Çinin kənd təsərrüfatı
Ərazisi 9,6 milyon km
2
, əhalisi 1 340 milyon nəfər təşkil edir. ÜDM 11300,0
milyard ABŞ dollarıdır, hər nəfərə 8 433 ABŞ dolları düşür.
Kənd təsərrüfatı istehsalı, dünyada ən çoxsaylı əhalini ərzaqla təmin edən, Çin
Xalq Respublikasının iqtisadiyyatının əhəmiyyətli hissəsidir. Bundan əlavə, sahənin
məhsulları daha çox ixraca gedir.
Çin qədim əkinçilik sivilizasiyası ölkəsidir. Becərilən bitkilərin müxtəlifliyinə
görə dünyada birinci yerlərdən birini tutur: 50 növdən yuxarı əkin bitkiləri, 80-dən
artıq bostan və 60-dan yuxarı bağ bitkiləri istifadə edilir.
Kənd təsərrüfatının əsas xüsusiyyətlərindən biri mütamadi olaraq əkin
sahələrinin çatışmazlığıdır. 320 milyon hektar şumlanmaya yararlı torpaqların yalnız
224 milyon hektarı istifadə edilə bilir. Ümumilikdə əkin sahələri 127 milyon
hektardır, bu da dünya əkin sahələrinin 7 faizini təşkil edir. Çin təsnifatı üzrə torpaq
fondunun yalnız 21 faizi bitkiçilik üçün əlverişli şəraiti ilə uzunmüddətli vegetasiya
dövrü ilə, ümumilikdə yüksək aktiv temperaturları ilə, yağıntıların bol olması ilə
seçilən, yüksək məhsuldar torpaqlara aiddir. Belə şərait il ərzində iki dəfə, Çinin
Cənubunda isə üç dəfə məhsul becərməyə imkan verir.
Ölkənin üç iqlim şəraitində olması bitkiçiliyin mürəkkəb coğrafiyasını
müəyyən edir.
Ölkənin kənd təsərrüfatına ənənəvi olaraq, ilk öncə dənli bitkilərinin
becərilməsinə yönəldilən bitkiçilikdə, düyü, buğda, qarğıdalı, qaolyan, darı,
kökü
meyvəlilər və soya əsas ərzaq bitkiləridir.
Düyü əsas ərzaq bitkisidir, onun yığımına görə Çin dünyada birinci yerdədir.
Ölkənin geniş ərazisində çəltikçilik, sərt iqlimi olan yüksək dağlıq ərazilərdən və
səhralardan başqa hər yerdə geniş yayılmışdır. Əkin sahələrinin 20 faizində düyü
becərilir, onun payına ölkədə dənlilərin ümumi yığımının təxminən yarısı düşür.
Düyünün becərilməsinin çoxəsrli tarixi ərzində Çində bu dənli bitkinin 10 min sortu
becərilmişdir.
Ölkədə düyünün istehsalı 125,3 – 134,3 milyon ton təşkil edir. İstehlak 127,2
–
130,3 milyon tondur. İxrac 0,7 – 1,3 milyon ton təşkil edir. İdxal isə 0,3 – 0,6
milyon ton. Keçici ehtiyyatlar 35,9 –
42,9 milyon ton arası dəyişir.
Əhəmiyyətinə görə ikinci olan ərzaq bitkisi taxıldır. Onun yığımına görə də
ÇXR liderlik edir. Hal-
hazırda heç bir ölkədə Çində olduğu kimi buğdanın belə
yüksək məhsulu yığılmır. 21,6 – 30,1 milyon hektar əkin sahəsində, orta
məhsuldarlığı 3,7 – 4,8 ton/ha, 86,5 – 113,9 milyon ton istehsal edilir. 0,5 – 2,8
milyon ton ixrac edilir.
İdxal 6,7 milyon ton təşkil edir. İstehlak 101,5 – 109,3
milyon
tondur. Buğda üzrə keçici ehtiyatlar 34,4 – 102,9 milyon ton arası dəyişir.
Bunda
n əlavə, xeyli miqdarda kök yumruları nişasta və şəkərlə zəngin olan,
şirin kartof (batat) becərilir.
Çin şəraitində texniki bitkilərin becərilməsi böyük əhəmiyyət daşıyır.
Qiymətlərin strukturu nəticəsində onların taxılın, pambığın, tərəvəzin və meyvələrin
istehsalından daha gəlirlidir, baxmayaraq ki, məsələn, pambığın becərilməsinə görə
Çin dünyada üçün
cü yerdədir.
2
Bundan əlavə, ölkədə, qida yağlarının əsas mənbəyi olan, yağlı bitkilərin
becərilməsi geniş yayılmışdır. Yerfındığı, raps və küncüt Çində becərilən əsas yağlı
bitkilərdir.
Kənd təsərrüfatı məhsullarının əsas növlərinə tarif kvotalarının dəyişiklikləri
probleminə uyğun, qarğıdalının və buğdanın idxalının artırılması halında gizli təhlükə
mövcuddur. Ümumi istehsalla
müqayisədə dənlilərə yüksək olmayan daxili kvotaya
baxmayaraq
, faiz nisbətində Çində dənlilərin ticarəti yetərincə geniş yer tutur.
Dünya bazarında dənli bitkilərə qiymətlərin balanslaşdırılmasına nail
olun
ması, həmçinin tarif kvotasının doldurulma payının artırılması müddətində
tədricən dənlilərin idxalının artırılması baş verəcək, bu da Çinin əsas taxıl istehsal
edən rayonlarında məhsulların istehsalına neqativ təsir göstərə bilər, daxili
qi
ymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Bunun nəticəsi mal ehtiyatının
e
htiyacdan artıq olması, Çinin əsas taxıl istehsal edən rayonlarında məşğulluğun aşağı
düşməsi, həmçinin kəndlilərin gəlirlərinin artım templərini xeyli yavaşıtması ola
bilər.
Qüvvədə olan dənli bitkilərə müdafiə qiymətlər siyasətinin nizamlanması üzrə
çətinliklər mövcuddur. Hələ də, dənli bitkilərə bazar qiymətlərinin formalaşması
mexanizminin stabil saxlanılması məqsədilə onun əvəz edilməsi üçün münasib
metodlar təklif olunmamışdır. Üstəlik, müxtəlif növ dənlilər üzrə istehsal xərclərinin
ödənilməsi imkanları elə də yetərincə deyil.
Ölkəninin geniş ərazisi və iqlim şəraitinin, torpaq və relyefinin müxtəlifliyi
fərqli aqrosistemlərin formalaşmasına səbəb olub. Çində 50-dən artıq əkin növləri
var
, 80 növ bostan və 60 növ bağ bitkiləri becərilir. Soyuq Şimal əyalətlərin geniş
əkin sahələri dənli və paxlalı bitkilərin (qarğıdalı, buğda, soya paxlalıları) yüksək
mexanikləşdirilmiş istehsalında aparıcı rol oynayır. Şimali Çində, qərbi hissə daxil
olmaqla, düzənliklərdə və terraslaşdırılmış yamaclarda, suyun xroniki çatışmazlığı ilə
mübarizə şəraitində quraqlığa davamlı bitkilər becərilir (buğda, qarğıdalı, darı).
Şimal-Çin düzənliyində becərilən torpaqlardan dənli və yağ bitkilərinin və tütünün
məhsulu ildə iki dəfə yığılır. Orada heç bir məhdudiyyət olmadan suvarılma üçün
yeraltı sular istifadə edilir (o cümlədən, quyu suyu).
Çində alınan kənd təsərrüfatı məhsullarının ümumi həcminə görə ən
məhsuldar Yantzı çayının aşağı axınının vadisidir. İl ərzində bir neçə dəfə məhsulun
alınması, suvarılmanın istifadəsi və gübrələrin geniş istifadəsi burada bir normadır.
Xunan, S
ıçuan və Tzyansu əyalətləri ölkədə düyünün ən iri istehsalçılarıdır. Şəkər
çuğunurunun çox hissəsi Quandun və Quansi əyalətlərində becərilir. Çinin subtropik
rayonlarında, əsasən idxal üçün mandarin, apelsin, liçji və ananas becərilir.
Bütün dənlilərin orta məhsuldarlığı artmışdır: buğdanın 5 dəfə, qarğıdalının
təxminən 4 dəfə, düyünun 3 dəfə. Məhsuldarlığın artımı, əsasən 1975-ci ildən sonra,
azot gübrələrinin istifadəsinin daha çox mümkünlüyü ilə əlaqədar olaraq baş
vermişdir. Hal-hazırda Çində 1 hektar əkin sahəsinə orta hesabla 240 kq-dan artıq
gübrə istifadə edilir.
Çin xaricdən sidik covhəri istehsalı üzrə 12 müasir kimya zavodu almışdır.
Yerli, effektliyi daha az olan müəssisələr əsasən ammonium-karbonat istehsal edirlər.
Bu zavodlar təxminən 16 milyon ton azot gübrəsi istehsal etmişdir ki, bu da Çini
bitkilərin qidalanmasının əsas elementinin iri istehsalçısına çevirdi.
3
Özəlləşdirmə nəticəsində kommunalardakı torpaq ailələr arasında
bölüşdürülmüşdür və ailə podratı əsasında işlənilir. İlk öncə torpaq qısa müddətə
icarəyə verilirdi (1-3 il), lakin qisa müddətdə uzunmüddətli sahibkarlıq sistemi tətbiq
edilmişdir (50 il və daha çox). Nəzarət rəqəmləri əvvəl aşağı salınmışdır, sonra isə
tamamilə ləğv edilmişdir. Taxılın və ətin qiymətlərinə bir sıra dəyişikliklərin
aparılması əməyin səmərəliliyinin artırılması üçün stimullaşdırıcı faktor rolunu
oynamışdır və əkin strukturlarında əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur.
Texniki bitkilərdən mühüm yer pambığa, kətana, cuta, çətənəyə və tütünə
məxsusdur (dünyada iri yığımlar). Yağlı bitkilər arasında yerfındığı, küncüt və
günəbaxan liderlik edirlər. Şəkər bitkilərindən şəkər qamışı və şəkər çuğunduru,
meyvələrdən isə sitrus, ananas, banan, manqo, alma, armud və s. üstünlük təşkil edir.
Kənd təsərrüfatının fəaliyyətində ənənəvi olaraq ikinci dərəcəli yer tutan
heyvandarlıq, yemlərin çatışmazlığı və otlaq sahələrinin məhdud olması ilə əlaqədar
olaraq mülayim
templərlə inkişaf etməyə başlamışdır. Donuzların baş sayına görə Çin
dünyada birinci yerdədir. Çinin əsas ət məhsulu olan donuz ətinin istehsalı 2 dəfədən
artıq artmışdır.
Çində 4000 il ərzində ipəkçilik tətbiq edilmişdir. Barama qurdunu Cənub və
Şərq rayonlarında yetişdirirlər, palıd qurdunu isə Şimal-Şərqi Çində.
Baxmayaraq ki, hal-
hazırda Çin ərzaq məhsulları ilə özünü əsasən təmin edir,
ərzağın istehsalının gələcək perspektivi çox da optimistik deyil. Əhalinin sayının
artması ilə qida məhsullarının istehsalının artırılmasında zəruriyyət qalacaq ərzaq
taxılına tələbatların artması gübrələrin istehsalının genişləndirilməsinin, suvarılma
üçün suyun sərfiyatının armasının və kənd təsərrüfatı istifadəsi üçün yararlı olan əkin
sahələrinin məhdudiyyəti ilə üzləşəcək. Qərb mütəxəssislərinin proqnozlarına görə,
XXI-
ci əsrdə Çinin idxal olunmuş taxıla tələbatı 55-dən 175 milyon tonadək artacaq.
Keçən əsrin 90-cı illərindən, Çin taxılın, ətin, pambığın, raps toxumunun, meyvələrin,
tütün yarpağının istehsalına görə dünyada birinci yerdədir, çayın və yunun istehsalına
görə ikinci yeri, soya paxlalıların, şəkər qamışının və cutun istehsalı üzrə üçüncü və
ya dördüncü yeri tutur.
Lakin, bir nəfərə orta hesabla məhsulun həcmi o qədər də
yüksək deyil.
Çində torpaq ehtiyyatlarının müxtəlifliyi böyükdür, lakin çox hissəsi dağlıq
ərazilərdədir, düzənliklər isə daha az hissəsini təşkil edir. Düzənliklər ölkənin ümumi
ərazisinin 43 faizini təşkil edir.
Çin, qədim zamanlardan aqrar ölkədir, lakin keçən əsrin 50-ci illərindən,
burada
genişmiqyaslı sənayeləşdirilmə başlamışdır. 80-ci illərin əvvəllərindən ÜDM-
da kənd təsərrüfatının payı təxminən 32 faiz təşkil etmişdir, lakin sonradan tədricən
aşağı düşməyə başlamış və 2001-ci ildə 15,2 faiz təşkil etmişdir. Kənd
zəhmətkeşlərinin ümumi məşğulluqda xüsusi çəkisi 1978-ci ildəki 70,5 faizdən 50
faizədək aşağı düşmüşdür, hesablamalara görə hal-hazırda bu təxminən 365 milyon
nəfər təşkil edir. Çində torpaq dövlət və kollektiv mülkiyyətindədir. İslahatın
sayəsində, istehsalın nəticələri ilə əlaqədar, yeni təsərrüfat sistemi olan ailə podrad
sistemi
geniş yayılmışdır.
Rəsmi məlumatlara əsasən, 1990-cı illərin axırına olan vəziyyətə görə Çində
təxminən 95 milyon hektar becərilən torpaqları var idi ki, bu da dünya miqyasında
ümumi becərilən torpaqların 1/15 hissəsi idi, lakin bununla belə dünya əhalisinin 1/5
hissəsini qida məhsulları ilə təmin etməli idi. Çində becərilən torpaqların faktiki
4
sahəsi, ola bilsin ki, 30 faiz çoxdur, lakin elə bu halda da əhalinin 1 nəfərinə yalnız
0,1 hektar təşkil edir. Buna görə də, əkinçiliyin daha intensiv formalarına ehtiyac var.
Çox hallarda torpağın eyni bir sahəsi ildə iki, üç və daha çox məhsulun becərilməsi
üçün istifad
ə edilir, Yantzı çayının hövzəsində ildə iki dəfə məhsulun yığımı normal
sayılır. Cənubi Çin əyalətlərində bir çox əkin sahələri ildə üç əsas kənd təsərrüfatı
bitkilərinin və ya beşə qədər tərəvəz məhsulunu verir.
Ölkənin geniş ərazisi və iqlim şəraitinin, torpağın, ərazinin relyefinin
müxtəlifliyi bir sıra müxtəlif aqrosistemlərin formalaşmasına səbəb olmuşdur. Çinin
qərb rayonlarının dağlıq əraziləri və geniş çölləri heyvandarlığın inkişafına imkan
verir (iribuynuzlu mal-qara, atlar, qoyunlar v
ə keçilər), səhra rayonlarının vahələri
qarpız və üzümün becərilməsi üçün əlverişlidir. Soyuq şimal əyalətləri, öz təbii
xüsiyyətləri ilə Şimali Amerikanın düzənliklərini xatırladan geniş ərazilərdə
dənlilərin və paxlalıların (qarğıdalı, buğda, soya paxlalıları) yüksək
mexanikləşdirilmiş istehsalında aparıcı rol oynayır.
Çində yığılan kənd təsərrüfatı məhsullarının həcminə görə, ən məhsuldar yer
Yantzı çayının aşağı axınının vadisidir. Məhsulun ildə bir neçə dəfə yığımı,
suvarılmanın istifadəsi və gübrələrin geniş tətbiqi bu ərazi üçün normal hesab edilir.
Əkinə yararlı torpaqların itkiləri və əkin sahələrinin ixtisar edilməsi
məhsuldarlığın artırılması hesabına əvəz edilmişdir. Bütün dənli bitkilərin orta
məhsuldarlığı təxminən 4 dəfə artmışdır. Buğdanın məhsuldarlığı 5 dəfə, qarğıdalının
4 dəfə, düyünün 3 dəfə artmışdır. Məhsuldarlığın bu artması əsasən mineral azot
gübrələrin daha da əlverişli olması ilə əlaqədardır.
Çinə kənd təsərrüfatının məhsuldarlığının artırılmasına imkan verən digər
müasir metorlara daha keyfiyyətli toxumların, pestisidlərin, kənd təsərrüfatı
bitkilərinin müdafiəsi üçün polietilen örtüyün tətbiq edilməsi, həmçinin suvarma
sisteminin
işləməsi və kənd təsərrüfatı məhsullarının emalı üçün elektrik enerjinin
istifadəsinin artırılması daxildir.
Aparılan özəlləşdirmə nəticəsində kommunalardakı torpaq əsasən olduqca
mürəkkəb bölgü formasının istifadəsi ilə ailələr arasında bölüşdürülmüşdür.
İlk öncə torpaq icarəyə qısa müddətə verilirdi, lakin tezliklə uzunmüddətli
torpaq sahibliyi sistemi
tətbiq edilmişdir.
Taxıla və ətə olan qiymətlər sahəsində çoxdan vaxtı çatmış bir sıra düzəlişlər
əməyin səmərəliliyinin artmasında stimullaşdırıcı faktor rolunu oynamışdır və bu
əkin strukturunda mühüm dəyişikliklərə gətirib çıxardı.
Kənd təsərrüfatı istehsalı strukturunun nizama salınması davam edir. Bazarın
tələbatına uyğun olaraq bitkiçiliyin strukturu xeyli nizama salınmışdır. Texniki
bitkilərin əkin sahələri genişləndirilmiş, kənd təsərrüfatı bitkilərinin ümumi sahəsi
arasında onların xüsusi çəkisi ilk dəfə 30 faiz və daha çox artmışdır.
Buğdanın istehsalı xeyli azalmışdır.
İl ərzində cəmi 462,51 milyon ton taxıl istehsal edilmişdir ki, bu da keçən illə
müqayisədə 9 faiz azdır, o cümlədən dənlilərin yay yığımı 107,5 milyon ton təşkil
etmiş və ya 9,3 faiz azalmışdır; tezyetişən düyünün yığımı 8,5 faiz azalaraq 37,47
milyon ton
təşkil etmişdir, payız yığımı 9 faiz azalaraq 317,54 milyon ton təşkil
etmişdir.
Texniki bitkilər üzrə pambığın və yağlı bitkilərin yığımı artmışdır, şəkər
istehsalı xammalının yığımı isə azalmışdır. Pambığın əkin sahələri keçən illə
5
müqayisədə 300 min hektar təşkil etmişdir, artım isə 8,1 faiz olmuşdur. 2010-cu il
ərzində cəmi 4,35 milyon ton istehsal edilmişdir, bu da keçən illə müqayisədə 13,6
faiz artıqdır. Yağlı bitkilərinin yığımı keçən illə müqayisədə 13,4 faiz artaraq 29,5
milyon ton təşkil etmişdir. Şəkər istehsalı xammalının əkin sahələri azalmışdır,
onların yığımı keçən illə müqayisədə 10,6 faiz azalaraq 74,5 milyon ton təşkil
etmişdir.
Heyvandarlıqda istehsal sabit inkişaf etmişdir. Donuz, mal və qoyun ətinin
ümumi istehsalı 62,7 milyon ton təşkil edərək 5,4 faiz artmışdır. Dəniz və çay
təsərrüfatında istehsal sabit olaraq artmışdır. Akvaməhsulların istehsalı 42,9 milyon
ton
təşkil edərək 4,1 faiz yüksəlmişdir.
Çin investisiyalarının rəqəmləri son illər durmadan artmış və 2009-cu ildə
artım 60 faiz təşkil etmişdir. Qara qitənin kənd təsərrüfatı istehsalına birbaşa
investisiyalar 2011-
ci ildə təxminən 15 milyard ABŞ dollarına çatmışdır. İki min Çin
şirkəti öz biznesini bilavasitə Afrika ilə əlaqələndirirlər və buraya xeyli vəsait
qoyurlar
. Onların məqsədi qitədə inkişaf etmiş kənd infrastrukturu yaratmaq, qitənin
dünya ərzaq bazarında daha ciddi oyunçu olması üçün Afrikanı kənd təsərrüfatı
məhsullarının güclü təchizatçısına çevirməkdir. İqlimin qlobal dəyişməsini və
bununla əlaqədar olaraq məhsulların becərilmə şəraitinin kəskin dəyişməsini nəzərə
alsaq, onda bu siyasəti xeyli uzaqgörən adlandırmaq olar.
Bugün Çin Afrikanın ən iri ticarət partnyorudur. Onların mal dövriyyəsi
keçən il 166 milyard ABŞ dolları təşkil etmişdir. Afrika qitəsinin ölkələrində Çin
nümayiş mərkəzləri yaradır, burada kənd təsərrüfatının müasir imkanları nümayiş
edilir. Çin mütəxəssisləri Afrikada tərəvəz və meyvələrin istehsalının artmasını təmin
edirlər.
Təzə tərəvəzlərə tələbatın davamlı artımı nəzərə alaraq, Çində tərəvəzçiliyin
sabit inkişafını təmin etmək üçün əkin sahəsinin müəyən edilməsi, şitillərin intensiv
becərilməsinin gücləndirilməsi, standart tərəvəzçilik sahələrinin yaradılması, yeni
növlərin və sortların kultivasiyasının sürətləndirilməsi, tərəvəzlərin istehsalının
satışla ilə əlaqələndirilməsi kimi beş sahədə tədbirlər görülür.
Çin dünyada tərəvəzlərin ən iri istehsalçısı və istehlakçısıdır. Uzun illər
ərzində ölkədə tərəvəzçiliyin sabit inkişafı müşahidə olunurdu. 1990-cı ildə tərəvəz
bitkilərinin ümumi əkin sahəsi təxminən 6,4 milyon hektar təşkil etdiyi halda, 2011-ci
ildə 19,6 milyon hektaradək artmışdır, tərəvəzlərin ümumi istehsal həcmi isə 1990-cı
ildə olan 195 milyon tondan keçən il olan 679 milyon tonadək artmışdır.
Heyvanlara süni olaraq əlavə gen daxil edilmişdir, bu gen əzələ toxumalarını
qismən piy toxumaları ilə əvəz edəcək. Bunun sayəsində onların əti mərmər mal əti
kimi zərif olacaq.
Son zamanlar
qida sənayesinin inkişaf etdiyinə baxmayaraq, çinlilərin
əksəriyyəti, supermarketlərin və bazarların piştaxtalarında olan mallarının
keyfiyyətinə etibarın xeyli aşağı düşməsi ilə əlaqədar olaraq, ərzaq məhsullarının
şəxsi istehsalı ilə məşğul olmağa üstünlük verirlər.
Cari ilin əvvəlində elan edilən Çində 2011-2012-ci illərdə qida məhsullarının
təhlükəsizlik vəziyyəti barədə məruzəyə uyğun olaraq, 1036 respondent arasında
aparılmış sorğuya əsasən, onların 91,3 faizi qida ərzaqları ilə bağlı qalmaqallı
hadisələrə böyük diqqət yetirdikləri məlum olmuşdur. 64 faizi birinci növbədə qida
məhsullarının istehsalı və emalı prosesinə, həmçinin texniki və karantin nəzarəti
6
sisteminə və bu istiqamətdə risklərin qarşısının alınması rejiminə öz inamsızlığını
bildirmişlər.
Ərazisi 9,6 milyon km
2
, əhalisi 1340,0 milyon nəfərdir, 1 km
2
-
ə 140 nəfər
düşür. Taxıl istehsalı 462,0 milyon ton, o cümlədən buğda 114,0 milyon ton, düyü
istehsalı 125,3 – 134,3 milyon ton, istehlak 127,2 – 130,3 milyon ton, ixrac – 0,7 –
1,3 milyon ton, idxal 0,3 – 0,6 milyon ton, keçici ehtiyatlar 35,9 – 42,9 milyon ton,
əkin sahəsi 110,0 milyon hektar, ondan 21,6 – 30,1 milyon hektar buğda,
məhsuldarlıq 37 – 48 s/ha, idxal 6,7 milyon ton, istehlak 101,5 – 109,3 milyon ton,
keçici ehtiyatlar 34,4 –
102,9 milyon ton, idxal (taxıl) 55 – 175 milyon ton, çay
istehsalı 107,5 milyon ton, erkən düyü istehsalı 37 – 47 milyon ton, tərəvəz sahəsi
19,6 milyon hektar, istehsal 700 milyon ton. ÜDM 11300,0 milyard ABŞ dolları
təşkil edir, hər nəfərə 8 433 ABŞ dolları düşür.
7
Çin kənd təsərrüfatının əlavə dəyəri, 2000-2010-cu illər
İl
Kənd
təsərrüfatı,
milyard ABŞ
dolları
Dünya kənd
təsərrüfatında
payı, %
Əlavə dəyərdə
kənd
təsərrüfatının
payı, %
1 nəfərə kənd
təsərrüfatı,
ABŞ dolları
Kənd
təsərrüfatının
inkişaf templəri,
%
2000
181
16.15
15.1
143
101.7
2001
191
17.13
14.4
149
105.5
2002
200
17.45
13.8
156
104.7
2003
210
16.34
12.8
162
105
2004
259
17.58
13.4
199
123.3
2005
274
17.99
12.1
210
105.8
2006
302
18.46
11.1
230
110.2
2007
376
19.17
10.8
285
124.5
2008
485
21.29
10.7
365
129
2009
516
23.29
10.3
387
106.4
2010
599
23.3
10.1
447
116.1
Çində və qonşu ölkələrdə 1 nəfərə düşən kənd təsərrüfatı məhsulları,
ABŞ dolları, 2000-2010-cu illər.
İl Çin Hindistan Yaponiya Rusiya
Cənubi
Dostları ilə paylaş: |