Kitabüs-salat namaz kitabi


NAMAZ XARİCİNDƏ MƏKRUH OLAN ŞEYLƏR



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

NAMAZ XARİCİNDƏ MƏKRUH OLAN ŞEYLƏR 
 
1. Tualetdə  və  hər yerdə  dəstəmazı pozarkən və istinca edərkən, qibləyə 
önünü və arxasını döndərmək.  
2. Günəşə və aya qarşı dəstəmaz pozmaq.  
3. Kiçik uşaqları qibləyə qarşı tutaraq dəstəmaz pozdurmaq böyüyə məkruh 
olar. Bunun üçün böyüklərə haram olan şeyi kiçiklərə etdirmək, etdirənə haram 
olar.  
4. Qibləyə qarşı üzrsüz ayaqlarını və ya bir ayağını uzatmaq.  
5. Mushafa və din kitablarına qarşı ayaq uzatmaq. Yüksəkdə isələr, məkruh 
olmaz.  
 
 
NAMAZI POZAN ŞEYLƏR 
 
1. Üzrsüz öksürmək və ya boğazını təmizləmək.  
2. Namaz qılan kimsə başqası asqırınca “Yərhamükəllah” , demək.  
3. Namazı  tək qılan kimsə digər tərəfdə camaat içində imam oxuyarkən 
yanıldığını  eşidib ona xəbər etsə, namazı pozulur. Əgər imam da bu kimsənin 
xəbərinə tabe olaraq oxuyarsa, imamın da namazı pozulur.  
4. Namaz içində  “lə ilahə illallah” desə,  əgər məqsədi cavab isə, namazı 
pozulur. Əgər məqsədi bildirmək isə, namazı pozulmaz.  
5. Övrət yerini açmaq.  
6. Ağrı və ya başqa bir dərd səbəbi ilə ağlamaq. (Cənnət və ya Cəhənnəm 
zikr olunub, onları düşünüb ondan dolayı ağlayarsa pozulmaz.)  
7. Əli və dili ilə salam almaq.  
8. Qəzaya qalmış namazların miqdarı beşi keçməmişsə, namazda ikən xatır-
layarsa.  

 75
9. Namaz içində, elə bir hərəkət etsə ki, onu görən kimsə namaz qılmadığını 
sansa, namazı pozulur.  
10. Namaz içində bir şey yemək və içmək.  
11. Namaz içində söz söyləmək.  
12. İmamından başqasının səhvini düzəltmək.  
13. Namaz içində gülmək.  
14. Namaz içində inləmək və ah etmək.  
 
HƏR NAMAZI POZMAĞI MUBAH EDƏN ŞEYLƏR 
1. İlanı öldürmək üçün.  
2. Qaçan heyvanı tutmaq üçün.  
3. Sürünü canavardan qurtarmaq üçün.  
4. Daşan qazanı qurtarmaq üçün.  
5. Vaxtın və ya camaatın qaçmasından qorxu olmadığı zaman, başqa məzhəb-
də namazı pozan bir şeydən qurtulmaq üçün məsələn dirhəmdən az nəcasəti təmiz-
ləmək üçün və yad qadına toxunmuş olduğunu xatırladıqda dəstəmaz almaq üçün 
namazı pozmaq caiz olar.  
6. Dəstəmaz və yel sıxışdırmasından qurtulmaq üçün də namaz pozulur.  
 
HƏR NAMAZI POZMAQ ÜÇÜN FƏRZ OLAN ŞEYLƏR 
1. Kömək diləyən bir kimsəni qurtarmaq üçün və quyuya düşəcək koru, yanan 
və boğulan birini xilas etmək, yanğını söndürmək üçün.  
2. Ana, ata, baba və  nənə çağırınca fərz namazı pozmaq vacib olmaz, caiz 
olarsa da, ehtiyac yox isə pozmamalıdır. Nafilə (sünnətlər daxil) isə pozulur. Bun-
lar kömək istəyərsə, fərzləri də pozmaq lazım olar.  
 
 
CAMAAT İLƏ NAMAZ 
 
Namazda ən az iki nəfərdən birinin imam olması ilə camaat meydana gəlir. 
Beş vaxt namazın fərzlərini camaat ilə qılmaq kişilərə sünnətdir. Cümə və bayram 
namazları üçün camaat fərzdir. Camaat ilə qılınan namazlara daha çox savab veril-
diyi hədisi-  şəriflərdə bildirilir. Peyğəmbərimiz “sallallahü aləyhi və  səlləm” bu-
yurdu ki: “”Camaat ilə qılınan namaza, yalnız qılınan namazdan 27 qat artıq 
savab verilir”. Yenə buyurdu ki: “Yaxşı bir dəstəmaz alıb, məscidlərdən birinə 
camaat ilə namaz qılmaq üçün gedənin, Allahü təala hər addımına bir savab 
yazar və hər addımında əməl dəftərindən bir günahı silər və Cənnətdə onu bir 
dərəcə yüksəldər”.  
Camaat ilə  qılınan namaz müsəlmanlar arasında birliyi və  bərabərliyi təmin 
edər. Sevgi və bağlılığı artırar. Camaat toplanıb bir-biri ilə söhbət edər. Dərd və çə-
tinlikləri olanlar, xəstələr bu yolla asanca ortaya çıxar. Camaat müsəlmanların tək 
qəlb, tək bədən kimi olduqlarının ən gözəl nümunəsidir. Xəstə, iflic, bir ayağı kəsik 

 76
olanın, yeriyə bilməyən qocaların və korun camaata getməsi şərt deyildir. Camaat 
ilə  qılınan namazda özünə tabe olunan kimsəyə  “İmam”  deyilir.  İmamlığın və 
buna tabe olub camaat olmanın şərtləri vardır.  
 
İMAMLIĞIN ŞƏRTLƏRİ 
 
İmam olmaq üçün altı şərt lazımdır. Bu şərtlərdən biri olmayan imamın arxa-
sında qılınan namaz qəbul olmaz.  
1. Müsəlman olmaq. Əbu Bəkri Sıddıq və Ömər-ül Farukun “radıyallahü 
anhüma” xəlifə olduğuna inanmayan, miraca, qəbir əzabına inanmayan imam ola 
bilməz.  
2. Həddi-büluğ yaşında olmaq.  
3. Ağıllı olmaq. Sərxoş və dəli imam ola bilməz.  
4. Kişi olmaq. Qadın kişilərə imam ola bilməz.  
5. Heç olmazsa, Fatihəyi-şərifə ilə bir ayəti doğru oxuya bilmək. Bir ayəti əz-
bərləməyən və əzbərləsə də təcvid ilə oxuya bilməyən, nəğmə kimi oxuyan kimsə 
imam ola bilməz.  
6. Üzrsüz olmaq. Üzrü olan üzrü olmayanlara imam ola bilməz.  
İmamın, Qurani-Kərimi təcvid ilə oxuması lazımdır. Qiraəti gözəl demək, 
təcvid ilə oxumaq deməkdir. Namazın  şərtlərinə  əhəmiyyət verməyən imamların 
arxasında namaz qılınmaz. “Saleh və facir arxasında namaz qılın” Hədisi-şərifi 
məscid imamları üçün deyil, Cümə qıldıran əmirlər, valilər üçündür.  
İmamlığa ən layiq kimsə sünnəti [yəni din məlumatlarını] ən yaxşı bilən kim-
sədir. Bunda bərabər olanlar olarsa, Qurani-Kərimi ən yaxşı oxuyan imam olar. Bu 
da bərabərdirsə, təqvası artıq olan imam olar. Yenə bərabərlik olarsa, yaşı çox olan 
tərcih edilir.  
Kölə, bədəvi, fasiq, kor və zina uşağının imaməti məkruhdur. İmam camaatı 
yoracaq və onları sıxacaq şəkildə namazı uzatmaz.  
Qadınların yalnız başlarına camaat ilə qılmaları məkruhdur.  
Tək şəxs ilə qılacaq olan imam onu sağ tərəfində qoyar. İki nəfərə imam ola-
caqsa, önlərinə keçər. Kişilərin qadına, uşağa tabe olmaları caiz deyildir. İmamın 
arxasında kişilər sıra edər, sonra uşaqlar və onların arxasında da qadınlar sıra edər-
lər. İmam qadınlara da imamətə niyyət etmişsə, eyni namazda olan bir qadın, bir 
kişi ilə eyni sırada namaza durarsa, kişinin namazı pozulur. Əgər imam bu qadına 
imaməti niyyət etməmişsə yanında durduğu kişiyə zərər olmaz. Ancaq qadının na-
mazı caiz olmaz. Ayaq üstə namaz qılanın oturarkən qılana tabe olması caizdir. 
Mukim səfəri imama tabe ola bilər. Fərz qılan nafilə qılana tabe ola bilməz. Nafilə 
qılan, fərz qılana tabe ola bilər. İmama tabe olub namaz qıldıqdan sonra imamın 
dəstəmazsız olduğunu bilən kimsə namazını iadə edər.  
Rəqaib, Bəraət və Qədr namazlarını camaat ilə qılmaq məkruhdur.  
Camaat istəsə də, imamın fərz qıldırarkən qiraəti və təsbehləri sünnətdən artıq 
oxuması tahrimən məkruhdur.  

 77
İmama rüküdə çata bilməyən o rükəti imamla qılmış olmaz. İmam rüküdə 
ikən gələn niyyət edər və ayaq üstə təkbir gətirib, namaza girər. Dərhal rüküyə 
əyilib, imama uyar. Rüküyə əyilmədən imam rüküdən qalxarsa, rüküyə çatmamış 
olar.  
İmamdan əvvəl rüküyə əyilmək, səcdəyə getmək və ya əvvəl qalxmaq tahri-
mən məkruhdur. Fərz namazları qıldıqdan sonra, sıraları pozmaq müstəhəbdir.  
Bir mömin beş vaxt namazını hər gün camaat ilə qılsa, bütün Peyğəmbərlərlə 
“aləyhimüssəlam” qılmış kimi savaba nail olar.  
Camaat ilə qılınan namazın bu qədər fəziləti imamın namazı qəbul olmasına 
bağlıdır.  
Bir kimsə camaatı üzrsüz tərk etsə, o şəxs Cənnət qoxusu hiss etməz. Camaatı 
üzrsüz tərk edənlər dörd kitabda lənətlənmiş deyə bildirilmişdir.  
Beş vaxt namazı camaat ilə qılmağa cəhd etməlidir. Qiyamət günü Allahü 
təala həzrətləri yeddi qat yerləri, yeddi qat göyləri,  Ərşi, Kürsünü və bütün 
məxluqatı tərəzinin bir tərəfinə qoysa, şərtlərinə riayət edilərək camaat ilə qılınan 
bir vaxt namazın savabını digər tərəfə qoysa, camaat ilə qılınan namazın savabı 
daha ağır gələr.  
 
İMAMA TABE OLMANIN DOĞRU OLA BİLMƏSI ÜÇÜN ON ŞƏRT VARDIR: 
1. Namaza durarkən təkbiri söyləməzdən  əvvəl, imama tabe olmağa niyyət 
etməkdir. “Uydum hazır olan imama” deyərək qəlbindən keçirmək lazımdır.  
2. İmamın qadınlara imam olmağa niyyət etməsi lazımdır. Kişilərə imam ol-
mağa niyyət etməsi lazım deyildir. Lakin niyyət edərsə, özü camaatın savabına da 
qovuşur.  
3. Camaatın topuğu imamın topuğundan geridə olmalıdır.  
4. İmam ilə camaat eyni fərz namazı qılmalıdır.  
5. İmam ilə camaat arasındə qadın sırası olmamalıdır.  
6. İmam ilə camaat arasında qayıq keçəcək qədər, çay və araba keçəcək qədər 
yolun olmaması lazımdır.  
7. İmam və ya camaatdan birini görmək və ya səsini eşitmək üçün əlverişli 
pəncərəsi olmayan divar arada olmamalıdır.  
8. İmam heyvanda, camaat yerdə və ya bunun əksinə olmamalıdır.  
9. İmam ilə camaat bitişik olmayan iki gəmidə olmaması lazımdır.  
10. Başqa məzhəbdəki imama tabe olan camaatın namazlarının səhih olması 
üçün iki qavl vardır: Birinci qavlə görə, camaatın öz məzhəblərinə görə namazı po-
zan bir şeyin imamda olduğunu bilməməsi lazımdır. İkinci qavlə görə, öz məzhəbi-
nə görə namazı  səhih olan imama başqa məzhəbdə olanlar da tabe ola bilər. Bu 
qavlə görə, karonka və plomb dişi olan imama tabe olmaq caiz olar.  
Camaat bir nəfər isə, imamın sağ yanında durur. Solunda durmaq məkruhdur. 
Arxasında durmaq da məkruh olar. Ayağının topuğu imamın topuğundan irəli ol-
mazsa, namazı  səhih olar. İki və ya daha çox kişi isə imamın arxasında durur. 
İmamla birlikdə tək qılmış kimi qılınır. Ancaq ayaq üstə ikən imam içdən oxusa 
da, yüksək səslə oxusa da, camaat bir şey oxumaz. [Şafii məzhəbində, imamla bir-

 78
likdə camaat da səssizcə Fatihə oxuyur.] Yalnız birinci rükətdə “Sübhanəkə” oxu-
yur.  İmam yüksək səslə Fatihəni bitirincə, camaat yavasça “amin” deyər. Bunu 
yüksək səslə söyləməməlidir. Rüküdən qalxarkən, imam “Səmiallahü limən 
hamidəh” deyincə, camaat yalnız “Rabbəna ləkəl həmd” deyər. Sonra əyilərkən 
“Allahü-əkbər” deyərək, imamla birlikdə camaat da səcdəyə gedər. Rüküdə, səc-
dələrdə və oturarkən tək qıldığı kimi camaat da oxuyar. Vitr namazı, Ramazanda 
camaat ilə qılınır. Başqa zamanlarda tək qılınır.  
MƏSBUKUN NAMAZI 
İmama tabe olanlar dörd çesiddir. Bunlar, “Müdrik”, “Müqtədi”, “Məsbuk” 
 “Lahık”dır.  
Müdrik, iftitah təkbirini imam ilə birlikdə alana deyilir.  
Müqtədi, iftitah təkbirinə çatmayana deyilir.  
Məsbuk, imama birinci rükətdə çatmayana deyilir.  
Lahık, iftitah təkbirini imam ilə birlikdə almış, lakin sonra özündə dəstəmazı-
nı pozan bir hal meydana gəldiyindən dəstəmaz alıb, təkrar imama uymuş olana 
deyilir. Bu kimsə yenə əvvəlcə olduğu kimi, qiraətsiz, rükü və səcdə təsbehlərini 
söyləyərək namazını qılar. O kişi, əgər dünya kəlamı söyləməmiş isə, imamın ar-
dında kimidir. Lakin məsciddən çıxdıqdan sonra yaxın bir yerdə dəstəmazını alma-
lıdır. Çünki çox irəliyə gedərsə, namazı pozulur da deyildi. Məsbuk, yəni imama 
birinci rükətdə çatmayan bir kimsə imam iki tərəfə də salam verdikdən sonra ayağa 
qalxaraq çatmadığı rükətləri tamamlayar. Qiraətləri birinci, sonra ikinci, sonra 
üçüncü rükət qılırmış kimi oxuyar. Oturmağı isə dördüncü, üçüncü və ikinci rükət 
sırası ilə, yəni sondan başlamış kimi edər. Məsələn; yatsının son rükətinə çatan 
kimsə imam salam verdikdən sonra qalxıb, birinci və ikinci rükətdə Fatihə və surə 
oxuyar. Birinci rükətdə oturar, ikincidə oturmaz.  
 
BES ŞEYİ İMAM ETMƏZSƏ, CAMAAT DA ETMƏZ: 
1. İmam kunut oxumazsa, camaat da oxumaz.  
2. İmam bayram namazlarındakı təkbirləri etməzsə, camaat da etməz.  
3. İmam dörd rükətli namazın ikinci rükətində oturmazsa, camaat da oturmaz.  
4. İmam səcdə ayəti oxuyub səcdə etməzsə, camaat da etməz.  
5. İmam səcdəi-səhv etməzsə, camaat da etməz.  
 
DÖRD ŞEYİ İMAM EDƏRSƏ, CAMAAT ETMƏZ: 
1. İmam ikidən çox səcdə edərsə, camaat etməz.  
2. İmam bayram təkbirini bir rükətdə üçdən çox edərsə, camaat etməz.  
3. İmam cənazə namazında dörddən çox təkbir edərsə, camaat etməz.  
4.  İmam besinci rükətə qalxarsa, camaat qalxmaz, imamı gözləyər, birlikdə 
salam verərlər.  
 
ON ŞEYİ İMAM ETMƏZSƏ, CAMAAT EDƏR: 
1. İftitah təkbirində əl qaldırmaq.  
2. Sübhanəkə oxumaq.  

 79
3. Rüküyə əyilərkən təkbir gətirmək.  
4. Rüküdə təsbeh oxumaq.  
5. Səcdələrə gedib, qalxarkən təkbir söyləmək.  
6. Səcdələrdə təsbeh oxumaq.  
7. Səmiallahü deməzsə, rabbəna ləkəl-həmd demək.  
8. Əttəhiyyatu-nu sonuna qədər oxumaq.  
9. Namaz sonunda salam vermək.  
10. Qurban bayramında, 23 fərzdən sonra salam verər-verməz, təkbir 
oxumaqdır. Bu 23 təkbirə təşrik təkbirləri deyilir.  
 
 
İFTİTAH TƏKBİRİNİN FƏZİLƏTLƏRİ 
 
Bir kimsə iftitah təkbirini imam ilə bərabər alarsa, payız günlərində agacların 
yarpaqları külək əsdikçə nə şəkildə tökülərsə, o adamın günahları da eləcə tökülür. 
Bir gün Rəsulullah “sallallahü aləyhi və səlləm” namaz qılarkən, bir kimsə sübh 
namazında iftitah təkbirinə çatmadı. Bir qul azad etdi. Ondan sonra gəlib Rəsulul-
laha “sallallahü aləyhi və səlləm” soruşdu: “Ya Rəsulallah! Mən bu gün iftitah tək-
birinə çatmadım. Bir qul azad etdim. Görəsən iftitah təkbirinin savabına nail ola 
bildimmi?” Rəsulullah “sallallahü aləyhi və səlləm”, Əbu Bəkri Sıddıqa “radıyalla-
hü anh”, “Sən nə deyərsən,  bu  iftitah təkbiri haqqında?”  deyə soruşdu.  Əbu 
Bəkri Sıddıq “radıyallahü anh” buyurdu ki, “Ya Rəsulallah! Qırx dəvəyə sahib ol-
sam, qırxının da yükü cəvahir olsa, hamısını kasıblara paylasam, yenə imam ilə bə-
rabər alınan iftitah təkbirinin savabına nail ola bilmərəm”. Ondan sonra Rəsulullah 
“sallallahü aləyhi və səlləm”, “Ya Ömər! Sən ne deyərsən, bu iftitah təkbirinin 
haqqında?” dedikdə, Həzrəti Ömər “radıyallahü anh”, “Ya Rəsulullah! Məkkə və 
Mədinə arası dolu dəvəm olsa və bunların yükləri cəvahir olsa, hamısını kasıblara 
paylasam, yenə imam ilə bərabər alınan iftitah təkbirinin savabına nail ola bilmə-
rəm” dedi. Ondan sonra Rəsulullah “sallallahü aləyhi və  səlləm”, “Ya  Osman! 
Sən nə deyərsən, bu iftitah təkbiri haqqında?” dedikdə, Həzrəti Osman zinnu-
reyn “radıyallahü anh” “Ya Rəsulallah! Gecə iki rükət namaz qılsam, hər birində
Quran-ı azim-üşşanı xətm etsəm, yenə imam ilə bərabər alınan iftitah təkbirinin sa-
vabına nail ola bilmərəm” dedi. Ondan sonra Rəsulullah “sallallahü aləyhi və 
səlləm” həzrətləri, “Ya Əli! Sən nə deyərsən, bu iftitah təkbiri haqqında?” de-
dikdə, Həzrəti Əli “kərrəmallahü vəchəh”: “Ya Rəsulallah! Şərq ilə Qərb arası ka-
firlərlə ilə dolu olsa, Rəbbim mənə qüvvət versə, cümləsi ilə  hərb etsəm, yenə 
imam ilə alınan iftitah təkbirinin savabına nail ola bilmərəm” dedi. Ondan sonra 
Rəsulullah “sallallahü aləyhi və səlləm” həzrətləri: “Ey mənim ümmət və Əsha-
bım! Yeddi qat yerlər və yeddi qat göylər kağız olsa, dəryalar mürəkkəb olsa, 
bütün agaclar qələm olsa, bütün mələklər katib olsalar və qiyamətə  qədər 
yazsalar, yenə imam ilə alınan iftitah təkbirinin savabını yaza bilməzlər” deyə 
buyurdu.  

 80
 
RƏVAYƏT: SARAYA TİKİLƏN MƏSCİD 
İmamı-azam Əbu Hənifənin tələbəsi İmamı Əbu Yusüf “rahmətullahi aləyh” 
Harun Rəşid zamanında qazı idi. Bir gün Harun Rəşidin yanında ikən, birindən şi-
kayətçi olan birisi gəldi. Harun Rəşidin vəziri də mən şahidəm, dedi. İmamı Əbu 
Yusüf vəzirin şahidliyini qəbul etmədi. Xəlifə, nə üçün vəzirin şahidliyini qəbul et-
mirsən, soruşdu. İmam, bir gün ona iş buyurmuşdunuz. O da sizə, mən sizin qulu-
nuz, kölənizəm demişdi. Əgər doğru söyləmişdisə, kölənin şahidliyi məqbul deyil-
dir. Yalan söyləmişdisə, yalançının  şahidliyi də  eşidilməz, buyurdu. Xəlifə, mən 
şahidlik edərsəm, qəbul edərsənmi? dedi. Xeyir, etmərəm buyurdu. Nə üçün? dedi. 
Sən namazı camaat ilə qılmırsan, buyurdu. Mən müsəlmanların işləri ilə məşğulam 
dedi. İmam, Xaliqə ibadətin olduğu yerdə, məxluqa itaət edilməz buyurdu. Xəlifə, 
doğru söyləyirsən dedi və sarayında məscid tikilməsini əmr etdi. Müəzzin və imam 
təyin edildi və ondan sonra namazı həmişə camaat ilə qıldı.  
 
 
CÜMƏ NAMAZI 
 
Allahü təala Cümə gününü müsəlmanlara məxsus qılmışdır. Cümə günü gü-
norta vaxtında Cümə namazını qılmaq Allahü təalanın əmridir. Allahü təala Cümə 
surəsinin sonundakı ayəti-kərimədə buyurdu ki, “Ey iman etməklə  şərəflənən 
qullarım!  Cümə günü, zöhr azanı oxunduğu vaxt xütbə dinləmək və Cümə 
namazı  qılmaq üçün məscidyə gedin! Alış-verişi buraxın! Cümə namazı  və 
xütbə, sizə başqa işlərinizdən daha faydalıdır. Cümə namazını qıldıqdan son-
ra məsciddən çıxar, dünya işlərinizi etmək üçün gedə bilərsiniz. Allahü təala-
dan ruzi gözləyərək çalışın. Allahü təlanı çox xatırlayın ki, qurtula biləsiniz!”  
Namazdan sonra istəyən işinə gedib çalışar, istəyən məsciddə qalıb namaz qıl-
maq ilə, Qurani-Kərim və dua ilə məşğul olar. Cümə namazı vaxtı girincə, alış-ve-
riş günahdır.  
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” müxtəlif Hədisi-şəriflərində bu-
yurdu ki: “Bir müsəlman Cümə günü qüsl alıb Cümə namazına gedərsə, bir 
həftəlik günahları əfv olar və hər addımı üçün savab verilər.”  
“Cümə namazı qılmayanların qəlblərini Allahü təala möhürləyər. Qafil 
olarlar”.  
“Günlərin  ən qiymətlisi Cümədir. Cümə günü bayram günlərindən və 
Aşura günündən daha qiymətlidir. Cümə dünyada və Cənnətdə möminlərin 
bayramıdır”.  
“Bir kimsə maneə yox ikən, üç Cümə namazı qılmazsa, Allahü təala qəl-
bini möhürləyər. Yəni yaxşılıq etməz olar”.  
“Cümə namazından sonra bir an vardır ki, möminin o anda etdiyi dua 
rədd olmaz”.  
“Cümə namazından sonra yeddi dəfə  İxlas və Muavvizətəyn oxuyanı 
Allahü təala, bir həftə qəzadan, bəladan və pis işlərdən qoruyar”.  

 81
“Cümə ertəsi günləri yəhudilərə, bazar günləri nasaraya [xristianlara] ve-
rildiyi kimi, cümə günü də müsəlmanlara verildi. Bu gün müsəlmanlara xeyir, 
bərəkət, yaxşılıq vardır”.  
Cümə günü edilən ibadətlərə başqa gündə edilənlərin, ən az iki qatı savab ve-
rilir. Cümə günü işlənən günahlar da iki qat yazılır.  
Cümə günü ruhlar toplaşır və bir-biri ilə danışırlar. Qəbirlər ziyarət edilir. Bu 
gündə qəbir əzabı dayandırılır. Bəzi alimlərə görə, möminın əzabı artıq başlamaz. 
Kafirin Cümə və Ramazandan başqa əzabı qiyamətə qədər davam edər. Bu gün və 
gecəsində ölən möminlər qəbir əzabı çəkməz. Cəhənnəm Cümə günü çox isti ol-
maz. Adəm -əleyhissəlam Cümə günü yaradıldı. Cümə günü Cənnətdən çıxarıldı. 
Cənnətdəkilər Allahü təalanı Cümə günləri görəcəklər.  
 
 
CÜMƏ NAMAZININ FƏRZLƏRİ 
 
Cümə günü on altı rükət namaz qılınır. Bunun iki rükətini qılmaq fərzdir. 
Zöhr namazından daha qüvvətli fərzdir. Cümə namazı  fərz olmaq üçün iki cür 
şərti vardır:  
1. Əda şərtləri.  
2. Vücub şərtləri.  
Əda  şərtlərindən biri nöqsan olarsa, namaz qəbul olmaz. Vücub şərtləri ol-
mazsa, qəbul olar.  
Əda, yəni Cümə namazının səhih olması üçün şərtləri yeddidir:  
1. Namazı şəhərdə qılmaq (Şəhər: Camaatı ən böyük məscidə sığmayan yer 
deməkdir).  
2. Dövlət rəisinin və ya valinin icazəsi ilə qılmaq. Bunların təyin etdiyi xatib 
öz yerinə başqasını vəkil edə bilər.  
3. Zöhr namazı vaxtında qılmaq.  
4.Vaxt içində xütbə oxumaq. [Alimlər, Cümə xütbəsini oxumaq, namaza du-
rarkən “Allahü-əkbər” demək kimidir, dedi. Yəni iki xütbəni də yalnız  ərəbcə 
oxumaq lazımdır. Xatib əfəndi səssizcə Əuzu oxuyub, sonra yüksək səslə həmd və 
səna və kəlmeyi-şəhadət, salatü-səlam oxuyur. Sonra savaba, əzaba səbəb olan şey-
ləri xatırladır və ayəti-kərimə oxuyur. Oturub qalxır. İkinci xütbəni oxuyub moizə 
yerinə möminlərə dua edir. Dörd xəlifənin adını söyləməsi müstəhəbdir. Xütbəyə 
dünya sözü qarışdırmaq haramdır. Xütbəni nitq və konfrans şəklinə salmamalıdır. 
Xütbəni qısa oxumaq sünnətdir. Uzun oxumaq məkruhdur.]  
5. Xütbəni namazdan əvvəl oxumaq.  
6. Cümə namazını camaat ilə qılmaq.  
7. Məscid qapılarını hər kəsə açıq saxlamaq.  
 
CÜMƏ NAMAZININ VÜCUB ŞƏRTLƏRİ DOQQUZDUR: 
1. Şəhərdə, qəsəbədə yaşamaq. Səfərilərə fərz deyildir.  

 82
2. Sağlam olmaq, xəstəyə, xəstəni buraxa bilməyən baxıcıya və qocalara fərz 
deyildir.  
3. Azad olmaq.  
4. Kişi olmaq. Qadınlara fərz deyildir.  
5. Həddi-büluğ olmaq. Yəni “Mükəlləf” olmaq.  
6. Kor olmamaq. Yolda aparan olsa belə kor olana fərz deyildir.  
7. Yeriyə bilməkdir. Nəqliyyat vasitəsi olsa belə, iflicə, ayaqsıza fərz deyildir.  
8. Həbs edilmiş olmamaq və düşmən qorxusu, hökumətdən, zalımdan qorxu-
su olmamaq.  
9. Çox yağış, qar, fırtına, palçıq və soyuq olmamaq.  
 
CÜMƏ NAMAZI NECƏ QILINIR? 
Cümə günü, zöhr azanı oxunduqdan sonra on altı rükət Cümə namazı qılınır. 
Bunların sırası belədir:  
1. Əvvəl Cümə namazının dörd rükətlik “ilk sünnəti” qılınır. Bu sünnət zöhr 
namazının ilk sünnəti kimi qılınır. Bunun üçün “Niyyət etdim, Allah rizası üçün 
Cümə namazının ilk sünnətini qılmağa, döndüm qibləyə” deyə niyyət edilir.  
2. Sonra məscid içində ikinci azan və xütbə oxunur.  
3. Xütbə oxunduqdan sonra iqamət oxunub, camaat ilə Cümə namazının iki 
rükətlik “fərz” qılınır.  
4. Cümə namazının fərzi qılındıqdan sonra dörd rükətlik “son sünnət” qılınır. 
Bunun qılınması zöhr namazının ilk sünnəti kimidir.  
5. Bundan sonra “üzərimə fərz olan qıla bilmədiyim son zöhr namazının 
fərzini qılmağa” deyə niyyət edərək, “axır zuhur” namazı qılınır. Dörd rükətlik 
bu namazın qılınması zöhr namazının fərzinin qılınması kimidir.  
6. Sonra da, iki rükət “vaxtın sünnəti” qılınır. Qılınması sübh namazının sün-
nətinin qılınması kimidir.  
7. Bundan sonra Ayətəl-kürsü və təsbehlər oxunub, dua edilir.  
 
CÜMƏ GÜNÜNÜN SÜNNƏT VƏ ƏDƏBLƏRİ: 
1. Cüməni cümə axşamından qarşılamaq.  
2. Cümə günü qüsl almaq.  
3. Başı taraş etmək. Saqqalın bir tutamdan artığını və dırnaqları kəsmək. Tə-
miz paltar geyinmək.  
4. Cümə namazına mümkün olduğu qədər erkən getmək.  
5. Ön sıraya keçmək üçün camaatın çiyinlərindən aşmamalıdır.  
6. Məsciddə namaz qılanın önündən keçməmək.  
7. Xatib əfəndi minbərə  çıxdıqdan sonra heç bir şey söyləməmək, danışana 
işarət ilə belə cavab verməmək və azanı təkrarlamamaq.  
8. Cümə namazından sonra Fatihə, Kafirun, İxlas, Fəlaq və Nas surələrini 
yeddi dəfə oxumaq 
9. Əsr qədər məsciddə qalıb ibadət etmək.  

 83
10.Əhli-sünnət alimlərinin kitablarından anladılan alimlərin dərsində, vazında 
olmaq.  
11. Cümə gününü həmişə ibadət ilə keçirmək.  
12. Cümə günü salavatı-şərifə gətirmək.  
13. Qurani-Kərim oxumaq. “Kəhf” surəsini oxumalıdır.  
14. Sədəqə vermək.  
15. Ana-atanı və ya qəbrlərini ziyarət etmək.  
16. Evin yeməklərini bol və şirin etmək.  
17. Çox namaz qılmaq. Qəzaya qalmış namazı olanlar qəza namazı qılmalıdır.  
 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin