Portuqaliyanın kənd təsərrüfatı
Ərazisi 92,4 milyon km
2
, əhalisi 10,6 milyon nəfər, ÜDM 246,9 milyard
ABŞ dolları təşkil edir, hər nəfərə 23,3 min ABŞ dolları düşür.
Portuqaliyanın kənd təsərrüfatı ən geridə qalmış sahələrdən biridir. Belə
vəziyyətin yaranması zəif mexanikləşdirmə, gübrələrin yetərincə qədər tətbiq
edilməməsi, zəif əmək səmərəliliyi, təsərrüfatın ekstensiv formalarının üstünlüyü,
bir çox bitkilərinməhsuldarlığının aşağı olması, həmçinin, torpağın istifadəsində və
torpaq sahibliyində feodal qalıqların qorunub saxlanılması kimi faktorlarla izah
edilir.
Beləliklə, kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafı üçün daha
əlverişli təbii şəraiti olan, digər Avropa ölkələrilə müqayisədə əhalinin əsas
hissəsinin kənd təsərrüfatı sahəsində məşğul olan bir ölkə praktiki olaraq müxtəlif
növ məhsulların idxalından asılıdır, əsasən də buğdanın.
Bitkiçilik Potrtuqaliyanın kənd təsərrüfatının əsas istiqamətidir. Eyni
zamanda, heyvandarlıq ikinci dərəcəli rol oynayır. Becərilən torpaqların yarısından
çoxu əkin sahələrinə ayrılmışdır, təxminən 20 faizini bağlar və üzümlüklər təşkil
edir.
Ölkənin şimal və cənub regionları tarixən yaranmış torpaq sahibliyində və
torpağın istifadəsindəmüxtəlif xarakterlərə malikdir. Kəndlilər adətən, ildə iki dəfə
məhsul yığırlar. Yay aylarında burada qarğıdalı, qışda isə paxlalı
bitkilkəribecərirlər. Bu ərazilərdə bitkiçiliyi meyvəçiliklə və heyvandarlıqla
uyğunlaşdırırlar.
İri torpaq sahibliyi və həmçinin, nisbətən iri torpaq istifadəçiləri
Portuqaliyanın cənub rayonlarında yayılmışdır.
Ölkənin ən cənub əyaləti, subtropik meyvəçilikdə ixtisaslaşan əhəmiyyətli
rayondur.
Belə quraqlıq və az suvarılan torpaqların ən yayılmış bitkisi badamdır.
Portuqaliyanın əkin sahələrində əsasən qarğıdalı və buğda becərilir. Ölkənin
daha quraqlıq cənub və mərkəzi rayonlarda əsasən dənli bitkilərdən buğda
becərilir. Ölkənin şimalında qarğıdalı,şimal-şərq dağlıq regionlarda isə əsasən
çovdar,
cənub və mərkəzi hissələrində, çayların aşağı axarlarının düzənliklərində
düyü
, şimal-qərbində kartof və paxlalı bitkilər, kiçik təsərrüfatlarda becərilir.
Eyni zamanda, heyvandarlıqda ekstensiv istiqamət üstünlük təşkil edir.
Heyvandarlığın əsas problemi sənaye qarışıq yemləri ilə tam dərəcədə təmin
olunmamasıdır. Ölkənin şimal-qərbində və şimalında, xırda və orta kəndli
təsərrüfatlarında iribuynuzlu mal-qara yetişdirilir. Qışın mülayim keçməsi
sayəsində bu rayonlarda mal-qaranı il boyu otlaqlarda saxlamaq olar. Ölkənin
c
ənubunda və şərqindəki dağlıq otlaqlar qoyunçuluq üçün ideal şəraitə malikdir.
Portuqaliyanın ərazisi şimaldan cənuba 400 km-dən artıqdır və qərbdən şərqə isə
150 km-
dən çoxdur.
Tor
paq istifadəsi nəzərindən rütubətli daşlı torpaqlar üzümçülük və bağçılıq
üçün yararlıdır, burada iribuynuzlu mal-qara, həmçinin qoyun və keçilər
yetişdirilir.
2
Ölkənin cənub hissəsində əkinçilik inkişaf etmişdir, burada dənli və tərəvəz
bitkiləri becərilir, xeyli sayda bağlar mövcuddur və təpələrin yamaclarında
üzümçülük inkişaf etmişdir. Sadu çayının vadisində çəltikçilik inkişaf etmişdir.
Heyvandarlıqda iribuynuzlu mal-qaranın və donuzların yetişdirilməsi üstünlik
təşkil edir, quşçuluq inkişaf etmişdir. Dənli və tərəvəz bitkilərinin əkinləri burada
yetişdirilən probka (mantar) və zeytun ağacları ilə növbələnir.
Ölkənin 5,08 milyon hektara bərabər ümumi ərazisinin 3,92 milyon hektarı
kənd təsərrüfatı dövriyyəsində istifadə edilir, o cümlədən müvafiq olaraq qitədə
4,93 və 3,80, Azor adalarının arxipelaqında 0,14 və 0,12 və Madeyra arxipelaqında
0,01 və 0,07 milyon hektar.
Kənd təsərrüfatı torpaqları aşağıdakı torpaqdan istifadə üsülları üzrə
paylanılmışdır (dövriyyədə olan sahədən faiz nisbətində):
Mövsümi bitkilər (dənlilər, tərəvəzlər və s.) – 33,5; daimi bitkilər (bağlar,
üzümlüklər - 19); otlaqlar – 26,1; həyətyanı torpaq sahələri – 0,7; becərilməyən
torpaqlar – 20,7.
Meşələrin sahəsi 0,5 milyon hektar təşkil edir.
Kənd təsərrüfatı istehsalatında əmək qabiliyyəti olan əhalinin 10,1 faizi və
ya ölkənin bütün əhalisinin 4,2 faizi məşğuldur, bununla yanaşı ÜDM ümumi
həcmində kənd təsərrüfatının payı 10-12 faizi aşmır.
Heyvandarlıq və quşçuluq sahələrinin əsas problemi heyvanları tam dəyərli
yem bazası ilə təminatdır, çünki ayaqaltı yemlər aşağı kalorilidir, quraqlıq
dövrlərdə isə yemlənmə əsasən qarışıq yemləaparılır.
Heyvanların yemlənməsində ölkədə istehsal olunan əsasən dənli bitkilərdən,
həmçinin sümük və balıq unu, proteinlər və mineral əlavələrdənistifadə edilir. Hər
il ölkədə 3,5 – 4 milyon ton qarışıq yem istehsal edilir və ehtiyac olursa 0,1 milyon
tonadək idxal edilir (əsasən də İspaniyadan).
Portuqaliyanın heyvandarlığı əsasən isti yay havasına, daşlı torpaqlara və
müvafiq y
em bazasına dözümlü yerli cinslərə əsaslanır.Avropadan ciddi baytarlıq
nəzarəti altında gətirilən cins heyvanlar əsasən yerli cins tərkibinin
yaxşılaşdırılmasına yönəldilmiş seleksiya işinin aparılması üçün istifadə edilir.
Bitkiçiliyin
inkişafına mənfi təsir göstərən əsas problemləri torpağın
istifadəsinin geridə qalmış strukturu (1996-cı ilin məlumatlarına görə,
P
ortuqaliyanın bir fermer təsərrüfatının orta sahəsi 8,7 hektara bərabərdir), zəif
texniki bazası (4 fermer təsərrüfatına 1 traktor düşür, yəni torpağın çox hissəsi atlar
vasitəsilə və ya əllə işlənilir) və kənd təsərrüfatının istehsalını təmin edən
infrastrukturun zəif inkişafıdır (enerji təminatı sistemləri, suvarılma, yolların
vəziyyəti və s.). Ümumilikdə kənd təsərrüfatının inkişafını ləngidən ciddi problem
gənclərin kənd regionlarından şəhərlərə axınıdır və nəticədə kənd əhalisinin
“q
ocalması”, onun aşağı səviyyəli ixtisaslaşması, təsərrüfatınidarə edilməsi yalnız
özünü təmin etməyə imkan verməsi, yəni natural təsərrüfatın olmasıdır.
Portuqaliyanın kənd təsərrüfatının rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə
Avropa İttifaqının yardımı Ümumi Kənd Təsərrüfatının Siyasəti Proqramının
(Politica Agncola Comum -
РАС) və LEADER Proqramının tətbiq edilməsi
vasitəsilə həyata keçirilir. Bununla yanaşı, PAC proqramı müəyyən sahəyə aid
olan, LEADER isə region xarakteri daşıyırlar. Bu proqramların fəaliyyəti ölkənin
kənd təsərrüfatı istehsalını 20 faizinədək əhatə edir.Yardımın əsas istiqamətləri
3
Portuqaliyanın müvafiq dövlət orqanları tərəfindən təsdiq edilmiş konkret
layihələrin həyata keçirilməsinə investisiyaların qoyuluşudur, həmçinin aqrar
sahədə çalışanlara Avropa İttifaqının bir sıra strateji bitkilər üzrə (dənli bitkilər,
günəbaxan, pomidor, süd məhsulları) məhsulların kvotaları (kənd təsərrüfatı üzrə
Avropa komissiyası tərəfindən təsdiq edilir) hüdudlarında müəyyən
edilmişzəmanətli alış qiymətləri sistemilə razılaşdırılmış yardımıngöstərilməsidir.
Portuqaliya
nın kontinental hissəsinin sahilyanı xətti təxminən 800 km
uzanan, tərkibində həmçinin, Atlantik okeandakı Azor adaları və Madeyranın
avtonom əraziləri olan bir ölkədir. Balıqçılığın və balıq emalının qədim ənənələri
dəniz məhsullarından olan xörəklərin çoxluğunu milli mətbəxin xüsusiyyıtlərindən
biri etmişdir. Əhalinin bir nəfərinə dəniz məhsullarının istehlakına görə (ildə 60
kq) Portuqaliya dünyada birinci yerlərdən birini tutur.
Portuqaliyanın əsas dənli bitkisi buğdadir, ikinci yeri qarğıdalı tutur.
Buğdanı əsasən ölkənin cənubunda becərirlər, qarğıdalını isə şimalında. Bundan
başqa, paxlalı bitkilər, yulaf, çovdar, arpa və düyü əmtəə əhəmiyyətlidirlər.
Mühüm ərzaq bitkisi kartofdur.
Kənd təsərrüfatında üzümçülük və şərabçılıq böyük rol oynayır. Portuqaliya
şərabın Qərbi Avropanın aparıcı ixracçı ölkələrindən biridir. Portuqaliyanın desert
şərabları, xüsusilə də portveyn və muskat, həmçinin çəhrayı üzüm şərabları bütün
dünyada məşhurdur. Meşə təsərrüfatı Portuqaliyanın iqtisadiyyatında əhəmiyyətli
rol oynayır, ölkə ərazisinin 1/3 hissəsi meşələrlə örtülüdür.
Portuqaliya əhalisinin böyük hissəsinin çalışdığı, nəinki digər Avropa
ölkələrində və müxtəlif sahələrinin inkişafı üçün əlverişli iqlim şəraitinə malik
olan kənd təsərrüfatı ərzaq xarakterli məhsulların bir çox növlərinin, xüsusilə də
buğdanın idxalından asılıdır.
Münbit torpaqların yarısından çoxunu əkin sahələri təşkil edir. Strukturunda
iri fermer torpaq sahibliyi
nin (əsasən Teju çayından cənubda), torpaqların
parçalanması,torpaqsız fermerlərin sayının coxluğu, uzun və qısa müddətli
icarənin üstünlük təşkil edir.
Portuqaliyanın şimal və cənub vilayətlərində torpaq sahibliyinin
strukturunda
tarixənböyük fərqlər formalaşmışdır. Şimalda zəif torpaq sahibliyi
üstünlük t
əşkil edir və ümumilikdə ərazilərin 1/5 hissəsində bağlar və üzümlüklər
yayılmışdır. Kənd təsərrüfatının tərəqqisində əsas inqibitor onun ictimai
strukturunda iri fermer torpaq
sahibliyinin, torpaqların parçalanması,torpaq sahəsi
olmayan insanların çoxluğu, anlaşılmayan prinsiplərin və torpaq icarəsinin
kriminal t
əməlinin və icarə haqqının natura ilə ödənilməsi, muzdlu kənd təsərrüfatı
işçilərinin çoxluğunun üstünlüyüdür.
Portuqaliyad
a iri aqrar islahatları aparılmışdır. Ölkənin cənub bölgələrində
fermer təsərrüfatlarının təxminən 1 milyon hektarı kəndlilərə, həmçinin 1974-cü
ildən sonra yaradılmış xalq kolxozlarına və kooperativlərinə paylanılmışdır. İri
fermer
torpaqlarının həcmləri müəyyən olunmuşdur (suvarılmayan sahələrdə 500
hektaradək və suvarılan torpaqlarda 50 hektaradək), icarə müddətləri uzadılmışdır,
gübrələrin qiymətləri aşağı salınmışdır.
Ölkənin şimal və cənub bölgələri arasında bitkilərin becərilməsininn
xarakteri tarixən müxtəlif formalaşmışdır. Şimalda xırda təsərrüfatlar və daha çox
4
parç
alanmış torpaqlar üstünlük təşkil edir, burada təsərrüfatın idarə edilməsinin
intensiv üsulları tətbiq edilir. Adətən fermerlər ildə iki dəfə məhsul yığırlar. Yay
dövründə qarğıdalının, qışda isə paxlalıların becərilməsi müxtəlif heyvandarlıq
növləri ilə uyğunlaşdırılır. Buna baxmayaraq, aktivlik aparıcı aqrotexniki
texnologiyaların sayəsində deyil, insan əməyi hesabına nail olunmuşdur.
Portuqaliyanın cənub vilayətlərində iri torpaq sahibliyi (kolxozlar) və
nisbətən fermer sahələriüstünlük təşkil edir.
Belə yerlərdə əsas işçi qüvvəsi daimi muzdlu kəndlilər və bəzən daimi
olmayan muzdurlar
dır. Cənubda kənd təsərrüfatının tənəzzülünə bəzən bir neçə
illik, qisa müddətli icarələr səbəb olmuşdur.
Qısa müddətdə torpaq sahibi olan insanlar torpaqların münbitliyinin
artırılmasında maraqlı deyildilər. Alqavri regionundan başqa bütün cənub
vilayətlərində ekstensiv təsərrüfatlar üstünlük təşkil edir. Bu ya qoyun sürüləri
üçün otlaqlar kimi istifadə ediləndincə qoyulmuş torpaqlar və ya buğda əkini üçün
nəzərdə tutulmuş iri torpaq sahələri və ya “mondatuş” – dənli bitkilər becərilən
seyrək daş və mantar ağaclarının əraziləridir.
Ərazisi 92,4 min km
2
, əhalisi 10,6 milyon nəfərdir. 1 km
2
-
ə 114 nəfər
düşür. Ərazisinə görə dünyada 109-cu yerdədir. ÜDM istehsalı 246,9 milyard
ABŞ dolları təşkil edir, hər nəfərə 23,3 min ABŞ dolları məhsul istehsal edilir.
Ölkənin ümumi əkinə yaralı sahəsinin (15,08 milyon hektar) 3,92 milyon hektarı
kənd təsərrüfatının dövriyyəsindədir, ondan mövsümü xarakterli (taxıl, tərəvəz
s.) 33,5 faizi, daimi bitkilər (bağ və üzümlüklər) 19 faiz, örüş – 26,1 faiz,
həyətyanı torpaqlar – 0,7 faiz, becərilməyən sahələr – 20,7 faiz, meşə altında 0,5
milyon hektar. Fəal əhalinin 10,1 faizi və ya ölkə əhalisinin 4,2 faizi kənd
təsərrüfatında çalışır. Kənd təsərrüfatı və emal sənayesi ÜDM-in 10 – 12 faizini
təşkil edir.
Rusiyanın kənd təsərrüatı
Ərazisi 17,0 milyon km
2
,
əhalisi 150 milyon nəfərdir. ÜDM istehsalı
2
373,0 milyard ABŞ dollarıdır, hər nəfərə 15 820 ABŞ dolları düşür.
Rusiyanın kənd təsərrüfatı aqrar-sənaye kompleksinin çoxsahəli hissəsidir
v
ə iqtisadiyyatda xüsusi yerlərdən birini tutur.
Dünyanın bütün əkin sahələrinin 10 faizi Rusiyada yerləşir. Əkinçilik kənd
t
əsərrüfatının ümumi məhsulunun 40 faizini, heyvandarlıq isə 60 faizdən artıq
hiss
əsini təşkil edir.
Rusiyanın əkin sahələrinin orta hesabla 42,2 – 47,5 milyon hektarı dənli
bitkil
ərə ayrılıb. Buğda, çovdar, arpa, qarğıdalı, yulaf, darı, qarabaşaq, düyü
ənənəvi bitkilərdir.
Sah
ələrin çox hissəsini buğda təşkil edir: 7,2 – 12,8 milyon hektar payızlıq
taxıl və 13,8 – 15,5 milyon hektar səhədə yazlıq buğda becərilir. Buğdanın ümumi
yığımı 34,1 – 63,8 milyon ton arasında dəyişir, məhsuldarlıq 1 hektar payızlıq
buğdadan 2,1 – 3,4 ton, 1 hektar yazlıq buğdadan 1,3 – 1,6 ton təşkil edir. Daxili
istehlaka 36,4 – 44,2 milyon ton istifad
ə edilir. İdxal 0,1 – 1,3 milyon, keçici
ehtiyatlar 1,8 – 8,4 milyon ton t
əşkil edir.
Payızlıq və yazlıq arpanın əkin sahələri müvafiq olaraq 0,5 – 0,7 milyon
hektar v
ə 8,6 – 9,7 milyon hektardan ibarətdir. Payızlıq arpanın məhsuldarlığı 2,6 –
4,1 ton/ha, yazlıq isə 1,6 – 2,3 ton/ha təşkil edir. Arpanın ümumi yığımı 14,1 –
24,6 milyon tondur. Daxili istehlaka 15,5 – 17,1 milyon ton istifad
ə edilir, 1,3 –
3,7 milyon ton ixrac edilir. İdxal 0,2 milyon ton, keçici ehtiyatlar 1,0 – 3,9 milyon
ton t
əşkil edir.
Texniki bitkil
ərin əkin sahələri 5,4 – 8,8 milyon hektardır, bu da Rusiyanın
əkin sahələrinin 10 faizini təşkil edir.
Silos istehsalı üçün qarğıdalı, kökümeyvəlilər, yemlik şəkər çuğunduru,
birillik v
ə çoxillik otlar əkin sahələrinin təxminən 27 faizini əhatə edir. Kartof və
t
ərəvəz-bostan bitkilrərinə ayrılan əkin sahələri Rusiyanın əkin sahələrinin 5
faizini t
əşkil edir.
Dünya
miqyasında ərzaq problemi hər il xüsusi əhəmiyyət kəsb edir, buna
gör
ə də onun həlli üçün kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi daha vacibdir.
Rusiyada k
ənd təsərrüfatı tarixən əhəmiyyətli rol oynamışdır. Bu sektorda
sah
ələr olduqca genişdir: dənli bitkilərin istehsalı, heyvandarlıq, tərəvəzçilik və s.
Lakin Rusiya tarix
ən aqrar ölkə olduğundan iqtisadiyyatın bu sektorunda ciddi
ç
ətinliklərlə üzləşir.
Gün
əbaxanın və taxılın istehsalına görə ölkənin lider kimi tanınmasına
baxmayaraq, o
ərzaqları xarici ölkələrdən idxal edir. Bu zaman çox hallarda iri
əkin sahələri bəzən heç istifadə edilməmiş olaraq qalır.
Ölk
ədə quşçuluq istehsalçıları öz məhsulları ilə əhalini təmin edir.
Rusiyada k
ənd təsərrüfatı bazarında vəziyyət olduqca spesifikdir. Dövlət
t
ərəfindən bəzi tədbirlərin həyata keçirilməsinə baxmayaraq (südün idxalına
rüsumların aşağı salınması, dənli bitkilərin ixracına rüsumun artırılması və s.),
k
ənd təsərrüfatı məhsullarına qiymətlərin artması müşahidə olunur. Oxşar vəziyyət
t
əkcə taxılda deyil, həm də ət istehsalındadır. Təəcüblüdür ki, digər sahələrə edilən
2
qoyuluşlar kənd məşğulluğunun genişləndirilməsinə səbəb olur, lakin kənd
t
əsərrüfatına edilən qoyuluşlar bu məşğulluğu azaldır.
N
əticədə 2000 - 2005-ci illərdə kənd təsərrüfatı məhsullarının ümumi
h
əcmi ÜDM-də 26 faiz təşkil etmişdir. Ölkə hər hektardan 17 sentner
m
əhsuldarlığına qayıtmışdır (90-cı illərdə 11 – 12 sent olmuşdur) və kənd
t
əsərrüfatı məhsullarının idxalını tənzimləməyə başlamışdır.
Heyvandarlıq sahəsində donuzların baş sayı artırıldı, quş ətinin illik artımı
is
ə 15 faiz təşkil edirdi.
Buna baxmayaraq, dovl
ət tərəfindən aparılan maliyyələşdirilmə yetəri
q
ədər olmamışdır və 2006-cı il üçün 15 000 kənd təsərrüfatı müəssisələri öz
f
əaliyyətlərini dayandırmışdır. Yalnız Rusiya və xarici investorlarının maraqlarını
c
əlb edən kənd təsərrüfatı müəssisələri fəaliyyətlərini qoruyub saxlaya bilmişdir.
2000 – 2011-ci ill
ər ərzində xarici ölkələrdən olan investorların kənd təsərrüfatına
ümumi qoyuluşu 10 milyard ABŞ dolları təşkil etmişdir, bu hal gəlirli və ziyanla
işləyən müəssisələrinin payını dəyişmişdir, lakin bu da vəziyyəti kökündən həll
etm
əmişdir. Statistika məlumatlarına görə 2000 – 2010-cu illərdə gəlirli kənd
t
əsərrüfatı müəssisələrinin sayı 70 000 vahid azalmışdır (təxminən 2,3 dəfə),
ziyanl
a işləyənlərin isə 11 600 (5,7 dəfə) artmışdır.
K
ənd təsərrüfatı müəssisələrinin istehsal strukturunda da müəyyən
d
əyişikliklər baş vermişdir. Belə ki, iri kənd təsərrüfatı təşkilatlarının sayı 73,7
faizd
ən 45 faizədək azalmışdır. Lakin fermer təsərrüfatlarının sayının artımı 2
faizd
ən 7,5 faizədək və əhalinin təsərrüfatları 33 faizdən 47,1 faizədək artmışdır.
Əhalinin təsərrüfatlarının kənd təsərrüfatı məhsullarının istehsalına görə lider
olması təsadüfi deyil. Ət, süd, yun, meyvə, tərəvəz və taxıla tələbat yüksək olaraq
qalırdı, lakin mövcud olan kənd təsərrüfatı müəssisələri ölkə əhalisini lazımi
h
əcmdə məhsulla təmin etmək iqtidarında deyil. Nəticədə Rusiya kənd təsərrüfatı
m
əhsullarının 50 faizini idxal etmək məcburiyyətindədir. Ölkənin idxaldan asılı
olmağının daha bir səbəbi odur ki, Rusiyanı kənd təsərrüfatı məhsulları ilə təmin
etm
ək planlarını fermer təsərrüfatları doğrultmamışdır. 2010-cu ilin məlumatlarına
gör
ə, taxılın istehsalda payı 21 faiz, günəbaxanın 28,9 faiz, tərəvəzlərin 10 faiz,
kartofun is
ə hətta 5 faiz təşkil etmişdir.
2011-ci ilin n
əticələrinə görə, Rusiyada kənd təsərrüfatı istehsalının həcmi
3 trilyon rublu
keçmişdir, bu da 2010-cu illə müqayisədə demək olar ki, 25 faiz
çoxdur
. Rusiyanın Statistika Komitəsinin məlumatına görə 2010-cu ildə kənd
t
əsərrüfatı məhsullarının həcmi 2,44 trilyon rubl təşkil etmişdir. Əsas nailiyyət
ondan ibar
ət olmuşdur ki, 2011-ci ildə yerli istehsalçılar daxili bazarın tələbatını
tamamil
ə ödəyə bilmişlər.
K
ənd Təaərrüfatı Nazirliyi 2012-ci ildə əlverişli hava şəraitində dənli
bitkil
ərin ümumi yığımını 2011-ci ilin səviyyəsində olmasını proqnozlaşdırmışdır.
2011-ci ild
ə Rusiyada dənli bitkilərin ümumi yığımı təmiz çəkidə 93,8 milyon ton
olmuşdur. Kənd Təsərrüfatın Nazirliyinin proqnozuna görə, 2012-ci ildə yaz səpini
üçün 224 milyard rubl t
ələb olunmuşdur (o cümlədən 140 – 150 milyard rubl kredit
v
əsaiti). 2009 – 2010-cu illərdə məhsul mövsümündə 21,3 milyon ton, bir il öncə
is
ə 22,4 milyon ton ixrac edilmişdir.
3
K
ənd Təsərrüfatı Nazirliyinin məlumatına görə 2011-ci ildə kənd
t
əsərrüfatı istehsalatının dövlət dəstəyinə və kəndlərin sosial inkişafına 109,5
milyard rubl h
əcmində subsidiyalar nəzərdə tutulmuşdur.
İqtisadiyyatda kənd təsərrüfatının rolu böyükdür. O, hər bir ölkənin
iqtisadiyyatının təməlidir. Hətta sənayesi inkişaf etmiş bir çox ölkələr
iqtisadiyyatın bu sektoruna iri həcmdə vəsait qoyuluşları etmişlər.
Rusiya tarix
ən aqrar ölkədir, lakin buna baxmayaraq hal-hazırda
iqtisadiyyatın bu sektorunda onun inkişafını məhdudlaşdıran bir sıra həll
olunmamış problemlər mövcuddur. Ölkənin torpaq sahələri yetəri qədər böyükdür,
amma onların kiçik hissəsi əkinlər və heyvandarlığın inkişafı üçün istifadə edilir.
Bu da Rusiyanın torpaqlarının böyük hissəsinin əkinçiliyin riskli zonasında
yerl
əşməsi ilə əlaqəlidir, burada əkinlərin məhsuldarlığı hava şəraitindən asılıdır.
Bir çox inkişaf edən olkələrdə olduğu kimi kənd təsərrüfatı ÜDM-də
əhəmiyyətli rol oynayır. Rusiyada isə bu göstərici hər il artsa da, hələ də yüksək
olmayaraq qalır. 2011-ci ildə ölkənin ÜDM-də kənd təsərrüfatının payı 8 faiz
olmuşdur. 2009 – 2010-cu ildə ÜDM-də kənd təsərrüfatının payı müvafiq olaraq
5,49 v
ə 5,55 faiz təşkil etmişdir. Bununla yanaşı Rusiya əhalisinin yalnız 27 faizi
k
ənd yerlərində yaşayır.
2007 – 2009-cu ill
ərdə Rusiyada əkin sahələri artmışdır, lakin 2010-cu ildə
bu artım dayanmışdır. 2010-cu ildə 2009-cu illə müqayisədə əkin sahələrinin
azalması 2,6 milyon hektar təşkil etmişdir, bu da yazlıq taxılın əkin sahələrinin
azalması və payızlıq taxılın yığım sahələrinin azalması ilə əlaqəli olmuşdur. 2010-
cu ild
ə payızlıq taxılın məhv olması son üç illə müqayisədə yüksək idi, bu da
əlverişsiz hava şəraiti ilə əlaqəli olmuşdur.
Dostları ilə paylaş: |