normandiya və Bretan üçün alma bağları tipikdir, Elzas və
Lotaringiya
öz albalısı, Liman findiqları ilə, Aralıq dənizi rayonu şaftalı, ərik,
badam və zeytun ilə məşhurdur. Rivyera və Korsikada sitrus bitkiləri istehsal
edilir
. Daşınmaların operativliyi sayəsində Fransanın cənubunda axşam yığılan
tərəvəzlər, giləmeyvələr və meyvələr artıq səhər Parisin bazarlarında satılır.
Fransada heyvandarlıq yaxşı inkişaf etmişdir. Heyvandarlıq süd-ət
istiqamətlidir. Fransa iribuynuzlu mal-qaranın sayına görə Avropada birinci yeri
tutur. Donuzların sayına görə yalnız Almaniyadan, qoyunların sayına görə isə
Böyük Britaniyadan və İspaniyadan geridə qalır. İribuynuzlu mal-qara əlverişli
şəraiti olan və əkinçilik üçün yararsız olan ölkənin şimal-qərbində və dağlıq
rayonlarda yetişdirilir. Donuzçuluqla, yaxşı yem bazası olan kartofun, qarğıdalının
və şəkər şuğundurunun becərildiyi rayonlarda məşğul olurlar.
Fransanın cənub-qərbi heyvandarlığın ən əsas rayonudur. Burada
iribuynuzlu mal-
qaranın və donuzların 1/3 hissəsindən çoxu cəmləşmişdir, atçılıq
da inkişaf etmişdir. Mərkəzi Fransa massivi qoyunların yetişdirilməsi üzrə əsas
rayondur. Bu rayon həmçinin iribuynuzlu mal-qaranın və donuzların sayına görə
ikincidir.
Son illər xarici bazarlardakı sərt rəqabətlə və daxili bazarın
məhdudiyyətilə əlaqədar aqrar böhran kəskinləşmişdir, bu da kənd təsərrüfatının
bir çox sahələrində özünü əks etdirmişdir.
Fransa Avropa İttifaqında aparıcı kənd təsərrüfatı ölkəsidir. O, ən böyük
əkin sahələrinə (30 milyon hektardan artıq) və onların ən yüksək məhsuldarlığına
(dənli bitkilərin məhsuldarlığı 60 s/ha) malikdir. Avropa İttifaqı ölkələrinin kənd
təsərrüfatı məhsullarının 21 faizi Fransanın payına düşür. Fransa kənd təsərrüfatı
məhsullarının Avropada ən iri ixracçısıdır və dünyada ikinci yerdədir (ABŞ-dan
sonra). Fransanın rolu dənli bitkilərin dünya bazarına ixracında xüsusilə böyükdür
(ildə 50 milyon ton, əsasən buğda və qarğıdalı üzrə). O, həmçinin ət (mal əti,
donuz əti və qoyun əti), süd məhsullarını, tərəvəzləri, meyvələri və şərabı ixrac
edir.
Fransa Avropa İttifaqında dənli bitkilərin istehsalı və ixracı üzrə birinci yeri
tutur, bu məhsullar ölkənin kənd təsərrüfatının əsasını təşkil edir. Buğda əsas dənli
bitkidir, lakin qarğıdalı və arpa da böyük həcmlərdə istehsal edilir. Ən iri dənli
bitkilər fermaları Paris hövzəsində yerləşir. Yağ istehsalında və həmçinin mal-
qaranın yeminə
istifadə edilən raps və günəbaxan kimi yağlı bitkilərin əkin sahələri
genişlənir. Meyvələrin və tərəvəzin böyük çeşidi istehsal edilir (alma, armud,
3
şaftalı, albalı, pomidor, gül kələm, yerkökü, yemiş və s.).
Avropa İttifaqı
ölkələrində istehsal edilən şərabın 1/3 hissəsi Fransada istehsal edilir. Fransa
Avropada ən iri şərab ixracısıdır.
Hər yerdə əsasən süd yönümlü heyvandarlıq inkişaf etmişdir. Mal-qaranın
ən çoxu Bretanda və Aşağı Normandiyada yetişdirilir. Müxtəlif süd məhsularının
istehsalından əlavə süd Fransada məşhur olan pendirin bir çox sortlarının
istehsalında istifadə edilir. Ölkənin bir çox rayonlarında, əsasən də qərbində,
iribuynuzlu mal-
qara yetişdirilir. Quşçuluq və donuzçuluq daha çox lokallaşmışdır.
Kənd təsərrüfatının idarə edilməsinin metodlarında böyük dəyişikliklər baş
ver
mişdir. Kənd təsərrüfatı texnikası, mineral gübrələr, insektisidlər və herbisidlər,
quraqlıq rayonlarında isə suvarılma geniş tətbiq edilir. Kənd təsərrüfatının istehsalı
və məhsulun satışı sistemində həmçinin restrukturizasiya aparılmışdır.
İstehsalçılar, xüsusilə də kiçik fermerlər, xammalın və kənd təsərrüfatı texnikasının
kollektiv mülkiyyətə alınmasında maraqlıdırlar. Fermerlər daha çox dərəcədə iri
istehlakçılar və xüsusilə də supermartketlər şəbəkəsilə olan birbaşa müqavilə üzrə
kənd təsərrüfatı məhsulları istehsal edirlər.
Mülayim qurşağın ortasında, iki dənizin sahilində yerləşən Fransa becərilən
təsərrüfat bitkilərinin daha böyük müxtəlifliyi ilə seçilir. Fransanın kənd təsərrüfatı
torpaqlarının böyük hissəsi ya öz təbii keyfiyyətlərilə dəyərli və ya onların
çoxəsrlik yaxşılaşdırılması nəticəsində münbitləşmiş torpaqlardır.
Ölkənin ərazisində dənli bitkilər və şərabçılıq, intensiv və dağlıq-otlaq
heyvandarlığı, tərəvəzçilik, bağçılıq və hətta çəltikçilik inkişaf etdirilir.
Quşçuluğun, şəkər çuğundurunun əkinlərinin və digər sahələrin böyük əhəmiyyəti
var.
Kənd təsərrüfatı dövlət tərəfindən daha çox himayədə olan sahədir,
baxmayaraq ki,
onun əsasını fərdi torpaq sahibliyi təşkil edir. Məhsulun həlledici
hissəsini iri təsərrüfatlar verir (20-100 hektar sahəsi olan), lakin təsərrüfatların
sayına görə kiçik və orta təsərrüfatlar üstünlük təşkil edir.
İstehsal edilən məhsulun həcminə görə Fransa Qərbi Avropada birinci yeri
tutur və dünyada ABŞ-dan və Kanadadan sonra üçüncü yerdədir. Fransa buğda,
kərə yağı, mal əti və pendirin Avropada ən iri istehsalçısıdır. Fransa Almaniyanı
qabaqlayaraq Avropa İttifaqı ölkələri arasında taxılın ən iri istehsalçısı olaraq qalır.
Avropa İttifaqı ölkələrinin dənli bitkilərin ixracının 53,9 faizi Fransanın payına
düşür. Dənli bitkilərin dünya ixracında Fransanın payına 11,3 faiz düşür (ABŞ-dan
sonra ikinci yeri tutur).
Buğda əsas dənli bitkisidir (yumşaq sortları), adətən o əkin sahələrinin
yarısını əhatə edir, məhsulun dəyərinə görə isə digər dənli bitkilərin dəyərini
üstələyir. Buğdanı, məhsulun əsas hissəsini istehsal edən Paris hövzəsində və
Fransanın şimalında “kraliça” adlandırırlar. Çörəyin istehlakının azalması
nəticəsində buğdanın milli bazarı azalmışdır. İxrac satışın əsas bazarına
çevrilmişdir. Müharibədən sonrakı illərdə buğdanın yığımı 4-5 dəfə artmışdır.
Məhsuldarlıq kəskin artmışdır (1934 – 1938-ci illərin bir hektardan 1,4 – 1,5 ton
göstəricisindən hal-hazırdakı bir hektardan 6,5 tonadək).
4
Müharibədən sonraki illər ərzində dənli bitkilər arasında ikinci yeri yulaf
tutmuşdur. Lakin yulafın əkin sahələri və yığımı mütəmadi olaraq azalır. Bu
azalma prosesi
nə əsasən Fransanın kənd təsərrüfatının mexanikləşdirilməsi
nəticəsində atlardan istifadənin azalması səbəb olmuşdur.
Mərkəzi massivin zəif torpaqlı rayonlarında müəyyən rolu qoruyub saxlayan
çovdarın əhəmiyyəti aşağı düşür. Lakin müharibədən sonrakı illərdə qarğıdalının
və arpanın yığımı artmışdır. Qarğıdalının yüksək gəlirliyi, həmçinin dövlətin
himayəsi (yüksək alış qiymətlərinin müəyyən edilməsi, Amerika hibrid
toxumlar
ının gətirilməsi) qarğıdalı əkinlərinin və yığımının artmasına şərait
yaratmışdır. Taxılın isə ümumi yığımı 15 – 16 milyon ton səviyyəsinə çatmışdır.
Arpanın istehsalının artımı Fransanın kənd təsərrüfatı heyvandarlığının
ixtisaslaşmasının genişləndirilməsi və heyvandarlığın intensiv xarakteri ilə
müəyyənləşmişdir. Arpanın əkin sahələri əsasən heyvandarlığın yüksək inkişaf
etdiyi rayonlar
da yayılmışdır.
Müharibədən sonrakı illərdə düyünün becərilməsinin yayılması taxılçılıq
təsərrüfatının inkişafında yenilik olmuşdur. Düyünün istehsalı iri təsərrüfatlar
tərəfindən həyata keçirilir. Lakin heç vaxt 130 min tonu keçməmişdir, bu da
ölkənin tələbatlarını tam ödəmir. Fransa əsas dənli bitkilərlə öz daxili tələbatlarını
tamamilə ödəyir.
Bu siyasətin təsiri altında Fransanın kənd təsərrüfatında praktiki olaraq
Avropa İttifaqının digər ölkələrinin kənd təsərrüfatında olan dəyişiklikləri baş
vermişdir. Bununla yanaşı ona xas olan təbii şəraitlə əlaqəli xüsusiyyətləri
mövcuddur: becərilən sahələr üzrə o Avropada ən iri kənd təsərrüfatıdır, bu da 60-
cı illərin sonlarından Fransaya kənd təsərrüfatı məhsullarının təmiz ixracçısı
olmağa şərait yaratmışdır.
Fransa metropoliyasının ümumi kənd təsərrüfatı torpaqlarının sahəsi
təxminən 33 milyon hektar, yəni ölkə ərazisinin 60 faizini təşkil edir. Qalan hissə
meşələr (15 milyon hektar) və kənd təsərrüfatı yönümlü olmayan (7 milyon
hektar) torpaqlardan ibarətdir. Bir neçə illər ərzində kənd təsərrüfatı torpaq sahələri
öz yerini meşələrə və kənd təsərrüfatı yönümlü olmayan torpaqlara verərək
müntəzəm olaraq azalır. Bu torpaqların bir hissəsi becərilmir. 70-ci illərədək xam
torpaqların şumlanması, drenajı və rekultivasiyası üzrə iri həcmli işlərin
aparılmasından sonra becərilməyən torpaqların sahəsi hal-hazırda təxminən 3
milyon hektar
səviyyəsində sabitləşmişdir. Beləliklə, istifadə edilən kənd
təsərrüfatı torpaqlarının sahəsi təxminən 30 milyon hektar və ya əhalinin hər
nəfərinə yarım hektar və Avropa İttifaqının 15 ölkəsinin kənd təsərrüfatı
torpaqlarının ümumi sahəsinin təxminən 23 faizini təşkil edir. Becərilən
torpaqların əsas sahəsi (61 faizdən artıq) əkin sahələrindən ibarətdir. Kənd
təsərrüfatı torpaqlarının 35 faizindən bir qədər az olan sahəsi otlarla örtülmüş,
üzümlüklər və meyvə bağları torpaq sahələrinin yalnız 4 faizini, yəni 1 milyon
hektardan artıq sahəni əhatə edir, bu da meyvə istehsalının dar ixtisaslaşmış
təsərrüfatlarda cəmləşməsi və xüsusilə də 1980-ci ildən sonra adi şərabların
istehsalı üçün ayrılmış üzümlüklərin bir hissəsinin ləğv olunması ilə əlaqəlidir.
5
Dənli bitkilərə (təxminən 9 milyon hektar) və çuğundura (təxminən 450 min
hektar) ayrılmış sahələrin həcmi son 40 ildə yetəri qədər stabil olaraq qalır. Yağlı
və zülallı bitkilərin sahələri xeyli artmışdır: 1960-cı ildəki 250 min hektardan hal-
hazırki 2,7 milyon hektaradək. Ümumilikdə əsas dənli bitkilərin sahələri 2,3
milyon hektardan artıq artmışdır. Kənd təsərrüfatı heyvanlarının yaşıl yemlərinin
becərilməsinə ayrılmış sahələri isə əksinə 40 il ərzində 20 milyondan 14,6 milyon
hektaradək azalmışdır, buna görə də yem bitkiləri becərilən torpaqların sahələri
azalmış və əsas bitkilərin sahələri artmışdır. Lakin bu dəyişikliklər müxtəlif
xarakter daşıyırdı. Regionların ixtisaslaşmasında mürəkkəb proseslər baş verirdi.
Bəzi regionlarda mövcud çəmənliklər əkin sahələrinə çevrilirdi, digərlərində isə
əksinə, ərzaq bitkiləri və ya çəmənliklərin bir hissəsi yem bitkilərilə, əsasən də
yemlik qarğıdalı ilə əvəz edilirdi.
Əkinçilik təsərrüfatlarının sayı durmadan azalırdı. Bu azalmanın templəri
daha öz əmək fəaliyyətlərini dayandıran yaşlı əkinçilərin sayından asılı olaraq
müxtəlif dövrlərdə ildə 3-5 faiz arası dəyişirdi. Bu prosesə əmək fəaliyyətinin
dayan
dırılmasına həvəsləndirən (kompensasiyaların ödənilməsi, 60 yaşında
p
ensiyaya çıxma və vaxtından tez pensiyanın təqdim edilməsi) Avropa və ya milli
səviyyədə həyata keçirilən tədbirlər birbaşa təsir göstərirdi.
Hal-
hazırda belə bir təsərrüfatın orta sahəsi təxminən 42 hektar təşkil edir,
bu da Avropa İttifaqının 27 ölkəsindən hər birində olan orta təsərrüfatda 2 dəfədən
artıqdır. Bu orta göstərici altında təbii olaraq böyük səpələnmə gizlənir: təxminən
70 min təsərrüfat, yəni ümumi sayın 11 faizi, 100 hektardan artıq sahəyə malikdir
və bütün sahələrin 43 faizini təşkil edir. Eyni zamanda sahəsi 10 hektardan az olan
244 min təsərrüfat bütün sahələrin yalnız 3 faizini təşkil edir. Əkinçiliklə məşğul
olan əhalinin tərkibində dəyişikliklər təsərrüfatların təkamülü ilə parallel, daha
sürətli templərlə baş verirdi. Daha az təsərrüfatlarda, birbaşa torpaq istifadəçilərdən
və onların ailə üzvləri olan işçilərin əməyi istifadə edilir. Daimi kənd təsərrüfatı
işçilərinin də sayı xeyli azalmışdır. Lakin bu azalma müvəqqəti işçilərin cəlb
ediməsi hesabına qismən əvəz edilir. Bu işçilər əhalinin 4 faizini təşkil edir (20 il
əvvəlki 8 faizə qarşı). Bu göstərici orta Avropa göstəricisinə çox yaxındır. Buna
əlavə etmək lazımdır ki, aqrar-ərzaq sənayesində məşğul olanların sayı olduqca
sabit qalır və özfəaliyyətli əhalinin təxminən 2,7 faizini təşkil edir.
Hal-
hazırda kənd təsərrüfatı istehsalının həcmi 63 milyard avro təşkil edir,
kənd sahələrinin payı ilə təxminən eyni olan, yəni Avropa İttifaqının ümumi
istehsalının payı ilə (23 faiz) üst-üstə düşür. Ümumi daxili məhsulda kənd
təsərrüfatının əlavə dəyərində payı hal-hazırda 2,3 faizə çatır, bu da aqrar-sənaye
kompleksinin payına müvafiqdir. Bu payın mütəmadi azalması sürətli iqtisadi
artım dövründə kənd təsərrüfatı məhsullarının qiymətlərinin hərəkəti ÜDM-in orta
qiymətlərinin hərəkətinə uyğun olmasına baxmayaraq, inkişafın ümumi
templərindən geridə qalan istehsalın artması ilə əlaqəli olmuşdur. Bununla yanaşı
son 20 ildə kənd təsərrüfatı istehsalatının artım həcmi demək olar ki, istehsalın
ümumi artımı ilə eyni olmuşdur. ÜDM-də kənd təsərrüfatı istehsalatının payının
davam
lı azalması əsasən kənd təsərrüfatının qiymətlərinin mütamadi olaraq aşağı
düşməsilə izah edilir.
6
Kənd təsərrüfatı istehsalatı ölkə ərazisində qeyri-bərabər paylaşdırılmışdır.
Şimalda və qərbdə becərilən torpaqların böyük hissəsi, ən iri təsərrüfatlar və əsas
istehsalat cəmləşmişdir. Bununla əlaqədar, hal-hazırda orada Şimali Avropanın
digər rayonlarında olduğu kimi, ekoloji problemlərlə üzləşirlər. Ölkənin cənub və
cənub-şərq hissəsində isə əksinə, dağlıq massivlərin və zonaların əsas hissəsi,
əkinçilik üçün əlverişsiz olduğundan kənd təsərrüfatından gəlirin əldə edilməsi və
mövcud sahələrin işlənməsi üçün çətinliklərlə üzləşirlər.
Əsasən bəzi yağlı bitkilərin toxumları və mal-qara üçün cecə və qismən
meyvələr və tərəvəzlər, ətin bəzi növləri (məsələn, qoyun əti), müxtəlif tropik
meyvələr və balıqçılıq məhsulları istisna olmaqla, milli kənd təsərrüfatı istehsalatı
ölkədə daxili istehlakı artıqlaması ilə təmin edir.
Fransanın aqrar-sənaye kompleksinin ixracının idxalı üstələməsi ilk dəfə
1969-
cu ildə olmuşdur və o zamandan bəri xeyli artmışdır. Hazırda isə o, sabit
olaraq 9 milyard avrodan artıqdır.
Bu üstələmə daha böyük əhəmiyyətə malik olan ticarət axınının nəticəsidir:
ixrac 35 milyard avrodan artıqdır, idxal isə təxminən 26 milyard avro təşkil edir.
Beləliklə, Fransa kənd təsərrüfatı məhsullarının ixracına görə dünyada ikinci
olmuşdur.
Ticarət mübadiləsi əsasən Avropa bazarı çərçivəsində aparılır: kənd
təsərrüfatı məhsullarının ixracının və idxalının 70 faizi və xarici ticarətin 75 faizi
Avropa İttifaqı ölkələrinin payına düşür. Fransanın kənd təsərrüfatı əkinçiliyin və
heyvandarlığın bir çox sahələrinin inkişafı ilə seçilir. Lakin heyvandarlıq daha
böyük əhəmiyyətə malikdir və kənd təsərrüfatı məhsullarının dəyərinin təxminən
60 faizini təşkil edir.
Əsas dənli bitki buğdadır (29-30 milyon ton). Buğdanın məhsulunun
təxminən 30 faizi Şimali-Fransa ovalığında yığılır. Arpanın və qarğıdalının
həmçinin artması böyük əhəmiyyət kəsb edir. Ölkənin şimal-qərbində yulaf və
qarabaşaq, Mərkəzi massivində çovdar, Rona çayının deltasında düyü və demək
olar ki, ö
lkənin hər yerində kartof istehsal edilir.
Üzüm (yığım 10-12 milyon ton) Fransanın şimalı və şimal-qərbi istisna
olmaqla
, xüsusilə də şərabın istehsalı üçün ölkənin hər yerində yetişdirilir.
Fransanın heyvandarlığı ət-süd yönümlüdür. Mal-qaranın sayına görə Fransa
Avropada birinci yerlərdən birini tutur. Burada 24 milyon iribuynuzlu mal-qara, 12
milyon qoyun, 11 milyon donuz mövcuddur.
Son zamanlar gülçülük və istridyaların yetişdirilməsi böyük əhəmiyyət kəsb
edir.
Frans
a taxılın, südün, şəkər çuğundurunun istehsalına görə Qərbi Avropada
birinci yerdədir, ətin, kartofun (Almaniyadan sonra) və üzümün (İtaliyadan sonra)
istehsalına görə ikincidir və kənd təsərrüfatı məhsullarının iri ixracçısıdır.
Bitkiçiliyin və heyvandarlığın əhəmiyyətinin təxminən bərabərliyilə kənd
təsərrüfatının struktur sahələri böyük müxtəlifliyilə səciyyələnir.
Bitkiçilikdə əsas taxıl istehsalıdır (ildə 55-60 milyon ton). Aparıcı bitki
buğdadır, o əkin sahələrinin 1/4 hissəsini və dənli bitkilərin sahələrinin 1/2
hissəsini təşkil edir. Şimali-Fransa və Akvitan ovalıqları buğdanın əsas
7
rayonlarıdır. Geniş yayılmış kartof və şəkər çuğunduru əhəmiyyətli rol oynayır,
onların əkin sahələri şəkər zavodları kimi Şimali-Fransa ovalığında cəmləşmişdir.
Bəzi yerlərdə mayaotunun, kətanın, tütünün, günəbaxanın, rapsın və gül
plantasiyalarının əhəmiyyəti böyükdür.
Üzümçülüyün və tərəvəzçiliyin böyük rolu var, onlar kənd təsərrüfatı
məhsullarının ümumi dəyərinin 8 - 10 faizini təşkil edir. Üzümün əsas hissəsi
şərabın istehsal edilməsinə sərf edilir, orta hesabla ildə 60 milyon dekalitr. Üzüm
şərablarının istehsalına və onların keyfiyyətinə görə Fransa dünyada birinci yeri
tutur. “Şampan”, “Konyak”, “Kaqor” və digər içkilərin markaları ölkənin xaricində
çox məşhurdur.
Bir çox kiç
ik rayonlar meyvəçilik və tərəvəzçilikdə ixtisaslaşır, şəhərləri və
sənaye rayonlarını, ilk növbədə də Parisi tərəvəz və meyvələrlə təchiz edir.
Mülayim en dairəsinin meyvə bağlarında daha çox alma (xüsusilə də şimal-
qərbdə), armud və şaftalı bağları yayılmışdır. Aralıq dənizi rayonları üçün gavalı
və sitrus bitkiləri xarakterikdir.
Heyvandarlıq ət-süd yönümlüdür, əsas sahəsi iribuynuzlu mal-qaranın
yetişdirilməsidir. Şimal-qərb əsas heyvandarlıq rayonudur, burada iribuynuzlu mal-
qaranın 1/3 hissəsi cəmləşmişdir, donuzçuluq və atçılıq inkişaf etmişdir.
İribuynuzlu mal-qaranın və donuzların sayına görə Mərkəzi massiv ikincidir və
qoyunçuluğun əsas yayılma ərazisidir.
Fransa öz
məhsullarının təxminən 20 faizini ixrac edir. Ən yaxşı torpaqlar
əsasən iri müəssisələrə məxsusdur, onlar müzdlu işçi qüvvəsini və qabaqcıl
aqrotexnikanı tətbiq edirlər. Məhz bu müəssisələr əmtəə məhsullarının əsas
həcmini istehsal edir.
Fransanın kənd təsərrüfatı heyvandarlığı və bitkiçiliyin bir çox sahəsinin
inkişafı ilə seçilir. Kənd təsərrüfatı məhsullarının böyük hissəsi heyvandarlığın
payına düşür. Bu sahə əmtəə məhsullarının təxminən 3/5 hissəsini təşkil edir və
əsasən ölkənin şimalında cəmləşmişdir. Fransa Avropa İttifaqında ət və süd
məhsullarının iri istehsalçısıdır və bununla da Qərbi Avropanın kənd təsərrüfatına
böyük təsir göstərir.
Ərazisi 551,5 min km
2
, əhalisi 63,0 milyon nəfərdir. Ərazisinə görə
dünyada 47-
ci yeri tutur. Hər 1 km
2
-
ə 114 nəfər düşür. ÜDM 2214,0 milyard
ABŞ dolları təşkil edir, hər nəfərə 28,7 min ABŞ dolları məhsul istehsal olunur.
Sənaye məhsulu istehsalı kənd təsərrüfatı məhsulundan 5-6 dəfə çoxdur. Orta
kəndli təsərrüfatı 10-50 hektar torpağa malikdir. 50 hektardan çox torpağı
ol
anlar ümumi sayın 10 faizinə, ümumi torpaq sahəsinin isə 40 faizinə malikdir.
Buğda istehsalı 29-30 milyon ton, qarğıdalı istehsalı 15-16 milyon ton, üzüm
istehsalı 30 mln ton civarındadır. Kənd təsərrüfatı torpaqlarının sahəsi 33
milyon hektar, ümumi
ərazisinin 60 faizini təşkil edir. Taxıl bitkiləri altında 9,0
milyon hektar, şəkər çuğunduru altında 450 min hektar, yem bitkiləri altında
14,6 milyon hektar torpaq sahəsi vardır. 63 milyard avro kənd təsərrüfatı
məhsulları istehsal edilir. 24 milyon baş iribuynuzlu mal-qaraya, 12 milyon baş
qoyuna malikdir.
|