Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə36/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

Gürcüstanın kənd təsərrüfatı 

 

Ərazisi 57,2 min km

2



əhalisi 4,4 milyon nəfərdir. 2011-ci ildə Gürcüstanın 



ÜDM 24,3 milyard 

ABŞ dolları və ya əhalinin hər nəfərinə 5523 ABŞ dolları təşkil 

etmişdir;  inflyasiya  səviyyəsi  təxminən  10  faiz,  işsizliyin  səviyyəsi  16,5  faiz 

olmuşdur.  Ekspertlərin  qiymətləndirməsinə  görə  2010-cu  ilin  dördüncü  rübündə 

işsizlik  20  faiz  təşkil  etmişdir.  Gürcüstanın  iqtisadiyyatının  əsas  faktoru  xarici 

dövlətlərdən ölkəyə yönəldilən kreditlər, investisiyar, qrantlar, pul köçürmələri və 

s. 

ibarətdir.  Sənayenin  mühüm  sahaləri  arasında  qida,  çay,  şərab  və  konyak, 



mineral sular, efir 

yağlı bitkilər, meyvə-tərəvəz konservlərinin istehsalı, ipək, yun, 

pambıq  parça,  trikotaj,  tikiş  və  ayaqqabı  istehsalı,  qara  və  rəngli  metallurgiya 

mövcuddur. 

Sənaye müəssisələrinin xeyli hissəsi ya dayandırılıb, ya da ki, qismən 

işləyir. 

Kənd təsərrüfatına yararlı sahələr ölkə ərazisinin təxminən 16 faizini təşkil 

edir.  Çay 

və  sitrus  plantasiyaları,  üzümlüklər  daha  böyük  əhəmiyyətə  malikdir. 

Lakin 


kənd  təsərrüfatı  dövriyyəsinə  yararlı  torpaqların  sahələri  becərilmə 

mədəniyyətinin  aşağı  düşməsi,  gübrələrin  xroniki  çatışmazlığı  və  s.  səbəbindən 

azalır.  Ölkənin dənli bitkilərlə təmin edilməsində vəziyyət ürəkaçan deyil. Aqrar 

istehsal istehlak 

edilən çörəyin 1/3 hissəsindən artıq istehsal etmək gücündə deyil, 

bu da 


taxılın idxal edilməsinə şərait yaradır. 

2008-ci 


ildə  Gürcüstanın  kənd  təsərrüfatı  məhsullarının  həcmi  1,5  milyard 

ABŞ  dolları  təşkil  etmişdir,  o  cümlədən  bitkiçiliyin  payına  843,7  milyon  ABŞ 

dolları, kənd təsərrüfatı xidmətlərinə 40,6 milyon dollar düşür. 

Gürcüstanda 

kənd  təsərrüfatı  məhsullarının  xeyli  hissəsi  həyətyanı  torpaq 

sahələrində  və  fermer  təsərrüfatlarında  istehsal  edilir.  Aqrar  təsərrüfatların  çoxu 

kiçikdir 

və  əsasən  də  əl  əməyinə  arxalanır.  Gürcüstanın  kənd  təsərrüfatının 

məhsuldarlığı olduqca aşağıdır, məşğul əhalinin 50 faizini cəmləşdirərək o, ÜDM-

nin 


təxminən 12 faizini təmin edir. 

İqtisadi  böhran  və  struktur  dəyişikliklərilə  əlaqədar  olaraq  Gürcüstanın 

iqtisadiyyatında  1990-cı  ildə  kənd  təsərrüfatında  məşğul  olanların  payı  25,2 

faizdən 1995-ci ildə 30,6 faizədək və 2004-cü ildə 54,4 faizədək artmışdır. 2006-cı 

ildə kənd təsərrüfatında məşğul olanların payı 55,6 faiz təşkil etmişdir. 

2003  –  2008-ci 

illər  ərzində  Gürcüstanda  kənd  təsərrüfatı  məhsullarının 

fiziki 


həcminin  indeksi  26  faiz,  bitkiçiliyin  24  faiz,  heyvandarlığın  28  faiz 

azalmışdır. 



Ərazisi 57,2 min km

2



əhalisi 4,4 milyon nəfərdir. ÜDM 24,3 milyard ABŞ 

dolla

rı  təşkil  edir,  hər  nəfərə  5523  ABŞ  dolları  düşür.  Sənayenin  mühüm 

sahələri  arasında  qida,  çay,  şərab,  konyak,  mineral  sular,  efir  yağlı  bitkilər, 

meyvə-tərəvəz  konservləri,  ipək,  yun  parça,  trikotaj,  ayaqqabı,  qara  və  əlvan 

metallurgiya 

təşkil  edir.  2003  –  2008-ci  illərdə  kənd  təsərrüfatı  məhsullarının 

fiziki 

həcm indeksi 26 faiz, bitkiçiliyin 24 faiz, heyvandarlığın 28 faiz azalmışdır. 

Kənd  təsərrüfatının  xeyli  hissəsi  həyətyanı  torpaq  sahələrində  və  fermer 

təsərrüfatlarında istehsal edilir. 

 

 

Gürcüstanın ümumi daxili məhsulu (ÜDM), 2000 – 2010-cu illər 

 

İl 

ÜDM,milyard ABŞ 

dolları 

Əhalinin hər 

nəfərinə, 

ABŞ dolları 

Dünya ÜDM 

payı, % 

ÜDM artım 

templəri,% 

2000 


3.1 

653 


0.1 

110.7 


2001 

3.2 


683 

0.1 


103.2 

2002 


3.4 

735 


0.1 

106.3 


2003 

875 



0.11 

117.6 


2004 

5.1 


1128 

0.12 


127.5 

2005 


6.4 

1430 


0.14 

125.5 


2006 

7.7 


1733 

0.16 


120.3 

2007 


10 

2264 


0.18 

129.9 


2008 

13 


2959 

0.21 


130 

2009 


11 

2515 


0.19 

84.6 


2010 

12 


2757 

0.19 


109.1 

 

Gürcüstanın və qonşu-ölkələrin ÜDM-nin müqayisəsi 

Gürcüstanın və qonşu-ölkələrin ümumi daxili məhsulu (ÜDM), milyard ABŞ 

dolları, 2000 – 2010-cu illər 

 

İl  Gürcüstan  Rusiya  Ermənistan  Azərbaycan  Türkiyə  Cəmi 

2000 


3.1 

259 


1.9 

5.3 


267 

536.3 


2001 

3.2 


306 

2.1 


5.7 

196 


513 

2002 


3.4 

345 


2.4 

6.2 


233 

590 


2003 

430 



2.8 

7.3 


303 

747.1 


2004 

5.1 


591 

3.6 


8.7 

392 


1000.4 

2005 


6.4 

764 


4.9 

13 


483 

1271.3 


2006 

7.7 


990 

6.4 


21 

531 


1556.1 

2007 


10 

1300 


9.2 

33 


647 

1999.2 


2008 

13 


1661 

12 


49 

730 


2465 

2009 


11 

1222 


8.6 

44 


615 

1900.6 


2010 

12 


2373 

17,9 


93 

1053,0 


3548,9 

 

Gürcüstanın və qonşu-ölkələrin ümumi daxili məhsulu (ÜDM), %, 

 2000 – 2010-

cu illər 

 

İl  Gürcüstan  Rusiya  Ermənistan  Azərbaycan  Türkiyə  Cəmi 

2000 


0.58 

48.29 


0.35 

0.99 


49.79 

100.0 


2001 

0.62 


59.65 

0.41 


1.11 

38.21 


100.0 

2002 


0.58 

58.47 


0.41 

1.05 


39.49 

100.0 


2003 

0.54 


57.56 

0.37 


0.98 

40.56 


100.0 

2004 


0.51 

59.08 


0.36 

0.87 


39.18 

100.0 


2005 

0.5 


60.1 

0.39 


1.02 

37.99 


100.0 

2006 


0.49 

63.62 


0.41 

1.35 


34.12 

100.0 


2007 

0.5 


65.03 

0.46 


1.65 

32.36 


100.0 

2008 


0.53 

67.38 


0.49 

1.99 


29.61 

100.0 


2009 

0.58 


64.3 

0.45 


2.32 

32.36 


100.0 

2010 


0.52 

64.7 


0.41 

2.27 


32.09 

100.0 


 

Gürcüstanda və qonşu-ölkələrdə əhalinin hər nəfərinə ÜDM,  



ABŞ dolları, 2000 – 2010-cu illər 

 

İl  Gürcüstan  Rusiya  Ermənistan  Azərbaycan  Türkiyə 

2000 

653 


1765 

618 


653 

4196 


2001 

683 


2094 

685 


696 

3037 


2002 

735 


2371 

784 


749 

3560 


2003 

875 


2968 

915 


871 

4567 


2004 

1128 


4095 

1175 


1026 

5830 


2005 

1430 


5311 

1598 


1514 

7088 


2006 

1733 


6898 

2085 


2413 

7689 


2007 

2264 


9072 

2993 


3741 

9244 


2008 

2959 


11602 

3897 


5479 

10293 


2009 

2515 


8542 

2788 


4853 

8560 


2010 

5523 


15820 

6024 


7490 

13676 


 

Gürcüstanda və qonşu-ölkələrdə ÜDM-nin artım templərinin dinamikası,  

%, 2000 – 2010-

cu illər 

 

 



İl  Gürcüstan  Rusiya  Ermənistan  Azərbaycan  Türkiyə 

2000 


110.7 

132.1 


105.6 

115.2 


106.8 

2001 


103.2 

118.1 


110.5 

107.5 


73.4 

2002 


106.3 

112.7 


114.3 

108.8 


118.9 

2003 


117.6 

124.6 


116.7 

117.7 


130 

2004 


127.5 

137.4 


128.6 

119.2 


129.4 

2005 


125.5 

129.3 


136.1 

149.4 


123.2 

2006 


120.3 

129.6 


130.6 

161.5 


109.9 

2007 


129.9 

131.3 


143.8 

157.1 


121.8 

2008 


130 

127.8 


130.4 

148.5 


112.8 

2009 


84.6 

73.6 


71.7 

89.8 


84.2 

2010 


109.1 

121.1 


109.3 

118.2 


119.3 

 

Gürcüstanın və lider-ölkələrin ÜDM-nin müqayisəsi 



 

Gürcüstanın və lider-ölkələrin ümumi daxili məhsulu (ÜDM),  

milyard ABŞ dolları, 2000 – 2010-cu illər 

 

İl  Gürcüstan  ABŞ  Çin  Yaponiya  Almaniya  Fransa 

2000 


3.1 

9899 


1193 

4667 


1886 

1326 


2001 

3.2 


10234  1317 

4095 


1881 

1338 


2002 

3.4 


10590  1456 

3918 


2007 

1452 


2003 

11089  1651 



4229 

2424 


1792 

2004 


5.1 

11798  1943 

4606 

2726 


2056 

2005 


6.4 

12564  2284 

4552 

2766 


2137 

2006 


7.7 

13315  2787 

4363 

2903 


2256 

2007 


10 

13962  3494 

4378 

3324 


2582 

2008 


13 

14219  4532 

4880 

3624 


2832 

2009 


11 

13864  5051 

5033 

3299 


2625 

2010 


12 

14447  5739 

5459 

3280 


2560 

 

Gürcüstanda və lider-ölkələrdə əhalinin hər nəfərinə ÜDM, ABŞ doları,  



2000 – 2010-

cu illər 

 

İl  Gürcüstan  ABŞ  Çin  Yaponiya  Almaniya  Fransa 

2000 


653 

35041 


940 

37122 


22903 

22456 


2001 

683 


35840  1031 

32527 


22832 

22529 


2002 

735 


36711  1132 

31083 


24347 

24291 


2003 

875 


38068  1276 

33515 


29388 

29775 


2004 

1128 


40121  1494 

36469 


33033 

33929 


2005 

1430 


42329  1747 

36015 


33511 

35035 


2006 

1733 


44448  2120 

34500 


35173 

36756 


2007 

2264 


46188  2644 

34605 


40283 

41817 


2008 

2959 


46621  3412 

38563 


43941 

45605 


2009 

2515 


45059  3784 

39770 


40034 

42037 


2010 

2757 


46546  4279 

43142 


39853 

40773 


 

Gürcüstanın və lider-ölkələrin ÜDM artım templərinin dinamikası,  

%, 2000 – 2010-

cu illər 

 

İl  Gürcüstan  ABŞ  Çin  Yaponiya  Almaniya  Fransa 

2000 


110.7 

106.4  108.4 

106.8 

88.5 


91.1 

2001 


103.2 

103.4  110.4 

87.7 

99.7 


100.9 

2002 


106.3 

103.5  110.6 

95.7 

106.7 


108.5 

2003 


117.6 

104.7  113.4 

107.9 

120.8 


123.4 

2004 


127.5 

106.4  117.7 

108.9 

112.5 


114.7 

2005 


125.5 

106.5  117.6 

98.8 

101.5 


103.9 

2006 


120.3 

106 


122 

95.8 


105 

105.6 


2007 

129.9 


104.9  125.4 

100.3 


114.5 

114.5 


2008 

130 


101.8  129.7 

111.5 


109 

109.7 


2009 

84.6 


97.5 

111.5 


103.1 

91 


92.7 

2010 


109.1 

104.2  113.6 

108.5 

99.4 


97.5 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 


Fransanın kənd təsərrüfatı 

 

Ərazisi  551,5  min  km

2

,  əhalisi  62,9  milyon  nəfər,  ÜDM  2214,0  milyard 



ABŞ dollarıdır, hər nəfərə 35,2 min ABŞ dolları düşür. 

Fransa  sənaye  ölkəsidir.  Sənayedən  əldə  edilən  gəlir  kənd  təsərrüfatının 

gəlirindən  5  –  6  dəfə  artıqdır.  Bununla  yanaşı  kənd  təsərrüfatı  burada  Böyük 

Britaniya və Almaniyada olduğundan daha böyük əhəmiyyətə malikdir. O, demək 

olar  ki,  ölkənin  ərzaq  tələbatını  tamamilə  təmin  edir,  əsasən  yalnız  tropik  kənd 

təsərrüfatının məhsulları idxal edilir. Fransa bir çox kənd təsərrüfatı məhsullarının 

ixracçısıdır. 

Fransa  Avropa  ölkələri  arasında  kənd  təsərrüfatı  məhsullarının  ən  iri 

istehsalçısı və ixracçısıdır. 

Fransa  kəndlərində  10  –  50  hektar  sahəsi  olan  orta  təsərrüfatlar  üstünlük 

təşkil edir. Belə təsərrüfatlar ümumi təsərrüfatların yarıdan çox hissəni təşkil edir 

və onlar torpaqların 50 faizindən artıq olan hissəsinin sahibləridir. Lakin ölkə üçün 

sahəsi  10  hektara  qədər  olan  kiçik  təsərrüfatlar  çox  xarakterikdir,  onların  əlində 

becərilən torpaqların yalnız 9 faizi cəmlənmişdir. Sahəsi 50 hektardan artıq olan iri 

fermalar  10  faizdən  azdır,  lakin  onlara  torpaqların  demək  olar  ki,  40 faizi 

məxsusdur. 

Ən  yaxşı  torpaqlar  iri sahibkarlara məxsusdur,  onlar  aqrotexnikanı  və 

muzdlu işçi qüvvəsini tətbiq edirlər. Məhz onlar əmtəə məhsullarının əsas kütləsini 

istehsal edir. Bəzən onların kənd təsərrüfatı məhsullarının emalı və satışı üzrə şəxsi 

müəssisələri  mövcuddur.  Bir  çox  kiçik  təsərrüfatlarda  isə  aqrotexniki  tədbirlər 

geridə qalmışdır, onların sələmçilərdən və ticarətçi-vasitəçilərdən çox asılılığı var 

və gəlirləri aşağıdır. Kəndli kütlələri müflisləşir və şəhərlərə köçür. 

Torpaq  mülkiyyətinin və istehsalın  cəmləşməsilə əlaqədar  olaraq daha çox 

təsərrüfatlar torpağın  icarəsinə üstünlük verirlər. 

İri təsərrüfatlar dövlət dəstəyindən yararlanırlar: onlara güzəştli kreditlər və 

s. verilir, onların maraqlarını nəzərə alaraq Fransa kənd təsərrüfatı məhsullarının 

ümumi  bazarının  yaranmasına  nail  olmağa  çalışır.  Kiçik  təsərrüfatlar  isə  gəlirsiz 

hesab olunur, Avropa 

iqtisadi  cəmiyyətində  olan  rəqabət  onların böyük hissəsini 

daimi 


müflisləşdirəcəyi hesab edilir. Fransa kəndliləri öz təsərrüfatlarının qorunub 

saxlanılması  uğrunda  dövlətin  belə  siyasətinə  qarşı  fəal  mübarizə  aparırlar.  Öz 

vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə onlar məhsulların birgə istehsalı və satışı 

üçün kooperativlərdə birləşirlər. 

Fransanın kənd təsərrüfatı bitkiçiliyin və heyvandarlığın bir çox sahələrinin 

yaxşı inkişafı ilə seçilir. Lakin heyvandarlıq daha çox əhəmiyyətə malikdir. 

Ölkənin  əsas  dənli  bitkisi  buğdadır.  Fransa  onun  yığımına  görə  dünyada 

ABŞ-dan,  Hindistandan  və  Kanadadan  sonra  dördüncü  yerdədir.  Ölkənin  şimal-

qərbində,  həmçinin  yulaf  və  qarabaşaq  becərirlər,  Mərkəzi  massivin  zəif 

torpaqlarında çovdar, Rona çayının deltasında isə düyü becərirlər. Demək olar ki, 

ölkənin  hər  yerində  kartof  istehsal  edirlər,  Şimali-Fransa  ovalığında    isə  şəkər 

çuğunduru becərilir. 

Fransa  öz  üzümlüklərilə  məşhurdur,  burada  ildə  10-12 milyon ton üzüm 

yığılır. İtaliya ilə birgə o, üzümün yığımına görə dünyada birinci yerdədir. Üzüm 



 

 



 

şimal və şimal-qərb rayonları istisna olmaqla, ölkənin bütün rayonlarında becərilir 

və  əsasən  şərab  istehsalı  üçün  istifadə  edilir.  Üzümlüklər  cənubda  Langedokda, 

Bordo rayonunda 

və  həmçinin  çayların  vadilərində  xüsusilə  çoxdur. Lakin 

üzümçülük

də  və  şərabçılıqda  məhsulun  həddindən  artıq  istehsalı,  məhsulun 

satışının  çətinlikləri  səbəbindən  bu  sahələr  böhran  vəziyyətindədir, bu da 

iqtisadiyyatın təbii xarakterilə əlaqədardır. 

Fransada xeyli tərəvəz və meyvə istehsal edilir. Bir çox təsərrüfatların kiçik 

bağları  və  bostanları  mövcuddur,  lakin  Paris  və  digər  şəhərlər  üçün  meyvə  və 

tərəvəzləri  yalniz  bu  və  ya  digər  bitkilərin  becərilməsində  ixtisaslaşan  bir  necə 

rayon verir. Məsələn, Normandiya və Bretan üçün alma bağları tipikdir, Elzas və 

Lotaringiya 

öz  albalısı,  Liman  findiqları  ilə,  Aralıq  dənizi  rayonu  şaftalı,  ərik, 

badam  və  zeytun  ilə  məşhurdur.  Rivyera  və  Korsikada  sitrus  bitkiləri  istehsal 

edilir

.  Daşınmaların  operativliyi  sayəsində  Fransanın  cənubunda  axşam  yığılan 



tərəvəzlər, giləmeyvələr və meyvələr artıq səhər Parisin bazarlarında satılır. 

Fransada  heyvandarlıq  yaxşı  inkişaf  etmişdir.  Heyvandarlıq  süd-ət 

istiqamətlidir.  Fransa  iribuynuzlu mal-qaranın  sayına  görə  Avropada  birinci  yeri 

tutur.  Donuzların  sayına  görə  yalnız  Almaniyadan,  qoyunların  sayına  görə  isə 

Böyük  Britaniyadan  və  İspaniyadan  geridə  qalır.  İribuynuzlu  mal-qara  əlverişli 

şəraiti  olan  və  əkinçilik  üçün  yararsız  olan  ölkənin  şimal-qərbində  və  dağlıq 

rayonlarda yetişdirilir. Donuzçuluqla, yaxşı yem bazası olan kartofun, qarğıdalının 

və şəkər şuğundurunun becərildiyi rayonlarda məşğul olurlar. 

Fransanın  cənub-qərbi  heyvandarlığın  ən  əsas  rayonudur.  Burada  

iribuynuzlu mal-

qaranın və donuzların 1/3 hissəsindən çoxu cəmləşmişdir, atçılıq 

da  inkişaf  etmişdir.  Mərkəzi  Fransa  massivi  qoyunların  yetişdirilməsi  üzrə  əsas 

rayondur. Bu rayon həmçinin iribuynuzlu mal-qaranın və donuzların sayına görə 

ikincidir. 

Son  illər  xarici  bazarlardakı  sərt  rəqabətlə  və  daxili  bazarın 

məhdudiyyətilə  əlaqədar  aqrar  böhran  kəskinləşmişdir,  bu  da  kənd  təsərrüfatının 

bir çox sahələrində özünü əks etdirmişdir. 

Fransa  Avropa  İttifaqında  aparıcı  kənd  təsərrüfatı  ölkəsidir.  O,  ən  böyük 

əkin sahələrinə (30 milyon hektardan artıq) və onların ən yüksək məhsuldarlığına 

(dənli bitkilərin məhsuldarlığı 60 s/ha) malikdir. Avropa İttifaqı ölkələrinin kənd 

təsərrüfatı məhsullarının 21 faizi Fransanın payına düşür. Fransa kənd təsərrüfatı 

məhsullarının  Avropada  ən  iri  ixracçısıdır  və  dünyada  ikinci  yerdədir  (ABŞ-dan 

sonra). Fransanın rolu dənli bitkilərin dünya bazarına ixracında xüsusilə böyükdür 

(ildə  50  milyon  ton,  əsasən  buğda  və  qarğıdalı  üzrə).  O,  həmçinin  ət  (mal  əti, 

donuz  əti  və  qoyun  əti),  süd  məhsullarını,  tərəvəzləri,  meyvələri  və  şərabı  ixrac 

edir. 


Fransa Avropa İttifaqında dənli bitkilərin istehsalı və ixracı üzrə birinci yeri 

tutur, bu məhsullar ölkənin kənd təsərrüfatının əsasını təşkil edir. Buğda əsas dənli 

bitkidir,  lakin  qarğıdalı  və  arpa  da  böyük  həcmlərdə  istehsal  edilir.  Ən  iri  dənli 

bitkilər  fermaları  Paris  hövzəsində  yerləşir.  Yağ  istehsalında  və  həmçinin  mal-

qaranın yeminə  

istifadə  edilən  raps  və  günəbaxan  kimi  yağlı  bitkilərin  əkin  sahələri 

genişlənir.  Meyvələrin  və  tərəvəzin  böyük  çeşidi  istehsal  edilir  (alma,  armud, 


 

 



 

şaftalı,  albalı,  pomidor,  gül  kələm,  yerkökü,  yemiş  və  s.).

 

Avropa  İttifaqı 



ölkələrində  istehsal  edilən  şərabın  1/3  hissəsi  Fransada  istehsal  edilir.  Fransa 

Avropada ən iri şərab ixracısıdır. 

Hər  yerdə  əsasən  süd  yönümlü  heyvandarlıq  inkişaf  etmişdir.  Mal-qaranın 

ən çoxu Bretanda və Aşağı Normandiyada yetişdirilir. Müxtəlif süd məhsularının 

istehsalından  əlavə  süd  Fransada  məşhur  olan  pendirin  bir  çox  sortlarının 

istehsalında  istifadə  edilir.  Ölkənin  bir  çox  rayonlarında,  əsasən  də  qərbində, 

iribuynuzlu mal-

qara yetişdirilir. Quşçuluq və donuzçuluq daha çox lokallaşmışdır. 

Kənd təsərrüfatının idarə edilməsinin metodlarında böyük dəyişikliklər baş 

ver


mişdir. Kənd təsərrüfatı texnikası, mineral gübrələr, insektisidlər və herbisidlər, 

quraqlıq rayonlarında isə suvarılma geniş tətbiq edilir. Kənd təsərrüfatının istehsalı 

və  məhsulun  satışı  sistemində  həmçinin  restrukturizasiya  aparılmışdır. 

İstehsalçılar, xüsusilə də kiçik fermerlər, xammalın və kənd təsərrüfatı texnikasının 

kollektiv  mülkiyyətə  alınmasında  maraqlıdırlar.  Fermerlər  daha  çox  dərəcədə  iri 

istehlakçılar və xüsusilə də supermartketlər şəbəkəsilə olan birbaşa müqavilə üzrə 

kənd təsərrüfatı məhsulları istehsal edirlər. 

Mülayim qurşağın ortasında, iki dənizin sahilində yerləşən Fransa becərilən 

təsərrüfat bitkilərinin daha böyük müxtəlifliyi ilə seçilir. Fransanın kənd təsərrüfatı 

torpaqlarının  böyük  hissəsi  ya  öz  təbii  keyfiyyətlərilə  dəyərli  və  ya  onların 

çoxəsrlik yaxşılaşdırılması nəticəsində münbitləşmiş torpaqlardır. 

Ölkənin  ərazisində  dənli  bitkilər  və  şərabçılıq,  intensiv  və  dağlıq-otlaq 

heyvandarlığı,  tərəvəzçilik,  bağçılıq  və  hətta  çəltikçilik  inkişaf  etdirilir. 

Quşçuluğun, şəkər çuğundurunun əkinlərinin və digər sahələrin böyük əhəmiyyəti 

var. 

Kənd  təsərrüfatı  dövlət  tərəfindən  daha  çox  himayədə  olan  sahədir, 



baxmayaraq ki, 

onun əsasını fərdi torpaq sahibliyi təşkil edir. Məhsulun həlledici 

hissəsini  iri  təsərrüfatlar  verir  (20-100  hektar  sahəsi  olan),  lakin  təsərrüfatların 

sayına görə kiçik və orta təsərrüfatlar üstünlük təşkil edir. 

İstehsal edilən məhsulun həcminə görə Fransa Qərbi Avropada birinci yeri 

tutur  və  dünyada  ABŞ-dan  və  Kanadadan  sonra  üçüncü  yerdədir.  Fransa  buğda, 

kərə yağı, mal əti və pendirin Avropada ən iri istehsalçısıdır. Fransa Almaniyanı 

qabaqlayaraq Avropa İttifaqı ölkələri arasında taxılın ən iri istehsalçısı olaraq qalır. 

Avropa  İttifaqı  ölkələrinin  dənli  bitkilərin  ixracının  53,9  faizi  Fransanın  payına 

düşür. Dənli bitkilərin dünya ixracında Fransanın payına 11,3 faiz düşür (ABŞ-dan 

sonra ikinci yeri tutur). 

Buğda  əsas  dənli  bitkisidir  (yumşaq  sortları),  adətən  o  əkin  sahələrinin 

yarısını  əhatə  edir,  məhsulun  dəyərinə    görə  isə  digər  dənli  bitkilərin  dəyərini 

üstələyir.  Buğdanı,  məhsulun  əsas  hissəsini  istehsal  edən  Paris  hövzəsində  və 

Fransanın  şimalında  “kraliça”  adlandırırlar.  Çörəyin  istehlakının  azalması 

nəticəsində  buğdanın  milli  bazarı  azalmışdır.  İxrac  satışın  əsas  bazarına 

çevrilmişdir.  Müharibədən  sonrakı  illərdə  buğdanın  yığımı  4-5  dəfə  artmışdır. 

Məhsuldarlıq kəskin artmışdır (1934 – 1938-ci illərin bir hektardan 1,4 – 1,5 ton 

göstəricisindən hal-hazırdakı bir hektardan 6,5 tonadək). 


 

 



 

Müharibədən  sonraki  illər  ərzində  dənli  bitkilər  arasında  ikinci yeri yulaf 

tutmuşdur.  Lakin  yulafın  əkin  sahələri  və  yığımı  mütəmadi  olaraq  azalır.  Bu 

azalma prosesi

nə  əsasən  Fransanın  kənd  təsərrüfatının  mexanikləşdirilməsi 

nəticəsində atlardan istifadənin azalması səbəb olmuşdur. 

Mərkəzi massivin zəif torpaqlı rayonlarında müəyyən rolu qoruyub saxlayan 

çovdarın  əhəmiyyəti  aşağı  düşür.  Lakin müharibədən sonrakı  illərdə  qarğıdalının 

və  arpanın  yığımı  artmışdır.  Qarğıdalının  yüksək  gəlirliyi,  həmçinin  dövlətin 

himayəsi  (yüksək  alış  qiymətlərinin  müəyyən  edilməsi,  Amerika  hibrid 

toxumlar

ının  gətirilməsi)  qarğıdalı  əkinlərinin  və  yığımının  artmasına  şərait 

yaratmışdır. Taxılın isə ümumi yığımı 15 – 16 milyon ton səviyyəsinə çatmışdır. 

Arpanın  istehsalının  artımı  Fransanın  kənd  təsərrüfatı  heyvandarlığının 

ixtisaslaşmasının  genişləndirilməsi  və  heyvandarlığın  intensiv  xarakteri  ilə 

müəyyənləşmişdir.  Arpanın  əkin  sahələri  əsasən  heyvandarlığın  yüksək  inkişaf 

etdiyi rayonlar

da yayılmışdır. 

Müharibədən  sonrakı  illərdə  düyünün  becərilməsinin  yayılması  taxılçılıq 

təsərrüfatının  inkişafında  yenilik  olmuşdur.  Düyünün  istehsalı  iri  təsərrüfatlar 

tərəfindən  həyata  keçirilir.  Lakin  heç  vaxt  130  min  tonu  keçməmişdir,  bu  da 

ölkənin tələbatlarını tam ödəmir. Fransa əsas dənli bitkilərlə öz daxili tələbatlarını 

tamamilə ödəyir. 

Bu  siyasətin  təsiri  altında  Fransanın  kənd  təsərrüfatında  praktiki  olaraq 

Avropa  İttifaqının  digər  ölkələrinin  kənd  təsərrüfatında  olan  dəyişiklikləri  baş 

vermişdir.  Bununla  yanaşı  ona  xas  olan  təbii  şəraitlə  əlaqəli  xüsusiyyətləri 

mövcuddur: becərilən sahələr üzrə o Avropada ən iri kənd təsərrüfatıdır, bu da 60-

cı  illərin  sonlarından  Fransaya  kənd  təsərrüfatı  məhsullarının  təmiz  ixracçısı 

olmağa şərait yaratmışdır. 

Fransa  metropoliyasının  ümumi  kənd  təsərrüfatı  torpaqlarının  sahəsi 

təxminən 33 milyon hektar, yəni ölkə ərazisinin 60 faizini təşkil edir. Qalan hissə 

meşələr  (15  milyon  hektar)  və  kənd  təsərrüfatı  yönümlü  olmayan    (7  milyon 

hektar) torpaqlardan ibarətdir. Bir neçə illər ərzində kənd təsərrüfatı torpaq sahələri 

öz  yerini  meşələrə  və  kənd  təsərrüfatı  yönümlü  olmayan  torpaqlara  verərək 

müntəzəm olaraq azalır. Bu torpaqların bir hissəsi becərilmir. 70-ci illərədək xam 

torpaqların  şumlanması,  drenajı  və  rekultivasiyası  üzrə  iri  həcmli  işlərin 

aparılmasından  sonra  becərilməyən  torpaqların  sahəsi  hal-hazırda  təxminən  3 

milyon hektar 

səviyyəsində  sabitləşmişdir.  Beləliklə,  istifadə  edilən  kənd 

təsərrüfatı  torpaqlarının  sahəsi  təxminən  30  milyon  hektar  və  ya  əhalinin  hər 

nəfərinə  yarım  hektar  və  Avropa  İttifaqının  15  ölkəsinin  kənd  təsərrüfatı 

torpaqlarının  ümumi  sahəsinin  təxminən  23  faizini  təşkil  edir.  Becərilən 

torpaqların  əsas  sahəsi  (61  faizdən  artıq)  əkin  sahələrindən  ibarətdir.  Kənd 

təsərrüfatı  torpaqlarının  35  faizindən  bir  qədər  az  olan  sahəsi  otlarla  örtülmüş, 

üzümlüklər  və  meyvə  bağları  torpaq  sahələrinin  yalnız  4  faizini,  yəni  1  milyon 

hektardan  artıq  sahəni  əhatə  edir,  bu  da  meyvə  istehsalının  dar  ixtisaslaşmış 

təsərrüfatlarda  cəmləşməsi  və  xüsusilə  də  1980-ci  ildən  sonra  adi  şərabların 

istehsalı üçün ayrılmış üzümlüklərin bir hissəsinin ləğv olunması ilə əlaqəlidir. 



 

 



 

Dənli bitkilərə (təxminən 9 milyon hektar) və çuğundura (təxminən 450 min 

hektar) ayrılmış sahələrin həcmi son 40 ildə yetəri qədər stabil olaraq qalır. Yağlı 

və zülallı bitkilərin sahələri xeyli artmışdır: 1960-cı ildəki 250 min hektardan hal-

hazırki  2,7  milyon  hektaradək.  Ümumilikdə  əsas  dənli  bitkilərin  sahələri  2,3 

milyon hektardan artıq artmışdır. Kənd təsərrüfatı heyvanlarının yaşıl yemlərinin 

becərilməsinə ayrılmış sahələri isə əksinə 40 il ərzində 20 milyondan 14,6 milyon 

hektaradək  azalmışdır,  buna  görə  də  yem  bitkiləri  becərilən  torpaqların  sahələri 

azalmış  və  əsas  bitkilərin  sahələri  artmışdır.  Lakin  bu  dəyişikliklər  müxtəlif 

xarakter  daşıyırdı.  Regionların  ixtisaslaşmasında  mürəkkəb  proseslər  baş  verirdi. 

Bəzi  regionlarda  mövcud  çəmənliklər  əkin  sahələrinə  çevrilirdi,  digərlərində  isə 

əksinə,  ərzaq  bitkiləri  və  ya  çəmənliklərin  bir  hissəsi  yem  bitkilərilə,  əsasən  də 

yemlik qarğıdalı ilə əvəz edilirdi. 

Əkinçilik  təsərrüfatlarının  sayı  durmadan  azalırdı.  Bu  azalmanın  templəri 

daha  öz  əmək  fəaliyyətlərini  dayandıran    yaşlı  əkinçilərin  sayından  asılı  olaraq 

müxtəlif  dövrlərdə  ildə  3-5  faiz  arası  dəyişirdi.  Bu  prosesə  əmək  fəaliyyətinin 

dayan

dırılmasına  həvəsləndirən  (kompensasiyaların  ödənilməsi,  60  yaşında 



p

ensiyaya çıxma və vaxtından tez pensiyanın təqdim edilməsi) Avropa və ya milli 

səviyyədə həyata keçirilən tədbirlər birbaşa təsir göstərirdi. 

Hal-


hazırda belə bir təsərrüfatın orta sahəsi təxminən 42 hektar təşkil edir, 

bu da Avropa İttifaqının 27 ölkəsindən hər birində olan orta təsərrüfatda 2 dəfədən 

artıqdır. Bu orta göstərici altında təbii olaraq böyük səpələnmə gizlənir: təxminən 

70 min təsərrüfat, yəni ümumi sayın 11 faizi, 100 hektardan artıq sahəyə malikdir 

və bütün sahələrin 43 faizini təşkil edir.  Eyni zamanda sahəsi 10 hektardan az olan 

244 min təsərrüfat bütün sahələrin yalnız 3 faizini təşkil edir. Əkinçiliklə məşğul 

olan  əhalinin  tərkibində  dəyişikliklər  təsərrüfatların  təkamülü  ilə  parallel,  daha 

sürətli templərlə baş verirdi. Daha az təsərrüfatlarda, birbaşa torpaq istifadəçilərdən 

və onların  ailə üzvləri olan işçilərin əməyi  istifadə  edilir. Daimi  kənd təsərrüfatı 

işçilərinin  də  sayı  xeyli  azalmışdır.  Lakin  bu  azalma  müvəqqəti  işçilərin  cəlb 

ediməsi hesabına qismən əvəz edilir. Bu işçilər əhalinin 4 faizini təşkil edir (20 il 

əvvəlki 8 faizə qarşı). Bu göstərici orta Avropa göstəricisinə çox yaxındır. Buna 

əlavə  etmək  lazımdır  ki,  aqrar-ərzaq  sənayesində  məşğul  olanların  sayı  olduqca 

sabit qalır və özfəaliyyətli əhalinin təxminən 2,7 faizini təşkil edir. 

Hal-

hazırda kənd təsərrüfatı istehsalının həcmi 63 milyard avro təşkil edir, 



kənd  sahələrinin  payı  ilə  təxminən  eyni  olan,  yəni  Avropa  İttifaqının  ümumi 

istehsalının  payı  ilə  (23 faiz) üst-üstə  düşür.  Ümumi  daxili  məhsulda  kənd 

təsərrüfatının əlavə dəyərində payı hal-hazırda 2,3 faizə çatır, bu da aqrar-sənaye 

kompleksinin  payına  müvafiqdir.  Bu  payın  mütəmadi  azalması  sürətli  iqtisadi 

artım dövründə kənd təsərrüfatı məhsullarının qiymətlərinin hərəkəti ÜDM-in orta 

qiymətlərinin  hərəkətinə  uyğun  olmasına  baxmayaraq,  inkişafın  ümumi 

templərindən geridə qalan istehsalın artması ilə əlaqəli olmuşdur. Bununla yanaşı 

son  20  ildə  kənd  təsərrüfatı  istehsalatının  artım  həcmi  demək  olar  ki,  istehsalın 

ümumi  artımı  ilə  eyni  olmuşdur.  ÜDM-də  kənd  təsərrüfatı  istehsalatının  payının 

davam


lı azalması əsasən  kənd təsərrüfatının  qiymətlərinin mütamadi olaraq aşağı 

düşməsilə izah edilir.  



 

 



 

Kənd  təsərrüfatı  istehsalatı  ölkə  ərazisində  qeyri-bərabər  paylaşdırılmışdır. 

Şimalda və qərbdə becərilən torpaqların böyük hissəsi, ən iri təsərrüfatlar və əsas 

istehsalat  cəmləşmişdir.  Bununla  əlaqədar,  hal-hazırda  orada  Şimali  Avropanın 

digər rayonlarında olduğu kimi, ekoloji problemlərlə üzləşirlər. Ölkənin cənub və 

cənub-şərq  hissəsində  isə  əksinə,  dağlıq  massivlərin  və  zonaların  əsas  hissəsi, 

əkinçilik üçün əlverişsiz olduğundan kənd təsərrüfatından gəlirin əldə edilməsi və 

mövcud sahələrin işlənməsi üçün çətinliklərlə üzləşirlər. 

Əsasən  bəzi  yağlı  bitkilərin  toxumları  və  mal-qara üçün cecə  və  qismən 

meyvələr  və  tərəvəzlər,  ətin  bəzi  növləri  (məsələn,  qoyun  əti),  müxtəlif  tropik 

meyvələr və balıqçılıq məhsulları istisna olmaqla, milli kənd təsərrüfatı istehsalatı 

ölkədə daxili istehlakı artıqlaması ilə təmin edir. 

Fransanın  aqrar-sənaye  kompleksinin  ixracının  idxalı  üstələməsi  ilk  dəfə 

1969-


cu  ildə  olmuşdur  və  o  zamandan  bəri  xeyli  artmışdır.  Hazırda  isə  o, sabit 

olaraq 9 milyard avrodan artıqdır.  

Bu üstələmə daha böyük əhəmiyyətə malik olan ticarət axınının nəticəsidir: 

ixrac 35 milyard avrodan artıqdır, idxal isə təxminən 26 milyard avro təşkil edir. 

Beləliklə,  Fransa  kənd  təsərrüfatı  məhsullarının  ixracına  görə  dünyada  ikinci 

olmuşdur. 

Ticarət  mübadiləsi  əsasən  Avropa  bazarı  çərçivəsində  aparılır:  kənd 

təsərrüfatı məhsullarının ixracının və idxalının 70 faizi və xarici ticarətin 75 faizi 

Avropa İttifaqı ölkələrinin payına düşür.  Fransanın kənd təsərrüfatı əkinçiliyin və 

heyvandarlığın  bir  çox  sahələrinin  inkişafı  ilə  seçilir.  Lakin  heyvandarlıq  daha 

böyük əhəmiyyətə malikdir və kənd təsərrüfatı məhsullarının dəyərinin təxminən 

60 faizini təşkil edir. 

Əsas  dənli  bitki  buğdadır  (29-30  milyon  ton).  Buğdanın  məhsulunun 

təxminən  30  faizi  Şimali-Fransa  ovalığında  yığılır.  Arpanın  və  qarğıdalının 

həmçinin  artması  böyük  əhəmiyyət  kəsb  edir.  Ölkənin  şimal-qərbində  yulaf  və 

qarabaşaq,  Mərkəzi  massivində  çovdar,  Rona  çayının  deltasında  düyü  və  demək 

olar ki, ö

lkənin hər yerində kartof istehsal edilir. 

Üzüm  (yığım  10-12  milyon  ton)  Fransanın  şimalı  və  şimal-qərbi  istisna 

olmaqla


, xüsusilə də şərabın istehsalı üçün ölkənin hər yerində yetişdirilir. 

Fransanın heyvandarlığı ət-süd yönümlüdür. Mal-qaranın sayına görə Fransa 

Avropada birinci yerlərdən birini tutur. Burada 24 milyon iribuynuzlu mal-qara, 12 

milyon qoyun, 11 milyon donuz mövcuddur. 

Son zamanlar gülçülük və istridyaların yetişdirilməsi böyük əhəmiyyət kəsb 

edir. 


Frans

a taxılın, südün, şəkər çuğundurunun istehsalına görə Qərbi Avropada 

birinci yerdədir, ətin, kartofun (Almaniyadan sonra) və üzümün (İtaliyadan sonra) 

istehsalına görə ikincidir və kənd təsərrüfatı məhsullarının iri ixracçısıdır. 

Bitkiçiliyin  və  heyvandarlığın  əhəmiyyətinin  təxminən  bərabərliyilə  kənd 

təsərrüfatının struktur sahələri böyük müxtəlifliyilə səciyyələnir. 

Bitkiçilikdə  əsas  taxıl  istehsalıdır  (ildə  55-60  milyon  ton).  Aparıcı  bitki 

buğdadır,  o  əkin  sahələrinin  1/4  hissəsini  və  dənli  bitkilərin  sahələrinin  1/2 

hissəsini  təşkil  edir.  Şimali-Fransa  və  Akvitan  ovalıqları  buğdanın  əsas 


 

 



 

rayonlarıdır.  Geniş  yayılmış  kartof  və  şəkər  çuğunduru  əhəmiyyətli  rol  oynayır, 

onların əkin sahələri şəkər zavodları kimi Şimali-Fransa ovalığında cəmləşmişdir. 

 

Bəzi  yerlərdə  mayaotunun,  kətanın,  tütünün,  günəbaxanın,  rapsın  və  gül 



plantasiyalarının əhəmiyyəti böyükdür. 

Üzümçülüyün  və  tərəvəzçiliyin  böyük  rolu var, onlar  kənd  təsərrüfatı 

məhsullarının  ümumi  dəyərinin  8  -  10  faizini  təşkil  edir.  Üzümün  əsas  hissəsi 

şərabın istehsal edilməsinə sərf edilir, orta hesabla ildə 60 milyon dekalitr. Üzüm 

şərablarının  istehsalına  və  onların  keyfiyyətinə  görə  Fransa  dünyada  birinci  yeri 

tutur. “Şampan”, “Konyak”, “Kaqor” və digər içkilərin markaları ölkənin xaricində 

çox məşhurdur. 

Bir çox kiç

ik rayonlar meyvəçilik və tərəvəzçilikdə ixtisaslaşır, şəhərləri və 

sənaye  rayonlarını,  ilk  növbədə  də  Parisi  tərəvəz  və  meyvələrlə  təchiz  edir. 

Mülayim  en  dairəsinin  meyvə  bağlarında  daha  çox  alma  (xüsusilə  də  şimal-

qərbdə), armud və şaftalı bağları yayılmışdır. Aralıq dənizi rayonları üçün gavalı 

və sitrus bitkiləri xarakterikdir. 

Heyvandarlıq  ət-süd  yönümlüdür,  əsas  sahəsi  iribuynuzlu mal-qaranın 

yetişdirilməsidir. Şimal-qərb əsas heyvandarlıq rayonudur, burada iribuynuzlu mal-

qaranın  1/3  hissəsi  cəmləşmişdir,  donuzçuluq  və  atçılıq  inkişaf  etmişdir. 

İribuynuzlu mal-qaranın  və  donuzların  sayına  görə  Mərkəzi  massiv  ikincidir  və 

qoyunçuluğun əsas yayılma ərazisidir. 

Fransa öz 

məhsullarının təxminən 20 faizini ixrac edir. Ən yaxşı torpaqlar  

əsasən  iri  müəssisələrə  məxsusdur,  onlar  müzdlu  işçi  qüvvəsini  və  qabaqcıl 

aqrotexnikanı  tətbiq  edirlər.  Məhz  bu  müəssisələr  əmtəə  məhsullarının  əsas 

həcmini istehsal edir. 

Fransanın  kənd  təsərrüfatı  heyvandarlığı  və  bitkiçiliyin  bir  çox  sahəsinin 

inkişafı  ilə  seçilir.  Kənd  təsərrüfatı  məhsullarının  böyük  hissəsi  heyvandarlığın 

payına  düşür.  Bu  sahə  əmtəə  məhsullarının  təxminən  3/5  hissəsini  təşkil  edir  və 

əsasən    ölkənin  şimalında  cəmləşmişdir.  Fransa  Avropa  İttifaqında  ət  və  süd 

məhsullarının iri istehsalçısıdır və bununla da Qərbi Avropanın kənd təsərrüfatına 

böyük təsir göstərir.  

Ərazisi 551,5 min km

2

,  əhalisi  63,0  milyon  nəfərdir.  Ərazisinə  görə 

dünyada 47-

ci  yeri  tutur.  Hər  1  km

2

-

ə  114  nəfər  düşür. ÜDM 2214,0 milyard 

ABŞ dolları təşkil edir, hər nəfərə 28,7 min ABŞ dolları məhsul istehsal olunur. 

Sənaye məhsulu istehsalı  kənd  təsərrüfatı məhsulundan 5-6  dəfə  çoxdur.  Orta 

kəndli  təsərrüfatı  10-50  hektar  torpağa  malikdir.  50  hektardan  çox  torpağı 

ol

anlar ümumi sayın 10 faizinə, ümumi torpaq sahəsinin isə 40 faizinə malikdir. 

Buğda  istehsalı  29-30  milyon  ton,  qarğıdalı  istehsalı  15-16  milyon ton, üzüm 

istehsalı  30  mln  ton  civarındadır.  Kənd  təsərrüfatı  torpaqlarının  sahəsi  33 

milyon hektar, ümumi 

ərazisinin 60 faizini təşkil edir. Taxıl bitkiləri altında 9,0 

milyon  hektar,  şəkər  çuğunduru  altında  450  min  hektar,  yem  bitkiləri  altında 

14,6  milyon  hektar  torpaq  sahəsi  vardır.  63  milyard  avro  kənd  təsərrüfatı 

məhsulları istehsal edilir. 24 milyon baş iribuynuzlu mal-qaraya, 12 milyon baş 

qoyuna malikdir. 

 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin