Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə43/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

Norveç

in kənd təsərrüfatı 

 

Ərazisi 385,2 min km

2

, əhalisi 4,7 milyon nəfərdir. ÜDM 264,5 milyard ABŞ 



dolları təşkil edir, hər nəfərə 56,3 min ABŞ dolları düşür. 

Norveç


də  kənd  təsərrüfatı  yüksək  inkişaf  etmişdir.  Onun  əsasını,  ölkə 

əhalisinin ət, süd və süd məhsullarına olan tələbatını tam ödəyən heyvandarlıq təşkil 

edir. İqlim şəraiti üzündən dənli bitkilərin istehsalı  daxili bazarın tələbatının yalnız 

40 faizini ödəyir. Ölkə ərazisinin cəmi 3 faizi əkinçilik üçün yararlıdır. Zəif torpaqlar 

və  xırda  sahələr  üstünlük  təşkil  edir.  Onların  sahibləri,  adətən  yalnız  kənd 

təsərrüfatının  balıqçılıqla  və  ya  meşəçiliklə  və  ya  qonşu  sənaye  müəssisələrində 

mövsümi işlərlə məşğulluğu sayəsində dolanırlar. 

Belə  şərait  xırda  fermerlərin  müflisləşməsinə  və  istehsalın  daha  gəlirli 

ixtisaslaşdırılmış  fermalarda  təmərküzünə  gətirib  çıxarır.  Son  30  ildə  sahəsi  10 

hektara  qədər  olan  təsərrüfatların  sayı,  demək  olar  ki,  iki  dəfə  azalmışdır.  Ət-yun 

qoyunçuluğu  Norveç  üçün  ənənəvi  olan  heyvandarlıq  sahəsidir.  O,  əsasən  ölkənin 

qərb və şimal-qərb hissəsində, Skandinaviya yaylasının otlarla örtülmüş yamaclarında 

inkişaf etmişdir. Qoyunların sayı 1,8 milyona çatır. Heyvandarlıqda yemlik balıq unu 

geniş istifadə edilir. 

Nisbətən böyük sahələrdə Norveçin ənənəvi ərzaq və yem bitkisi olan kartof 

becərilir.  Ölkənin  çətin  şəraitinə  baxmayaraq  tərəvəz  və  meyvələrin  bir  hissəsi 

Norvec  fermerləri  tərəfindən  becərilir.  Məsələn,  son  illər  Norveç  durmadan artan 

həcmlərdə gilas və çiyələk ixrac edir. Kənd təsərrüfatı torpaqları Norveçdə 1 025,5 

min hektar təşkil edir (ölkənin torpaq sahəsinin 3 faizi), o cümlədən 437 min hektar 

əkin  sahələri.  204,5  hektar  sahədə,  istixanalarda  tərəvəz  və  çiçək  yetişdirirlər. 

Əhalinin  bir  nəfərinə  0,23  hektar  kənd  təsərrüfatı  torpağı  düşür,  bu  da    kalori  ilə 

hesablananda 4,4 milyonölk

ə  əhalisinin  ərzaq  məhsulların  olan  tələbatının  yarısını 

təmin  etməyə  imkan  yaradır.  Norveçlərin  istehlak  büdcəsində  ərzaq  məhsullarına 

olan xərcləri 13,9 faiz təşkil edir. ÜDM yaradılmasında kənd təsərrüfatının payı 1,5 

faizə çatır. 

Aqrar  məhsulların  ixrac-idxal  ticarətinın  mənfi  saldosuna  baxmayaraq  (1,4 

milyard  ABŞ  dollarından  çox),  ümumilikdə  Norveçin  xarici  ticarət  balansı  aktiv 

hesab  edilir.  İdxal  olunan  məhsulların  arasında  daha  çox  tərəvəzlər  və  meyvələr, 

buğda, şəkər, qəhvə, çay, tütün məmulatları və ədviyyatlar yer alır. İxrac obyekti kimi 

əsasən süd məhsulları önə çəkilir. Ölkənin bütün ixrac həcmində ərzaq məhsullarının 

payı 1 faizi aşmır (idxal 6 faiz təşkil edir). 

Statistik 

məlumatlara görə, Norveçin kənd yerlərində ölkənin bütün əhalisinin 

5 faizi yaşayır, kənd təsərrüfatında məşğul olanların payı isə bütün işləyənlərin 4,6 

faizini təşkil edir. 

Kənd  təsərrüfatı  istehsalı  ilə  83,2  min  təsərrüfat  məşğul  olur  (sahəsi  0,5 

hetar


dan çox olmayan fermalar daxil olmaqla), o cümlədən 1,2 min təsərrüfatda 50 

hektardan  artıq  olan  kənd  təsərrüfatı  sahəsi  mövcuddur.  Müntəzəm  olaraq  fermer 

təsərrüfatlarının  sayı  azalır.  Norveçdə  fermaların  orta  həcmi  12  hektar  kənd 

təsərrüfatı  və  50  hektar  meşə  sahəsindən  ibarətdir.  Təsərrüfatların  ümumi  torpaq 

sahələrində meşələrin payının yüksək olması Norveç kənd təsərrüfatı müəssisələrinin 

xarakterik  xüsusiyyətidir.  Bütün  kəndli  məhsul  isehsalçıları  kənd  təsərrüfatı 

fəaliyyətlərinin  meşə  təsərrüfatının  idarə  edilməsi  ilə  uyğunlaşdırırlar.  Norveçdə 

şumlamanınmiqdarının  artırılması  imkanları  məhduddur,  çünki  ölkə  ərazisinin  75 



 

faizini dağlar, göllər və buzlaqlar təşkil edir. Ərazinin 22 faizi  Avropanın şimal-qərb 



hissəsinin ekobalansının mühafizə edilməsi üçün əhəmiyyətli olan meşələrlə örtülüb. 

Kənd  təsərrüfatı  fəaliyyətinin  aparılması  üçün  daha  əlverişli  şərait  mülayim  iqlimə 

malik  ölkənin  cənub  və  cənub-qərb  hissələrindədir,  münbit  torpaqlar  isə  düzənlik 

hissəsindədir.  Vegetasiya  dövrü  Bergen  vilayətində  olan  194  gündən  şimal 

regionunda 

olan 90 gün arasında dəyişir. Belə şərait bəzi kənd təsərrüfatı bitkilərinin 

becərilməsini  məhdudlaşdırır  (məsələn,  şəkər  çuğundurunun  becərilməsi  istisna 

edilir) 


və bununla da ərzaq buğdasının və yüksək zülal tərkibli yem buğdasının xeyli 

hissəsinin  idxal  olunmasına  səbəb  olur.  Lakin,  əlverişsiz  təbii-iqlim  şəraitinə 

baxmayaraq Norveç

in  kənd  təsərrüfatındaəsas  bitkilərin  nisbətən  yüksək 

məhsuldarlığı  müşahidə  olunur:  buğdanın  4,54 t/ha,  çovdarın 4,29 t/ha, arpanın 

3,

69  t/ha,  yulafın  4,18  t/ha,  kartofun  22,24  t/ha  və  yemlik  olan  kökümeyvəlilərin 



49,12 t/ha təşkil edir. 

Fermer təsərrüfatlarının əsas gəlir mənbəyi ölkənin heyvandarlıq məhsularına 

olan  ehtiyacını  tam  ödəyən  yüksək  məhsuldar  heyvandarlıqdır.  Fermerlərin 

he

yvandarlıq məhsullarından əldə etdikləri gəlir ümumi gəlirlərinin 64 faizini təşkil 



edir (bitkiçilik məhsullarından 23 faiz, meşəçilikdən 13 faiz). 

Heyvandarlığın daha çox inkişaf etmiş sahəsi, bütün gəlirlərin 35 faizini təşkil 

edən  südçülük  maldarlığıdır.  Ölkənin  ixtisaslaşmış  28 460 südçülük  təsərrüfatı  ildə 

1 800  min tondan 

artıq süd istehsal edir, hər sağmal inəkdən orta hesabla təxminən  

6 000 litr  süd 

sağılır.  Avropa  İttifaqında  olduğu  kimi,  Norveçdə  süd  istehsalının 

kvotası  sistemi  qüvvədədir.  Onun  həddi  fermanın  sahəsindəndən  asılıdır  (fermada 

yetişdirilən  bir  inəyə  və  ya  digər  mal-qaraya  0,4  hektar  kənd  təsərrüfatı  təyinatlı 

torpaqları hesabı ilə). Kvota təkcə süd istehsalının həcmini tənzimləmir, həm də ətraf 

mühitin müha

fizəsini təmin edir, onun peyin və sidik cövhəri ilə çirkləndirilməsindən 

qoruyur.  Bitkiçilikdə  olduğu  kimi,  Norveçin  heyvandarlığında  istehsalın 

cəmləşməsinin  artmasına  meylliyi sabitdir –  ixtisaslaşmış  fermaların  sayı  azalaraq, 

orada  saxlanılan  heyvanların  sayı  artır.Son 1/4 əsrdə, iribuynuzlu mal-qaranın 

bəslənilməsində ixtisaslaşan  fermaların sayı 66 faiz, saxlanılan inəklər 62 faiz, qoyun 

və keçilər 73 faiz, donuzlar isə 85 faizazalmışdır. Eyni zamanda bir fermahesabı ilə 

iribuynuzlu mal-

qaranın sayı 2,8 dəfə, inəklərin 2,2 dəfə, qoyun və keçilərin 3 dəfə, 

donuzların isə 8 dəfəartmışdır. 

Norveç

də  bütün  kənd  təsərrüfatı  torpaqları  və  meşələrin  85  faizindən  çoxu 



şəxsi  mülkiyyətdədir.  Bütün  kənd  təsərrüfatı  təyinatlı  torpaq  fondunun  20  faizi 

icarəyə  verilir.  Şəxsi  təsərrüfatından  kənarda  olan  fermer  əməyi  geniş  yayılmışdır 

(sənaye,  qulluq  xidmətləri  və  s.).  Fermerlərin  yalniz  1/4  hissəsi  əsas  gəlirini  öz 

təsərrüfatındakı fəaliyyətindən əldə edir, yarısından çoxu isə gəlirlərinin 50 faizdən 

yuxarı olan gəlirlərini qeyri kənd təsərrüfatı fəaliyyətindən əldə edir. 

Norveç 


büdcə  vəsaiti  hesabınaaqrar  istehsala  yardımın  yüksək  səviyyəsi  ilə 

səciyyələnən  dövlətlərə  aiddir.  Kənd  təsərrüfatına  yardım  üçün  dövlət  büdcəsindən 

olan  bütün  pul  qoyuluşları  hər  il  3,3  milyard  ABŞ  dolları  təşkil  edir  (kənd 

təsərrüfatının ümumi məhsulunun dəyəriin 71 faizi). Eyni zamanda, dövlətin siyasəti 

gələcəkdə aqrar məhsullara təminatlı qiymətlərin aşağı salınmasına və aqrar bazarın 

daha açıq olmasına istiqamətlənir. 

Fermerlərin və dövlətin münasibətləri hökumətlə Norveç Əkinçilərinin İttifaqı 

(60  min  nəfər)  və  Xırda  Əkinçilərin  və  Muzdlu  İşçilər  Birliyinin  (14  min  nəfər) 

arasında hər il imzalanan Aqrar Sazişlə tənzimlənir. Bu təşkilatlar emal sənayesinin 


 

16 ümumi dövlət koopertiv təşkilatları ilə sıx əlaqələri qurmuşlar, buraya həmçinin 



xammalın  produsentləri  olan  fermerlər  də  daxildir.  Bir  qayda  olaraq,  fermerlər  bir 

neçə kooperativlərin üzvü olurlar. 

Emal  sənayesinin  inkişafı  ilə  kənd  təsərrüfatının  Norveçiqtisadiyyatında  olan 

payı  azalmışdır.  Ölkənin  şimal  en  dairəsində  yerləşməsi,  nisbətən  qısa  vegetasiya 

dövrü,  sərin  keçən  yay  və  torpaqları  az  münbit  olması  səbəbindənNorveçdə  kənd 

təsərrüfatının inkişafı çətinləşmişdir. 

Dövlət tərəfindən subsidiyaların  ayrılmasına baxmayaraq,  Norvecdə  əkinçilik 

sahəsi  ağır  vəziyyətdədir.  Becərilən  torpaqların  payı  ölkənin  ümumi  sahəsinin 3 

faizini keçməmişdir, kənd təsərrüfatında və meşəçilikdə isə ölkənin əmək qabiliyyətli 

əhalisinin 5,6 faizi məşğul olur. Fermer təsərrüfatlarının sayı 200 000-ə çatır, bununla 

belə onların  çoxu  kiçik  təsərrüfatlardır:  bütün təsərrüfatların  yarısının 10 hektardan 

artıq olmayan torpaq sahələri var və yalnız fermerlərin 1 faizi 50 hektardan artıq olan 

torpaqlara sah

ibdir.  Aparıcı  sahə,  bütün  kənd  təsərrüfatı  məhsullarının  80  faizini 

istehsal 

edən  intensiv  heyvandarlıqdır,  əsasən  də  ət  və  süd  yönümlülər. Bununla 

əlaqədar  olaraq  və  həmçinin  iqlim  şəraiti  nəzərə  alınaraq,  əsasən  yem  bitkiləri 

becərilir. Qoyunçuluq inkişaf etmişdir. 

Norveç 

istehsal etdiyi kənd təsərrüfatı məhsulları ilə tələbatın cəmi 40 faizini 



təmin edir və dənli bitkiləri idxal etməyə məcburdur. 

Digər  Skandinaviya  ölkələrində  olduğu  kimi,  emal  sənayesinin  inkişafı  ilə 

Norveç 

iqtisadiyyatında  kənd  təsərrüfarının  payı  azalmışdır.  Ölkənin  əmək 



qabiliyyəti olan əhalisininkənd təsərrüfatında və meşəçilikdə 5,2 faizi məşğuldur və 

bu sahələr ümumi məhsulun 2,2 faizini istehsal edir. 

Norveç

in təbii şəraiti – şimal en dairədə yerləşməsi və az müddətli vegetasiya 



dövrü,  az  münbitli  torpaqlar  və  sərin  yay  əkinçiliyin  inkişafını  xeyli  cətinləşdirir. 

Nəticədə əsasən yem bitkiləri istehsal edilir və süd heyvandarlığının məhsulu böyük 

əhəmiyyət kəsb edir. Norveçdə hər dördüncü ailə öz həyətyanı sahəsini becərir. 

Norveç


də  daxili  ehtiyatlar  hesabına  uzaq  rayonlarda  kəndli  təsərtrüfatlarının 

saxlanılması  və  ölkənin  ərzaq  təminatının  genişləndirilməsi  üçün  ayrılan 

subsidiyalara baxmayaraq, son dərəcədə ağır vəziyyətdə olan əkinçilik təsərrüfatın az 

gəlirli  sahəsidir.  Ölkə  istehlak  edilən  ərzaqların  böyük  hissəsini  idxal  etmək 

məcburiyyətindədir.  Fermerlərin  çoxu  kənd  təsərrüfatı  məhsullarını  yalnız  öz  ailə 

tələbatlarını ödəyəcək həcmdə istehsal edirlər. 

Mövsümi mal-

qaranın,  əsasən  də  qoyunların  dağlıq  otlaqlara  köçürülməsi 

ikinci  dünya  müharibəsindən  sonra  dayandırılmışdır.  Dağlıq  otlaqlar  və  müvəqqəti 

yaşayış  məskənləri  yay  aylarında  bir  neçə  həftə  istifadə  edilir,  çünki  kənd  ətrafı 

əkinlərdə yem bitkilərinin yığımı artmışdır. 

Norveç


in əhalisinin bir nəfərə hesablanan gəlir həcminə görə dünyada ən varlı 

ölkələrdən  biridir. ÜDM, yəni bazar mallarının və xidmətlərinin ümumi dəyəri 385,2 

milyard ABŞ dolları məbləğındə qiymətləndirilmişdir və ya bir nəfərə 56,3 min ABŞ 

do

lları təşkil edir. 



Ərazisi 385,2 min km

2

, əhalisi 4,7 milyon nəfərdir. Ərazisinə görə dünyada 

66-

cı  yerdədir,  1  km

2

-

ə  145  nəfər  düşür.  ÜDM  264,5  milyard  ABŞ  dolları  təşkil 

edir, hər nəfərə 56,3 min ABŞ dolları məhsul istehsal edilir. Ümumi ərazinin 3 faizi 

əkinçilik  üçün  yararlıdır.  1,8  min  baş  qoyuna,  863,2  min  baş  iribuynuzlu  mal-

qaraya, 96,4 min donuza, 35,4 min baş keçiyə, 3,9 milyon baş quşa malikdir. İldə 

1,2  milyon  ton  taxıl,  ondan  331  min  ton  buğda,  541  min  ton  arpa,  321  min  ton 

 

kartof,  2659 min  ton  ot,  322 min  ton  ət,  61 milyon  yumurta,  1,5 milyon ton süd 



istehsal edilir 

 

Fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində ev heyvanlarının sayı 

 

  



2001 

2011 

Atlar 


28 468 

36 396 


 

Cəmi iri buynuzlu mal-qara, o cümlədən: 

987 915 

863 153 


İnəklər 

342 248 


304 897 

Kökəltmək üçün donuzlar  

90 791 

96 339 


 

1 yaşdan yuxarı qoyunlar  

966 278 

918 235 


Südlük keçilər 

50 299 


35 383 

Toyuqlar 

3 290 510 

3 854 214 

 

Kənd təsərrüfatı və meşəçilik məhsulları

 

 



  

2000 

2010 

 

Məhsul, min ton 

 

 

 

Cəmi dənlilər 



1 299  1 206 

Buğda 


313 

331 


Arpa 

573 


541 

Yulaf 


397 

299 


 Kartof 

356 


321 

 Saman  


2 871  2 659 

  

Heyvandarlıq məhsulları, min ton 



 

 

Cəmi ətin, o cümlədən 

261 

322 


Mal və dana əti 

88 


81 

Donuz əti 

103 

129 


Qoyun və quzu əti 

23 


24 

Yumurta 


48 

61 


İnək südü 

1 566  1 510 

 


Polşanın kənd təsərrüfatı 

 

Ərazisi  312,7  min  km



2

,  əhalisi  38,7  milyon  nəfərdir,  əhalinin  sıxlığı  1 

km

2

 



127 nəfərdir. ÜDM 765,6 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 19 783 

ABŞ dolları düşür. 

Polşanın Avropa İttifaqına üzv olması kənd təsərrüfatına və kənd rayonlarına 

dəstəyin  səviyyəsini  və  yardımın  sabitliyini  xeyli  artırmışdır.  Polşada 

təsərrüfatların və ya müəssisələrin inkişafının dəstəyinə və modernləşdirilməsinə, 

kəndlərin inkişafına və  yeniləşməsinəmaliyyə  vəsaitlərini 2007  –  2013-cü illərdə 

kənd  rayonlarının  inkişafı  Proqramı  çərçivəsində  əldə  etmək  olar.  Bundan əlavə, 

iqtisadiyyatın  bu  sahələrinə  yerli  fərdi  investorlar  tərəfindən  vəsaitlər  yönəldilir. 

Bu  proqramlar  Aİ  ölkələrində  ən  iri  ödəniş  agentliyi  olan  Kənd  Təsərrüfatının 

Restrukturiz

asiyası  və  Modernləşdirilməsi  Agentliyi  (KTRvəMA)  tərəfindən 

həyata keçirilir. Tamamilə milli büdcədən verilən əsas yardım banklar tərəfindən 

kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  emalı  subyektlərinə  verilən  investisiya 

kreditlərinin  faiz qoyuluşlarını  aşağı salan  əlavə ödənişlərdən  ibarətdir.  Bu əlavə 

ödənişlər banklarla bağlanan müqavilələr əsasında KTRvəMA tərəfindən ödənilir. 

Agentliyin  fəaliyyətinin  başlanması  dövründən  ümumilikdə  54  güzəştli 

kredit  xətti,  o  cümlədən  kənd  təsərrüfatı  və  kənd  yerlərinin  inkişafı  nazirliyi 

tərəfindən təsdiq edilmiş sahə və regional proqramları çərçivəsində 43 xətt təqdim 

edilmişdir.  Hal-hazırda  kreditlər  adətən  aşağıdakı  məqsədlərə  rəsmiləşdirilir: 

məhsulların  komersiya  təkliflərinin  genişləndirilməsi  və  onun  bazar  tələblərinə 

adaptasiyası,  istehsal  xərclərinin  azaldılması,  ərzaqların  keyfiyyətinin  artırılması, 

aqrar strukturun yaxşılaşdırılması. 

2010-

cu ildə kənd təsərrüfatı istehsalçıları böyük maraq doğuran gənc kəndli 



sahibkarlar 

üçün  investisiya  kreditləri  (nMR),  kənd  təsərrüfatı  torpaqlarının 

alınmasına olan kreditlər (nKZ) və həmçinin əsas investisiya kreditləri (nIP) kimi 

12 güzəştli kredit xəttindən yararlana bilmişlər. Kreditlər, kənd təsərrüfatı istehsalı 

və  kənd  təsərrüfatı  məhsullarının  emalı  ilə  bağlı  investisiyaların  çoxunu 

maliyyələşdirməyə  imkan  verir  (məsələn,  kənd  təsərrüfatı  torpaqlarının  alınması, 

tikililərin inşası və ya moderləşdirilməsi, traktorların, maşınların və avadanlıqların 

alınması). 

Kredit xətlərinin  çoxunda illik  faiz qoyuluşu hal-hazırda 2  faiz  təşkil edir. 

Kredit  xətlərindən  asılı  olaraq    güzəştli  investisiya  kreditləri  8-dən  20  ilədək 

təqdim edilə bilər, bu hüdudlarda kreditin ödənilməsinin güzəşt dövrü 2 və ya 3 

ildən  artıq  ola  bilməz.Daha  qısa  müddətə,  maksimum  4  ilə,  təbii  fəlakətlərin 

nəticələrinin  aradan  qaldırılmasına  dövriyyə  kreditləri  təqdim  edilir.  Kreditlərin 

məbləğı aşağıda qeyd edilənlərdən artıq ola bilməz: 

fermer təsərrüfatlarına investisiya qoyulmuş vəsaitlərin 80 faizinindən (90 



faiz nGR) və ya 7 milyon zlota; 

kənd təsərrüfatının istehsalatının xüsusi sektorlarına investisiya qoyulmuş 



vəsaitlərin 70 faizinindən və ya 8 milyon zlota; 

kənd təsərrüfatı məhsullarının emalına investisiya qoyulmuş vəsaitlərin 70 



faizini

ndən və ya 16 milyon zlota. 



 

 



 

Güzəştli  investisiya  kreditləri  barədə  müraciət  proseduruna  investisiya 

biznes-

planının  tərtib  edilməsi  və  kreditə  ərizə  və  Agentlik  ilə  əməkdaşlıq  edən 



banka müvafiq sənədlər komplektilə birgə təqdim edilməsi daxildir. 1994 – 2010-

cu  illər  dövründə  Agentliklə  əməkdaşlıq  edən  banklar  31,89  milyard  zlota 

məbləğində  407 636 güzəştli investisiya  krediti  təqdim  edilmişdir.  Bu kreditlərin 

faiz  qoyuluşlarına  əlavə  ödənişləri  maddəsi  üzrə  Agentlik  8,89  milyard  zlota 

həcmində vəsait köçürmüşdür. Daha çox faiz qöyuluşlarına KTRvəMA-nin əlavə 

ödənişlərilə  investisiya  kreditləri  aşağıdakı  kredit  xətləri  çərçivəsində  təqdim 

edilmişdir: 

- 14,32 milyard zlota 

həcmində 151 121 gənc kəndli sahibkarlar (MR/nMR) 

üçün kredit

lər və ya təqdim edilmiş kreditlərin ümumi məbləğındən 37,07 faiz; 

-  6,22 milyard zlota 

həcmində  109 418  əsas  investisiya  kreditləti  (IP/nIP) 

(26,84 faiz); 

-  4,36 milyard zlota 

həcmində  107 576  kənd  təsərrüfatı  torpaqlarının 

alınmasına kreditlər (KZ/nKZ) (26,39 faiz). 

Kreditlərin istifadə edilməsilə həyara keçirilmiş investisiyaların həcmi 49,07 

milyard zlota 

təşkil etmişdir. 

Bundan  əlavə,  1995-ci  ildən  Agentlik  təbii  fəlakətlərin  nəticəsində  zərər 

çəkmiş  istehsalın  bərpa  edilməsinə  investisiya  və  dövriyyə  kreditlərinin  faiz 

qoyuluşlarına  əlavə  ödənişlər  tətbiq  edir,  cəmi  30.06.2010-cu  il  tarixədək  9,69 

milyard zlota 

məbləğində təqdim edilmişldir. 

Milli  büdcədən  yardımın  daha  bir  forması  bank  kreditlərinin  ödənilməsinə 

zəmanət  və  zaminlərdir.  Agentliyin  zəmanətləri  tələbənin  ailəsində  hər  nəfərə 

gəlirin  həcmindən  asılı  olaraq  kreditin  istifadə  edilmiş  məbləğinin  80  və  ya  100 

faizinədək  təqdim  edilir.  Tələbə  kreditlərinin  zəmanətlərinin  təqdim  edilməsi 

zamanı  komissiya  xərcləri  çıxılmır.  2001-ci  ildən  hal-hazıra  kimi  qeyd  edilən 

yardımdan  4 781  tələbə  yararlanmışdır,  təqdim  edilmiş  zəmanətlərin  məbləğı  isə 

66,75 milyon zlota 

təşkil  etmişdir.  2011-ci  ildə  Agentlik  2,61  milyon  zlota 

məbləğində 193 tələbə krediti təqdim etmişdir. 

2007 – 2013-

cü illər üzrə kənd rayonlarının İnkişafı Proqramı (KRİP 2001 – 

2007)  Polşada  kənd  rayonlarına  yardımın  həcmi  və  formasını  müəyyən  edən 

sənəddir. Proqramda nəzərdə tutulan tədbirlərin çox hissəsi 2004 – 2006-cı illərdə 

“KRİP 2004 – 2006”  çərçivəsində tətbiq edilən vasitələrin davamıdır. 

KRİP  2007  –  2013”  24 iyul 2007-ci  ildə  Avropa  İttifaqının  kənd 



raonlarının  inkişafı  işləri  üzrə  Komitənin  iclasında  qəbul  edilmiş, 07 sentyabr 

2007-


ci  ildə  isə  Avropa  cəmiyyətlərinin  Komissiyasının  qərarı  ilə  həyata 

keçirilməsi üçün təsdiq edilmişdir. 

2007  –  2013-

cü  illər  üzrə  Kənd  Yerlərinin  İnkişafı  Proqramı  həm  Aİ-nın 

büdcəsindən  (Kənd  rayonlarının  inkişafının  dəstəyi  üzrə  Avropa  İttifaqının  kənd 

təsərrüfatı  fondu  -  KRİDAİKTF),  həm  də  milli  ictimai  vəsaitlərdən 

maliyyələşdirilir. 

Proqram 


çərçivəsində 

ictimai 


vəsaitlərdən 

əlavə 


maliyyələşdirilmənin ümumi məbləği təxminən 17,4 milyard avro təşkil etmişdir. 

Aİ-nın  büdcəsindən  vəsaitlərin  ayrılması  13,2  milyard  avrodan  artıq  təşkil  edir, 

milli ictimai vəsaitlərin payı isə təxminən 4 milyard avro təşkil etmişdir. Faktiki 


 

 



 

olaraq  14  milyard  avropaylaşdırılmalıdır, çünki təxminən 3  milyard  avro 2004  – 

2006 KRİP çərçivəsində qəbul edilmiş 2004 – 2006 illərin öhdəlikləri təşkil edir. 

16 iyul 2010-

cu  ilə  olan  məlumatlara  uyğun  olaraq  Proqramın  həyata 

keçirilməsindən  başlayaraq  təxminən  15,54  milyard  avro  məbləğındə  ödəmələr 

aparılmışdır, o cümlədən 11,97  milyard  zlota  KRİDAİKTF  vəsaitlərindən, bu  da 

2007  –  2013-

cü  illərdə  KRİP-nın  həyata  keçirilməsinə  ayrılmış  KRİDAİKTF-un 

ayrılmış  vəsaitlərinin  22,46  faizini  təşkil  etmişdir. 

European Economy Recovery 

Plan (EERP) h

əyata keçirilməsilə bağlı 

KRİDAİKTF-nun  büdcəsi  1,020  milyard 

avro artırılmışdır. Polşaya kənd rayonlarının inkişafı sahəsində tədbirlərəayrılmış 

əlavə  vəsaitlər  (168 890 000  avro)  tədbirlər  çərçivəsində  həyata  keçirilən  yeni 

məsələlərə yonəldiləcək: 

“Fermer  təsərrüfatlarının  modernləşdirilməsi”  –  süd  təsərrüfatlarının 



restrukturizasiyasına aid layihələr; 

-  “K


ənd  təsərrüfatı  su  ehtiyatlarının  idarə  edilməsi  yolu  ilə  kənd  və  meşə 

təsərrüfatlarının inkişafı və adaptasiyası ilə bağlı infrastrukturun təkmilləşdirilməsi 

və  inkişafı”  –  su  saxlanması  sahəsində  layihələr,  əsasən  torpaqda suyun 

saxlanılması  və  susuzlaşmanın  qarşısının  alınması,  həmçinin  torf  bataqlıqlarının 

vəsu  saxlanılmasına  qabiliyyətlərini  bərpa  edən  üsülla  su  axınlarının 

renaturizasiyası; 

“Kənd iqtisadiyyatı və əhalisi üçün əsas xidmətlər” –bərpa edilən enerjinin 



istifadəsi  sahəsində  layihələr,  həmçinin  kənd  yerlərində  geniş  xətli  internetin 

infrastrukturunun inşası ilə bağlı layihələr. 

“Fermer  təsərrüfatlarının  modernləşdirilməsi”,  “Əsas  kənd  təsərrüfatı  və 

meşə  məhsullarının  əlavə  dəyərinin  artırılması”,  “Qeyri-kənd  təsərrüfatı 

fəaliyyətinin  istiqamətində  differensiasiya”,  “Mikro  müəssisələrin  yaradılması  və 

inkişafı”  tədbirlərin  benefisiarları  üçün  avansların  ödənilməsi  imkanı  tətbiq 

edi

lmişdir. 



 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin