Macarıstanın kənd təsərrüfatı
Ərazisi 93,0 min km
2
, əhalisi 10,1 milyon nəfər, 1 km
2
-
ə 108 nəfər düşür.
Macarıstan kənd təsərrüfatı yüksək inkişaf etmiş sənaye ölkəsidir. Burada
əsasən bağçılıq və üzümçülük inkişaf etmişdir.
Macarıstanın ÜDM 195,9 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 19 396
ABŞ dolları düşür.
ÜDM-
də fərdi sektorun payı 80 faizdən artıq (1990-cı ildə 10 faiz) təşkil
edir. Özəlləşdirmənin ən gərgin vaxtı 1995-ci ildə olmuşdur, 1999-cu
ildə isə bu
proses əsasən sona çatmışdır. 2002-ci ildə dövlətin mülkiyyətində 190 müəssisə
mövcud
olmuşdur (əsasən azgəlirli).
Macarıstanın ərazisinin 70 faizini kənd təsərrüfatı torpaqları təşkil edir (6,5
milyon hektar). Meşələr ərazinin 17 faizini təşkil edir. Macarıstanın əsas aqrar
rayonları ölkənin mərkəzi və şərq hissələrinin düzənliklərində yerləşir.
1990-
cı ildə başlamış, sonrakı dövrdə, dövlət kənd təsərrüfatının
restukturizasiyasi
və özəlləşdirilməsi üzrə genişmiqyaslı proqram həyata
keçirmişdir. Torpaq sahiblərinə onların mülkiyyətləri qaytarılmışdır, bəzi
kooperativlər buraxılmışdır, onların torpaqları isə özəlləşdirilmişdir. Artıq 1995-ci
ildə əkinə yararlı torpaqların təxminən 30,6 faizi kooperativlər tərəfindən
becərilirdi, 17,6 faizi dövlət mülkiyyətində, qalan torpaqlar isə fiziki şəxslərə və
müəssisələrə məxsus idi.
Müasir Macarıstanın kənd təsərrüfatı onun iqtisadiyyatı üçün çox
əhəmiyyətlidir. Münbit torpaqlar və mülayim iqlim aqrar bitkilərin inkişafına şərait
yara
tmışdır.
Macarıstan kənd təsərrüfatı cəhətdən özünəyetərli ölkədir. Hal-hazırda
Macarıstanda buğda, qarğıdalı, düyü, tərəvəzlər, meyvələr, çovdar, arpa,
günəbaxan, yulaf, çuğundur kimi bitkilər istehsal edilir. Macarıstanda ilin hər
mövsümündə tərəvəzi topdan satışdan almaq olar. Bununla yanaşı, bir çox süd və
ət məhsulları da istehsal edilir. Macarıstanın kənd təsərrüfatında işləyən əhalinin
7,1 faizi məşğuldur, bu struktura 960 min fərdi təsərrüfat və təxminən 8 200 kənd
təsərrüfatı müəssisəsi daxildir. Macarıstanın qida sənayesi sənaye istehsalının 17
faizini və ixracın təxminən 10 faizini təmin edir. Macarıstanın qida sənayesinə
Rusiya, Rumıniya, Xorvatiya kimi bir çox xarici ölkələrdə tələbat var.
Macarıstanın tərəvəz təchizatçıları bütün dünyada məşhurdur.
Macarıstanda qida sənayesi istehsalatının cəmləşməsi yüksək səviyyədədir,
bu da arasında xarici şirkətlər də olan bir çox şirkətlərin birləşməsilə müəyyənləşir.
Macarıstan həmçinin şərabçılıq ölkəsidir. Qədim ənənələr və gözəl iqlim
şərabçılığın inkişafına şərait yaratmışdır. 90-cı illərdə bir çox dövlət şərab
zavodları fiziki şəxslərə verilmişdir. Bunun nəticəsində, keyfiyyətli şərablar
istehsal edən müəssisələrin sayı artmışdır. Xarici investorlar isə şərabın istehsalını
xeyli mode
rnləşdirilməsinə yardım etmişlər.
Bununla ya
naşı, Macarıstanın kənd təsərrüfatı ictimai-siyasi transformasiya
proseslərinin başlanması ilə bəzi problemlərlə üzləşir. Bu da ÜDM-də kənd
təsərrüfatı məhsullarının xüsusi çəkisinin, ixracda aqrar məhsullarının payının,
2
məşğul olanların sayının, kənd təsərrüfatı sahələrinin həcminin, heyvanların
sayının və s. azalmasına gətirib çıxarmışdır.
1992-
ci ildə ÜDM-nin 16,5 faizi kənd təsərrüfatının payına düşmüş, lakin
əsas bitkilərin istehsalının həcmi azalmışdır, çünki yeni bazarların mənimsənilməsi
və kənd təsərrüfatının idarə edilməsində yeni metodların tətbiq edilməsi qaçılmaz
müvəqqəti geriləməyə səbəb olmuşdur. 1997-ci ildə Macarıstan 717 000 ton üzüm
emal etmişdir, o cümlədən 612 min tonu şərabın istehsalına yönəldilmişdir. 1997-
ci ildə şərabın istehsalı 394 milyon litr təşkil etmişdir, bunların da 1/4 hissəsi ixrac
edil
mişdir. Eyni zamanda mal-qaranın, xüsusilə də donuzların sayı xeyli artmışdır.
1997-
ci ildə Macarıstanda 4,93 milyon donuz, 871 000 baş iribuynuzlu mal-qara,
860
000 min qoyun və 31 milyon quş mövcud olmuşdur.
Macarıstanın təbii ehtiyatların zənginliyinin əsasını münbit torpaqlar və
əlverişli iqlim şəraiti təşkil edir. Bu təbii üstünlüklər kənd təsərrüfatında istifadə
edilir.
1990-
cı illərin əvvəllərindən Macarıstanın kənd təsərrüfatında tez-tez böhran
əlamətləri müşahidə olunurdu, bu hal ümumilikdə iqtisadiyyatın ümumi tənəzzülü
SEV
ölkələrinin dağılması ilə əlaqəli olan böyük sayda bazarların itirilməsilə izah
edilir. Həmçinin kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı da
zərər çəkmişdir. Bunun səbəbi Avropa İttifaqının Macarıstanla olan münasibətləri
deyil, kənd təsərrüfatı sahəsinin daxili problemləri olmuşdur. Dəqiq desək, buna
yetərincə maliyyələşdirilmənin olmaması, sahənin gecikmiş modernləşdirmə və
rəqabət qabiliyyətinin aşağı olması səbəb olmuşdur.
Buğda, qarğıdalı, günəbaxanın tumları, kartof, şəkər çuğunduru, donuzlar,
iribuynuzlu mal-
qara, ev quşları, süd məhsulları Macarıstanın əsas kənd təsərrüfatı
məhsullarıdır.
Macarıstan hökuməti öz aqrar siyasətini kənd təsərrüfatının iqtisadiyyatda
rolunun möhkəmləndirilməsinə, xüsusilə də bu ölkənin ənənəvi sektoru olan
qarğıdalının, buğdanın, ətin, tərəvəzlərin, meyvələrin, şərabın istehsalına
yönəlmişdir.
Macarıstanın kənd təsərrüfatı torpaqlarının sahələri 6,1 milyon hektar, o
cümlədən 50 faizini əkin sahələri təşkil edir. Dənli bitkilərin əkinlərinə 1,5 milyon
hektar, qarğıdalıya 1,0 milyon hektar ayrılmışdır. Bitkiçilik əsasən dənli
təsərrüfatla, həmçinin tərəvəzçiliklə və bağçılıqla təqdim olunmuşdur (üzümçülük
daxil olmaqla).
Heyvandarlıq kənd təsərrüfatının daxili gəlirinin təxminən 60 faizini təmin
edir. Donuzçuluq,
ət və süd yönümlü iribuynuzlu mal-qaranın yetişdirilməsi və
quşçuluq kənd təsərrüfatının daha çox inkişaf etmiş sahələri hesab olunur.
Qoyunçuluq və süni göllərdə balığın yetişdirilməsi sahələri həmçinin daxili bazarın
tələbatlarını ödəyir.
Kənd təsərrüfatının əsas sahəsi bitkiçilikdir, o əsasən dənli bitkilərin
isteh
salında ixtisaslışır, ilk novbədə qarğıdalının və buğdanın. Texniki bitkilərdən
daha çox şəkər çuğunduru və günəbaxan geniş yayılmışdır. Macarıstan xeyli
miqdarda qırmızı bibər (paprika), soğan, alma, üzüm ixrac edir. Heyvandarlıqda
donuzların və iribuynuzlu mal-qaranın yetişdirilməsi daha çox əhəmiyyət kəsb
4
Macarıstanın kənd təsərrüfatının əlavə dəyəri, 2000-2010-cu illər
İl
Kənd
təsərrüfatı,
milyard ABŞ
dolları
Dünya kənd
təsərrüfatında
payı, %
Əlavə dəyərdə
kənd
təsərrüfatının
payı, %
Əhalinin hər
nəfərinə kənd
təsərrüfatı,
ABŞ dolları
Kənd
təsərrüfatının
inkişaf
templəri, %
2000
2.2
1.96
5.5
215
91.7
2001
2.4
2.15
5.2
236
109.1
2002
2.7
2.36
4.7
266
112.5
2003
3.1
2.41
4.3
306
114.8
2004
4.2
2.85
4.8
415
135.5
2005
4
2.63
4.3
397
95.2
2006
3.9
2.38
4
388
97.5
2007
4.7
2.4
4
468
120.5
2008
5.6
2.46
4.2
559
119.1
2009
3.6
1.62
3.4
360
64.3
2010
3.8
1.48
3.6
381
105.6
Macarıstanın və qonşu-ölkələrin kənd təsərrüfatının əlavə dəyəri,
milyard ABŞ dolları, 2000-2010-cu illər
İl
Ma
ca
rı
st
an
A
vs
tr
iya
Ç
exi
ya
S
lovak
iya
U
k
rayn
a
R
um
ın
iy
a
X
or
vat
iya
S
erb
iy
a
C
əm
i
2000
2.2
3.5
2
0.81
4.5
4
1.2
1.6
19.81
2001
2.4
3.5
2.2
0.89
5.5
5.4
1.2
2.1
23.19
2002
2.7
3.6
2.3
1.1
5.5
5.2
1.4
2
23.8
2003
3.1
4.3
2.6
1.3
5.5
6.9
1.5
2.2
27.4
2004
4.2
4.9
3.2
1.5
7
9.5
1.9
2.8
35
2005
4
4.4
3.4
1.6
7.9
8.3
1.9
2.6
34.1
2006
3.9
4.8
3.3
1.8
8.1
9.6
2.2
2.8
36.5
2007
4.7
5.9
3.9
2.7
9.4
9.8
2.5
3.5
42.4
2008
5.6
6.4
4.9
3.6
12
14
3.1
4.4
54
2009
3.6
5.3
3.9
3.1
8.5
10
3
3.3
40.7
2010
3.8
5.2
4.1
3.1
10
9.7
2.9
3.8
42.6