Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 55
www.elkhan-suleymanov.az tövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasını Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində dəstəkləyir. NATO-nun keçmiş Baş Katibi Yaap
de Hoop Sxeffer NATO-nun bu mövqeyini bir daha təsdiqlədi.
O, Azərbaycan prezidenti ilə görüşün nəticələrinə dair 29 ap-
rel 2009-cu ildə keçirilən mətbuat kofransında bəyan etdi ki,
NATO-nun üzvü olan 28 ölkə hesab edir ki, Dağlıq Qarabağ
probleminin həlli ”suverenlik və ərazi bütövlüyü prinsipinə
əməl edilməsi əsasında tapılmalıdır”[48]. Baş Katib qeyd etmiş-
dir ki, “NATO Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirak
etməsə də, hesab edir ki, onun nizamlanmasında ərazi bütövlü-
yü prinsipi sual altına alınmamalıdır” [49].
Belə bir nəticəyə gəlmək olar ki, NATO tərəfindən qəbul
olunmuş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu
münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasını təşkil
edən prinsiplər müəyyən edilir. Bu prinsiplər ölkələrin ərazi bü-
tövlüyü, müstəqilliyi və suverenliyi, o cümlədən Azərbaycanın
ərazi bütövlüyü prinsipləridir.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü ən nüfuz-
lu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır
və dəstəklənir. Bu isə, öz növbəsində, deməkdir ki müasir
beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının zəbt edilməsi Ermənistanın Azərbaycana qarşı
təcavüzünün əyani sübutudur. Bir dövlətin başqa bir dövlətə
qarşı təcavüzü ən ağır beynəlxalq-hüquqi cinayət sayılır və
təcavüz etmiş dövlətin beynəlxalq-hüquqi məsuliyyətini yara-
dır.