Xoruzdan.
Əbu Abdullah dedi: “Ağ xoruz mənim və bütün möminlərin dostudur”147.
Əbu Həsən: “Xoruzda peyğəmbərdən beş xislət var: “Əli açıqlıq, şücaət, qənaət, namaz vaxtlarını biliyi, çoxlu cinsi əlaqədə olma imkanı və qeyrət”148.
Əbu Abdullah: “Az çoxa salamla başlayır (burada heç bir problem yoxdur. Bu düzdür, az olanlar çoxa salam verir, minikli gedənə həmçinin ağla batandır ki) qatir sahibləri eşşək sahiblərinə, at sahibləri qatır sahiblərinə birinci salam verməlidir”149. Bu gündən sonra gərək deyək ki, Mersedes sahibi, BMV sahiblərinə salamı birinci versinlər.
Gülməli ağlamalı xəbərlərdən.
Əbu Abdullahdan: “Hüseyn nə Fatimədən, nə də başqa bir qadından süd əmməyib. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) gələrdi, baş barmağı onun ağzına qoyardı. Oda 2-3 günlük ona bəs edəcək qədər əmərdi. Hüseynin əti, peyğəmbərin (sallAllahu aleyhi və səlləm) əti və qanından əmələ gəlib”150.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Hüseyni (radiAllahu anhu) əmizdirib?!
Bəla.
Əbu Abdullahdan: “Peyğəmbər (sallAllahu aleyhi və səlləm) doğulanda neçə gün südsüz qalmışdır. Əbu Talib ona öz döşünü verdi. Allah ona (döşə) süd verdi. Həlimə Səədiyyəni tapana qədər (Əbu Talib onu) bir neçə gün əmizdirdi”151.
Ay camaat, bu nə sözdür?! Əbu Talib peyğəmbəri əmizdirib. Əli Fatimənın “süd” əmisi olub, onunla necə evlənib? Təhqir! Yəni, budur, dünyada ən yaxşı kitab?! Bunun tayı, bənzəri yoxdur? Allah qorusun!
Şiələrin başqa təriqətlərini təkfir etmələri.
Rzadan rəvayət edirlər ki, o deyib: “Biz və bizim şiələrimizdən başqa müsəlman yoxdur”152.
Əbu Abdullahdan: «Mələklər Allahdan ona (yəni, Hüseynə) kömək etməklərini istədilər. Onlara icazə verildi. Onlar savaş üçün hazırlaşarkən, o öldürüldü. Düşdülər aşağı. Onun müddəti bitmişdir. O öldürülmüşdür. Mələklər dedilər: “Ya Rəbb, bizə enməyə icazə verdin, kömək etməyə də icazə verdin, biz düşdük, ancaq sən onun ruhunu almışdın (yəni, biz çata bilmədik)”. Allah onlara vəhy etdi ki, onu görənədək qəbrində qalsın. Çıxanda ona kömək edərsiniz. Ona kömək edə bilmədiyiniz başqalarına ağlayın. Siz ona kömək etmək və ağlamaq üçün ayrılmısınız (seçilmisiniz). Mələklər kədər və tərziyyə ona kömək edə bilmədikləri üçün ağladılar. O, çıxanda onun köməkçiləri olacaqlar”153.
Problem ondadır ki, mələklər çaşıb qalıb. Bəziləri Misirə, bəziləri Suriyaya, bəziləri İraqa, bəziləri isə Əfqanıstana gediblər. Eşidiblər ki, Hüseynin qəbri oradadır154.
Əbu Abdullah dedi: “Ey Bəşir, bir müsəlman ərafa günü Fəratda yuyunub Hüseynin qəbrinə üz tutsa Allah ona tam bir həcc savabı yazar, və mən bilmirəm, deyəsən, cihad savabı da dedi”155.
Bəla.
Yunis Qəsridən: “Mədinəyə gəldim və Əbu Abdullahı ziyarət etdim. Ona dedim: “Sənə fəda olum, sənin yanına gəldim. Ancaq əmirəlmöminini ziyarət etmədim”. (İmam): “Nə pis iş gördün. Sən bizim şiələrimizdən olmasaydın üzünə belə baxmazdım. Sən mələklərlə Allah, peyğəmbər və möminlər ziyarət edəni ziyarət etmirsən?”156.
Allah qorusun, Rəbb Əlinin qəbrini ziyarət edir!!!
Bu onların ümumən əhli-sünnəyə qarşı mövqeləridir.
Xalid Qalamsidən: “Əbu Abdullaha dedim: “Bir zimmi ilə rastlaşıb əl ilə görüşsəm nə edim?” Dedi: “Torpaq və divara sil”. “Bəs nəsibi ilə?”. Dedi: “Yu”. Həmçinin Əbu Abdullahdan rəvayət edirlər ki, o, vələduzinanın, yəhudinin, nəsraninin, müşrikin, islama müxalif olanların hamısının yemək qalığına nifrət edərdi. Onların arasında ən nifrət etdiyi nəsibinin qalığıdır”157.
Əbu Abdullah dedi: “Hamamın suyu axan quyudan yuyunma. Çünki orada vələduzinanın su qalığı var o 7 nəslə təmizlənir. Orada nəsibinin su qalığı var, o ən pisidir. Allah itdən pis məxluq yaratmayıb. (O) Allaha ondan da pisdir”158.
Biz bu rəvayətlərlə əhli-beyti (radiAllahu anhum) ittiham etmirik. Kuleyni və başqalarından əhli-beyti qorumaq istəyirik.
Əbu Abdullah dedi: “Şam əhli Rum əhlindən, Mədinə əhli Məkkə əhlindən pisdir. Məkkə əhli Allaha açıq-aydın küfr edirlər”159. Sonra qələn səhifədə deyir: “Məkkə əhli Allaha açıq-aşkar küfr edir. Mədinə əhli Məkkə əhlindən daha xəbisdir. Onlardan 70 dəfə çox xəbisdirlər”160.
Onlar peyğəmbərin (sallaLLahu aleyhi və səlləm) Allah Əzzə və Cəlləlin yolunda hicrət edən səhabələri barədə belə deyirlər: səhabələrə gəlincə isə, heç utanmadan rəvayət edirlər.
Əbu Abdullah dedi: “Allahın çoxlu qübbələri var. Sizin qərbinizin arxasında ağ torpağı olan 39 qərb (məğrib) var. Nurundan işıqlanan xalq ilə doludur. Onlar Allaha bir an belə üsyan etmirlər. Heç bilmirlər, Adəm xəlq olunub yoxsa yox. Filankəsdən və filankəsdən isə özlərini uzaq tuturlar”161.
Əlavə olaraq Nematullah Cəzairinin “Ənvaru numaniya” kitabından nəql edək. O, deyir: “Xüsusi xəbərlərdə (yəni, şiələrdən) gəlib ki, şeytan cəhənnəm dəmirindən olan 70 qandal ilə qandallanıb məhşərə aparılırdı. Baxıb qabağında qəzəb mələklərinin apardığı bir nəfəri görür. Onun boynunda 120 cəhənnəm qandalı var idi (ola bilər, Əbu Cəhl, Firon, Nəmrud, Əbu Ləhəb olsun). Şeytan ona yaxınlaşıb deyir: “Bu bədbəxt nə edib ki, məndən də çox əzab alıb. Mən məxluqatı azdırıb həlaka gətirdim”. Ömər şeytana deyir: “Mən Əli ibn Əbu Talibin xilafətini qəsb etmək başqa bir şey etmədim”162.
Sən demə, bu, Ömər (radiAllahu anhu) imiş. Cəzairi, xəbis, deyir: “Ömərin arxasında (anusunda) xəstəlik var idi. O, yalnız kişinin sperması ilə səngiyirdi”163.
“Kəfi”-dən başqa mənbələrdən səhabələrin təkfiri.
Əlidən rəvayət edirlər ki: “Küfr başçıları beşdir. Talha, Zubeyr, Muaviya, Amr ibn As, Əbu Musa Aşari”164. Deyirlər, Talha ibn Ubeydullahın anasının Məkkədə məqamı var idi. Əbu Sufyan onun ilə alver edirdi. O, onunla yatdı. Sonra Ubeydullah onunla evləndi və Talha doğuldu. Altı aya doğulmuşdur... Onların arası dəydi, və o, Ubeydullahı seçdi”165.
Guya, Əli ibn Əbu Talib, Saad ibn Əbu Vakkasa dedi: “Sənin başın və saqqalında elə bir tük yoxdur ki, onun kökündə şeytan oturmasın”166.
Son.
Sonda deyirik. Bu kimi təhqirləri və xaissliyi yayan dinə mənsub olan adama müraciət edirik. O şəxs bu dinə mənsub olub, bu dinin Allah Təbərakə və Təaladan olmasına inanır. İnanır ki, bu kitab (Kəfi) ən düzgün kitabdır. O başqa bir kitaba etiqad edə bilmir. Çünki şiə icma edib, bu kitab kimi yaxşı, düzgün kitab olmadığına inanırlar. Bu onlarda mütləq olaraq ən düzgün kitabdır. İxtilaf ediblər ki, bu kitab tam səhihdir, ya da yox. Amma bu kitabın ən yaxşı hədis toplusu olmağına şübhə etmirlər. Bu kitabda yuxarıda qeyd etdiyimiz sözlərə rast qəlirik.
SƏN BELƏ KİTABIN DİNİ MƏSƏLƏLƏRDƏ MÜRACİƏT EDƏ BİLDİYİN ƏN GÖZƏL MƏNBƏ KİMİ QƏBUL EDİRSƏN?
Sözüm onadır ki, Allahdan qorxun! Batildə qalmaqdan haqqa qayıdmaq daha xeyirlidir. And içirəm şəriki olmayan Allaha! Mən şadam ki, insanları bu batil kitabın rəvayətləri ilə tanış edə bildim. Eyni zamanda, mən təmiz könüllərin iyrənəcəyi, bu kimi sözləri sizə eşitdirdiyim üçün və bu boşboğazlığın peyğəmbər (sallaLLahu aleyhi və səlləm) və onun əhli-beytindən olan imamlara (Allah onlardan razı olsun) aid edilməsinə üzgünəm. Allah Təaladan istəyirəm ki, bizə haqqı haqq kimi göstərsin və onun ardıcıllarından etsin. Batili isə batil kimi göstərsin və ondan uzaqlaşdırsın. Sonuncu duamız isə budur. Aləmlərin Rəbbi olan Allaha həmd olsun, peyğəmbərimiz Məhəmmədə (sallaLLahu aleyhi və səlləm) Allahın salamı və xeyir duası olsun.
Dostları ilə paylaş: |